§ 13.1 Qlobal inkişafın III mərhələsi haqqında bəzi mülahizələr
əvvəlcədən qeyd etmək lazımdır ki, bir çox təsnifatlarda dünya
iqtisadiyyatının inkişafının III mərhələsi I və II Dünya müharibələri
dövrü ilə çərçivələnir. Göstərilən yanaşma, ümumiyyətlə iqtisadi tarixin
geniş spektrliyinə əsaslanmaqla aparılan yanaşmadır. Qeyd edilən dövr
çox böyük itkilərlə müşahidə olumuşdur. Sırf iqtisadi itkilər anlamında
həmin dövrün bəşər tarixində analoqu yoxdur. Lakin sözügedən dövrün
əlahiddələşməsi yalnız kəmiyyət göstəricilərinə uyğun olaraq aparılır.
Kəmiyyətcə azalma, yaxud çoxalma hələ öz-özlüyündə sistemin
keyfiyyətcə yeni mərhələyə keçidi anlamını vermir. Eyni zamanda,
kəmiyyət çoxalmaları mexaniki olaraq keyfiyyət yeniləşməsinə gətirib
çıxarmır, yaxud bu proses heç də həmişə keyfiyyət yeniləşməsi ilə
müşaiyət olunmur.
Düzdür, qeyd edilən yanaşma, ümumiyyətlə, tarixi-iqtisadi prosesin
müəyyən “dayanacaqlarla” gedişi nöqteyi-nəzərindən, həmçinin, sırf
istorizm (tarixilik) mövqeyindən müəyyən qeyd-şərtlərlə qəbul edilə
bilər.
Amma dünya iqtisadiyyatının sistem keyfiyyətində inkişafı
prizmasından göstərilən təsnifat (dövrlənmə) birtərəfli xarakter daşıdığı,
məzmunlu keyfiyyət aspektini nəzərə almadığı üçün inkişaf mərhələsi
(ayrıca bir pillə keyfiyyətində) kimi qəbulu mümkünsüzdür!
Ona görə ki:
1. Dünya iqtisadiyyatı – iqtisadi sistemdir! Dünya iqtisadiyyatının
tarixi fənni də məhz həmin sistemin genezisi, formalaşması və inkişaf
tarixini öyrənir. Bu baxımdan, mərhələli bölgü birmənalı olaraq
keyfiyyət aspektinə istinadla aparılmalıdır.
2. Dünya iqtisadiyyatında (bir sistem olmaq etibarilə) keyfiyyət
dəyişikliyi (1970-ci illərdə) – “istehsal” iqtisadiyyatının “xidmət”
iqtisadiyyatına keçidi dövründə baş vermişdi.
Dünya iqtisadiyyatının tarixi
322
Dünya iqtisadiyyatının formalaşdığı, qərarlaşdığı andan (XIX əsrin
sonu-XX əsrin əvvəlləri) bu ana qədər (1970-ci illərə) kəmiyyət və forma
dəyişkənliyi baş vermişdir ki, bunların da dövrlənmə kriteriləri kimi
tətbiqi metodoloji aspektdən yalnışdır.
3. “Xidmət” iqtisadiyyatına keçid dünya iqtisadiyyatında, eləcə də
bütövlükdə sivil dəyərlər sistemində substansional dəyişikliklərə
səbəb oldu və s.
1913-1970-ci illər, əslində dünya iqtisadiyyatının (genezis və
qərarlaşma nəzərə alınmadan) bir sistem kimi inkişafında birinci
mərhələdir. Bu mərhələni məzmun tutumu baxımında 2 xronoloji dövrə
ayırmaq olar:
1. 1913-1938;
2. 1938-1991.
Bu dövrdə ümumbəşəri rifaha birbaşa zərbə vuran bir çox nəhəng
tarixi hadisələr baş vermişdir:
1.
I Dünya müharibəsi (1914-1918);
2.
Dünya iqtisadi böhranı (1929-1933);
3.
II dünya müharibəsi (1939-1945);
4.
Dünya sosialist sisteminin yaranması (1917-1991).
Bu hadisələrin hər biri ayrı-ayrılıqda böyük təsir gücünə malik
olmuş və dünya iqtisadiyyatının sabitqədəmli inkişaf prosesində böyük
fəsadlar yaratmışdır.
§ 13.2. I Dünya müharibə si: sə bə blə ri və iqtisadi nə ticə lə ri
XX əsrin əvvəllərindən etibarən aparıcı ölkələr arasında dünyanın
yenidən bölüşdürülməsi, təsir sferalarının genişləndirilməsi, kapital
qoyuluşu, xammal mənbələri üzrə ziddiyyətlərin kəskinləşməsi I Dünya
müharibəsinə gətirib çıxardı (1914-1918).
Birinci Dünya müharibəsinin səbəbləri sırasına aşağıdakıları aid
etmək olar:
1.
XX əsrin əvvəllərindən başlayaraq Almaniyanın beynəlxalq
səviyyəli siyasi proseslərdən və dünya bazarlarından
sıxışdırılması; Məhdud iqtisadi resurslara malik Almaniyanın
inkişafı yolundakı məneələrin müharibə ilə aradan qaldırılması
zərurətinin yaranması;
Dünya iqtisadiyyatının tarixi
323
2.
Təmərgüzləşmiş iri kapital strukturları arasında təsir sferalarının
bölgüsü
üzrə
yaranmış
ziddiyyət
və
onun
aradan
qaldırılmasında iqtisadi metodların gücsüzlüyü;
3.
Lider ölkələrin öz mövqelərini nəyin bahasına olursa-olsun
saxlamaq istəyi;
4.
Əsas bazarların inhisarlaşması.
Göründüyü kimi, I Dünya müharibəsinin əksər səbəbləri iqtisadi
məzmun daşıyır.
ki hərbi blok – Antanta və Avstriya – alman blokları arasında
başlanan müharibə 2.0 mlrd. nəfər əhalisi olan 56 ölkəni əhatə edirdi.
Müharibə çox ağır nəticələrlə sonuclandı. 10 mln. nəfər həlak
olmuş, 20 mln. nəfər yaralanmışdır. Hərbi əməliyyatlar nəticəsində 500
döyüş, 6 min ticarət gəmisi batırıldı. qtisadiyyat birmənalı olaraq hərbi
relsə keçirilmişdi. 1917-ci ildə Antanta (ABŞ – istisna omaqla) blokunda
13 mln. işçisi olan 40 min müəssisə, Alman-Avstriya blokunda isə 6 mln.
işçisi olan 10 min müəssisə hərbiyə işləyirdi.
Müharibə illəri ərzində 30 mln. tüfəng, 1 mln. pulemyot, 150
mindən çox artilleriya qurğusu, 9 min tank, 180 mindən çox təyyarə
istehsal olunmuşdu.
Ümumi hərbi xərclər 200 mlrd. doll. (o illərin qiymətləri ilə) təşkil
etmişdi ki, bu da qızıl ehtiyatlarından 12 dəfə çox idi.
Müharibə bəşəriyyətin o dövrə qədər əldə etdiyi sərvətlərin 1/3-ni
məhv etdi.
Yalnız Yaponiya və ABŞ müharibənin gedişində milli sərvətlərini
müvafiq olaraq 25% və 40 % artıra bildi. Yaponiya Cənub-Şərqi Asiyada
ticarəti öz inhisarına aldı. ABŞ isə hər iki bloka silah satmaqla dünya
qızıl ehtiyatlarının təxminəm 50%-ni ələ keçirdi. Əksər Qərb ölkələri
ABŞ-nın borclularına çevrildi.
Müharibə Üçlər
ttifaqının (Almaniya, Avstriya-Macarıstan,
Osmanlı imperiyası) məğlubiyyəti ilə nəticələndi.
Versal sülh müqaviləsinə (1919) görə Almaniya ərazisinin 1/8-ni,
əhalisinin isə 1/10-ni itirdi. Eyni zamanda, Almaniyanın Şərqi və Cənub-
Qərbi Afrikadakı müstəmləkələri ngiltərəyə, Kamerun və Toqo isə
Fransaya keçdi. Almaniyanın ödəyəcəyi təzminatın məbləğı 132 mlrd.
marka həcmində müəyyənləşdirildi. Almaniya ilə bir blokda olan
Osmanlı imperiyası ilə Sevr müqaviləsi imzalandı və o, 1923-cü ildə
Lozanna müqaviləsi ilə əvəz olundu. Müharibənin gedişi və ondan
sonrakı dövrdə Antantanın Avropada türk varlığını məhv etmək
istiqamətindəki bütün səyləri nəticəsiz qaldı. Qazi Mustafa Kamal
Dünya iqtisadiyyatının tarixi
324
Atatürkün rəhbərliyi altında verilən mücadilə möhtəşəm Türk dövlətinin
– Türkiyə Respublikasının yaranması ilə nəticələndi.
Sosial-iqtisadi aspekt də əlavə olunmaqla I Dünya müharibəsinin
əsas nəticələri sırasına aşağıdakıları da aid etmək olar:
1.
Rusiyada Oktyabr çevrilişi ilə beynəlxalq səviyyədə siyasi
situasiyanın gərginləşməsi;
2.
Əsas iqtisadi resursların kəskin şəkildə azalması;
3.
Ekoloji situasiyanın pisləşməsi;
4.
Təsir sferalarının yenidən bölgüsü;
5.
Bazarların və istehsal sferasının struktur dəyişiklikləri.
I Dünya müharibəsinin vurduğu iqtisadi zərərin aradan qaldırıldığı,
aparıcı ölkələrin dinamik inkişaf yoluna qədəm qoyduqları andan (1929-
cu il) “Böyük durğunluq” adlanan planetar səviyyəli iqtisadi böhran
başladı.
§ 13.3. Böyük depressiya (1929-1933)
1929-cu ildə baş verən dünya iqtisadi böhranı kifayətqədər
fəallaşmış məcmu iqtisadi proseslərin normal gedişini dayandırdı. 1929-
33-cü illər böhranı istehsal →istehlak cütlüyündə yaranan ziddiyyətlər
kompleksindən qaynaqlanmışdır. Əslində, söhbət geniş təkrar istehsal
prosesinin sistemli gedişinin pozulmasından, ayrı-ayrı elementlər
səviyyəsində əlahiddələşmədən, XIX əsrin sonundan başlanan
ictimaişləşmə tipinin böhranından gedirdi.
qtisadi böhran – “görünməyən əlin” effekt yaratma mexanizmə
olan inamı sarsıtdı. Özünütənzimlənmənin sərhədsiz olmadığını, onun
mütləq dövlət tənzimlənməsi ilə optimal uyğunluğa gətirilməsi
zəruriliyini ortalığa qoydu.
Cə dvə l 13.1
1929-1933-cü illə r böhranı: sə naye istehsalı indeksi (1913=100)
llə r
Dünya (¹)
ngiltə rə
Fransa
Almaniya
ABŞ
1929- böhranın başlan-
ğıcı il
1933– böhrandan çıxış
ili
150
84
104.4
70.7
144
92
108.3
51.8
182.6
81.2
Dünya iqtisadiyyatının tarixi
325
Qeyd: SSR nə zə rə alınmadan.
Cədvəldəki məlumatlardan göründüyü kimi, böhran illərində
sənaye istehsalı əksər inkişaf etmiş ölkələr üzrə hətta 1913-cü il
səviyyəsindən də aşağı düşmüşdü.
Ən çox azalma Almaniyada baş vermişdir. Zatən, Almaniya I
dünya müharibəsindəki məğlubiyyətindən sonra yenicə dirçəlməyə
başlamış, 1913-cü il səviyyəsini azca ötməklə normal inkişaf yoluna
qədəm qoymuşdu.
§13.4. Qərb ölkələri müharibələrarası
(I və II Dünya müharibələri) dövrdə
§ 13.4.1. ABŞ iqtisadiyyatı
1929-33-cü illərdə baş vermiş iqtisadi böhran Nyu-Yorkun Fond
birjasından başlamaqla bank sistemini, sənayeni və kənd təsərrüfatını
əhatə etməklə dünya iqtisadiyyatını əməlli-başlı silkələdi. Böhranın ən
ağır təsir etdiyi ölkə ABŞ idi. Böhranaqədərki dövrdə ABŞ dünyanın
lider ölkəsinə çevrilmiş, bütün Avropanı viran qoyan I Dünya
müharibəsindən daha da güclənmiş halda çıxmışdı (Cədvəl 13. 2).
Cədvəldəki məlumatlardan göründüyü kimi, 1929-cu ildə (1913-cü
illə müqayisədə) əksər göstəricilər üzrə kəskin artım müşahidə edilirdi.
Neft hasilatı 8 dəfə, çuqun istehsalı 37.4%, polad istehsalı 80.0%,
avtomobil istehsalı 11.1 dəfə, ixracat 2.1 dəfə, idxalat 2.4 dəfə və s.
artmışdı.
1932-ci ildə isə ABŞ-da məcmu sənaye istehsalı 46%, o cümlədən,
çuqun istehsalı 79%, polad istehsalı 76%, avtomobil istehsalı 80% aşağı
düşmüşdü.
Böhran illəri ərzində (1929-33) 135 mindən çox ticarət, maliyyə və
sənaye firmaları, 5760 bank müflisləşdi. Xarici ticarət dövriyyəsi 3.1
dəfə azaldı. Əksər göstəricilərə görə ölkə 1911-ci ilin səviyyəsinə düşdü.
Səhmlərin məzənnəsinin aşağı düşməsi 25 mln. nəfərin yaşayış
səviyyəsinə kəskin şəkildə mənfi təsir göstərdi. şsizlərin sayı 50%-ə
qədər artdı. Böhran aqrar sferada da böyük fəsadlar doğurdu. 1934-cü
ildə taxıl yığımı 36%, qarğıdalı yığımı 45% azaldı, kənd təsərrüfatı
məhsullarının satış qiyməti 58% aşağı düşdü, 1 mln.-dan çox fermer
müflisləşdi.
Dünya iqtisadiyyatının tarixi
326
Cə dvə l 13.2
ABŞ -ın iqtisadi inkiş af dinamikası (1913-1938)
Göstə ricilə r
1913
1918
1929
1938
1938 ⁄1913 -
cü
ilə
nisbə tə n
%-lə
1. Əhali, mln.n
2. Sənaye istehsalı indeksi
(1923-1925=100)
3. Kömür istehsalı,
mln. t.
4. Neft hasilatı, mln. barrel
5. Çuqun istehsalı mln.t.
6. Polad istehsalı, mln.t
7. Avtomobil istehsalı, min ədəd
8. Pambıq istehlakı,
min kip.
9. Taxıl yığımı, mln. kvintal
10. Pambıq əkin sahəsi, mln.ha
11. Pambıq yığımı, mln. kvintal
12. xracat, mln.dol
13. dxalat, mln.dol
96.5
69
508.9
10.4
31.0
31.3
0.485
5786
204
14.3
30.7
2448
1757
104
83
605.5
31.5
39.1
44.5
1.2
7685
246.1
14.2
26.1
6048
2930
122
119
543.7
83.9
42.6
56.4
5.4
7970
223.8
17.5
32.1
5157
4315
130
105
355
91.5
19.5
28.8
4.8
5914
194.7
11.1
27.5
3300
3100
+34.7%
X
-30.3%
+8.8 dəfə
-37.1%
-8.0 %
+9.9 dəfə
+2.2%
-4.6%
-22.4%
-10.5%
+34.8%
+76.4%
Bu dövrə qədərki zaman intervalında liberal dəyərlərin hüdudsuz
tətbiqi,
fərdiyyətçiliyinin
“mütləqləşməsi”
müşahidə
olunur,
iqtisadiyyatın dövlət tənzimlənməsi birmənalı şəkildə rədd edilirdi.
Yaranmış böhran situasiyasından çıxış yolu axtaran Amerika
hökuməti (Prezident Q.Quver) ilkin olaraq ticarət proteksionizminin
tətbiqi ilə kifayətləndi. O, hesab edirdi ki, 60 gün ərzində ölkə böhrandan
çıxa biləcəkdir. Lakin böhran getdikcə dərinləşməkdə idi.
1931-ci ildə müflisləşməni önləmək məqsədilə bankların (eləcə də,
sənaye və nəqliyyat müəssisələrinin) dövlət tərəfindən kreditləş-
dirilməsinə cəhd edildi. Bu məqsədlə yaradılmış Milli kredit
korporasiyası (3.5 mlrd. dol. kapitalla), “Federal fermer bürosu”
müəyyən işlər görə bilmişdi. Büronun əsas vəzifəsi kənd təsərrüfatı
məhsullarının qiymətlərini dəstəkləməkdən ibarət idi. Lakin bu
Dünya iqtisadiyyatının tarixi
327
istiqamətdəki fəaliyyət yekun etibarilə heç bir effekt vermədi. 1933-cü
ildə işsizlərin sayı artıq 17 mln. nəfəri keçmişdi.
Elə həmin il ABŞ-ın prezidenti seçilmiş F.D. Ruzvelt vəziyətdən
çıxmaq istiqamətində irihəcmli islahtalara başladı.
F.D.Ruzveltin “Yeni kursu” bəşər tarixinə ən effektiv islahat
sistemlərindən biri kimi daxil olmuşdur. D.Keynsin nəzəriyyəsinə
istinadla “Yeni kurs” geniş təkrar istehsal prosesinin dövlət
tənzimlənməsinin zəruriliyini ön plana çıxardı.
Amerika hökumətinin qeyd edilən yönümdə həyata keçirdiyi yeni
iqtisadi siyasət, geniş təkrar istehsal prosesinə aktiv dövlət müdaxiləsi
əsas məqsəd kimi götürməklə, 3 prinsipə söykənirdi: 1. planlaşdırma; 2.
sosial həmrəylik və sosial əməkdaşlıq; 3. digər ölkələrlə mehriban
qonşuluq. “Yeni kursun” həyata keçirilməsi dövrü iki mərhələdən ibarət
idi:
1.
lkin mərhələ - 1933-1935-ci illər;
2.
kinci mərhələ - 1935-ci ildən sonrakı dövr.
“Yeni kurs” ABŞ-ın yenidən dünya liderliyinə qayıdışını təmin
etdi.
§ 13.4.2. Almaniya iqtisadiyyatı
I Dünya müharibəsində məğlubiyyət və Versal sülh müqaviləsinin
ağır şərtləri Almaniyanın iqtisadi həyatına öldürücü təsir göstərmişdi.
Müharibədə 2 mln. alman həlak olmuş, 1.5 mln. yaralanmış, 1 mln.-a
qədər isə epidemiya və aclıqdan ölmüşdü. Ölkədə iqtisadi xaos
başlanmışdı. Versal sülh müqaviləsinə görə Almaniyadan alınan ərazilər
daş kömür hasilatının 25%-ni, dəmir filizinin 75%-ni, poladın 35%-ni və
s. verirdi.
1913-cü illə müqayisədə məcmu sənaye istehsalının həcmi 43%
aşağı düşmüşdü. Sənaye istehsalın azalması, daxili bazarın tutumca
daralması, qiymət artımı, real əməkhaqqının 25% aşağı düşməsi kütləvi
işsizliklə müşayiət olunurdu.
Maliyyə sistemi dağılmış, inflyasiya sürətlə yüksəlirdi.
1923-cü ildən başlayaraq həyata keçirilən iqtisadi islahatlar
nəticəsində valyutanın sabitləşməsinə nail olundu ki, bu da büdcənin
normallaşdırılmasına imkan verdi. Stabilləşdirmə tədbirləri əsasən
aşağıdakıları əhatə edirdi:
1. stehsal güclərinin modernləşdirilməsi;
Dünya iqtisadiyyatının tarixi
328
2. Alman inhisarçı birliklərinin mövqelərinin möhkəmləndirilməsi:
kartel və sindikatların yerinə trest və konsernlər gəlməyə başlayır;
3. Əmək prosesinin intensivləşdirilməsi.
1924-cü il London konfransında təzminatın ödənilməsi şərtlərinin
yüngülləşdirilməsi haqqında proqram qəbul edildi. Bunun ardınca
imzalanan Lokarn müqaviləsi (1925) Versal sülh müqaviləsinin şərtlərini
yüngülləşdirmə yönümündə yenidən təftişini həyata keçirdi və Almaniya
üçün mühüm əhəmiyyət kəsb edən bır sıra qərarlar qəbul etdi: Hərbi
nəzarətin ləğv edilməsi, fransız qoşunlarının Saardan çıxarılması və s.
Təzminatın
ödənilmə
mənbələri
kimi
aşağıdakılar
müəyyənləşdirilmişdi (Daues planı):
1.
Rüsum və dolayı vergilər (əsasən, kütləvi istehlak malları üzrə):
xüsusi istiqrazların buraxılması;
2.
Alman dəmiryolundan gələn gəlirlər;
3.
Sənayedən alınan vergilər.
Təzminat xərclərinin ödənilməsi 1928-ci ildən başladı (illik 2.5
mlrd. marka) 1932-ci ildə isə ümumiyyətlə, ləğv edildi.
Cə dvə l 13.3
Almaniyanın iqtisadi inkiş af dinamikası (1913-1938)
Göstəricilər
1913
1918
1924
1938
1938 ⁄1913 -
ə
nisbətən
(%-lə )
Dünya iqtisadiyyatının tarixi
329
Cədvəldən göründüyü kimi, I Dünya müharibəsində itirilən inkişaf
səviyyəsi 1924-cü ildə belə bərpa olmamışdır. Belə ki, 1924-cü ildə
əhalinin sayı 1913-cü il səviyyəsinin 96.5%-nə, kömür istehsalı üzrə
85.5%-nə, çuqun istehsalında 67.9%-nə, polad istehsalında 86.9 %-nə və
s. bərabər olmuşdur. 1929-cu ilə qədərki dövrdə (1924-cü ildən) ölkə
sənayesində canlanma yaranmış, sənaye istehsalının həcmi müharibəyə
qədərki səviyyəni ötüb keçmişdi. II Dünya müharibəsinə qədərki dövrdə
isə Almaniya sənaye istehsalında Avropada birinci, dünyada isə ikinci
(ABŞ-dan sonra) yerə çıxdı.
Məlumatlardan göründüyü kimi (cədvəl 13.4) 1941-ci ildə
Almaniya regional liderə çevrilmişdi.
Cədvəl 13.4
1941-ci Almaniyasının iqtisadi göstə ricilə ri
Göstə ricilə r
Almaniya
şğ
al olunmuş
ölkə lə rlə birlikdə
Artım (%)
1. Əhali, mln.n.
2.Kömür istehsalı, mln.t.
3.Neft hasilatı, mln. t.
4.Polad istehsalı, mln.t
69
235
0.7
22
290
400
7.5
45
+ 4.2 dəfə
+ 70.2%
+ 10.7 dəfə
+ 2.0 dəfə
§ 13.4.3. ngiltərə iqtisadiyyatı
Nəzərdən keçirilən dövr ngiltərə iqtisadiyyatının assimetrik inkişaf
dövrü kimi səciyyələnə bilər. I Dünya müharibəsindəki itkilər bütöv bir
dövr ərzində çox ləng sürətlə bərpa olunmağa başlamışdı (cədvəl 13.5).
Məlumatlardan göründüyü kimi, sənaye istehsalının indeksi yalnız 1920-
ci ildə 1913-cü il səviyyəsinə çatmış, lakin sonrakı dövrlərdə,
böhranaqədərki illərdə də onu əhəmiyyətli dərəcədə ötüb keçə bilməmiş,
1935-ci ildə isə hətta aşağı düşmüşdür. I Dünya müharibəsi ngiltərə
1. Əhali, mln.n
2.Sənaye
istehsalı
indeksi
(1913=100)
3.Kömür istehsalı, mln. t.
4.Çuqun istehsalı, mln.t.
5. Polad istehsalı, mln.t.
6. xracat, mln.marka
7. dxalat, mln. marka
67
100
277.3
19.3
18.4
10097
10770
66.8
57
259.0
9.2
11.8
-
-
64.7
108.1
237.9
13.1
16
13483
13447
69
137
214.4
19.7
22.5
-
-
+ 2.9%
X
- 22.7%
+2.1%
+22.3%
X
X
Dünya iqtisadiyyatının tarixi
330
iqtisadiyyatına həqiqətən də böyük zərbə vurmuşdu. Belə ki, 1918-ci ildə
1913-cü ilə nisbətən kömür istehsalı 20.6%, çuqun istehsalı 11.7%,
gəmiqayırma 31.2%, pambıq istehlakı 67.8% və s. aşağı düşmüşdür.
qtisadi böhran ngiltərə iqtisadiyyatında 1930-cu ildə təzahür
etməyə başlamış, 1930-32-ci illərdə sənaye istehsalının həcmi 15%
azalmışdır. Bu prosesdə ən çox zərər çəkən ənənəvi sahələr –
metallurgiya, kömür istehsalı və s. olmuşdu. Eyni zamanda, əkin sahələri
azalmış, xarici ticarət dövriyyəsi 2 dəfə aşağı düşmüş, ticarət balansında
böyük kəsir yaranmışdı. 1932-ci ildə işsizlərin xüsusi çəkisi 30-35%-ə
çatmışdı. Funt sterlinqin nüfuzdan düşməsi, nəticə etibarilə ölkənin qızıl
valyuta ehtiyatlarının azalması ilə sonuclandı. Ölkənin tədiyyə balansı
fəlakətli bir vəziyyətə gəlib çatmışdı. ngilis hökuməti böhrandan çıxmaq
məqsədilə sərt büdcə siyasəti yeritməklə dövlət xərclərinin qismən
tənzimlənməsinə nail oldu ki, bu da müəyyən yönümlərdə sabitləşdirici
effekt verdi. Qənaət siyasəti yeridən hökumət funt sterlinqin qızıl
paritetini ləğv etdi və nəticədə milli valyuta 35% cıvarında devalvasiyaya
uğradı.
Cədvəl 13.5
ngiltərənin iqtisadi inkişaf dinamikası (1913-1938)
Göstəricilər
1913
1918
1929
1938
1938⁄1913-
cü
ilə
nisbətən
%-lə
1. Əhali , mln.n
2.Sənaye istehsalı indeksi
(1913=100)
3. Kömür istehsalı, mln. t.
4.Çuqun istehsalı, mln.t.
5. Polad istehsalı, mln.t
6.Gəmiqayırma, min.
req. t.
7. Pambıq istehlakı, mln.t
8. xracat, mln.f.st
9. dxalat, mln. f.st
41.3
100
287
10.3
7.7
1200
19.2
525.3
659.2
38.8
100.2(¹)
228
9.1
9.5
826
6.8
489.4
1254.4
44.4
100.5
258
7.6
9.6
931
6.8
729.3
1111.1
48
98.5(²)
231
6.9
10.6
1026
5.9
965.6
1703.6
+16.2%
X
-19.6%
-33.1%
+37.6%
-14.5%
-59.3%
+83.8%
+2.6 dəfə
Dünya iqtisadiyyatının tarixi
331
10.Kapital ixracı, mlrd.f.st.
160.5
-
87.2
15.4
-10.4 dəfə
Qeyd: 1) 1920-ci il; 2) 1935-ci il.
Bunun ardınca 1931-ci ildə yaradılan sterlinq blokunun üzvü olan
və olmayan ölkələr – Skandinaviya ölkələri, Yaponiya da qızıl paritetini
ləğv etdi.
ABŞ, Almaniya, Fransa, taliya və s. ölkələrdə qızıl standartının
saxlanılması funt sterlinqlə ticarəti aparılan malların qiymət üstünlüyünə
gətirib çıxardı ki, bu da o dövrdə formalaşmış problemli situasiyanın
gərginliyinin azalmasında mühüm rol oynadı. 1932-ci ildən etibarən
ngiltərədə stabilləşmə prosesi başlamış və böhranın nəticələri aradan
qaldırılmışdı.
1934-cü ildə sərt büdcə siyasəti əhəmiyyətli dərəcədə yumuşaldıldı,
elə həmin ildə ngiltərə böhrandan çıxdı.
Dostları ilə paylaş: |