Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə23/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   19   20   21   22   23   24   25   26   ...   541
III.  Hüquqlar

22. 


Həkim-anestezioloq-reanimatoloqun aşağıdakı hüquqları vardır:

22.1.  xəstənin narkoza hazırlanması ilə bağlı tədbirlər təyin etmək; 

22.2.  müvafiq     qaydalara   və   standartlara   uyğun   olaraq   xəstənin   aparılması 

taktikasını müəyyən etmək; 

22.3.  pasiyentin   kompleks   müayinəsi   üçün   zəruri   funksional   və   laborator 

diaqnostika metodlarını təyin etmək;

22.4.  diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə 

diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq; 

22.5.  zərurət   olduqda   xəstələrin   məsləhəti,   müayinəsi   və   müalicəsi   üçün 

müəyyən edilmiş   qaydada başqa ixtisaslı həkimləri cəlb etmək;

21



22.6.  müalicə-diaqnostika   prosesinin   təkmilləşdirilməsi,         özünün   əmək 

fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək

22.7.  öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət 

etmək, sərəncamlar vermək və olanların həvəsləndirilməsi və tənbeh edilməsi   üzrə 

rəhbərliyə təkliflər vermək;

22.7.  öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək

22.8.  öz işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik konfranslarda 

müşavirələrdə iştirak etmək;

22.11.müəyyən olunmuş qaydada ixtisas kateqoriyası almaq.

23. 

Həkim-anestezioloq-reanimatoloq   Azərbaycan   Respublikasının   Əmək 



Məcəlləsinə uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir.

IV.  Məsuliyyət

24. 


Həkim-anestezioloq-reanimatoloq aşağıdakılara görə məsuliyyət daşıyır:

24.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə; 

24.2.  öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə;

24.3.  daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına riayət edilməsinə;

24.4.  qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər 

xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;

24.5.  öz   fəaliyyəti   üzrə   statistik   və   digər   informasiyanın   müəyyən   olunmuş 

qaydada təqdim edilməsinə;

24.6.  ona   tabe   işçilərin   nizam-intizam   qaydalarına   və   vəzifə   öhdəliklərinin 

yerinə yetirilməsinə;

24.7.  tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə   təhlükə yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər həyata keçirilməsinə.

25. 


Həkim-anestezioloq-reanimatoloq   əmək   intizamının,   qanunvericilik   və 

normativ-hüquqi   aktların   pozulmasına   görə   qüvvədə   olan   qanunvericiliyə   əsasən, 

təqsirin   ağırlıq   dərəcəsindən   asılı   olaraq,   intizam,   maddi,   inzibati   və   ya   cinayət 

məsuliyyətinə cəlb edilə bilər.   

22




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin