Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 26 dekabr 2011-ci IL tarixli



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə47/48
tarix02.01.2022
ölçüsü2,07 Mb.
#1820
1   ...   40   41   42   43   44   45   46   47   48
Müalicə 

Vilson xəstəliyinin müalicəsində  əsas yeri xelatorların və misin 

mədə-bağırsaq traktından sorulmasını blokada edən dərman 

vasitələrinin qəbulu tutur. Bu məqsədlə penisillamin 1,5-2,0 q/gün 

dozada ilkin təyin olunur (saxlayıcı doza 0,5-1,0 q/gündür). Dərman 

vasitəsi 25 mq/gün dozada piridoksinlə eyni vaxtda təyin edilir. 

Penisillaminə dözümsüzlük olduqda sink dərman vasitəsi (gündəlik 

doza 150 mq, 2-3 qəbula bölünmüş) təyin olunur. Həmçinin 

trientindən də istifadə olunur. Sonuncuya dözümlülük daha yaxşıdır (B)

Hazırda ammonium-tetratiomolibdatın nevroloji və psixi 

pozulmaları olan xəstələrin müalicəsində istifadəsinin klinik sınaqları 

aparılır. Bu dərman vasitəsi həm xelator kimi təsir göstərir, həm də 

misin bağırsaqdan sorulmasının qarşısını alır. 

Tərkibində misin qatılığı çox olan qida və suyun qəbulu, xüsusən 

müalicənin birinci ili qadağan olunmalıdır (C)

Simptomsuz pasiyentlərə  həmçinin saxlayıcı terapiya zamanı 

xelat dərman vasitəsi və ya sink təyin olunur

 

(B)

VX nəticəsində baş vermiş kəskin qaraciyər çatışmazlığı zamanı 

qaraciyər transplantasiyası  məsələsini həll etmək üçün pasiyenti 

transplantoloqa göndərmək lazımdır (B)



 

38

Hamiləlik zamanı müalicəni davam etdirmək, lakin D-



penisillinaminin və trientinin dozasını azaltmaq lazımdır (B)

Müalicə, transplantasiya həyata keçirilən hallar istisna olmaqla

ömürlük aparılmalıdır (B)

İldə azı 2 dəfə  zərdabda misin və seruloplazminin miqdarı, 

qaraciyərin biokimyəvi göstəriciləri təyin olunmalı, qanın, sidiyin 

ümumi müayinəsi aparılmalı, fiziki müayinə yerinə yetirilməlidir. 

Xelatlarla müalicə zamanı mütəmadi olaraq qanın və sidiyin ümumi 

müayinəsi aparılmalıdır (C)

Müalicə zamanı  hər il və ya daha tez-tez (dərman vasitələrinin 

qəbulu qaydasına  əməl olunmamasına  şübhə yarandıqda və ya 

dozanın korreksiyasına ehtiyac olduqda) misin gündəlik sidikdə 

ekskresiyasını müəyyənləşdirmək lazımdır. Sərbəst (seruloplazminlə 

əlaqəli olmayan) zərdab misinin səviyyəsi müalicə qaydalarına əməl 

olunmadıqda yüksəlir, xelatların izafi dozaları zamanı kəskin azalır (C)




 

39


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin