AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə9/46
tarix26.02.2017
ölçüsü5,72 Mb.
#9662
1   ...   5   6   7   8   9   10   11   12   ...   46
§ 4.8. Tarixi dövrlənmə: Neoevolyusionizm (Yeni təkamül 

nəzəriyyəsi) 

 

Neoevolyusionizmin marksizm və modernizm nəzəriyyələri ilə əsas 

kəsişmə nöqtəsi bir xətlilik prinsipindən çıxış etməsidir. Bu nəzəriyyəyə 

görə  sosial  təkamül  ardıcıl  diferensasiya  və  inteqrasiya  vasitəsilə  nisbi 

qeyri-müəyyənlik  və  daxili  əlaqələri  olmayan  homogenlikdən  nisbi 

müəyyən  və  daxili  əlaqəli  formalaşmış  heterogenliyə  keçiddir.

108

  lk 


olaraq  L.Uayt  mədəni  təkamüldə  iki  mərhələ:  “primitiv”  cəmiyyət  və 

sivilizasiya,  həmçinin  mərhələli  keçidin  realizasiyasında  3  inqilabı  – 

aqrar,  yanacaq  və  “nüvə  yanacağı”  -  fərqləndirmişdir.  XX  əsrin  60-cı 

illərində bir qrup antropoloq

109

 tərəfindən tarixi dövrlənməyə yanaşmanın 



daha geniş yayılmış sxemi ortalığa qoyuldu. 

Bu yanaşmaya görə insan birliklərinin ilkin forması “lokal qruplar” 

olmuşdur. Bu birliklərin eqalitar (bərabər) ictimai struktura malik olmuş 

“istehsal”  iqtisadiyyatına  (əkinçilik  və  maldarlıq)  keçidlə  bağlı  icma  və 

qəbilələr  yaranmış,  icmalararası  liderlik  institutu  meydana  çıxmışdır. 

Növbəti  mərhələdə  (вождество)  sosial  təbəqələşmə  getmiş,  əsas  insan 

                                                 

107


 Коротаев А.В., Малков А.С., Халтурина Д.А. Законы истории: Математическое 

моделирование развития Мир-системы. Демография, Экономика, Культура. М.: 

Комкнига / URSS., 2007 

108


 Carneiro R. Chiefdom-Level Warfare as Exemplified in Fiji and the Causa vallery, 

Cambridge, UK; 1990,  

p.190-211  

109


 Салинз М. Экономика каменного века. М.: ОГИ, 1999. 

Dünya iqtisadiyyatının tarixi 

 

 



104

                                                            

kütləsi  idarəetmə  sferasından  kənarlaşdırılmışdır.  Sonrakı  mərhələdə 

dövlət  meydana  gəlmişdir.  Qeyd  edilən  konseptual  baxış  dəfələrlə  təftiş 

edilmiş  və  onun  məzmununda  müəyyən  dəyişikliklər  aparılmışdır. 

Məsələn,  bir  qrup  tədqiqatçı

110

  qəbilənin  təkamülün  mərhələsi  olmasını 



şübhə ilə qarşılamış, digərləri

111


 industrializməqədəri epoxanın dövləti ilə 

“industrial”  dövləti  (dövlət-millət)  ayırmağın  zəruriliyi  fikrini  irəli 

sürmüşdür  və  s.  Çox  vaxt  birincini  “arxaik”,  yaxud  “ilkin”  dövlət 

adlandırırlar.  M.Fridin  konsepsiyasında  sosial  təkamülün  4  səviyyəsi 

fərqləndirilir:  eqalitar,  təbəqələşmə,  təbəqələşmiş  cəmiyyət,  dövlət. 

R.Adams


112

  isə  hakimiyyətin  formalarının  təkamülü  prosesinə  enerji 

üzərində nəzarətin artımı aspektində yanaşmış və sosial inteqrasiyanın 6 

səviyyəsini göstərmişdir:  

1)  Lokal  qruplar;  2)  Əyalət  (вождество);  3)  Ştat/  krallıq;  4)  Milli 

səviyyə; 5)Beynəlmillələşmə səviyyəsi; 6) Dünya səviyyəsi. 

Hər  bir  səviyyə  iki  paralel  axına  bölünür  –  mərkəzləşdirilmiş  və 

razılaşdırılmış  vahidlər.  Mərkəzləşdirilmiş  vahidlər  M.Calinzin 

inteqrasiya  səviyyələri  ilə  üst-üstə  düşür.  Razılaşdırılmış  vahidlərə  isə 

qəbilədən  tutmuş  BMT-ə  qədər  inteqrativ  formalar  aid  edilir. 

Ümumiyyətlə, Klassenin bir fikri ilə razılaşmaq olar ki, sosial təkamül – 

cəmiyyətin  bir  struktur  vəziyyətdən  digərinə  keçidinin  keyfiyyətcə 

yenidən təşkilidir. Müasir neoevolyusionizm özünün klassik variantından 

fərqli olaraq sosiomədəni təkamülün çoxxətliliyi ideyasına qəbuledilməz 

bir şey kimi baxmır. 

 

§4.9. Tarixi dövrlənmə: çoxxətli nəzəriyyələ



 

 Bu  nəzəriyyələr  tarixi  prosesin  xətti  interpretasiyası  ilə  diskret 

(sivilizasiyalı yanaşma) şərhi arasında orta mövqe tutur.

113


 Daha konkret 

şəkildə,  bu  o  deməkdir  ki,  çoxxətli  nəzəriyyələr  eyni  vaxt  ərzində  bir 

neçə  müstəvidə  dünya  tarixinin  müxtəlif  məzmunlu  “ölçülməsi”  ilə 

məşğul olur. 

                                                 

110


 Earle T. Chiefdams in Archaelogical and Ethnohistorical Perspective. Annual Re-

view of Anthropology, 1987. p.279-308 

111

 Классен Х.Й.М. Проблемы, парадоксы и перспективы эволюционизма. Аль-



тернативные пути к цивилизации. М; Логос, 2000.- С. 6-23 

112


 Adams R. Energy and Structure. A Theory of Social Poüer. Austin, TX; University 

of texas press; 1975 

113

 Павленко Ю.В. Альтернативные подходы к осмыслению истории и проблема 



их синтеза. Философия и общество 3. Киев., 1997.- С. 93-130 

Dünya iqtisadiyyatının tarixi 

 

 



105

                                                            

Həmin  müxtəliflik  “tamamlama”  prinsipinə  uyğun  şəkildə 

ümumiləşdirilir  və  öyrənilən  konkret  hadisənin  ümumdünya  tarixi 

prosesində  yeri  və  rolu  haqqında  yekun  təsəvvür  yaradılır.  Çoxxətli 

yanaşma  ideyasına  ilk  dəfə  Ş.Monteskye  müraciət  etmiş,  lakin  ilk 

konseptual baxış K.Marksın iqtisadi əlyazmalarında (1857-1861) ortalığa 

qoyulmuşdur.  Ümumiyyətlə,  ilkin  nəzəri  ümumiləşdirmə  K.Marks  və 

F.Engelsin  Asiya  istehsal  üsulu  ilə  bağlı  formalaşdırdıqları  mövqedə  öz 

əksini tapmışdır. 

K.Marks  kapitalizməqədərki  dövrü  (sözügedən  əsərində)  üç 

mərhələyə:  Asiya,  antik  və  alman-bölmüşdür  ki,  hər  bir  mərhələni  də 

dövlətçiliyə keçidin müstəqil modeli kimi qəbul etmək olar.  kinci ideya 

F.Engelsin  “Anti-Dürinq”  əsərində  formalaşdırılmışdır  ki,  burada  da 

dövlətin təşəkkülünün iki yolundan bəhs olunur: 

Şərq və antik. Yanaşma çoxluğu içərisində ən geniş yayılmışlardan 

biri  K.Vittfoqelin  ikixətli  nəzəriyyəsidir.  Bu  yanaşma  birmənalı  olaraq 

Şərq→Qərb  fərqliliyinə  söykənir.  “Asiya  istehsal  üsulunun”  digər 

tərəfdarları  da  bu  mövqeni  dəstəkləmişlər.

114


  XX  əsrin  sonlarına  yaxın 

siyasi  antropologiyadan  yararlanan  tədqiqatçılar,  hətta  “Asiya”  yerinə 

“dövlət  istehsal  üsulu”  termini  işlətməyi  məqsədəuyğun  hesab  etməyə 

başladılar.  Antik  model  isə  daha  çox  “xüsusi  mülkiyyət  istehsal  üsulu” 

kimi  qəbul  edilirdi.  Eyni  zamanda,  Asiya,  antik  və  alman  modellərinin 

vahidliyin  hissələri  və  tarixi  inkişafın  mütəqil  xətləri  kimi 

interpretasiyasına 

söykənməklə 

daha 

mürəkkəb 



modellər 

formalaşdırılmağa  başlandı.  Fursovun

115

  fikrincə,  ümumdünya  tarixi 



proses iki müstəvidə gedir: Asiya modeli (dalana aparıb çıxarır və sistem 

fərd üzərində hökmran mövqedə olur) və Qərb modeli (tərəqqiyə aparan 

yol).  M.Qodelyerin

116


  mövqeyi  isə  belədir  ki,  həm  Asiya,  həm  də  antik 

modellər  çıxılmazlıq  yaradır  (dalana  aparır),  belə  ki,  müvafiq  olaraq 

yalnız asiya və yalnız quldarlıq istehsal üsulları ilə nəticələnirlər. Yalnız 

alman  modeli  feodalizmə  və  məntiqi  bağlılıqla  kapitalizmə  gətirib 

çıxarır.  O  qeyd  edir  ki,  hətta  Yaponiya  kapitalizmi  Qərbdən  “idxal” 

edibdir.  K.Melloti

117

  isə  təkamül  variantlarının  sayını  5-ə  çatdırır: 



                                                 

114


 Текен Ф.К теории общественных формаций. М.: Прогресс, 1975. 

115


 Фурсов А.И. Восток, Запад, капитализм. Капитализм на Востоке во второй по-

ловине XX века. М; Восточная литература.- С. 16-131 

116

 Godelier M. La notion de “production asiatique” et les schemas Marxistes devolution 



des societes. Paris; 1969., p.7-100  

117


 Melotti K.D. Mark and the Third World. London; Macmillan., 1977  

Dünya iqtisadiyyatının tarixi 

 

 



106

                                                            

bürokratik  sosializmə  aparan  “rus”  yolu  və  yapon  kapitalizmini 

formalaşdıran arxaik alman modeli. 

Eyni  zamanda,  Qərb  və  Şərq  arasındaki  fərqliliyin  heç  də  əsas  rol 

oynamadığı  fikrində  olan  tədqiqatçılar  isə  “Monteskye  qanununa” 

əsaslanmaqla göstərirlər ki, cəmiyyətin ölçüsü ilə (iriliyi, yaxud kiçikliyi) 

siyasi rejimin tipi arasında korrelyasiya əlaqəsi mövcuddur. Bu anlamda 

ki, kiçik cəmiyyətlərə republika, orta səviyyəli cəmiyyətlərə - monarxiya, 

böyük cəmiyyətlərə isə - despotizm xasdır. 

Bu yönündə aparılan tədqiqatların əsas obyekti kimi dağlı xalqların 

tarixi  inkişaf  prosesi  çıxış  edir.  Yanaşmanın  xüsusi  olaraq  vurğuladığı 

məqam  sosial  təkamülün  ikixətli  olduğunu  qabartmaqla  bağlıdır.  Yəni 

iyerarxik  strukturla  yanaşı  idarəetmənin,  yaxud  cəmiyyətin  qeyri-

iyerarxik struktura malikliyi də tarixi fakt kimi ortalığa qoyulur. Bir sıra 

tədqiqatçılar

118

 

qeyd 



edilənləri 

iyerarxiya→heterarxiya, 

şəbəkə 

→korporativ strategiya tipli dixotomiyalar kimi nəzərdən keçirirlər. 



Çoxxətli  yanaşmanın  bu  gün  üçün  kifayət  qədər  önəmli  xarakter 

daşıyan  müddəalarından  biri  qədim  yunan  və  Roma  cəmiyyətlərinin 

dövləti olmayan cəmiyyətlər kimi səciyyələndirilmələridir. 

Bu məntiqlə yanaşsaq onda belə alınır ki, polis (şəhər) dövlət deyil, 

buna  görə  də  dövlətsiz  cəmiyyəti  ibtidai  icma  dövrünə  aid  etmək 

yanlışlıqdır.  Deməli,  sivilizasiyanın  mövcudluğu  öz-özlüyündə  dövlətin 

mövcudluğu  anlamına  gəlmir.  Tezisin  empirik  təsdiqi  isə  yalnız  köçəri-

maldar tayfalarının tarixində yer almaqdadır. 

 

§ 4.10. Tarixi dövrlənmədə müxtəlif konsepsiyaların xülasəsi 

 

Tarixi  prosesin  ilk  ciddi  dövrlənməsi  məhz  L.Morqanın  (1818-



1881)  konsepsiyasında  öz  əksini  tapmışdır.  Yanaşmanın  əsas  nöqsan 

cəhəti  kimi,  dövrlənmə  kriterisinin  yalnız  texniki,  istehsal  amilləri  ilə 

məhdudlaşdırılmasında,  bütövlükdə  iqtisadiyyatın  prosesdən  sərf-nəzər 

edilməsindədir (şəkil 4.4). 

V.Oyken  (1891-1950)  tarixi  dövrlənmədə  əsas  kriteri  kimi 

təsərrüfatın idarəedilməsi formasını götürməyi təklif edirdi. Bu yanaşma 

öz  məntiqi  köklərini  “Təsərrüfatın  ideal  tipləri”  konsepsiyasından 

götürmüşdür.  darəetmə baxımından V.Oyken iki növü fərqləndirir: 

                                                 

118


 Bondarenko D.M. Homoarchy: A principle of Cultures Organizatiom. The 13-th – 

19-th Centuries Benin Kingdom as a Nonstate Supercamplex Society. M., KomKniqa/ 

URSS., 2006. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



107

                                                            

1. Mərkəzləşdirilmiş idarəetmə təsərrüfatı (totalitarizm). 

2. Bazar təsərrüfatı; 

Neoliberallar birinci növə aşağıdakiları aid edirlər: 

1.

  cma; 



2.

  Quldarlıq; 

3.

  Qədim Misir və Roma təsərrüfatları; 



4.

  Feodalizm; 

5.

  Nasist kapitalist təsərrüfatı; 



6.

  Sosializm. 

Yanaşma 

tərzinə 


görə 

sadalananlar 

birmənalı 

olaraq 


mərkəzləşdirilmiş  idarəetmə  təsərrüfatına  (totalitarizm,  kollektivizm, 

qapalı cəmiyyət, məcburi təsərrüfat qaydaları və s.) aiddir. 

V.Oyken,  eyni  zamanda  mərkəzləşdirilmiş  idarəetmə  təsərrüfatın 

mülkiyyətə  münasibətdə  də  (xüsusi  mülkiyyət,  kollektiv  mülkiyyət) 

təsnifləşdirirdi. 

Sosial-bazar  təsərrüfatını  liberallar  ideal  tip  hesab  edirlər. 

Neoliberalizmin əsas ideoloqlarından biri – V.Repke (1899-1967) həmin 

təsərrüfata xas olan əsas cəhətləri aşağıdaki kimi sıralayır: 

1.

  Personalizm (kollektivizmin əksinə olaraq); 



2.

  Azadlıq (hakimiyyətin təmərgüzləşməsinin əksinə olaraq); 

3.

  Qeyri-mərkəzçilik (mərkəzçiliyin əksinə olaraq); 



4.

  radəvi hərəkət (təşkilatlanmanın əksinə olaraq). 

Qeyd  edilən  yanaşmanın  əsas  nöqsan  cəhətləri  ondan  ibarətdir  ki, 

əvvəla, təhlilin obyekti kimi real deyil, “ideal” təsərrüfat tipləri çıxış edir; 

ikincisi,  bir  qrup  hadisənin  qanunauyğunluğu  olduğu  kimi  digər  qrupa 

şamil  edilir.  Yəni  söhbət,  sözün  həqiqi  mənasında,  primitiv  sofizmə 

əsaslanmaqdan gedir. 

Alman tarixi məktəbinin parlaq nümayəndələrindən biri olan F.List 

sahə  əlamətinə  əsaslanmaqla  tarixi  dövrlənmənin  5  mərhələsini 

fərqləndirir: 

1.

  Vəhşilik; 



2.

  Maldarlıq; 

3.

  Əkinçilik; 



4.

  Əkinçilik-manufaktura; 

5.

  Əkinçilk-manufaktura-kommersiya. 



P.Maslovun  tarixi  yanaşmasında  əsas  çıxış  nöqtəsi  kimi  bir 

mərhələdən  digərinə  keçiddə  ekstensiv  inkişafın  gələcək 

imkanlarının yoxluğu götürülür.  

 


Dünya iqtisadiyyatının tarixi 

 

 



108

                                                            

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

Şə

kil 4.4. Tarixi dövrlənmənin L.Morqan təsnifatı 

 

 

Yəni  keçid  –  birbaşa  ekstensiv  inkişafın  potensialından  asılıdır  və 



bu nöqteyi-nəzərdən də 5 mərhələni fərqləndirmək olar: 

1.

  Qapalı (təcrid olunmuş) cəmiyyət; 



2.

  Geniş təsərrüfat (sənətkarlığın ilkin yaranışı); 

3.

  Rayon  təsərrüfatı  (şəhər  və  kənd  arasında  mübadilənin 



genişlənməsi). 

4.

  Milli təsərrüfat (manufakturaların meydana gəlməsi); 



5.

  Dünya təsərrüfatı (fabrikin hökmranlığı). 

Тарихи просесин дюврлянмяси 

Ы мярщяля: Вящшилик 

Мярщяляляр  

Ы мярщяля: Байтарлыг 

-Ашаьы  мярщяля:  Инсан  нясли-

нин ушаглыьы; 

-Орта  мярщяля:  Балыьын  гида 

кими  истифадяси  вя  одун    йа-

ранмасы; 

- Али мярщяля: Ох вя каманын 

ижады,  овчулуг  ясас  фяалиййят 

кими 


-Ашаьы  мярщяля:  Дулушсчу 

инжясяняти; 

-Орта  мярщяля:  Шяргдя  вящши 

щейванлар  ящлиляшдирилир,  Гяр-

бдя суварма йолу иля мядяни 

биткиляр  йетишдирилир,  эцн  ал-

тында  гурумуш  кярпижлярдян  

тикинтидя истифадя олунур; 

-  Али  мярщяля:  Дямир  филизи 

яридилир.  Щярфляр  йараныр.  Бу 

мярщяля,  йунанларын  гящря-

манлыг  дюврц  (б.е.я.  ЫХ-ВЫ 

ясрляр),  Ромайа  гядярки 

италйан  тайфалары  (б.е.я.  753 

ил), алманлар (б.е.я. 58-117-жи 

илляри) аиддир. 

ЫЫЫ  мярщяля: Сивилизасийа 

-  Ямтяя  истещсалы;  метал  пул-

лар;  тажирлярин  мейдана  эял-

мяси;  хцсуси  мцлкиййятин 

йаранмасы; гул ямяйи 


Dünya iqtisadiyyatının tarixi 

 

 



109

                                                            

K.Bulüherdən  sonra  marksist  ictimai-iqtisadi  formasiyalar 

nəzəriyyəsinə ikinci etiraz U.Rostoudan (1916) gəldi. O, “ qtisadi artımın 

mərhələləri. Qeyri-kommunist manifesti” (1960) əsərində marksist sxemə 

qarşı çıxan U.Rostou əsas kriteri kimi istehsalın və adambaşına gəlirlərin 

əldə  edilmiş  səviyyəsindən  çıxış  etməklə  cəmiyyətin  inkişaf  tarixini  5 

mərhələyə bölmüşdür. 

 

 

C miyy t



ə

ə

in inkişaf mərhələləri

Ə ə ə

n n vi 


c miyy t 

ə

ə



m rh l si

ə ə ə


Keçid c miyy ti 

ə

ə



yaxud ir lil yi

ə ə şin 


ilkin şərtlərinin 

yarad


ılması 

m rh l si

ə ə ə

H lledici 



ə

ir lil yi

ə ə ş 

m rh l si



ə ə ə

Yetkinlik 

m rh l si

ə ə ə


Yüks k 

ə

kütl vi 



ə

istehlak 

m rh l si

ə ə ə


- Bütün Şərq 

tiranl


ığı;

-Yunan-Roma 

sivilizasiyas

ı;

-orta  əsr Av -



ropas

ı 

(XVIIəsrin 



sonuna q d r)

ə ə


- Avropa: 

XVII-XVIII 

əsrin 

ə ə ə


vv ll ri;

XVIII-XIX  srl r:

ə ə

- ngilt rə 



ə - 1783-cü  il;

-Fransa -  1860;

-

Ş 

Ab -  1860;



-Rusiya -  1914;

-Kanada -  1914;

-Hindistan - 1950;

-Çin - 1950

- ngilt r  

ə ə - 850 ;

1

-ABŞ -  1900;



-Almaniya v  

ə

Fransa - 1910;



-Yaponiya - 1940;

-Kanada -1950. 

nki af 

ş

etmiş 



ölk l rd  

ə ə ə


müasir 

dövr


 

Şə

kil 4.5. Cəmiyyətin inkişaf mərhələlərinin U.Rostou təsnifatı 



 

 

U.Rostou  sonuncu  mərhələlərin  əsas  əlamətləri  sırasına  tikintidə 

(şəhərətrafı,  yol  və  s.)  sıçrayış,  avtomobil  sənayesinin  və  bütövlükdə 

xidmət sferasının güclü inkişaf tempini daxil edir. 

Ümumiyyətlə,  U.Rostou  ənənəvi  və  müasir  cəmiyyət  arasındakı 

fərqi əhalinin artımı və kapital qoyuluşunun səviyyəsi arasındakı nisbətlə 

izah edir. 

Yəni,  əgər  əhalinin  artımına  münasibətdə  kapital  qoyuluşunun 

səviyyəsi  aşağıdırsa,  onda  söhbət  ənənəvi  cəmiyyətdən  gedir  və  s.  Bu 


Dünya iqtisadiyyatının tarixi 

 

 



110

                                                            

baxımdan, eləcə də tarixi prosesin əvvəlki dövrlənməsindən çıxış etməklə 

“ənənəvi cəmiyyət” anlayışını dərk etmək mümkündür. Lakin Rostounun 

sonrakı  mərhələləri  yeniləşmənin  birtərəfli  şərhindən  başqa  bir  şey 

deyildir. 

“ qtisadi  artımın  mərhələləri”  nəzəriyyəsi  mahiyyətcə  ümumdünya 

tarixinin  ənənəvi,  industrial  və  postindustrial  cəmiyyətlərə  bölgüsünə 

yaxındır.  

Bu  dövrlənmədə  əmək  vasitələrinin  inkişafı  əsas  kriteri  kimi 

götürülmüşdür.  Yəni  hər  iki  halda  bütöv  sosiotarixi  və  sosiomədəni 

orqanizm 

kimi 

cəmiyyətin 



təkamül 

prosesinin 

sistemli 

qiymətləndirilməsinə rast gəlmirik. 

Daha  konkret  formada  U.Rostounun  “ qtisadi  artımın  mərhələləri” 

nəzəriyyəsinin əsas nöqsan cəhətlərinə aşağıdakıları da aid edə bilərik: 

1.

 

btidai  dövrə  ümumiyyətlə,  baxılmır.  Yəni  nəzəriyyə 



tarixi prosesi bütövlükdə deyil, yalnız son 250 illik dövrü 

əhatə edir. 

2.

 

Yuxarıda  da  qeyd  etdiyimiz  kimi,  ictimai  tərəqqinin 



mürəkkəb  konstruksiyası  birölçülü  texniki  determinizm 

prinsipinə aid edilir. 

3.

 

qtisadi artıma sırf mexanistik yanaşma sərgilənir. 



A.Frank

119


  modernləşmənin  xətti-mərhələli  konsepsiyasını  kəskin 

şəkildə  tənqid  etməklə  U.Rostounun  “ qtisadi  artım  mərhələləri” 

nəzəriyyəsini  ümumiyyətlə,  inkar  edir.  Onun  fikrincə,  Rostounun 

sözügedən nəzəriyyəsi iqtisadi cəhətdən geri qalmış ölkələrin nə keçmişi, 

nə də “indisi” ilə heç cür səsləşmir. 

Yuxarıda  da  qeyd  etdiyimiz  kimi,  U.Rostou  üçün  “ənənəvi 

cəmiyyət  =  iqtisadi  cəhətdən  geri  qalmış  ölkə”  eyniyyət  təşkil  edir. 

qtisadi  gerilik  –  birinci  mərhələdir  və  bundan  sonra  inkişaf  başlayır. 

Lakin tarixi faktlar bu yanaşmanın gerçəkliyə adekvat olmadığını ortalığa 

qoyur. Məsələn, Latın Amerikasında iqtisadi gerilik 400 ildir davam edir, 

amma inkişaf təmayüllərini heç “üfüqdə” də görmək mümkün deyildir. 

Bu  gün  dünyada  elə  bir  cəmiyyət  tapmaq  mümkün  deyildir  ki, 

“ənənəvi”liyə  uyğun  gəlsin.  Onlar,  eyni  zamanda  Rostounun  ikinci 

mərhələsinə - keçid mərhələsinə də uyğun gəlmirlər. 

Gerilik  –  nə  ilkin,  nə  də  ənənəvi  vəziyyət  deyil.  Gerilik  –  inkişaf 

etmiş ölkələrin istismarının nəticəsidir. 

                                                 

119


 Frank A.G. Sosiology of Development and Underdevelopment of Sosiology// 

N.Y.1969 



Dünya iqtisadiyyatının tarixi 

 

 



111

                                                            

Frank Rostou  yanaşmasının digər bir cəhətini də diqqət mərkəzinə 

çıxarır. Belə ki, sözügedən nəzəriyyədə inkişaf etmiş ölkələr sanki bütün 

dünyadan  təcrid  olunmuş  yolla  gediblər  və  gedirlər.  Əslində  isə,  bu 

ölkələrin inkişafı qalan dünyanın geriliyindən qaynaqlanır. 

.Vallerstayn  U.Rostounu  ngiltərə  modelini  qlobal  miqyasda 

yeganə  düzgün  olan  kimi  təqdim  etməkdə  günahlandırır.  Bütün  ölkələr 

məhz  həmin  model  çərçivəsində  inkişaf  etməlidirlər.  “...  Lakin  təhlil 

etmək  lazımdır  ki,  bir  mərhələdən  digərinə  keçid  necə  baş  verir,  nədən 

bəzi millətlər digərləri ilə müqayisədə, ləng hərəkət edirlər və nəhayət, nə 

etmək lazımdır ki, “artım” prosesi sürətlənsin?”

120

 

Amerikan  sosioloqu  Daniel  Bell  (1919)  marksist  və  “industrial 



cəmiyyət”  konsepsiyalarının  yalnız  “bir  ox”  ətradında  firlandıqlarını 

(marksizm  –  iqtisadiyyat;  “industrial  cəmiyyət”  –  texnoloji,  yaxud 

texniki  dəyişikliklər  “oxu”)  tənqid  edərək,  “Postindustrial  cəmiyyət” 

nəzəriyyəsini irəli sürür. 

Tarixi  dövrlənməyə  yanaşmada  əsas  kriteri  kimi  texniki-iqtisadi, 

mədəni  və  siyasi  sferalardakı  dəyişikliklərə  söykənir.  O,  cəmiyyətə 

texnologiya  və  biliklər  prizmasından  baxır.  Bu  prizmadan  yanaşmaqla 

amerikan cəmiyyətinin “postindustrial” olmasının 5 əlamətini göstərir: 

1.

  Əmtəə istehsalından xidmət istehsalına keçid; 



2.

  Peşəkar  mütəxəssislər  və  texniki  işçilərin  xüsusi  çəkisinin 

böyüklüyü; 

3.

  Nəzəri biliyin aparıcı rolu; 



4.

  Texniki-iqtisadi  mühitin  texnologiyalar  üzərində  nəzarətə 

istiqamətlənməsi; 

5.

  Yeni  intellektual  texnologiyalar  əsasında  qərarların  qəbulunun 



təminatı; 

Ədalət naminə qeyd etmək lazımdır ki, D.Bell kifayət qədər pozitiv 

olan məqamları görə bilmişdir: 

1.

  Elmin artan rolu; 



2.

  Elmin insan fəaliyyətinin mühüm sferasına çevrilməsi; 

3.

  Məşğulluq sferasında proqressiv dəyişikliklər; 



4.

  Kooperasiya olunmuş əməyin rolunun artması və s. 



 

 

Cədvəl 4.10 

                                                 

120

 Wallerstein I. The Present State of the Debate on World  ntequality // Montreal, 



1975, p.14. 

Dünya iqtisadiyyatının tarixi 

 

 



112

                                                            



Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri 

Cəmiyyətin sosial təşkili 

tipləri 

Hakim olduğu 

ölkələr 

Xarakteri 

Həyat 

fəaliyyətinin əsas 



istinad nöqtəsi 

1. ndustrializmə qədərki tip 

Afrika, Latın 

Amerikası, 

Cənubi Asiya 

Əkinçilik, 

heyvandarlıq, 

balıqçılıq, dağ-

mədən, meşə 

sənayesi. 

nsan → təbiət 

münasibətləri 

2.  ndustrial tip 

Şimali 


Amerika, 

Avropa, keçmiş 

sovet 

respublikaları, 



Yaponiya 

Kütləvi 


istehlak 

malları 


istehsalı 

nsan → 


yeniləşmiş təbiət 

münasibətləri 

3. Postindustrial tip 

ABŞ, Yaponiya 

(yeni başlayır) 

Xidmət 


istehsalı. 

nformasiyanın 

əldə edilməsi, 

emalı, 


saxlanması və 

istifadəsinə 

yönəlik əmək 

məsrəfləri 

“ nsan→insan” 

münasibətləri 

    

D.Bellin konsepsiyası “xidmət” iqtisadiyyatın məzmun açıqlanması 



baxımından  təqdirəlayiqdir  (baxmayaraq  ki,  tarixi  aspektdə  elə  bir 

əhəmiyyətli 

rol 

oynamır). 



“Xidmət” 

iqtisadiyyatının 

ilkin 

parametrlərindən  biri  iqtisadi  məşğul  əhalinin  sahələr  üzrə  strukturudur. 



Belə ki, Afrikada məşğul əhalinin 2/3 hissəsi kənd təsərrüfatında çalışır. 

ABŞ-da bu göstərici 3%-dən də azdır. 

ABŞ əhalisinin 1/3 hissəsi sənayedə, 2/3 hissəsi  xidmət sferasında 

çalışır.  Kəskin  fərqlərin  yaranması  elmi-texniki  tərəqqi  ilə  bağlıdır. 

nkişaf  etmiş  ölkələrdə  kənd  təsərrüfatında  əmək  məhsuldarlığı  inkişaf 

etməkdə olan ölkələrin analoji göstəricisindən 15 dəfə yüksəkdir. 

Postindustrial  ölkələr  üçün  insan  fəaliyyətinin  bütün  sferalarında 

elm və texnikanın nailiyyətlərindən geniş istifadə ilə yanaşı, fundamental 

elmlərin  inkişafına  istinadla  daha  təkmil  texnologiyaların  tətbiqi  də 

xasdır.  

Əsas  nöqsan  cəhət  kimi  isə  onu  göstərmək  olar  ki,  D.Bell  yalnız 

texniki-iqtisadi  təmayüllərin  təhlili  əsasında  ictimai  inkişaf  nəzəriyyəsi 

qurmağın mümkünlüyünü sübut etməyə çalışırdı. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



113

                                                            

Fərqli  yanaşmalardan  biri  –  amerikan  sosioloqu  və  iqtisadçısı 

D.Helbreytin  “Yeni  industrial  cəmiyyət”  nəzəriyyəsidir  (şəkil  4.6).  Bu 

nəzəriyyə XX əsrin sonuna yaxın olan zaman üçün tarixin dövrlənməsini 

əhatə  edir.  D.Helbreyt  marksist  yanaşmanın  əksinə  olaraq  kapitalist 

istehsalının  əsas  qanununu  –  maksimum  mənfəətə  yönəllik  fəaliyyəti 

inkar  edir.  O  hesab  edir  ki,  müasir  korporasiyaların  birinci  və  əsas 

məqsədi  texnostrukturun  maksimal  artım  tempi  və  mənfəətin  qarant 

səviyyəsidir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şə



kil 4.6. Tarixi dövrlənmənin D.Helbreyt versiyası 

 

Bu  qəbildən  olan  digər  nəzəriyyə  fransız  sosioloqu  R.Aron 



tərəfindən  irəli  sürülmüşdür.  Onun  “Vahid  industrial  cəmiyyət” 

nəzəriyyəsi 5 əsas xarakterik cəhəti ilə səiyyələnir (şəkil.4.7). 

 

 

Tarixi dövrlənmə: klassik və 



müasir kapitalizm 

“Yeni industrial 

cəmiyyət” 

 

Xarakteristikası 



Klassik kapitalizm 

“Yeni” kapitalizm 

ctimai istehsalın 

əsas hissəsinin 

azsaylı sənaye 

korporasiyalarının 

əlində cəmlənməsi 

ndividual 

mülkiyyətçiliyin 

hökmranlığı 

ri korporativ mül-

kiyyət: korporati-

vizm prinsipi 

Korporativ istehsal 

çərçivəsində 

“texnostrukturun” 

yaranması 

Sahibkarın özü 

idarə edir 

darəetmə sferası: 

xüsusi sosial insti-

tut-texnostruktura 

Korporativ və dövlət 

planlaşdırılması 

Əsas tənzimləyici 

- Bazar 


Dövlət və 

korporativ 

planlaşdırma 


Dünya iqtisadiyyatının tarixi 

 

 



114

                                                            

 

Şə

kil 4.7. Tarixi dövrlənmənin R.Aron versiyası 



 

Maraq  doğuran  yanaşmalardan  biri  də  E.Tofferin  (1928) 

“Superindustrializm” nəzəriyyəsidir. “Üçüncü dalğa”(N.Y. 1980 – ingilis 

dilində) əsərində E.Toffer tarixi dövrlənmədə əsas kriteri kimi “dəyişiklik 

dalğalarının” ardıcıl növbələşməsini götürmşdür (şəkil 4.8). 

 

 



 

Ənənəvi cəmiyyət 

Vahid industrial 

cəmiyyət 

Birlikdə olmuşdur. Ailə-

təsərrüfat funksiyasını 

yerinə yetirirdi 

Ayrıdırlar 

şçinin qabiliyyəti əsasında 

Texnika və 

texnologiyanın 

xüsusiyyətləri 

əsasında 

Olmayıbdır 

Əsas şərtlərdən 

biridir 


Primitiv səviyyədə 

Əsas rol oynayır 

Olmayıbdır 

Güclü 


təmərküzləşmə 

Tarixi dövrlənməənənəvi və müasir 

cəmiyyə

Xarakterik 

əlamətlər 

Müəssisə → 

Ailə 

münasibətləri 



Texnoloji əmək 

bölgüsü 


Kapital yığımı 

qtisadi hesab 

(planlaşdırma 

və s.) 


şçi qüvvəsinin 

təmər-


güzləşməsi 

Dünya iqtisadiyyatının tarixi 

 

 



115

                                                            

 

 

 



Şə

kil 4.8. Tarixi dövrlənmənin E.Toffer təsnifatı 

 

 

ndustrializmin  böhranından  çıxış  etməklə  “Super-industrializm” 

nəzəriyyəsini  irəli  sürən  E.Tofflerin  yanaşma  tərzindəki  zəif  məqamları 

əksər  tənqidçilər  (azsaylı  olsalar  da)  sosial  dəyişikliklərin  elm  və 

texnikadakı dəyişikliklərə bağlamasında görürlər. 

“ ndustrial” 

və 

“postindustrial” 



nəzəriyyələrin 

fərqli 


xüsusiyyətlərinə  baxmayaraq,  onların  hamısı  modernləşmə  prosesini 

aşağıdaki sosial dəyişikliklərlə bağlayırlar: 

1.

  Yerli bazarların dünya bazarlarına qovuşması; 



2.

  Qeyri-iqtisadi məcburetmənin ləğvi; 

3.

  Sosial proseslərin dinamikliyinin kəskin artımı; 



Tarixin dövrlənməsi 

Dəyişiklik dalğaları 

Planetar dəyişiklik 

dalğası, yaxud 

sivilizasiyanın 

industrial dalğası. 

Avropa – XVIII 

əsr (sənaye 

inqilabı


 

Sivilizasiyanın 



super indus-

trial dalğası; 

XX əsrin 60-cı 

illəri 


-

 

Bərpa edilən enerji mənbələrinə əsaslanmaqla həyatın 



yeni obrazının yaradılması; 

-

 



Standartlaşdırılmış kütləvi istehsaldan – zavod 

konveyerlərindən imtina; 

-

 

Məktəb, korporasiya və s. yönümdə yeniləşmə. 



Ə

SAS ƏLAMƏTLƏ

 

Sivilizasiyanın 



aqrar dalğası; 

b.e.ə. 10 

minillik 


Dünya iqtisadiyyatının tarixi 

 

 



116

                                                            

4.

  Əməyin peşəkarlaşması; 



5.

  stehsalçı və istehlakçı rolların bölünməsi və s. 

 Qilderbrant

121


 – Blüxerin

122


 3 mərhələli modeli: 

Alman  alimləri  (XIX  əsr)  təsərrüfatın  tarixini  3  mərhələyə 

bölmüşlər.  Bölgü  yaxud  dövrlənmə  əmtəənin  (məhsulun)  istehsalçıdan 

istehlakçıya çatdırılması yolunun uzunluğu prinsipə söykənir: 

-

  “Təbii”,  natural  (yaxud  ev)  təsərrüfatı:  ən  qədim  dövrdən 



XII  əsrin  ortalarına  qədər  davam  etmişdir.  Məhsulun 

çatdırılma yolunun uzunluğu bir mildən çox deyil (tarladan, 

yaxud bostandan dəyirmana və oradan da istehlakçıya). 

-

  “Pul”(yaxud şəhər) təsərrüfatı: XII əsrin ortalarından XVIII 



əsrin  sonuna  qədər  davam  etmişdir.  Məhsulun  istehlakçıya 

çatdırılma  yolunun  uzunluğu  bir  neçə  mildən  10  və  daha 

çox 

milə 


qədərdir 

(Tarladan 

yaxud 

sənətkarın 



emalatxanasından  şəhər  bazarları,  yaxud  yarmarkalar 

vasitəsi ilə tacirlər tərəfindən istehlakçıya çatdırılma:) 

-

  “Kredit”  (yaxud  xalq)  təsərrüfatı:  XIX  əsrdən  başlanır. 



Məhsulun  çatdırılma  yolunun  uzunluğu  yüz,  min  və  daha 

çox mildir. 

 Tarixi-xronoloji  yanaşma:  Aralıq  dənizi  regionu  xalqlarının 

tarixinə  münasibətdə  istifadə  olunan  ənənəvi  yanaşmadır:  7  dövr 

fərqləndirilir: 

1.

  Qədim  dövr  –  XXXIII  –  VIII  (b.e.ə.).  Əmək 



bölgüsü; əsas sosial institutlar – ailə, icma, mülkiyət, 

hüquq, dövlət, din yaranmışdır; 

2.

  Antik  dövr  –  b.e.ə.  VII  əsrdən  b.e.  V  əsrinə  qədər 



olan  dövr:  Sənətkarlıq,  ticarət,  xüsusi  mülkiyyət 

(torpaq üzərində) və qullar meydana gəlmişdir. 

3.

  Orta  əsrlər  –  VI-XV  əsrlər:  Müstəqil  şəhərlər 



yarandı, Avropanın əsas millətləri formalaşdı; 

4.

  ntibah  dövrü  –  XV  əsrin  ortalarından  XVII  əsrin 



ortalarına  qədərki  dövr.  lkin  kapital  yığımı  və 

böyük coğrafi kəşflər dövrü. 

                                                 

121


 Б.Гильдербранд. Политическая экономия настоящего и будущего. СПБ. 1860.- 

С. 61-72 

122

 К. Вюхер. Возникновение народного хозяйства. Директмедиа Паблишинг; 1907 



Dünya iqtisadiyyatının tarixi 

 

 



117

                                                            

5.

  Maarifçilik  dövrü  –  XVII  əsrin  ortalarından  XVIII 



əsrin  sonuna  qədərkı  dövr.  Dünyanın  ərazicə 

bölünməsi baş verdi. 

6.

  Azad  rəqabət  dövrü  –  XVIII  əsrin  sonu  XIX  əsrin 



ikinci yarısına qədərki dövr. Sənaye inqilabı. 

7.

  nhisar  rəqabəti  dövrü  –  XIX  əsrin  sonu  XX  əsrin 



40-50-ci 

illərinə 

qədərki 

dövr. 


Kapitalın 

təmərgüzləşməsi  və  dünyanın  iqtisadi  cəhətdən 

bölgüsü  müstəvisində  aparılan  mübarizə  böhranlara 

və müharibələrə yol açdı. 

8.

  Sosial  (bazar)  təsərrüfat  dövrü  –  XX  əsrin 



ortalarından  başlanır  və  hal-hazırda  da  davam 

etməkdədir.  Ən  çox  inkişaf  etmiş  ölkələr  sabitliyə 

nail  olmuş,  yeni  orta  təbəqə  və  istehlak  cəmiyyəti 

formalaşmışdır. 

Ənənəvi  yanaşmalardan  biri  də  ibtidai  dövrdən  sonrakı  inkişaf 

prosesini üç əsas epoxaya bölünməsidir: 

 

1.Qədim aqrar cəmiyyət; 



2.Orta əsrlərin aqrar-industrial cəmiyyəti; 

3.Müasir industrial cəmiyyət. 

Bu  epoxaların  hər  birində  bir,  yaxud  bir  neçə  sivilizaiya  mövcud 

ola  bilər.  Bu  anlamda  sivilizasiya  –  eyni  zamanda  həm  hərəkətdə  olan, 

həm də sabit qalan yaranışdır. 

Uzun  minilliklər  boyu  mövcud  olmuş  aqrar  cəmiyyətin  forma 

müxtəlifliyinə baxmayaraq, ümumi səciyyə  daşıyan müəyyən xarakterik 

cəhətləri olmuşdur. 

Məhz  bu  cəmiyyətdə  (bəşər  tarixində  ilk  dəfə  olaraq)  nəzəri 

təfəkkür  formalaşmağa  başlamış,  “görünən”  və  real  dünya  arasında 

fərqliliklər  meydana  çıxmış,  dövlət  yaranmışdır  və  s.  Aqrar  cəmiyyətin 

əksər  sakinləri  qapalı  icmalarda  yaşayan  kənd  təsərrüfatı  işçiləri 

olmuşlar.  Hakim  (idarəedən)  sinif  əhalinin  əsas  kütləsindən  ayrılır, 

ağalıq→tabeçilik prinsipinə istinadla ideoloji baxışlar formalaşır. Hakim 

sinfin  özü  də  tərkib  etibarilə  yekcins  deyildir  –  bir  neçə  təbəqəyə 

bölünmüşdür (hərbiçilər, ruhanilər, inzibatçılar və s.) 

Həmçinin, aqrar cəmiyyət – müasir terminologiyadan istifadə etsək 

makrososial  sabitliyi  ilə  seçilirdi.  Dövlət  tərəfindən  bərabərsizliyin 

qanuniləşdirilməsi, ona təbiilik görüntüsü verilməsi, labüdlüyü hər vəchlə 

təsbit olunurdu. Cəmiyyətin milli əlamətlərə görə bölgüsü yox idi. 



Dünya iqtisadiyyatının tarixi 

 

 



118

                                                            

Orta əsrlərin aqrar-industrial cəmiyyəti hər şeydən əvvəl, şəhərlərdə 

təmərgüzləşən  sənətkarlar  təbəqəsinin  artımı,  pərakəndə  halda  mövcud 

olan aqrar icmalar arasında ticarət və kommunikasiyaların kəskin inkişafı 

və monoteist dinlərin hökmran mövqelərə keçməsi ilə səciyyələnir. 

Bütün  aqrar-industrial  cəmiyyətlərdə  mərkəzləşdirilmiş  dövlətlər 

yaranır. Bununla yanaşı, yuxarıda qeyd etdiyimiz “makro-sosial” sabitlik 

laxlamağa başlayır. 

Ticarət və kooperasiyanın artımı ilə əlaqədar əmək bölgüsü sürətlə 

mürəkkəbləşir. Məhz aqrar-industrial cəmiyyət dövründə təbəqələşmənin 

daha  da  dərinləşməsi  baş  verir:  Həkimlər,  alimlər,  qanunvericilər, 

teoloqlar və s. formalaşır. 

Bəzi  tədqiqatlarda  orta  əsrlər  cəmiyyətini  birmənalı  olaraq  aqrar 

cəmiyyətlərə  aid  edirlər  ki,  bu  da  tarixi  prosesin  real  dərki  nöqteyi-

nəzərindən  problemli  situasiyalar  doğurur.  Məsələn,  belə  olan  təqdirdə 

qədim  Misir  cəmiyyəti  ilə  Maya  cəmiyyəti  arasında  bütün  fərqliliklər 

silinir.  Əslində  isə,  aqrar  və  aqrar-industrial  cəmiyyətlər  arasında  həm 

struktur,  ideoloji,  həm  də  təfəkkür  tərzi  və  maddi  həyatın  quruluşu 

(yaşam  tərzi)  prizmasından  prinsipial  fərqlər  mövcuddur.  Orta  əsrlər 

cəmiyyətini  birmənalı  olaraq  aqrar  cəmiyyətlərə  aidetmənin  əsas 

səbəblərindən  biri  həmin  dövrə  məxsus  tarixi  mənbələrdə  hakim  sinifə 

həddən artıq  yer ayrılması ilə şərtlənir. Belə təsəvvür yaranır ki, əslində 

elə bir əhəmiyyətli dəyişiklik baş verməmişdir. Aqrar və aqrar-industrial 

cəmiyyətlər arasında struktur fərqliliyi göstərmək üçün J.Qurviç

123


 ən azı 

beş  “cəmiyyətin”,  beş  müxtəlif  iyerarxiyanın  mövcud  olduğunu  qeyd 

edirdi. 

1.

  Ən qədim cəmiyyət – “senyer” cəmiyyəti; 



2.

  Teokratik cəmiyyət; 

3.

  “Ərazi” dövlət ətrafında formalaşan “gənc” cəmiyyət; 



4.

  Feodal cəmiyyəti; 

5.

  Şəhər cəmiyyəti. 



Artıq X əsrdə, Qurviçin göstərdiyi kimi, şəhərlər – xüsusi dövlətlər, 

xüsusi  cəmiyyətlər,  xüsusi  sivilizasiya  və  iqtisadiyyatlar  kimi  çıxış 

edirdilər. 

Ümumiyyətlə,  əgər  son  orta  əsrlər  aqrar-industrial  epoxa  hesab 

edilməsə idi, onda çox qısa tarixi dövr ərzində aqrar cəmiyyətin kapitalist 

cəmiyyəti  ilə  əvəzlənməsinin  rasional  yozumunu  tapmaq  müşkülə 

çevrilərdi. 

                                                 

123

 Gourvitch G. Determinismes sociauxet liberte humanaivie. Paris, 1963, p.261 



Dünya iqtisadiyyatının tarixi 

 

 



119

                                                            

ndustrial  cəmiyyətə  keçid  tarixən  XVIII  əsrdə  başa  çatmışdır.  Bu 

cəmiyyətin əsas xarakterik cəhətləri aşağıdakılardan ibarətdir: 

1.

  Əvvəlki  epoxalardan  fərqli  olaraq  kənd  təsərrüfatı  və  sənaye 



istehsalının sürətli artımı; 

2.

  Elm  və  texnikanın,  o  cümlədən  kommunikasiyanın  güclü 



inkişafı; 

3.

  Əhalinin sürətli artımı; 



4.

  Həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi; 

5.

  Mürəkkəb  əmək  bölgüsü  və  beynəlxalq  əmək  bölgüsünün 



sistemləşməsi; 

6.

  Mərkəzləşdirilmiş dövlət; 



7.

  Əhalinin 

üfüqi 

təbəqələşməsində 



kəskin 

fəsadların 

“yumşaldılması”,  şaquli  təbəqələşmənin  artımı  (cəmiyyətin 

millətlərə, regionlara və s. bölgüsü). 

 

Kapitalizm  iqtisadiyyatın  yeni  tipi  ilə  yanaşı,  yeni  həyat  tərzi  və 



yeni təfəkkür tipi yaratdı. M.Veber hesab edirdi ki, bu – protestantizmin 

yaranması ilə bağlıdır (kapitalizm XVI əsrdə formalaşmağa başlamışdır). 

V.Zombart

124


  kapitalizmin  başlanğıcını  XV  əsr  Florensiyası  ilə 

bağlayırdı.  O.Koks  isə  ümumiyyətlə  XI  əsr  Venesiyasını  önə  çəkirdi. 

Kapitalizmin  yaranması  tarixi  ilə  əlaqədar  mövcud  olan  fərqliliklər 

onunla izah oluna bilər ki, əvvəla, orta əsrlər cəmiyyəti birmənalı olaraq, 

aqrar  cəmiyyət  kimi  qəbul  edilirdi,  ikincisi,  kapitalizm  –  tərəqqinin 

yekun mərhələsi keyfiyyətində səciyyələndirilirdi. 

 

 

F.Brodel yazırdı ki, kapitalizm tarixi təkamülün son sözü deyil, “... 



Onun  süqutu,...  mutasiyası  heç  də  mümkün  olmayanlar  sırasında 

deyildir”.

125

 

Müasir industrial cəmiyyətin qərarlaşması prosesini Brodel 3 dövrə 



ayırır: 

1.

  Kapitalizməqədərki dövr (XIV-XVIII); 



2.

  ndustrial kapitalizm dövrü ( XVIII-XX); 

3.

  Postindustrial kapitalizm dövrü (XX əsrdən başlayaq). 



                                                 

124


 В.Зомбарт. Буржуа: Этюды по истории духовного развития современного эко-

номического человека. М.: Наука.- 1999. 

125

 Бродель Ф. Материальная цивилизация, экономика и капитализм. XV-XVIII вв. 



1986, Т.1. Структуры повседневности: возможное и невозможное. С.34 

Dünya iqtisadiyyatının tarixi 

 

 



120

                                                            

Kapitalizməqədərki  dövrdə  formalaşmaqda  olan  yeni  münasibətlər 

kompleksi  dayanıqlı  deyildir.  Əslində,  kapitalizmin  XIX  əsrdə  tam 

şəkildə qərarlaşması prosesinin 3 əsas şərtini ön plana çıxarır: 

1.

  Həyat  qabiliyyətli  və  tərəqqiyə  istiqamətlənmiş  bazar 



iqtisadiyyatının  yaranması;  O  qeyd  edir  ki,  ilkin  dövrlərdə  bazar 

iqtisadiyyatı hər yerdə eyni məzmun daşıyırdı. “...Lakin belə formada 

mövcud  olan  bazar  iqtisadiyyatı  kapitalist  inkişaf  prosesinin  zəruri, 

amma kafi şərti deyildi”.

126

 

2.



  Cəmiyyət kapitalizmin inkişafına dəstək verməli idi. Sözügedən 

“dəstək” təbii ki, minlərlə amili əhatə  edir. Brodelin fikrincə isə, bu 

daha  çox  siyasi,  “tarixi”  səciyyə  daşımalıdır  (nəinki  iqtisadi  və 

sosial). 

3.

  Son  nəticədə  dünya  bazarının  mövcudluğu  zəruri  amil 



keyfiyyətində çıxış edir. 

Qeyd etmək olar ki, Rusiyada ikinci, Çində isə həm ikinci, həm də 

üçüncüsü şərtlər olmayıb. 

Postindustrial  epoxa  əvvəlki  dövrlərdən  hər  şeydən  əvvəl  radikal 

xarakterli dəyişiklikləri ilə fərqlənir. XX əsr bu anlamda – bəşər tarixində 

xüsusi  yer  tutur.  Məsələn,  məhz  XX  əsrdə  (əsasən  əsrin  ortalarından 

başlayaraq) iqtisadi inkişaf sıçrayış xarakteri almışdır. 

Hal-hazırda  bəşəriyyətin  istehlak  etdiyi  məmulatların  90%-i  məhz 

bu  dövrdə  yaradılmışdır.  1950-2000-ci  illər  ərzində  sənaye  istehsalı  50 

dəfə,  təbii  qazdan  istifadə  30  dəfə  artmışdır.  600  mln-dan  çox  minik 

maşınları istifadəyə verilmiş, 4000 süni peyk buraxılmışdır. 1980-2000-ci 

illərdə  istifadə  olunan  mineral  ehtiyatlar  bəşəriyyətin  bütün  tarixi  boyu 

istifadə etdiklərindən çoxdur. 

Müasir  postindustrial  cəmiyyət  ifrat  dərəcədə  mürəkkəb,  çoxlaylı 

və  dinamik  surətdə  dəyişən  sosial  sistemdir.  Bu  cəmiyyətin  ən  ümumi 

cəhətlərinə aşağıdakıları aid etmək olar: 

1.

  Qlobal səviyyədə hamı üçün keçərli olan vahid məqsəd yoxdur; 



Məqsəd spontan şəkildə formalaşır; 

2.

  ctimai proseslər vahid mərkəzdən tənzimlənmir; 



3.

  Cəmiyyət  daxili  koordinasiya  universal  davranış  qaydalarına 

əməl etməklə formalaşır; Yəni koordinasiya – nə hansısa vahid 

məqsədlə tənzimlənmir, nə də vahid mərkəzdən formalaşmır. 

                                                 

126


 Бродель Ф. Материальная цивилизация, экономика и капитализм. XV-XVIII вв. 

1986, Т.2. Игры обмена., с.609 



Dünya iqtisadiyyatının tarixi 

 

 



121

                                                            

4.

  Cəmiyyətin  iqtisadi  əsasını  xüsusi  mülkiyyət  və  sahibkarlıq 



(özəl), bazar sistemi və rəqabət təşkil edir. 

5.

  Fərdlər  avtonomdur,  qanunla  mühafizə  edilən  şəxsi  həyata 



malikdir, qərar qəbulunda müstəqildirlər; 

6.

  Fərdlər bütün fundamental azadlıqlara malikdirlər; 



7.

  Çoxpartiyalı  cəmiyyətdir;  partiyaların  heç  birinin  hakimiyyət 

səlahiyyətləri yoxdur; 

8.

  Dövlət  hakimiyyəti  və  yerli  özünüidarəetmə  orqanlarının 



rəhbərləri ümumxalq səsverməsi ilə təyinat alırlar; 

9.

  Hakimiyyətin  3  qanadı  var:  qanunverici,  icra  və  məhkəmə 



(bunların hər biri müstəqildir). 

Müasir  fəlsəfi  fikirdə  F.Brodelin  təsvir  etdiyimiz  yanaşması 

birmənalı qarşılanmır. Əsas iradlar sırasına aşağıdakıları aid etmək olar: 

1.

  Tarixin  Brodel  tərəfindən  aparılan  dövrlənməsi  səthi  və 



kobuddur.  Onun,  yəni  bölgünün  əsasında  yalnız  bir  kriteri  - 

artımın səviyyəsi dayanır ; 

2.

  Bu  baxımdan  industrial  cəmiyyətlə  postindustrial  cəmiyyət 



arasındakı fərqlilik birmənalı olaraq iqtisadi artımın səviyyəsinə 

ürcah edilir. 

3.

  Lakin  son  3  əsrdə  inkişaf  etmiş  cəmiyyətlərə  münasibətdə  bu 



kriteri  ikincidərəcəli  əhəmiyyət  daşıyır.  Ön  plana  isə 

mədəniyyət  çıxır.  Əsas  diqqət  son  300  illik  tarixə  yönəldilir. 

Minilliklər  boyu  davam  etmiş  epoxa  isə  industrializməqədərki 

dövr kimi ümumiləşdirilir. 

Tənqidçilər  belə  bir  qənaətə  gəlirlər  ki,  postindustrial  cəmiyyət  – 

müstəqil  tarixi  epoxa  deyil,  o,  yalnız  industrial  epoxanın  müasir 

mərhələsidir və daxili eyniyyətə malikdir. 

Ümumdünya  tarixinin  əsas  mərhələlərinin  elmi  fikirdə  qəbul 

edilmiş  təsnifatlarından  biri  də  qlobal  –  mərhələli  inkişaf  konsepsiyası 

çərçivəsndə öz əksini tapmışdır (şəkil 4.9). 

 

 

 



 

 

 



 

 

 



Dünya iqtisadiyyatının tarixi 

 

 



122

                                                            

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şə

kil 4.9. Bəşəriyyətin inkişafının əsas mərhələləri. 



 


Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin