Azərbaycan respublikasi əlyazması hüququnda



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə2/19
tarix31.12.2021
ölçüsü0,7 Mb.
#50027
1   2   3   4   5   6   7   8   9   ...   19
AVTOREFERAT

 

 

Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali  Attestasiya 

Komissiyasının  Azərbaycan  Respublikasının  Prezidenti  yanında 

Dövlət  İdarəçilik  Akademiyası  nəzdində fəaliyyət  göstərən FD 2.30 

Dissertasiya şurası  

 



 

GİRİŞ 



Mövzunun  aktuallığı  və  işlənmə  dərəcəsi.  Müasir  dövr 

dövlətlərarası  münasibətlərin  formalaşması  və  inkişafı,  yeni-yeni 

əməkdaşlıq  formalarının  meydana  gəlməsi  baxımından  əsaslı 

dəyişiklərin  yaranması  və  inkişafı  ilə  səciyyəvidir.  Son  otuz  illik 

dövr  ərzində  tarixi  talelərini  özləri  müəyyənləşdirən  türkdilli 

respublikalar  beynəlxalq  sistemə  inteqrasiya  olmaqda  və  xarici 

ölkələrlə  münasibətlərini  içində  olduğumuz  müasir  dövrün 

tələblərinə uyğun olaraq qurmaqdadırlar. Belə ki, 1991-ci ildə dövlət 

müstəqilliyi  qazanan  Azərbaycan  və  Mərkəzi  Asiyadaki  türkdilli 

dövlətlər sürətli ictimai-siyasi inkişaf prosesini həyata keçirmişdirlər. 

Bu  ölkələrdə  sovet  dövrünə  aid  siyasi  təşkilat  və  strukturlar 

dəyişdirilmiş, beynəlxalq təşkilat və qurumlara üzv olunmaq surətilə Qərb 

dünyası  ilə  əlaqələr  qurulmağa  başlanmışdır.  Bununla  əlaqədar  olaraq 

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev vurğulayırdı: “XX 

əsrin  sonunda  dünyada  gedən  ictimai-siyasi  proseslər,  baş  vermiş 

dəyişikliklər,  Sovetlər  İttifaqının  dağılması  türkdilli,  türk  dünyasına 

mənsub olan xalqların tam azad olmasına, müstəqillik əldə etməsinə və 

müstəqil dövlət qurmasına imkanlar yaratmış və bu, qısa bir müddətdə öz 

gözəl nəticələrini vermişdir”

1

.  



Qərb dövlətləri ilə yanaşı, region dövlətləri ilə də əlaqələr qurma 

arzusunda olan Azərbaycan Respublikası üçün Avrasiyanın mərkəzində 

yerləşən  və  təbii  sərvətlərlə  zəngin  olan  Mərkəzi  Asiyadaki  türkdilli 

dövlətlərlə  münasibətlərin  qurulması  mühüm  əhəmiyyət  kəsb  edirdi. 

XXI  əsrdə  ən  böyük  mübarizənin  Asiyada  gedəcəyini  ifadə  edən 

Z.Bjezinskinin  fikrinə  görə,  Avropanı  Asiyaya  bağlaması  səbəbiylə 

Cənubi  Qafqaz  əhəmiyyətli  bir  mövqedə  yerləşir.  Xəzər  vasitəsilə 

Azərbaycanla  həmsərhəd  olan  Mərkəzi  Asiyada  Çin,  Rusiya,  ABŞ 

kimi  dövlətlərlə  yanaşı  Türkiyə,  İran,  Hindistan  kimi  ölkələrin 

maraqları  da  toqquşur.  Bu  da  regionu  Azərbaycan  üçün  daha 

əhəmiyyətli edir

2

.  



                                                           

1

 Əliyev, H. Müstəqilliyimiz əbədidir / H.Əliyev.- Bakı: Azərnəşr, - 1998. –s. 488 



2

 Brzezinski, Z. Büyük satranç tahtası / Z.Brzezinski - İstanbul: İnkılap yayınları, -

2005. - s. 155 



 

Türk  dövlətlərinin  yerləşdikləri  coğrafi  məkan  isə  mövzunun 



aktual  olmasının  başqa  bir  səbəbidir.  Məlum  olduğu  kimi, 

Qazaxıstan  və  Türkmənistan  Xəzər  dənizi  vasitəsilə  Azərbaycanla 

həmsərhəddir.  Özbəkistan  Mərkəzi  Asiyanın  tam  ortasında 

yerləşməsi,  Qırğızıstan  isə  Çin  ilə  sərhəd  olması  səbəbi  ilə  strateji 

əhəmiyyətə  sahib  digər  iki  Mərkəzi  Asiya  ölkəsidir.  Qeyd  edək  ki, 

Azərbaycan  üçün  ortaq  tarix,  dil,  din  və  ənənələrin  daşıyıcısı  olan 

xalqların yaşadığı Mərkəzi Asiyada çoxsaylı azərbaycanlı da yaşayır.  

Azərbaycan  Respublikasının  Mərkəzi  Asiyanın  türkdilli 

dövlətləri ilə münasibətlərində qarşılıqlı maraq doğuran və aktuallıq 

kəsb edən amillərə aşağıdakiları aid etmək olar: 

 

Açıq dənizlərə birbaşa çıxışı olmayan Mərkəzi Asiya dövlətləri 



üçün  regionun  enerji  resurslarının    dünya  bazarına  çıxarılmasında 

problemlər  yaşanmaqdadır  ki,  bu  problemləri  Azərbaycandan  tranzit 

ölkə kimi istifadə etməklə çözmək mümkündür.  

 



Mövzunun  aktuallığını  şərtləndirən  amillər  içərisində  2018-ci 

ildə  Xəzərin  hüquqi  statusu  probleminin  Xəzərə  həmsərhəd  dövlət 

başçıları tərəfindən həll edilməsi mühüm əhəmiyyətə malikdir. Məlum 

olduğu  kimi,  Xəzər  sahilyanı  dövlətlərdən  üçünün  türkdilli  olmasına 

baxmayaraq,  Xəzərin  zəngin  enerji  resursları  5  ölkə  arasında  bir  sıra 

problemlər  yaşanmasına  səbəb  olmuş,  bununla  belə,  Xəzərin  statusu 

2018-ci ilin avqustunda Aktau görüşlərində həll olunmuşdur

3

.  



  Böyük  güclərin  diqqət  mərkəzində  olan  Mərkəzi  Asiyanın 

türkdilli  dövlətləri  Azərbaycanın  xarici  siyasətində  böyük  önəm 

verilən  hərtərəfli  beynəlxalq  əməkdaşlığın  genişləndirilməsi 

məsələsinin  əhəmiyyətli  bir  hissəsini  təşkil  edir.  Ümummilli  lider 

Heydər  Əliyev  tərəfindən  başlamış  və  onun  layıqlı  siyasi  varisi, 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam 

etdirdiyi  böyük  layihələr  vasitəsilə  Azərbaycan  və  Türkiyə  də  daxil 

olmaqla  bütün  türkdilli  dövlətlərin  ümumi  maraq  və  mənafeləri 

naminə inamlı addımlar atılmış və bundan sonra da atılmaqda davam 

edəcəkdir. 

                                                           

3

Bekdeş, H. 5. Hazar zirvesi: yeni düzenlemeler: [Elektron resurs] / SD Analiz. –



Ankara,  2018.  URL:  http://www.sde.org.tr/genel-/sd-analiz-5-hazar-zirvesi-yeni-

duzenlemeler-analizi-6591 




 



 

Azərbaycan Respublikasının Mərkəzi Asiyanın türkdilli dövlətləri 

ilə mədəni-humanitar sahələrdə əlaqələrinin öyrənilməsi ümumtürk ortaq 

mədəni dəyərlərin formalaşması baxımından əhəmiyyətlidir. 

 

Mərkəzi 



Asiyanın 

türkdilli 

dövlətlərinin 

Ermənistan-

Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  nizamlanması  prosesində 

Azərbaycana  verdikləri  siyasi  dəstəyin  əhəmiyyəti  böyükdür  və  bu, 

sistemli araşdırmaların aparılmasını tələb edir. 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin