Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 26 dekabr 2011-ci IL tarixli



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə44/48
tarix02.01.2022
ölçüsü2,07 Mb.
#1820
1   ...   40   41   42   43   44   45   46   47   48
Böyrəklərin zədələnməsi Vilson xəstəliyi zamanı sidiyin 

turşuluğunun artması ilə amin turşular, qlükoza, fruktoza, qalaktoza, 

sidik turşusu, fosfat və kalsiumun ekskresiyasının güclənməsi ilə 

xarakterizə olunur. Eyni zamanda bu dəyişikliklər proteinuriya D-

penisillaminin yan təsirlərinin nəticəsi ola bilər. Xəstələrin 16%-də 



 

34

inkişaf edən urolitiaz hiperkalsiuriya və ya sidiyin turşulaşmasının 



pozulması nəticəsində yarana bilər.  

Sümük-əzələ sisteminin pozğunluqları – xəstəliyin xarakterik 

əlaməti olub, bütün halların yarıdan çoxunda təsadüf olunur.  



Osteopatiya. Sümüklərin demineralizasiyasının rentgenoloji 

əlamətləri xəstələrin 20-25%-də  aşkarlanır. Osteopatiya bütün yaş 

qruplarında müşahidə olunur. Adətən simptomsuz keçir. Bəzi 

xəstələrdə patoloji sınıqlar baş verir. Böyrək kanalcıqlarının 

zədələnməsi nəticəsində  bəzi hallarda osteomalyasiya inkişaf edə 

bilər.  


Artropatiya. Oynaqların zədələnməsinə  uşaqlarda nadir rast 

gəlinsə  də, böyüklərdə 50% xəstələrdə  aşkarlanır. Oynaqların 

zədələnməsi simptomsuz rentgenoloji dəyişikliklərdən aydın ifadə 

olunmuş erkən osteoartroza qədər variasiya edir. Oynaqların 

rentgenoloji simptomları: 

 



oynaq yarığının daralması 

 



sümük toxumasının yayılmış subxondral fraqmentasiyası 

 



bilək və barmaq oynaqlarının, həmçinin dirsək, çiyin, bud-

çanaq, diz oynaqlarının kənari sklerozu. 

Bəzi xəstələrdə kiçik oynaqətrafı kistlər, fəqərələrin kənarlarının 

pazvari deformasiyası  və nahamar olması, diz qapaqlarının kəsici 

osteoxondrit və xondromalyasiyası  aşkarlanır. Oynaq bağlarında, 

vətərlərdə, oynaq kapsulunda yerləşmiş periartikulyar kalsinatlar 

xarakterikdir. Artropatiyaların ifadə olunma səviyyəsi xəstəliyin 

ifadə  dərəcəsi, nevroloji, qaraciyər və böyrək təzahürləri ilə 

korrelyasiya etmir.  

15% xəstələrdə xəstəlik hematoloji sindromlarla, birinci növbədə 

hemolitik anemiya ilə təzahür edir.  

Diaqnostika 

 



Qaraciyərin naməlum etiologiyalı  zədələnməsi olan 3-55 yaşlı 

istənilən xəstədə Vilson xəstəliyindən  şübhələnmək olar. Digər 

yaşlı pasiyentlərdə diaqnozu inkar etmək olmaz (B) 

 



Qaraciyərin naməlum etiologiyalı  xəstəliyi ilə yanaşı, nevroloji 

və ya psixi pozulmalar olduqda da VX-dən şübhələnmək olar (B) 

 

VX-yə  şübhə olduqda təcrübəli mütəxəssisin iştirakı ilə yarıqlı 



fənərdən istifadə etməklə Kayzer-Fleyşer həlqəsini axtarmaq 

lazımdır. Bu həlqənin olmaması VX diaqnozunu inkar etmir (B) 




 

35



 

Diaqnostik meyar – zərdab seruloplazmininin kəskin azalmasıdır 

(<50mq/l). Cüzi azalma zamanı  əlavə müayinə  tələb olunur. 

Qeyd etmək lazımdır ki, seruloplazmin kəskin fazalı zülaldır və 

onun miqdarı iltihab, infeksiyalar, hamiləlik, estrogenlərin qəbulu 

zamanı yüksələ bilər. Seruloplazminin kiçik səviyyəsi nefrotik 

sindrom, sekretor enteropatiya və malabsorbsiya sindromunda 

meydana çıxan zülal defisiti zamanı rast gəlinir. Normal səviyyə 

VX-ni inkar etmir (B) 

 



VX-yə  şübhəli bütün xəstələrdə sidikdə misin gündəlik 

ekskresiyasını  tədqiq etmək lazımdır. Bunun 40 mkq-dan (0,6 

mkmol) çox olması  əlavə müayinələrin aparılmasını  tələb edir, 

100 mkq-dan çox artım (1,6 mkmol) VX üçün xarakterikdir (B) 

 

Uşaqlarda VX-yə şübhə yaranarsa və misin gündəlik ekskresiyası 



<100 mkq olarsa, penisillinaminlə test aparılmalıdır (500 mq 

gündəlik sidiyin yığılmasının başlandığı vaxtda + 500 mq 12 

saatdan sonra). Mis >1600 mkq (25 mkmol) olarsa, onda VX 

diaqnozu qoyula bilər. Misin ekskresiyasının güclənməsinə, 

həmçinin qaraciyərin digər xolestatik xəstəlikləri zamanı da rast 

gəlinə bilər (B) 

 

Diaqnostikanın qızıl standartı – qaraciyər parenximasında misin 



miqdarının >250 mkq/q-quru toxumada olmasıdır. Bu 

göstəricinin <40-50 mkq/q-quru toxumada olması VX 

diaqnozunu inkar edir. Müvafiq klinik əlamətlər zamanı 

göstəricinin qiyməti 70-250 mkq/q-quru toxumada olduqda əlavə 

müayinələr aparmaq lazımdır (B) 

 



Nevroloji simptomatika olduğu zaman VX-yə  şübhə yarandıqda 

müalicə başlanana qədər nevroloji müayinə və baş beyinin MNR 

müayinəsi aparılmalıdır (C) 

 



Diaqnostik çətinliklər zamanı  və  xəstənin birinci xətt 

qohumlarının ailəvi skrininqi üçün genetik analiz (ATP7B 

geninin mutasiyasının aşkarlanması) aparılmalıdır (B) 

 



Autoimmun hepatit simptomatikalı  uşaq yaşlı pasiyentlərdə (3 

yaşdan yuxarı) VX-dən şübhələnmək lazımdır (B) 

 

Böyük yaşlı pasiyentləri autoimmun hepatitin atipik klinik 



mənzərəsi və ya autoimmun hepatitin qlükokortikoidlərlə 

müalicəsinin effektsizliyi zamanı VX-nə müayinə etmək lazımdır 



(C) 


 

36



 

VX qeyri-alkoqol piy hepatozunun diferensial-diaqnostik sırasına 

daxil edilməlidir (D) 

 



Kəskin qaraciyər çatışmazlığı, damardaxili hemolizə  mənfi 

Kumbs sınağı, transamilazaların mülayim yüksəlməsi olan və ya 

aşağı  səviyyəli qələvi fosfataza və QF/bilirubin nisbətinin <2 

olan pasiyentlərdə VX-dən şübhələnmək lazımdır (B) 

 

VX olan pasiyentin birinci xətt qohumlarını VX-nin olmasına 



görə müayinə etmək lazımdır (A) 

 



Radioaktiv nişanlanmış mislə 

sınaq misin qaraciyər 

metabolizmini bilavasitə qiymətləndirməyə imkan verir. 

Zərdabın radioaktivliyini müəyyənləşdirmək üçün qan radioaktiv 

nişanlanmış misin (64CU və ya 67CU) qəbulundan 1, 2, 4, 24 və 

48 saat sonra götürülməlidir.  

 

Sağlam insanlarda zərdabın radioaktivliyinin birinci 



yüksəlişindən sonra təkrar artımı da müşahidə olunur. Bu da 

misin yeni sintez olunmuş seruloplazminin tərkibinə daxil 

olması və qan dövranına çıxması ilə əlaqədardır. 

 



Vilson xəstəliyi olan pasiyentlərdə seruloplazminin hətta 

normal miqdarı olduğu hallarda da zərdabın radioaktivliyinin 

yüksəlməsinin ikinci piki olmur. 


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin