Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 21 iyun 2013-cü il tarixli



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix25.01.2017
ölçüsü3,3 Mb.
#6389
1   2   3

səbəblər: 

 



Şiş 

 



Disk sahəsinin 

infeksiyası 

 

Epidural abses 



 

Sınıqlar 



Digər səbəblər: 

Sınıqla müşayiət 

olunan osteoporoz 

Spondilolistez: 

 

Anadangəlmə 



 

İstmik 



 

Degenerativ 



 

Travmatik 



 

Şişlə bağlı 



Oma-qalça 

oynağının 

disfunksiyası və 

artriti 


Faset oynaq 

sindromu və artriti 

Diskin daxili 

cırılması 

Beldə uğursuz 

əməliyyat sindromu 



Səbəblər: 

 



Disk yırtığı 

 



Spinal stenoz 

 



Araxnoidit 

Bel ağrısının 

irradiasiyasını  

imitasiya edən yerli 

patologiya: 

Bud-çanaq oynağının 

osteoartriti 

Bud sümüyü başının 

aseptik nekrozu 

Oturaq sinirinin təzyiq, 

gərilmə və ya 

armudvari əzələdə 

boğulması səbəbindən 

zədələnməsi  

Bel nahiyəsində 

yayılmış tsiklik ağrılar 

– oturaq sinirinin/oma 

kələfinin endometriozu  

Çanaqdaxili şişlər – 

xoş və ya bədxassəli 

İncik sinirinin incik 

sümüyünün başı ilə 

sıxılması 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

13

Fizikal müayinə 

Fizikal müayinə aşağıdakı suallara cavab verməlidir: 

 



Ağrı spesifik anatomik nahiyədə əmələ gəlirmi? 

 



Nevroloji defisit varmı? 

 



Təhlükəli somatik patologiyaya dəlalət edən hər hansı 

diaqnostik əlamət varmı? 

 

Xəstədə ağrı təzahürünün həcmi və müvafiqliyi necədir? 



Ümumi müayinə beldə  ağrı olan nahiyəni və belin hərəkətlilik 

dərəcəsini, o cümlədən bükülmə, açılma və yanlara hərəkət 

dərəcələrini əhatə etməlidir (bax cədvəl 4). 

Cədvəl 4. Əzələ qüvvəsinin və reflekslərin qiymətləndirilməsi 

Yerləşmə 

Əzələ qüvvəsinə 

aid sınaq 

Onurğa 

beyninin 

səviyyəsi 

Refleks sınaqları 

Onurğa 

beyninin 

səviyyəsi 

Barmaqlar  

 

 

Topuq 



 

 

 



Diz 

 

 



Bud-

çanaq 


Pəncənin bükülməsi 

Pəncənin açılması 

 

Pəncənin 



bükülməsi 

Pəncənin açılması 

 

Açılma 


Bükülmə  

 

Bükülmə 



Uzaqlaşdırma 

Daxili rotasiya 

Yaxınlaşdırma 

S-1 


L-5 

 

S-1



a

 

L-4, L-5 



 

 

L-3,4 



L-5, S-1 

 

L-2, 3 



L-5, S-1 

L-5, S-1


L-3, 4 


Axil  

Medial dizaltı vətər 

c

 

Dizüstü 



 

Babinski  

S-1 

L-5 


L-4 

 

Motor 



neyron-

ların 


funksiya-

sına aid 

sınağıdır 

 

 



 

                                                 

a

 

Topuq oynağından pəncənin bükülməsi – ayaq üstə olarkən bir ayağı üstə 5 dəfə pəncəyə qalxmaq.



 

b

 



Daxili rotasiya – xəstə oturaq vəziyyətdə dizlər bir yerdə, pəncələr aralı, müayinə edən pəncələri 

birləşdirməyə çalışır.

 

c

 



Xəstə oturaq vəziyyətdə, müayinə edən medial dizaltı vətəri palpasiya edir və eyni əlini cəld 

perkussiya edir. Bu zaman dizaltı əzələnin yığılması hiss edilir.

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

14

Məqsədli müayinələrə  əzələ gücü, reflekslər və  hərəkətin 



amplitudasının öyrənilməsi daxildir. Əzələ gücü müayinələri onun 

tam innervasiyasının qiymətləndirilməsi üçün hər bir əzələnin 

qüvvəsinin ölçülməsini  əhatə etməlidir. Xüsusilə  çətin hallarda: iki 

əzələ müxtəlif sinirlərlə, lakin eyni kökcükdən innervasiya olduğu 

zaman və bütün reflekslərin anormal olduğu halda, həqiqi 

radikulopatiyanın müəyyən edilməsi daha dəqiq olur. Çox sayda 

kökcüklərdə nevroloji pozuntular ciddi spinal və ya nevroloji 

problemlərə işarə edir. 

Medial dizaltı  vətər refleksi L-5 ilə innervasiya olunur və az 

hallarda yoxlanılır. Xəstə oturaq və ya uzanıqlı  vəziyyətdə, dizlər   

90

 bükülür, bir əl dizaltı  vətərin olduğu yeri palpasiya edir (dizin 



arxa hissəsi). Digər əldəki diaqnostik çəkic birinci əlin perkussiyası 

üçün istifadə edilir. Xəstədə vətərin cüzi aktivləşməsi hiss olunur və 

dizin bükülməsi müşahidə olunur. 

Müəyyən anatomik strukturda ağrının bərpası, zədələnmənin 

somatik patologiyadan fərqli olaraq, “mexaniki” olmasına dəlalət 

edir. Bu, spesifik spinal pozuntuya da işarə ola bilər. Belin 

palpasiyası, həmçinin bükülməsi və açılması, adətən, mexaniki və 

somatik pozuntuların bir-birindən diferensiasiya edilməsi üçün 

istifadə olunur. 

Müsbət düz ayaq sınağı ağrının dizdən aşağı irradiasiya etməsini 

nəzərdə tutur. Düz (açıq) ayağın qaldırılması  sınağı 90%-dən çox 

hallarda diskin yırtığı etiologiyalı, klinik qabarıq ifadə olunmuş 

radikulopatiyanı müəyyən etməyə imkan verir; daha az rast gəlinən 

yüksək lümbal disk yırtıqları zamanı budun gərilməsi sınağı 

təxminən 50% hallarda həssasdır.  

Müayinəyə, eyni zamanda Qordon Vadelin (Gordon Waddel) 

“qeyri-üzvi ağrının” beş  əlaməti daxil edilməlidir. Beş  əlamətdən     

üçü və ya daha çoxu müşahidə edilirsə, xəstənin ağrı hissiyyatında 

böyük ehtimalla psixogen komponent mövcuddur: 

 



Müayinə zamanı həddindən artıq reaksiya 

 



Sınağın simulyasiyası. Aksial təzyiq (başın üstdən basılması) və 

ya çanağın və çiyinlərin eyni səthdə rotasiyası zamanı  ağrının 

olması  sınağın müsbət olmasını göstərir (yəni xəstə simulyasiya 

edir)  

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

15



 

Diqqətin yayındırılması ilə  sınağın aparılması. Diqqətin 

yayındırılması ilə oturaq vəziyyətdə düz ayağın qaldırılması 

sınağı (məsələn, Babinski refleksinin yoxlanılmasını imitasiya 

edərək oturaq vəziyyətdə dizdə ayağı açın) 

 



Səthi, qeyri-anatomik və ya dəyişkən gərginlik. Bel səthində 

qatlanılmış  dəri büküşünün diyirləndirilməsi (sürüşdürülməsi) 

zamanı  ağrının kəskin  şəkildə güclənməsi. Gərginlik zonalarını 

qeydə alın və rəyin təsdiqlənməsi üçün sonra təkrar müayinə edin 

 

Qeyri-anatomik motor və ya sensor pozuntular. Hissiyyatın 



itməsinin dermatomalara uyğun olmaması  və ya bütün ayaqda 

hissiyyatın itməsi və ya gücün olmaması və ya əzələ gücü sınağı 

aparılan zaman aşkar zəiflik göstərilməsi müsbət hesab olunur  

İki və daha çox bu əlamətlərdən olması  cərrahi proqnozun pis 

olmasına dəlalət edir, lakin pis bərpa proqnozunu göstərmir. Onları 

az rast gəlinən simulyasiya üçün spesifik hal kimi interpretasiya 

etmək düzgün olmazdı. İlkin tibb yardımda bunu daha çox xəstənin 

ağrı  şikayətlərinin müvəffəqiyyətli müalicə üçün etibarlı yardımçı 

olmayacağı  və  xəstənin  əmək qabiliyyətinin itməsinin xronik 

formaya keçməsinə xəbərdarlıq kimi qəbul etmək lazımdır.  



Diaqnostik sınaqlar 

Qanın tam ümumi analizi və eritrositlərin çökmə sürətinin təyini 

bahalı müayinə deyil, lakin BA səbəbləri kimi xərçəng və ya 

infeksiyaya  şübhə olduqda effektivdir. Təhlükə  əlamətlərinin 

olmadığı və ya ağrının, yaxud zəifliyin artması zamanı vizuallaşdıran 

diaqnostika üsulları simptomların ilk 3-4 həftəsində bir o qədər də 

informativ deyil. Beldə  ağrı 4-6 həftədən çox olduğu halda əlavə 

müayinələr tələb oluna bilər. Radikulyar ağrılar (ayaqda ağrı  və 

zəiflik) 4 həftə  ərzində  dəyişilməz qalırsa, təxirəsalınmadan  əlavə 

müayinələr aparılmalıdır. Yenidən qiymətləndirmə, təhlükə 

əlamətlərinin təkrar qiymətləndirilməsi və ya BA-nın qeyri-spinal 

səbəblərinin aşkarlanması məqsədi ilə anamnezin yenidən toplanması 

və klinik müayinələrin yenidən aparılmasından başlanır.  

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

16

İnstrumental müayinə 



MRT, KТ, KT-mieloqrafiya 

Kəskin bel ağrıları olan xəstələrə qeyd edilmiş vizuallaşdırma 

üsullarının tətbiq edilməsinin məqsədi medikamentoz və ya cərrahi 

müalicə imkanlarının müəyyən edilməsindən ibarətdir. 

Vizuallaşdırma müayinə üsullarının nəticələri klinik mənzərə  və 

fiziki müayinə  məlumatları ilə uyğunlaşmalıdır. MRT 50%-dən çox 

asimptomatik yaşlı insanlarda onurğa kanalında degenerativ 

dəyişikliklər və problemlərin olduğunu göstərir; 30 yaşda 

asimptomatik disk yırtığının rast gəlmə tezliyi təxminən 20% təşkil 

edir. Vizuallaşdırma müayinə üsullarının nəticələri klinik müayinə 

üsullarının nəticələri ilə uyğun olmadığı halda bir o qədər 

əhəmiyyətli olmaya bilər.  

Belə müayinələr aşağıda göstərilmiş klinik vəziyyətlərdən biri və 

ya bir neçəsi olan xəstələrdə mütləq keçirilməlidir: (hamiləlik zamanı 

KT tövsiyə olunmur, MRT planlaşdırılarsa, radioloqun məsləhəti 

mütləqdir.) 

 

Anamnez, klinik və ya digər müayinələrin nəticələri bel nahiyəsi 



ilə əlaqəli digər ciddi problemin olduğuna işarə edir, məsələn, at 

quyruğu sindromu, onurğa sütununun sınığı, infeksiya, şiş və ya 

digər yayılmış zədələr və ya qüsurlar 

 



Beldə 4 həftədən çox müddət olan irradiasiya edən ağrılar sinir 

köklərinin sıxılmasının fizioloji sübutları ilə müşayiət olunur və 

bu əlamətlərin mövcud olması cərrahi müdaxiləni və inyeksiyanı 

müzakirə etmək üçün kifayətdir 

 

Yaşlı  xəstələrdə, inyeksiya və  cərrahi müdaxilə üçün kifayət 



qədər ciddi olan klinik simptomlarla müşayiət olunmaqla, 

anamnezlərində onurğa sütununun stenozuna dəlalət edən keçici 

axsama və digər əlamətlər olduğu halda 

Beldə  kəskin ağrıları olan və  cərrahi  əməliyyat keçirmiş 

xəstələrdə kontrastlı MRT disk yırtığı residivini əvvəlki cərrahi 

əməliyyatla bağlı olan çapıq toxumasından ayırd etmək üçün seçim 

vizuallaşdırma üsuludur. 

 

 



 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

17

EMQ 

Radikulopatiya diaqnozu klinik olaraq aydın olduqda EMQ 

testləri tövsiyə olunmur. Xəstədə 3 aydan çox davam edən ciddi 

radikulopatiya  əlamətləri  əmələ  gəlməyənədək gizli sinir 

zədələnmələri zamanı EMQ nəticələri etibarlı olmaya bilər. EMQ 

neyropatik risk amilləri olan (məsələn, alkoqol və ya diabet) 

xəstələrdə nevroloji pozuntuların aşkar edilməsi üçün yardımçı ola 

bilər. 

Vizuallaşma metodları ilə birlikdə, aşağı ətrafların və paraspinal 



əzələlərin EMQ-si aşağıdakı hallarda faydalı ola bilər:  

 



4 həftədən çox müddətdə olan və vizuallaşdırma müayinə 

üsullarında sinir köklərinin aşkar zədələnməsi ilə müşayiət 

olunmayan beldə irradiasiya edən məhdudlaşdırıcı  ağrı olan 

xəstələrdə 

 

Vizuallaşdırma üsullarında aşkar edilmiş  zədələnmələrin klinik 



vəziyyətlə üst-üstə düşmədiyi xəstələrdə (EMQ-nin yanlış 

müsbət nəticəsi ehtimalı kifayət qədər aşağıdır) 

 

Vizual müayinədə disk yırtığı  əlamətinin olmadığı halda beldə 



irradiasiya edən ağrı  və nevroloji defisiti olan xəstələrdə beldə 

irradiasiya edən ağrı 

səbəbinə 

dəlalət edə biləcək 

neyropatiyaların, radikulitin və fokal zədələnmələrin 

qiymətləndirilməsi məqsədi ilə 

 

MRT-də bir neçə  səviyyədə patologiya tapılarkən və fiziki 



müayinələrin bunlardan hansının daha çox klinik əhəmiyyət kəsb 

etməsini təyin edə bilmədikdə 



Rentgenoqrafiya 

Təhlükə  əlamətləri olmadığı  və ya klinik müayinələr ciddi 

problemə  işarə etmədiyi hallarda 4-6 həftə  ərzində beldə  kəskin 

ağrıdan  əziyyət çəkən xəstələrdə rentgenoqrafiya olunması tövsiyə 

edilmir.  

Beldə  kəskin ağrı olan xəstələrdə  sınıqların istisna edilməsi 

məqsədi ilə adi rentgenoqrafiya aparılması  aşağıdakı  təhlükə 

əlamətləri olduğu zaman tövsiyə olunur: 

 

yaxın zamanda ciddi travma (hər yaşda) 



 

yaxın zamanda cüzi travma (yaşı 50-dən çox olan xəstələrdə) 



 

anamnezdə steroidlərin uzunmüddətli qəbulu 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

18



 

osteoporoz 

 

yaşın 70-dən çox olması. 



EÇS və qanın ümumi analizi ilə birlikdə adi rentgenoqrafiya 

aşağıdakı  təhlükə  əlamətləri olan xəstələrdə törəmənin və 

infeksiyasının istisna edilməsi üçün faydalı ola bilər: 

 



bundan əvvəl uzunmüddətli steroid qəbulu 

 



gecələr və ya yuxu zamanı pisləşən bel ağrıları 

 



çəkinin izahı olmayan azalması. 

Təhlükə  əlamətləri olduğu halda, xüsusilə törəmə  və ya 

infeksiyaya şübhə olunduqda, sümüklərin skanlaşdırılması, KT və ya 

MRT kimi digər vizuallaşdırma üsullarının istifadə edilməsi, adi 

rentgenoqrafiya heç bir dəyişikliyin olmadığını göstərsə belə, faydalı 

ola bilər. Spinal degenerativ dəyişikliklərin, skoliozun, 

spondilolistezin və ya anadangəlmə anomaliyaların skrininqi 

məqsədi ilə bel nahiyəsinin rentgenoqrafiyası nadir halda faydalı 

klinik məlumat verir. Hamiləlik zamanı rentgenoqrafiyadan 

çəkinmək lazımdır. 



Sümüklərin skanlaşdırılması 

Kəskin ağrılar zamanı sümüklərin skanlaşdırılması  təhlükə 

əlamətləri  əsasında törəmə, infeksiya və ya gizli sınığın olmasına 

şübhə edildikdə tövsiyə olunur. Hamiləlik zamanı sümüklərin 

skanlaşdırılması əks göstərişdir. 

Kəskin və xronik ağrının proqnozu 

İrradiasiya etməyən bel ağrısı olan xəstələrin böyük 

əksəriyyətində 6 həftə  ərzində  ağrılar keçir. İrradiasiya edən bütün 

xəstələrin yarısı  həmin dövrdə özbaşına sağalır. Vaxt uzandıqca 

proqnoz pisləşir: xəstələrin kiçik bir hissəsi təxminən 3 ay müddətinə 

əmək qabiliyyətini itirmiş olur və onların 50%-dən azının bərpa 

olunmaq  şansı olur; təxminən bir il işləyə bilməyənlərin yalnız    

10%-də müalicə almadıqda tam bərpa olunma şansı olur.  

 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

19

Beldə kəskin ağrılar diaqnozlu xəstələrə yanaşma 

 

İlk gəliş 



 

Ətraflı anamnez toplamaq, ümumi müayinə, zəruri ilkin 



fizikal müayinələr aparmaq 

 



Ciddi xəstəliyə, o cümlədən psixoloji və sosial risklərə, əmək 

qabiliyyətinin xronik itirilməsinə  işarə edən təhlükə 

əlamətlərinə görə qiymətləndirmənin aparılması. Adətən 

diaqnostik müayinələr tələb olunmur (С) 

 

Xəstəyə müsbət proqnoz barədə məlumatın verilməsi (В) 



 

Müalicə ilə bağlı tövsiyələrə daxildir: buz (D), QSİƏD (А) və 



gündəlik fəaliyyətə qayıdış – yataqda dincəlmə tövsiyə 

olunmur (А) (Artıq SOQ-2 inhibitorları ənənəvi QSİƏD-dən 

daha effektli sayılmır və təyinatı üzrə işlənməlidir) (А) 

 



İşə və ya gündəlik həyat rejiminə qayıtmazdan əvvəl diqqətli 

klinik müşahidə (D) 

 

İlk 2 həftə (kəskin dövr). Əmək qabiliyyətinin itirilməsi davam 



edirsə, fizioterapevtin məsləhəti haqda düşünün (А) (xüsusilə işə 

qayıtmaqla bağlı psixososial risklər olduğu hallarda) 

 

Radikulyar ağrılar zamanı 2-4 həftəlik dövr. yaxşılaşma baş 



vermədiyi zaman MRT  (В)  və  ya  KT  etmək lazımdır. Məlumat 

yetərli olmadığı halda EMQ edin. Patologiya təyin edildiyi halda 

təcili olaraq fizioterapevtin, nevropatoloqun və ya cərrahın 

konsultasiyası təşkil olunmalıdır (А). Patologiya təyin edilmədiyi 

halda xəstəni fizioterapevtə və ya nevropatoloqa göndərin (D) 

 



6 həftəlik dövr (yarım-kəskin dövr).  Əmək qabiliyyəti 

məhdudlaşdırılmayıbsa, bərpa proqramı  məsələsinin müzakirə 

edilməsi üçün fizioterapevtə  və ya nevropatoloqa göndəriş  tələb 

olunur (А) 

 

Təxminən 12 həftəlik dövr (xroniki). Həyatda və ya işdə əmək 



qabiliyyətinin itirilməsi hələ  də davam edirsə, kompleks bərpa 

proqramı üçün mütləq fizioterapevtə  və ya nevropatoloqa 

göndəriş tələb olunur.  

 

 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

20

                                                



Müxtəlif müalicə üsulları 

İsti və soyuq



.  Xəstələrin özləri tərəfindən qoyulan buz (nəm 

dəsmala bükülmüş plastik paketlərdə və 20 dəqiqəlik qoyulan) ağrını 

müvəqqəti azaldır və iltihab əleyhinə təsirə malikdir. İsti (isti dəsmal, 

duş  və ya isti paket formasında) və yayındırıcı terapiya xəstənin 

fikrini ağrıdan yayındırır və əzələlərə boşaldıcı təsir göstərə bilər. 



Spinal manipulyasiyalar. Beldə aparılan manipulyasiyalar 

(manual terapevtlər, həkim-osteopatlar və ya xüsusi təlim almış 

fizioterapevtlər tərəfindən aparılan) nəzarət edilən randomizasiya 

olunmuş  tədqiqatların nəticəsinə  əsasən ağrı simptomlarını 

yüngülləşdirir  (B). Yüngülləşmə tez baş verdiyinə görə  xəstələrin 

razılığı kifayət qədər yüksəkdir, lakin bu xəstənin tam sağalmasına 

gətirib çıxarmır. 

Məşğələlər 

Xüsusi gimnastika – xəstələr üçün fərdi məşğələlərin seçilməsi.  

MakKenzi məşğələsi



 – adətən gövdənin ekstensiyası 

hərəkətlərindən ibarət olan, “ağrının mərkəzləşdirilməsi” üçün 

uyğunlaşdırılan xüsusi məşğələlər proqramı - irradiasiya olunan 

kəskin BA-nın azaldılması üçün effektiv ola bilər. Sadə  və  tədricən 

artırılan aerob və belin gücləndirilməsi məşğələləri proqramı fiziki 

passivliklə bağlı  zəifliyin qarşısını ala bilər. Belə olan yükün 

minimuma endirilməsi ilə edilən aerob məşqləri proqramı (gəzinti, 

velosiped sürmə  və ya üzgüçülük) kəskin BA olan əksər xəstələr 

üçün ilk 2 həftə  ərzində başlana bilər. Tədricən müsbət nəticələrə 

aparan məşğələ yükünün nizamlanmasına dair tövsiyələr, ağrı əmələ 

gəldiyi zaman məşğələlərin dayandırılmasına dair şifahi məlumatdan 

daha effektivdir.  

 

Digər müalicə növlərinin effektivliyi. Digər daha mürəkkəb 

müalicə növləri, məsələn ultrasəs, diatermiya, fonoforez və ya 

 



 

diaqnoz təsdiq ediləndən sonra 

 

Bu üsullar hal-hazırda Azərbaycanda tətbiq edilmir, lakin dünya praktikasında bu üsullardan geniş 



istifadə olunur.

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

21

ionoforez, dəridən elektrostimullaşdırma (TENS) və s. effektivliyi 



sübut olunmayıb  (B). Müalicəyə  əlavə edildiyi zaman onlar yalnız 

xərcləri əhəmiyyətli dərəcədə artırır. 

Xüsusi hazırlanmış dabanlıqlar sərt səthlərdə uzun müddət ayaq 

üstə duran işçilər üçün ayağa düşən yükün azaldılması üçün 

faydalıdır. Bel korsetləri və ya kəmərlər dəstəkləyici təsirə malik 

deyil və ədəbiyyata əsasən effektiv müalicə vasitələri deyil. Traksiya 

(dartma) aydın terapevtik təsirə malik deyil. 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin