§16.1. nformasiya iqtisadiyyatı: mahiyyəti və
xüsusiyyətləri
nformasiya iqtisadiyyatına keçid (postindustrial cəmiyyətin
altsistemi kimi) təbiidir ki, “qəflətən” baş verməmişdir. nformasiya və
iqtisadiyyat (yaxud, cəmiyyət) anlayışlarının tarixinə nəzər salmaqla
prosesin daxili məntiqinin özəlliklərini anlamaq mümkündür. Əslində,
“informasiya” anlayışı bəşəriyyətin özü qədər qədimdir. nformasiya-
ictimai varlığın istənilən tarixi inkişaf prosesində ayrılmaz atribut
keyfiyyətində çıxış etmişdi. Başqa sözlə, bizim qəbul edib-
etməməyimizdən asılı olmayaraq sosial təşkilin ən qədim formları ilə
formalaşmaqda olan postindustrial sivilizasiya arasında genetik əlaqə
mövcuddur. Bizim məxsusi olaraq “əlaqə” sözünü işlətməkdə
məqsədimiz ümumdünya tarixi-iqtisadi prosesin vahidliyinin qəbul
edilməzliyini bir daha vurğulamaqdır.
Bu aspektdən N.Vedinin
201
“.... Hələ ki, iqtisadçılardan heç kim
primitiv icma ilə müasir sivilizasiyanın zirvəsi arasında varislik əlaqəsini
araşdırmağa cəhd göstərməmişdi” tipli deyimini “varsliyin” absolyuta
yüksəldilməsi cəhdi kimi qəbul etmək olar.
Aydındır ki, bəşəriyyət özünün uzun tarixi boyu gələcəkdə baş verə
biləcək (və baş verən ) transformasiyaların “genofondunu” yaratmışdır,
lakin yekun etibarilə baş verən transformasiyanı təbii-tarixi prosesin
məntiqi yekunu çərçivəsində şərh etməyə çalışmaq yalnışlıqdır. Əks-
təqdirdə, dünya iqtisadiyyatı həm bütövlükdə, həm də ayrı-ayrı ölkələr və
regionlar bölümündə mahiyyət və məzmunca homogen olardı:
-Tam fərqli məzmuna malik yaranışla – heterogenliklə üz-üzəyik;
- Müasir dünya iqtisadiyyatı ən yaxşı halda (yəni, ifrat optimist
nöqteyi-nəzərdən)
ifrat
müxtəlifliklərin
kontiniumu
kimi
mövcuddur;
- Ümumbəşəri tarixi-iqtisadi prosesdə kəmiyyət çoxalmaları
avtomatik olaraq keyfiyyət yenilənməsinə gətirib çıxarmır.
Kəmiyyətin
keyfiyyətə
keçidi
idarəolunan
proses
kimi
məqsədyönlü fəaliyyətin məntiqi nəticəsi formasında baş verir və s.
201
Ведин Н.В. Постиндустриальное общество: становление новой системы при-
своения// Проблемы современной экономики.- 2002.- N1.- C.63-65
Dünya iqtisadiyyatının tarixi
446
Bu sıranı xeyli uzatmaq da olar. Söhbət ondan gedir ki,
ümumbəşəri tarixi – iqtisadi prosesin “dayanacaqları” arasında “varislik”
dediyimiz şey ümumzaman axıcılığının mikrohissəciklərindən biri kimi -
yalnız biri kimi – təzahür edir və onun keyfiyyət yeniləşməsindəki rolunu
yalnız ən güclü mikroskop altında müşahidə etmək mümkündür...
Beləliklə, informasiya iqtisadiyyatının təşəkkülü proses olmaq
etibarilə universal xarakter daşımır və bu keyfiyyətə nə vaxtsa
yiyələnəcəyi hələ ki, naməlumdur. Bununla belə, inkişaf etmiş ölkələrin
sürətlə
informasiya
iqtisadiyyatına
keçidi
bütövlükdə
dünya
iqtisadiyyatında yeni iqtisadi düzənin formalaşmasına gətirib çıxarmışdı.
nformasiya iqtisadiyyatı - ənənəviçiliyin sonu, tamamilə yeni
mahiyyətdə, yeni məzmunda yaranışlar deməkdir.
nformasiya və elmi bilik strateji resursa çevrilirlər. nformasiyanın
istehsalı, emalı və yayılması sferasında çalışanların xüsusi çəkisi maddi
istehsal sferasında çalışanların xüsusi çəkisini üstələməyə başlayır. Hələ
1980-ci ildə bu 50:50 nisbəti kimi qərarlaşmışdı. nformasiya və elmi
biliklərin yayılması məhsuldar qüvvələrin ərazicə yerləşməsində
əhəmiyyətli dəyişikliklərə gətirib çıxarır. Məsələn, məlumdur ki, aqrar
iqtisadiyyatın hökmran olduğu (industrializmə qədərki dövr) dövrdə
şəhərlər ticarət yollarının kəsişdiyi ərazilərdə, industrial dövrdə xammal
və enerji mənbələrinin yaxınlığında yaranırdı. Postindustrial dövrdə isə
texnopolislər bir qayda olaraq elm mərkəzlərinin və iri tədqiqat
laboratoriyalarının (texnoloji vahə) ətrafında formalaşırlar. nkişaf etmiş
ölkələrdə “bilik sənayesinin” sürətli inkişafına paralel olaraq maddi
istehsalın sərhədlərinin “sıxılması” prosesi gedir.
nformasiya iqtisadiyyatının təzahür aspektləri çoxsaylıdır:
1.
stehsal sferası (informasiya istehsalı); başqa sözlə,
iqtisadi fəaliyyət növüdür;
2.
nformasiya – istehsalın amili, istənilən iqtisadi sistemin
fundamental resurslarından biridir;
3.
nformasiya - əmtəədir, yəni alqı-satqı obyektidir;
4.
nformasiya (bəzi hissəsi) – ictimai nemətdir, cəmiyyətin
əksər üzvləri tərəfindən istifadə olunur:
5.
nformasiya – bazar mexanizminin elementidir; Qiymət və
faydalılıqla birlikdə iqtisadi sistemin optimallığı və
tarazlığının müəyyənləşdirilməsinə təsir göstərir;
6.
nformasiya – rəqabət mübarizəsinin mühüm amillərindən
biridir;
Dünya iqtisadiyyatının tarixi
447
7.
nformasiya – ictimai rəyin formalaşması və qərarların
qəbulunda işgüzar və hökumət dairələrinin rezervi kimi
çıxış edir.
Xüsusi ilə qeyd edilməsi zəruri olan bir məqam ondan ibarətdir ki,
öz miqyası etibarilə milli xarakter daşıyan “istehsal” iqtisadiyyatından
(industrial iqtisadiyyat) fərqli olaraq, “xidmət” və “informasiya”
iqtisadiyyatı qlobal xarakter daşıyır. Başqa sözlə, informasiya
iqtisadiyyatının qərarlaşdığı məkan qloballaşmaya bilməz. Məhz bu
anlamda bir sıra tədqiqatçılar qloballaşmanı qaçılmazlıq terminləri ilə
ifadə edirlər.
Bir sıra tədqiqatçılar “informasiya cəmiyyətini” “inkişaf etmiş
postindustrial cəmiyyət” kimi xarakterizə edir və göstərirlər ki, yeni
iqtisadiyyat o ölkələrdə reallaşır ki, hansılarda postindustrial cəmiyyətə
keçid 1960-1970-ci illərdə baş vermişdi.
nformasiya
cəmiyyətinin
əsas
xarakteristikası
aşağıdakı
kriteriyalar vasitəsilə əks olunur:
1.
Texnoloji: əsas amil – informasiya texnologiyaıarı ictimai
həyatın əksər sferalarında tətbiq olunur.
2.
Sosial: informasiya həyat səviyyəsinin dəyişməsində mühüm
stimul kimi çıxış edir;
3.
qtisadi: informasiya resurs, xidmət, əmtəə, əlavə dəyərin və
məşğulluğun mənbəyi keyfiyyətində çıxış edir;
4.
Siyasi: azad informasiya əhalinin sosial təbəqələri arasında
konsensusa xidmət edir.
5.
Mədəni: ayrıca götürülmüş fərdin və bütövlükdə cəmiyyətin
mədəni tərəqqisinə yardım göstərir.
§16.2. Qlobal informasiya iqtisadiyyatı indeksi:
ölkə lə r bölümündə qiymə tlə ndirmə
nformasiya iqtisadiyyatına keçidin və ümumiyyətlə, yeni
iqtisadiyyatın qərarlaşması prosesinin qiymətləndirilməsində “qlobal
informasiya indeksi” adlanan metodikadan istifadə olunur
202
(şəkil16.1).
ndeksdən istifadə əsasında aparılan araşdırmalar göstərir ki, ABŞ
liderliyi öz əlində saxlamaqda davam edir. Hal-hazırda texnoloji
202
Отчет компании Metrcinet.com “The Global New Economy ndex: a Cyber-Atlas”,
2-nd edition, 2000.
Dünya iqtisadiyyatının tarixi
448
yeniliklər və bunun nəticəsində formalaşan yeni satış bazarları və
kanalları Amerika iqtisadiyyatının əsas artım mənbəyinə çevrilmişdir.
Ölkənin ÜDM-də elektron ticarətin payı 15%-ə yaxındır. Bununla
belə, yeni iqtisadiyyatın modeli kimi çıxış edən ABŞ-da hələ çox iş
görülməlidir.
Reytinqdə ikinci yer Yaponiyaya məxsusdur. ABŞ-dan əhəmiyyətli
dərəcədə geri qalsa da, texnoloji yeniliklərin tətbiqi sferasında əksər
ölkələrdən öndədir. Yapon iqtisadiyyatının qloballaşma dərəcəsi də
maksimum səviyyəyə çatmışdır.
Skandinaviya ölkələri ( slandiya, Norveç, Finlandiya və s.)
kifayətqədər
yüksək
səviyyəyə
malikdirlər.
Bu
ölkələr
telekommunikasiya sferasına qoyulan investisiyaların həcminə və
nternetə qoşulan kompyuterlərin sayına görə liderdilər. Hər iki göstərici
yeni iqtisadiyyatda müvəffəqiyyət qazanmağın əsas amilləri kimi çıxış
edirlər. Kontinental Avropa ölkələri (Almaniya, Fransa, sveçrə və
Avstriya) qeyd edilən yönümündə ya əvvəlki mövqeni saxlamış, ya da
daha da irəliyə getmişlər. Son dövrlərdə Almaniya və sveçrədə yüksək
iqtisadi artım nümayiş etdirilir. Fransada da iqtisadi artım yüksəkdir.
Böyük Britaniya reytinqinə görə 7-i yerdədir. Eyni vəziyyət Kanada da
müşahidə edilir.
Şə
kil 16.1. Qlobal informasiya iqtisadiyyatın indeksinin
kateqoriya və göstə ricilə r sistemi.
Qlobal informasiya iqtisadiyyatı indeksi
Kateqoriyalar
Yüksək ixtisas tələb edən iş
yerləri
qtisadiyyatın
qloballaşması
qtisadi dinamika və
rəqabət
nformasiya iqtisadiyyatına
transformasiya
Texnoloji yeniliyin tətbiqi
imkanları
G
Ö
S
T
Ə
R
C
L
Ə
R
- xtisaslı mühəndislər;
- KT mütəxəssisləri;
-Rəhbər işçilər;
-Ali məktəb tələbələri
-Əmtəə ixracı;
-Kommersiya xidmətləri ixracı;
-Birbaşa investisiyaların ixracı;
-Xaricdə əmlaka birbaşa kapital
qoyuluşu;
-Proteksionizm: idxalı aradan qaldırmaq
məqsədi güdən milli proteksionist
tədbirlərin səviyyəsi.
-Ümumi
məhsuldarlıq;
motivasiya;
proseslərin idarəolunması; Sahibkarlıq;
maliyyə sabitliyi; Vençur kapitalı
- nternetə çıxış; elektron ticarət;
telekommunikasiyaya investisiya
qoyuluşu; Kompyuterlərin sayı;
Kompyuterlərin gücü
-Verilən patentlərin sayı; Tədqiqatlara
çəkilən xərclərin ümumi həcmi;
Tədqiqatlarla məşğul olan insanların sayı
Asiya ölkələrində isə panorama kifayətqədər qarışıqdır. Bəzi
ölkələr (Tayvan, ndoneziya) əhəmiyyətli irəliləyişlər nümayiş etdirir,
digərləri (Filippin, Sinqapur) əksər göstəricilər üzrə geriləməkdədirlər.
Neqativ nəticələrin meydana çıxması əsasən iqtisadi islahatların
“davranışı” və siyasi mühitin adekvat olmaması ilə izah olunur.
Mərkəzi Avropanın əksər ölkələrinin, ələlxüsus Macarıstanın,
Polşanın və Rusiyanın reytinq göstəriciləri əhəmiyyətli dərəcədə aşağı
düşmüşdü.
Latın Amerikası ölkələri isə reytinq cədvəlində ən aşağı pillələri
tutmaqdadırlar. Bu ölkələrdə fundamental iqtisadi problemlərin
mövcudluğu yeni iqtisadiyyatın formalaşması yönümündə perspektiv
investisiya qoyuluşlarını mümkünsüzləşdirir.
nformasiya iqtisadiyyatının ümumdünya çapında qərarlaşması
problemi bu gün kifayətqədər aktuallaşmış problemlər sırasında ön
cərgədə dayanmaqdadır.
nkişafın qeyri-bərabərliyi və qlobal
assimetrikliklə yanaşı ayrı-ayrı ölkə hökumətlərinin informasiya
texnologiyaları sferasında həyata keçirdikləri yaxud keçirmədikləri
siyasət gözlənilməz nəticələrlə sonuclana bilər.
Belə ki, bəzi ölkələr qeyd edilən sferada aktiv fəaliyyət göstərməklə
informasiya texnologiyalarını inkişafın hərəkətverici qüvvəsinə çevirə,
aqrar, yaxud industrial iqtisadi sistemdən yeni – informasiya-
iqtisadiyyatına keçə bilərlər. Eyni zamanda, digər qrup ölkələr bu
prosesdə ləngiyə və nəticə etibarilə texnoloji planda dünya
iqtisadiyyatının əyalətinə çevrilərlər.
Qlobal informasiya iqtisadiyyatına keçidlə bağlı 45 ölkəni əhatə
edən araşdırmalar
203
göstərir ki, qlobal informasiya iqtisadiyyatında
iştirak etmək imkanları baxımından əhəmiyyətli fərqlər mövcuddur.
Bu qrupa daxil olan 23 ölkə qeyd edilən sferada əhəmiyyətli
nailiyyətlər əldə edə bilməsələr (yaxın 3 il ərzində), sonrakı dövrdə daha
ağır situasiya ilə rastlaşacaqlar.
Eyni zamanda, yeni keyfiyyət mərhələsinə keçidin qlobal xarakter
almadığı şəraitdə hər hansı bir ümumbəşəri səviyyəli effektdən
danışmağa belə dəyməz. Ayrı-ayrı ölkələrin informasiya iqtisadiyyatına
hazırlıq dərəcəsini müəyyənləşdirməkdən ötrü qarşılıqlı bağlılıqda olan 5
göstəricidən istifadə olunur:
203
Отчет компании McCounell nternational “Risk E-Business: Seizing the
Opportunity of Global E-Readiness, август, 2000г”
http://www.mcconellinternational.com
/ereadiness/ Ereadiness Report. htm
Dünya iqtisadiyyatının tarixi
451
1.
nternetə çıxış imkanları;
2.
nformasiya
iqtisadiyyatına
keçidin
məqsədyönlü
tənzimlənməsi;
3.
nformasiya təhlükəsizliyi;
4.
nsan kapitalı;
5.
Elektron kommersiyanın tətbiqi şəraiti.
Araşdırmalar göstərir ki, 42 ölkənin yalnız bir hissəsi
informasiyanın yaradılması və yayılması prosesində iştiraka imkan verən
infrastruktura malikdir.
25 ölkədə (3.6 mlrd. əhali) rabitə sisteminin əhəmiyyətli dərəcədə
modernləşdirilməsinə ehtiyac vardır. 17 ölkədə situasiya nisbətən yaxşı,
11 ölkədə isə daha yaxşı qiymətləndirilir.
Hal-hazırda simsiz internetdən istifadə edənlərin sayı hər ay 8 mln.
nəfər (əsasən inkişaf etməkdə olan ölkələrdə) artır.
nformasiya iqtisadiyyatına keçid idarəolunan prosesdir. Bu
anlamda dövlət-özəl sektor cütlüyünün birgə səyləri həlledici rol oynayır.
Bu aspektdən həlli vacib olan məsələlər sırasına aşağıdakılar aid edilir:
1.
Milli informasiya cəmiyyətinin dövlət prioritetləri sistemində
yeri;
2.
Dövlət xidmətlərinin avtomatlaşdırılması dərəcəsi;
3.
Dövlətlə özəl sektor arasında əməkdaşlıq səviyyəsi;
4.
nternetə çıxışın kütləviləşməsi sahəsində göstərilən səylərin
intensivlik dərəcəsi;
Tədqiqatlar göstərir ki, yalnız bir qrup ölkədə (əsasən inkişaf etmiş
ölkələrdə) qeyd olunan istiqamətdə əsaslı irəliləyişlərə nail olunmuşdu.
Azsaylı ölkələrdə prosesin intensivləşdirilməsi yönümündə sistemli
tədbirlər həyata keçirilir. Məsələn, Azərbaycanda “Elektron hökumət”
konsepsiyası kifayət qədər böyük sürətlə tətbiq olunmaqdadır.
Digər mühüm məsələ informasiya təhlükəsizliyi məsələsidir. Belə
ki:
1.
nformasiyanın yaradılması, saxlanması və yayılması
proseslərinin zəif mühafizəsi elektron biznesin həyata
keçirilməsində problemli situasiya yaradır;
2.
ntellektual mülkiyyətin zəif mühafizəsi proqram təminatı
üzrə milli sənayenin inkişafına əngəl törədir;
3.
Personal məlumatların lazımı səviyyədə mühafizə
olunmaması informasiya mübadiləsinə maneə yaradır;
Dünya iqtisadiyyatının tarixi
452
4.
Elektron imzaların qəbulundan imtina yaxud məlumatların
kodlaşdırılmasına qadağa qoyulması biznesin yeni
üsullarına olan etimada zərbə vurur və s.
Ümumiyyətlə, informasiya təhlükəsizliyinin əsas elementlərinə
aşağıdakılar aid edilir:
1.
ntellektual
mülkiyyətin,
ələlxüsus
proqram
təminatının hüquqi mühafizə dərəcəsi və bu sferadakı
tərəqqinin səviyyəsi;
2.
Elektron “quldurluğa” qarşı yönəldilən səylərin
intensivlik dərəcəsi;
3.
Hüquqi sistemin möhkəmliyi və effektivliyi;
Araşdırılan ölkələrin kiçik bir qismi istisna olmaqla, böyük
əksəriyyətində qeyd olunan problemlər hələ də öz aktuallığını
saxlamaqdadır.
Son 20 il ərzində istehsal resursları zəncirində (“insan resursları –
maddi resurslar – maliyyə resursları”) ayrı-ayrı halqaların strateji
əhəmiyyəti iqtisadi inkişafın məqsəd və vəzifələrindən asılı olaraq
dəyişikliyə məruz qalmışdı.
nformasiya iqtisadiyyatı şəraitində əmək məhsuldarlığının və
inkişafın başlıca mənbəyi kimi insan resursları çıxış edir.
Cə dvə l 16.1
Dünya ölkə lə rinin mə cmu kapitalında struktur
də yiş ikliklə ri (1913-1998) (%)
Kapitalın növü
1913
1950
1998
Fiziki kapital
nsan kapitalı
67-69
31-33
52-53
47-48
31-33
67-69
nsan kapitalına aşağıdakılar daxildir:
1.
Təhsil sisteminin keyfiyyət səviyyəsi;
2.
Yerli yaradıcılıq və cəmiyyətdaxili informasiya mübadiləsinin
inkişaf dərəcəsi;
3.
şçi qüvvəsinin ixtisas dərəcəsi və effektivliyi;
Dünya iqtisadiyyatının tarixi
453
Lider ölkələr bir qayda olaraq təhsil sferasına, ələlxüsus texnoloji
biliklərin aşılanması yönümündə böyük vəsait sərf edirlər. nsan
kapitalında tərəqqiyə nail olmanın digər yolu effektiv immiqrasiya
siyasətinin yeridilməsidir. Bu siyasət konkret ölkə miqyasında effektiv
hesab olunsa da, qlobal səviyyədə - nəticə etibarilə gözlənilən yekunla
sonuclanmır və s.
Qeyd edilən göstəricilər elektron kommersiyanın inkişafı üçün əsas
elementlər keyfiyyətində çıxış edirlər. Bununla yanaşı, göstərmək
lazımdır ki, elektron ticarət sadalananların “cəmindən” çoxdur. Bunun
üçün əlverişli siyasətlə yanaşı rəqabət mühitinin yaradılması da mühüm
əhəmiyyət kəsb edir. Ümumiyyətlə, elektron ticarətin qərarlaşması
prosesinin əsas tərkib ünsürləri kimi aşağıdakıları göstərmək olar:
1.
Rabitə və informasiya xidməti göstərənlər arasında real
məzmunlu rəqabətin mövcudluğu;
2.
Maliyyə sisteminin elektron əməliyyatları dəstəkləmək
qabiliyyətinin olması;
3.
nformasiya texnologiyaları sferasının xarici investorlar
üçün açıq olması;
4.
Siyasi və maliyyə sabitliyi, tənzimləmənin şəffaflığı,
dövlət xidmətlərinin açıqlığı və biznes sferasında ümumi
riskin dərəcəsi.
nkişaf etmiş ölkələrin əksəriyyəti rəqabətin yüksəlməsi və
imkanların genişləndirilməsi məqsədilə milli bazarlarının açıqlıq
dərəcəsini yüksəltməyə çalışırlar.
Bununla belə, hələ ki, daxili ziddiyyətlərdən tam şəkildə yaxa
qurtarmaq mümkün olmamışdır.
Hal-hazırda, elektron ticarətin inkişafı istiqamətində çoxsaylı
tədbirlər həyata keçirilməkdədir. “Elektron kommersiya üzrə qlobal
dialoq”, “Qlobal internet-layihə” və s. tipli layihələr tətbiq olunmaqdadır.
Hətta “böyük səkkizlər” (Böyük Britaniya, Almaniya, taliya, Kanada,
Rusiya, ABŞ, Fransa, Yaponiya) “ nformasiya imkanları üzrə xüsusi
komissiya” yaratmaq haqqında razılaşmaya gəlmişlər.
nformasiya iqtisadiyyatının qərarlaşmasında müstəsna rol oynayan
elektron ticarətin regional bölümdə tətbiqi sferasında əhəmiyyətli fərqlər
mövcuddur.
1.
Latın Amerikası (Argentina, Braziliya və s.) ölkələrində
elektron ticarətin inkişafı baxımından əlverişli imkanlar
mövcuddur.
Bununla
belə,
informasiyanın
təhlükəsizliyinin
təminatı
sistemində
qeyri-adekvat
Dünya iqtisadiyyatının tarixi
454
dəyişikliklər elektron ticarət üçün etibarlı baza yaratmağa
imkan vermir. Eyni zamanda, internetə çıxış ifrat aşağı
səviyyədədir və elektron ticarətə maliyyə vəsaitlərinin
qoyuluşunda problemlər mövcuddur.
2.
Asiya (Hindistan,Çin və s.) ölkələrinin əsas xüsusiyyəti
ondan ibarətdir ki, onların bir çoxu 1997-ci il böhranının
ağır nəticələrini aradan qaldırmaq istiqamətində elektron
ticarətdən bir vasitə kimi istifadə etməyə başlamışdılar.
Bununla bahəm, bu regionun informasiya iqtisadiyyatına
keçidinə əngəl törədən əsas məsələ informasiya
təhlükəsizliyinin
adekvat
şəkildə
təmin
oluna
bilməməsidir.
3.
Mərkəzi və Cənubi Avropa (Türkiyə, Rusiya, spaniya,
Macarıstan və s.) - informasiya iqtisdiyyatına ən yaxın
olan regionlardan biridir. Qeyd etmək lazımdır ki, bu
ölkələrdə də bir sıra problemlər hələ də öz həllini
tapmamışdır: adekvat hüquqi mühit: elektron ticarətin
aparılması üçün əlverişli şəraitin yaradılması və s.
4.
Yaxın Şərq və Afrika (Qana, Misir, Nigeriya və s.) -
informasiya iqtisadiyyatına keçid nöqteyi-nəzərindən ən
problematik situasiya məhz bu regionda formalaşmışdı.
Dostları ilə paylaş: |