Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 26 dekabr 2011-ci IL tarixli



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə40/48
tarix02.01.2022
ölçüsü2,07 Mb.
#1820
1   ...   36   37   38   39   40   41   42   43   ...   48
İnstrumental müayinələr 

 



Qaraciyər biopsiyası. Uzun illər qaraciyərin biopsiyası  İHX 

diaqnozunun qoyulması üçün “qızıl standart” hesab olunurdu. 

Hazırkı dövrdə molekulyar-genetik metodların tətbiqi zamanı 

qaraciyərin biopsiyası  xəstəliyin proqnozlaşdırılmasında böyük 

əhəmiyyət kəsb edir. Qaraciyərin biopsiyası və onun toxumasında 

dəmirin təyini diaqnozun qoyulmasında çox dəqiq metoddur.  

 

Qaraciyərin dəmir indeksi.  



 

QDİ = qaraciyər dəmiri (mkmol/q quru maddə)/yaş (illər) 



 

QDİ >1,9 İHX üçün diaqnostik əhəmiyyətlidir.  



Diferensial diaqnoz 

Xəstələrdə aşağıdakılar aşkarlanarsa, İHX diferensial-diaqnostik 

axtarışa daxil edilməlidir: 

 



mənşəyi naməlum hepatomeqaliya 

 



qarında lokalizə olunmamış davamlı ağrılar 

 



2-ci tip şəkərli diabet  

 



degenerativ artropatiya 


 

31



 

etiologiyası naməlum hipoqonadizm 

 

dərinin hiperpiqmentasiyası 



Digər mütəxəssislərin məsləhətinə göstərişlər: 

 



Diabetin klinik simptomları zamanı – endokrinoloq tərəfindən 

müayinə 


 

Ürəyin zədələnməsinin klinik simptomları zamanı (genezi 



naməlum kardiomiopatiya) – kardioloq tərəfindən müayinə 

Müalicə 

Müalicənin məqsədləri: 

 

Orqanizmdən dəmirin izafi miqdarının xaric edilməsi 



 

Xəstəliyin fəsadlarının profilaktikası 



(şəkərli diabet, 

kardiomiopatiya, qaraciyər çatışmazlığı) 

Hospitalizasiyaya göstərişlər: 

 



Qaraciyərin biopsiyası  və  dəmir mübadiləsi pozğunluğunun 

birincili xarakterinin təyini 

 

Qaraciyər sirrozu mərhələsində fəsadların profilaktikası 



Pəhriz rejimi: 

 



Tərkibində çoxlu miqdarda hem dəmiri olan qida məhsullarının – ət, 

qarabaşaq yarması, alma, nar və s. qəbulunun məhdudlaşdırılması 

 

Dəmirin və alkoqolun sorulmasını gücləndirən askorbin 



turşusunun qəbulunun məhdudlaşdırılması (B) 

Simptomatik terapiya 

 

Müalicənin başlanğıc kursu – həftədə 500 ml həcmində 



qanburaxma ambulator şəraitdə yerinə yetirilir. Bu zaman 

hemoqlobinin miqdarı dinamikada izlənilir. Vaxtaşırı olaraq 

zərdab ferritininin miqdarı  təyin olunur (ifadə olunmuş  şəkildə 

yüklənmədə 3 ayda 1 dəfə, mülayim yüklənmədə ayda 1 dəfə) – 

50 mkq/ml nəticə əldə olunana qədər (B) 

 



Saxlayıcı terapiya – başlanğıc terapiyadan sonra pasiyentlərin 

əksəriyyətinin bir neçə il ərzində qanburaxmaya ehtiyacı olmur. 

Dinamik müşahidə  zərdab ferritininin miqdarının təyini ilə 

aparılır (B) 




 

32

Medikamentoz müalicə 



 

Dəmir xelatorları ilə müalicə daha az effektli olub müəyyən 



fəsadlar verə bilər. Dərman vasitələrinin parenteral yeridilməsini 

tələb edir.  

 

Deferoksamin (desferal) 1 q/günə doza ilə  əzələ daxilinə  təyin 



olunur: 

 



effektivliyi dəmirin sidiklə ifraz olunmasına  əsasən 

müəyyənləşdirilir 

 

uzunmüddətli istifadə zamanı büllurun bulanması mümkün haldır 



Proqnoz 

Qaraciyər sirrozu olan xəstələrdə letal nəticə  xəstəliyin sirrotik 

mərhələsinə  qədər müalicə alan xəstələrə nisbətən 5,5 dəfə 

yüksəkdir. Qaraciyər sirrozu olan xəstələrdə HSK-nin riski 

populyasiyadan 200 dəfə yüksəkdir. Bu vəziyyət HSK-nin 6 ayda 1 

dəfə skrininqinin aparılmasını tələb edir (abdominal USM, KT, alfa 

fetoproteinin miqdarı).  

İfadə olunmuş  səviyyədə qaraciyər çatışmazlığı olan xəstələrə 

qaraciyərin transplantasiyası göstərişdir. Transplantasiyadan sonra 1 

il yaşama 60% təşkil edir. Belə  xəstələrdə ölümə  əsas səbəb 

infeksion fəsadlardır.  


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin