Azərbaycan respublikasi əlyazması hüququnda


sahələrdə  əlaqələrin  mövcud  vəziyyəti  və  inkişaf  perspektivləri»



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə16/19
tarix31.12.2021
ölçüsü0,7 Mb.
#50027
1   ...   11   12   13   14   15   16   17   18   19
AVTOREFERAT

sahələrdə  əlaqələrin  mövcud  vəziyyəti  və  inkişaf  perspektivləri» 

adlanır.  Fəslin  1-ci  yarımfəsli  «Azərbaycanın  Mərkəzi  Asiyanın 



türkdilli  dövlətləri  ilə  iqtisadi  əlaqələri  və  neft  amilinin 

əməkdaşlıqda  əhəmiyyəti»  adlanır.  Bu  yarımfəsildə  Azərbaycanın 

Mərkəzi Asiyanın türkdilli dövlətləri ilə olan xarici ticarət dövriyyəsinin 

dinamikası əks olunmuşdur. Burada qeyd edilir ki, Azərbaycanın xarici 

ticarət  dövriyyəsində  türkdilli  dövlətlərin  payı  zamanla  azalmışdır. 

1992-ci  ildə  Azərbaycanın  xarici  ticarət  dövriyyəsinin  7,4%-i  Mərkəzi 

Asiyanın  türkdilli  dövlətlərinin  payına  düşmüşdür.  2006–cı  ildə 

Azərbaycanın xarici ticarətində 4 ölkənin payı 5,6% olmuş, 2017-ci ildə 

Azərbaycanın xarici ticarət dövriyyəsi təxminən 3 dəfə artsa da, 4 ölkənin 

payı  1,5%  olmuşdur

29

.  Bu  isə,  Azərbaycanın  qeyr-neft  məhsullarının 



ixrac  və  idxalında  bu  ölkələrlə  əməkdaşlığının  daha  da  inkişaf  edəcəyi 

perspektivlərini göstərir.  

Təbii  qaz  və  neftə  duyulan  ehtiyac  və  enerji  qaynaqlarının 

nəqli üçün lazımlı nəqliyyat şəbəkəsinin təmin edilməsi məsələsində 

türkdilli dövlətlərin iqtisadi birlik və bütövlüyü  mühüm əhəmiyyətə 

malikdir. Məhz ona görə, enerji və enerjinin nəqli ilə bağlı layihələr 

Azərbaycanın 

Mərkəzi 


Asiyanın 

türkdilli 

dövlətləri 

ilə 


                                                           

28

 TÜRKPA Dokuzuncu Genel Kurulu: [Elektron Resurs] / TURKPA. - dekabr 18, 



2019.  URL:  https://turkpa.org/tr/content/haberler/turkpa_haberleri/2445_-trkpa_-

doku zuncu_genel_kurulu 

29

 Azərbaycanın statistik göstəriciləri / - Bakı: 2018. - 808 s. 




20 

 

münasibətlərində  əsas  əməkdaşlıq  sahələridir.  Böyük  neft  və  təbii 



qaz  əhtiyatlarına  malik  olan  Azərbaycan,  hazırda  enerji  sahəsində 

beynəlxalq layihələr həyata keçirməyə davam etməkdədir ki, Cənub 

Qaz  Dəhlizi  layihəsi  bunun  ən  böyük  numunəsidir

30

.  Azərbaycanın 



Xəzər dənizi sektorunda yerləşən Şahdəniz-2 sahəsindən çıxan qazın 

Türkiyə  üzərindən  Avropaya  daşınması  üçün  yaradılmış  layihə, 

Cənubi Qafqaz Təbii Qaz boru kəməri, Trans Anadolu təbii qaz boru 

kəməri  (TANAP)  və  Trans  Adriatik  Boru  Kəməri  (TAP)-ndən 

ibarətdir.  12  iyun  2018-ci  il  tarixində  açılış  mərasimi  keçirilən 

TANAP-a  təbii  qaz  ehtiyatına  görə  dünyada  ilk  sıralarda  olan 

Türkmənistanın  da  qoşulması  gözlənilir  ki,  2018-ci  ilin  avqustunda 

Qazaxıstanın  Aktau  şəhərində  Xəzərin  hüquqi  statusunu  müəyyən 

edən  yekun  razılaşmanın  imzalanması  nəticəsində  Türkmənistan 

qazının  Azərbaycan  üzərindən  Avropaya  nəql  edilməsi  üçün  imkan 

yaradılmışdır

31

. Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə 



İtaliyanın  cənubuna  qədər  uzanacaq  TAP  boru  kəməri  isə  2020-ci  ildə 

istismara  verilib.  Həmin  kəmər  vasitəsilə  ildə  10  mlrd.  kubmetr  qazın 

Avropaya nəqli nəzərdə tutulur. 

Fəslin  «Azərbaycanın  Mərkəzi  Asiyanın  türkdilli 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin