Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə12/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   8   9   10   11   12   13   14   15   ...   541
II. Vəzifə öhdəlikləri

6. 


Şöbə (bölmə) müdiri şöbənin (bölmənin), funksiya və vəzifələrinə uyğun 

olaraq, fəaliyyətinə rəhbərliyi həyata keçirir.

7. 

Müasir tibb elminin nailiyyətləri əsasında yeni profilaktika, diaqnostika 



və müalicə metodlarını, eləcə də müvafiq sahədə qabaqcıl təcrübəni tətbiq etmək.

8. 


Şöbədə   (bölmədə)   müalicə-diaqnostika   prosesinin   keyfiyyət   və 

səmərəliliyinin   artırılmasına   yönəldilmiş   işin   təşkilati   forma   və   metodlarını 

təkmilləşdirmək.

9. 


Tibb heyətinin və pasiyentlərin təhlükəsizliyinin, infeksiyaların qarşısının 

alınmasının təmin olunması üçün sanitar-gigiyenik və əksepidemik tədbirləri yerinə 

yetirmək.

10. 


Əhalinin sanitar maarifləndirilməsi üzrə tədbirlər həyata keçirmək.

11. 


İşin   forma   və   metodlarını,   şöbənin   fəaliyyətinin   planlaşdırılmasını, 

işçilərin iş yerlərində yerləşdirilməsi və onların ixtisaslarına uyğun istifadəsini təmin 

edir. 

12. 


Səhiyyə müəssisəsinin  digər struktur   bölmələri ilə şöbənin fəaliyyətini 

koordinasiya edir, onların qarşılıqlı əlaqəsini təmin edir.

13. 

Şöbənin  (bölmənin)  həkimlərinin,  orta və  kiçik  tibb  heyətinin  işinə,  o 



cümlədən   diaqnozların   düzgünlüyünə,   aparılan   müalicənin   keyfiyyətinə   müntəzəm 

nəzarəti həyata keçirir.

10



14. 

Tibb   müəssisəsinin   növbətçilik   cədvəlinin   tərtibatında   aidiyyəti   üzrə 

iştirak edir.

15. 


Şöbənin   (bölmənin)   işçilərinin   əmək   qanunvericiliyinin   və   əməyin 

mühafizəsinin tələblərinə riayət etməsini təmin edir.

16. 

Şöbənin (bölmənin) işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili 



əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görür.

17. 


Şöbənin(bölmənin)  iş planını işləyib hazırlayır, onun yerinə yetirilməsinə 

nəzarəti həyata keçirir. 

18. 

Şöbənin (bölmənin) rüblük, yarımillik və illik işini təhlil edir, şöbənin 



fəaliyyəti barədə  müəyyən olunmuş qaydada hesabat təqdim edir. 

19. 


Tibbi   sənədləşdirmənin   aparılmasının   keyfiyyətinə   nəzarəti   həyata 

keçirir.


20. 

Şöbənin   (bölmənin)   işçilərinin   peşə   hazırlığının   artırılmasına   imkan 

yaradır.

21. 


Qanunvericiliklə   müəyyən   edilmiş   müddətdə   işlədiyi   istiqamət   üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.

22. 

Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.



    


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin