Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 26 dekabr 2011-ci IL tarixli


İzafi toplanmış dəmirin toksik təsirləri



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə36/48
tarix02.01.2022
ölçüsü2,07 Mb.
#1820
1   ...   32   33   34   35   36   37   38   39   ...   48
İzafi toplanmış dəmirin toksik təsirləri: 

 

sərbəst radikal reaksiyaların, dəmirin katalizatorluğu nəticəsində 



lipidlərin peroksidli oksidləşməsinin güclənməsi 

 



dəmirin çökdüyü yerlərdə kollagenin əmələ gəlməsinin artması 

 



dəmirin DNT ilə qarşılıqlı  təsiri nəticəsində onun birbaşa 

zədələnməsi (HSK-nın inkişaf riskinin artması)  



Klinik mənzərə 

Xəstəliyin erkən simptomları adətən orta yaşlı kişilərdə  aşkar 

olunur. Qadınlar daha az və gec xəstələnirlər. Belə ki, onlarda 

dəmirin artığı təbii yolla – aybaşı və hamiləlik zamanı xaric olur.  

Klinik təcrübədə İHX-nin 4 inkişaf mərhələsi ayırd edilir:  

1.

 



Latent mərhələ – genetik defektin mövcudluğu, DİY 

əlamətlərinin olmaması, bu mərhələdə  dəmirin orqanizmdə 

tədricən toplanması baş verir.  

2.

 



Simptomsuz mərhələ – xəstəliyin klinik əlamətlərinin olmaması, 

DİY-nin laborator əlamətlərinin aşkarı.  

3.

 

DİY-nin erkən  əlamətləri mərhələsi – klinik mənzərə az 



spesifikdir, zəiflik,  əzginlik, apatiya və astenovegetativ 

sindromun digər əlamətləri.  

4.

 

DİY hədəf orqanların yüklənməsi ilə daha gec mərhələ olub ayrı-



ayrı orqanların zədələnmə əlamətləri aşkarlanır. 

Tam inkişaf etmiş  xəstəliyin  ən dəqiq obyektiv əlamətləri 

bunlardır: hepatomeqaliya, piqmentasiya, hörümçəyəbənzər 

angiomalar, splenomeqaliya, artropatiya, assit, ürək ritminin 

pozğunluqları, durğun ürək çatışmazlığı, bədəndə tüklərin tökülməsi

yumurtalıqların atrofiyası və sarılıq.  



Qaraciyər adətən birinci olaraq prosesə  cəlb olunur və 

şikayətləri olan xəstələrin 95%-dən çoxunda hepatomeqaliyaya rast 

gəlinir. Qaraciyər şikayətlər olmadıqda və onun funksional sınaqları 

dəyişilmədikdə belə böyüyə bilər. Hemoxromatoz əlamətləri olan 

xəstələrin yarıdan çoxunda, hepatomeqaliya və fibroza baxmayaraq, 

qaraciyər funksiyasının pozulmasının laborator əlamətləri zəif ifadə 

olunur. Çox vaxt bədəndə tüklərin tökülməsi, ovuc səthinin 

eriteması, yumurtalıqların atrofiyası 

və ginekomastiya 

müəyyənləşdirilir. Laennek sirrozuna nisbətən portal hipertenziya və 

qida borusu venalarının varikoz genəlməsinə daha az təsadüf olunur. 



 

28

Qaraciyərin xərçəngi xəstələrin 30%-də inkişaf edir. Bu fəsadın 



tezliyi yaş artdıqca yüksəlir və hazırkı dövrdə  İHX-li xəstələrin  ən 

çox təsadüf edilən  əsas ölüm səbəblərindəndir. Lakin xərçəngin 

əsasən qaraciyərin sirrozu mərhələsində inkişaf etməsi xəstəliyin 

erkən aşkarı və müalicəsinin vacibliyini önə çəkir.  




Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin