Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə24/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   20   21   22   23   24   25   26   27   ...   541
Həkim-dezinfeksionistin nümunəvi vəzifə

T Ə L İ M A T I

I.  Ümumi müddəalar

1.   Bu   vəzifə   təlimatı   həkim-dezinfeksionistin   vəzifə   öhdəliklərini,   hüquq   və 

məsuliyyətini müəyyən edir.

2. 


Həkim-dezinfeksionist   vəzifəsinə   baza   ali   tibb   təhsili   olan   şəxs   təyin 

edilir.


3.   Həkim-dezinfeksionist   Azərbaycan   Respublikasının   qüvvədə   olan 

qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin olunur 

və vəzifədən azad edilir.

4.   Həkim-dezinfeksionist   bilavasitə   şöbə   müdirinin   tabeliyində   fəaliyyət 

göstərməklə   tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur.

5. Həkim-dezinfeksionist aşağıdakıları bilməlidir:

23



5.1. Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının 

səhiyyə qanunvericiliyinin və Əmək Məcəlləsinin əsaslarını;

5.2.     səhiyyə   müəssisələrinin,   o   cümlədən   dövlət   sanitariya-epidemioloji 

xidmətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;

5.3. sosial gigiyenanın əsaslarını və sanitariya-epidemioloji xidmətin təşkilini; 

5.4. sanitariya qanunvericiliyini, sanitariya epidemioloji xidmətin  fəaliyyətinin 

hüquqi əsaslarını;

5.5.  sanitariya-epidemioloji xidmətin işinin planlaşdırılması prinsiplərini, forma 

və metodlarını;

5.6.  təşkilati-sərəncamçı sənədləri, kargüzarlıq qaydalarını;

5.7.  laboratoriyaların işinin təşkilini;

5.8. gigiyenik tərbiyənin və sağlam həyat tərzinin formalaşdırılmasının məqsəd? 

forma və metodlarını;

5.9. ətraf mühitin kimyəvi, fiziki və bioloji faktorlarının, fəaliyyətin müxtəlif 

növlərinin və mümkün olan optimal iş yükünün gigiyenik normalaşdırma prinsiplərini;

5.10.   gigiyenik,     epidemioloji,   klinik,   fiziki,   kimyəvi,   statistik,   laborator   və 

instrumental tədqiqatın metodlarının əsaslarını;

5.11. epidemiologiyanın ümumi qanun və meyarlarını, yoluxucu xəstəliklərin 

bioekoloji xarakteristikasını, epidemik prosesi və onun inkişafına təsir edən  amilləri;

5.12.     epidemiya   əleyhinə   tədbirlər   sistemini,   yoluxucu   xəstəliklərin 

profilaktikası prinsiplərini və aradan qaldırılması yollarını;

5.13. gigiyenik və sağlamlaşdırıcı tədbirlərin təşkili və aparılması prinsiplərini;

5.14.     obyektlərin   tikintisinə   dövlət   sanitariya   nəzarətinin   mahiyyətini,   onun 

forma və metodlarını;

5.15.   cari   və   xəbərdaredici   sanitariya   nəzarətinin   mahiyyətinin,   təşkilinin   və 

metodların ümumi prinsiplərini;

5.16.  mülkü müdafiənin tibb xidmətinin təşkili və fəaliyyəti məsələlərini;

5.17.  sanitariya-maarifləndirmənin əsaslarını;

5.18.   Dezinfeksiya   xidmətinin   vəzifələrini,   təşkilini,   dezinfeksiya   işi   üzrə 

qüvvədə olan hüquq- normativ və metodiki-təlimat sənədlərini;

5.19. sənədlərin tərtibatı qaydalarını;

5.20. dezinfeksiya xidmətinin fəaliyyətinin planlaşdırılmasını və hesabatını, bu 

fəaliyyətə nəzarətin qayda və üsullarını;

5.22.   istifadəsinə   icazə   verilən   dezinfeksiya,   sterilizasiya,   dezinseksiya   və 

deratizasiya   məqsədilə   nəzərdə   tutulmuş   vəsaitlərin   xüsusiyyətlərini   və   tətbiq 

üsullarını;

5.23.   dezinfeksiya   avadanlığından,   fərdi   mühafizə   vasitələrindən   istifadə 

qaydalarını və zəhərlənmələr zamanı ilk yardımın göstərilməsini;

5.24.   kompyuterlə   və   digər   müasir   informasiya   texnologiyaları   vasitələri   ilə 

işləməyi;

5.25.     daxili   əmək   intizamı   qaydalarını,   əməyin   mühafizəsi,   təhlükəsizlik 

texnikası və yanğına qarşı mühafizə qayda və normalarını  bilməlidir.




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin