Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 08 fevral 2010-cu il tarixli



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix21.01.2017
ölçüsü1,31 Mb.
#5917
1   2   3

MRT və ya PET 

18- 

ftordeoksiqlükoza 

ilə 

Qeyri müəyyən 

əhəmiyyətli 

monoklonal 

qammapatiya 

(QƏMQ) 


 

Zədələnmə ocaqları 

yoxdur 

IA mərhələsi 



(indolent 

mieloma) 

 

Plazmasitoma və/və 



ya 

məhdud ocaq 

Çoxsaylı mieloma 

IB, IIA/B, IIIA/B 

mərhələləri 

 

IB mərhələsi  



5 dən az lokal 

ocaqlar, yüngül 

dərəcəli diffuz 

forma 


IIA/B mərhələləri  

5-20 lokal ocaq, 

orta-ağır dərəcəli 

diffuz forma 

IIIA/B mərhələləri  

20-dən çox lokal 

ocaq, ağır dərəcəli 

diffuz forma 

 

A - kreatinin <2 



mq/dl, 

sümük iliyindən kənar 

ocaq yoxdur; 

B - kreatinin >2 

mq/dl, 

sümük iliyindən kənar 



zədələnmə ocaqları 

vardır 


 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

15

Proqnostik qeyri-qənaətbəxş faktorlara β



2

-mikroqlobulinin və 

albuminin miqdarından başqa, xəstənin 65 yaşdan çox olması, pis 

somatik status (ECOG sisteminə görə 3 ya 4-cü dərəcə, başqa sözlə 

pasient vaxtının 50%-ni yataqda keçirməklə, tibb bacısının köməyinə 

ehtiyacı olur), kreatinin miqdarının, C–reaktiv zülalın, 

laktatdehidrogenazanın (LDH) zərdabda miqdarının artması, 

hemoqlobinin və trombositlərin sayının azalması, plazmatik 

hüceyrələrin proliferativ indeksinin yüksəlməsi, mielopunktatda 

plazmablastlarin olması, sümük iliyi hüceyrələrinin sitogenetik 

müayinəsi zamanı hipodiploidiya və 13-cü xromosomun delesiyası 

və ya monosomiyası, ekstramedulyar zədələnmə ocaqlarının mövcud 

olması aiddir.  

ÇM xəstəliyinin diaqnozunu qoyduqda, immunoloji variantın, 

xəstəliyin mərhələsinin (mərhələləşdirmə sisteminin göstərilməsi 

şərti ilə), beynəlxalq proqnostik indeksin göstərilməsi mütləqdir. 

Aşağıda ÇM-nin diaqnozunun düzgün yazılma bir neçə variantları 

göstərilmişdir: 

1.

 

Çoxsaylı mieloma A k, IIIA mərhələsi Dyuri/Salmona görə; 



2.

 

Çoxsaylı mieloma A k, IIIA mərhələsi Dyuri/Salmon PLUS-ə 



görə; 

3.

 



Çoxsaylı mieloma A k, IV mərhələ SVOG, IPI 3; 

4.

 



Sekresiya etməyən çoxsaylı mieloma, IIIA mərhələsi 

Dyuri/Salmon PLUS-ə görə; 

5.

 

Çoxsaylı mieloma A k, IIIA mərhələsi Dyuri/Salmona görə. 



Proqnostik qeyri-qənaətbəxş variant (13 xromosomun delesiyası, 

kompleks xromosom pozğunluqları ilə); 

6.

 

Çoxsaylı mieloma A k, tam remissiya (verifikasiya tarixini 



göstərməklə). 

KLİNİKA 

ÇM-li xəstələrdə klinik əlamətlər bir neçə ay və ya il özünü 

büruzə verməyə bilər. Bu hallarda diaqnoz xəstənin təsadüfən hansı 

bir xəstəliklə əlaqədar rentgen və ya laboratoriya müayinəsi zamanı 

aşkar edilir (əsasən EÇR-in sürətlənməsi).  

Xəstəliyin klinik əlamətlərinin baş verməsinin əsas 3 patogenetik 

mənbəyi ayırd edilir (şəkil 2): 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


1.

 

Sümük iliyinin şiş (mieloma) hüceyrələri ilə infiltrasiyası 



nəticəsində baş verən dəyişikliklər; 

2.

 



Bu hüceyrələr tərəfindən sekresiya edilən patoloji monoklon 

immunoqlobulinin törətdiyi klinik əlamətlər; 

3.

 

Normal poliklon immunoqlobulinlərin sekresiyasının kəskin 



azalması nəticəsində ortaya çıxan klinik təzahürlər. 

Klinik  əlamətlər arasında  ən çox sümüklərin zədələnməsi 

nəticəsində ortaya çıxan dəyişikliklər:  

 



sümüklərində diffuz osteoporozu (osteopeniya, pasientlərin 80%-

də) fonunda tək-tək və ya çoxsaylı osteolitik ocaqlar, bəzən isə, 

patoloji sınıqlar müşahidə edilir.  

 



osteodestruksiyaya ən çox yastı sümüklər (kəllə, çanaq, qabırğa, 

döş sümüyü, kürək, fəqərələr), bazu və bud sümüklərinin 

epifizlərinin proksimal hissələri məruz qalır. 

Sümüklərin destruksiyası  nəticəsində  fəqərələr yastılanır, 

pasientlərin boyunda kiçilmə qeyd edilir. Bu patoloji hal “vertebral 

kollaps” adlanır. Fəqərələrin sınığı  əksər hallarda onurğa beyninin 

kompressiyası  və nevroloji əlamətlərin (hemi- və paraparez, 

ətrafların iflici, çanaq üzvlərinin funksiyasının pozulması) ortaya 

çıxması ilə nəticələnir. Ağrılar hərəkət zamanı güclənir. 

Skeletin müayinəsi ilkin mieloma diaqnozunun 

müəyyənləşdirilməsi tədbirlərin bir hissəsi olmalıdır və bu müayinə 

döş  qəfəsinin arxa-ön görüntüsü, onurğanın boyun nahiyəsinin ön-

arxa və yan görüntüsü (eləcə də, biri acıq ağızla), onurğanın boyun, 

bel nahiyələrinin, kürək və bud sümüklərinin epifizi, kəllənin və bud 

sümüklərinin epifizi, kəllənin və çanağın ön və arxa görüntüləri daxil 

olmalıdır. Bundan başqa istənilən simptomatik nahiyələr müvafiq 

təqdimatlara uyğun xüsusi olaraq aparılmalıdır  (C)  xüsusilə 

qabırğalar, döş sümüyü və kürək sümükləri kimi. 

 

16

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 

Mieloma hüceyrələri 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 2. Çoxsaylı mielomanın klinik əlamətlərinin ortaya çıxması 

mexanizmi 

 

Zədələnmənin topik diaqnostikası  və  şiş prosesinin yayılma 



həcmini müəyyənləşdirmək üçün MRT müayinəsinin aparılması 

mütləqdir. Bu pasientlər çox vaxt travmatoloqda müalicə olunduqdan 

sonra hematoloji klinikaya göndərilir. Sümükdən kənar 

plazmasitoma  əsasən başın, boyunun, yuxarı  ətrafların yumşaq 

toxumalarının zədələnməsi, bəzən isə qara ciyər, böyrəklərin prosesə 

cəlb edilməsi ilə keçir. Beləliklə, radioqrafik axtarışlar zamanı sadə 

rentgenoqrammalarda çətin vizualizə olunan skelet hissələrində 

şübhəli litik zədələnmələr kimi qiymətləndirilən qeyri-müəyyən 

nahiyələrin 

əhəmiyyətini dəqiqləşdirmək üçün kompyuter 

tomoqrafiyası istifadə olunmalıdır  (B). MRT onurğa beyinin 

kompressiyası haqda şübhələnməyə  əsas verən nevroloji əlamətləri 

olan xəstələrin müayinəsi üçün seçim üsuludur (B). Bütün onurğa 

sütunun MR təsviri sümüyün tək plazmasitoması olan xəstələrdə 

zədələnmə nahiyəsindən asılı olmayaraq aparılmalıdır  (C)

Monoklon qlobulinin 

sekresiyası 

Normal immunoqlobulinin 

azalması (immunodefisit) 

Sümük iliyinin 

infiltrasiyası 

İnfeksion fəsadlar 

Amiloidoz 

Hiperviskoz 

sindromu

Nefropatiya 

Anemiya 

Sitokinlərin azad 

olması

Sümük toxumasının 



destruksiyası 

Nevroloji 

simptomatika 

Ossalgiya 

Hiperkalsemiya 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

18

Mielomalı  xəstələrdə güman olunan onurğa beyinin sıxılmasını 



qiymətləndirmək üçün təcili MRT (maqnit-rezonans təsvir) 

diaqnostik seçim prosedurudur (B).  

Sümük toxumasında rezorbsiya prosesinin artması 20-40% 

hallarda hiperkalsiemiya ilə nəticələnir. Bu sindrom artan yorğunluq, 

əzələ  zəifliyi, susuzluq, mədə bulanması, qəbizlik, yuxululuq ilə 

müşahidə edilir. Bəzən pasientlərdə hipotoniya, ürək ritminin 

pozulması, qıcolmalar, huşun dumanlanması  və  nəhayət, koma baş 

verir. Hiperkalsiemiya kanalcıqların konsentrasiya qabiliyyətinin və 

qlomerulyar filtrasiyanın pisləşməsinə, böyrəklərin zədələnməsinə və 

poliuriyaya səbəb olur. Histoloji müayinədə kanalcıqların nekrozu 

aşkar edilir. Bu isə böyrək çatışmazlığı ilə nəticələnir.  

Böyrəklərin funksiyasının pozulması ÇM-nin ən ciddi 

ağırlaşmalarından olub, xəstəliyin diaqnostikası zamanı  təxminən, 

pasientlərin 30%-ində  aşkar edilir. Böyrək çatışmazlığı mielomada 

ölümə səbəb olan əsas faktorlardandır. Xəstələrin 60-70%-ində Bens-

Cons zülalının sekresiyası hesabına hiperproteinuriya baş verir. 

Pasientlərin 20%-ində paraproteinlə  əlaqədar olmayan Bens-Cons 

proteinuriyası müşahidə edilir. Əksər hallarda mielom nefropatiyası 

inkişaf edir. Bəzən böyrək nefropatiyası böyrəklərin amiloidozu ilə 

müştərək rast gəlinir.  

Çoxsaylı mielomada xəstələrin 60-70%-i həkimə anemiya 

(normositar, normoxrom) ilə müraciət edirlər. Bu hadisələrin 

təxminən yarısında mötədil leykopeniya və trombositopeniya 

müşahidə olunur. Anemik sindromun inkişaf dərəcəsi birbaşa 

mielomanın mərhələsi və  şiş kütləsinin həcmi ilə korrelyasiya edir. 

Effektli ximioterapiyanın aparılması  şiş kütləsinin qısa müddətə 

azalmasına və anemik sindromun bərpasına səbəb olur. Ümumiyyətlə 

bu pasientlərdə sitopenik sindromun əmələ  gəlməsinə  səbəb sümük 

iliyinin mielom hüceyrələri ilə spesifik infiltrasiyası, sümük iliyi 

stromasında baş verən dəyişikliklə əlaqədardır. 

Patoloji monoklon zülalın sekresiyasının artması qanın 

hiperözüllük sindromu ilə  nəticələnir. Bu isə baş gicəllənməsi, baş 

ağrısı, yuxululuq, tez yorulma və s. ilə müşahidə edilir.  

Ümumiyyətlə, hiperözüllülük sindromunu klinik cəhətdən 

aşağıdakı simptom qruplarına bölmək olar: 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

19



 

nevroloji  şikayətlər (baş  ağrısı, baş gicəllənməsi, ataksiya, 

paresteziya, huşun itirilməsi epizodları, koma); 

 



görmənin pozulması (diplopiya, görmənin itirilməsi);  

 



qanaxma (damaq, burun, bəzən mədə-bağırsaq qanaxmaları); 

 



kiçik damarların tromboza meylliliyi (arteriya, vena) nəticəsində 

toxumaların mikrosirkulyasiyası pozulur, bu isə mövcud ürək-

damar sistemi xəstəliklərinin gedişini ağırlaşdırır. 

M-komponentlə müşahidə edilən hiperproteinemiya bir tərəfdən 

eritrositlərin çökmə sürətinin artmasına səbəb olur, digər tərəfdən 

humoral immunitetin pozulması  nəticəsində infeksion ağırlaşma 

riskini artırır.  

T-limfositlərin funksional qabiliyyətinin enməsi tez-tez herpes-

virus infeksiyasının, xüsusən, Herpes Zosterin baş verməsinə  səbəb 

olur. 


DİAQNOSTİKA 

Çoxsaylı mielomanın diaqnozu anamnez, klinik, laborator və 

instrumental müayinələrin nəticələrinə  əsaslanır. 40 yaşından 

yuxarı pasientləri kompleks müayinə etdikdə, aşağıdakı əlamətlərə 

diqqət yetirmək tövsiyə edilir. 

 



kürək və sümüklərdə olan izahı olmayan ağrılar; 

 



spontan sınıqlar; 

 



rentgen müayinəsində osteolitik ocaqlar; 

 



səbəbi bəlli olmayan anemiya; 

 



xəstədə böyrək çatışmazlığı; 

 



səbəbsiz proteinuriya; 

 



səbəbsiz ödem və ya assit; 

 



nefrotik sindromun olması; 

 



residiv verən infeksiya; 

 



EÇR-nın artması; 

 



səbəbi bəlli olmayan periferik neyropatiya

 



hiperkalsiemiya; 

 



qazanılmış qan laxtalanmasının pozğunluğu; 

 



ortostatik hipotenziya; 

 



malabsorbsiya sindromu.  

Çoxsaylı mielomalı pasientlərin kompleks tədqiqatına aşağıdakı 

laborator və instrumental müayinə üsulları daxil edilir

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

20



 

qanın tam klinik analizi, EÇR; 

 

qanın biokimyəvi müayinəsi, ümumi zülal fraksiya ilə 



(elektroforez); 

 



kreatininin, sidik cövhərinin, sidik turşusunun, kalsiumun, 

fosforun, natriumun, kaliumun təyini;  

 

sidikdə günlük itirilən zülalın təyini, sidikdə zülalın elektroforezi;  



 

sidiyin ümumi müayinəsi, Bens-Cons zülalının təyini; 



 

kreatinin klirensinin təyini; 



 

protrombin vaxtı, AÇTV-nın (lazım olarsa, koaquloqramma) 



təyini; 

 



qanda və sidikdə patoloji zülalın immunofiksasiya üsulu ilə 

immunoqlobulinlər və yüngül zəncirlərin (k və  λ) qanda və 

sidikdə təyini; 

 



bütün yastı və iri lülə sümüklərin epifizlərinin rentgeni, kompüter 

tomoqrafiyası (KT), maqnit-rezonans tomoqrafiyası (MRT), 

skelet sümüklərinin 18-ftordezoksiqlükoza ilə pozitron-emission 

tomoqrafiyası, diffuz osteoporozda sümüklərin densitometriyası; 

 

sümük iliyinin analizi, trepanobiopsiya; 



 

C-reaktiv zülal, β2-mikroqlobulin, interleykin 6, 



 

laktatdehidrogenazanın (LDH) qanda təyini;  

 

sümük iliyi hüceyrələrinin sitogenetik analizi, 



immunoqlobulinlərin sintezinə cavabdeh genlərin 

reanjirovkasının aşkar edilməsi üçün molekulyar-genetik 

müayinə;  

 



qanda və sümük iliyində dövr edən monoklon B-limfositlərin 

təyini üçün immunofenotipləşdirmə, sümük iliyində monoklon 

plazmatik hüceyrələrin fenotipinin CD38+, CD19+, CD138+ 

təyini;  

 

isti şok zülallarının təyini (Hsp90, Hsp70);  



 

amiloidoza şübhə olduqda, ağzın selikli qişasının, düz bağırsağın, 



böyrəyin biopsiyası.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

21

Çoxsaylı mielomanın diaqnostik meyarları 



(3 meyarın hamısı olmalıdır) 

Sümük iliyində monoklon plazmatik hüceyrələrin 10%-dən çox 

olması  və ya biopsiya materialında plazmositomanı  təsdiq edən 

məlumatın olması;  

1.

 

Qanda və ya sidikdə monoklon zülalın aşkar edilməsi.  Əgər 



monoklon zülal yoxdursa (sekresiya etməyən mieloma), onda 

diaqnozun təsdiqi üçün sümük iliyində plazmatik hüceyrələrin 

sayı 30%-dən çox olmalıdır. 

2.

 



Mieloma xəstəliyi ilə əlaqəli orqan disfunksiyası (1 və ya çox).  

 

Hiperkalsemiya >10,5 mq/l və ya normanın yuxarı sərhədi; 



 

Böyrək çatışmazlığı, kreatinin qanda 2 mq/dl-dən çox; 

 

Anemiya, hemoqlobin 100 qr/l-dən az. 



3.

 

Sümüklərdə litik dəyişikliklər və ya osteoporoz (əgər sümüklərdə 



destruktiv dəyişiklik yoxdursa, onda mielopunktatda plazmatik 

hüceyrələrin sayı 30%-dən çox olmalıdır.  



Sümüklərin solitar plazmasitomasının diaqnostik meyarları 

(3 meyarın hamısı olmalıdır) 

1.

 



Biopsiya ilə sübut edilmiş yeganə yerdə sümüyün monoklonal 

plazmasitoması.  

2.

 

Sümük iliyində monoklonal plazmatik hüceyrələrin miqdarı 



10%-dən azdır. 

3.

 



Mieloma ilə  əlaqədar üzvlər tərəfindən disfunksiya baş 

verməməlidir. 



İndolent mielomanın diaqnostik meyarları 

(3 meyarın hamısı olmalıdır) 

1.

 



Qanda və/və ya sidikdə monoklonal zülalın olması. 

2.

 



Monoklonal plazmatik hüceyrələrin sümük iliyində  və/və ya 

biopsiya materialında aşkar edilməsi. 

3.

 

QƏMQ-i, çoxsaylı mielomanı  və ya solitar plazmasitomanı 



təsdiqləyən meyarların olmaması. 

Qeyri-müəyyən əhəmiyyətli monoklonal qammapatiyaların 

diaqnostik meyarları 

(3 meyarın hamısı olmalıdır) 

1.

 



Monoklonal protein qanda və sidikdə az miqdarda aşkar edilir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

22

2.



 

Sümük iliyində monoklonal plazmatik hüceyrələrin miqdarı 

10%-dən azdır. 

3.

 



Qanda kalsiumun, kreatininin və hemoqlobinin miqdarı norma 

daxilindədir. Sümüklərdə rentgenoloji, MRT və ya PET 

müayinəsi nəticəsində sümüklərdə osteolitik dəyişiklik aşkar 

edilmir. Klinik və laborator olaraq amiloidoz əlamətləri yoxdur. 

Skeletin və sümük iliyinin müayinəsi müvafiq klinik 

simptomların, anemiyanın, hiperkalsiyemiyanın və böyrək 

çatışmazlığının olmadığı halda QƏMQ diaqnozunun qoyulması üçün 

mütləq deyil (C). Klinik baxışlar və paraproteinin səviyyəsinin 3-cü 

və 6-cı aylarda təkrar təyini QƏMQ diaqnozunun qoyulması üçün 

təkidlə tövsiyə edilir (C). QƏMQ və simptomsuz mielomlu xəstələrə 

nəzarət məhdud olmamalıdır, mərhələlik M-proteinin səviyyəsi 

yüksək olan QƏMQ və yüksək riskli simptomsuz mielom 

xəstəliklərinin proqressivləşmə riskindən asılı olaraq müntəzəm 

dəyişə bilər  (B)  (adətən hər üç aydan bir). Simptomsuz mielomaya 

nəzarətə zərdab, eləcə də sidikdə olan paraproteinin təyini və klinik 

qiymətləndirilməsi daxil olmalıdır. Sümük iliyinin təkrar müayinəsi 

və skeletin rentgeni daha az və ya yeni simptomlar və ya əlamətlər 

inkişaf etdikdə  tələb olunur (C). QƏMQ-ə  nəzarətə, eləcə  də 

müntəzəm klinik qiymətləndirmə daxil olmalıdır və  zərdab 

paraproteininin təyini izlənilməlidir; proqressivləşmənin aşağı riski 

olan şəxslər üçün yarım ildə bir dəfə və ya hər il aparılmalıdır (C)

Pasientlər və ümumi praktik həkimlər xəstəliyin proqressivləşmə 

riski və klinik əlamətləri barədə  məlumatlarla təchiz olunmalıdırlar 

(C)

Çoxsaylı mielomanın variant formaları 

Sekresiya etməyən çoxsaylı mieloma ümumi xəstələrin 1%-ini 

təşkil edir. Müayinə zamanı qanda və sidikdə M-qradientin olmaması 

ilə xarakterizə olunur. Xəstəliyin diaqnozu mieloqrammada 

plazmatik hüceyrələrin sayının 30%-dən çox olması, zədələnmiş 

üzvün aşkar edilməsi, immunoflüressensiya yolu ilə plazmatik 

hüceyrələrdə monoklonal immunoqlobulinlərin tapılması  əsasında 

qoyulur. Bu xəstələrin 60%-ində hipoqammaqlobulinemiya aşkar 

edilir. Xəstəliyin proqnozu və  həkimlik taktikası prinsipləri 

mielomanın digər formalarından fərqlənmir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

23

Xəstəliyin osteosklerotik forması çox az hallarda təsadüf olunur. 



Bu variantda sümüklərin rentgenoloji müayinəsində çox saylı 

osteosklerotik ocaqlar aşkar edilir. Bu ocaqlar adətən osteolitik 

zədələnmələrlə müşahidə olunur. Bu forma zədələnmənin qarışıq tipi 

(osteolitik və osteosklerotik) adlanır. Klinik olaraq bu variantda 

sensomotor polineyropatiya dominant əlamətlərdəndir. 

Ümumiyyətlə, ÇM-də polineyropatiya simptomu 1-8% hallarda rast 

gəlinir. Polineyropatiya spesifik terapiya fonunda, xüsusən, VAD 

proqramından sonra, velkeyd, tolidamid, revlimid dərman 

vasitələrinin qəbulundan sonra tez-tez rast gəlinən ağırlaşmadır. 

Sümük toxumasının izolə tipli osteosklerotik zədələnmələrinin 47%-

ində POEMS – sindromu təsadüf edilir.

 

POEMS abreviaturası 



aşağıdakı sindromların ilk hərflərindən tərtib edilmişdir: 

polineyropatiya (polyneuropathy), orqanomeqaliya (organomegaly) 

və ya limfoadenopatiya, endokrinopatiya (endocrinopathy), M-

protein (M-prorein) və ya plazmahüceyrəli diskraziya, dəridə 

dəyişikliklər (skin changes). POEMS sindromunun əmələ  gəlmə 

səbəbi bəlli deyildir. 2003-cü ildə Meyonun klinikasında POEMS 

sindromunun diaqnostik meyarları hazırlanmışdır (cədvəl 3). Bu 

diaqnozun qoyulması üçün xəstələrdə iki əsas, bir əlavə meyar 

mütləq olmalıdır. Bu xəstələrin 5-20%-ində plazmatik hüceyrələrin 

sayı 10%-i keçir. Bu kateqoriyalı pasientlərin 50%-inin ümumi 

yaşama müddəti 20 ildən yuxarı  təşkil edir. Bu variantın gedişi 

mötədil olduğundan, mieloma letallıqla nəticələnmir və sitostatik 

terapiya aparılması məsləhət görülmür. 

Çox saylı mielomanın digər az təsadüf olunan variantlarından biri 

də  biklonal formadır.  İki klon plazmatik hüceyrənin iki tip zülal 

sekresiyası ilə müşahidə edilən (IgG-k və IgG-λ, IgA-k və IgG-λ) bu 

formanın  əmələ  gəlmə  səbəbi axıra qədər aydınlaşdırılmamışdır. 

Biklon variantın baş vermə  səbəbi B-limfositlərin inkişafının 

müxtəlif etaplarında sekresiya olunan immunoqlobulinlərin sintezinə 

cavab verən genlərdəki mutasiyaların olmasıdır. Biklon formanın 

klinik və proqnostik xüsusiyyətləri haqqında məlumatlar  əldə 

edilməmişdir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

24

Cədvəl 3. POEMS – sindromunun diaqnostik meyarları 

Polineyropatiya 

Böyük meyarlar 

Monoklonal plazmahüceyrəli proliferasiya 

Sümüklərin ocaqlı osteosklerotik zədələnməsi 

Kastleman xəstəliyi 

Orqanomeqaliya (hepato-, splenomeqaliya, 

limfoadenopatiya) 

Ödem (assit, periferik ödem, plevrada maye) 

Endokrinopatiya (hipotireoz, hiperparatireoz, 

ginekomastiya, qalaktoreya, şəkərli diabet, 

böyrəküstü vəzilərin çatışmazlığı, prolaktinin 

artması) 

Kiçik meyarlar 

Dəri dəyişiklikləri (hiperpiqmentasiya, 

hipertrixoz, 

pletora, çoxsaylı hemangioma, dəridə  bərk 

şişkinlik, 

ağ dırnaqlar) 

Çəkinin itirilməsi 

Trombositoz 

Polisitemiya 

Hiperhidroz 

Assosiasiya edən 

simptomlar 

Ləngitmə hissiyyatı 

Ağciyər hipertenziyası 

Ağciyərlərin restriktiv zədələnməsi 

Hemorragik diatez 

Artralqiya 

Kardiomiopatiya 

Bədən hərarətinin yüksəlməsi 

Diarreya 

Mümkün 

assosiasiya 



edən simptomlar 

Qanda vitamin B

12

-nin


 

miqdarının azalması 

 

Plazmahüceyrəli leykozda (PL) plazmatik hüceyrələrin mütləq 

miqdarı qanda 2x10

9

/l və ya nisbi sayı hemoqrammada 20%-dən çox 



olur. Xəstəlik birincili (de novo) olduqda, proses xəstəliyin leykemik 

fazası, ikincili olduqda isə mielomanın leykemik transformasiyası 

haqqında düşünülür. Birincili PL ÇM-lı  xəstələrin 5%-ində  təsadüf 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

25

edilir. Bu variant xəstəlik yüksək ekstramedulyar zədələnmələr və iri 



həcmli  şiş kütləsinə malik olur. Xəstələrdə hemorragik sindrom, 

dərin trombositopeniya və anemiya əlamətləri, qanın zərdabında 

yuksək LDH və  β

2

-mikroqlobulin olması  aşkar edilir. Sitogenetik 



müayinədə 13-cü xromosomun monosomyası, hipodiplopiya baş 

verir. Sitostatik terapiya istifadə olunduqda, birincili variant üçün 

orta yaşama müddəti 8 ay, ikincili plazmahüceyrəli forma üçün isə, 

bu müddət 2 aya bərabərdir. 

Müayinə zamanı cədvəl 4-də göstərilən testlərdən istifadə etmək 

lazımdır (C).  



Cədvəl 4. Mielomalı xəstələrdə ilkin müayinələr 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin