Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün “Fiziki tərbiyə” fənni üzrə müəllim üçün metodik vəsait



Yüklə 396,64 Kb.
Pdf görüntüsü
tarix23.10.2019
ölçüsü396,64 Kb.
#29410
yr fiziki terbiye 2 2014


 

 

Respublikanın ümumtəhsil məktəblərinin 

2-ci sinifləri üçün “Fiziki tərbiyə” fənni üzrə  

müəllim üçün metodik vəsait 

 

 

Müəlliflər: Firat Hüseynov 

 

                 İsmayıl İsmayılov  

 Soltan Bağırov  

     Hənifə Qurbanov 

            

                Çingiz Salmanov 

       

  

 

Bakı: XXI YNE, 2014. 

 

Müəllim üçün metodik vəsait ilə bağlı TQDK-ya daxil 

olmuş və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və 

təkliflər əsasında hazırlanmış 

 

 

YEKUN RƏY 

 

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 



 

1. Məzmunun işlənməsi baxımından 

2. Dil və yazı üslubu baxımından 

3. Dizayn və bədii tərtibat baxımından 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

 

1. Məzmunun işlənməsi baxımından 

 

Fiziki tərbiyə fənni üzrə ümumtəhsil məktəblərin 2-ci sinfində yalnız “Müəllim 



üçün metodik vəsait” (MMV) nəzərdə tutulmuşdur. Vəsait 72 səhifədən ibarətdir. 

Burada “Giriş”“Vəsaitdən istifadə qaydaları”“2-ci sinifdə “Fiziki tərbiyə” 



fənni  üzrə  məzmun  standartları”“İllik  planlaşdırma”“Mündəricat” öz əksini 

tapmışdır. 

2-ci sinif fənn kurikulumunda 4 məzmun xətti üzrə (“İnformasiya təminatı və 

nəzəri  biliklər”,  “Hərəki  bacarıqlar  və  vərdişlər”,  “Hərəki  qabiliyyətlər”

“Şəxsiyyətin  mənəvi-iradi  keyfiyyətlərinin  formalaşması”)  4  əsas  və  18  alt 

standartın reallaşdırılması nəzərdə tutulmuşdur. Lakin vəsaitdə “2-ci  sinifdə  “Fiziki 



tərbiyə”  fənni  üzrə  məzmun  standartları”nda  7  əsas  və  22  alt  standart 

göstərilmişdir.  Bu  məzmun  standartları  müvafiq  fənn  üzrə  ibtidai  siniflər  üçün 

nəzərdə tutulmuş nə köhnə, nə də yeni fənn kurikulumuna uyğun deyil. 

Qeyd etmək lazımdır ki, Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən MMV-nin 

təkrar nəşri  ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış 

rəydə  göstərilən  irad  və  təkliflərin  xeyli  hissəsi  bu  nəşrdə  nəzərə  alınmışdır.  Lakin 

bəzi  iradlar  olduğu  kimi  qalıb,  əlavə  və  dəyişikliklər  zamanı  isə  yeni  səhvlərə  yol 

verilmişdir. Bunlar aşağıdakılardır: 

Vəsaitdə gün rejimi, gigiyenik tədbirlər və s. sərbəst təlimlər üzrə hər hansı bir 

formada materiallar daxil edilməmişdir. 



Səhifə 7. “2-ci sinifdə “Fiziki tərbiyə” fənni üzrə məzmun standartları”nda 

4-cü məzmun xətti (Şəxsiyyətin mənəvi-iradi  keyfiyyətlərinin formalaşması)  üzrə 

verilmiş alt standartlar düzgün deyil. 

Səhifə  8.  “İllik  planlaşdırma”  cədvəlində  “Hərəkət  sürətinin  inkişaf 

etdirilməsi”  mövzusu  üzrə  (dərs  13)  “4.1.3.”  alt  standartı  qeyd  olunsa  da,  “2-ci 

sinifdə  “Fiziki  tərbiyə”  fənni  üzrə  məzmun  standartları”nda  (səh.  7)  4-cü 


 

məzmun xətti (Şəxsiyyətin  mənəvi-iradi  keyfiyyətlərinin  formalaşması)  üzrə belə 



alt standart verilməmişdir. Bu alt standartın dəqiqləşdirilməsi tövsiyə edilir. 

Səhifə 9. “İllik planlaşdırma” cədvəlində “KSQ-2” və “KSQ-3” bölmələrində 

4-cü məzmun xətti (Şəxsiyyətin mənəvi-iradi  keyfiyyətlərinin formalaşması)  üzrə 

müvafiq alt standartların verilməsi tövsiyə edilir. 

Yenə  həmin  səhifədə  “İllik  planlaşdırma”  cədvəlində  “BSQ”  bölməsində 

qeyd olunmuş  “-turnikdə  dartınma” ifadəsinin “30-cu dərsdə keçirilmiş turnikdən 



dartınmanın  nəticəsi  (oğlanlar)  və  alçaq  turnikdə  uzanaraq  dartınmanın  nəticəsi 

(qızlar)” kimi verilməsi tövsiyə edilir. 

Səhifə  11.  “İllik  planlaşdırma”  cədvəlində  “KSQ-5”  bölməsində  4-cü 

məzmun  xətti  (Şəxsiyyətin  mənəvi-iradi  keyfiyyətlərinin  formalaşması)  üzrə 

müvafiq alt standartların verilməsi tövsiyə edilir. 

Yenə  həmin  səhifədə  “İllik  planlaşdırma”  cədvəlində  “BSQ”  bölməsində 

qeyd olunmuş “-1000  metrə  qaçış” ifadəsinin “64-cü dərsdə keçirilmiş 6 dəqiqəlik 



qaçış və ya 1000 metrə qaçışın nəticəsi kimi verilməsi tövsiyə edilir. 

Səhifə  15.  MMV-nin  rus  dilində  olan  variantında  Dərs  №  10,  12,  13-də 

“İnformasiya təminatı və nəzəri biliklər” məzmun xətti üzrə verilmiş alt standartlar 

“İllik planlaşdırma”da nəzərdə tutulan alt standartlara uyğun deyil. 

Səhifə  31.  “Sürət-güc  qabiliyyətinin  təkmilləşdirilməsi”  mövzusu  üzrə  ev 

tapşırıqları  üçün  nəzərdə  tutulmuş  çoxsaylı  tullanış  hərəkətləri  fizioloji  baxımından 

səhər gimnastikasına uyğun deyil, fiziki cəhətdən yüklənməyə səbəb olur. 

Səhifə  41. Vəsaitin rus dilində olan variantında “Урок №  1”  hissəsində “İllik 

planlaşdırma”  cədvəlində nəzərdə tutulan  “1.1.1” alt standartı (“Hərəki fəaliyyətin 

orqanizmə təsirini izah edir”) verilməmişdir. 

Səhifə  45.  “Dərs  №  2”-  (“Dinamik  müvazinətin  inkişaf  etdirilməsi” 

mövzusu)  müvazinət  hərəkətlərinin  inkişaf  etdirilməsi  üzrə  “Əsas  hərəkətlər” 

kompleksində verilmiş “İştirakçılar sağ əlləri ilə bir-birini skamya üzərindən yerə 

salmağa  çalışırlar” cümləsinin “İştirakçılar  güclü  əllə bir-birini skamya üzərindən 

yerə  salmağa  çalışırlar”  kimi  yazılması  daha  düzgün  olar.  Çünki  şagirdlər  fizioloji 

baxımından sol və ya sağ tərəfli ola bilərlər. 



Səhifə  53.  “Ümumiləşdirmə  və  qiymətləndirmə”  dərs  hissəsində  verilmiş 

“Daş  yerə  düşdükdə  oyunçu  onu  götürür  və  oyun  davam  etdirir”  cümləsinin 

məzmunu düzgün deyil. Cümlənin dəqiqləşdirilməsi tövsiyə edilir. 



 

Səhifə  55.  Dərs  №  1-  4-cü  məzmun  xətti  üzrə  (Şəxsiyyətin  mənəvi-iradi 



keyfiyyətlərinin  formalaşması)  heç  bir  alt  standart  qeyd  olunmasa  da,  əvəzində 

məlum  olmayan  “2.4.1”  alt  standartı  verilmişdir.  Mövzuda  qeyd  olunmuş  alt 

standartların dəqiqləşdirilməsi tövsiyə edilir. 

Səhifə  57  və  58.  Dərs  №  2  və  3-  məlum  olmayan  “2.4.1”  alt  standartı 

verilmişdir.  Mövzularda  qeyd  edilmiş  alt  standartların  dəqiqləşdirilməsi  tövsiyə 

edilir. 

 

2. Dil və yazı üslubu baxımından 

 

Dil  və  yazı  üslubu  baxımından  MMV  qənaətbəxşdir.  Həmçinin  vəsaitdə 



qrammatik  və  orfoqrafik  qaydalara  da  əməl  edilmişdir.  Lakin  bununla  yanaşı, 

müəyyən qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır: 

Vəsaitdə bir çox terminlərin (“Alçaq turnik”, “Hündür turnik ....”, “Ruletka” 

və s.) dəyişdirilməsi zəruridir. 

Hərəki  qabiliyyətlərin  müvafiq  formada,  yəni  “Elastiklik  qabiliyyəti”nin 

dəyişdirilib  “Bədənin  əyilmə  qabiliyyəti”  və  yaxud  “Əyilgənlik  qabiliyyəti”  kimi 

verilməsi  düzgün  deyil.  Bunun  bütün  elmi  və  dərs  vəsaitlərində  olduğu  kimi 

Elastiklik qabiliyyəti” şəklində verilməsi daha məqsədəuyğundur. 



Səhifə 28. “Əsas hərəkətlər” üzrə verilmiş kompleks hərəkətin izahında “...hər 

bir dördbucaq üzərindən” ifadəsinin “...hər bir dördbucaq üzərinə” kimi verilməsi 

tövsiyə edilir. 

 

3. Dizayn və bədii tərtibat baxımından 

 

MMV-də  tərtibat  işləri  müsbət  sayıla  bilər.  Vəsaitdə  vahid  dizayn  üslubu 

gözlənilmişdir. Burada verilmiş rəsm və illüstrasiyalar demək olar ki, mövzulara, üz 

qabığının  tərtibatı  isə  məzmuna  uyğundur.    Bununla  yanaşı,  müəyyən  qüsurlara  da 

rast gəlinir. Bunlar aşağıdakılardır: 

Səhifə  47.  “Əsas  hissə”də  “Hazırlayıcı  hərəkətlər”  üzrə  ikinci  kompleksdə 

verilmiş hərəkətin izahı onun rəsmi ilə uyğun deyil. Belə ki, rəsm üzrə hərəkətdə top 

havaya  atıldıqdan  sonra  oturub  qalxmaqla  tutulur,  lakin  izahda  duruşdan  topun 

havaya atıb-tutulması verilmişdir. 



Səhifə 51 və 52. “Əsas hərəkətlər” üzrə verilmiş kompleks oyunda şagirdlərin 

geyimləri  dərs-tədris  və  tərbiyəvi  prinsiplərə  müvafiq  deyil.  Yalnız  dərsdən  sonrakı 



 

vaxtlarda  uşaqların  vaxtlarının  səmərəli  keçirilməsi  üçün  nəzərdə  tutulmuş 



mütəhərrik oyundur. 

 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

 

MMV-də  verilmiş  tapşırıqlar  əsas  etibarilə  maraqlıdır  və  şagirdlərin  yaş 

səviyyəsinə  uyğundur.  Lakin  bəzi  tapşırıqlarda  müəyyən  qüsurlara  da  rast  gəlinir. 

Bunlar aşağıdakılardır: 



Səhifə  16.  “Əsas  hərəkətlər”  üzrə  verilmiş  oyun  təhlükəli  hərəkət 

kompleksidir.  10-12  şagirdin  yüksək  sürətlə  üz-üzə  qaçaraq  bir-birinin  yanından 

keçərək finişə çatması təhlükəlidir.  

Səhifə 23. MMV-nin rus dilində olan variantında

 

sürət qabiliyyətinin summativ 



qiymətləndirmə  cədvəlində  qızlar  üçün  nəzərdə  tutulan  “4”-“5”  qiymətləndirmə 

meyarında  5,9  və  5,5  saniyə  ölçü  vahidləri  üzrə  qiymətləndirmə  normaları 

verilməmişdir. 

Səhifə  32.  Sürət-güc  qabiliyyətinin  summativ  qiymətləndirmə  cədvəlində 

“Yerindən uzunluğa tullanma” hərəkəti üzrə verilmiş normativ olduqca yüksəkdir. 

Nəzərə  almaq  lazımdır  ki,  ümumi  orta  təhsil  bazasında  (9  illik)  orta  ixtisas  təhsili 

müəssisələrinə  “Fiziki  tərbiyə”  ixtisasları  üzrə  verilmiş  normativlər  cədvəlində 

“Yerindən uzunluğa tullanma” hərəkətinin normativi 1,40 metr göstərilmişdir. 2-ci 

sinif  şagirdləri  üçün  bu  hərəkət  normativinin  1,65  metr  kimi  göstərilməsi  düzgün 

deyil. 

Səhifə 49. “Əsas hissə”nin hazırlayıcı hərəkətlərinin 1-ci və 2-ci kompleksi çox 

təhlükəli oyundur. Hər hansı bir şagirdin səhvi ciddi xəsarətlə nəticələnə bilər. Əgər 

şagird ona atılan ağacı tuta bilmirsə, o, şagirdin üz-gözünə, başına dəyə bilər.  

Səhifə  54.  “Cədvəl  5”də  “Yüksək”  qiymət  normativi  üzrə  verilmiş  “9,1” 

ədədinin “9,4 və 

” kimi verilməsi tövsiyə edilir. 



Səhifə  66.  “Əsas  hərəkətlər”  üzrə  verilmiş  kompleks  oyun  “Reqbi”  oyununu 

xatırladır.  Bu  oyunun  icrası  zamanı  qızlar  və  oğlanlar  arasında  mübarizə  dava 

prinsipini  bənzədir.  Tədris  prosesində  bu  oyunun  tətbiqi  zədələnmə  və  ona  bənzər 

hadisələrlə nəticələnə bilər. 



Yüklə 396,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin