Azərbaycan Respublikası Dövlət Neft Şirkəti



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə4/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   2   3   4   5   6   7   8   9   ...   84
Dənizdə təhlükəsizlik

Aktiv xilasetmə vasitəsi
- xilasedici qayıqdır, kiçik göyərtəsiz özüyeriyən üzmə vasitəsidir. Xilasedici qayıq
qismində motorlu qayıqlar istifadə olunur. Konstruksiyasına və insanları əlverişsiz xarici amillərin təsirindən mühafizə etmə
üsuluna görə xilasedici qayıqlar bölünürlər: 
- tam örtülü;
10


- qismən örtülü;
- sərbəst hava təchizatı sistemi ilə tam örtülü;
- oddan mühafizəli tam örtülü.
“SOLAS-74” Konvensiyasının qaydalarının tələblərinə müvafiq olaraq, kili 01.07.1986-cı ilə qədər qoyulmuş
gəmilərdə tam açıq xilasedici qayıqların istifadəsinə icazə verilir. 
Özü bərpa olunan qismən və tam bağlı xilasedici qayıqların quruluşu, onların hətta çevrilmiş vəziyyətdən belə düz kil
üzərinə sərbəst olaraq qayıtmasını nəzərdə tutur.
Suya endirmə üsulundan asılı olaraq endirib-qaldırma mexanizminin bloklarından keçirilmiş troslar (loparlar) vasitəsilə
endirilən qayıqlar və sərbəst düşmə metodu ilə endirilən qayıqlar olur.
Passiv xilasedici vasitələrə
 
xilasedici sallar aiddir. Quruluşuna görə hava ilə doldurulan və sərt, bort arxasına keçirilmə
üsuluna görə isə endirilən və atılan sallar olur.
Növbətçi qayıqlar batan gəmini ekipaj və sərnişinlər tərk etdikdən sonra suya düşmüş insanları xilas etmək, xilasedici
sal və qayıqları suda toplamaq üçün təyin edilmişlər. Növbətçi qayıqlar kifayət qədər manevretmə qabiliyyətinə malik olmalı,
onların suya tez endirilmələrini və təcili istifadəyə hazır olmalarını təmin edən quruluşa malik olmalıdırlar. Onlar sərt, hava ilə
doldurulmuş və ya kombinasiya edilmiş ola bilərlər. 
1.2. Gəmi xilasetmə vasitələrinə qoyulan ümumi tələblər.
Bütün xilasetmə vasitələri 1974-cü il tarixli Dənizdə insan həyatının qorunması üzrə Beynəlxalq Konvensiyasının
(SOLAS-74) müəyyən etdiyi tələblərə cavab verməlidirlər. Onlar Rusiya dəniz gəmiçiliyi registrinin Dəniz gəmilərinin təchiz
edilməsi üzrə qaydalarında əks etdirilmişlər. 
Xilasetmə vasitələri Registr və ya digər tanınmış təsnifat orqanı tərəfindən bəyənilmiş materiallardan hazırlanmalıdır.
Onlar havanın -30
0
C-dən +65
0
C-yə qədər temperaturu şəraitində, fərdi xilasedici vasitələr üçün isə - havanın -15
0
C-dən +40
0
C-
yə qədər temperaturu şəraitində saxlanılarkən yararsız vəziyyətə düşməməlidirlər. Əgər istifadə zamanı onlar dəniz suyuna
düşərlərsə, suyun -1
0
C-dən +30
0
C-yə qədər temperaturunda fəaliyyət göstərməlidirlər.
11


Xilasetmə vasitələri çürüməyə, korroziyaya davamlı olmalı, dəniz suyunun, neftin və ya göbələkciklərin böyük təsirinə
dözümlü olmalı; günəş şüalarının uzunmüddətli təsiri zamanı öz keyfiyyətlərini itirməməlidirlər.
İMO-nun tövsiyələrinə (Qətnamə A.658 (16)) müvafiq olaraq və hər yerdə, harada ki, bu xilasetmə vasitələrinin aşkar
edilməsinə kömək edəcək, onlar yaxşı görünən (bir qayda olaraq, al qırmızı-narıncı) rəngdə olmalı və işıqqaytarıcı materiallarla
təchiz olunmalıdır. İşıqqaytarıcı materialların tətbiqi projektor istifadə edərkən xilasetmə vasitələrinin aşkarlanmasını
asanlaşdırır.
12


Dalğalıqda istifadə üçün təyin edilmiş vasitələr bu şəraitlərdə yaxşı fəaliyyət göstərməli, vasitəni bəyənmiş Administrasiyanın
adı daxil olmaqla bəyənmə, eləcə də istənilən istismar məhdudiyyətləri üzrə göstərişlər barədə dəqiq yazılmış məlumatlara
malik olmalı; zəruri olan yerlərdə, elektrik cərəyanı dövrəsinin qısa qapanması zamanı zədələnmələrdən və bədən
travmalarından mühafizə ilə təmin olunmalıdırlar.
Administrasiya xilasetmə vasitılırinin xidmət müddətini təyin etməlidir, hansılar ki, zaman ötdükcə öz keyfiyyətlərini
itirirlər. Bu cür xilasetmə vasitələri yararlılıq müddəti və ya onkarın əvəzlənmə tarixləri göstərilməklə markalanmay malik
olmalıdırlar. Xidmət müddətinin bitmə tarixi ilə daimi markalanmanın çəkilməsi bəyənilmə müddətini müəyyən etmək üçün
daha yaxşıdır. Xidmət müddətinin bitmə tarixi ilə markalanması olmayan elektrik batareyaları, onların hər il əvəzlənməsi
şərtilə, ikinci dəfəlik batareya (akkumulyatorlar) istifadə olunan halda - əgər onların elektrolitinin yararlığının yoxlanılması
imkanı nəzərdə tutulubsa, istifadə oluna bilərlər. Pirotexniki vasitələrin üzərinə məmulatın istehsalçısı tərəfindən, onların
yararlılıq tarixini göstərən silinməyən markalanma çəkilməlidir.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin