Azərbaycan Respublikası Dövlət Neft Şirkəti


Рис. 1.10. Тросовый спуск шлюпки



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə14/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   10   11   12   13   14   15   16   17   ...   84
Dənizdə təhlükəsizlik

Рис. 1.10. Тросовый спуск шлюпки
Şəkil 1.10. Qayığıın trosla 
endirilməsi
40


Qayığın endirilməsi iki mərhələdən: çıxarmaqdan, yəni qayığı gəmi göyərtəsinin hüdudu xaricinə çıxarmaqdan və
suya şaquli endirməkdən ibarətdir. Şaquli endirmə həmişə qayıq tallarının loparının buraxılması ilə həyata keçirilir.
Xilasedici qayıqları endirmək üçün yalnız qayığın ağırlığının təsiri ilə özüçıxan qravitasiyalı qayıq tirləri istifadə
olunur. Qayıq bir və ya bir neçə şarnir ətrafında fırlanan oxların dönməsi, ya da oxların qayıqla birgə istiqamətləndiricilər üzrə
diyircəklərlə hərəkəti ilə çıxarılır.
Bir şarnirli qayıq tiri oxun mahmızı (dayaq sonucu) ilə üst-üstə salınmış şarnirə nisbətən oxun göyərtə üzərindəki
dayağa kimi döndərilməsi ilə qayığı çıxarır.
İki şarnirli qayıq tirində oxun yuxarı hissəsinin dönməsi aralıq (orta) şarnirə nisbətən davam edir.
Əyilən və yuvarlanan qayıq tirləri diyircəklərə malikdirlər, hansıların ki, üzərində oxlar dayaq
konstruksiyasının istiqamətləndiriciləri üzrə hərəkət edirlər; əyilən qayıq tirlərində hər qayıq
tirinin diyircəyi öz istiqamətləndiricisi, yuvarlananda isə - ümumi istiqamətləndirici üzrə hərəkət
edir.
Buraxma mexanizmi elə quraşdırılmalıdır ki, gəmi göyərtəsində nəzərdə tutulan yerdən, eləcə də qayığın özündən bir
nəfər onu hərəkətə gətirə bilsin. Buraxma qurğusu tam sayda insanlar və təchizatla yüklənmiş qayığın endirilməsini
dayandırmağa və onu etibarlı saxlamağa qadir olan əyləclərlə təchiz edilməlidir. Qayığın endirilməsi yalnız operator əyləc
qulpuna təsir göstərən zaman baş verməlidir. Əgər qulp buraxılıbsa, endirmə dayandırılır.
Endirmə-qaldırma qurğusu xilasedici qayığın onun komandası ilə birlikdə qaldırılmasını təmin edir. 
Buraxma qurğusu ona aid olan bütün mexanizmlərlə 10
0
-yə qədər diferent və istənilən borta 20
0
-yə qədər yana əyilmə
zamanı həm qayıq üçün nəzərdə tutulan tam insan sayı ilə, həm də insanlar olmadan xilasetmə və növbətçi qayıqların tam
təchizatla təhlükəsiz endirilməsini təmin etməlidir. Neft tankerlərində, tanker-kimydaşıyıcılarda və tanker-qazdaşıyıcılarda
buraxma qurğuları son hədd yana əyilmə bucağı zamanı əyilmiş bortdan xilasetmə qayıqlarının endirilməsini təmin etməlidir.
Ümumi tutumu 20 min registr ton və artıq olan yük gəmilərində irəliyə hərəkət zamanı, sakit suda 5 mil/saata qədər
sürətlə gedən gəminin, zəruri hallarda falinləri istifadə etməklə xilasetmə qayıqlarının endirilmə imkanını nəzərdə tutulmalıdır.
41



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin