Azərbaycan Respublikası Dövlət Neft Şirkəti


Növbətçi sürətli qayıqlar



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə17/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   13   14   15   16   17   18   19   20   ...   84
Dənizdə təhlükəsizlik

Növbətçi sürətli qayıqlar
Növbətçi sürətli qayıqların quruluşu elə olmalıdır ki, onları havanın və dənizin istənilən şəraitlərində təhlükəsiz
endirmək və qaldırmaq mümkün olsun. 
Növbətçi sürətli qayıqlar, onların hava ilə doldurulan konstruksiyaları və ya stasionar burazlama döşəkçələri daxil
olmaqla, 6 m-dən az və 8,5 m-dən çox olmayan gövdə uzunluğa malik olmalıdırlar.
Növbətçi sürətli qayıqlar gəminin istismar rayonunda gözlənilən temperaturlar zamanı istifadə üçün yararlı olan
kifayət qədər yanacaqla təmin edilməli; 3 nəfərlik komanda ilə sakit suda azı 20 mil/s, insanların və təchizatın tam komplekti
ilə - 8 mil/s sürətlə azı 4 s zaman ərzində manevretməni təmin etməyə qadir olmalıdırlar.
Növbətçi sürətli qayıqlar özübərpaolunan və ya qayıq komandasının 
2-dən artıq olmayan nəfərinin səyi ilə asanlıqla bərpaedilən olmalıdır.
Növbətçi sürətli qayıqlar özüboşalan və ya sudan tezliklə azad olmağa imkan yaradan olmalıdır.
Növbətçi sürətli qayıqlar sükançının yerindən rumpeldən ayrı olan şturvaldan idarə olunmalıdırlar. Həmçinin sükanın,
su şırnağının və ya bortarxası mühərrikin birbaşa idarə edilməsi – qəza idarəetmə sistemi olmalıdır.
Növbətçi sürətli qayıqların mühərrikləri qayıq aşarkən avtomatik olaraq sönməli və ya sükançının yerindən qəza
elektrik açarı ilə söndürülmə imkanına malik olmalıdırlar. Qayıq normal vəziyyətə qayıtdəqdan sonra, hər mühərrik qəza
45


elektrik açarı ilə, əgər o varsa və ilkin vəziyyətə qaytarılıbsa, təkrarən işə düşməlidir. Mühərrikin yanacaq və sürtkü yağı
qurğulqrı elə olmalıdır ki, növbətçi qayığın aşması halında 250 ml-dən artıq yanacaq və yağ itkisinin qarşısı alınsın.
Növbətçi sürətli qayıqlar, imkan dairəsində, asan və təhlükəsiz işləyən birnöqtəli stasionar asılma qurğusu və ya ona
bərabər qurğu ilə təchiz edilməlidir.
Sərt növbətçi sürətli qayıq elə qaydada qurulmalıdır ki, birnöqtəli asılmada asılmış vəziyyətdə olarkən, yüklənmə
çıxarıldıqdan sonra qalıq deformasiya qalmadan, qayığın insanlar və təchizatının tam komplektilə onun kütləsini 4 dəfə
üstələyən yüklənməyə tab gətirmək üçün kifayət qədər möhkəmliyə malik olsun.
Növbətçi sürətli qayığın adi təchizatına əl ilə idarəetməni tələb etməyən və suburaxmayan UQD radiorabitə qurğusu
daxil olmalıdır.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin