Azərbaycan Respublikası Dövlət Neft Şirkəti



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə10/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   6   7   8   9   10   11   12   13   ...   84
Dənizdə təhlükəsizlik

Şəkil. 1.5. 
Hidrotermokostyum
24


Uşaq hidrokostyumu 150 sm boya və 50 kq-a qədər çəki üçün hesablanmışdır. O sarı rəngli kisənin (idman tipli
çantanın) içində saxlanılır.
Böyük universal kostyum 190 sm boya və 150 kq-a qədər çəki üçün hesablanmışdır; narıncı rəngli kisənin içində
saxlanılır. 
Həddən artıq böyük 206 sm boya və 170 kq çəki üçün hesablanmışdır; yaşıl rəngli kisənin içində saxlanılır. 
Hidrokostyumun konstruksiyası, əgər kostyum jiletin geyilməsini tələb edirsə, kənardan kömək olmadan açılma,
paltar və xilasedici jiletlə birlikdə 2 dəq. ərzində geyinmə imkanını təmin etməlidir.
Hidrokostyumda olan insanın
aşağıdakıları etməyə imkanı olmalıdır:
- uzunluğu azı 5 metr olan şaquli nərdivanla qalxıb-düşmək;
- gəmini tərk etmək ilə əlaqəli adi fəaliyyətləri yerinə yetirmək;
- hidrokostyumu zədələmədən və onun əyində yeri dəyişmədən, bədən xəsarətləri olmadan azı 4.5 m hündürlükdən
suya tullanmaq;
- kiçik məsafəni üzərək dəf etmək və kollektiv xilasetmə vasitəsinə qalxmaq.
İnsan əlləri örtən hidrokostyumda 5ºC temperaturu olan suda 1 saat ərzində qaldıqdan sonra, qələmi götürərək yazmaq
imkanına malik olmalıdır.
Hidrokostyum özü-özünə və ya əgər onun daşınması əlavə olaraq xilasedici jileti tələb edirsə, sakit şirin suda kifayət
qədər üzmə qabiliyyətinə və ləpəyə davamlılığa malik olmalıdır, ondan ötrü ki:
- taqətsiz və ya huşunu itirmiş insanın ağzını sudan azı 120 mm məsafədə saxlasın;
- 5 saniyədən çox olmayan vaxt ərzində insanı üzü aşağı vəziyyətdən üzü yuxarı vəziyyətə çevirməyə imkan yaratsın. 
Hidrokostyumu geyinmək üçün lazımdır:
- onu kisədən çıxarmaq, baxış keçirmək və təchizat dəstini (fit, batareya, lampa) yoxlamaq ;
- şalvarı geyinmək və onu sıxlaşdırıcı tutacaqla təsbit etmək;
- əlləri qollara keçirmək, biləklərdə qolları təsbit etmək; 
- başlığı geymək, havanı şalvardan yuxarıya qovmaq;
- molniyanı bağlamaq, saçları başlığın altına yığışdırmaq, sifətin aşağı hissəsini örtən klapanı bağlamaq.
25


Suya daxil olarkən hidrokostyumun içindəki hava aşağıdan-yuxarıya sıxışdırılaraq başlığın kənarlarının altından çıxır;
əgər bu zaman sifət suya batıbsa, kostyumun içinə su daxil olur. Azı 4.5 metr hündürlükdən tullandıqdan sonra kostyumun
daxilinə olduqca çox su daxil olmamalıdır. Suyun daxil olmasını azaltmaq üçün imkan dairəsində, suya sakit daxil olmaq
lazımdır; o zaman kostyumda olan hava su ilə əvəzlənmədən, tədricən çıxacaq.
26


Dəniz evakuasiya sisteminə və ya növbətçi qayığa cədvəl üzrə yazılan hər bir şəxs üçün hidrokostyum nəzərdə
tutulur. SOLAS-74 konvensiyası, hidrokostyumun əvəzinə qorunma kostyumlarının istifadəsini mümkün edir. Bu kostyumları
geymiş gəmi heyəti üzvləri gəmini tərk etməyi, başqalarına kömək etməyi və növbətçi qayığı istifadə etməyi bacarmalıdırlar.
Qoruyucu kostyum suburaxmayan materialdan elə qaydada hazırlanmaldır ki:
- azı 70 H onun şəxsi üzmə qabiliyyəti təmin olunsun;
- xilasetmə əməliyyatları və təxliyə zamanı istifadə edilən material orqanizmin həddindən artıq qızma riskini azaltsın;
- ayağın altı istisna edilməklə, bütün bədən örtülsün, əllərin və başın örtülməsi ayrıca əlcəklər və şlemlə təmin edilə
bilər, hansılar ki, daima kostyuma bərkidilməlidirlər;
- kənardan kömək olmadan 2 dəq ərzində onu açmaq və geyinmək mümkün olsun;
- tam surətdə alovla əhatə olunarkən 2 san ərzində yanma və ya ərimə dəstəklənməsin;
- daşınan UQD radiotelefon üçün cib olsun;
- azı 120º sektorda yana görünüş təmin olunsun.
Qoruyucu kostyum onu geyinmiş insana imkan yaratmalıdır:
- uzunluğu azı 5 m olan şaquli nərdivan üzrə qalxmağa və enməyə;
- kostyumu və yaxud onun avadanlığını zədələmədən və ya onların yerdəyişməsi olmadan və bədən xəsarətləri
almadan azı 4,5 m hündürlükdən ayaqlarla aşağı suya tullanmağa;
- suda azı 25 m üzməyə və xilasedici qayığa və ya sala qalxmağa;
- kənardan kömək olmadan xilasedici jileti geyinməyə;
- gəmini tərk etmək, digər şəxslərə kömək göstərməyə və növbətçi qayığı istifadə etmək üzrə bütün növbə vəzifələrini
yerinə yetirməyə.
Qoruyucu kostyum:
-
əgər o istilikqoruma xassələrinə malik olmayan materialdan hazırlanıbsa, müvafiq isti paltarla istifadəsi üzrə
markalanma ilə təlimata malik olmalı;
-
elə olmalıdır ki, üzərinə çəkilmiş təlimata uyğun olaraq geyinildikdən sonra, 5ºC temperaturunda dövr edən sakit
suya bir dəfəlik tulanmaqla tam surətdə batdıqdan sonra, insanın istilik mühafizəsini elə qaydada təmin etməlidir
ki, onun bədən temperaturu ilk yarımsaatdan sonra saatda 1,5ºC-dən tez aşağı düşməsin.
27


Qoruyucu kostyumda olan insan şirin suda üzü aşağı vəziyyətdən üzü yuxarı vəziyyətə 5 san-dən çox olmayan vaxt
ərzində çevrilməyə qadir olmalı və bu vəziyyəti saxlamalıdır. Dalğalıq şəraitində kostyum insanın üzü aşağı çevrilməsinə
səbəb olmamalıdır.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin