Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə25/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   21   22   23   24   25   26   27   28   ...   541
II. Vəzifə öhdəlikləri

24



6. Həkim-dezinfeksionist  dezinfeksiya tədbirlərinin keçirilməsi  üzrə işi təşkil 

edir, onun həcmini, ayrı-ayrı obyektlərin dezinfeksiyasının aparılması metodikası və 

vasitələrini müəyyən edir.

7. Dezinfeksiya məhlullarının hazırlanmasına, istifadəsinə, aparatların iş vaxtı 

dezinfektorlar   tərəfindən   şəxsi   və   ictimai   təhlükəsizlik   qaydalarına   və   əməyin 

mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir.

8. Dezinfeksiya işlərinin yerinə yetirilməsinə  aid bütün  sənədləri tərtib edir. 

9.  Cari və yekun dezinfeksiyanın keyfiyyətinə nəzarət edir.

10.     Nəzarət   obyektlərində   həkim-epidemioloqla   birlikdə   dövlət   sanitariya 

nəzarətinin həyata keçirilməsində iştirak edir.

11     Dezinfeksiya   və   sterilizasiya   rejiminə   riayət   olunmasında   aşkar   edilmiş 

çatışmazlıqların aradan qaldırılması üzrə təkliflər işləyib hazırlayır.

12.     Mərkəzi   sterilizasiya   bölmələrinin   və   dezinfeksiya-kamera   bloklarının 

tikintisi və yenidənqurulması üzərində aparılan   xəbərdaredici sanitariya nəzarətinin 

həyata keçirilməsində iştirak edir.

13.   Obyektiv   nəzarət   metodunun   tətbiqi   ilə   planlı   şəkildə   və   epidemik 

göstərişlər   üzrə   cari   dezinfeksiyanın   təşkili   və   aparılması   qaydalarına   riayət 

edilməsinə,   müalicə-profilaktika   müəssisələrində   və   ixtisaslaşdırılmış   uşaq 

müəssisələrində     tibbi   təyinatlı   məmulatların   sterilizasiyasına   nəzarəti  də  həkim-

epidemioloqla birlikdə həyata keçirir.

14.     Müalicə-profilaktika   müəssisələrinin   dezinfeksiya-kamera   bloklarına 

metodik rəhbərlik və nəzarəti həyata keçirir.

15.   Dezinfeksiya   şöbəsinin   (bölməsinin)   epidemioloq   köməkçilərinin   işinə 

metodik rəhbərlik və nəzarəti həyata keçirir, onlar tərəfindən sənədlərin    tərtibatının 

düzgünlüyünü yoxlayır.

16. Öz ixtisası üzrə ekspertizanı, araşdırma, müayinə, tədqiqat, sınaq, eləcə də 

toksikoloji,   gigiyenik   və   digər   qiymətləndirmə   növlərini   təşkil   edir       sanitariya-

epidemioloji rəylər  hazırlayır.

17.   Müəssisənin   başqa   bölmələrinin   həkimlərinə   öz   ixtisası   üzrə   məsləhət 

yardımı göstərir.

18. Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik və nəzarət edir, öz 

vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir.

19. Cihaz və avadanlıqların istismarının düzgünlüyünə, orta və kiçik tibb heyəti 

tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə 

nəzarət edir.

20.  Tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak 

edir.

21.  Öz işini planlaşdırır və  iş fəaliyyətinin göstəricilərini təhlil edir.



22.  Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında 

və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.

23.  Sanitariya-maarifləndirmə işini  həyata keçirir.

24.  Həkim etikasının qayda və prinsiplərinə riayət edir.

25.   Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını, eləcə də öz peşə 

fəaliyyəti üzrə normativ hüquqi aktları vaxtında icra edir.

25



26. Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına, 

sanitariya-epidemioloji rejimə riayət edir.

27.Mülki  müdafiə işlərinin təşkilində və həyata keçirilməsində iştirak edir;

28. Müəssisə rəhbərinin tapşırıqlarına uyğun olaraq öz ixtisasına aid olan digər 

məsələlərin həll edilməsini təmin edir.

29. Mütəmadi olaraq öz ixtisasını artırır.




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin