Azərbaycan respublikasi əlyazması hüququnda


Tədqiqatın  elmi  yeniliyi



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə6/19
tarix31.12.2021
ölçüsü0,7 Mb.
#50027
1   2   3   4   5   6   7   8   9   ...   19
AVTOREFERAT

Tədqiqatın  elmi  yeniliyi.  Postsovet  məkanının  müstəqil 

türkdilli  dövlətləri  arasındaki  əlaqələrin  qurulması  və  inkişafı 

Azərbaycan  politoloji  fikrinin  daim  diqqət  mərkəzində  olmaqla 

çoxsaylı  tədqiqatları  şərtləndirmişdir.  Lakin  Azərbaycanın  Mərkəzi 

Asiyada  yerləşən  türkdilli  dövlətlərlə  siyasi,  iqtisadi  və  mədəni-

humanitar  əlaqələri  ilk  dəfə  olaraq  dissertasiya  işi  səviyyəsində  tədqiq 

olunmuşdur.  

Dissertasiya işinin elmi yeniliyini aşağıdaki kimi xülasə etmək olar:  

-Azərbaycanın  Mərkəzi  Asiyanın  türkdilli  dövlətləri  ilə  əlaqə  və 

əməkdaşlığının  inkişafı  günümüzdəki  yeni  faktlar  əsasında 

araşdırılmışdır;  

-Azərbaycanın  Mərkəzi  Asiyanın  türkdilli  dövlətləri  ilə  iki  və 

çoxtərəfli əməkdaşlığının beynəlxalq münasibətlər sistemindəki rolu təhlil 

edilmiş və əməkdaşlığın inkişaf etdirilməsinin türkdilli dövlətlərlə yanaşı 

ABŞ və Qərb ölkələri ilə də inteqrasiyaya qoşulmasının təmin ediləcəyi 

nəticəsinə gəlinmişdir; 

-Azərbaycanın türkdilli dövlətlərlə olan siyasi, iqtisadi, mədəni 

və  humanitar  əlaqələrinin  mövcud  vəziyyəti  təhlil  edilmiş  və  yaxın 

gələcəkdə 

türkdilli  dövlətlər  arasındaki  əlaqələrin  inkişaf 

perspektivləri dəyərləndirilmişdir; 

-Ermənistan-Azərbaycan, 

Dağlıq  Qarabağ  münaqişəsinə 

münasibətlə  bağlı  Mərkəzi  Asiya  türkdilli  dövlətlərinin  mövqeləri 

təhlil  olunmuş,  həmin  dövlətlərin  Azərbaycanın  ərazi  bütövlüyünün 

dəstəkləməsi  əsaslandırılmış,  bununla  belə,  Özbəkistan  istisna 

olmaqla,  bu  regionun  türkdilli  dövlətləri  tərəfindən  təcavüzkar 

Ermənistan  Respublikası  ilə  diplomatik  münasibətlərin  davam 

etdirilməsi mənfi qiymətləndirilmişdir.  


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin