Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə10/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   6   7   8   9   10   11   12   13   ...   541
III. Hüquqlar

18. 


Laboratoriya müdirinin aşağıdakı hüquqları vardır:

18.1. laboratoriyanın işçiləri üçün icrası məcburi olan sərəncamlar vermək;

18.2. laboratoriyanın kadrlarının seçilməsi və yerləşdirilməsində iştirak etmək; 

18.3. laboratoriyanın   işçilərinin   həvəsləndirilməsi   və   tənbeh   edilməsi   üzrə 

rəhbərliyə təkliflər vermək;

18.4. laboratoriyanın fəaliyyətinin inkişafı və təkmilləşdirilməsi üzrə təkliflər 

vermək;

18.5. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək

18.6. laboratoriyanın işi ilə bağlı məsələlərin müzakirə olunduğu konfranslarda 

müşavirələrdə iştirak etmək;

18.7.  müəyyən olunmuş qaydada ixtisas dərəcəsini almaq.

19. 

Laboratoriya   müdiri   Azərbaycan   Respublikasının   Əmək   Məcəlləsinə 



uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir.

IV. Məsuliyyət

20. 


Laboratoriya müdiri aşağıdakılara məsuliyyət daşıyır:

20.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə; 

20.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların vaxtında və müvafiq  qaydada yerinə yetirilməsinə

20.3. maddi,   maliyyə   və   kadr   ehtiyatlarından   səmərəli   və   effektiv   istifadə 

edilməsinə;

20.4. daxili intizam, sanitariya-epidemiya əleyhinə rejim, yanğın təhlükəsizliyi 

və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə;

20.5. mövcud   normativ-hüquqi   aktlarla   nəzərdə   tutulmuş   sənədləşdirmənin 

aparılmasına;

8



20.6. laboratoriyanın   fəaliyyəti   barədə   statistik   və   digər   informasiyanın 

müəyyən olunmuş qaydada təqdim edilməsinə;

20.7. laboratoriyanın   işçiləri   tərəfindən   nizam-intizam   qaydalarına   riayət 

edilməsi və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə;

20.8. fövqəladə hallar şəraitində laboratoriyanın işə hazırlığına görə məsuliyyət 

daşıyır.


21. 

Laboratoriya   müdiri   əmək   intizamının,   qanunvericilik   və   normativ-

hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq 

dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb 

edilə bilər.   


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin