Azərbaycan Respublikası Dövlət Neft Şirkəti


Fərdi xilasetmə vasitələri



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə5/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   2   3   4   5   6   7   8   9   ...   84
Dənizdə təhlükəsizlik

1.3 Fərdi xilasetmə vasitələri
1.3.1. Xilasedici dairələr (XD)
Xilasedici dairə sintetik lifli parça ilə örtülmüş, bütöv penoplast parçasından və yaxud bəyənilmiş digər materialdan
hazırlanmış sərt həcmi özündə təmsil edir. 
Dairə azı 2.5 kq. kütləyə, 14.5 kq. çəkidə dəmir yük parçasının azı 24 saat
su üzərində saxlanılmasını təmin edən üzmə qabiliyyətinə malik olmalıdır.
Xilasedici dairənin xarici diametri 800 mm-dən çox olmamalı, daxili
diametri isə - azı 400 mm olmalıdır. Dairə ağ və qırmızı, ya da narıncı rəngə
boyalanır. Azı 4 yerdə işıqqaytarıcı materialdan olan zolaqlar bərkidilir. Dairənin
üzərinə gəminin və qeydiyyat limanının adı yazılır. 
Xilasedici dairə diametri azı 9,5
mm və uzunluğu dairənin azı dörd xarici diametrinə bərabər xilasedici leyerə malik
olmalıdır. Xilasedici leyer bir-birindən bərabər aralıqlı yerlərdə dairənin perimetri
üzrə bərkidilərək dörd eyni ilgək əmələ gətirməlidir. 
Şəkil 1.1. Xilasedici
dairə
ip və
özüalışan buy ilə 
13


Xilasedici dairə, hansının hündür olmasından
asılı olaraq, ən kiçik suya oturum zamanı gəminin
vaterliniyasından (su xəttindən) dairənin qoyulma yerinə
qədər məsafəyə bərabər 
olan hündürlükdən və yaxud 30 m-dən suya atılmağa
dözümlü
olmalıdır. Açıq 
alovun içərisinə
yerləşdirilən dairə
2 saniyə ərzində
alışmamalıdır. 
Dairələr
gəminin bütün açıq göyərtələrində hər
iki bort üzrə
bölüşdürülməlidir. Heç olmasa 1 ədəd
dairə gəminin
arxasına yaxın yerdə yerləşdirilməlidir.
Dairə yuvalarda
(yerlərində) yalnız öz çəkisi hesabına
elə
saxlanılmalıdır ki, onu asanlıqla
tullamaq
mümkün olsun, gəmi batan zaman isə
o, sərbəst olaraq
su üzərinə çıxmalıdır.
Hər
bortda azı 1 ədəd xilasedici dairə, uzun
olan nəzərə alınmaqla, 30 m uzunluqlu dolaşıb ilişməyən möhkəm burazdan olan və ya vaterliniya üzərindən onun qoyulma
yerinin hündürlüyünü azı iki dəfə üstələyən uzunluqda üzən xilasedici ip ilə təchiz olunmalıdır. İp gəmidə etibarlı
bərkidilməlidir. İpli dairələr, gəmi hərəkətsiz olarkən (yanalma körpüsündə və ya lövbərdə durarkən), onun bortunun yanında
suya düşmüş insana kömək etmək üçün xidmət göstərir. Onlar daima növbə aparılan və ya insanlar olan yerlərdə qoyulur;
yanalma körpüsündə durarkən – keçid körpücüyünün yanında yerləşdirilir. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin