Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 27 fevral 2012-ci il tarixli



Yüklə 401,43 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix09.03.2017
ölçüsü401,43 Kb.
#10817
  1   2   3   4

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

Kollegiyasının 27 fevral 2012-ci il tarixli 

05 saylı qərarı ilə təsdiq edilmişdir

 

 



 

 

 

 

 

 

 

 

 

TÜTÜNÇƏKMƏDƏN  

İMTİNA ETMƏ ÜZRƏ  

KLİNİK PROTOKOL 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Bakı - 2012 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

51.1(2)5  

T 93 

 

 



 

 

 



 

 

 



 

 

T 93  Tütünçəkmədən imtina etmə üzrə klinik protokol.   



B.: “CCC Azərbaycan” MMC, 2012. – 44 səh. Tiraj 2000. 

 

2



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

3

 



Klinik protokolun redaktoru: 

C. Məmmədov  

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və 

 

İslahatlar Mərkəzinin direktoru, t.f.d. 



 

Klinik protokolun tərtibçilər heyəti: 

G. Hüseynova 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və  

 

İslahatlar Mərkəzi, Tibbi keyfiyyət şöbəsinin 



 müdiri 

 

L. Qafarov  

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və  

 

İslahatlar Mərkəzi, İlkin səhiyyənin təşkili  



 

şöbəsinin müdiri 

T. Musayev 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və  

 

İslahatlar Mərkəzi, Əhalinin sağlamlığı  



 

şöbəsinin müdiri 

A. Rəşidova Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və  

İslahatlar Mərkəzi, İctimaiyyətlə əlaqələr və 

səhiyyə kommunikasiyası şöbəsinin müdiri 

 

Rəyçilər: 

Y. Qurbanov  

Səhiyyə Nazirliyinin baş terapevti,  

 Azərbaycan Tibb Universitetinin I Daxili  

 

xəstəliklər propedevtikası kafedrasının  



 

müdiri, professor, t.e.d. 

G. Gəraybeyli Səhiyyə Nazirliyinin baş psixiatrı, 

 Azərbaycan Tibb Universitetinin 

 Psixiatriya 

kafedrasının müdiri, professor,  

 t.e.d. 

V. Abdullayev 

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri  

 

İnstitutunun Pulmonologiya şöbəsinin  



 müdiri, 

t.f.d. 


 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

4

İxtisarların siyahısı 



SSTUİ 

– selektiv serotoninin təkrar udulmasının inhibitoru  



NƏM – 

nikotin 


əvəzedici müalicə 

RKT  

– randomizasiya olunmuş klinik tədqiqat 



 

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 

Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri  

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqatdan alınmışdır 

IIb 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 

alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların etibarlılıq 

dərəcəsi 

 



RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı və ya nəticələri uyğun 

populyasiyaya şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 



keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 



sistematik səhv riski yüksək olmayan (+) RKT. 

 



Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

 



Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil 



edilə bilməyən, sistematik səhv riski çox aşağı olan 

və ya yüksək olmayan (++ və ya +) RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi IIb. 



 



Klinik hallar seriyasının təsviri, yaxud  

 



Nəzarət edilməyən tədqiqat, yaxud  

 



Ekspertlərin rəyi.  

 



Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

6

Protokol ilkin səhiyyə xidmətləri səviyyəsində  fəaliyyət 



göstərən həkimlər (terapevtlər, pediatrlar, ailə  həkimləri, 

psixoterapevtlər, pulmonoloqlar, mama-ginekoloqlar, əczaçılar və s.) 

üçün nəzərdə tutulub. 

 

Pasiyent qrupu: tütünçəkmədən imtina etmək istəyənlər. 

 

Protokol tütün çəkən insanların səhhətində  ağır nəticələrə 

gətirib çıxaran zərərli vərdişi tərgitməyə kömək göstərilməsi, 

tütünçəkmə  nəticəsində insanlarda xəstələnmə hallarının, ağır 

fəsadların qarşısının alınması  və beləliklə ölüm hallarının 

azaldılması, həyat keyfiyyətinin artırılması üzrə sübutlu təbabətə 

əsaslanan müasir metodik tövsiyələrin verilməsi məqsədini 

daşıyır. 

 

Aktiv tütünçəkmə - qurudulmuş  və ya emal edilmiş közərən 

tütün yarpaqlarının tüstüsünün (əksər hallarda siqaretçəkmə 

vasitəsi ilə) nəfəs yolları ilə qəbul edilməsidir. 

Passiv tütünçəkmə  -  ətrafa yayılan tütün tüstüsünün nəfəs 

yolları ilə qəbul edilməsidir.  



Nikotindən asılılıq sindromu - davranış, dərketmə və fizioloji 

simptomlar kompleksi olub, nikotinin təkrar qəbulundan sonra 

yaranır və adətən, təkrar olaraq qəbuletmə istəyini (tələbini) 

yaradır. Nikotinin qəbuluna nəzarətin çətinləşməsi həmin 

maddənin zərərli/öldürücü təsirinə malik olmasına baxmayaraq 

nikotinin davamlı  qəbul edilməsinə, nikotinin dozasının yol 

verilən həddinin artmasına və  bəzən abstinensiya vəziyyətinin 

yaranmasına gətirib çıxarır (XBT-10, 221-ci səhifə). 



ÜMUMİ MÜDDƏALAR 

Tütünçəkmə - dünyada qarşısı alına bilinən  əsas ölüm 

səbəblərindən biridir. Böyüklər arasında o, hər on nəfərdən birinin 

ölümünün səbəbidir. XX əsrdə tütün 100 milyon insanın ölümünə 

səbəb olmuşdur. Təkcə 2005-ci ildə tütünün törətdiyi xəstəliklər 

nəticəsində 5,4 milyon insan tələf olmuşdur. Tütün, ondan 

mütəmadi  şəkildə istifadə edənlərin, demək olar ki, yarısının 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

7

ölümünə  səbəb olur. Orta hesabla dünya əhalisinin 29%-i siqaret 



çəkənlərdir. Siqaretçəkmə qadınlara nisbətən (10,3%) kişilər 

arasında (47,5%) daha çox yayılmışdır.  

İndiki tendensiyanın qalacağı halda 2030-cu ilədək 

tütünçəkmədən ölənlərin sayının ildə 8 milyona çatacağı  və XXI 

əsrdə tütündən ümumilikdə 1 milyard insanın tələf olacağı 

gözlənilir.  

Dünyada 1 milyard siqaret çəkənin 80%-i gəlirləri aşağı  və 

orta səviyyədə olan ölkələrdə yaşayır.  Əgər təcili tədbirlər 

görülməzsə, 2030-cu ilədək tütünlə bağlı ölüm hallarının 80%-i 

inkişaf edən ölkələrin payına düşəcək.  

Tütün məhsullarının yanması  nəticəsində  ətraf mühitə yayılan 

tüstü  ikincili tütün tüstüsü kimi tanınır. Qapalı  şəraitdə tütün 

tüstüsü hər tərəfə yayılır və onun zərərli təsirinə  həm siqaret 

çəkənlər, həm də  çəkməyənlər məruz qalırlar. Bu, adətən,  passiv 

siqaretçəkmə adlandırılır. 

Müəyyən olunmuşdur ki, tütün tüstüsündə 4000 zərərli 

kimyəvi maddə var. Bu maddələr (qətran, mürəkkəb kimyəvi 

maddələr, aromatizatorlar və s.) insanın orqanizminə  zərərli təsir 

göstərir. Tütün tüstüsündə olan nikotin və qarmin kimi psixoaktiv 

maddələr mərkəzi sinir sistemini stimulyasiya edərək eyforiya 

hissi yaradır və müvəqqəti olaraq yorğunluğu, yuxululuğu, 

əzginliyi aradan qaldıraraq iş qabiliyyətinin və yaddaşın 

yüksəlməsi effektini göstərir. Nəticədə yaranmış nikotindən 

asılılıq tütünçəkmənin davam etməsinə gətirib çıxarır. 

Passiv tütünçəkmə böyüklərdə bir çox ürək-damar və  nəfəs 

yolları  xəstəliklərinin yaranmasına səbəb olur və bu da sonda 

ölümə gətirib çıxara bilir. 

Hesablamalara  əsasən dünyada 700 milyon uşaq (dünyada 

bütün uşaqların demək olar ki, yarısı) havada olan ikincili tütün 

tüstüsü ilə  nəfəs alır. Bu da uşaqlarda bir çox ciddi xəstəliklərin 

yaranmasına və artıq mövcud olan xəstəliklərin (məsələn, 

astmanın) ağırlaşmasına gətirib çıxarır.  

Beynəlxalq  Əmək Təşkilatının məlumatlarına  əsasən işləyən 

insanların hər il ən azı 200 000-i iş yerlərində  məruz qaldıqları 

tütün tüstüsünün (ikincili) təsiri nəticəsində dünyasını dəyişir.  

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

8

İkincili tütün tüstüsü ayrı-ayrı insanların, müəssisələrin və 



ümumilikdə  cəmiyyətin iqtisadi xərclərinə  təsir etməklə, 

səhiyyənin birbaşa və dolayı  xərcləri  şəklində  məhsuldarlıq 

itkilərinə  gətirib çıxarır.  İkincili tütün tüstüsünün təsirinin 

təhlükəsiz səviyyəsi mövcud deyil. Heç bir ventilyasiya, heç bir 

filtr, hətta birlikdə istifadə olunduqda belə qapalı şəraitdə tüstünün 

təsirini təhlükəsiz səviyyəyə endirə bilməz.  

Tütünçəkmənin güclü vərdiş  və  hətta asılılığın formalarından 

biri olmasına baxmayaraq milyonlarla insan bu təhlükədən qurtula 

bilir.  

XBT-10 ÜZRƏ TƏSNİFAT 

F17  – 

Tütündən istifadə nəticəsində yaranan psixi və 

 davranış pozuntuları. 

Tütünçəkmə səbəbindən yarana bilən xəstəliklər 

Onkoloji xəstəliklər: tənəffüs, mədə-bağırsaq, sidik-cinsiyyət, 

qan törədici sistemlərdə yüksək ehtimal ilə baş verə bilər. 

Tütünçəkmə  ağciyərlərdə  xərçəng xəstəliyinin yaranmasının 

əsas səbəbi hesab edilir. Ağciyər xərçəngindən ölən kişilərin 90%-

də, tütünçəkmə  əsas amil sayılır. Aktiv tütün çəkənlərdə  ağız 

boşluğunun, dodağın, mədənin və onikibarmaq bağırsağın, sidik-

cinsiyyət orqanlarının, qan törədici sisteminin xərçəng xəstəliyinin 

yaranması riski artır. 



Ürək-damar xəstəlikləri: ateroskleroz, beyin və ürək-damar 

xəstəlikləri, qarın aortasının anevrizmasının inkişafı ehtimalı artır.  



Tənəffüs yolları  xəstəlikləri: ağciyərlərin xroniki obstruktiv 

xəstəliyi, bronxit, pnevmoniya, uşaqlarda və böyüklərdə  ağciyər 

xəstəliklərinin yaranması ehtimalı artır.  

Reproduktiv sağlamlıq: Siqaret çəkən qadınlarda fertillik 

zəifləyir. Tütün tüstüsü ilə daxil olan zərərli maddələr həm hamilə 

qadına, həm də  bətnindəki dölə  mənfi təsir göstərir. Tütün 

tüstüsünün toksiki maddələri hamiləlik zamanı baş verən müxtəlif 

fəsadların yaranması ehtimalını  və dölün oksigen çatışmazlığına 

gətirib çıxararaq onun bütün orqanlarında normal inkişafın 

pozulması riskini artırır. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

9

Tütün çəkən kişilərdə impotensiyanın yaranması ehtimalı 



çəkməyənlərə nisbətən çoxdur. 

Hamiləliyin ağırlaşmaları: vaxtından  əvvəl doğuş, ciftin 

vaxtından  əvvəl ayrılması.  Yenidoğulmuşlarda fəsadlar: 

normadan aşağı  çəkili yenidoğulmuşlar, ağciyərlərin tam inkişaf 

etməməsi və qəflətən ölüm sindromu. 



Digər xəstəliklər: kataraktlar, mədənin peptik xorası, immun 

sisteminin zəifləməsi. Tütün çəkənin xarici görünüşü dəyişilir. 

Tütünçəkmə dişlərin və  dırnaqların saralmasına, saçların 

tökülməsinə  və  qırışların yaranmasına gətirib çıxarır. Bəzən 

insanlar səhv olaraq bədən çəkisinə tütün çəkməklə nəzarət etməyi 

düşünürlər. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Şəkil 1. Siqaretçəkmə nəticəsində yaranan xəstəliklər 

 

 



 

 

 

 

10

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Şəkil 2. Passiv siqaretçəkmə nəticəsində yaranan xəstəliklər 

 

 



11

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

12

Tütünçəkmədən imtina etməyin üstünlükləri 

Tütünçəkmə  nəticəsində  əmələ  gələn bir çox xəstəliklərin 

yaranma riski tütünçəkmədən imtina etdikdən sonra azalır. 

Xəstəliklərin yaranmasına görə  fərdi risk tütünçəkmənin 

müddətindən, intensivliyindən və  xəstəliyin tütünçəkmə zamanı 

olub-olmamağından asılıdır (cədvəl 1-ə bax). 

Beləliklə, tütünçəkmədən imtina etməyə sövq etmək, xüsusilə 

də siqaret çəkməyə yeni başlayan insanlarda bu zərərli vərdişin 

yan təsirlərinin aradan qaldırılması üçün çox vacibdir. Tütün 

çəkən insanların səhhətində narahatlıq olmadığına görə 

tütünçəkmə  nəticəsində yaranan xəstəliklərin özünü büruzə 

verməsinə qədər uzun müddət keçə bilər ki, bu səbəbdən də onlar 

səhiyyə xidmətlərinə çox az və ya artıq gec olduqda müraciət 

edirlər. Beləliklə, tibb işçisi bütün mümkün olan yollarla insanları 

tütünçəkmədən imtina etməyə sövq etməlidir.  

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Cədvəl 1. Tütünçəkmədən imtina etdikdən sonra sağlamlığa 

müsbət təsirin zaman/vaxt şkalası  (Mənbə: Putting evidence into 

practice: Smoking cessation Klara Brunnhuber K. Michael Cummings, 

Sheila Feit, Scott Sherman, James Woodcock .-Summer 2007).

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

13



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

14

ƏSAS TÖVSİYƏLƏR 

Tövsiyələrin əsas məqsədi: 

 



tütündən istifadə edənlərə məsləhət verilməsi  

 



tibbi personal tərəfindən dərman vasitələri ilə müalicənin 

səmərəli aparılması 

 

səhiyyə sistemi və digər maraqlı tərəflərə əhatəli tibbi yardım 



üçün zəmin yaradılması 

 



Tütündən asılılıq xroniki xəstəlikdir, ondan imtina etmək üçün 

təkrari müdaxilələrin və  cəhdlərin göstərilməsi tələb olunur. 

Effektiv müalicə mövcuddur, lakin bu uzun müddət tələb edə bilər. 

 



Tütün çəkənlərin statusunu müəyyən edib sənədləşdirilməsini və 

səhiyyə xidmətlərinə müraciət edən hər bir pasiyentin müalicəsini 

tibbi personal və səhiyyə sistemi təmin etməlidir.  

 



Tütünçəkmənin müalicəsinin effektliyi əhalinin əhatə dairəsindən 

asılıdır. Tibb işçiləri tütün çəkməkdən imtina etmək istəyən hər 

bir pasiyentə bu protokolda tövsiyə edilən məsləhəti verməyə və 

dərman vasitələri ilə müalicə üsullarından istifadə etməyə 

çalışmalıdırlar. 

 



Qısa müddətli tütünçəkmədən asılılığın müalicəsi səmərəlidir. 

Tibb işçiləri hər bir tütün çəkənə  ən azı bu protokolda tövsiyə 

edilən qısa müddətli müalicəni təklif etməlidirlər.  

 



Fərdi, qrup şəklində  və telefon vasitəsilə  məsləhət vermə 

effektlidir və onların səmərəliliyi müalicənin intensivliyindən 

asılı olaraq artır. Məsləhət vermənin iki komponenti xüsusilə 

effektlidir. Məsləhət alan pasiyent tütünçəkmədən imtina etmək 

istədikdə, tibb işçiləri bunlardan istifadə etməlidirlər:  

 



problemlərin həll edilməsinə dair məsləhətləşmə 

 



müalicənin bir hissəsi kimi motivasiya tədbirləri 

 



Tütünçəkmədən asılılığın müalicəsində bir çox dərman vasitələri 

mövcuddur. Tibbi personal bunları tütünçəkmədən imtina etmək 

istəyən pasiyentlərin müalicəsində istifadə etməyə səy göstərmə-

lidirlər.  

 

Telefon vasitəsilə  məsləhət vermə  (əgər mövcuddursa) daha 



geniş  əhali kütləsini  əhatə etmək üçün səmərəlidir. Bununla 

yanaşı tibb işçiləri və  səhiyyə xidmətləri göstərənlər  əmin 

olmalıdırlar ki, pasiyentlər üçün bu telefon xətti əlçatandır və bu 

xəttin istifadəsini geniş təbliğ etməlidirlər.  

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

Tütün çəkən pasiyentlər tütündən imtina etmək istəmədiyi halda, 



tibb işçiləri bu protokolda  göstərilən motivasiya tədbirlərindən 

istifadə etməlidirlər.  



Yüklə 401,43 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin