AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 1,26 Mb.
səhifə7/28
tarix25.11.2016
ölçüsü1,26 Mb.
#37
1   2   3   4   5   6   7   8   9   10   ...   28

İlk qiymətləndirmə və ilk yardım. Yaranın ilk dəyərləndirilməsi təkcə səthi müayinə ilə deyil, həmçinin dərin strukturların (sinir, vətər, oynaq, ağız suyu vəzisi, sümük və s.) ehtimal edilən yaralanmaların araşdırılmasını da əhatə etməlidir. Həmiçinin, toplanan anamnezdə diabet, ürək-damar xəstəlikləri kimi xəstəliklər, istifadə olunan dərmanlar haqqında məlumat toplanması tətbiq olunacaq müalicə baxımından əhəmiyyətli meyarlar olduğu üçün diqqət mərkəzində saxlanılmalıdır. Bərpanın birincili olaraq həyata keçirilə bilmədiyi yaralanmalar zamanı yara steril fizioloji məhlul ilə yuyulmalı, uyğun sarğı ilə steril olaraq örtülməlidir. Yuyucu maddələr yad cismlərdən və bakteriyalardan, nekrotik toxumalardan uzaqlaşdırır. Bu metod iltihab fazasını azaldaraq yarana biləcək inrinləmənin qarşısını almaq baxımından əhəmiyyətlidir.

Yaranın sağalma mərhələləri. Yaranın sağalması bir-biri ilə əlaqədar 4 fazadan – iltihabi, fibroplastik, kollagen sintezi və çapıq əmələ gəlməsi fazalarından ibarətdir:

  1. İltihabi faza. Bütün növ yaralara qarşı inkişaf edən ilk reaksiya iltihabdır. Meydana çıxan yaralanmada təsir edən amildən asılı olmayaraq inkişaf edən vaskulyar və hüceyrəvi bir reaksiya olan iltihab mikroorqanizmlərin və yad cisimlərin kənarlaşdırılmasına yönəlmişdir.

İltihabın başlanığıc mərhələsi üçün vaskulyar dəyişikliklər xarakterikdir. Yaralanmadan dərhal sonra nahiyəvi damarlarda təxminən 5-10 dəqiqə davam edən müvəqqəti bir büzüşmə inkişaf edir. Bu müddətdə kiçik venulalarda qan elementləri (leykosit, eritrosit və trombositlər) damar divarına yapışırlar. Vazokonstruksiya nəticəsində bütün nahiyəvi xırda damarlarda (kapillyarlarda) vazodilatasiya inkişaf edir və beləliklə, qan axımı artmış olur. Bu vazodilatasiya nəticəsində endotel hüceyrələri şişərək kürə formasını alır və damar keçiriciliyi artır. Beləliklə, yaranan məsamələrdən yara daxilinə plazma və elektrolitlər daxil olur və yara nahiyəsində ödem inkişaf edir. Damar keçiriciliyinin artması yaralanmış toxumalardan ifraz olunan histamin və digər bioloji aktiv maddələrin (kinin, sistein, prostoqlandin) təsirindən baş verir.

Normal halda, streptokok kimi fibrinolitik enzimlərə malik infeksiyalar istisna olmaqla, iltihabi fazada yara daxilinə toxumadan keçən plazma mənşəli fibrin laxtaları ilə lokal limfa damarları obstruksiyaya uğrayırlar. Beləliklə, iltihab yerli bir proses olaraq qalır, lakin streptokok kimi infeksiyalarda fibrinolitik aktivlik ilə laxtanın həll olması nəticəsində obstruksiya aradan götürülür, iltihab və infeksiya sürətlə yayıla bilir.

Leykositlərin damarlardan yara daxilinə xemotaksis vasitəsilə keçməsi nəticəsində yarada hüceyrə ilə zəngin bir mühit inkişaf edir. Leykositlər yara daxilində bakteriya və yad agentləri faqositoz edirlər. Aktiv faqositoz edən polimorf nüvəli leykositlər və monositlər əvvəlcə damar daxilindəki nisbətlərə uyğun konsentrasiyalarda yara daxilinə keçdikləri üçün kəskin yarada polimorf nüvəli leykositlərin sayı daha çox olur, lakin, monositlərə nisbətən onların ömürləri qısa olduğu üçün xronik iltihablı yarada monositlərin sayı daha çox olur. Polimorf nüvəli leykositlər məhv olduqda hüceyrə daxili fermentləri ilə parçalanma məhsulları yaranın daxilinə keçirərək yara eksudatının və irinin bir hissəsini təşkil edir. Bu eksudat mikrob iştirakı olmadan da inkişaf edə bildiyindən, bəzən yara steril də ola bilir. Steril olmasına baxmayaraq irin yara sağalmasına mənfi təsir göstərərək sağalmanı gecikdirir, hətta tamamilə qarşısını ala bilir. Bu zaman yara daxilindəki monositlər makrofaqlara çevrilirlər ki, bu da yad agentlərin və bakteriyaların faqositozunu asanlaşdırır. Əksər təmiz yaralarda kəskin iltihab bir neçə gün ərzində itir və bərpa fəaliyyəti başlayır. Lakin bakteriya və yad maddələrlə həddən artıq yoluxmuş xəstələrdə iltihab davamlı olaraq qalır və sağala bilmir. Xronik iltihabi reaksiya nəticəsində fibroblastlar yara kənarına çəkilir və makrofaqlar hər bir yad agent ətrafında kollagen divar əmələ gətirir. Beləliklə, qranulomalar inkişaf edir.

  1. Fibroplastik faza. İltihabın sonlarına doğru əksər yad agentlərin ağ kürələr tərəfindən uzaqlaşdırılması ilə yara sağalmasının digər dövləri başlayır. Yaranın dərinliklərinə keçən fibroblastlar başda kollagen olmaqla birləşdirici toxuma sintezinə başlayırlar. Çapıq toxuması formalaşmasının bu dövrü fibroplaziya adlanır.

Fibroplaziya mərhələsində yara nahiyəsi mikroskopik olaraq qranulyasiya toxumasından ibarət olur. Endotelial düyüncüklərdən inkişaf edən xarakterik damarlanma bu toxumanın qırmızı rəngini əks etdirir. Yaranın daxilində qranulyasiya toxuması inkişafı, fibrin torunun əriməsi ilə birlikdə baş verir. Fibroblastların yaraya hansı formada daxil olmaları tam dəqiqləşdirilməmişdir, , bu hüceyrələrin ətraf toxumalardakı dəyişilməmiş mezenximal hüceyrələrdən qaynaqlandığı və yara daxilində proliferasiya ilə çoxaldıqları güman edilir. Fibroblastlar yara bərpası üçün başlanğıcda birləşdirici toxmanın əsas tərkib hissələri olan qlikoprotein və mukopolisaxaridləri, sonra da kollagenləri əmələ gətirirlər. Yara daxilindəki kollagenin miqdarı artdıqda qlikoprotein və mukopolisaxaridin miqdarı azalır.

  1. Kollagen sintezi fazası. Dəqiq məlum olmayan bir mexanizm ilə fibroblastlardan kollagen yaranması başlayır. Kollagen molekullarının mexanik xüsusiyyətləri çapıq toxumasının sərtliyini təmin edən qarışıq və qıvrımlı quruluşa malikdir.

Yaranın dartılma qüvvəsi fibroplaziya dövründə sürətlə və kollagen sintezinə mütənasib bir şəkildə artır. Lazımi miqdarda kollagen yaradıldıqda yaradakı fibroblastların sayı azalır. Fibroplastik dövr sona çatdıqda fibroblastların itməsi ilə çapıq əmələ gəlmə fazası başlayır.

  1. Çapıq əmələ gəlmə fazası. Fibroplaziya nəticəsində yaranan çapıq geniş və sıx bir kollagen strukturdur. Lakin artıq dərəcədə həll olan kollagen liflər pərakəndə şəkildə yerləşmiş olduğuna görə bu, həssas birləşmədir. Bu liflərin hörgüyə bənzər formadan daha inkişaf etmiş struktura çevrildiyi görünür. Fibroblastların yaradan itməsinə və kollagen sintezinin getdikcə azalmasına görə zaman keçdikcə yaranın gücü artır. Spontan bir hadisə olan yenidən formalaşma illərcə davam edə bilər. Bu çapığın hansı dərəcəyə qədər formalaşacağı xəstənin yaşına və yaralanmanın vaxtına bağlı olduğu kimi, xəstədən xəstəyə də fərqlidir. Yenidən formalaşmanın mexanizmi tam aydın olmasa da, eyni zamanda davamlı kollagen birləşmə və parçalanma dövrünün olması bu proses haqqında müəyyən fikrə gəlməyə kömək edir.


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin