Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 26 dekabr 2011-ci IL tarixli



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə38/48
tarix02.01.2022
ölçüsü2,07 Mb.
#1820
1   ...   34   35   36   37   38   39   40   41   ...   48
Ürəyin patologiyası  xəstələrin 15%-də müəyyənləşdirilir.  Əsas 

təzahür – durğun ürək çatışmazlığıdır ki, cavan şəxslərin təxminən 

10%-də  təsadüf edir. Simptomları  qəflətən baş verə  və müalicəsiz 

tezliklə ölümlə  nəticələnə bilər. Ürək diffuz böyüyür, nəticədə 

hemoxromatozun aşkar əlamətləri olmadığı hallarda səhvən idiopatik 

kardiomiopatiya diaqnozu qoyulur. Ürək ritminin müxtəlif 

pozğunluqları, xüsusən supraventrikulyar ekstrasistolalar və 

paroksizmal taxiaritmiyalar qoşula bilər. Bəzən qulaqcıqların 

səyriməsi, qulaqcıqönü fibrillyasiya və müxtəlif dərəcəli 

atrioventrikulyar blokada baş verir.  

Bəzi xəstələrdə  libido itir, onun yumurtalıqları atrofiyaya 

uğrayır. Libidonun itməsi başqa klinik əlamətlərdən əvvəl ola bilər. 

Yumurtalıqların atrofiyası, adətən dəmirin çökməsi ilə  əlaqədar 

hipotalamo-hipofizar funksiyanın pozulması 

nəticəsində 

qonadotropinlərin azalmış sintezi ilə  əlaqədar olur. Bəzən xəstələr 

böyrəküstü vəzlərin çatışmazlığı, hipotireoz və hipoparatireozdan 

əziyyət çəkirlər.  

Diaqnostika 

İHX gedişinə xarici mühitin bir sıra faktorları, xüsusən dəmirlə 

zəngin qida maddələrindən çox istifadə, dəmirin bağırsaqda 

sorulmasını gücləndirən askorbin turşusunun izafi miqdarda qəbulu, 

alkoqoldan sui-istifadə, siqaret çəkmə, virus hepatitləri təsir göstərə 

bilər. Menstrual sikl, hamiləlik və doğuşların rolu böyükdür. Bu, 

kişilərdə qadınlara nisbətən irsi hemoxromatozun 5-10 dəfə çox 

aşkar olunmasını izah edir. Qeyd etmək lazımdır ki, son illərdə 

diaqnostikanın yaxşılaşması ilə əlaqədar xəstəlik klinik simptomların 

olmadığı erkən mərhələdə aşkarlana bilir.  




Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin