§ 15.6. Qloballaşma prosesi: mahiyyəti, təsir dairəsi,
perspektivləri
Keyfiyyətcə yeni qlobal situasiyanın formalaşması inkişaf
trayektoriyasında əvvəlki dövrlərdən həm məzmun, həm də baş vermə
tezliyi ilə fərqlənən meyil və təmayüllərin meydana çıxmasına şərait
yaratmışdır.
XX əsrin sonu XXI əsrin əvvəllərində dünya iqtisadiyyatının
inkişafının əsas təmayülləri sırasına, bir qayda olaraq, aşağıdakılar aid
edilir:
1.
Təsərrüfat həyatının beynəlmiləlləşməsi prosesinin
intensivləşməsi; Dünya ölkələri arasında geniş təkrar
istehsal prosesinin bütün fazaları üzrə qovuşma və
qarşılıqlı çulğalaşmanın daha da sürətlənməsi;
2.
Liberal dəyərlərin ictimai həyatın bütün sferalarında, o
cümlədən
iqtisadiyyatda
qərarlaşması
prosesinin
sürətlənməsi;
3.
Kapitalın və istehsalın transmilliləşməsinin intensiv
xarakter alması; Transmilliləşmənin təkcə maddi istehsalı
deyil, həm də xidmət sferasını, o cümlədən maliyyə
sektorunu əhatə etməsi;
4.
Təsərrüfat həyatının təşkili qaydaları və prinsiplərinin
unifikasiyası, dünya təsərrüfat əlaqələri üzərində
dövlətlərarası tənzimləmə sisteminin yaradılması;
5.
Regional iqtisadi inteqrasiyanın, regional iqtisadi
blokların yaradılmasının “kütləvi” xarakter alması;
6.
Dünya
iqtisadiyyatının
qloballaşması;
Sadalanan
təmayüllərin kəmiyyət yekunlarını və yeni keyfiyyət
halını özündə ehtiva etməklə qloballaşma bəşər tarixində
analoqu olmayan fərqli qlobal situasiya formalaşmışdır.
“Qloballaşma” termini ilk dəfə T.Levittin 1983-cü ildə çapdan
çıxmış “Bazarların qloballaşması” adlı kitabında istifadə olunmuşdur.
T.Levitt “qloballaşmanı” sırf bazar fenomeni kimi, TMK-lara məxsus bir
sıra bazarların qovuşması anlamında işlətmişdir. Sonralar K.Ome özünün
“Sərhədsiz dünya” (1990) əsərində prosesin miqyas genişliyini, yalnız
bazarla bağlı olmadığını qeyd etmişdi:... Ayrı-ayrı ölkələrin iqtisadi
Dünya iqtisadiyyatının tarixi
431
mexanizmi mənasızlaşır, dünya müstəvisində güclü aktorlar kimi
“qlobal” firmalar çıxış etməyə başlayır.
198
Bu baxımdan 4 istiqaməti fərqləndirmək olar:
1.
Qloballaşma – iqtisadi inkişafın yüksək səviyyəyə
çıxmasıdır;
2.
Qloballaşma – mədəniyyətlərarası və geosiyasi
münasibətlərin xüsusi keyfiyyət halıdır.
3.
Qloballaşma – dövlət suverenliyi və milli-mədəni
inteqrasiya prinsiplərinə söykənən ənənəvi siyasi
qaydaların dağılması deməkdir.
4.
Qloballaşma – mədəniyyət və milli dəyərlər sisteminin
dağılması deməkdir (antiqlobalizm) və s.
Göründüyü kimi, qloballaşma prosesi çoxölçülü, çoxlaylı və
çoxaspektli sistemli yaranış kimi təzahür edir.
“Qloballaşma” anlayışına məqsədlər prizmasından yanaşmada
vahid mövqe hələ ki, ortalığa qoyulmamışdı. Təfsilata varmadan qeyd
edək ki, sözügedən anlayışın mahiyyətində dayanan əsas cəhət yaxud
sərhəd xətti iqtisadiyyatın beynəlmiləlləşməsinin keyfiyyətcə yeni qlobal
mərhələyə keçididir. Və, bu aspektdən də əsas ağırlıq mərkəzi kapitalın
transmilləşməsi – TMK-ın yaranması üzərinə düşür. Başqa sözlə,
transmilliləşmə - qloballaşmanın bir proses olmaq etibarilə ana xətti kimi
çıxış edir. YUNKTAD-ın illik hesabatında (2006-cı il) göstərilir ki,
dünyada 780 min xarici filiallar şəbəkəsi olan 78 min TMK- fəaliyyət
göstərir. Ən qabaqcıl 500 TMK dünya üzrə emal sənayesi məhsulları
ixracatının 1/3-nə, xammal üzrə dünya ticarətinin ¾-nə, yeni
texnologiyalarla ticarətin isə 4/5-nə nəzarət edirlər.
199
Bank-maliyyə
sistemi, demək olar ki, bütövlükdə TMK-ın nəzarətindədir.
Qloballaşma ideyasının populyarlaşmasını şərtləndirən əsas
səbəblər sırasına aşağıdakıları aid etmək olar:
1.
Elmi-informasiya inqilabı və onun nəticəsində qlobal iqtisadi
məkanda baş verən keyfiyyət dəyişiklikləri;
2.
Dünya sosializm sisteminin süqutu; Sosialist təsərrüfat tipinin
bazar iqtisadiyyatı ilə əvəzlənməsi;
3.
Neoliberal dəyərlər sisteminin birmənalı olaraq prioritet
mövqelərə keçidi.
198
Антипов Н.П. Экономическая интеграция в мировой экономике и транснацио-
нальные корпорации// Междунар. Публичное и частное право.- 2001.- N2, c.32-34.
199
Паньков В.С. Мировая экономика на пути к 2015 году// Экономика XXI века.
2002. -N8.
Dünya iqtisadiyyatının tarixi
432
Ümumplanetar miqyasda qloballaşma prosesinin ilkin müqəddəm
şərtlərini bir neçə istiqamətdə qruplaşdırmaq mümkündür:
I.
stehsal, elmi-texniki və texnoloji:
- stehsalın miqyasının kəskin şəkildə artımı;
- stehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara
keçid;
- Əmtəə, xidmət və kapitalın miqrasiyası yolunda maneələri aradan
qaldırmağa imkan verən yeni texnologiyaların sürətlə yayılması;
- Rabitə və nəqliyyat-kommunikasiya vasitələrinin yeni nəslinin
meydana çıxması;
Bütün bunlar yekun etibarilə milli bazarların qlobal inteqrasiyası
prosesini əhəmiyyətli dərəcədə asanlaşdırır.
II.
Təş kilati:
- Təsərrüfat-istehsal fəaliyyətinin təşkilinin beynəlxalq formalarının
(TMK) yaranması;
- Qeyri-hökumət təşkilatlarının qlobal səviyyəyə çıxışı;
- Beynəlxalq təşkilatların (BMT, BVF, DB, DTT və s.) qlobal
müstəvidə aktiv rolu, dünya iqtisadiyyatının aktorlarına
çevrilmələri.
III.
qtisadi:
- Əmtəə, xidmət, kapital və s. bazarlarda, ticarət sferasında liberal
dəyərlərin qərarlaşması; Əgər 1947-ci ildə idxal tariflərinin orta
dərəcəsi 50-60% təşkil edirdisə, 1990-cı ildə bu göstərici 9.6%-ə
qədər aşağı düşmüşdür. DTT (Dünya Ticarət Təşkilatı) qeyd edilən
dərəcənin 3%-ə qədər azaldılmasına çalışır.
200
- Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş
yüksəlişi;
- Törəmə maliyyə alətlərinin (derivativlər) partlayış şəklində artımı,
valyuta əməliyyatlarının həyata keçirilmə müddətinin kəskin
azalması;
- Beynəlxalq iqtisadi təşkilatlar tərəfindən makroiqtisadi siyasət
kriteriyalarının, o cümlədən vergi, regional, aqrar, antiinhisar,
məşğulluq siyasəti, ticarət və s. sferalarda unifikasiyanın
aparılması;
- Standartlaşdırma və unifikasiya təmayüllərinin güclənməsi;
IV.
nformasiya:
200
Экономическая энциклопедия/ Гл.ред. Л.И. Абалкин- М; ОАО «Экономика»,
1999.- С. 243.
Dünya iqtisadiyyatının tarixi
433
- şgüzar münasibətlərin, istehsal, elmi-texniki, iqtisadi, maliyyə
informasiyalarının mübadiləsi prosesində istifadə edilən rabitə
vasitələrinin radikal şəkildə dəyişməsi;
- Maliyyə və əmtəə bazarlarının birləşməsini təmin edən qlobal
şəbəkənin (informasiyaların alınması, emalı və ötürülməsinin yeni
sistemi) yaranması;
V.
Siyasi:
- Dövlət nəzarətinin zəifləməsi, əmtəə, xidmət, kapital və insanların
ölkələrarası miqrasiyasının sərbəstləşdirilməsi;
- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin
süqutu;
VI.
Sosiomə də ni:
- Milli dəyərlər sisteminin həm mövcudluq, həm də təsir imkanları
baxımından zəifləməsi;
- Liberal dəyərlərin qlobal miqyaslı qərarlaşması prosesinin
başlanması;
- Eyniyyət, “eynicinslilik”, identifikasiya proseslərinin (sosial-
mədəni sferada) güclənməsi və s.
Qloballaşma – bütün parametrlər üzrə bəşəriyyətin qarşılıqlı
əlaqələrini daha da gücləndirən proses kimi iki onillik ərzində tsiklik
xarakter daşıdığını ortalığa qoydu. Prosesin tsiklik xarakterindən
yanaşdıqda qloballaşmanın 1980-ci illərdə yüksəlişdə olduğunu, 1990-cı
illərdə intensivliyin əhəmiyyətli dərəcədə zəiflədiyini görməmək
mümkünsüzdür. Yenə həmin məntiqlə davam etsək, onda belə alınır ki,
qloballaşmanın tsiklik gedişi XXI əsrin 20-ci illərində başa çatmalıdır.
Bəzi elmi dairələrdə hətta postqloballaşmadan danışılmağa başlanmışdır.
Bəri başdan qeyd edək ki, qloballaşma başa çatırmı? Sualının heç
bir elmi əsası yoxdur. Bu qəbildən olan yanaşmalar prosesə birtərəfli,
“birölçülü” baxışlardan qaynaqlanır ki, bu da “trend” yanaşmasının növ
müxtəlifliyindən başqa bir şey deyildir.
Eyni zamanda, qloballaşma ilə bağlı 1990-cı illərdən başlayaraq
müxtəlif istiqamətli, ziddiyyətli, bir-birini inkar edən çoxsaylı deyimlər
yer almaqdadır (şəkil 15.4).
Dünya iqtisadiyyatının tarixi
434
Şə
kil 15.4. Qloballaşma dixotomiyası
Eyni zamanda, qloballaşma prosesinin müasir cəmiyyətin
mövcudluq şəraitinə və inkişaf təmayüllərinə təsiri də homogen xarakter
daşımır (şəkil 15.5).
Qloballaşma prosesi
Hakim
mövqe(meinstrim)
Müxalif mövqe
(Antiqlobalizm)
- Labüddür,
qaçılmazdır;
- Universaldır: ictimai
həyatın bütün
sferalarında olan
fərqləri aradan
qaldırır;
-Qərbləşmə ilə
eyniyyətdədir;
- Bir istiqamətlidir,
alternativsizdir;
-Qeyri-bərabərliyi
aradan qaldırır;
- Dövlətin sonudur
- Labüd deyil;
- Alternativi var; milli
identiklik.
- Qeyri-bərabərliyi
daha da dərinləşdirir;
- Kütləvi şəkildə
ədalətsizlik doğurur;
- Dünya
korporasiyaların
“əsarətinə” düşür.
Şə
kil 15.5. Qloballaşma prosesinin müasir cəmiyyətə təsiri
Kütləvi
psixolo-
giya
Sosial nor-
malar və
dəyərlər
ctimai
şüur
Sosial
informasiya
və kommu-
nikasiya
Maddi-
enerji
Funk-
sional
–təş-
kilati
nforma
siya
Təbii və
sosial
ümumi-
lik
Siyasi
qti-
sadi
-Ömürün uzanması; Bir
çox xəstəliklərin müalicəsi;
-Yeni texnologiyalar;
xammaldan asılılığın
azalması və s.
Beynəlxalq münasibətlər
sisteminin
“dövlətsizləşdirilməsi”;
- TMK-ın güclənməsi;
iqtisadiyyatın beynəl-
miləlləşdirilməsi; Həyat
şəraitinin ixşilaşması
Bütün əhalinin informasiya
texnologiyalarına çıxışı
Virtual məkanda
mədəniyyətlərin aktiv
qarşılıqlı təsiri
nsanın informasiya
təfəkkürünün inkişafı
Kosmopolitizm, insanlar-
arası anlaşmanın yaxşılaş-
ması
Qərb mənafeləri
çərçivəsində dünyanın
inteqrasiyası
-Ölkələrarası bəra-
bərsizliyin dərinləşməsi,
sosial təbəqələşmənin
güclənməsi və s.
- nformasiyanın
etibarsızlığı, qlobal
elitanın mənafelərinə
uyğun insan şuürunun
dəyişdirilməsi cəhdi və s.
Postmodernizm; isteh-
lakçılıq; milli dəyər
sisteminin ləğvi
Nəzəri yanaşmanın
informasiya axtarışı ilə
əvəzlənməsi.
Standartlaşma; mədəni
müxtəlifliyin eyniyyətlə
əvəzlənməsi.
Təbii, ekoloji və texnogen
fəlakətlər
Səviyyələr
Sosiu-
mun
struktur
u
Qloballaşma
prosesinin
bipolyar
aspektləri
Alt sistemlər
Təsirin yönümü
Müsbət Mənfi
Qloballaşma prosesi
qtisadi qloballaşma təkcə dünya bazarında aktorların tərkibini
deyil, həmçinin qlobal iqtisadi məkanın institusional “simasını” dəyişir.
Ayrı-ayrı milli iqtisadiyyatlar (dövlətlər) ifrat müxtəlifliyi ilə fərqlənən
subyektlərlə (TMK, inteqrasiya blokları və s.) əvəz olunur.
qtisadi planda qloballaşma ayrı-ayrı region və ölkələri
yaxınlaşdırmır, onları sadəcə olaraq “sıraya düzür” (subordinasiya).
Sırf Qərb hadisəsi olmaqla qloballaşma Avropanın inkişaf tarixinin
daxili məntiqi ilə bağlılıqdadır. Avropanın tarixindən təsərrüfat
proseslərinin əsas amilləri dövrü olaraq dəyişməyə məruz qaldığı
məlumdur: antik dövrün hərbi gücü orta əsrlərdə torpaq üzərində
inhisarla əvəzlənmiş, sonralar isə həlledici rol kapitala məxsus olmuşdu.
Bütün tarix boyu cəmiyyətin “kritik resurs”u (nadir, əsas resurs),
istehsalın həlledici resursu üzərində nəzarət sosial təşkil və
təbəqələşmənin əsası kimi çıxış etmişdi.
Qərbin biliklər iqtisadiyyatına keçidi əslində, öz başlanğıcını XX
əsrin əvvəllərindən götürür:
1.
Bilik – alınan informasiyanın emalı və yenisini istehsal etmək
qabiliyyəti istehsalın başlıca resursuna çevrilir;
2. nformasiya və unikal məhsul istehsalı ənənəvi nemətlər istehsalından
kardinal şəkildə fərqlənir! Bu istehsal:
- Yüksək bilik səviyyəsini;
- stehsal prosesində işçi qüvvəsinin təkmilləşdirilməsini tələb edir.
nformasiya səviyyəsində qloballaşma prosesi “mütləq” müstəqillik
əldə etməklə xüsusi rol oynayır. Eynilə də, məhz informasiya səviyyəsi
müasir cəmiyyətin, bütövlükdə qloballaşma prosesinin inkişafının başası
kimi çıxış etməyə başlamışdır.
Elm və informasiya tutumlu məhsullar kapital yığımına müsbət
təsir göstərən amil kimi çıxış edir. Eyni zamanda, xüsusi diqqət çəkən
məsələ ondan ibarətdir ki, informasiya məhsulu “dəfələrlə” satıla bilər
(sahibkarın mülkiyyətində qalmaqla).
Bütün bunlar açıq-aydın şəkildə göstərir ki, ənənəvi istehsal
amillərinin səfərbərliyi əsasında inkişaf prosesini sürətləndirmə və Qərbə
“çatma” istəyi bəri başdan müvəffəqiyyətsizliyə düçar olacaqdır.
Qlobal səviyyədə “yeni bərabərsizlik” yeni iqtisadiyyatın
doğurduğu fenomendir.
Qloballaşma – ayrı-ayrı ölkələrin əyalət statusunu daha da
möhkəmləndirir.
Bəşər tarixində mövcud olmuş əksər imperiyaların, o cümlədən
SSR -nin dağılmasında mərkəzlə əyalət arasında münasibətlərin
Dünya iqtisadiyyatının tarixi
437
optimallaşdırıla bilməməsi dayanırdı. Məhz bu anlamda müasir
qloballaşma prosesini sxematik olaraq aşağıdakı “təmərgüzləşmə”
dairələrinə bölmək olar:
1.
Qərbi Avropa, ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiya;
2.
Avropa təsirinin güclü olduğu “dairə”: Rusiya, Latın Amerikası,
bir sıra Yaxın Şərq ölkələri, srail, Azərbaycan;
3.
Keçmiş müstəmləkələr, Avropa dəyərlərinin müəyyən səviyyədə
qərarlaşdığı “dairə”: Hindistan, Şimali Afrika,CAR, bir sıra Asiya
ölkələri;
4.
Qərb həyat tərzini aktiv şəkildə mənimsəyən “dairə”: Yaponiya,
Koreya, Sinqapur, Malaziya və s.
5.
Prosesdən “kənarda” qalan “dairə”: Afrika ölkələri, ələlxüsus
(Böyük Səhra) Saxaradan cənubda yerləşən ölkələr.
Göründüyü kimi, qloballaşma prosesinin sürəti ilə avropa dəyərlər
sisteminin yayılması tezliyi arasında funksional bağlılıq mövcuddur.
Hətta,
sonrakı
dövrlərdə
belə
qloballaşma
prosesinin
intensivləşdirilməsi tarixi optimizm üçün real əsas vermir. Dünyanın
“vahidləşəcəyi” ideyası elə ideya olaraq da qalacaqdır.
Elə bir universum tapmaq mümkün deyildir ki, ayrı-ayrı xalqların
milli spesifikliyinə tam şəkildə ekvivalent olsun və onların hamısını
məcmu şəkildə əvəz edə bilsin!
Başqa sözlə, bəşəriyyətin “vahidliyi” prinsipi heç bir halda
substansiya keyfiyyətində çıxış edə bilməz. Söhbət eynilik və
vahidlikdən yox, yalnız diferensial bütövlükdən gedə bilər.
Məlumdur ki, bu xassələr yalnız mahiyyətcə vahid olan obyektə
xasdır. Şübhəsiz olan bundan ibarətdir ki, eyni bir mexanizmin aramsız
modifikasiyası əsaslı təftişə möhtacdır, ancaq bu hal nə vaxtsa
“vahidləşmə” ilə yekunlaşmayacaqdır.
Beləliklə,
ifrat
universalizmin
yalançı
mütləqləşdirilməsi
müstəqillik prinsipinin dayaqlarını sarsıtmaqla ayrı-ayrı millətlərin
sosiomədəni
determinizminə
deyil,
anarxiyaya,
mexaniki
ümumiləşdirməyə və sonuc olaraq, qlobal iqtisadi artımın ləngidilməsinə
gətirib çıxarır.
§ 15.6.1. Qlobal ədalət müstəvisində “qloballaşma” kabusu
Elmi fikirdə bu gün müşahidə edilən ən təhlükəli meyil
gözlənilənin, yaxud ola biləcəyi ehtimal edilənin reallıq kimi qələmə
Dünya iqtisadiyyatının tarixi
438
verilməsidir. Hipotetik qiymətləndirmənin gerçəkliklə (perspektiv
anlamda) bağlılığı yalnız və yalnız ehtimal xarakterli ola bilər.
Qloballaşma prosesi başlayandan etibarən dünyanın “ümmun
sistemi” çox təhlükəli meyillərin birbaşa təsiri altına düşmüşdür.
Beynəlxalq təhlükəsizlik, həm bütövlük keyfiyyətinə malik qlobal sistem
olmaq etibarilə, həm də ayrı-ayrı regionlar və ölkələr bölümündə ifrat
dərəcədə mürəkkəb məzmunlu problemli situasiya ilə üz-üzədir.
Problemin fəlsəfi ideallaşdırılması və bu prizmadan çıxış yollarına baxış
birmənalı olaraq “realist məktəbin” (D.Qobson, K.Klauzevitsa,
Q.Morqentau, Q.Kissincer) öz mahiyyəti etibarilə artıq kifayət qədər
“tüklənmiş” Pareto-optimumundan elə də fərqlənməyən konseptual
yanaşmasına gətirib çıxarır. Sabit qaydaların, sabit dünya nizamının
mövcudluğu mütləq təhlükəsizliyin qarantı kimi çıxış etmək keyfiyyətinə
malik deyildir. “Realist məktəbin” məntiqindən çıxış etsək, onda belə
məlum olur ki, bir ölkənin “mütləq təhlükəsizliyi”, digər bir ölkənin
yaxud ölkələr qrupunun nisbi təhlükələrə məruz qalması şəraitində
reallığa çevrilə bilər. Başqa sözlə, qlobal miqyasda ölkələrarası qarşılıqlı
asılılığın assimmetrikliyi adi gözlə müşahidə olunmaqdadır. Qlobal
assimmetriklik → nəyin paylanması yaxud bölüşdürülməsindən asılı
olmayaraq, kütləvi şəkildə ədalətsizlik doğurur. Ədalətsizliyin qlobal
miqyaslı təzahür formaları, dünya nizamının quruluş prinsiplərinin
yalnışlığı ucbatından təbiilik xassəsinə malik empirik nəticələr kimi
ortalığa çıxır.
Qlobal assimmetrlik → gerçək məzmunlu qlobal “bütövləşmənin”
və deməli, “qlobal metasistem” deyilən funksional (bəzilərinə görə
determinləşmiş) yaranışın reallığa çevrilməsini əngəlləyən başlıca
amildir. “Müxtəlifliklərin kontiniumu” gerçəkdirmi? sualına adekvat
cavab axtarışı sonsuzluğuna qədər uzana bilər. Qlobal assimmetriklik →
insan cəmiyyətinin insan kimi yaşayan cəmiyyət halına gətirilməsini
mümkünsüz etməklə hər cür fitnə-fəsadın (müharibələr, konfliktlər və s.)
ideal mənbəyi kimi çıxış edir. Bu gün bəşəriyyətin tən yarısının – 3.5
mlrd. insanın insan kimi yaşamaq imkanının yoxluğu və bu sferada hər
hansı real məzmunlu bir irəliləyişin olmaması assimmetrikliyin – onun
ədalətsizlik komponentinin doğurduğu acı gerçəklikdir.
Digər tərəfdən, ayrı-ayrı ölkələr qloballaşma prosesinin əhatə
dairəsində olmaqla müəyyən yanaşma tərzi ortalığa qoymaq
məcburiyyətindədirlər.
Qlobal situasiyaya (bəlkə “oyun qaydalarına”) uyğunlaşma
zəruriliyi “kiçik ölkələr” üçün (məsələn, Azərbaycan) həyati əhəmiyyət
Dünya iqtisadiyyatının tarixi
439
daşıyır. Münasibətlər sisteminin kökündə dayanan ziddiyyətli yaranış –
“sərhəd” tanımayan real məzmunlu bazar funksional fəaliyyətin prioritet
sahələrini yaxud məcburi gediş kimi digər sferaları geoiqtisadi məkana
çıxarır və mexaniki olaraq artıq formalaşmış qlobal “oyun qaydalarının”
nəzarətinə keçir. Əgər, göstərilən aspektdə uyğunsuzluq yaranarsa yaxud
mövcuddursa, onda prosesin əks-istiqamətli gedişi labüdləşir və nəinki
labüdləşir, həmçinin mənfi işarəli effektlə “yüklənərək” ölkədaxili
iqtisadi nizama dağıdıcı təsir göstərir. Problemin məntiqi strukturu
“uyğunsuzluq” istilahının nizamlı prosesə çevrilməsinin, yəni fərq →
ziddiyyət → əkslik → mübarizə oxu üzrə getdikcə artan şiddətlilik
dərəcəsinin “hərəkətə” keçməsinin qarşının alınması zəruriliyini təbii
şəkildə aktuallaşmış problem kimi ortalığa çıxarır. Ənənəvi metodika
uyğunsuzluğun “fərqə” çevrildiyi anı birmənalı olaraq problem kimi
qəbul edir. Yəni problemyaradan proses elə ilkin mərhələdə,
uyğunsuzluq → fərq çevrilməsində təzahür etməklə özünün bitkin
formasını alır. Şiddətlənmə dərəcəsinin maksimumu – mübarizə
mərhələsinə çatma ilə ilkin mərhələ arasında elə bir mahiyyət fərqi
yoxdur. Yalnız, bu halda yəni uyğunsuzluğun maksimumu halında
itkilərin (bəzi hallarda qarşılıqlı itkilər) həcmi artır, dağıdıcı effekt
doğuran hadisələr baş verir. Başqa sözlə, ilkin və son hədd arasında
(iqtisadi sistemə təsiri nöqteyi-nəzərindən) meydana çıxan mənfi effekt
yalnız kəmiyyətcə fərqlənir. Bütövlükdə, sistemə təsirin keyfiyyət ölçüsü
hər iki halda eyniyüklüdür və ölkədaxili iqtisadi proseslərin nizamlı
gedişində müəyyən əngəllər törədirlər.
lk baxışdan iqtisadi prosesin müəyyən mərhələsində meydana
çıxan, başqa sözlə geoiqtisadi məkanla bağlı olan və təbiəti etibarilə
institutsional mahiyyət daşıyan problemin məhz “təbiiliyi” nəzər-diqqəti
cəlb edir. Digər ifadə ilə, söhbət həmin “təbiiliyin” metodoloji anlamda
elmin mental-dəyər səviyyəsində dərkinin problematikliyindən gedir.
Həqiqətən də, iqtisadi münasibətlər sisteminin qaynaqlandığı dəyər-
konseptlərin mahiyyətinə daxil edilmədən yalnız xarici kəsimdə
aktuallaşan uyğunsuzluq qondarmadır, yalançı aktuallaşmadan başqa bir
şey deyildir. Milli → qlobal qarşılaşmada birincidən ikinciyə keçid,
yaxud birincinin ikinciyə “qovuşması” prosesində uyğunsuzluq meydana
çıxırsa, onda həmin məntiqlə davam etsək, belə alınır ki, “qloballaşma”
dediyimiz
şey
özü
qondarmadır,
milli
yaxud
millilərdən
qaynaqlanmayan, millilərə mahiyyət və məzmunca yabancı olan elə
kriteriya və prinsiplərə söykənərək formalaşır ki, onu təbii-tarixi prosesin
məcburi gedişi kimi səciyyələndirmək olmaz.
Dünya iqtisadiyyatının tarixi
440
Qlobal səviyyədə qarşılıqlı asılılığın assimmetrikliyi müxtəlif
ölkələrin planetar “oyun qaydalarına” uyğunlaşmalarının müxtəlif
sürətliliyindənmi doğub?
Doğurdanmı, ölkənin institusional açıqlıq dərəcəsinin qloballaşan
dünyada qərarlaşmış analoji halla fərqliliyi, yaxud hər iki istiqamətdə
prosesin məna tutumunun üst-üstə düşməməsi qlobal assimmetrikliyin
əsas səbəbidir? Qloballaşma → lokallaşma dixatomiyasını ziddiyyətli
vahidlik adlandırmaq olarmı?
Haşiyəyə çıxaraq qeyd edək ki, gerçək elmi əsaslandırma olmadan
yalnız müşahidə əsasında (yəni, idrak prosesi bir proses olmaq etibarilə
yekunlaşmadan) hər hansı bir ölkədə cəmiyyətin idarəedilməsinin qlobal
səviyyəli idarəetmə ilə qırılmaz bağlılığının mövcudluğunu iddia etmək
ən azı elmi sadəlövhlük təsiri bağışlayır. Belə bir iddiada bulunanlar
tərəflər arası mahiyyətcə bir istiqamətli xarakter daşıyan bağlılğı
əsaslandırmaq üçün yazırlar ki: əvvəla, qloballaşma ayrı-ayrı ölkələr və
sosiumlararası asılılığı, eləcə də beynəlxalq əlaqələri bütün sferalar
(iqtisadi, informasiya, siyasi, ekoloji və s.) üzrə kəskin şəkildə
gücləndirmişdir. Bu deyimdə əsas məsələ sosiumlar arası bağlılığın real
elmi fakt kimi səciyyələndirilməsidir.
Ayrı-ayrı epizodik hallar istisna olmaqla əslində belə bir şey
yoxdur. Məlumdur ki, sosiumlararası “ortaq məxrəcin” tapılması öz
mahiyyəti etibarilə qlobal vahidləşmə arzusunda olanların mərkəzi
problemdir və onun hətta uzaq perspektivdə belə reallaşacağı inamı
mirajdır, xəyala qapılmadır və hər nədirsə, gerçək olanla heç bir əlaqəsi
yoxdur. kincisi, həm ayrı-ayrı ölkələr həm də qlobal səviyyədə
cəmiyyətin təşkilində baş verən dəyişikliklərin obyektiv təmayüllərinin
ümumiliyi mövcuddur və bu özünü, opponentlərin fikrincə, qloballaşma
→ lokallaşma dixatomiyasının meydana çıxmasında göstərir.
Yenə də yalançı aktuallaşma ilə üz-üzəyik! Belə ki, əvvəla,
təmayüllərin obyektivliyi nə deməkdir – anlaşılmır! Hansı kriteirya
yaxud ölçü vahidindən istifadə etməklə bu qənaətə gəlinib? Əgər təmayül
– inkişaf qanunauyğunluğu deyilən şeyin dar çərçivədə təzahür
formalarından yaxud o formaların “formalaşmasında” iştirak edən
elementlərdən
biridirsə,
onda
onun
“subyektiv”
olmaqlığı
mümkünsüzdür. Yəni, təmayül varsa, o yalnız obyektiv olaraq mövcud
olur və buna görə də, obyektiv təmayül ifadəsi “su yaşdır” ifadəsi kimi
adi tavtalogiyadır. kincisi, qlokallaşma, yəni qloballaşma → lokallaşma
dixatomiyasının, ələlxüsus lokallaşma ilə bağlı prosesin planetar xarakter
kəsb etdiyini sübuta yetirə biləcək heç bir elmi fakt yoxdur. Əgər, söhbət
Dünya iqtisadiyyatının tarixi
441
nəyin bahasına olursa-olsun “ümummilli” termini ilə ehtiva edilən hər
şeyin ictimai şüurdan silinməsindən, sırf maddi məzmun daşıyan, başqa
sözlə ictimai rifahın yalnız və yalnız maddiyyat ölçüsünün ön plana
çıxarılmasından, neoliberal “rasionalizmin” yeganə və mütləq dəyər kimi
qlobal səviyyədə qəbul edilməsindən gedirsə, onda elə belə də yanaşmaq,
məhz mahiyyət üzrə əsas müddəaları ortalığa qoymaq daha düzgün və
ədalətli olardı. Çox qəribədir ki, problemə yuxarıda təsvir etdiyimiz
tərzdə yanaşma, sanki vahid mərkəzdən idarəolunan proses kimi kifayət
qədər geniş yayılmış və əksər tədqiqatlarda həqiqət kimi qəbul edilir.
Arzuedilənin gerçəklik kimi ortalığa qoyulmasında neoliberalistlərin əsas
hədəflərindən biri – milli dəyərlər sistemini həm lokal, həm də qlobal
səviyyələrdə “kütləvi” hücuma məruz qoymaq, onun mahiyyətini
(modernləşmə bayrağı altında) kardinal şəkildə dəyişmək və neoliberal
dəyərlərlə “silahlanmış” individiumu beynəlxalq və milli müstəvidə əsas
aktora çevirmək niyyəti güdülür.
Aydındır ki, bu halda super iqtisadi gücə malik olan ölkənin (ABŞ-
ın) dövlət maraqlarının tam şəkildə təminatı yolundaki bütün maneələr
aradan qalxacaqdır.
Ümumiyyətlə, problemin bu aspektdə qoyuluşunun özü
problematikdir. Belə çıxır ki, problemin mahiyyəti yaxud adının
təsvirində yalnış aktuallaşma aparılır. Problemin qoyuluşunun
problematikliyi hansısa prizmadan elm ətrafı dairədə “elmi” qoyuluş
kimi qəbul edilə bilər. Amma, real elmi-metodoloji yanaşma çərçivəsində
ən yaxşı halda iki problem arası “söz oyunu” keyfiyyətindən o yana
çıxmır.
Həqiqətən də, ilkin şərtlərin problem xarakterli olması, məzmunca
problemin dərkedilməzliyi anlamına gəlir ki, bu halda vəziyyətdən çıxış
yolu kimi hər hansı bir cəhətin yaxud formalaşmaqda olan situasiyanın
hər hansı bir konkret münasibətlər məcmusunun ideallaşdırılması belə
“yalançı” ideallaşma olacaqdır. Bu deyilənlər məsələyə yanaşmanın
metodoloji yozumudur. O ki, qaldı məsələnin real məzmununa, bu
sferada tam anlaşılmazlıq hökm sürür. Axı, məlumdur ki, qlobal
səviyyədə qlobal sosiumun idarəedilməsi problemi deyilən bir problem
yoxdur yaxud bugün, eləcə də yaxın gələcəkdə gündəmə daxil ediləcəyi
gözlənilmir.
Eyni zamanda, məlumdur ki, “dünya hökuməti” adlı hansısa
fövqəlmilli qurum da yoxdur. Və, qlobal sosiumun idarəolunması ilə,
təkrar edirəm, idarəolunması ilə heç bir beynəlxalq struktur məşğul
olmur. Mövcud beynəlxalq təşkilatların bir qismi planetar səviyyədə
Dünya iqtisadiyyatının tarixi
442
sosiumla bağlı bəzi problemlərin müzakirəsini (müzakirədən o yana
keçmir) aparırlar və əgər qismət olursa, bəzi hallarda müəyyən qərarlar
da ortalığa qoyurlar. Amma, beynəlxalq təşkilatların qərarları bir qayda
olaraq, tövsiyə xarakterli olur, yəni heç bir hüquqi yük daşımır.
Qətiyyən unudulmamalıdır ki, nəyin və necə baş verməsindən asılı
olmayaraq, sosium həmişə milli xarakter daşıyır və bu xassə onun
substansiyası kimi çıxış edir. “Abstrakt sosium” xalis təxəyyül məhsulu
olmaqla heç bir halda reallığa çevrilə bilməz. Sosium daxili baş verən və
onun monolitliyini (bunsuz inkişaf yoxdur) formalaşdıran proses sosial-
həmrəylik → sosial əməkdaşlıq → milli identiklik oxu üzrə getməklə heç
bir tarixi dönəmdə alayı məzmun daşımamışdır və bu əslində heç
mümkün də deyildir.
Əslində nə baş verir? Neoliberal məzmunlu qloballaşma həm
planetar, həm regional, həm də milli səviyyələrdə cəmiyyətin
idarəedilməsi sferasında mövcud olan və yeni yaranan problemləri ifrat
dərəcədə kəskinləşdirməkdədir.
Fərd-fərd, fərd-cəmiyyət, cəmiyyət-dövlət və nıəhayət fərd-dövlət
münasibətlərində az və ya çox dərəcədə problemli situasiyalar meydana
çıxmış və bu proses getdikcə dərinləşməkdədir.
Eyni zamanda, qeyd edilməlidir ki, semantik yanaşmanın daxili
məntiqinə söykənməklə gəlinən nəticənin həqiqiliyi müəyyən şübhələrlə
qəbul edilə bilər. Belə ki, əvvəla, problemə yanaşmanın metodoloji
bazası
müəyyən
suallar
doğurur.
Praqmatik
həqiqətin
müəyyənləşdirilməsində semantik yanaşmadan istifadə nə dərəcədə
doğrudur? Həqiqətin aşkarlanması və əsaslandırılması kriteriyalarının
müxtəlifliyi inkar edilmədiyi təqdirdə - bu həqiqətən də belədir - hansı
əsasla gəlinən qənaətin gerçək olduğu iddia edilir? kincisi, vətəndaş
cəmiyyəti heterogen xassəli funksional yaranış olmaq etibarilə (düzdür,
vətəndaş cəmiyyəti quruculuğu prosesinin müəyyən mərhələsində
determinləşmiş dinamika müşahidə edilir, yaxud edilə bilər) özündə ifrat
dərəcədə parçalanmış mənafe qruplarının “mənə məxsus olmalıdır”
prinsipi əsasında aparılan qarşılıqlı rəqabət müstəvisində göstərdikləri
fəaliyyətlərinin məcmusunu ehtiva edir. Axı, vətəndaş cəmiyyətinin əksər
struktur bölmə və elementlərini özündə birləşdirə biləcək “ümumi
məqsəd” olmur. Əgər məqsəd ümumiliyi yoxdursa, “bəlkə də
qaytardılar” prinsipinə güvənmək, ümid etməklə hansı sinergetik
effektdən danışmaq olar? Dövlət → vətəndaş cəmiyyəti tandemi
dayanıqlı inkişafın mühüm amillərindən biridir – yalnız o halda ki, dövlət
vətəndaş cəmiyyətinin struktur bölmələri arasında, eləcə də fərd-vətəndaş
Dünya iqtisadiyyatının tarixi
443
cəmiyyəti, fərd-dövlət və nəhayət, dövlət-vətəndaş cəmiyyəti arasında
mənafe tarazlığını təmin edə bilsin. Başqa sözlə, vətəndaş cəmiyyətinin,
bir sıra tədqiqatçılar tərəfindən formalaşdırılmış “ideal simasının” real
məzmun kəsb etməsi birbaşa və bilavasitə dövlətin “davranış tərzindən”
funksional asılılıqdadır. Başqa sözlə,vətəndaş cəmiyyətini beynəlxalq və
milli səviyyədə dövlətə bərabər aktor kimi səciyyələndirmək nəinki
yalnışdır, hətta çox ağır nəticələrə gətirib çıxara bilər.
Həmçinin, şübhə yoxdur ki, qloballaşma (neoliberal model
çərçivəsində) ayrı-ayrı strukturların azadlıq dərəcəsi ilə onların planetar
səviyyədə mənafe tarazlığının formalaşdırılması arasında birbaşa və tərs
mütənasib asılılığın olduğunu üzə çıxarır.
radə azadlığı → sosial məsuliyyət cütlüyünün isə həqiqi bir
“cütlük” olmadığı, daha çox arzuedilən funksional bağlılıq keyfiyyətinə
sahibliyi və ifrat dəyişkən xarakterə malikliyi adi gözlə müşahidə
edilməkdədir. Problemi qəlizləşdirən əsas məsələ ondan ibarətdir ki,
qloballaşma ictimai sistemin açıqlıq dərəcəsini kəskin şəkildə
genişləndirir və yüksəldir. Bu prosesə paralel olaraq ayrı-ayrı fəaliyyət
sferalarının (qlobal miqyasda) nataraz yönümlü inteqral qovuşması baş
verir ki, nəticədə alınan “inteqral bütövlük” daha çox anklav xarakteri
kəsb edir və geridönməzliyi ilə səciyyələnir. Məsələn, qlobal maliyyə
bazarının artıq ayrı-ayrı ölkə, yaxud region çərçivəsində spontan qaydalı
əlahiddələşməsi mümkünsüzdür. Yaxud, mümkündür, amma çox ağır
nəticələrlə sonuclana bilər. Məhdud zaman çərçivəsində müvəqqəti
olaraq müəyyən əlahiddələşmələr baş verə bilər. Lakin, yuxarıda da qeyd
etdiyimiz kimi, müstəsna hallar bir qayda olaraq dayanıqlı xarakter
daşımır.
Digər tərəfdən, anklav xarakterli “inteqral bütövlüklərin” yaranması
bütünlükdə bəşəriyyətin davamlı və sabitqədəmli inkişafı nöqteyi-
nəzərində fəsadlar kompleksi doğurur:
1.
Hər şeydən əvvəl, planetar miqyasi əhatə edə biləcək
“qlobal ümumilik” daha çox pərakəndəliklərin süni
bütövlüyü təsirini bağışlayır. Belə ki, maliyyə sferasını
çıxmaq şərti ilə qlobal bütövlük anlamına gələn ikinci bir
sferanın adının çəkilməsi problematikdir.
2.
Müasir qloballaşma prosesi nəinki “müxtəlifliklərin”, hətta
“müxtəlif sürətlilərin” belə ortaq məxrəcini tapmaqda
acizdir.
3.
Geniş təkrara istehsal prosesinin milli tamlığı, bütövlüyü
pozulur;
Dünya iqtisadiyyatının tarixi
444
4.
Ölkə özünün klassik anlamını dəyişir. Ölkə → “ölkə-
sistemə” transfer edir.
5.
Qloballaşma (neoliberal bazarla birlikdə) qlobal geniş
təkrar istehsal prosesinin gedişində kəskin “separatizm”
meyilləri doğurmaqda davam edir. Qlobal maliyyə sferası
“özündə şeyə” çevrilməklə “isti pullar” (həmçinin, real
mövcud olmayan pullar), “möhtəkir əməliyyatlar” dalınca
qaçmaqdadır.
Araşdırmalarımız göstərir ki, qloballaşmanın gətirdiyi naqisliklərin
əsaslı səbəblərdən qaynaqlanmasında istinad edilən neoliberal bazar
modelinin həlledici rolu vardır. Belə ki, neoliberal bazar modeli:
1.
Seçim və manevr imkanlarını ifrat dərəcədə məhdudlaşdırır.
Strateji qərarların qəbulu prosesi çox dar çərçivəyə salınır.
2.
Bu model alternativsizlik keyfiyyətini ortalığa qoyur ki, nəticədə
də milli səviyyədə siyasi pessimizm qaçılmaz olur.
3.
Dayanıqlı inkişafın başlıca sütunlarından olan orta təbəqə
eroziyaya uğrayır.
4.
Əhalinin ifrat təbəqələşməsi və marginallaşması prosesi sürətlənir
və s.
Araşdırmalarımız belə bir qənaətə gəlməyə imkan verir ki,
qloballaşmanın neoliberal modeli tam şəkildə yararlı deyildir və onun
(yəni, qloballaşmanın) struktur prinsiplərinin real gerçəkliyə adekvat
olaraq dəyişdirilməsi zərurəti mövcuddur.
Dünya iqtisadiyyatının tarixi
445
XVI fə sil. Dünya iqtisadiyyatının inkiş afında V mə rhə lə :
“informasiya iqtisadiyyatı”
Dostları ilə paylaş: |