Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 21 oktyabr 2009-cu il tarixli


Asimptomatik karotid arteriya stenozunun cərrahi və



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix06.02.2017
ölçüsü1,84 Mb.
#7835
1   2   3   4

Asimptomatik karotid arteriya stenozunun cərrahi və 

endovaskulyar müalicəsi 

Aparılan tədqiqatlarda asimptomatik karotid arteriya stenozunun 

karotid endarterektomiya üsulu ilə  cərrahi müalicəsinin faydasının 

şübhəli olduğunu göstərən nəticələr əldə edildiyindən, bu metod rutin 

olaraq məsləhət görülməməkdədir (C). 60-99% daxili yuxu arteriyası 

stenozu olan asimptomatik xəstələrdə karotid arteriya cərrahiyyəsi 

istifadə edilə bilər. Karotid endarterektomiyanın perioperativ insult və 

ölüm riski <3% olan və minimum 5 il müddətində sağ qalması 

gözlənilən (80 yaşınadək) xəstələrdə faydalı olduğu bildirilmişdir (C)

Karotid arteriya stenozuna görə stentli və ya stentsiz 

angioplastikanın cərrahi  əməliyyata nisbətən üstünlüyü sübut 

olunmadığından rutin olaraq məsləhət görülməməkdədir (C).  



İŞEMİK İNSULTUN DİAQNOSTİKASI 

İnsultun diaqnostikası aşağıdakılara əsaslanır: 

 

müvafiq klinik simptomların müəyyənləşdirilməsi; 



 

anamnestik məlumatlar (kəskin başlanğıc, risk amillərinin 



mövcudluğu) – cədvəl 1-ə bax; 

 



neyrovizualizasiya müayinələrinin məlumatları 

İnsultun  tipinin (işemik və ya hemorragik) müəyyənləşdirilməsi 

diaqnostik axtarışın sonuncu həlqəsi deyildir. İnsultun adekvat 

müalicəsi və ikincili (sonrakı) profilaktikasının aparılması üçün onun 

mümkün olan səbəbinin/səbəblərinin axtarılması zəruridir. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 

14

Cədvəl 1. Anamnez toplayarkən diqqət edilən əsas cəhətlər 

Yaxın zamanlarda baş vermiş 

hallar  


İnsult  

Tranzitor işemik həmlə 

Miokard infarktı 

Travma  


Cərrahi əməliyyat 

Hamiləlik 

Qanaxma 

Yanaşı xəstəliklər Arterial 

hipertenziya 

Şəkərli diabet 

Dərman vasitələrindən istifadə Antikoaqulyantlar 

İnsulin 


Antihipertenziv preparatlar 

Peroral kontraseptivlər və ya 

tərkibində estrogen olan digər 

preparatlar  



İşemik insultun əlamət və simptomları 

Aşağıdakı simptomlara əsasən işemik insultun baş verməsindən 

şübhələnmək lazımdır: 

 



Bədənin hər hansı hissəsində, xüsusən də sifət, əl və ayaq daxil 

olmaqla bədənin bir tərəfində əzələ zəifliyinin əmələ gəlməsi; 

 

Bədənin hər hansı hissəsində, xüsusən də sifət, əl və ayaq daxil 



olmaqla bədənin bir tərəfində hissiyyatın zəifləməsi; 

 



Görmənin pozulması; 

 



Şifahi nitqin və ya nitqin başa düşülməsinin pozulması; 

 



Hərəkətlərin koordinasiyasının pozulması; 

 



Baş gicəllənməsi; 

 



Udma qabiliyyətinin pozulması; 

 



Qəflətən başlayan, xüsusən də ürəkbulanma, qusma ilə müşayiət 

olunan qeyri-adi dərəcədə kəskin baş ağrısı; 

 

Qıcolma tutmaları; 



 

Yaddaşın qəflətən pozulması; 



 

Şüurun pozulması 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

15

İNSULTLU PASİYENTİN MÜAYİNƏSİ İLƏ BAĞLI 



TÖVSİYƏLƏR 

1.

 



İnsult olması güman edilən pasiyentlərdə  təxirəsalınmaz 

müayinə aparılmalı  və pasiyentin qəbul  şöbəsinə daxil olduğu 

vaxtdan sonrakı  1 saat  ərzində müayinə bitirilməli və müalicə 

üsulu seçilməlidir  (B). Ehtimal edilən insultlu xəstələr nevroloji 

müayinə  də daxil olmaqla dəqiq klinik müayinədən 

keçirilməlidirlər. 

2.

 

Baş beynin qeyri-kontrast kompüter tomoqrafiyası əksər hallarda 



insultun təxirəsalınmaz terapiyasının seçilməsi üçün zəruri olan 

informasiyanı verən müayinədir (A)

3.

 

İşemik insultun istənilən spesifik müalicəsinin aparılması, ancaq 



baş beynin müvafiq tomoqrafik müayinəsinin (vizualizasiyanın) 

həyata keçirilməsindən sonra mümkündür (A).  

4.

 

Neyrovizualizasiyanın perfuzion KT, KT-angioqrafiya, perfuzion 



MRT, diffuzion MRT, MR-angioqrafiya kimi multimodal 

metodları  işemik insultun diaqnostikası zamanı  əlavə  məlumat 

verə bilər (A).  

5.

 



Lakin insultun təxirəsalınmaz terapiyası baş beynin əlavə 

vizualizasiya metodlarının (perfuzion KT, PV-MRT, DV-MRT 

və b.) həyata keçirilməsi üzündən gecikdirilməməlidir (A).  

6.

 



Əgər xəstəliyin simptomlarının yaranmasından 3 saatdan az 

keçibsə, angioqrafik müayinə  işemik insultun təxirəsalınmaz 

terapiyasını ləngitməməlidir (D)

7.

 



KT-nin bəzi məlumatları, o cümlədən də ”arteriyanın 

hiperdensitivlik” simptomu insultun arzuolunmaz  nəticələri ilə 

korrelyasiya edir (A)

8.

 



Hal-hazırda kifayət qədər sübut yoxdur ki, intrakranial 

hemorragiyadan başqa KT-nin hər hansı digər göstəricisi (o 

cümlədən baş beyin yarımkürəsinin üçdə birindən çoxunun 

işemik zədələnməsi də daxil olmaqla) insultun başlanmasından 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

16

                                                



sonrakı ilk 3 saat ərzində alteplaza

 ilə (plazminogenin toxuma 



aktivatoru) müalicəyə zidd olsun (B)

9.

 



Serebral damarların vizualizasiyası intraarterial trombolizisin, 

işemik insultun cərrahi və endovaskulyar müalicəsinin 

keçirilməsi ərəfəsində ilkin müayinə kimi zəruridir (C)

10.


 

Neyrovizualizasiya tədqiqatları bu sahə üzrə ixtisaslaşmış 

həkimlər tərəfindən interpretasiya olunmalıdır (D)

11.


 

Xəstədə mövcud olan nevroloji defisitin qiymətləndirilməsi və 

xəstənin durumuna dinamik nəzarət üçün xüsusi insult 

şkalalarından istifadə tövsiyə edilir (NİHSS  şkalası daha 

məqsədəuyğundur – cədvəl 2) (B)

12.


 

Pasiyentlərin ilkin təxirəsalınmaz müayinəsi üçün cədvəl 3-də 

göstərilən müayinələrin aparılması tövsiyə olunur (B)

13.


 

İnsultlu pasiyentlərdə ürək xəstəliklərinin yüksək rastgəlmə 

tezliyi mövcud olduğundan EKQ müayinəsi təxirəsalınmaz 

qaydada aparılmalıdır (B)

14.

 

Kəskin ürək və ya ağciyər xəstəliklərinin klinik və ya başqa 



əlamətləri olan pasiyentlərdə döş  qəfəsi orqanlarının rentgen 

müayinəsi təxirəsalınmaz şəkildə tələb oluna bilər (B)

15.

 

Lakin insultlu xəstələrin əksəriyyətinin təxirəsalınmaz müayinəsi 



zamanı döş qəfəsinin rentgen müayinəsinə ehtiyac duyulmur (B)

16.


 

İnsultlu pasiyentlərin  əksəriyyətinin likvorun müayinəsinə 

ehtiyacı yoxdur (C).  Likvorun müayinəsi o insultlu xəstələrə 

lazımdır ki, onlarda subaraxnoidal qansızmanın  əlamətləri var, 

ancaq baş beyin KT-si hemorragiyanı aşkara çıxarmır. Likvorun 

müayinəsi həm də neyroinfeksion xəstəliklər nəticəsində insult 

keçirmiş pasiyentlər üçün göstəriş ola bilər.  

 

 

 

 

 



 Klinik protokolun tərtib edildiyi dövrdə Azərbaycan Respublikasında dövlət 

qeydiyyatından keçməmiş dərman vasitəsi. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

17

Cədvəl 2. İnsultlu pasiyentin nevroloji müayinəsinin nəticələrini 



qiymətləndirmək üçün şkala 

(NIHSS – National Institutes of Health Stroke Scale). 

Bu  şkala insultun kəskin dövründə nevrolojı defisiti 

qiymətləndirməyə, təkrar müayinələrdə isə pasientin vəziyyətinin 

dinamikasını izləməyə imkan verir. Funksiyalar balla 

qiymətləndirilir. 



№ Müayinə Cavab 

reaksiyası və xallar 

1A 


Şüur: oyanıqlığın 

səviyyəsi 

0 – aydın  

1 – tutqun  

2 – soporoz  

3 – koma 

1B 

Şüur: oriyentasiya ilə bağlı 



2 suala cavab verilməsi 

- ilin hansı ayıdır? 

- neçə yaşın var? 

0 – hər iki cavab düzgündür  

1 – bir cavab düzgündür 

2 – düzgün cavab yoxdur 

1C 

Şüur: 2 tapşırığın yerinə 



yetirilməsi 

- gözlərini yum 

- yumruq tut 

(barmaqlarını sıx) 

0 – hər iki tapşırıq düzgün yerinə 

 yetirilir 

1 – bir tapşırıq düzgün yerinə yetirilir 

2 – heç bir tapşırıq düzgün yerinə 

 yetirilmir 

Göz almalarının 



hərəkətləri  

0 – normal  

1 – baxışın parezi 

2 – baxışın iflici (göz almalarının 

fiksə olunmuş deviasiyası) 

3 Görmə sahələri 

0 – normal 

1 – hissəvi hemianopsiya 

2 – tam hemianopsiya 

3 – ikitərəfli hemianopsiya 

Üz (mimiki) əzələlərinin 



hərəkətləri 

0 – normal  

1 – yüngül parez 

2 – mötədil parez 

3 – birtərəfli iflic 

 



Yuxarı ətrafların hərəki 

0 – pasient qolunu bu vəziyyətdə 

 

ən azı 10 saniyə saxlamağa 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

18

funksiyası 



(pasientin qolu tədqiqatçı 

tərəfindən ovuclar aşağı 

yönəlməklə oturmuş 

vəziyyətdə 90º və ya 

uzanılmış vəziyyətdə 45º 

altında irəli uzadılmış 

şəkildə müəyyənləşdirilir. 

Pasientə qolunu bu 

vəziyyətdə saxlamaq 

tapşırılır) 

a.

 

Sol yuxarı ətraf 



b.

 

Sağ yuxarı ətraf 



 qadirdir 

1 – pasient qolunu bu vəziyyətdə 

 saxlamağa qadirdir, lakin qol 

 10 


saniyə ərzində aşağı düşür 

2 –  qol dərhal aşağı düşür, lakin 

 pasient 

hər halda cazibə 

 qüvvəsinin əksinə olaraq 

 

qolunu bir qədər saxlaya bilir 



3 – cazibə qüvvəsinə qarşı 

 müqavimət qətiyyən yoxdur 

4 – hərəkət yoxdur 

Aşağı ətrafların hərəki 



funksiyası  

(kürəyi üstə uzanmış 

pasientin ayağı tədqiqatçı 

tərəfindən qaldırılaraq 30º 

bucaq altında 

müəyyənləşdirilir. 

Pasientə ayağını bu 

vəziyyətdə saxlamaq 

tapşırılır) 

a. Sol aşağı ətraf 

b. Sağ aşağı ətraf 

0 –  pasient ayağını bu vəziyyətdə 

 

ən azı 5 saniyə saxlamağa 



 qadirdir 

 

1 – pasient ayağını bu vəziyyətdə 



 saxlamağa qadirdir, lakin ayaq 

 5 


saniyə ərzində aşağı düşür  

2 – ayaq dərhal aşağı düşür, lakin 

 pasient 

hər halda cazibə 

 qüvvəsinin əksinə olaraq 

 ayağını bir qədər saxlaya bilir 

3 – cazibə qüvvəsinə qarşı 

 müqavimət qətiyyən yoxdur 

4 – hərəkət yoxdur 

Ətraflarda ataksiya  



(barmaq-burun və daban-

diz sınaqları aparılır. 

Ataksiya ancaq parezin 

dərəcəsinə mütənasib 

olmadığı halda balla 

qiymətləndirilir) 

0 – ataksiya yoxdur 

1 – ataksiya ya yuxarı, ya da aşağı 

 

ətrafda qeydə alınır 



2 – ataksiya həm yuxarı, həm də 

 

aşağı ətrafda qeydə alınır 



 

Hissiyyat  



(sancaq vasitəsi ilə tədqiq 

olunur. Ancaq hemitip 

üzrə pozulmalar nəzərə 

0 – hissiyyat azalması qeydə 

 alınmır 

1 – hissiyyatın mülayim dərəcədə 

 azalması qeydə alınır 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

19

alınır) 



2 – hissiyyatın ağır dərəcədə 

 azalması ya da tam itməsi 

 qeydə alınır 

Afaziya 



(müayinə prosesində 

pasientin şifahi 

cavablarına əsasən 

qiymətləndirilir) 

0 – nitq pozulması qeydə alınmır 

1 – mülayim dərəcədə afaziya 

 qeydə alınır 

2 – ağır dərəcədə afaziya qeydə 

 alınır 

3 – nitqin tamamilə olmaması 

10 Artikulyasiya 

0 – normal  

1 – mülayim dərəcədə dizartriya 

 qeydə alınır 

2 – ağır dərəcədə dizartriya ya 

 anartriya 

qeydə alınır 

11 


«İnkaretmə » sindromu 

(“neglect” syndrome) 

0 – qeydə alınmır 

1 – hissəvidir 

2 – tamdır 

 

 



Cədvəl 3. Kəskin işemik insulta şübhə olduğu zaman 

təxirəsalınmaz diaqnostik müayinələr 

Bütün pasiyentlərdə 

Baş beynin qeyri-kontrast KT və ya MRT-si 

Qanda qlükozanın miqdarı 

Plazma elektrolitləri/ funksional böyrək 

testləri 

EKQ 

Ürəyin işemiyasının markerləri 



Qanın ümumi analizi, trombositlərin sayı 

daxil olmaqla* 

Protrombin zamanı/ beynəlxalq 

normallaşdırılmış nisbət (INR)* 

Tromboplastinin hissəvi aktivləşmə zamanı* 

Oksigen saturasiyası səviyyəsi 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

20

Göstəriş olan 



pasiyentlərdə 

Qara ciyərin funksional testləri 

Qanda alkoqol səviyyəsi 

Hamiləlik testi 

Arterial qanın qaz tərkibi (hipoksiyaya 

şübhə olduqda) 

Döş qəfəsinin rentgen müayinəsi (ağ ciyər 

xəstəliyinə şübhə olduqda) 

Lumbal punksiya (subaraxnoidal  

qansızmaya şübhə olduqda və KT nəticələri 

qanaxma üçün mənfidirsə) 

Elektroensefaloqrafiya (tutmalara şübhə 

olduqda) 

*Qeyd: rtPA təyin etməzdən əvvəl bu müayinələrin nəticələrini bilmək daha 



yaxşıdır, lakin aşağıdakı hallar istisna olmaqla testlərin cavablarını 

gözləmək üçün trombolitik müalicəni təxirə salmaq lazım deyil:  

(1) qanaxmaya və ya trombositopeniyaya şübhə yaradan klinik əlamətlər 

olduqda,  

(2) pasiyent heparin və ya varfarin almış olduqda, yaxud  

(3) antikoaqulyantlardan istifadə edilib-edilməməsi məlum olmadıqda. 

DİFFERENSİAL DİAQNOSTİKA 

İşemik insult aşağıdakı xəstəliklərdən  diferensiasiya edilməlidir: 

 

hemorragik insult; 



 

kəskin hipertonik ensefalopatiya; 

 

kəllə-beyin travması; 



 

intrakranial həcmli xəstəliklər (abses, şiş, şişə qansızma və b.); 

 

mərkəzi sinir sisteminin  kəskin demiyelinizəedici xəstəlikləri; 



 

posthipoksik ensefalopatiya; 

 

metabolik pozulmalar (hipoqlikemik, hiperqlikemik, qara 



ciyər və b. somatogen ensefalopatiyalar); 

 

ekzogen intoksikasiyalar (dərman, narkotik maddələr); 



 

meningit/ensefalit; 

 

miqren; 


 

epilepsiya; 

 

bayılmalar; 



 

kranial sinirlərin neyropatiyaları  (Bell iflici, gözün hərəki 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

21

                                                



sinirlərinin neyropatiyaları, vestibulyar neyronit); 

 

konversion pozulmalar (isteriya nevrozları) 



İşemik insultun yuxarıda sadalanan hallarla etibarlı 

diferensiasiyası üçün çox vaxt neyrovizualizasiya metodlarının 

(başlıca olaraq KT, bəzi hallarda isə MRT) tətbiqi zəruridir.  



İŞEMİK İNSULTUN MÜALİCƏSİ

*

A. İnsulta xəstəxanaya qədər olan yanaşma 

 



İnsult olma şübhəsi meydana çıxdıqda ilkin diaqnozun qoyulması 

və  xəstənin müvafiq stasionara çatdırılması üçün xəstə  və ya 

onun  ətrafında olan başqa insanlar tərəfindən təcili yardım 

xidmətinə müraciət edilməsi təkidli şəkildə tövsiyə edilir (B)

 

Təcili tibbi yardım xidməti həkiminin vəzifələri: 



 

tənəffüs yollarının keçiriciliyini, tənəffüsün və sistem 

hemodinamikanın adekvatlığını qiymətləndirmək; 

 

vital funksiyaların pozulması, qıcolma paroksizmi, psixomotor 



oyanıqlıq zamanı insultun diaqnostikası ilə paralel olaraq 

təxirəsalınmaz tibbi yardımı yerinə yetirmək; 

 

anamnez toplamaq; 



 

nevroloji defisitin olub-olmamasını təyin etmək (bax cədvəl 4) 

 

BQDKP-yə  şübhə olduqda vital funksiyaların stabilizasiya 



olunmasından sonra xəstəni müvafiq stasionara nəql etmək. 

 



İnsult həyat üçün təhlükə törədən təxirəsalınmaz vəziyyətdir. 

Buna görə  də BQDKP-yə  şübhə olan xəstə, hətta cüzi nevroloji 

defisit olduqda belə tam müayinə  və hospitalizasiya məsələsini 

müzakirə etmək üçün stasionara çatdırılmalıdır. 

 

Stasionarın qəbul  şöbəsinin lazımi resurslarını vaxtında səfərbər 



etmək məqsədilə təcili yardım xidmətinin həkimi güman olunan 

insultlu xəstənin çatdırılması haqqında  əvvəlcədən xəbərdarlıq 

etməlidir (B)

 

*



Mövcud protokolda işıqlandırılmış bütün preparatların tətbiqi üzrə tövsiyələr 

Avropa Nevrolojı Cəmiyyətlərin Federasiyası (EFNS) və İnsultun öyrənilməsi üzrə 

Amerika Assosiasiyasının (ASA) tövsiyələri əsasında verilmişdir. Bu protokolda 

istifadəsi məsləhət görülən dərman vasitələrdən bəziləri onun tərtib edildiyi dövrdə 

Azərbaycan Respublikasında dövlət qeydiyyatından hələ keçməmişdir. 

 

 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

22



 

İşemik insult zamanı trombolitik terapiyanın terapevtik 

pəncərəsinin vaxt cəhətdən məhdud olmasını, həm də daha 

gecikmiş hospitalizasiya zamanı insultun ağırlaşmalarının sayının 

əhəmiyyətli dərəcədə artması  və  xəstəliyin proqnozunun 

pisləşməsi faktını    nəzərə alaraq, pasiyentin stasionara 

çatdırılmasının optimal müddəti xəstəliyin baş verdiyi vaxtdan 

sonrakı ilk 2 saatdır. 

 



Güman edilən insultlu pasiyentin nəql edilməsi xəstənin ağırlıq 

vəziyyətinin dərəcəsindən asılı olmayaraq, ancaq uzanıqlı 

vəziyyətdə olmalıdır. 

 



Pasiyentin çatdırıldığı stasionarın profili ehtimal edilən diaqnozla 

müəyyən olunur: 

 

İşemik insult – işemik insultlu pasiyentlərə yardım 



göstərilməsi üçün ixtisaslaşmış nevroloji şöbəsi olan stasionar. 

 

Hemorragik insult – neyrocərrahi şöbəsi olan stasionar. 



 

Təcili tibbi yardım xidmətinin həkimi tərəfindən yerinə 



yetirilməlidir: 

 

Tənəffüs yollarının keçiriciliyinin qiymətləndirilməsi və 



ehtiyac olduqda onun bərpa olunması və ağciyərlərin adekvat 

ventilyasiyasının təmin edilməsi (göstəriş olduqda traxeyanın 

intubasiyası və xəstənin STA-ya qoşulmasına qədər) 

 

Puls-oksimetriya aparılması  və saturasiyanın səviyyəsinin < 



92% olması zamanı endonazal kateterlərlə (nazal borular) 2-4 

L/dəq sürətlə oksigen verməklə  əlavə oksigenasiyanın 

aparılması 

 

EKQ və ürək funksiyalarının monitorinqi 



 

Strip-testlə qlükozanın qanda miqdarının təyini  

 

Venoz kateterin qoyulması 



 

AT-nin həddən artıq endirilməsi məsləhət deyil. Güman edilən 



BQDKP olan xəstələrdə AT-nin endirilməsi AT göstəricilərinin 

180/105 mm c. süt.-dan yuxarı olduğu hallarda aparılır. İnsultun 

ilk sutkalarında AT-nin başlanğıc göstəricilərdən 15%-dən çox 

endirilməsi məsləhət görülmür (D)

 

Hipotonik məhlulların (NaCl 0,45%, qlükoza 5%) infuziyası əks-



göstərişdir. 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

23

Cədvəl 4. İnsultun xəstəxanaya qədər qiymətləndirilməsi üçün 



Sinsinatti insult şkalası 

(hər üç əlamətin qeyri-normal olması insultun mövcudluğunu göstərir, 

əlamətlərdən heç olmasa biri qeyri-normaldırsa, insulta şübhə yaranır və 

pasiyent təcili şəkildə xəstəxanaya çatdırılmalıdır) 

Üz əzələləri  

Normal:  Hər iki tərəfdə üz əzələləri eyni dərəcədə 

hərəkət edir 



Qeyri-normal: Üzün bir tərəfində  əzələlər digər 

tərəfdəki kimi hərəkət etmir 

Qolların 

hərəkəti  



Normal:  Hər iki qol eyni dərəcədə  hərəkət edir və 

ya tamamilə hərəkət etmir 



Qeyri-normal: Bir qol tamam hərəkət etmir və ya 

digərinə nisbətən tez aşağı düşür 

Nitq 

Normal:  Sözləri düzgün deyir, anlaşılmaz nitq 

yoxdur 


Qeyri-normal: Anlaşılmaz sözlər, sözləri düzgün 

demir və ya danışa bilmir 

 

B. İnsulta xəstəxana daxilində ümumi yanaşma 

“Ümumi müalicə” termini altında insultun nəticələrinə  mənfi 

təsir göstərə biləcək sistem problemlərinə nəzarət etmək üçün kritik 

xəstələrin vəziyyətini sabitləşdirməyə və tətbiq oluna biləcək spesifik 

müalicə üsulları üçün optimal fizioloji bazis təmin etməyə yönəlmiş 

müalicə strategiyaları  nəzərdə tutulur. İnsultlu xəstələrdə  tətbiq 

olunan ümumi tədbirlərə aşağıdakılar aiddir:  

 



Tənəffüs sisteminə nəzarət  

 



Ürək-damar sisteminə nəzarət  

 



Maye və metabolik balansın qorunması  

 



Arterial təzyiqin nəzarətdə saxlanması 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin