Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


-ci ilin yanvar-oktyabr ayı üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri haqqında M Ə L U M A T



Yüklə 0,52 Mb.
səhifə17/30
tarix24.03.2022
ölçüsü0,52 Mb.
#54087
1   ...   13   14   15   16   17   18   19   20   ...   30
aysel-2

2015-ci ilin yanvar-oktyabr ayı üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri haqqında
M Ə L U M A T
(Dövlət Statistika Komitəsi)







(manatla)

Sığorta sinifləri

Sığorta haqları

Sığorta ödənişləri

könüllü sığortalar üzrə - cəmi :

236,135,968.31

103,778,469.55

o cümlədən:

 

 

Həyat sığortası üzrə

70,537,425.21

33,649,041.41

o cümlədən:

 

 

həyatın ölüm halından sığortası

11,445,611.10

1,946,672.25

həyatın yaşam sığortası

57,691,316.75

31,688,669.16

annuitet sığortası

0.00

0.00

əmək qabiliyyətinin sığortası

1,038,645.22

0.00

sağalmaz xəstəliklərdən sığorta

361,852.14

13,700.00

Qeyri-həyat sığortası üzrə

165,598,543.10

70,129,428.14

o cümlədən:

 

 

Şəxsi sığorta

69,701,625.31

42,898,550.57

o cümlədən:

 

 

fərdi qəza sığortası

7,144,099.73

891,264.26

tibbi sığorta

60,742,802.03

41,769,711.00

xaricə səfər edən vətəndaşların sığortası

1,814,723.55

237,575.31

Əmlak sığortası

95,896,917.79

27,230,877.57

o cümlədən:

 

 

əmlakın sığortası

78,440,421.41

26,361,004.82

o cümlədən:

 

 

əmlakın yanğından və digər risklərdən sığortası

28,205,645.16

5,002,078.81

avtonəqliyyat vasitələrinin sığortası

24,660,218.79

20,334,054.79

dəmiryol nəqliyyatı vasitələrinin sığortası

173,295.87

0.00

hava nəqliyyatı vasitələrinin sığortası

10,742,865.76

504,142.48

su nəqliyyat vasitələrinin sığortası

2,740,025.82

0.00

yüklərin (nəqliyyat) sığortası

9,984,108.07

189,265.68

kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası

219,319.53

61,270.62

kənd təsərrüfatı heyvanlarının sığortası

1,179,702.63

270,192.44

əmlakın sığortası ilə bağlı digər siniflər

535,239.78

0.00

o cümlədən :

 

 

işçilərin dələduzluğu sığortası

531,481.34

0.00

pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta

3,758.44

0.00

titul sığortası

0.00

0.00

mülki məsuliyyətin sığortası

16,808,857.94

741,374.57

o cümlədən:

 

 

avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

1,077,913.70

149,497.39

dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

0.00

0.00

hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

3,341,516.95

0.00

su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

2,053,770.98

271,144.42

yük daşıyanın mülki məsuliyyətinin sığortası

1,193.82

2,770.03

mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası

507,943.89

0.00

peşə məsuliyyətinin sığortası

693,715.02

19,000.00

işəgötürənin məsuliyyət sığortası

1,278,256.64

8,515.40

ümumi mülki məsuliyyətin sığortası

7,854,546.94

290,447.33

hüquqi xərclərin sığortası

0.00

0.00

kredit sığortası

622,155.57

128,498.18

o cümlədən:

 

 

kreditlərin sığortası

622,155.57

128,498.18

ipoteka sığortası

0.00

0.00

qarışıq maliyyə risklərinin sığortası

25,482.87

0.00

o cümlədən:

 

 

əmlakın bazar dəyərinin düşməsi riskindən sığorta

0.00

0.00

işin dayanması ilə bağlı risklərdən sığorta

25,482.87

0.00

İcbari sığortalar üzrə -cəmi

142,800,468.54

36,238,124.79

o cümlədən:

 

 

Həyat sığortası üzrə

27,988,274.14

1,950,828.41

o cümlədən:

 

 

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta

27,988,274.14

1,950,828.41

Qeyri-həyat sığortası üzrə

114,812,194.40

34,287,296.38

o cümlədən:

 

 

nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

0.00

2,000.00

sərnişinlərin icbari sığortası

0.00

0.00

icbari ekoloji sığorta

0.00

0.00

yanğından icbari sığorta

0.00

0.00

MM deputatların icbari şəxsi sığortası

103,672.00

0.00

tibbi personalın AİDS-dən sığortası

0.00

0.00

hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası

16,147,664.00

5,085,544.00

məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası

10,342,160.00

1,039,185.00

dövlət qulluqçuların icbari sığortası

0.00

0.00

diplomatik nümayəndələrin icbari sığortası

0.00

0.00

auditorların peşə məsuliyyətinin icbari sığortası

4,705.00

0.00

daşınmaz əmlakın icbari sığortası

22,945,041.67

1,000,805.38

daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası

304,141.33

897.00

avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

64,853,775.40

27,157,365.00

sərnişinlərin icbari fərdi qəza sığortası

111,035.00

1,500.00

YEKUN

378,936,436.85

140,016,594.34


Sığorta sisteminin inkişafının gecikməsinə səbəb olan başlıca nədənlər:

  • Ölkənin sosial və iqtisadi durumu:

  • Sığorta sistemi ilə bağlı qanunvericilikdə olan boşluqlar

  • Dövlət tərəfindən sığorta bazarında xarici kapitalın fəaliyyətinə qoyulmuş məhdudiyyətlər

  • Sığorta bazarında dövlət inhisarçılığının hələ də olması

  • Müstəqil sığorta şirkətlərinin kapital təminatında banklarda bağlı olması

  • İnsanların sığorta şirkətlərinə güvənsizliyi


Sığorta sisteminin inkişafını gecikdirən əsas səbəblərdən biri bu sahədəki inhisarçılıqdır. Bazarda dövlət inhisarının qalması xidmətlərin növünün, keyfiyyətin artışına, sağlam rəqabətə, yeni sığorta şirkətlərinin yaranmasına maneə yaradır, inhisarçı şirkətlərin planlanmış qiymət endirimləri sayəsində rəqiblərini sıxışdırmalarına gətirib çıxarır. Misal, bütün rəsmi təşkilatlarda çalışanların məcburi sığortası «Azərsığorta» Dövlət Şirkəti vasitəsilə həyata keçirilir.

Sektorun əsas problemləri siyahısına vətəndaşların məlumatsızlığı daxildir. Əhalinin məlumatlılığının az olması bazarın inkişafına təsir edir. Sığorta müqaviləsi imzalayan insanlar bir çox hallarda imzaladıqları müqavilənin içəriği ilə tanış olmur, müqavilə üzrə hüquq və öhdəliklərini aydın şəkildə öyrənmirlər.Əhalinin məlumatsızlığında təkcə onların bu cəhdlərinin olmaması deyil, sığorta şirkətlərinin də həmçinin bilgiləndirmə kampaniyası aparmaması önəmli rol oynayır. Nədənsə şirkətlər reklam işləri ilə müqayisədə potensial müştərilərini məlumatlandırmaq fəaliyyətinə önəm vermirlər. Və bunun üçün çox az vəsait xərcləyirlər. Bu onu göstərir ki, Azərbaycanda könüllü şəkildə hər hansı sığorta növü məhsulundan istifadə edən vətəndaşa nadir halda rastlamaq olar. Sığorta şirkətlərinin könüllü məhsullar üzrə müştəri bazasını isə normal olaraq banklar təmin və təşkil edir.

Araşdırmalar və təhlillərdən görürük ki, ölkəmizdəki sığorta bazarı Türkiyə, Rusiya, hətta Qazaxıstan kimi yerlərlə müqayisədə çox zəif inkişaf edib. Bu həm sığorta mükafatlarının həcminə, həm də sığorta məhsullarının sayına görə hesablanmışdır.[10, s.91]

Qazaxıstanda 2008-ci ildə sığorta mükafatlarının ümumi dəyəri 1 237 milyon dollar olmuşdur. Respublikamızda isə bu rəqəm 1 179 milyon təşkil etmişdir. Başqa tərəfdən inkişaf etmiş sığorta bazarlarında məcburi pensiya, məcburi tibbi və işə götürənin mülki məsuliyyətinin məcburi sığortalarını dövlətlə birgə, həyat sığortası sahəsində uzmanlaşmış sığorta şirkətləri də həyata keçirir ki, bu da onların sığorta bazarında paylarının çox olmasına təsir göstərir. Bu gün Azərbaycanda icbari pensiya sığortası yalnız dövlət tərəfindən tətbiq olunur. Lakin onu da vurğulamaq lazımdır ki, indiki sığorta bazarında həyat sığortası məhsulları satan sığortaçıların texniki imkanları bu növ sığortaları tətbiq etmək üçün yetərli deyil. Beynəlxalq təcrübədə həyat sığortası sözləşmələrinin əsas xüsusiyyətlərindən biri də uzun müddətli olmasıdır. Ölkənin sığorta bazarında bağlanan həyat sığorta müqavilələrinə diqqət etsək görərik ki, öhdəliklər əsasən qısa müddətlidir. Burada başlıca amillərdən biri əhalinin hələ də uzun müddəti əhatə edən həyat sığortası məhsullarına inamsızlığıdır. Sovet dövründə anlaşılan uzun müddətli həyat sığortası sözləşmələri üzrə öhdəliklərin məlum nədəndən dolayı yerinə yetirilməməsi, həyat sığortası üzrə güclü kapitala və uzun müddətli bazar strategiyasına malik firmaların mövcud olmaması və olan şirkətlərin bazara maraqlı və keyfiyyətli həyat sığortası məhsulları sunmaması inamsızlığın yaranmasında rol almışdır. Başqa önəmli ünsürlərdən biri də, yerli bazarda toplama funksiyası daşıyan investisiya alətlərinin strukturunda və keyfiyyətində olan çatışmazlıqdır. Ölkədə sığorta tarifləri (avtomobil sığortası xaric) inkişaf etməmiş, hətta qonşu ölkələrlə müqayisədə çox aşağıdır. Xüsusilə diqqət etsək ki, sığorta bazarının inkişafında sığorta tariflərinin çox rolu var və sığorta fəaliyyətinin nəticəsi tam olaraq tarif dərəcələrinin nə qədər doğru və təbii şəkildə yerinə yetirilməsindən asılıdır, həyat sığortası üzrə sığorta haqlarının çox olmaması sığorta şirkətlərinin ziyanla işləməsinə gətirib çıxarır. Bu nədənlə sığorta şirkətləri həyat sığortası ilə əlaqəli iri şirkətlərin müraciətlərini geri çevirir, sözləşmələri pozurlar. Bu sektorda ən çox yayılan tendensiyalardan biri sığorta hadisəsinin qiymətləndirilməsi nəticəsində sığorta şirkətlərinin özləri tərəfindən sığorta ödənişinin çox aşağı təqdim olunmasıdır. Çünki qanunvericiliyə görə sığorta şirkətlərinin imzaladıqları bir sığorta müqaviləsinin dəyəri onların nizamnamə kapitalının həcmi ilə bağlı məhdudlaşdırılır. Sığorta bazarının əsas problemlərindən bir başqası isə sığorta sahəsində ixtisaslı kadrların və aktualların yetməzliyidir.

Son illər bu sahədə artım dinamikasının olmasına baxmayaraq, bazarda bugün belə mütəxəssis çatışmazlığı hiss edilir. Sistemin zəif inkişafı maliyyə, bank, səhiyyə və s. sektorlarla yanaşı, insanların uzun ömürlüyünə mənfi təsir edir. «Sığorta haqqında Qanun»un 1999-cu ildə qəbul edilməsinə baxmayaraq hesabatlılıq və maliyyə hesabatı vermə məsələlərinə də az diqqət yetirilib. Qanun sığorta şirkətlərindən illik konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanmasını tələb etsə də qanun mühasibat və maliyyə hesabatları standartlarını müəyyən etmir. Bu sahəyə aid olan mühasibat uçotu standartları mövcud deyil. «Sığorta haqqında» qanunda bildirilir ki, sığortaçıların maliyyə və işgüzar fəaliyyəti sığortaçılar tərəfindən seçilmiş və təyin edilmiş müstəqil auditor tərəfindən yoxlanılmalıdır. Auditi aparılmış maliyyə hesabatları Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə və vergi orqanlarına təqdim edilməlidir. Müstəqil auditorun və ya auditor təşkilatının seçilməsi ilə bağlı xüsusi tələblər mövcud deyil. 2006-cı ildə yaradılan Azərbaycan Sığortaçılar Assosiasiyasının məqsədlərindən biri sığortaçılar adından vahid bir cəbhə kimi çıxış etmək olsa da qurumun fəaliyyəti dövründə belə təşəbbüslərə rast gəlinməyib.Assosiasiya sığortaçıların maraqlarının müdafiəçisi kimi qəbul olunmur, nəticədə qarşıya qoyulan məsələlər öz həllini tapmır. Nəzərə alsaq ki, Azərbaycanda çox az sayda sığorta şirkətləri cari problemlərinin həlli ilə bağlı Dövlət Sığorta Nəzarəti Xidmətinə çıxış əldə edə bilir. Assosiasiyanın bu istiqamətdə zəiflik nümayiş etdirməsi sığorta şirkətlərinin problemlərinin həllini ertələyir.

Azərbaycanda sığorta birlikləri hüquqi şəxs kimi Maliyyə Nazirliyinin tərkibindəki Azərbaycan Respublikasının Dövlət Sığorta Nəzarətində qeydiyyatdan keçdikdən sonra öz nizamnamələri əsasında fəaliyyət göstərirlər.

Hazırda ölkədə 27 sığorta şirkəti, 1 təkrar sığorta, beş broker şirkəti (dördü xarici kapitalın iştirakı ilə) var.

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin