Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


Risk-menecmentin əsas prinsipləri



Yüklə 0,52 Mb.
səhifə14/30
tarix24.03.2022
ölçüsü0,52 Mb.
#54087
1   ...   10   11   12   13   14   15   16   17   ...   30
aysel-2

Risk-menecmentin əsas prinsipləri

Əgər riski hesablamaq mümkün deyildirsə, o zaman riskin həll olunması üçün evristikadan (nəzəri tədqiqatın məntiqi və metodik üsulları sistemi) istifadə edilir.Evristika özündə nəzəri tədqiqatın məntiqi və metodiki üsullarla məcmusunu birləşdirir. Başqa sözlə, bu xüsusi çətin məsələlərin həlli qaydaları və üsullarıdır.Əlbəttə evristika riyazi hesablamadan daha az etibarlı və daha az aydındır. Ancaq o tamamilə müəyyən həll tapmağa imkan verir.Risk-menecment risklərin həll edilməsi zamanı özünün evristik prinsipləri və üsullar sistemi vardır.

Risk-menecmentin əsas prinsipləri:

  • Şəxsi kapitaldan artıq risk etmək olmaz.

  • Riskin nəticələri barədə düşünmək lazımdır.

  • Az üçün çox şeyi riskə atmaq olmaz.

  • Müsbət qərarları yalnız şübhələr yox olduqda vermək olar.

  • Şübhə mövcud olduqda mənfi qərarlar qəbul edilir.

  • Yalnız bir həllin olduğunu düşünmək olmaz. Ola bilər ki, başqa həllər də var.

Bunlardan başqa, riskin idarə olunmasının 4 metodu vardır:

    • Ləğv etmə (aradan qaldırma)

    • İtkinin qarşısının alınması və nəzarət

    • Sığorta

    • Sərf etmə (udma)

1) Ləğv etmə riskli fəaliyyətdən imtina etməkdir. Ancaq sahibkarlıq fəaliyyətində riskin ləğv edilməsi gəliri də ləğv edir.

2) İtkinin qarşısının alınması və nəzarət maliyyə risklərinin idarə olunması metodu kimi əgər itki qaçılmazdırsa, onda neqativ nəticələrin qarşısının alınması şərtini qoyan, təsadüflərdən qorunmaq, onun həcmini kontrol etmək üçün müəyyən preventiv və sonrakı addımların komplekt düzümüdür.

3) Sığortanın mahiyyəti ondan ibarətdir ki, investor risklərdən qaçmaq üçün gəlirdən də imtina etməyə hazırdır, yəni o riskin sıfıra endirilməsi üçün pul ödəməyə hazırdır.

Sığorta risklərin idarə olunması metodu kimi aşağıdakı iki fəaliyyəti bildirir:

İtkinin sahibkarlar qrupu arasında bölüşdürülməsi (özünüsığortalama)

Sığorta şirkətinə kömək üçün müraciət etmək

Böyük şirkətlər adətən özünüsığortalamaya gedirlər, yəni adətən bit tip riskə düçar olan şirkət qabaqcadan vəsaitləri kənara qoyur və bunun nəticəsində də itkinin üzərini örtür. Kredit bazarının xidməti olan sığortalamadan o vaxt istifadə olunur ki, o maliyyə menecerini sığorta ödənişi və sığorta məbləği arasındakı əlaqəni müəyyən etməyə məcbur edir.Sığorta ödənişi – sığorta edənin sığorta olunana sığorta hadisəsinə görə ödədiyi puldur.Sığorta məbləği – maddi qiymətlilərin və ya sığorta edənin məsuliyyətə görə olan puldur.

4) Sərf etmə itkinin təsdiq edilməsi və onun sığortalanmasından imtina etməkdir. Sərf etməyə adətən ehtimal olunan itkinin həcmi az olanda gedirlər, yəni bu riskdən qorxmamaq olar.

Özünüsığortalama - sahibkar sığorta şirkətində sığortalanmaqdansa özü özünü sığortalamağı daha üstün tutmasıdır.Bununla o, sığorta ödəmələrinə qənaət etmiş olur.Özünüsığortalama bilavasitə sahibkar üçün, xüsusilə fəaliyyəti riskə meylli olan sahibkara lazım olan natural və sığorta (rezerv) fondunun desentralizasiya olunmuş formasının yaradılmasıdır.İstehsal-ticarət fəaliyyəti zamanı ola biləcək itkiləri əvəzləyə biləcək fondların sahibkar tərəfindən yaradılması özünüsığortalamanın əsasını təşkil edir. Özünüsığortalamanın əsas vəzifəsi maliyyə-kommersiya fəaliyyəti zamanı yaranmış çətinliklərin operativ şəkildə aradan qaldırılmasından ibarətdir.Özünüsığortalama prosesi zamanı müxtəlif növ ehtiyat və sığorta fondları yaradılır.Bu fondlar təyinatından asılı olaraq natural və pul formasında yaradıla bilər.Beləliklə, fermerlər və kənd təsərrüfatının digər subyektləri hər şeydən əvvəl natural formada sığorta fondları yaradırlar: toxum fondu, yem fondu və s. bunların yaradılması baş verəcək iqlim şəraitindən asılıdır.Pul ehtiyat fondları gözlənilməz xərclərin, kredit borclarının, sahibkarlıq fəaliyyətinin likvidliyi xərclərini ödəmək üçün yaradılır.Bu fondların yaradılması səhmdar cəmiyyətləri üçün mütləqdir.Sahibkarlar və vətəndaşlar özlərinin əmlaklarının sığortalanması üçün qarşılıqlı sığortalama cəmiyyəti yarada bilərlər.Riskin aşağı salınmasının daha vacib və daha geniş yayılmış üsulu risklərin sığortalanmasıdır.Sığortalamanın əsası odur ki, investor riskin aşağı salınması naminə gəlirdən də imtina etməyə hazırdır, yəni o riskin sıfıra endirilməsi üçün ödəməyə hazırdır.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin