Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli



Yüklə 5,68 Mb.
Pdf görüntüsü
səhifə4/4
tarix31.01.2017
ölçüsü5,68 Mb.
#6852
1   2   3   4

Hipotenziv preparatların (lipofil β-blokatorlar), antiaritmik 

preparatların, antixolesterin (antiaterosklerotik) preparatların, 

kimyəvi terapiyanın, antibiotiklərin, H

2

-blokatorlarının qəbulu ilə 



əlaqədar depressiyanın yaranma ehtimalını da nəzərə almalıdır. 

Yuxarıda sadalanan preparatlarla müalicə zamanı depressiyanın 

yarandığı  təqdirdə psixiatrla məsləhətləşməni həyata keçirmək 

lazımdır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

34

5.   Somatik  pozuntuları olan xəstələrə antidepressantların təyini, 



antidepressantların somatik pozuntu simptomlarına potensial 

təsirinin, həmçinin onların somatik pozuntuların müalicəsində 

istifadə olunan digər preparatlarla qarşılıqlı  təsirinin dərindən 

araşdırılmasını tələb edir [C]

6.   Somatik xəstəliklərdən müalicə olunan  xəstələr üçün ilkin seçim 

antidepressantı qaraciyər  P 450 sitoxrom fermentlərinə    təsir 

etməyən  Milnaseprandır  [D]. Digər seçim preparatlarına 

somatik pozuntular zamanı yüksək təhlükəsizlik profilinə malik 



SİUSİ aiddir. 

7.   Depressiya  yaşayan somatik xəstələrin qulluğunu təmin edən 

şəxslər müalicə və böhran zamanı göstərilən yardım resurslarına 

dair məlumatlandırılmalıdır. Həyat üçün təhlükə törədən 

xəstəliklərdən  əziyyət çəkən xəstələrlə diaqnozu müzakirə 

edərkən xüsusilə ehtiyatlı olmaq lazımdır. Bu xəstələrdə 

depressiyanın effektiv müalicəsi həkim göstərişlərinə daha dəqiq 

riayət olunmasına səbəb ola bilər.  

 

 Hamiləlik və doğuş 

1.  Depressiv pozuntular hamiləlik və doğuş zamanı geniş yayılan 

pozuntulardandır. 50%-ə  qədər qadın bu dövrdə  subklinik 

depressiya yaşayır. Klinik ifadəli depressiv epizodlar 30% 

qadınlarda qeydə alınır. 1000 doğuşun 2-də  psixotik  epizodlar 

müşahidə olunur [C]. Həkimlər hamiləlik və doğuşdan sonrakı 

dövrdə qadınlarda depressiyanın inkişafı ehtimalına hazır 

olmalıdırlar. Aşkarlanmamış  və müalicə olunmamış depressiya 

yalnız anaya deyil, onun körpəsinə, həmçinin vaxtından əvvəl baş 

verən doğuşa, körpənin kifayət qədər olmayan çəkisinə  və 

körpəyə qulluq problemlərinə mənfi təsir göstərə bilər [A].  

2.   Hamiləlik və doğuş  təkrari depressiya epizodlarına səbəb ola 

bilər. Depressiyaya görə  dəstəkləyici terapiya alan, hamiləliyi 

planlaşdıran və ya artıq hamilə olan qadınlara müalicəni 

dayandırmağı tövsiyə etmək lazım deyil. Belə ki, depressiyanın 

təkrarən kəskinləşməsi təhlükəsi 70%-dir.  [B].  

3.   Klinik mənbələrin məhdudluğuna baxmayaraq Paraksetin istisna 

olunmaqla  SNIUSİ hamiləlik dövründə    nisbi    təhlükəsiz 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

35

preparat hesab olunur [B]. Ümumi populyasiyada olduğu kimi 



dölün patoloji inkişafı  təhlükəsi 1-3%-i ötmür. Paraksetinin 

qəbulu ürək patologiyası təhlükəsi ilə assosiasiya olunur [C]

4.   Antidepressantların qəbulu uşaqsalma hallarının cüzi sayda 

artması ilə  səciyyələnir. Bununla yanaşı bu məsələdə depressiv 

pozuntuya və  dərman maddələrinə hansı rolun ayrıldığı  məlum 

deyil. 


5.   Hamiləliyin üçüncü rübündə  SİUSİ- nin qəbulu 10-30% halda 

yenidoğulmuşlarda  keçici  adaptasiya  sindromunun inkişafı ilə 

əlaqədardır [C]. Adaptasiya  sindromunun əlamətlərinə uşaqlarda 

olan və adətən 2 həftə  ərzində keçən qıcolma, narahatlıq,  əzələ 

tonusunun güclənməsi, yüngül respirator pozuntular aiddir. 

Körpənin sonrakı inkişafına təsiri aşkarlanmamışdır [D]

7.   Preparatın ana südündə konsentrasiyası müxtəlif 

antidepressantlarda müxtəlifdir. Antidepressantların çoxu döşlə 

əmizdirmə zamanı yeni doğulmuş körpənin qanında cüzi 

səviyyədə özünü göstərir və bu da körpənin davranışına böyük 

təsir göstərmir  [D]

8.   Ailə üzvləri və yaxınlar depressiyanın profilaktikası üçün ana və 

onun körpəsinə münbit psixososial şəraitin yaradılması 

zəruriliyinə dair məlumatlandırılmalıdırlar. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

36

DEPRESSİYANIN MÜALİCƏSİNİN DİGƏR 



METODLARI 

 Yuxunun 

deprivasiyası (ayıltma terapiyası) 

1.   Yuxunun  deprivasiyası 60% hallarda, xüsusilə  də sutka ərzində 

depressiv  əlamətlərin ifadə olunması  dəyişən pasiyentlərdə 

terapevtik effekt yaradır. Gecə vaxtı oyaq qalmaq, səhəri gün 

əhvalın aşkar  şəkildə yaxşılaşmasına zəmin yaradır  [D]

Yuxunun deprivasiyası tez effekt əldə etmək lazım olduqda təyin 

edilir. 

2.   Yuxunun  deprivasiyası zamanı  əhvalın yaxşılaşması adətən 

qısamüddətli olur. Yuxunun bərpasından sonra 80-85% 

pasiyentlərdə  təkrar depressiya böhranları qeydə alınır. Buna 

görə  də yuxunun deprivasiyasını medikamentoz müalicə ilə 

uyğunlaşdırmaq lazımdır.  

3.   Pasiyentə 22.00-dən 02.00-dək yatmağa icazə verildiyi natamam 

deprivasiya alternativ metod hesab olunur.  

 

 

İşıq terapiyası 

1.   İşıq terapiyası mövsümi  depressiyalar zamanı tətbiq edilən ilkin 

seçim müalicəsi kimi çox effektivdir [A]. Bu zaman 

ultrabənövşəyi şüalar təcrid edilməklə parlaqlığı 10.000 lüks olan 

ağ süni işıqlandırmadan istifadə olunur. Terapiya hər səhər 

oyandıqdan sonra 30 dəq. ərzində həyata keçirilir.    

2.   Güman edilir ki, terapevtik effekt beyinə retino-hipotatamik trakt 

tərəfindən göstərilən təsir nəticəsində  əldə edilir. Bu da öz 

növbəsində sirkad ritmlərin normallaşmasına və 

neyrotransmitterlərin (dofamin və serotonin) tənzimlənməsinə 

səbəb olur. 

3.   İşıq terapiyası qeyri-invaziv və ucuz müalicə metodudur. İşıq 

terapiyası tor qişa xəstəlikləri, sarı  ləkənin degenerasiyası, 

həmçinin eyni vaxtda bəzi preparatların (Tioridazin, Litium 



duzları, Melatonin) qəbul zamanı əks-göstərişdir. 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

37

 Transkranial 



maqnit 

stimulyasiyası (TMS) 

1.  TMS – kortikal neyronların stimulyasiyası üçün istifadə olunan 

intensiv maqnit sahəsinin generasiyası texnikasıdır. Hal-hazırda 

qabığın sol dorsal larteral sahəsinin yüksək tezlikli stimulyasiyası 

və ya qabığın sağ dorsal larteral sahəsinin zəif tezlikli 

stimulyasiyasının effektivliyi sübuta yetirilib. Lakin TMS-nin 

antidepressiv effektinin davamlılığına dair sübutlar yoxdur [D]

2.   TMS  əks-göstərişləri olmayan qeyri-invaziv və ucuz müalicə 

metodudur. Lakin hal-hazırda depressiya zamanı bu metodun 

istifadəsinə dair (dəqiq) aydın tövsiyələr mövcud deyildir. 

 

 

Elektrokonvulsiv terapiya (ET) 

1. 


 ET – baş beyinə elektrik cərəyanın təsiri zamanı süni 

qıcolmaların törədilməsidir. ET üçün göstərişlərə  xəstənin  

somatik vəziyyətini  pisləşdirən (qidadan imtina)  yüksək intihar 

təhlükəsi, psixotik depressiya, pis həssaslıq və ya antidepressant 

qəbulunun çətin keçirilməsi, pasiyentin şəxsi istəyi aiddir.  

2.   ET-nin əlavə təsirlərinə hiposteziya, ürəkbulanması, baş və əzələ 

ağrıları aiddir. Sümük-əzələ travmaları, dişlərin zədələnməsi, 

mialgiya, ürək-damar pozuntuları, koqnitiv funksiyaların 

qısamüddətli pozuntusu kimi hallar daha az qeydə alınır. 

3.   ET kursunun ümumi müddəti 6-12 seansdır. Seanslar həftədə üç 

dəfə aparılır. Elektrodların unilateral və bifrontal düzülüşü 

ənənəvi bitemporal düzülüşə nisbətən daha az koqnitiv 

pozuntularla səciyyələnir. 

4. 


 Antidepressantlarla ET-nin kombinasiyası, müalicənin fəal 

fazasında təkcə tətbiq edilən ET ilə müqayisədə üstünlüyə malik 

deyil. ET tətbiqi zamanı preparatların  qəbulunu dayandırmaq 

lazımdır və yalnız ET-nin tam kursunu başa vurduqdan sonra 

yenidən qəbulu bərpa etmək olar [D]

 

 Psixoterapiya 

1. 

 

Psixoterapiya depressiya və digər psixi pozuntuların 



müalicəsində istifadə edilən psixoloji təsir metodudur. 

Psixoterapiya monoterapiya və eyni zamanda, medikamentoz 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

38

terapiya ilə uyğunlaşdırılaraq istifadə edilə bilər. Psixoterapiya 



ilə medikamentoz müalicənin uyğunlaşdırılması daha effektiv 

üsul hesab edilir. Depressiyanın müalicəsində  səmərəsi klinik 

tədqiqatlar  əsasında sübuta yetirilmiş psixoterapevtik metodlara, 

koqnitiv-davranış (biheyvioral) terapiya (KDT), interpersonal 

terapiya (İPT), qrupşəkilli və ailə terapiyası formaları aiddir.  

2.   KDT daha çox tədqiq olunmuş, depressiya müalicəsində istifadə 

olunan terapiyadır  [A]. Bu psixoterapiya növünə koqnitiv və 

davranış texnikası aiddir. Koqnitiv texnikadan depressiv 

həyəcanın özəyində dayanan, xəstənin özünə, başqa insanlara və 

ətrafdakı aləmə avtomatik mənfi münasibətinin aradan 

qaldırılmasında istifadə edilir. Davranış texnikası müəyyən “ev” 

tapşırıqlarının yerinə yetirilməsi və yeni vərdişlərin 

təkmilləşdirilməsi yolu ilə konstruktiv davranışın 

formalaşdırılmasına yönəldilmişdir. KBT-nin müddəti bir 

həftəlik intervalla 12-16 terapevtik seansdır. KBT depressiyanın 

simptomlarını aradan qaldırmaqla yanaşı, təkrar epizodların 

inkişafı ehtimalını da azaldır 

3.   İnterpersonal psixoterapiya məhz depressiyanın müalicəsi üçün 

yaradılmışdır.  İPT-nin özəyində belə bir mülahizə dayanır ki, 

şəxsiyyətlərarası münasibətlərin pozulması depressiya yarada və 

onu inkişaf etdirə bilər. Digər hallarda isə depressiyanın 

yaranması, insanın ətrafındakılarla münasibətlərini pisləşdirərək, 

onun sosial fəallığına təsir göstərir  [A].  İPT nəticəsi aradan 

qaldırılmamış itki, şəxsiyyətlərarası münaqişə, rolun dəyişməsi, 

şəxsiyyətlərarası münasibət vərdişlərinin çatışmazlığı kimi 4 

problemli məkanda təsir göstərir.  İPT-nin davamlılığı KBT-də 

olduğu kimidir.  

4.  Psixodinamik terapiya (PDT) psixoanalizə  əsaslanan, xüsusilə 

uşaqlıqda psixotravma yaşamış  şəxslərin müalicəsində çox 

perspektivli seçimdir [C]. Depressiya zamanı PDT-nin 

effektivliyinin sistemli tədqiqinin kifayətsizliyi səbəbindən bu 

növ terapiyaya ilkin seçim kimi baxılmır. 

5. Qrup və ailə psixoterapiyasının  depressiyanın müalicəsində 

effektivliyi sübut olunmuşdur  [B]. Psixoterapiyanın bu növləri 

xüsusilə 

təyin olunmuş rejimə riayət edilməsinin 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

39

yaxşılaşdırılması,  şəxsiyyətlərarası münasibətlərin həlli və 



xəstəliyə dair məlumatlılığın artırılması mövzusunda daha 

səmərəlidir.  

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

40

Ədəbiyyat: 



 

1.

 



American Academy of Child and Adolescent Psychiatry Practice 

Parameter for the assessment and treatment of children and 

adolescents with depressive disorders J. Am. Acad. Child 

Adolescent Psychiatry, November 2007, 46:11, 1503-1526  

2.

 

American Psychiatric Association. Practice guideline for the 



treatment of patients with major depressive disorder Second 

Edition Washington DC 2000, 

www.psych.org

  

3.



 

Institute for Clinical Systems Improvement Health Care 

Guideline: Major Depression in Adults in Primary Care 11

th

 



edition May 2008 

www.icsi.org

  

4.

 



Lepine J.P. et al. Depression in the community: the first pan-

European study DEPRES (Depression Research in European 

Society). Int. Clin. Psychopharmacol. 1997;12(1):19-29. 

5.

 



National Alliance for the Mentally Ill, Major Depression, May, 

2003. 


http:///www.nami.org

 

6.



 

National Institute for Health and Clinical Excellence: Clinical 

Guideline 23 (amended) Depression: management of depression 

in primary and secondary care April 2007 

www.nice.org.uk/CG023NICEguideline

  

7.



 

National Institute of Mental Health, Depression, NIH Publication 

No. 00-3561, 2000. 

www.nimh.nih.gov/health/publications/depression/complete-

publication.shtml

  

8.



 

Royal Australian and New Zealand College of Psychiatrists: 

Clinical Practice Guidelines Team for Depression Australian and 

New Zealand clinical practice guidelines for the treatment of 

depression Australian and New Zealand Journal of Psychiatry 

2004; 38:389-407 

9.

 

Rush AJ, Trivedi MH, Wisniewski SR, Nierenberg A, Stewart 



JW, Warden D, Niederehe G, Thase ME, Lavori PW, Lebowitz 

BD, McGrath PJ, Rosenbaum JF, Sackeim HA, Kupfer DJ, Fava 

M. Acute and Longer-term Outcomes in Depressed Outpatients 

Who Required One or Several Treatment Steps: A STAR*D 

Report. American Journal of Psychiatry. 2006 Oct; 163(11): 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

41

10.



 

World Health Organization International Classification of Mental 

and Behavioral Disorders: Clinical Descriptions and Diagnostic 

Guidelines, ICD -10 1992 Geneva  

11.

 

World Health Organization Mental Health Disorders in Primary 



Care: A WHO Educational package, WHO, Geneva, 1998 

12.


 

World Health Organization The World health report: 2001 : 

Mental health: new understanding, new hope. 2001 Geneva 

13.


 

World Psychiatric Association Series Evidence and Experience in 

Psychiatry vol.2 Depressive Disorders. Ed. by  M. Maj, N. 

Sartorius, 1999, Wiley, Chichester:  

14.

 

World Psychiatric Association/ International Committee for 



Prevention and Treatment of Depression – Depressive Disorders 

in Physical Illness, 1998, New York  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

42

ƏLAVƏ №1 



Pasiyentin depressiya ilə bağlı müayinəsi (PHQ-9) 

 

Pasiyentin adı _________________________________      



Tarix _________________ 

 

Son 2 həftə ərzində Sizi aşağıda sadalanan hansı problemlərdən biri 



narahat etmişdir? (Cavabınızı qeydə alın  ) 

 

 



Heç 

vaxt 

 

 



Bir 

neçə 

gün 

 



Bütün 

günlərin 

çox 

hissəsi 



Demək 

olar ki 

hər 

gün 

1.

 



Əhəmiyyətsiz maraq və 

ya adət edilmiş 

məşğuliyyətlərdən zövq 

almamaq 


 

 

 



 

2.

 



Əzginlik, əhvalın enməsi 

və ya əlacsızlıq hissi 

 

 

 



 

3.

 



Yuxuya getmə 

problemləri, yuxusuzluq 

və ya həddən ziyadə 

yuxuculluq 

 

 

 



 

4.

 



Yorğunluq hissi və ya 

enerji çatışmazlığı 

 

 

 



 

5.

 



Zəif iştaha və ya çox 

yemə 


 

 

 



 

6.

 



Özündən narazılıq hissi 

və ya özü ilə bağlı 

qeyri-qənaətbəxşlik 

hissi və ya özünü və 

ailəni pis vəziyyətdə 

qoymasına dair fikirlər 

 

 

 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

43

7.



 

Fikri cəmləmə 

problemləri (məsələn, 

mütaliə zamanı, 

televizora baxarkən) 

 

 



 

 

8.



 

Ətrafdakıların hiss 

etdiyi dərəcədə 

hərəkətlərdə və ya 

nitqdə lənglik və ya 

əksinə, adi halda 

olduğundan çox hərəkət 

etdikdə müşahidə edilən  

narahatlıq və tələskənlik 

 

 



 

 

9.



 

Ən yaxşı çıxış yolunun 

ölüm olması və ya 

özünə ziyan vurma 

fikirləri  

 

 



 

 

 



Nəticələrin izahı 

2 sağ sütundan minimum 4   (birinci və ikinci sual daxil olmaqla) 

olmasına artıq depressiv pozuntunun mövcudluğu kimi baxılmalıdır. 

Depressiyanın ifadə olunma səviyyəsini müəyyən etmək üçün xalları 

toplayın. 

 

Böyük depressiv pozuntu təyin olunur - 

2 sağ sütunda minimum 5    varsa (onlardan biri birinci və ikinci 

suallara aiddir) 



 

Digər depressiv pozuntular təyin olunur 

2 sağ sütunda 2-dən 4-dək   varsa (onlardan biri birinci və ikinci 

suallara aiddir) 

 

Qeyd 

Sorğu pasiyentin özünü qiymətləndirməsinə əsaslandığına görə bütün 

cavablar həkim tərəfindən yoxlanılmalıdır və son diaqnoz pasiyentin 

sualları  nə  dərəcədə başa düşdüyünə  və pasiyentdən alınan digər 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

44

məlumatlara əsaslanmalıdır. Böyük depressiya pozuntusu və ya digər 



depressiv pozuntu diaqnozları sosial, professional və digər mühüm 

fəaliyyət sahələrində olan pozuntuların mövcudluğuna 

əsaslanmalıdır.  Əgər xəstənin halı adi kədər reaksiyası kimi 

qiymətləndirilirsə  və ya anamnezdə maniakal epizodlar varsa 

(bipolyar pozuntular), somatik səbəblər, dərman preparatlarının və ya 

narkotik maddələrin qəbulu və ya depressiv simptomların 

yaranmasına səbəb olan digər faktorlar mövcuddursa, o zaman 

depressiv pozuntular istisna edilir.    

 

Bütün qeydə alınmış sütunlarda olan   işarəsinə uyğun gələn balları 



hesablayın.  

Heç vaxt = 0 

Bir neçə gün = 1 

Bütün günlərin çox hissəsi = 2 

Demək olar ki, hər gün = 3 

 

Şərh (yalnız həkimlər üçün ) 

0-4 – depressiyanın yoxluğu 

 

5-9 – yüngül depressiya 



 

10-14 – orta ifadəli depressiya 

 

15-19 – ifadə olunmuş depressiya 



 

20-27 – ağır depressiya 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

45

ƏLAVƏ №2 



HAMİLTONUN DEPRESSİYA REYTİNQİ CƏDVƏLİ (HAM-D) 

 

1960-cı ildə prof. M.Hamilton (Lids Universiteti, İngiltərə) tərəfindən icad 

olunmuş Hamiltonun Depressiya Reytinqi Cədvəli (HAM-D) depressiv 

xəstələrdə müalicədən  əvvəl, müalicə zamanı  və müalicədən sonra 

depressiyanın ağırlıq dərəcəsini təyin etmək üçün (klinik dinamikanı 

müşahidə etmək üçün) istifadə edilən kilinik vəsaitdir. Bu cədvəl uzun illər 

ərzində öz yüksək faydalılığını sübut etmişdir.  İcad olunduğu tarixdən 

HAM-D cədvəli klinik praktikada çox geniş istifadə olunur. Bundan əlavə, 

farmakoloji tədqiqatlarda bu cədvəl dərmanların effektivliyini təyin edən 

standart kimi qəbul edilir. Psixiatrik xəstələrlə  işləmək təcrübəsi olan 

klinisist tərəfindən doldurulur. 

 

Klinisistlər üçün təlimat: 

HAM-D cədvəli 21 bənddən ibarətdir. Ümumi bal ilk 17 bəndin ballarını 

cəmləməklə hesablanır. Cədvəl təxminən 20-25 dəqiqə  çəkən klinik 

müsahibə keçirməklə doldurulur. HAM-D-nin doqquz bəndində olan 

simptomlar 5-ballı cədvəl əsasında qiymətləndirilir (0 – yoxdur; 1 – yüngül 

dərəcədə ifadə olunub; 2 – orta dərəcədə ifadə olunub; 3 – ağır dərəcədə 

ifadə olunub; 4 – kəskin ağır dərəcədə ifadə olunub), səkkiz bənd isə 3-ballı 

cədvəl əsasında qiymətləndirilir (0; 1; 2). Simptomların qiymətləndirilməsi 

xəstənin son bir neçə gün (1 həftə)  ərzində olan klinik halını  əks etdirir. 

Cədvəldən ardıcıl  şəkildə istifadə etməklə klinisist medikamentoz 

müalicənin və ya psixoterapiyanin nəticələrini sənədləşdirə bilər.

 

          



 

 

Hamiltonun Depressiya Reytinqi Cədvəlində  

ümumi balların qiymətləndirilməsi: 

 

İlk 17 bəndin ümumi balları 

0-7      – Norma 

8-13    – Yüngül dərəcəli depressiv pozuntu 

14-18  – Orta ağır dərəcədə olan depressiv pozuntu 

19-22  – Ağır dərəcədə olan depressiv pozuntu 

> 23    – Çox ağır dərəcədə olan depressiv pozuntu 

  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

46

HAMİLTONUN DEPRESSİYA REYTİNQİ CƏDVƏLİ (HAM-D) 

 

1.    Depressiv əhval-ruhiyyə (məyusluq, ümidsizlik, əlacsızlıq, özünü 

əhəmiyyətsiz hiss etmə) 

0 – yoxdur 

1 – bu hisslər yalnız sorğu zamanı məlum olur 

2 – bu hisslər sorğusuz da spontan olaraq verbal ifadə olunur 

3 – bu hisslər həm verbal, həm də qeyri-verbal (xəstənin mimikası, 

pozası, səsi, ağlaması) vasitələrlə ifadə olunur  

4 – xəstə yalnız bu hissləri həm spontan verbal ifadələrlə, həm də 

qeyri-verbal şəkildə ifadə edir  

 

2.   Günah hissi  

0 – yoxdur 

1 – öz-özünü günahlandırır, hesab edir ki, digər insanları pis vəziyyətdə 

qoyub 

2 – günah fikirləri, keçmişdə edilən səhvlər və ya  günahlar barədə 



fikirləşir 

3 – hal-hazırkı xəstəliyi cəza kimi qəbul edir; günahkarlıq 

sayıqlamaları 

4 – xəstə günahlandırıcı və hədələyici səslər eşidir və ya onda 

hədələyici görmə hallüsinasiyaları (qarabasma) olur  

 

3.    İntihar niyyətləri  

0 – yoxdur 

1 – hiss edir ki, yaşamağa dəyməz  

2 – ölməyi arzulayır və ya ölüm ehtimalları barəsində fikirləşir  

3 – intihar fikirləri və ya intihar jestləri  

4 – intihar təşəbbüsləri (hər hansı ciddi intihar təşəbbüsü 4 balla 

qiymətləndirilir)    

 

4.    Erkən yuxusuzluq  

0 – yoxdur 

1 – şikayət edir ki, vaxtaşırı yuxuya getməyə çətinlik çəkir (məsələn, 

30 dəqiqədən artıq) 

2 – hər gecə yuxuya getməyə çətinlik çəkir   

 

5.    Gecə ərzində yuxusuzluq 

0 – yoxdur 

1 – şikayət edir ki, gecə ərzində narahat yatır  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

47

2 – şikayət edir ki, gecə ərzində dəfələrlə oyanır – hər hansı yataqdan 



durma halı (fizioloji tələbatları ödəməkdən başqa) 2 balla 

qiymətləndirilir  

 

6.    Erkən səhər saatlarında yuxusuzluq  

0 – yoxdur 

1 – erkən səhər saatlarında oyanır, lakin yenidən yuxuya gedir  

2 – yataqdan durduqdan sonra yenidən yuxuya getmək mümkün deyil  

 

7.    İş və fəaliyyət qabiliyyəti  

0 – çətinliklər yoxdur  

1 – qabiliyyətsizlik fikirləri və hissləri; fəaliyyətlə (iş və ya hobbi) 

bağlı olan halsızlıq və yorğunluq hissi                     

2 – fəaliyyətə (iş və ya hobbi) olan marağın itməsi; xəstə bunu birbaşa 

şikayətlərlə və ya dolayısı yollarla – süstlük, qətiyyətsizlik 

(fəaliyyətə başlamaq və ya onu davam etdirmək üçün əlavə 

cəhdlərin lazım olması hissi) ifadə edir  

3 – fəaliyyətə sərf olunan real vaxtın azalması və ya fəaliyyətin 

səmərəliliyinin azalması 

4 – xəstəlik nəticəsində işin dayandırılması; xəstənin gündəlik məişət 

işlərindən başqa digər fəaliyyət göstərməməsi və ya gündəlik 

məişət işləri ilə də köməksiz məşğul ola bilməməsi 4 balla 

qiymətləndirilir.  

 

8.   Psixomotor süstlük (təfəkkürün və nitqin ləngiməsi, diqqəti cəlb 

etmə qabiliyyətinin azalması, motor aktivliyinin azalması) 

0 – normal nitq və təfəkkür 

1 – müsahibə zamanı yüngül ləngimə müşahidə edilir 

2 – müsahibə zamanı nəzərə çarpan ləngimə müşahidə edilir 

3 – müsahibə keçirmək çətindir 

4 – tam stupor 

 

9.   Ajitasiya (təlaş)    

0 – yoxdur  

1 – həyəcan qeyd edilir   

2 – həyəcanlı əl hərəkətləri, saçla oynama və s. 

3 – xəstə həyəcandan bir yerdə otura bilmir  

4 – daim barmaqları şaqqıldatmaq, dırnaqları çeynəmək, saçı yolmaq, 

dodaqları dişləmək  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

48

10.  Təşviş (psixoloji) 

0 – yoxdur 

1 – subyektiv gərginlik və qıcıqlanma 

2 – az əhəmiyyətli səbəblərdən təşviş keçirməsi  

3 – təşviş xəstənin sifət ifadəsində və səsində müşahidə edilir 

4 – sorğusuz da ifadə edilən qorxular 

 

11.  Təşviş (somatik əlamətləri) Təşvişin fizioloji əlamətləri (məsələn, 

vegetativ sinir sisteminin hiperreaktivliyi, titrəmələr, dispepsiya, qarın 

nahiyəsində sancılar, diareya, gəyirmələr, ürəkdöyünmələri, 

hiperventilyasiya, paresteziyalar, dərinin qızarması, tərləmələr, baş 

ağrıları, sidiyə getmənin tezləşməsi. Dərmanların mümkün olan yanaşı 

effektlərinə (məsələn, ağızda quruluq, qəbizlik) aid olan şikayətlər 

barəsində sorğudan daşının. 

0 – yoxdur 

1 – yüngül dərəcədə ifadə olunub 

2 – orta dərəcədə ifadə olunub 

3 – ağır dərəcədə ifadə olunub 

4 – kəskin ağır dərəcədə ifadə olunub 

 

12.  Qastrointestinal somatik simptomlar  

0 – yoxdur 

1 – iştahanın itməsi, lakin xəstə başqalarının təkidi olmadan qidanı 

qəbul edir. Qida qəbulunun miqdarı təxminən normaldır 

2 – başqaların təkidi olmadan qidanın qəbulunda çətinliklər. 

Əhəmiyyətli dərəcədə qida qəbulunun miqdarının azalması 

 

13.  Ümumi somatik simptomlar  

0 – yoxdur  

1 – ətraflarda, başda, kürəkdə ağırlıq hissi. Baş, kürək, əzələ ağrıları. 

Enerjinin itməsi,

 

tez yorulma 



2 – yuxarıda göstərilən simptomlardan hər hansının kəskin dərəcədə 

ifadəsi 2 balla qiymətləndirilir 

 

14.  Cinsi simptomlar (libidonun itməsi, cinsi aktivliyin enməsi, 

menstrual pozuntular) 

0 – yoxdur 

1 – yüngül dərəcədə ifadə olunub 

2 – kəskin dərəcədə ifadə olunub 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

49

15.  İpoxondriya 

0 – yoxdur  

1 – öz bədəninə artmış diqqət 

2 – xəstənin əsas diqqəti öz sağlamlığı ətrafında cəmlənib 

3 – tez-tez səhhəti barəsində şikayət edir, ona kömək etməyi xahiş edir və s. 

4 – ipoxondrik sayıqlama fikirləri 

 

16.  Bədən çəkisinin azalması 

А. anamnezə əsasən  

0 – yoxdur  

1 – mövcud olan xəstəlik nəticəsində ehtimal edilən bədən çəkisinin 

azalması 

2 – əhəmiyyətli dərəcədə bədən çəkisinin azalması (xəstənin sözlərinə 

əsasən)   

B. həftəlik bədən çəkisinin ölçülməsinə əsasən  

0 – yoxdur və ya həftədə 0.5 kiloqramdan az  

1 – həftədə 0.5 kiloqramdan 1 kiloqrama qədəri  

2 – həftədə 1 kiloqramdan artıq  

 

17.  Öz halına tənqidi yanaşma 

0 – öz halına tənqidi var, anlayır ki, xəstədir və depressiya halındadır  

1 – xəstəlik olduğunu qəbul edir, lakin onu yalnız pis qida ilə, iqlimlə, 

yorğunluqla və s. əlaqələndirir 

2 – öz halına tənqidi yanaşma yoxdur, xəstə olduğunu tamamilə inkar 

edir 


         

18.  Gün ərzində əhval-ruhiyyənin dəyişməsi (A və B bəndlərə 

əsasən) 


A. Xəstənin halının günün hansı hissəsində ağırlaşmasını qeyd edin    

0 – gün ərzində xəstənin halı dəyişmir 

1 – səhərlər  

2 – axşamlar  

B. Əgər xəstənin halının gün ərzində dəyişməsi mövcuddursa, bu 

dəyişmələrin hansı dərəcədə olduğunu qeyd edin  

0 – gün ərzində xəstənin halı dəyişmir 

1 – yüngül dərəcədə dəyişir 

2 – nəzərə çarpan dərəcədə dəyişir 

    

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

50

19.  Depersonalizasiya və derealizasiya (öz şəxsiyyəti və ətraf mühitlə 

bağlı anlayışın dəyişməsi; məsələn, qeyri-reallıq hissi, nihilistik fikirlər) 

0 – yoxdur 

1 – yüngül dərəcədə ifadə olunub  

2 – orta dərəcədə ifadə olunub 

3 – ağır dərəcədə ifadə olunub 

4 – kəskin ağır dərəcədə ifadə olunub 

 

20.  Paranoid simptomlar  

0 – yoxdur 

1 – ifrat dərəcədə şübhəlilik  

2 – münasibət ideyaları  

3 – təqib və münasibət sayıqlamaları 

 

21.  Obsessiv-kompulsiv simptomlar 

0 – yoxdur 

1 – yüngül dərəcədə ifadə olunub  

2 – kəskin dərəcədə ifadə olunub  

 

 

 

 

 

 

 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

51

HAMİLTONUN DEPRESSİYA REYTİNQİ CƏDVƏLİ (HAM-D) 

 

Xəstənin adı, soyadı___________________________________    



Ambulator kartın / xəstəlik tarixinin №_______ 

 

 

 

 

 

 

 

 

 

Müalicədən 

qabaq 

1-ci təkrar 

müayinə 

2-ci təkrar 

müayinə 

SİMPTOMLAR 

Tarix_______ Tarix________ Tarix________ 

1.   Depressiv əhval-ruhiyyə 

0   1   2   3   4 

0   1   2   3   4 

0   1   2   3   4 

2.   Günah hissi 

0   1   2   3   4 

0   1   2   3   4 

0   1   2   3   4 

3.   İntihar niyyətləri 

0   1   2   3   4 

0   1   2   3   4 

0   1   2   3   4 

4.   Erkən yuxusuzluq  

0   1   2 

0   1   2 

0   1   2 

5.   Gecə ərzində yuxusuzluq 

0   1   2 

0   1   2 

0   1   2 

6.   Erkən səhər saatlarında 

yuxusuzluq 

0   1   2   3   4 

0   1   2 

0   1   2 

7.   İş və fəaliyyət qabiliyyəti 

0   1   2   3   4 

0   1   2   3   4 

0   1   2   3   4 

8.   Psixomotor süstlük 

0   1   2   3   4 

0   1   2   3   4 

0   1   2   3   4 

9.   Ajitasiya (təlaş) 

0   1   2   3   4 

0   1   2   3   4 

0   1   2   3   4 

10.   Təşviş (psixoloji) 

0   1   2   3   4 

0   1   2   3   4 

0   1   2   3   4 

11.   Təşviş (somatik əlamətləri) 

0   1   2  3   4 

0   1   2  3   4 

0   1   2   3  4 

12.   Qastrointestinal somatik 

simptomlar 

0   1   2 

0   1   2 

0   1   2 

13.   Ümumi somatik 

simptomlar 

0   1   2 

0   1   2 

0   1   2 

14.   Cinsi simptomlar 

0   1   2 

0   1   2 

0   1   2 

15.   İpoxondriya 

0   1   2  3   4 

0   1   2  3   4 

0   1   2   3  4 

16.   Bədən çəkisinin azalması 

0   1   2 

0   1   2 

0   1   2 

17.   Öz halına tənqidi yanaşma 

0   1   2 

0   1   2 

0   1   2 

18.   Gün ərzində halın 

dəyişməsi (A və B 

bəndlərinə əsasən) 

(А)  0  1  2 

(B)  0  1  2 

(А)  0  1  2 

(B)  0  1  2 

(А)  0  1  2 

(B)  0  1  2 

19.   Depersonalizasiya və 

derealizasiya 

0   1   2   3   4 

0   1   2   3   4 

0   1   2   3   4 

20.   Paranoid simptomlar 

0   1   2  3 

0   1   2  3 

0   1   2   3 

21.   Obsessiv-kompulsiv 

simptomları 

0   1   2 

0   1   2 

0   1   2 



ÜMUMİ BAL 

 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

52

ƏLAVƏ №3 



Yardım planı 

 

Pasiyentə dair məlumatlar 

 

Soyadı 


 

Adı Atasının adı Doğum tarixi 

 

Ünvan 


 

 

Telefon Pasport/sığorta 



№ ambulator/stasionar kartlar 

 

tarix 



 

Depressiyaya dair məlumatlar 

Pasiyentdə depressiya simptomları 

varmı 

(2 əsas və 2 əlavə) 



 

Bəli


                                  

 

Xeyr 



PHQ-9 üzrə depressiyanın ifadə 

səviyyəsi 

 yüngül (5-9 bal)               

 orta ifadəli (10-14) 

 ifadəli (15-19)                   

 

ağır (20-27) 



Pasiyentdə intihara cəhd təhlükəsi 

varmı 


 

Bəli


                                  

 

Xeyr 



 

Müayinə və müalicə 

Laborator və /və ya instrumental 

müayinə və həmçinin də digər 

mütəxəssislərin konsultasiyası 

(göstərmək) 

 

 



 

 

 



Müdaxilələr (preparat üçün onun 

adını, dozasını, qəbul rejimini və 

müddətini, psixoterapiya üçün isə 

növünü və sessiyaların tezliyini 

göstərmək) 

 

 



 

 

 



 

 

Vəziyyətin monitorinqi (növbəti 



gəlişin tarixini göstərmək) 

 

 



 

 

Əlaqələndirici şəxs və ya böhran 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

53

vəziyyətinin yaranması zamanı 



yardım göstərmək məsuliyyəti 

daşıyan müəssisə 

 

 

 



 

 

Həkimə dair məlumatlar 



 

Həkimin adı və soyadı                                                                                    

 

İmza 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

54

ƏLAVƏ №4 



Depressiyanın müalicəsində istifadə edilən preparatlar 

Beynəlxalq 

patentləşdirilmiş adı 

Ticarət adı, buraxılış 

forması 

Başlan

ğıc 

doza 

(mq/ 

gün) 

Adi 

doza 

(mq/ 

gün) 

1. Serotoninin intraneyronal udulmasının seçici inhibitorları 

(SİUSİ) 

Sitalopram 

Citalopram 

- CIPRAMIL 20 mq, örtülü 

tablet;                          

- FRIMAIND, 20 mq, tablet; 

- DEPROLAM, 20, 40 mq, 

örtülü tablet; 

- CELEXA 10, 20, 40 mq, 

tablet 


20 

 

 



 

 

 



20-60 

Essitalopram 

Escitalopram 

- CIPRALEX, 10 mq, örtülü 

tablet; 

- LEXAPRO 10 mq, örtülü 

tablet 

10 

10-20 

Fluoksetin 

Fluoxetine 

- PROZAC 20 mq, kapsul; 

- PORTAL 20 mq, kapsul;           

- FLUOXETINE 

LANNACHER,20 mq, 

kapsul 


10 

 

 



 

10-80 


Fluvoksamin 

Fluvoxamin 

- FEVARIN, 50, 100 mq, 

örtülü tablet 

50 

50-300 

Paroksetin  

Paroxetine 

  

 

- SEROXAT, 20 mq, örtülü 



tablet;       

- PAXIL 20mq, örtülü tablet; 

- REXETIN, 20 mq, örtülü 

tablet 


10 

 

 



 

 

10-60  



 

 

 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

55

Sertralin 



Certraline 

- ZOLOFT, 50 mq, 100 mq 

örtülü tablet; 

- DEBITUM-SANOVEL, 25, 

50, 100 mq, kapsul; 

- STIMULOTON, 50, 100 mq, 

örtülü tablet 

50 

50-200 

2. Serotoninin və noradrenalinin intraneyronal udulmasının 

seçici inhibitorları (SNİUSİ) 

Venlafaksin   

Venlafaxine 

- EFFEXOR XR 37.5, 75, 150 

mq, tablet;  

- VENLAFAXINE, 37.5, 75, 

150 mq, tablet; 

- VENLAXOR, 37.5, 75 mq, 

tablet 

37,5 


75-225    

 

 



 

Duloksetin* 

Duloxetine  

- CYMBALTA 30, 60 mq, 

kapsul 

30 


 

30-60   


Milnasipran   

Milnacipran 

- IXEL, 25, 50mq, kapsul 

50 

50-100 


3. Noradrenalinin intraneyronal udulmasının seçici inhibitorları 

(NİUSİ) 

Reboksetin* 

Reboxetine  

- EDRONAX 4mq, tablet 

8-10


 

4. Noradrenalin və serotonin modulyatorları (NSM) 

Mirtazapin* 

Mirtazapine 

- REMERON 15, 30, 45 mq, 

örtülü tablet 

15 


 

15-45 


Mianserin* 

Mianserin 

- LERIVON 30 mq örtülü 

tablet 

30 


 

30-90 


5. Noradrenalin və dofaminin intraneyronal udulmasının 

inhibitorları (NDİUİ) 

Bupradion* 

Buprapion 

- WELLBUTRIN XL 75, 100 

mq, örtülü tablet 

150 


 

150-450


 

6. Serotonin modulyatorları (SM) 

Nefazodon* 

Nefazodone 

- SERZONE 100, 150 mq, 

tablet  

200 200-600

 

Tianeptin 

- COAXIL, 12.5 mq, örtülü 

37,5 37,5

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

56

Tianeptine 

tablet  

7. Tri- və heterosiklik antidepressantlar  

İmipramin 

Imipramine 

- MELIPRAMIN, 25 mq, 

draje, inyeksiya üçün məhlul 

25-50 


 

75-300


 

Amitriptilin 

Aminotriptyline 

- SAROTEN RETARD, 50 

mq, kapsul; 

- AMITRIPTYLINE-AKOS, 

20mq, tablet; 

- AMITRIPTYLINE, 25 mq, 

örtülü tablet; 

- AMITRIPTYLINE 

HYDROCHLORID, 25 mq, 

tablet 


25-50 75-300

 

Klomipramin   



Clomipramine 

- ANAFRANIL, 25 mq, örtülü 

tablet 

25 75-250



 

 Doksepin  

 Doxepin 

- SINEQUAN 50, 100 mq, 

kapsul 

25-50


 

75-300


 

Trimipramin 

Trimipramine 

- SURMONTIL 25, 50, 100 

mq kapsul 

25-50 75-300 



Dezipramin  

Desipramine 

- NORPRAMIN 50, 75, 100 

mq, örtülü tablet 

25-50 75-300 



Nortriptilin  

Nortriptyline 

- NORTRIPTYLIN 25 mq, 

tablet 

10-25 40-200 



Protriptilin  

Protriptyline   

- VIVACTIL 5, 10 mq tablet 

10-20 15-60 

Amoksapin*  

Amoxapine 

- AMOXAPINE 50, 100, 150 

mq, tablet 

50 100-400 



Maprotilin 

Maprotiline 

- LUDIOMIL 25 mq, örtülü 

tablet, 5 ml ampula 

25 


 

50-225 


8. Monoaminoksidaza inhibitorları (MAOİ) 

Moklobemid 

Moclobemide 

- AURORIX - 150 mq, tablet 

150 

300-600 


* Klinik protokolun tərtib edildiyi dövrdə Azərbaycan Respublikasında dövlət 

qeydiyyatından keçməmiş dərman vasitəsi. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

57

ƏLAVƏ №5 



Antidepressantların digər dərmanlarla qarşılıqlı təsiri, 

əlavə təsir və əks-göstərişləri  

Digər dərman 

vasitələri ilə 

qarşılıqlı təsiri 

Əlavə təsirləri 

İstifadəsinə əks-

göstərişlər 

Serotoninin intraneyronal udulmasının seçici inhibitorları (SİUSİ) 

MAOİ və digər 

antidepressantlarla, 

furazolidon və prokarbazinlə 

birlikdə təyini  ölümlə 

nəticələnə bilən 

serotoninergik sindrom törədə 

bilər. Peroral 

antikoaqulyantlar, oral 

hipoqlikemik vasitələr, ürək 

qlikozidləri və s.  birlikdə 

qəbulu  onların plazmada 

qatılığının artırır.  Sitoxrom P 

450 ilə  metabolizmə uğrayan  

dərman vasitələrinin   

metabolizmini ləngidir. 

Birlikdə təyin zamanı 

litiumun plazmada qatılığını 

dəyişdirir,  fenitoinin 

qatılığını artırır, trisiklik 

antidepressantların   

səviyyəsini yüksəldir. 

Triptofan  SİUSİ-nin 

serotoninergik təsirlərini 

gücləndirir.  Alkoqolla 

birlikdə qəbul edilə bilməz. 

Yuxululuq və yuxusuzluq, 

tremor, əsəbilik, MSS-in  

oyanıqlığının artması, 

diqqət pozuntusu,  

amneziya, başgicəllənmə, 

akkomodasiya iflici, 

midriaz, gözdə ağrılar, 

qulaqda küy, AT enməsi və 

yüksəlməsi, taxikardiya və 

bradikardiya,  öskürək, rinit, 

dipnoe, taxipnoe, 

ürəkbulanma, iştahanın 

itməsi,  dispepsiya,  

qaraciyər 

transaminazalarının 

aktivliyinin artması, 

stomatit, artrit, artralgiya, 

dizuriya, poliuriya, sidiyi 

saxlaya bilməmək,  sidik 

ifrazının ləngiməsi, 

amenoreya, dismenoreya,  

mastit,  seksual 

disfunksiyalar, periferik 

ödemlər, bədən çəkisinin 

azalması və ya artması, 

anemiya, leykopeniya, 

allergik reaksiyalar    

- hiperhəssaslıq 

- MAOİ  ilə birlikdə qəbulu 

- qaraciyər\böyrək 

çatışmazlığı 

- epilepsiya və qıcolmalar 

- suisidal əhval ruhiyyə 

- şəkərli diabet 

- sidik kisəsi atoniyası 

- bağlı uclu qlaukoma 

- prostat vəzinin 

hipertrofiyası 

- laktasiya  

- uşaq yaşları, miokard 

infarktı, anamnezində 

qaraciyər sirrozu zamanı 

ehtiyatlılıq tələb olunur 

 

 



 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

58

Serotoninin və Noradrenalinin intraneyronal udulmasının seçici inhibitorları 



(SNİUSİ) 

MAOİ və serotoninergik  

vasitələrlə   birgə qəbulu yol 

verilməzdir. Klonidinin 

hipotenziv  

təsirini ləngidir. Qanda 

litiumun səviyyəsini 

dəyişdirir. Epinefrin və 

norepinefrin hipertonik kriz 

və  


aritmik təsirini artırır. 

Diqoksin    

hemodinamik pozuntuları 

artırır.  

Müalicə müddətində alkoqol 

qəbulu yol verilməzdir 

Yuxululuq və yuxusuzluq, 

başgicəllənmə, başağrısı, 

həyəcan, əsəbilik, tremor, 

görmə bulanıqlığı, ağızda 

quruluq, ürəkbulanma, 

seksual disfunksiyalar, 

tərləmə, iştahanın itməsi, 

anoreksiya 

- hiperhəssaslıq 

- MAOİ  ilə birlikdə qəbulu  

-18 yaşa qədər (effektivliyi 

və təhlükəsizliyi sübut 

olunmadığından) 

 

Tri- və Heterosiklik Antidepressantlar (TSA) 

Alkohol və  MAOİ ilə 

birlikdə təyin edilə  bilməz. 

Fenitoinin effektivliyini 

azaldır. Xolinolitiklər, 

fenotiazin və  

benzodiazepinlər 

imipraminin sedativ və 

mərkəzi xolinolitik 

təsirlərini artırır.  MSS-i 

süstləşdirən  

vasitələrin, 

simpatomimetiklərin,  

parkinsonizm əleyhinə 

vasitələrin təsirini 

qüvvətləndirir, hipotenziv və 

qıcolma əleyhinə vasitələrin  

təsirini zəiflədir 

Barbituratlar,  

karbamazepin TSA-ların 

qanda qatılığını azaldır, 

simetidin isə artırır. 

Başgicəllənmə, tremor, 

taxikardiya,   ortostatik 

hipotenziya, arterial 

təzyiqin yüksəlməsi,  

aritmiyalar, ağızda quruluq, 

qəbizlik, sidiyin ləngiməsi  

bədən çəkisinin artması, 

fotosensibilizasiya 

- Hiperhəssaslıq, qlaukoma, 

epilepsiya, prostat vəzin  

hiperplaziyası, sidik kisəsi 

atoniyası,  paralitik 

bağırsaq keçməməzliyi,  

pilorostenoz, anamnezdə 

miokard infarktı,   

hamiləlik, laktasiya, 6 yaşa 

qədər uşaqlar 



 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


ƏLAVƏ №6 

İlkin səhiyyədə depressiyanın böyük yaş dövründə müalicəsi

 

 

59



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



ƏLAVƏ №7 

İlkin səhiyyə səviyyəsində depressiyanın böyük yaş dövründə 

farmakoterapiyasının alqoritmi 

 

 

60



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

 

 



 

 

 



 

 

 



Klinik protokolla bağlı  təklif və iradlarınızı 

Azərbaycan Respublikası  Səhiyyə Nazirliyinin İctimai 

Səhiyyə və İslahatlar Mərkəzinə göndərə bilərsiniz. 

 

Ünvan:  Bakı, H.Zərdabi küç., 96 

Tel: 431-60-88 

Faks: 430-52-85 

Email: office@isim.az 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

Document Outline

  • Oblojka Depressia.pdf
  • DepressionА5 for Web.pdf
  • Klinik protokolla baqli.pdf

Yüklə 5,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin