Azərbaycan respublikasi əlyazması hüququnda


dövlətləri  ilə  humanitar-mədəni  sahələrdə  əməkdaşlığı»



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə17/19
tarix31.12.2021
ölçüsü0,7 Mb.
#50027
1   ...   11   12   13   14   15   16   17   18   19
AVTOREFERAT

dövlətləri  ilə  humanitar-mədəni  sahələrdə  əməkdaşlığı» 

adlanan  2-ci  yarımfəslində  Azərbaycanın  Mərkəzi  Asiyanın 

türkdilli  dövlətləri  ilə  humanitar-mədəni  sahələrdə  əməkdaşlığı 

ilə  bağlı  məsələlər  tədqiq  edilir.  Burada  qeyd  edilir  ki,  Tarixi 

İpək  Yolunun  üzərində  strateji  mövqeyə  malik  olan  Azərbaycanın 

yumşaq  güc  ünsürlərindən  istifadəsində  mədəniyyət  əsas  amil 

olmuşdur.  Ulu  öndər  Heydər  Əliyevin  xarici  siyasət  kursunu 

inkişaf  etdirən  Prezident  İlham  Əliyevin  bu  sahədəki  uğurları 

diqqətəlayiqdir.  Belə  ki,  onun  səyləri  nəticəsində  2000-ci  ilin 

sonlarından  başlayaraq  Azərbaycan  beynəlxalq  miqyasda  həyata 

keçirilən  bədii,  mədəni  və  idman  tədbirlərində  yüksək  səviyyədə 

                                                           

30

Özsoy, B. Hazar denizi meselesi bağlamında türk cumhuriyetleri arasındaki siyasi 



ve  ekonomik  ilişkiler  //  -Kırgızistan:  Manas  Sosyal  Araştırmalar  Dergisi,  -2019. 

8(1), - s. 461-478. 

31

Özsoy, B. Xəzərin statusu probleminin həlli və Transxəzər Qaz kəməri layihəsi // 



- Bakı: Tarix və onun problemləri, - 2019. № 1, - s. 234-238.  


21 

 

iştirak  edir.  Bu  isə,  eyni  zamanda  türkdilli  dövlətlər  arasında  mədəni 



əlaqələrin gənişlənməsində mühüm əhəmiyyətə malikdir.  

Türkdilli  dövlətlər  arasındaki  mədəni  əlaqələrin  inkişafında 

TÜRKSOY,  Türk  Akademiyası,  Türk  Dünyası  Yazıçıları  Qurultayı, 

Türk Mədəniyyəti və İrs Fondu kimi qurumların böyük əhəmiyyəti var. 

Türk  mədəniyyətini,  tarixini,  dilini,  sənətini,  ənənə  və  adətlərini 

araşdırmaq,  ortaya  çıxarmaq,  inkişaf  etdirmək,  qorumaq  və  gələcək 

nəsillərə  ötürmək  üçün  1993-ci  ildə  Azərbaycan,  Qazaxıstan, 

Qırğızıstan,  Özbəkistan,  Türkmənistan  və  Türkiyənin  Mədəniyyət 

nazirləri  tərəfindən  TÜRKSOY-un  qurulması  türk  dünyası  daxilində 

inteqrasiyada  mühüm  bir  mərhələ  olmuşdur.  Türk  dünyasının 

UNESCO-su  olaraq  qəbul  edilən  təşkilat,  Novruz,  Sabantoy,  Manas, 

Abay,  Mahdumkulu,  Tukay  kimi  ortaq  mədəniyyət  ünsürlərini 

dünyaya  tanıtır.  2010-cu  ildə  İstanbulda  keçirilmiş  türkdilli  ölkə 

başçılarının X sammitində TÜRKSOY-a üzv ölkələrin şəhərlərindən 

hər  il  birinin  illik  olaraq  türk  dünyasının  mədəniyyət  paytaxtı  elan 

edilməsi  barədə  qərar  qəbul  olunmuşdur.  Həmçinin  TÜRKSOY 

həyata keçirdiyi tədbirlərlə türk dünyasında əhəmiyyətli bədii və ədəbi 

şəxsiyyətləri  beynəlxalq  sahədə  tanıtmağa  çalışır.  Belə  ki,    2018-ci 

ildə  Qazaxıstanda  keçirilmiş  TÜRKSOY  Daimi  Şurasının  35-ci 

iclasında  2018-ci  il  görkəmli  Azərbaycan  bəstəkarı  Qara  Qarayev, 

Qazaxıstan  şairi  Maqcan  Jumabayev  və  Qırğızıstan  yazıçısı  Çingiz 

Aytmatov  illəri  elan  edilmişdir.  Həmin  ilin  dekabr  ayının  18-də 

Türkiyənin  Kastamonu  şəhərində  keçirilmiş  TÜRKSOY  Daimi 

Şurasının  36-cı  iclasında  isə  2019-cu  il  anadan  olmasının  650-ci 

ildönümü  münasibətilə  böyük  Azərbaycan  şairi  və  mütəfəkkiri 

İmadəddin  Nəsimi  ili  və  anadan  olmasının  125-ci  ildönümü 

münasibətilə  məşhur  türk  xalq  sənətkarı  və  şairi  Aşık  Veysel  ili  elan 

edilmişdir.  TÜRKSOY-un  Daimi  Şurasının  37-ci  iclası  2019-cu  ildə 

Qırğızıstanın  Oş  şəhərində  keçirilmişdir.  Həmin  iclasda,  2020-ci  ilin 

anadan olmasının 175-ci ildönümü münasibətilə Qazax ziyalısı Abay 

Kunanbayev  ili  elan  edilməsi  və  bu  çərçivədə  müxtəlif  tədbirlərin 

təşkil edilməsi qərara alınmışdır.  




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin