Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan memarliq və İNŞaat universiteti



Yüklə 138,68 Kb.
səhifə4/10
tarix02.01.2022
ölçüsü138,68 Kb.
#42331
1   2   3   4   5   6   7   8   9   10
İdris Antik serbest is

Roma ədəbiyyatının və teatrının tarixində bir çox yeniliklərin banisi titulu məhz Livi Andronikə məxsusdur. Romalılarda yazının m. ö. VI əsrin sonu, V əsrin əvvəli yaranmağına baxmayaraq, Livi Andronikə qədər ondan yalnız dövlətin praktiki tələbatlatlarından ötrü istifadə edirdilər: vəzifəli şəxslərin siyahısının tərib edilməsi, qəməri təqvimin tərtib olunması üçün həm də orientir rolu oynayan səlnamə xarakterli qısa qeydlərin aparılması və s. Livi Andronik latın yazısını ədəbi məqsədlərlə istifadə eədn ilk şəxs idi. Daha sonra, o, dünya ədəbiyyatı tarixində ilk bədii tərcümə müəllifidir. Nəhayət, Livi Andronik yeni dramaturji və səhnə janrı olan “plaş komediyasının” – “palliata”nın (“pallium” – yunan plaşı) əsasını qoymuşdur. Bu komediyalar ona görə belə adlanırdı ki, yunanlardan əxz edilmiş pyeslərdə qəhrəmanlar yunan adı daşımağa və tamaşaçılar önündə yunan paltarlarında çıxış etməyə davam edirdilər.

  • Roma ədəbiyyatının və teatrının tarixində bir çox yeniliklərin banisi titulu məhz Livi Andronikə məxsusdur. Romalılarda yazının m. ö. VI əsrin sonu, V əsrin əvvəli yaranmağına baxmayaraq, Livi Andronikə qədər ondan yalnız dövlətin praktiki tələbatlatlarından ötrü istifadə edirdilər: vəzifəli şəxslərin siyahısının tərib edilməsi, qəməri təqvimin tərtib olunması üçün həm də orientir rolu oynayan səlnamə xarakterli qısa qeydlərin aparılması və s. Livi Andronik latın yazısını ədəbi məqsədlərlə istifadə eədn ilk şəxs idi. Daha sonra, o, dünya ədəbiyyatı tarixində ilk bədii tərcümə müəllifidir. Nəhayət, Livi Andronik yeni dramaturji və səhnə janrı olan “plaş komediyasının” – “palliata”nın (“pallium” – yunan plaşı) əsasını qoymuşdur. Bu komediyalar ona görə belə adlanırdı ki, yunanlardan əxz edilmiş pyeslərdə qəhrəmanlar yunan adı daşımağa və tamaşaçılar önündə yunan paltarlarında çıxış etməyə davam edirdilər.
  • Bu cür pyesləri tərtib edərkən Livi Andronikin xələfləri bizim dövrün ədəbiyyatşünaslığına kontaminasiya adı altında daxil olan xüsusi üsuldan istifadə edirdilər. Bu üsulla işləyən Roma dramaturqu yunan orijinallarının tərcüməsi ilə kifayətlənməyərək, zəruri görünən ixtisarlar aparır müəyyən əlavələrə yol verirdi, bununla yanaşı, öz məqsədlərindən ötrü o, bir deyil, iki və daha artıq yunan pyesindən istifadə edir, onların hamısını birləşdirir, yaxud da digər pyeslərdən ayrı-ayrı səhnələri götürüb vahid pyesdə cəmləşdirirdi. Əlbəttə ki, yunan orijinallarının bu cür işlənməsi müəllifdən pyesin ayrı-ayrı hissələrini düzgün əlaqələndirmək bacarığı və pyesin tamaşaçılar qarşısına bitkin bədii əsər kimi çıxmasını tələb edirdi. Bu işdə uğur, şübhəsiz, kontaminasiya üsulundan istifadə edənin istedadından asılı olurdu.
  • Birinci dəfə bu üsuldan Livi Andronikin yaxın ardıcılı Qney Nevi istifadə edir. Əslən Kompaniyalı olan italik mənşəli Nevi Birinci Pun müharibəsinin iştirakçısı olmuşdu. Öz sələfləri ilə müqayisədə onun bir böyük üstünlüyü var idi ki, latın dili onun üçün doğma idi, ya da ən azından, o, bu dili mükəmməl bilirdi. Livi Andronikin yaradıcılığı kimi, Qney Nevinin də əsərlərindən bizə yalnız müəyyən fraqmentləri çatmışdır.

Yüklə 138,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin