AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə1/46
tarix26.02.2017
ölçüsü5,72 Mb.
#9662
  1   2   3   4   5   6   7   8   9   ...   46

AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  

AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  

 

 

 

 

 

 

 

 

 

 

 

DÜNYA  QT SAD YYATININ TAR X  

 

(DƏRSL K) 

 

Dünya iqtisadiyyatinin tarixi 

 

 

 

 

Azərbaycan  Respublikası  təhsil 

nazirinin 

19.05.2010-cu 

il 

tarixli  605  saylı  əmrinə  əsasə

qrif verilmişdir. 

 

 



 

 

 



 

 

 



 

 

Bakı - 2010 



Dünya iqtisadiyyatının tarixi 

 

 



2

                                                            

Dərslik Azərbaycan Dövlət  qtisad Universitetinin “Beynəlxalq 

iqtisadi münasibətlər” kafedrasında hazırlanmışdır. 

 

əlliflə

Ş

.H.Hacıyev  

i.e.d., professor 

Ə

. .Bayramov 

  i.e.d., professor 

 

Elmi redaktor: 

H.F.Cəfərov 

 

 

 

            t.e.d., professor 



 

Rəyçilər: 

R.Həsənov –  qtisadi Araşdırmalar Elmi-Tədqiqat  nstitunun  

direktoru i.e.d., prof. 

 

F.Ə.Rəhimli – “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasının  

dosenti, i.e.n. 



 

Hacıyev Ş.H.,  Bayramov Ə. . Dünya iqtisadiyyatının tarixi. Bakı: 

“ qtisad Universiteti”, 2010. - ........ səh. 

 

Dərslikdə  dünya  iqtisadiyyatının  genezisi,  qərarlaşması  və  inkişafı 

mərhələləri  sistemli  şəkildə  əhatə  edilməklə  qlobal  inkişaf  prosesinin 

problemlər  və  hadisələr  çoxluğu,  ələlxüsus  xüsusi  əhəmiyyət  kəsb 

edənlərin  hər  biri  ayrı-ayrılıqda  şərh  olunur.  Qlobal  iqtisadi  sistemin 

formalaşmasının  daxili  məntiqi  və  onun  müxtəlif  tarixi  dövrlərdə 

yaranmış  iqtisadi  situasiyalarda  təzahür  formaları  ilə  bağlı  olan 

problemlərə 

ümumdünya 

tarixi-iqtisadi 

prosesin 

“çoxölçülü” 

məntiqindən yararlanmaqla münasibət bildirilir. 

Dərslik iqtisad, tarix, hüquq, politologiya və sosiologiya ixtisasları 

üzrə  təhsil  alan  tələbələr,  magistrlər  və  doktorantlar  üçün  nəzərdə 

tutulmuşdur.    

 

 

 



 

 

 

©

 Hacıyev Ş.H., Bayramov Ə. . - 2010 



©

  qtisad Universiteti – 2010 



Dünya iqtisadiyyatının tarixi 

 

 



3

                                                            



G   R   Ş 

 

Tarixi-iqtisadi  prosesin,  yaxud  tarixdə  baş  vermiş  iqtisadi  hadisə  və 

proseslərin araşdırılması keçmiş-indi-gələcək zaman oxu boyunca müəyyən 

ardıcıllıq  və  nizamla  gedən  transformasiyanın  daxili  məntiqi  və  təbiətinin 

dərk ediməsində xüsusi önəm daşıyır. Tarixi-iqtisadiyyat istiqamətli elmlər 

sırasında  əlahiddə  yer  tutan  “Dünya  iqtisadiyyatının  tarixi”  fənnini 

öyrənmədən iqtisadi proseslərin mahiyyətini anlamaq, hər bir konkret tarixi 

epoxada bu və ya digər dövlətlərin (xalqların) iqtisadi inkişafının səbəblərini 

üzə çıxarmaq, ümumiyyətlə bir iqtisadçı-mütəxəssis kimi formalaşmaq son 

dərəcə müşkül işdir. Tarixi-iqtisadi yönümlü bilik: 

-

  lkin  təsərrüfat  formalarından  tutmuş  müasir  mürəkkəb  konfiqura-



siyalı  sistemli  yaranışlara  qədər  olan  iqtisadi  təkamül  prosesini 

anlamağa; 

-

  Mühüm sosial-iqtisadi hadisə və prosesləri müqayisə və inkişaf pro-



sesində görməyə; 

-

  Bu və ya digər tarixi epoxalarda  formalaşmış mülkiyyət formalar-



ının,  istehsal  münasibətlərinin,  iqtisadi  kateqoriyaların,  təsərrüfat 

mexanizmlərinin  keçici  xarakter  daşıdığını,  dəyişkənliyini, 

yeniləşmə zəruriliyini dərk etməyə; 

-

  qtisadi  inkişafın  çoxvariantlılığını,  vahid  inkişaf  reseptinin  yaxud 



modelinin  olmadığını,  prosesə  təsir  göstərən  amillər  çoxluğunun 

müxtəlifliyini  anlamağa imkan verir. 

Dünya iqtisadiyyatının tarixinin öyrənilməsini zəruri edən mühüm mə-

qamlardan  biri  də  onun  böyük  praktiki  əhəmiyyət  daşımasıdır.  Belə  ki, 

iqtisadi siyasətin istiqamətlərini, yaxud inkişafın fəlsəfi əsaslarını formalaş-

dırarkən keçmişdə baş verənlərin dərindən öyrənilməsi, tarixi təcrübənin sis-

temləşdirilməsi və s. əsas şərtlərdən biridir. 

Təqdim  etdiyimiz  dərslikdə  yalnız  real  tarixi-iqtisadi  hadisə  və 

problemlərə diqqət yetirilir. 

Dünya  iqtisadiyyatının  genezisi,  qərarlaşması  və  inkişafı  prosesinin 

problemlər və hadisələr çoxluğu, ələlxüsus xüsusi əhəmiyyət kəsb edənlərin 

hər  biri  ayrı-ayrılıqda  şərh  olunur.  Dərsliyin  əsas  ana  xəttini  “çılpaq” 

xronoloji dövrlənmələr deyil, qlobal iqtisadi sistemin formalaşmasının daxili 

məntiqi  və  onun  müxtəlif  tarixi  dövrlərdə  yaranmış  iqtisadi  situasiyalarda 

təzahür formaları təşkil edir. 

Tarix – prosesdir! Onun iqtisadi, sosial, siyasi, mədəni və s. və i.a. tipli 

tərkib ünsürlərinin “davranış tərzindən” asılı olmayaraq, “proses” kimi heç 

bir xarakter dəyişikliyinə məruz qalmır. 



Dünya iqtisadiyyatının tarixi 

 

 



4

                                                            

Məlumdur  ki,  bununla  əksər  tədqiqatçılar  razılaşsalar  da,  onun 

mahiyyəti prizmasından yekdil fikirdə deyillər: 

1)

  Tarix – yüksələn xətlə gedən inkişaf prosesidir, tərəqqidir. 



2)

  Tarix – sadəcə olaraq inkişafdır. 

3)

  Tarix – ancaq dəyişmədir. 



Sonuncu  baxış  tarixi  heç  də  həmişə  proses  kimi  səciyyələndirmir. 

Tarix  –  bir-biri  ilə  əlaqədə  olmayan  çox  sayda  müxtəlif  təsadüflərin 

qaydasız yığınıdır. 

stənilən  halda,  tarixi  prosesin  mahiyyətini  anlamaq  üçün  inkişaf 

edənin  “nə”,  yaxud  “kim”  olduğunu,  başqa  sözlə,  prosesin  subyektini 

müəyyənləşdirmək zəruridir. 

Həmçinin,  qeyd  edilməlidir  ki,  tarixin  subyekti  elə  tədqiq  edilən 

obyektin özüdür. Yəni, tarixi prosesdə tədqiqat nöqteyi-nəzərindən subyekt 

– obyekt eyniyyəti mövcuddur. 

Məhz bu prizmadan, dünya iqtisadiyyatının tarixində ən azı üç böyük 

problem mövcuddur: 

1)

  Tarixi-iqtisadi prosesin dərkedilməsi və interpretasiyası problemi. 



2)

  Tarixi-iqtisadi  prosesin  əsasları  və  hərəkətverici  qüvvələrinin 

müəyyənləşdirilməsi problemi. 

3)

  Tarixi-iqtisadi prosesin xronoloji dövrlənməsi problemi. 



Müasir tarixi-iqtisadi ədəbiyyatda, o cümlədən retrospektiv müstəvidə 

sadalanan problemlərə  yanaşma tərzləri ifrat çoxluğu, ziddiyyətliliyi və bir 

çox  hallarda  tarixi  gerçəkliyə  adekvat  olmamaları  ilə  səciyyələnir.  Əgər 

nəzərə  alsaq  ki,  tarixi-iqtisadi  prosesin  hərəkətverici  qüvvələri  ilə  tarixi-

iqtisadi  prosesin  düzgün  dərkedilməsində  mühüm  rol  oynayan  səbəbiyyət, 

determinizm, təsadüf və zərurət, imkan və gerçəklik, müəyyənlik və qeyri-

müəyyənlik,  azadlıq  və  s.  Problemlər  sıx  bağlılıqdadır,  onda  metodoloji 

müəyyənliyin  və  gerçəkliyə  adekvatlığın  müstəsna  rol  oynadığını  anlaya 

bilərik. 

Dərsliyin ənənəvi qaydada tərtib edilmiş dərsliklərə verilən tələblərə o 

qədər  də  uyğun  gəlmədiyinin  fərqindəyik.  Ənənəviçilik  dərslikdə 

ümumqəbul  edilmiş  elmi  həqiqətlərin  əks  olunmasını,  onların 

mübahisəsizliyi  və  alternativsizliyini  başlıca  tələb  kimi  ortaya  qoyur. 

Əlbəttə, bu cür yanaşmanı qəbul etməmək mümkünsüzdür. 

Amma  təəssüf  ki,  “  dünya  iqtisdiyyatının  tarixi”ndə  (eləcə  də,  əksər 

ictimai-humanitar  elmlərdə)  bir  elm kimi hamı tərəfindən  birmənalı olaraq 

qəbul edilən “həqiqətlər” yoxdur. 

Bunun  yerinə  bir-birini  inkar  edən  “həqiqətlər”  bolluğu  mövcuddur. 

Elmin  bugünkü  metodoloji  arsenalı  çərçivəsində  bu  “həqiqətlər”dən 


Dünya iqtisadiyyatının tarixi 

 

 



5

                                                            

hansının  yeganə  düzgün  “həqiqət”  olduğunu  müəyyənləşdirmək 

mümkünsüz görünür. Buna görə də, tələbələri “həqiqət” adı altında təqdim 

edilən biristiqamətli  yanılma çərçivəsinə salmaqdansa, bütövlükdə mövcud 

olan  çoxluğun  panoramını  verməyi  daha  məqsədəuyğun  hesab  edirik. 

Bununla belə, bir çox məsələlərdə konkret müəllif mövqeyi də sərgilənir. 

Dərsliyin tərtibi metodikası ənənəvi yanaşmadan həm məzmun, əhatə 

dairəsi, həm də mahiyyətcə fərqlidir. Fərqlilik – real gerçəkliyin ifrat müxtə-

lifliyindən və ümumdünya tarixi-iqtisadi prosesin “çoxölçülü” məntiqindən 

qaynaqlanmaqla aşağıdakıları ehtiva edir: 

-

 



Tarixi-xronoloji müstəvidə, eləcə də müasir dövrdə baş verən 

hadisə  və  proseslərin  real  məzmununa  tam  şəkildə  adekvat 

olan,  hamı  tərəfindən  qəbul  edilən  vahid  sinkretik 

nəzəriyyənin yoxluğu; 

-

 

Metodoloji baxışlarda ifrat müxtəliflik; 



-

 

qtisadi-tarixi  proses  və  hadisələrdə  həqiqətin  aşkarlanması 



kriterilərinin mübahisəliliyi və ziddiyyətliliyi; 

-

 



qtisadi  məzmun  daşıyan  tarixi  faktların  interpretasiyasında 

subyektivizmin  həlledici  rol  oynaması;  Faktların  gerçəklik 

dərəcəsini  yoxlamaq  imkanlarının  ifrat  məhdudluğu,  yaxud 

mümkünsüzlüyü. 

Dərsliyin  konkret  strukturuna  gəldikdə  isə,  qeyd  etməliyik  ki,  ilkin 

başlanğıç, yaxud biliklərin strukturlaşdırılması prizmasından fərqli yanaşma 

ortalığa qoyulmuşdur. 

Dünya iqtisdiyyatının bir sistem kimi yaranması və inkişafından çıxış 

etməklə  tarixi-iqtisadi  prosesin  xronoloji  dövrlənməsində  əsas  kriteri  kimi 

kardinal  dəyişikliklərlə  sonuclanan  keyfiyyət  aspektləri  götürülmüşdür. 

“Kardinal  dəyişiklik”  ifadəsi  təkcə  iqtisadi  sferada  deyil,  bütünlükdə 

cəmiyyətin  (qlobal  sosium)  yeni  keyfiyyət  mərhələsinə  keçid  anlamını 

daşıyır.  ctimai həyatın bütün sferalarında adekvat dəyişikliklərə səbəb olan 

yeniləşmə 

prosesi 

böyük 



(mahiyyətcə) 

xronoloji 

dövrdə 

qruplaşdırılmışdır: 



1)

  “Mənimsəmə” iqtisadiyyatı. 

2)

  “ stehsal” iqtisadiyyatı. 



3)

  “Xidmət” iqtisadiyyatı. 

4)

  “ nformasiya” iqtisadiyyatı. 



Fikrimizcə, qeyd edlən ardıcıllıqla verilən dövrlənmə: 

Tarixi-iqtisadi  prosesin  interpretasiyasında  hər  hansı  br  nəzəri-

metodoloji  çərçivədə  “qapanmaq”  məcburiyyətini  aradan  qaldırır.  Tarixi 

həqiqətin aşkarlanması nöqteyi-nəzərindən qeyd edilən qənaət əslində elmi 



Dünya iqtisadiyyatının tarixi 

 

 



6

                                                            

tədqiqat  prosesinin  “azadlığı”na  nailolma  anlamını  daşıyır.  Həqiqətən  də, 

mövcud  nəzəri-metodoloji  və  konseptual  yanaşmalarda  yer  alan 

yanılmalardan istifadə edilməsi ən yaxşı halda nəzəri yanılmanın gerçəkliyə 

transferindən başqa bir şey olmayacaqdır. 

Tarixi-iqtisadi prosesin ən kiçik nüanslarını belə nəzərə almaq imkanı 

yaradır. 

Dünya iqtisadiyyatının bir sistem kimi genezisi və inkişafında bu və ya 

digər  dərəcədə  rol  oynayan  amillər  çoxluğunun  konseptual  ümumiləşdiril-

məsinə imkan verir. 

Dərsliyin  birinci  bölməsi  “Girişə  sözardı”...  adı  altında  verilmişdir. 

Girişdə  tezis  şəklində  ifadə  etdiklərimizin  tarix  fəlsəfəsində  tarixin  nəzəri 

dərki  ilə  bağlı  mövcud  olan  problemlərə  müəyyən  aydınlıq  gətirilməsi 

zəruriliyi məhz bu bölmədə öz əksini tapmışdır.  

kinci  bölmə  dünya  iqtisadiyyatının  tarixinin  həm  elm,  həm  də  fənn 

kimi  mahiyyət  və  məzmun  açıqlamasına,  eləcə  də  ümumdünya  tarixi-

iqtisadi  prosesin  dövrlənməsi  probleminə  həsr  edilmiş  nəzəri  baxışların 

müqayisəli təhlilinə, hər bir konkret konseptual yanaşmanın üstün və naqis 

cəhətlərinin  müəyyənləşdirilməsinə  həsr  edilmişdir.  Sonrakı  bölmələr 

birbaşa  dünya  iqtisadiyyatının  genezisi,  qərarlaşması  və  inkişafı  prosesinin 

məntiqi ardıcıllıqla düzülüşünü özündə əks etdirir. 

“Dünya iqtisadiyyatının genezisinəqədərki dövr” – III bölmə ən qədim 

və  qədim  dövrləri,  “mənimsəmə”  və  “istehsal”  iqtisadiyyatlarını,  erkən  və 

klassik orta əsrlərə qədər davam edən planetar dəyişikliklər prosesini əhatə 

edir. 


IV bölmə - “Dünya iqtisadiyyatının genezisi dövrü” son orta əsrlərdən 

etibarən  böyük  əhəmiyyət  daşıyan  hadisə  və  prosesləri,  real  bazarın, 

müstəmləkə sisteminin formalaşması, Böyük coğrafi kəşflərin sosial-iqtisadi 

nəticələri, ilkin kapital yığımını, sənaye inqilabını və s. ehtiva etmişdir. 

Sonrakı  iki  bölmə  dünya  iqtisadiyyatının  qərarlaşması  və  inkişafı 

dövrlərinə həsr edilmişdir.(“Xidmət” və “informasiya” iqtisadiyyatı). 

Dərsliyin əsas aparıcı xətlərindən biri dünyanın Şərq-Qərb bölümündə 

nəzərdən keçirilməsi və hər biri üçün tipik olan  ayrı-ayrı ölkələrin  (hər iki 

regionda  aparıcı  rol  oynayan)  iqtisadi  sistemlərinin  təkamülü 

xüsusiyyətlərinin aşkara çıxarılmasından keçir. 

Dərslik  müasir  dünya  iqtisadiyyatının  inkişaf  paradiqmasının  tənqidi 

və  onun  yeniləşməsi  zəruriliyinin  əsaslandırılması,  konkret  konseptual 

baxışların ortalığa qoyulması ilə tamamlanır. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



7

                                                            

Dərslik iqtisad, hüquq, sosiologiya, politologiya və tarix ixtisası üzrə 

təhsil  alan  tələbələr,  magistrlər  və  doktorantlar  üçün  nəzərdə  tutulmuşdur. 

Eyni zamanda, dərslik geniş oxucu kütləsi üçün də əhəmiyyət kəsb edir. 

“Dünya iqtisadiyyatının tarixi” dərsliyi respublikada ilk dəfədir ki, işıq 

üzü  görür.  Dərslik  haqqında  konstruktiv  fikir  və  tövsiyələrini  bildirəcək 

hörmətli oxuculara bəri başdan dərin minnətdarlığımızı bildiririk. 

 

əlliflər  

 

 



 

Dünya iqtisadiyyatının tarixi 

 

 



8

                                                            



I BÖLMƏ 

 

 G R ŞƏ SÖZARDI 

 

I fəsil.  Tarix fəlsəfəsi: problemlər, mülahizələ

 

Tarix fəlsəfəsi – elmin (tarix elminin) mühüm istiqamətlərindən biri 

olmaqla ilk dəfə Avropada, intibah dövründə diqqət mərkəzinə gəlmişdir. 

“Tarix  fəlsəfəsi”  terminini  elmi  dövriyyəyə  Volter  daxil  etmişdir. 

“Təsvirçi”  tarixlə,  yəni  yalnız  faktların  aşkarlanması  ilə  məşğul  olan 

tarixlə tarixi prosesin nəzəri konstruksiyası arasında fərqin ilk dəfə ciddi 

şəkildə  əsaslandırılmasına  J.J.Russonun  əsərlərində  rast  gəlinir.  Ona 

qədərki dövrdə D.Vuko  “yeni elmlə  (tarix fəlsəfəsi)”  əldə edilən “əbədi 

ideal  tarix”  və  ayrı-ayrı  xalqların  empirik  tarixi  anlamında  fərqin  möv-

cudluğunu göstərmişdir. 

Sistemlilik  prizmasından  tarixi  materialist  baxışın  əsas  müəllifi 

K.Marks  olmuşdur.  XX  əsrdə  tarix  fəlsəfəsinin  inkişafı  N.Berdyayev, 

K.Yaspers,  R.Aronun  əsərlərində  geniş  vüsət  almışdır.  Tarix  fəlsəfəsinin 

interpretasiyaları  sırasında  U.Rostou  və  A.Toynbinin  konsepsiyaları  daha 

populyar mövqe tutur. 

P.Qardiner

1

  tarix  fəlsəfəsinin  mahiyyət  açıqlanmasına  özünəxas 



tərzdə  yanaşmışdır.  Bu  anlamda  o,  iki  məsələni  fərqləndirməyi  təklif 

edirdi:  “Tarix  daxili”  və  “Tarix  haqqında”.  Onun  fikrincə,  tarixçilər 

birinci, filosoflar isə ikinci suala cavab verirlər. 

Tarix fəlsəfəsi Qərb ölkələrində kifayət qədər populyardır. E.Karr

2

 

yazırdı  ki,  tarixin  fəlsəfəsinə  fikir  verməyən  tarixçilər....  “....bizim 



həyətyanı bağçalarımızda cənnət yaratmağa” çalışanlardır. 

Müasir tarix fəlsəfəsi – fəlsəfi biliyin nisbi müstəqil sahəsi olmaqla, 

cəmiyyətin  inkişafının  təbiətdən  fərqli  keyfiyyət  özünəməxsusluğunu 

öyrənir. 

Tarix fəlsəfəsi 4 əsas problemlə məşğuldur: 

1.

  Tarixin mənası və istiqaməti. 



2.

  Cəmiyyətin tipologiyasına metodoloji yanaşmalar. 

3.

  Tarixin dövrlənməsi kriteriləri. 



4.

  Tarixi prosesin tərəqqi (inkişaf) kriteriləri. 

                                                 

1

 Gardiner P. The nature of Historical Explanation. London., 1965., 



2

 Карр. Э. История и факты //Современные тенденции в буржуазной философии и 

методологии истории. Ч. 1 и 2.. М., 1969.- С.24. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



9

                                                            

Tarix  fəlsəfəsinin  bir  elm  sahəsi  kimi  geniş  vüsət  almasına 

baxmayaraq,  sadalanan  problemin  heç  biri  üzrə  vahid  yanaşma  yoxdur. 

Qeyd edilən yönümdə irəli sürülmüş baxışlar o qədər polyardır ki, onlar 

arasında  hansısa  bir  kəsişmə  nöqtəsi  tapmaq  prinsipial  olaraq  mümkün 

deyildir.  Belə  ki,  filosofların  bir  qrupu  tarixin  mənasının  olduğunu 

əsaslandırmağa  çalışır,  digər  qrup  isə  ümumiyyətlə,  inkar  mövqeyində 

dayanır.  Yaxud,  bəzi  müəlliflər  tarixi  qanunları  qəbul  edir,  digərləri  isə 

bunu nonsens adlandırırlar. 

Ziddiyyətli situasiya artıq elə bir səviyyəyə çatmışdır ki, hətta “tarixi 

prosesin  hərəkətverici  qüvvəsi  nədir”  -  sualına  belə  ən  müxtəlif  cavablar 

verilir. 

“Dünya  iqtisadiyyatının  tarixi”  kursu  üçün  müəyyən  əhəmiyyət  kəsb 

etdiklərini nəzərə alaraq yuxarıda sadalanan problemlər üzrə bu günə qədər 

formalaşmış  yanaşmaların  panoramını  verməyi  məqəsədəuyğun  hesab 

edirik. 

 

§ 1.1. Tarixi prosesin mənası varmı? 

 

Bəri başdan qeyd edək ki, cəmiyyətin haradan gəlib hara getdiyini, 

yaxud  tarixi  prosesin  istiqamətini  (yönümlülüyünü)  xüsusi  araşdırmağa 

ehtiyac  yoxdur.  O  mənada  ki,  yönümlülük  sabit  deyil,  dinamikdir, 

dəyişkəndir  və  hər  bir  tarixi  dövrdə  o  dövrün  gerçəkliklərindən  çıxış 

etməklə 


formalaşır. 

Yəni, 


birdəfəlik 

həll 


edilən, 

birdəfəlik 

müəyyənləşdirilən deyildir.  

1.

  Antik fəlsəfədə problemə ikili baxış mövcud olmuşdur: 



-

  Sivilizasiya  inkişaf  etdikdə  cəmiyyət  “çürüyür”.  Tarixi 

proses  “qızıl  əsrindən  ”  “gümüş  əsrinə”,  oradan  isə  “dəmir 

əsrinə” keçir. 

-

  “Dövriyyə nəzəriyyəsi”nin ilkin variantı Heraklit tərəfindən 



irəli  sürülmüşdür  .  Tarixi  proses  əbədi  alov  kimidir  –  gah 

sönür,  gah  da  yeni  güvvə  ilə  yenidən  alovlanır.  “Dövriyyə 

nəzəriyyəsi”nin  müəllifləri  sırasında  Aristoteli,  D.Vukonu, 

O.Şpenqleri, A.Toynbini və digərlərini göstərmək olar. 

2.

  Tarixi  –  inkişaf  kimi,  cəmiyyətin  ibtidaidən  aliyə,  ibtidai 



həyat  tərzindən  daha  təkmil  səviyyəyə  yüksəlişi  kimi  şərh 

edən  nəzəriyyələr  (Kondorse,  Tyurqo,  .Kant,  V.Hegel, 

K.Marks).  Marksist  yanaşma  belə  bir  mövqedən  çıxış  edir 

ki,  tarixin  müəyyənləşmiş  məqsədi  və  deməli,  mənası  var: 

məqsəd  –  “azadlığın  hökmranlığına”  nail  olmaqdır  ki,  bu-


Dünya iqtisadiyyatının tarixi 

 

 



10

                                                            

nun üçün də xüsusi mülkiyyət aradan qaldırılmalı və sinifsiz 

cəmiyyət  qurulmalıdır.  A.Toynbi  marksist  ruhu...  yəhudi 

ruhu adlandırır. Belə ki, ... Marks Yahvanın (yəhudi Allahı) 

yerinə “tarixi zərurət” ilahəsini, yəhudilərin yerinə - müasir 

proletariatı  qoymuş,  peyğəmbərin  hakimiyyətini  isə 

proletariat diktaturası kimi təsvir etmişdir.

3

 

3.



  Ümumdünya  tarixi  prosesin  vahidliyini  irəli  sürən 

yanaşmalar  (A.Avqustin).  Teoloji  xarakter  daşıyan  baxışa 

görə  tarix  sa  peyğəmbərin  dünyaya  gəlməsindən  başlanır 

və axirətlə başa çatacaqdır. 

4.

  Tarixin  mənasını  təbii  zərurətlə,  yəni  səbəb-nəticə 



əlaqələrinin  daimi  təkrarlanması  ilə  bağlayan  yanaşmalar 

(D.Vuko).Vukonun  fikrincə,  bütün  xalqlar  eyni  yolu 

keçirlər.  Başqa  sözlə,  hər  bir  xalqa  münasibətdə  tarixi 

prosesin 3 epoxası olub:  lahi; qəhraəmanlıq; insanlıq; hansı 

ki,  bəşəriyyətin  uşaqlıq,  gənclik  və  yetkinlik  səviyyələrinə 

uyğundur. Və qeyd edilən dairə birdəfəlik qapanmır. Proses 

başa  çatdıqdan  sonra  yeni  proses  başlanır  –  həmin 

mərhələlər yenidən keçilir. 

5.

  ntibah dövründə (XVIII əsr) tarixin mənası insan zəkasının 



tərəqqisi  ilə  əlaqələndirilirdi.  Buna  adekvat  olaraq 

bəşəriyyətin tarixi həmin tərəqqinin mərhələləri üzrə hərəkət 

kimi  qəbul  edilirdi.  Cəmiyyətin  tərəqqisi  həqiqətə  və 

xoşbəxtliyə doğru hərəkətdir (Kondore). 

6.

  Tarixilik (историцизм) prinsipi ( .Qerder, V.Hegel). Hegel 



iki əsas prinsipi qəbul edirdi: 

-

  Tarixin substansionallığı; tarixin əsas substansiyası zəkadır 



və zəka – hüdudsuz gücə malikdir; 

-

  Tarixi prosesin bütövlüyü (tamlığı) və məqsədəmüvafiqliyi; 



Ümumdünya  tarixinin  son  məqsədi  –  ruhun  öz  azadlığını 

dərketməsidir.   

Marksizmdə  “tarixilik”  (историзм)  “tarixiçiliyə”  (историцизм) 

çevrilir.  Prinsipin  real  mahiyyəti  kardinal  şəkildə  dəyişir  və  cəmiyyətin 

və tarixin materialist dərkinə yönəlir. 

    Qeyd  etmək  lazımdır  ki,  filosofların  böyük  əksəriyyəti  “tarixilik” 

prinsipini  ya  qismən,  ya  da  bütövlükdə  inkar  edirlər  (P.Rikket, 

V.Vindelband,  K.Yaspers  və  s.)  K.Yaspers  insanlar  tərəfindən  fəaliyyətin 

                                                 

3

 Toynbe A.J. A.Study of History. L., 1936, p. 178 



Dünya iqtisadiyyatının tarixi 

 

 



11

                                                            

əsas oriyentləri keyfiyyətində irəli sürülən subyektiv xarici dəyərləri, yaxud 

məqsədləri aşağıdaki kimi sistemləşdirir: 

1.

  Sivilizasiya və insanın humanistləşməsi; Məqsəd – özü 



tarixidir. 

2.

  Azadlıq və azadlığın dərki: 



3.

  nsanın  böyüklüyü,  ruhi  yaradıcılıq  mədəniyyətin 

ictimai həyata gətirilməsi, dahinin yaradıcılığı; 

4.

  Varlığın insanda aşkarlanması, ilahiyyatın aşkarlanması. 



Yaspers  qeyd  edir  ki,  bu  məqsədlər  universaldır  və  hər  bir  tarixi 

epoxada  həyata  keçirilə  bilər  və  qismən  də  keçirilir.

4

  Bu  aspektdən 



K.Popperin  tənqidi  daha  səciyyəvidir.  K.Popper  tarixi  prosesə  marksist 

yanaşmanı qəti olaraq qəbul etməmişdir. O, tarixin obyektiv qanunlarının 

olmadığını 

və 


buna 

görə 


də 

sosial 


proqnozlaşdırmanın 

mümkünsüzlüyünü  irəli  sürürdü.  “...  Tarixi  zərurətə  inam  keçmişin 

qalığıdır  və  bəşər  tarixinin  gedişini  elmi  metodlarla  əvvəlcədən 

müəyyənləşdirmək mümkün deyildir.”

5

 

K.Popperin əsas arqumentləri aşağıdakılardan ibarətdir: 



1.

  Bəşər  tarixinin  gedişi  əhəmiyyətli  dərəcədə  insan 

biliklərinin artımından asılıdır; 

2.

  Elmi  biliyin  artımının  necə  olacağını  biz  əvvəlcədən  deyə 



bilmərik; 

3.

  Deməli,  biz  bəşər  tarixinin  gedişini  əvvəlcədən 



müəyyənləşdirə bilmərik; 

4.

  Bu  o  deməkdir  ki,  biz  nəzəri  tarixin  mümkünlüyünü  inkar 



etməliyik. 

Göründüyü  kimi,  K.Popper  tarixi  tərəqqini  inkar  edir.  Tərəqqi  – 

hansısa  bir  məqsədə  doğru  hərəkətdir,  məqsəd  –  yalnız  insana  aiddir, 

tarix  üçün  bu,  sadəcə  olaraq  mümkünsüzdür.  Buna  görə  də,  K.Popper 

hesab  edirdi  ki,  yalnız  insan  inkişaf  eləyə  bilər.  Beləliklə,  K.Popper 

tarixin subyektiv məna daşıyıcısı olduğunu göstərir: “... Baxmayaraq ki, 

tarixin  məqsədi  yoxdur,  biz  ona  öz  məqsədlərimizi  “yeridə”  bilərik, 

eynilə, tarixin mənası yoxdur, biz onu mənalandıra bilərik ”

6



Tarixin mənası varmı? - sualına cavab olaraq N. .Konrad yazırdı ki, 



cavabın  məzmunundan  asılı  olaraq:  “…  Tarix  fəlsəfəsinin  iki 

konsepsiyası  meydana  çıxır:  Heç  bir  məna  yoxdur,  sadəcə  olaraq  eyni 

                                                 

4

 Ясперс К. Истоки истории и ее цель. Вып.2. М., 1994.- С.172. 



5

 Поппер К.Р. Нищета историцизма// Вопросы философии.-1992. N4.C.49. 

6

 Поппер К.Р. Открытое общество и его враги. М., 1992, Т.2, с.321 



Dünya iqtisadiyyatının tarixi 

 

 



12

                                                            

şeyin  fasiləsiz  təkrarlanması  mövcuddur.  Məna  var  və  tarix  yüksələn 

xətlə  gedən  fasiləsiz  hərəkətdir.  Birinci  konsepsiya  –  dövriyyə 

nəzəriyyəsi,  ikinci  isə  -  tərəqqi  nəzəriyyəsidir.  Və,  hər  iki  nəzəriyyə 

tənqid olunur”.

7

 

Tarixi proses nəyin naminə baş verir - sualına XX əsr fəlsəfəsində do-



minant  mövqeyə  malik  olan  ekzistensializmin  (Sartr,  Kamyu,  Kafka, 

Bovuar və s.)  yanaşma tərzi də xüsusi orjinallığı ilə seçilmir. Onlar tarixin 

mənasını  məqsədlə  və  insanın  mövcudluğunun  mənası  ilə  bağlayırlar. 

Məsələn, K.Yaspers insanın mahiyyətini azadlıqda görür. Hansı ki, insanın 

ruhani gücünün sərbəst realizəsində təzahür edir. 

Beləliklə, müasir filosofların böyük əksəriyyəti hesab edir ki, tarixi 

prosesin məqsədi yoxdur və ola da bilməz. 

Məqsədi  –  həm  özü,  həm  də  cəmiyyət  qarşısında  insan 

müəyyənləşdirir. Bu məqsədə adekvat olaraq tarixin mənası formalaşır. 

Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, tarix fəlsəfəsinin ümumi 

problemlərinin  həllində  az  ya  çox  dərəcədə  inandırıcılığa  nail  olunması 

yalnız  tarixin  müəyyən  bir  konsepsiyası  çərçivəsində  mümkündür.Əks 

təqdirdə,  yəni  nəzəriyyədən  kənar  müstəvidə  qeyd  olunan  problemlərin 

araşdırılması konkret elmi nəticələr verə bilməz. Məhz bu anlamda tarix 

fəlsəfəsi digər elmlərdən elə də fərqlənmir. 

Ənənəvi  olaraq  tarix  fəlsəfəsi  tarixin  mənası  və  yönümlülüyü 

aspektində  zatən  heç  vaxt  “susmamışdır”.  Belə  qəbildən  olan  baxışların 

əsasında  sadə  bir  ideya  dayanır:  Bəşəriyyətin  mövcudluğu  mənasız  ola 

bilməz,  onun  konkret  təyinatı  və  yönümlülüyü  var;  Bu  anlamda  da 

bəşəriyyətin təkamülü konkret məna ilə “yüklənmişdir”. 

Qeyd etmək lazımdır ki, “məna” konsepti tarixi prizmadan kifayət 

qədər dağınıq və haradasa anlaşılmaz bir haldadır. K.Levit

8

 qeyd edir ki, 



“...Tarixin  mənası  anlayışı  ilə  digər  ümumi  problemlər  arasında  birbaşa 

bağlılıq  vardır”.  “Məna”  probleminin  yalnış  anlaşılması  digər 

problemlərin də gerçək dərkolunmasını mümkünsüz edir. 

Maraqlıdır ki, son dövrlərə qədər tarix fəlsəfəsi “məna” problemini 

əsas  problem  kimi  həll  etməyə  çalışırdı.  Lakin  konkret  nəticə  əldə  edə 

bilmədiyinə görə tarix fəlsfəsinin bir elm kimi prinsipcə mümkünsüzlüyü 

(müasir şəraitdə) qənaətinə gəlinməyə başlamışdı. 

                                                 

7

 Конрад Н.И. Запад и Восток. М., 1972, с.455 



8

 Левит К. О смысле истории // Философия истории. Антoлогия.М; 1995. –C.263 



Dünya iqtisadiyyatının tarixi 

 

 



13

                                                            

P.Tillix

9

  problemə  münasibətdə  daha  dərin  qatlara  nüfuz  etməyə 



çalışmış,  mənanı  təkcə  ümumi  problemlərlə  deyil,  həmçinin  səbəbiyyət 

əlaqələrinin  aşkarlanması  müstəvisində  tarixi  faktların  seçimi  problemi  ilə 

bağlayırdı.  Onun  fikrincə,  tarixi  prosesin  interpretasiyası  bir  çox 

səviyyələrdən ibarətdir: 

Göründüyü  kimi,  interpretasiya,  məzmunu  və  səviyyəsindən  asılı 

olmayaraq məna ilə birbaşa bağlılıqdadır. 

Problemin mürəkkəbliyi həm də “məna” konseptinin özünün məna 

tutumu ilə bağlıdır. “Məna”nın ən çox istifadə olan iki izahı mövcuddur: 

1.  Linqvistik  yanaşma:  Mənanı  ifadənin  məzmunu  anlamında  şərh 

edir; 


2. Teleoloji  yanaşma:  Hər  hansı  bir  məqsədə  “xidmət”  edən 

fəaliyyətin xarakteristikası. 

Qarşıya  qoyulmuş  məqsədəçatma  istiqamətində  həyata  keçirilən 

fəlaiyyət “mənalı” fəaliyyətdir, əks-təqdirdə onun heç bir mənası yoxdur. 

Eyni  zamanda,  qeyd  olunan  prizmadan  məqsədin  dərk  edilib-

edilməməsinin  heç  bir  əhəmiyyəti  yoxdur.  Beləliklə,  məna  =  məqsəd 

eyniyyəti  meydana  çıxır.  Yalnız  məqsədli  olanın  mənası  ola  bilər.  “... 

Təsadüfi  deyildir  ki,  “məna”  və  “məqsəd”,  yaxud  “məna”  və  “niyyət” 

bir-birini əvəz edə bilir ”.

10

 



“Tarixin  mənası”  haqqında  danışarkən,  birmənalı  olaraq  mənanın 

teleoloji  məzmunu  əsas  götürülür.  K.Levit  yazır  ki,  tarixi  fəaliyyətin 

yaxud hərəkətin son məqsədi haqqında o vaxt mühakimə  yürütmək olar 

ki, gələcək məqsəd aydın dərkedilən hala gətirilsin. 



 

                                                 

9

 Тиллих П.История и Царство Божие // Философия истории. Антoлогия. М., 



1995.- С.235 

10

 Левит К. О смысле истории// Философия истории. Антология. М.. 1995.- С.263 



Dünya iqtisadiyyatının tarixi 

 

 



14

                                                            



 

Şə

kil 1.1. Tarixi prosesin interpretasiya səviyyələri 



 

 “Tarixin  mənası”  haqqında  danışarkən,  birmənalı  olaraq  mənanın 

teleoloji  məzmunu  əsas  götürülür.  K.Levit  yazır  ki,  tarixi  fəaliyyətin, 

yaxud hərəkətin son məqsədi haqqında o vaxt mühakimə  yürütmək olar 

ki, gələcək məqsəd aydın dərkedilən hala gətirilsin. 

Əgər  tarixi  hərəkətin  istiqaməti  və  gedişi  radiusu  müəyyən 

olunubsa,  onun  mənası  (“tam”  kimi  götürülməklə)  həmin  hərəkətin 

sonundan  çıxış  etməklə  şərh  olunur.  “Tam”ın  mənası  var,  ona  görə  ki, 

onun müəyyən çıxış nöqtəsi və aydın dərk edilən sonu mövcuddur. Belə 

olan  təqdirdə  sualı  başqa  cür  də  qoymaq  olar:  tarixin  məqsədi  varmı? 

Ümumiyyətlə, nəinki tarixin, istənilən fəaliyyətin məqsədi öz-özlüyündə 

mental yaranış olmaqla, dəyərliliyin növ müxtəlifliyinə aiddir. 

Bu  prizmadan  tarixin  mənasını  tarixi  prosesin  hansısa  dəyərə 

istiqamətlənməsi  kimi  də  başa  düşmək  olar.  Aksiologiyada

11

  dəyər  əsasən 



iki yerə bölünür: Daxili (öz-özlüyündə dəyərli olan) və xarici (hansısa daxili 

dəyərin əldə olunmasına xidmət edən). 

Məsələn,  pul  –  öz-özlüyündə  dəyərli  deyildir.  O,  yalnız  hansısa 

daxili  dəyərə  malik  şeyi  əldə  etməyə  imkan  verən  universal  vasitə  kimi 

dəyərə  malikdir.  Aydındır  ki,  yuxarıda  qeyd  etdiyimiz  bölgü  nisbi 

xarakter daşıyır və birmənalı olaraq kontekstdən asılı dəyişən kimi çıxış 

edir. 

                                                 



11

 Ивин А.А. Основания логики оценок. М., 1970 

nt

er

pr



et

as

iy



an

ın

 s



əv

iy



ri

 



Nəzəri təminat: fərdi,qrup və kütləvi motivasiya nəzəriyyəsi, 

sosial və siyasi fəlsəfə 

Səbəbiyyət asılılığının qiymətləndirilməsi 

Fərdi və ictimai strukturlar haqqında təsəvvür 

Mühümlülük kriteriyasına uyğun olaraq tarixi faktların 

seçilməsi 

MƏNA 


Dünya iqtisadiyyatının tarixi 

 

 



15

                                                            

Tarixin  mənası  probleminə  yanaşmada  dəyərin,  yaxud  məqsədin 

digər  bir  bölgüsü:  obyektiv  və  subyektiv  bölgü  də  mühüm  əhəmiyyət 

kəsb edir. 

Obyektiv dəyər, yaxud məqsəd: insanın fəaliyyəti, yaxud fəaliyyət-

sizliyindən  asılı  olmayaraq  hadisələrin  təbii  gedişində  həyata  keçir; 

Subyektiv dəyər, yaxud məqsəd ilə elə hadisə və situasiyaları ehtiva edir 

ki, ona çatma yolunda insan düşünülmüş və aktiv fəaliyyət göstərir. 

Sözügedən bölgülərə müvafiq olaraq tarixin mənası problemində 4 

mümkün variant ortalığa çıxır: 

1.

 



Tarix məna yükü daşıyır, belə ki, o, müəyyən dəyərləri əldə 

etməyə imkan verən vasitə kmi çıxış edir. (Məsələn, azadlıq, 

rifah, şəxsiyyətin hərtərəfli inkişafı və s.). Bu dəyərlərin əldə 

edilməsi  prosesi  tarixi  inkişafın  nəticəsi  olsa  da,  insanların 

planlarından,  tarixi  dərketmə  qabiliyyətindən,  şüurlu 

fəaliyyətindən asılı deyildir. 

2.

 

Tarixin mənası var, belə ki, onun mövcudluğunun hər anı da 



öz-özlüyündə  dəyərlidir,  eyni  zamanda,  tarixin  daxili 

dəyərliliyi 

insanlardan 

(bu 


dəyərliliyi 

anlayıb-


anlamamalarından asılı olmayaraq) qətiyyən asılı deyildir. 

3.

  Tarix bəşəriyyətin formalaşdırdığı ideallara çatma vasitəsi kimi 



müəyyən məna daşıyır; 

4.

  Tarixin  mənası  var,  belə  ki,  o,  pozitiv  olaraq,  öz-özlüyündə 



dəyərlidir və bu dəyər kənardan deyil, daxilindən qaynaqlanır 

(insanlar tərəfindən). 

Beləliklə,  göründüyü  kimi,  tarixin  mənası  varmı?  -  sualının  daxili 

məntiqi və qoyuluşu dəyişir: 

1.  Tarix  –  öz-özlüyündə  məna  yükü  daşıyır  (1-ci  və  2-ci 

yanaşmalar).  Bu,  insanlardan  və  ümumiyyətlə,  bəşəriyyətdən  asılı 

deyildir,  yaxud həmin mənanın formalaşmasında nə ayrı-ayrı fərdlər, nə 

də  bütövlükdə  bəşəriyyət  iştirak  etmir.  Tarixin  gedişi  əvvəlcədən 

müəyyənləşibdir. 

2. Sonuncu iki yanaşmaya (3-cü və 4-cü yanaşmalar) görə isə tarixi 

mənalandıran insandır. 

P.Tillix  tarixin  mənasını  bütövlükdə  varlığın  mənası  ilə  bağlayır. 

“... Tarixi zaman – bütün digər zaman dəyişmələrini özündə ehtiva edən 


Dünya iqtisadiyyatının tarixi 

 

 



16

                                                            

zaman  olduğuna  görə  tarixin  mənası...  varlığın  universal  mənası  kimi 

çıxış edir”

12



Elə  buradaca  qeyd  edək  ki,  Tillixin  təsvir  etdiyi  əlaqə  yalnız  və 



yalnız  o  halda  gerçək  məzmun  daşıya  bilər  ki,  tarixə  obyektiv  “don” 

geydirilsin. 

Dünya 

iqtisadiyyatının 



tarixi 

kursunun 

elmi 

statusunu 



müəyyənləşdirən  arqumentlər  sırasında  istinad  edilməsi  zəruri  və 

qaçılmaz  olan  əsas  problem  əks  bağlılığın  “necə”liyindən  birbaşa 

asılılıqdadır. Başqa sözlə, iqtisad elminin tarixlə simbiozundan yaranmış 

elmi  istiqamətlər,  o  cümlədən  dünya  iqtisadiyyatının  tarixi  çərçivəsində 

qarşılıqlı  bağlılığın  xarakteri  əksər  tarixi  dönəmlərdə  nəzər-diqqətdən 

kənarda  qalmışdır.  qtisad  elminin  tarixə  münasibəti  necədir?  -  sualına 

əsaslandırılmış  cavab  (daha  doğrusu  -  cavablar)  verilmiş,  lakin  iqtisad 

elmi  çərçivəsində  tarixin  mənası,  əhəmiyyəti  ilə  bağlı  məsələ  açıq 

qalmışdır.  qtisad  elminin  qlobal  böhranı  fonunda  qeyd  edilən  problem 

xüsusi  əhəmiyyət  kəsb  edir.  Yalnız  son  dövrlərdə  bu  məsələ  diqqət 

mərkəzinə gəlmiş və kifayət qədər orijinal yanaşma formalaşdırılmışdır. 

qtisadi  təhlildə  tarixi  hadisələrin  uçotunun  mühümlüyünə  istinadla  irəli 

sürülmüş  konsepsiya  –  inkişafın  əvvəlki  yolundan  asılılıq  konsepsiyası 

adlanır. Hal-hazırda sözügedən konsepsiya son dövrlərdə iqtisad elminin 

ortalığa  qoyduğu  neoevolyusionizm  (yeni  təkamül  nəzəriyyəsi) 

çərçivəsində yer almaqdadır.  lkin olaraq P.Devid

13

 göstərmişdir ki, tarixi 



və  institusional  amillərin  təsiri  altında,  bazar  üçün  daha  əlverişli 

alternativlərin  olmasına  baxmayaraq,  qeyri-effektiv  texnologiyaların 

bazar seçimi (təkamül prosesində) tamamilə mümkündür. 

Sonrakı  müddət  ərzində  həmin  ideya  B.Artur

14

  tərəfindən  daha 



ciddi riyazi formada inkişaf etdirilmişdir. Artur belə bir tezis irəli sürdü 

ki,  tarix  o  halda  mühüm  əhəmiyyət  kəsb  edir  ki,  orada  iqtisadiyyatın 

texnoloji inkişafı çox kiçik, elə bir əhəmiyyəti olmayan hadisələrdən asılı 

olur. Bu da istənilən  etibarlılıq dərəcəsi ilə bazar bölgüsünü əvvəlcədən 

müəyyənləşdirməni (öngörməni) mümkünsüzləşdirir. Qeyd edilən tezisin 

daxili  məntiqi  ilə  hərəkət  etsək,  onda  belə  alınır  ki,  iqtisadi  gələcəyin 

öngörməsində həm nəzəri, həm də praktiki hədlər mövcuddur.Yəni, heç 

                                                 

12

 Тиллих П. История и Царство Божие// Философия истории. Антoлогия. М., 



1995.- С.236 

13

 David P.A. Clio and the Economics of QWERTY// The American Review. VOL/75, 



N2, p.332-337 

14

 Arthur W.B.  ncreasing Returns and Path Dependence in the Economy. Ann Arbor: 



The University of Michiqan Press., 1994. 

Dünya iqtisadiyyatının tarixi 

 

 



17

                                                            

bir  halda  elmi  təfəkkürün,  empirik  təcrübənin  hüdudsuzluğundan 

danışmaq  mümkün  deyildir.  Konsepsiyada  əvvəlki  inkişaf  yolundan 

asılılıq iki istiqamətdə nəzərdən keçirilir: 

1.

 



Pozitiv: Əvvəlki inkişaf yolundan asılı olan proseslər mənfi 

“yüklüdür”  -  əvvəl  mövcud  olmuş  proseslərin  istisnalar 

sinfinə aiddir. Bu halda sistemin inkişaf tarixi üçün ayrı-ayrı 

detallar heç bir əhəmiyyət kəsb etmir. 

2.

 

Neqativ:  öz  keçmişindən  “təmizlənmək”  qabiliyyəti 



olmayan  proseslər  nəticə  etibarilə  əvvəlki  inkişaf  yolundan 

asılılıq doğurur. 

Yəni  əvvəlki  inkşaf  yolundan  asılılıq  prosesinin  “məzmun” 

dəqiqləşdirilməsi  üçün  təsadüfi  proseslərin  və  dinamik  sistemin  xarak-

terik  cəhətlərinin  təhlili  əsasında  nəzəri-məhdudlaşdırıcı  model 

qurulmalıdır. 

Beləliklə, ilkin interpretasiya (Devid-Artur) çərçivəsində sözügedən 

konsepsiya: 1) tarixin əhəmiyyəti olduğunu təsbit edir; 2) qeyri-effektiv 

texnologiya  və  institutların  seçiminin  önlənməsi  prizmasından 

iqtisadiyyatda  “qapanma”  effekti  yarada  biləcək  hadisələrin  əvvəlcədən 

müəyyənləşdirilməsinin  qeyri-mümkünlüyünü  ortalığa  qoyur;  3)  yanlış 

seçimdən  qorunmanın  mümkünlüyünü  “əhəmiyyətsiz  tarixi  hadisələrlə” 

bağlayır  (yəni,  elə  hadisələr  ki,  standart  təhlil  prosesində  ümumiyyətlə 

nəzərə alınmır). 

Bununla  belə,  əvvəlki  inkişaf  yolundan  asılılıq  konsepsiyasının 

digər interpretasiyaları da mövcuddur. 

Neoklassizmə  söykənən  tədqiqatçılar  (Leyboviç,  Marqulis)

15

 



əvvəlki  inkişaf  yolundan  asılılıq  fenomeninin  üç  dərəcədən  ibarət 

təsnifatını verirlər: 

1.

  Birinci  dərəcə:  Seçilən  yolun  keyfiyyətinin  qərar  qəbul 



edildiyi 

anda 


müəyyənləşdirilməsi 

mümkün 


deyil 

(anlaşılmazdır).  Yalnız  sonralar  anlaşılır  ki,  bəzi  alternativ 

yollar daha çox fayda verə bilərdi. 

2.

  kinci  dərəcə:  nformasiyanın  natamamlığı  ucbatından 



seçilmiş  effektiv  yol  yaxud  qəbul  edilmiş  effektiv  qərar 

retrospektiv planda effektiv olmaya bilər. 

3.

  Üçüncü dərəcə:  lkin şərtlərdə həssas asılılıq qeyri-effektiv 



nəticə  ilə  sonuclana  bilər,  lakin  bu  nəticə  verilən  şəraitdə 

                                                 

15

 Liebowitz S.J. Marqolis S.E. Path Dependence,Lock-in, and History/ Journal of Law, 



Economics and Organization VOL II N1. 1995, pp.205-226. 

Dünya iqtisadiyyatının tarixi 

 

 



18

                                                            

düzəldilə biləndir. Başqa sözlə, daha yaxşı nəticə əldə etmək 

üçün  uyğun  gələn  mexanizm  var,  amma  bu  nəticə  əldə 

olunmayıbdır. 

Sonuncu  dərəcə  o  deməkdir  ki,  texnologiya  və  institutların 

seçimində,  bu  və  ya  digər  səbəbdən,  daha  effektiv  alternativlərin 

olmasına baxmayaraq, daha az effektiv olana üstünlük verilir. 

Beləliklə,  birinci  dərəcə  -  sadəcə  olaraq  əlaqənin  mövcudluğunu 

təsbit edir (qeyri-effektivlik haqqında heç bir nəticəyə gəlmir). 

kinci  dərəcə  -  belə  bir  qeyd-şərtlə  çıxış  edir  ki,  zamanlararası 

effekt səhvləri artırır. 

Üçüncü  dərəcə  -  nəinki  bunu  (səhvləri  artırmanı)  təsdiq  edir,  eyni 

zamanda ondan qaçma imkanlarının olduğunu göstərir. 

Konsepsiyanın  xüsusi  əhəmiyyəti  ondan  ibarətdir  ki,  “qeyri-

effektiv” texnologiya və institutların seçilməsi ilə olan tarixi hadisələrin 

heç  də  hamısını  neoklassik  model  və  terminlərlə  -  bazarın  fiaskosu, 

Pareto-optimumu və s. ifadə etmək olmaz. 

Problemin  qəlizliyi  ondadır  ki,  əvvəlki  inkişaf  yolundan  asılılığın 

yanlış interpretasiyası yanlış siyasətə gətirib çıxarır. 



 


Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin