Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 27 fevral 2012-ci il tarixli


C. Nə vaxtsa tütün çəkmiş, lakin hazırda tütün çəkməyən



Yüklə 401,43 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix09.03.2017
ölçüsü401,43 Kb.
#10817
1   2   3   4

C. Nə vaxtsa tütün çəkmiş, lakin hazırda tütün çəkməyən 

pasiyentlər üçün 

Tütünçəkmədən yaxın zamanda imtina etmiş pasiyentlərin 

müalicəsi 

Yaxın zamanda tütünçəkmədən imtina etmiş pasiyentlərin 

yenidən tütünçəkməyə başlamaq riski, xüsusilə ilk həftə  və ay 

ərzində son dərəcə yüksəkdir.  

Keçmiş tütün çəkənlər çox vaxt tütünçəkmədən imtina zamanı 

yaranmış  və ya çəkilən zaman mövcud olmuş problemlərini qeyd 

edirlər. Tibb işçisi məsləhətləşmə zamanı keçmiş tütün çəkənin 

çətinliklərlə üzləşməsini hiss etdiyi halda o, pasiyentin tütündən 

imtina nailiyyətini hərtərəfli dəstəkləməli, tütündən imtina 

faydalarını xatırlatmalı və pasiyentə bu problemlərin həllində yardım 

etməlidir (C1 Strategiyası).  

Tütünçəkmədən artıq imtina etmiş pasiyentlər də imtina ilə 

əlaqəli çətinliklərlə rastlaşa bilərlər. Bu da tibb işçisinə münasib 

müalicənin tətbiq edilməsinə ixtiyar verir (C2 Strategiyası). 



 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

26

C1 strategiyası. Yaxın zamanda tütünçəkmədən imtina etmiş 



pasiyentlərlə məsləhətləşmə  

Tibb işçisi tütünçəkməkdən imtina etmiş pasiyenti ümumilikdə  və 

hər nailiyyətinə görə alqışlamalı və imtina ilə bağlı qalıq əlamətlərinə 

üstün gəlmək cəhdlərini ciddi dəstəkləməlidir. 

Pasiyentin imtina ilə bağlı məsələləri müzakirə etmək istəyinin 

olub-olmamasını araşdırmaq üçün aşağıda göstərilmiş mövzulardan 

istifadə edin: 

 



Faydalar, o cümlədən sağlamlıqla bağlı faydalar 

 



Tütünçəkmədən imtina ilə  əlaqəli hər hansı müvəffəqiyyət 

(imtinanın davamlılığı, imtina sindromunun azalması və s.) 

 

Abstinensiya ilə bağlı problemlər (məsələn: depressiya, çəkinin 



artması, alkoqol, evdə digər tütün çəkənlərin olması, nəzərəçarpan 

stress) 


 

Pasiyent müalicəni davam etdirərsə, dərmanların istifadəsi və yan 



təsirləri  

C2 strategiyası. Keçmişdə tütün çəkmiş pasiyentlərin üzləşdiyi 

problemlərə dair məsləhətləşmə 

Keçmişdə tütün çəkmiş pasiyentlər sağlamlığı və həyat keyfiyyətinə mənfi 

təsir göstərən problemləri barədə narahatlıqlarını bildirə bilərlər. Spesifik 

problemlər və mümkün tədbirlər aşağıda göstərilir: 



Problem Tədbirlər 

İmtinaya dair dəstəyin məhdud 

olması

 



 

Pasiyenti məsləhət və  dəstək 

göstərə biləcək müəssisəyə 

yönəltmək 

 

Pasiyentin 



ətrafında olan 

dəstəkverici imkanları müəyyən-

ləşdirərək onlardan istifadə 

etməyə yönəltmək 

 

Növbəti görüşün təyini və ya 



telefonla məsləhət vermək 

Qaynar telefon xəttindən istifadə 

etmək 

Mənfi əhval və depressiya 



Negative mood or depression 

Simptomlar  əhəmiyyətli dərəcədə 

olduqda pasiyentə  məsləhət verin, 

müalicəni təyin edin və ya müvafiq 

mütəxəssisə yönəldin  

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

27

Uzun müddətli və ağır imtina 



simptomları  

Strong or prolonged withdrawal 

symptoms 

Pasiyentdə uzun müddətli tütünçəkmə 

istəyi və ya imtina simptomları varsa, 

müalicənin münasib dərmanlarla 

genişləndirilməsini nəzərdən keçirin. 

Çəkinin artması 

 



 



Fiziki fəaliyyətlərlə 

məşğul 


olmağı məsləhət görün 

 



Pasiyentə imtinadan sonra çəkinin 

müəyyən qədər artmasının adi hal 

olduğunu inandırın 

 



İmtinadan alınan faydaları 

çəkinin müəyyən qədər artması 

riski ilə müqayisə edərək 

vurğulayın 

 

Sağlam qidalanma və  fəal həyat 



tərzinin vacibliyini vurğulayın 

 



Az kalorili qidalardan istifadə 

etməyi məsləhət görün 

 

Çəkinin artmasını gecikdirən 



dərmanların istifadəsini tövsiyə 

edin (məsələn: bupropion, NƏM)  

 

Pasiyentə dietoloqun xidmətlərin-



dən və ya xüsusi proqramlardan 

istifadə etməyi məsləhət görün 

Təsadüfi tütünçəkmə 

Smoking lapses 

 

Təsadüfi tütünçəkmə istəyi 



yenidən tütünçəkməyə  gətirib 

çıxara bildiyinə görə müalicənin 

davam etməsini məsləhət görün 

 



Tam abstinensiyaya gətirib 

çıxaran hər hansı 

cəhdi 

dəstəkləyin 



 

Əmin edin ki, tütünçəkmədən 



imtina cəhdləri dəfələrlə ola bilər 

və keçmiş  təsadüfi tütünçəkməni 

baş vermiş  təcrübənin öyrənil-

məsi kimi istifadə edin 

 

Davamlı  məsləhətləşmə ilə  təmin 



edin  

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

28

MÜALİCƏ 



Müalicənin strukturu və intensivliyi 

Tütünçəkmədən imtina etmədə  tətbiq edilən hər bir müdaxilə 

formatı tütündən imtina etmə müddətini artırır və bunu təşviq etmək 

zəruridir (A)



Tütünçəkmədən imtina məsləhəti 

Həkimlər tərəfindən tütünçəkmədən imtina etmək məsləhəti 

tütündən imtinanın səviyyəsini əhəmiyyətli dərəcədə artırır. Beləliklə 

də tibb işçisi hər pasiyentə tütündən imtinaya dair təkidlə  məsləhət 

verməlidir (A)

Kliniki müdaxilələrin intensivliyi 

Ümumilikdə 3 dəqiqədən az olmayan minimal müdaxilələr 

tütündən imtina edənlərin sayını artırır. Hər bir tütün çəkənə 

tütünçəkmə statusundan asılı olmayaraq minimal müdaxilə mütləq 

təyin olunmalıdır (A).  

İntensiv müdaxilə minimal müdaxilədən daha effektlidir və 

mümkün hallarda istifadə olunmalıdır (A)

Psixososial müalicə formatı 

Profilaktik telefon vasitəsi ilə  məsləhətvermə, fərdi və qrup 

şəklində  məsləhətvermə formatları daha səmərəlidir və bunlar 

tütünçəkmədən imtina müdaxilələrində istifadə olunmalıdır (A). 

Çap vəsaitləri, WEB-resurslar tütünçəkmədən imtina etmək 

istəyənlərə effektiv kömək edir. Belə hallarda, tütünçəkmədən imtina 

etmək istəyən hər pasiyentə lazımi vəsaitlər tibb personalı tərəfindən 

təqdim edilir (B)



Dərman vasitələri ilə müalicə 

Birinci sıra dərman vasitələri:  

 



Varenikilin(A) 

 



Bupropion (A)

*

 

 



Nikotin əvəzedici dərman vasitələri (NƏM): 

 



Nikotin tərkibli saqqız (A)

 



                                                 

*

 



Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitələri

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

29



 

Nikotin tərkibli inhalyator (A)

 



 

Nikotin tərkibli sorulan həb (B)

 



 

Nikotin tərkibli burun üçün sprey (A)

 



 

Nikotin tərkibli plastır (dəriüstü istifadə üçün) (A)

 

İkinci sıra dərman vasitələri: 



 

Klonidin (A)  

 

Nortriptilin (A)





 

Bir neçə nikotin əvəzedici dərman vasitələrinin kombinasiyası:  

 

uzun müddətli (14 həftədən çox) nikotin tərkibli plastır + nikotin 



tərkibli saqqız və nikotin tərkibli burun üçün sprey; 

 



nikotin tərkibli plastır + nikotin tərkibli burun üçün sprey; 

 



nikotin tərkibli plastır + Bupropion (A) 

 



uzun müddətli nikotin tərkibli plastır + hər hansı bir NƏM 

 



nikotin tərkibli plastır + nortriptilin 

 



nikotin tərkibli plastır + ikinci nəsil antidepressantlar 

Dərman preparatlarının yan təsirləri 

Tütünçəkmədən imtina nəticəsində bir sıra komorbid psixi 

vəziyyətlərin ağırlaşması mümkündür 

Tütünçəkmədən imtina etmək üçün istifadə olunan dərman 

vasitələrinin yan təsirləri: 

Bupropion SR:  

Əsasən yuxusuzluq (35-40%) və  ağızda quruluq hissi (10%). 

Hamilələrdə  və  uşaq  əmizdirən qadınlarda, 18 yaşadək gənclərdə 

istifadəsi əks-göstərişdir. 



Qeyd: Bupropion SR: Qida qəbulu ilə bağlı problemi olan və ya son 14 gün ərzində 

MAO inhibitorları qəbul edən insanlara bu dərman vasitəsi təyin edilməməlidir. 

Nikotin tərkibli saqqız:  

Əsasən ağız boşluğunun qıcıqlanması, hıçqırma, dispepsiya, 

çeynəmə zamanı ağrı. Bu təsirlər, adətən, yüngül və qısa müddətlidir.  

Nikotin tərkibli inhalyatorlar:  

Nikotin tərkibli inhalyatorlardan istifadə edildikdə  ağız boşluğu 

və boğazda qıcıqlanma, öskürək, rinit müşahidə edilə bilər. Təsirlərin 

ağırlılıq dərəcəsi, ümumiyyətlə yüngül olur və müalicə  nəticəsində 

bu simptomlar xeyli azalır. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

30

Nikotin tərkibli həblər 

Ümumi yan təsirlərə ürək bulanma, qıcqırma və ürək nahiyəsində 

yanğı hissi, baş ağrısı və öskürək aiddir.  



Nikotin tərkibli burun spreyi:  

Burun/nəfəs yollarının reaksiyası.  Əksər hallarda burun 

nahiyəsinə spreyin təyin olunmasının ilk 2 günündə orta dərəcədən 

ağır dərəcəyədək burunda qıcıqlanma baş verə bilər.  



Nikotin plastırı:  

Nikotin plastırından istifadə edən pasiyentlərin 50%-də  dəridə 

yerli dəyişikliklər müşahidə oluna bilər. Bu dəyişikliklər  əmələ 

gəldikdə, hidrokortizon (1%) və ya triamsinolon kremini (0,5 %) 

istifadə etmək olar.  

Digər yan təsirlərdən yuxu pozulmalarına rast gəlinir, belə 

hallarda nikotin tərkibli plastırlarla müalicəni dayandırmaq 

məsləhətdir.  



Vareniklin:  

Ürəkbulanma, yuxuya getmənin çətinləşməsi, yuxu pozulmaları  



Qeyd: Hamilələrdə, 18 yaşadək gənclərdə istifadəsi əks-göstərişdir

Aşağıda göstərilən dərman preparatları ilə müalicənin 

aparılması mümkündür, lakin tövsiyə edilmir. 

Klonidin:  

Daha çox rast gəlinən yan təsirlər: ağızda quruluq, süstlük, baş 

gicəllənmə, qəbizlik. Klonidin antihipertenziv dərman vasitəsi 

olduğuna görə bir çox pasiyentlərdə qan təzyiqinin aşağı düşməsinə 

gətirib çıxara bilər.  

Nortriptilin

Daha çox rast gəlinən yan təsirlər: fikir dağınıqlığı, ağızda 

quruluq, gözün qaralması (dumanlılıq), sidik ifrazının çətinləşməsi, 

əllərin əsməsi.  



Tütünçəkmədən imtina edən pasiyentlərin müalicəsində 

aşağıdakı dərman vasitələrinin istifadəsi tövsiyə edilmir: 

 



Bupropiondan başqa digər antidepressantlar və nortriptilin  

 



Selektiv serotoninin təkrar udulmasının inhibitoru (SSTUİ)  

 



Anksiolitiklər/benzodiazepinlər/beta-blokatorlar  

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

31



 

Opioid antaqonistlər/naltrekson  

 

Gümüş asetatı



 



 

Mekamilamin

 



 

Dərman vasitələrindən geniş istifadə  

 

NƏM (ürək-damar xəstəlikləri olan pasiyentlərdə) 



 

TİBB İŞÇİLƏRİ ÜÇÜN TÖVSİYƏLƏR 

Tütünçəkmə barədə sual vermək 

Tövsiyələr: 

 



hər bir müraciət zamanı pasiyentlərdən tütünçəkmə barədə 

məlumat alınmalıdır, belə ki, təkrar skrininq klinik müdaxilənin 

əhatəsini artırır (A) 

 



ilkin səhiyyə xidmətləri səviyyəsində tütünçəkmənin skrininqi 

ildə azı 3 dəfə keçirilməlidir (D) 

 

həkim-mütəxəssislər tərəfindən ildə azı 1 dəfə tütünçəkənlərin 



skrininqi aparılmalıdır (D) 

 



yeniyetmələrin tütünçəkmə üzrə skrininqi zamanı passiv 

tütünçəkmə barədə məlumat toplanılmalıdır 



Tütünçəkmədən imtinaya dair məsləhətlər 

Tövsiyələr: 

 



hər müraciət zamanı tütünçəkənlərə imtina etmə barədə  təklif 

edilməlidir, çünki təklif və imtina arasında birbaşa əlaqə var (A) 

 

tibb işçiləri tütünçəkənlərə imtinanı ciddi şəkildə  təklif 



etməlidirlər, çünki tibb işçisinin məsləhəti imtinaların sayını 

artırır 


Tütünçəkmədən imtina istəyinin qiymətləndirilməsi 

Tövsiyələr: 

 



hər müraciət zamanı tütün çəkənlərin tütünçəkmədən imtina 

istəyi qiymətləndirilməlidir (C) 



 

 

 

                                                 

 

Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitələri



 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

32

Müalicə üsulları, müalicə seçimi haqqında təlimatlandırma, 



müalicə planının təyini və sənədləşdirilməsi 

Tövsiyələr: 

Tibb işçisi və pasiyent mümkün olan müalicənin üsulunu 

müzakirə etməli və razılaşdırılmış müalicə planını seçməlidirlər. 

Müzakirələr aşağıdakılara yönəldilməlidir (D)

 

müxtəlif müalicə seçimləri haqqında səmərəliliyə, mövcudluğa 



və əks-göstərişlərinə dair məlumatlandırma 

 



pasiyentin üstün tutduğu müalicənin seçimi 

 



xüsusi qruplara müvafiq olan müalicənin təyini (hamilələr, 

yeniyetmələr və yanaşı xəstəlikləri olanlar) 

 

pasiyentin seçiminə uyğun daha intensiv müalicə üsulunun təyini 



(D) 

Tütünçəkmədən imtinaya dair yardım 

Tövsiyələr: 

 



Bütün tütünçəkmədən imtina etmək istəyənlərə səmərəli müalicə 

təklif edilməlidir: 

 

farmakoterapiya (A)  



 

məsləhət (A) – fərdi, qrup və telefon vasitəsilə 



 

təkrar müdaxilə (A)  



 

Bütün tütünçəkənlərə məsləhətvermə: Minimal, Orta və İntensiv 



tütünçəkmədən imtina proqramları mütləq əlçatan olmalıdır (A)

Tütünçəkmədən imtina etmək istəyən  şəxslər qaynar xətt 

vasitəsilə məsləhət ala bilərlər (A). Farmakoterapiya yalnız ilkin 

səhiyyə xidmətləri müəssisəsində təyin edilməlidir (A)

 

Akupunktura, hipnoz, tütünçəkməni məhdudlaşdıran psixoloji 



mühit və relaksasiya, xüsusi nəfəsalma texnikası, pəhriz, idman, 

növbəti siqaretdən imtina, siqaretin çəkmədən yandırılması kimi 

strategiyalar az sübut olunmuş üsullar hesab edilir (D).  

Tütünçəkmədən imtina etmək üçün farmakoterapiyanın 

başlanması  

Farmakoterapiyanın təyin olunması  

 

Birinci sıra, NƏM 



 

Qeyri NƏM  



 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

33

Tütünçəkmədən imtinaya aid əyani vəsaitlərlə təminat 



Növbəti gəlişin təyini 

Tütünçəkmədən imtina etmək istəyən pasiyentlər üçün gələcək 

planın hazırlanması. 

 

Tütünçəkmədən imtinanın residiv hallarının qarşısının alınması 

Residivlərin profilaktik tədbirlərinin başlanması 

Tövsiyələr: 

 



tütünçəkmədən imtina etmiş bütün pasiyentlərə yenidən residivin 

baş verməsinin qarşısının alınması tədbirləri təklif olunmalıdır 

 

tibb işçisi residivə  gətirib çıxaran fərdi,  ətrafdakı  və 



biopsixososial faktorları nəzərə almalıdır  

 



tibb işçisi bədən çəkisinin tütündən imtinadan sonra artmasını 

nəzərə almalıdır. Bupropion SR və ya digər NƏM, məsələn, 

nikotin tərkibli saqqız bədən çəkisinin artmasını ləngidir 

 



çoxsaylı residivi olan və hazırda imtina cəhdlərində  çətinlikləri 

olan pasiyentlər imtina üzrə daha intensiv müdaxilələrə 

yönəldilməlidirlər 

Tütünçəkmədən imtinaya dair motivasiya tədbirləri 

Motivasiya edən strategiyalar 

Motivasiya edən strategiyalara aşağıdakılar daxildir, lakin 

bunlarla məhdudlaşmır: 

 



qarşıdurmadan qaçmaq 

 



neytral qalmaq 

 



tütünçəkənləri qətiyyətsiz olmaları barədə məlumatlandırmaq  

 



tütün çəkənlərdə tütünçəkmə, ondan imtina haqqında lehinə  və 

əleyhinə olan faktorları müəyyənləşdirmək 

 

tütünçəkənlərin sağlamlıq riskləri və tütünçəkmə barədə ikili 



fikirlərini korreksiya etmək 

 



fəaliyyət planını dəqiq və aydın şəkildə müəyyənləşdirmək  

 



fəaliyyət planındakı uyğunsuzluqları aradan qaldırmaq 

 



müzakirə aparmaq 

Tövsiyələr: 

Hazırda tütünçəkmədən imtina etmək istəməyən  şəxslər 

motivasiyaya yönəldilmiş  qısa məsləhət almalıdırlar. Məsləhət 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

34

tütünçəkmədən imtina motivasiyasının artmasına yönəldilir və bura 



aşağıdakı müzakirələr daxildir: 

 



münasiblik: tütünçəkmə və pasiyentin hazırda səhhəti xəstəliklər 

və pasiyentin tibbi tarixçəsi ilə əlaqəlidir 

 

risk amilləri: uzunmüddətli tütünçəkmənin riskləri, həmçinin 



konkret pasiyentə münasib olan ürək-damar xəstəliklərinin və 

yanaşı xəstəliklərin ağırlaşması barədə məlumatın çatdırılması 

 

faydalar: tütünçəkmədən imtinanın tibbi, maliyyə, psixososial 



potensial faydaları  

 



çətinliklər: tütünçəkmədən imtinanın çətinliklərini nəzərə alaraq, 

konkret pasiyentlə münasib seçimin və strategiyaların müzakirəsi  

 

təkrarlama (repetition): hər növbəti gəlişdə tütünçəkmədən 



imtinanın təkrar qiymətləndirilməsi və münasib müdaxilənin 

aparılması 

Motivasiya müdaxiləsi tütünçəkmədən imtinada faydalı olması 

üçün aparılmalıdır (B)



Tütünçəkmədən imtina edən şəxslərin həvəsləndirilməsi 

Bütün tütünçəkmədən imtina edənlər təbrik edilməli və onlara 

yenidən tütün çəkməkdən uzaq durmaq tövsiyə olunmalıdır 

Residiv riskinin qiymətləndirilməsi 

Residivin baş verməsi risklərinin qiymətləndirilməsi 

Tövsiyələr: 

 



son 3 ay ərzində tütünçəkmədən imtina edən pasiyentlərdə 

residivin əmələgəlmə riski qiymətləndirilməlidir (B) 

 

tütünçəkmədən imtina etmə zamanı depressiya və ya depressiv 



sindromun mövcudluğu residivlərə aparan amil olduğu üçün 

müəyyən edilməlidir (B) 

 

psixososial və  ətraf  şərait faktorları (stress, depressiya, əvvəlki 



imtina cəhdləri, imtina sindromu, digər tütünçəkənlərlə 

ünsiyyətdə olmaq), həmçinin digər davranış riskləri 

qiymətləndirilməlidir (C) 

 



residivlər  əmələ  gəlmiş pasiyentlərdə yenidən cəhd etmək 

arzusunun müəyyən edilməsi üçün təkrar qiymətləndirmə 

aparılmalıdır 


Yüklə 401,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin