AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə19/46
tarix26.02.2017
ölçüsü5,72 Mb.
#9662
1   ...   15   16   17   18   19   20   21   22   ...   46
§ 9.3. Qərbin dünya liderliyinə keçidi 

 

X əsrdə Şərq ölkələrinin iqtisadi inkişaf səviyyəsi Qərbi Avropa ilə 

müqayisədə 1.5-2 dəfə yüksək olmuşdur.

146


 

XI  əsrdə  adambaşına  ÜDM-un  həcmi  Çində  600-700  dollar, 

Hindistanda  550-650  dollar,  Misirdə  470-530  dollar  (1980-ci  ilin 

qiymətləri  ilə)  təşkil  etmişdir.  Eyni  zamanda,  şəhər  əhalisinin  xüsusi 

çəkisi arasında da əhəmiyyətli fərqlər yaranmışdır. Belə ki, Çində 2 min 

əhalisi  olan  şəhərlərdə  əhalinin  20%,  islam  ölkələrində  -  15-20%-i 

yaşadığı  halda,  Qərbi  Avropada  analoji  göstərici  11-13%  təşkil  edirdi. 

XI-XII əsrlərdə Çində dəmir istehsalı  ngiltərənin XVII əsrdə (1640-cı il) 

əldə  etdiyi  səviyyədən  2.5-5  dəfə  çox  idi.  Həmin  dövrdə  təkcə  Çinin 

dəmir  istehsalının  həcmi  XVIII  əsr  Avropasının  bütövlükdə  analoji 

göstəricisinə bərabər olmuşdur. 

Şərqlə  Qərb  arasında  fərqlilik  intellektual  səviyyəyə  görə  daha 

böyük  nisbətdə  -  1:20-ə  nisbətində  (Şərqin  xeyrinə)  formalaşmışdır.  Bu 

göstərici  üzrə  Avropanın  səviyyəsi,  hətta  Roma  imperiyasının  klassik 

dövründəki (b.e.ə. VIII əsr − b.e. II əsri) səviyyədən də aşağı olmuşdur. 

Qərbi  Avropanın  dünya  hegemonluğuna  keçidinin  ilkin  başlanğıc 

anı 1683-1739-cu illəri əhatə edir. Belə bir qənaət ortalıqdadır ki, 1683-

cü ildə Şərqlə Qərb arasında paritet mövcud olmuşdur. 

                                                 

146


 В.К.Ломакин. Мировая экономика. М.: Финансы, 1998.- С.29 

Dünya iqtisadiyyatının tarixi 

 

 



227

                                                            

XVIII əsrin ortalarından etibarən paritet Qərbin xeyrinə pozulmağa 

başlamış  və  Qərbin  dünya  iqtisadiyyatında  həlledici  mövqelərə 

yüksəlməsini şərtləndirmişdir. Məhz həmin dövrdə Avropa ictimai əmək 

məhsuldarlığı  və  istehlakın  səviyyəsinə  görə  Şərq  ölkələrinə  çatmış, 

sonrakı mərhələdə isə sürətlə irəli çıxmışdır. 

Maraqlı cəhətlərdən biri ondan ibarətdir ki, araşdırılan dövr ərzində 

Şərq mədəniyyətinin yüksəlişi müşahidə edilirdi. Təbiidir ki, qeyd edilən 

yüksəliş  ənənəvi  dəyərlər  sisteminə  söykənirdi.  Bu  aspektdən,  yəni 

mədəniyyətlə  bağlı  tənəzzül  hesab  edilə  biləcək  yeganə  məsələ 

özünəməxsusluğun, 

ənənəviçiliyin  hegemon  mövqedə  qalması, 

Avropanın intellektual və mədəni nailiyyətləri ilə müqayisədə innovativ 

xarakterli dəyişikliklərin yoxluğu ilə şərtlənə bilər. 

Ümumiyyətlə, hal-hazırda tədqiqatçıların böyük əksəriyyəti belə bir 

qənaətdədirlər  ki,  XVI-XVII  əsrlərdə  Avropanın  çiçəklənməsinin 

“Avropa  möcüzəsi”nin  əsas  qaynağı  elə  Avropanın  özündədir. 

“Avropamərkəzçiliyi”  konsepsiyası  və  ümumiyyətlə,  birxətli  inkişaf 

yanaşması, o cümlədən marksist baxışlar qeyd edilən dövrdə baş vermiş 

inkişafı  kapitalizmə  keçidlə  əsaslandırırlar.  Belə  ki,  “burjua”  inqilabları 

ardıcıl  olaraq  Avropa  ölkələrində  formalaşmış  feodal  münasibətləri 

sisteminə  son  qoymuş,  məhsuldar  qüvvələrin  inkişafı  yolundan  bütün 

“maneələri” aradan qaldırmışdır və s. 

Həqiqətən  də,  XVI-XVIII  əsrlər  ərzində  Şərqin  heç  bir  ölkəsində 

“burjua”  inqilabı  baş  verməmiş,  kapitalist  münasibətlərinin  spontan 

qaydada  formalaşması  prosesi  olmamışdır.  Amma...  nədən?  Birxətli 

yanaşmanın,  o  cümlədən  tarixi  materializm  məntiqindən  çıxış  etsək, 

əslində  əks-nəticə  ilə  qarşılaşmalı  idik.  Yəni  o  dövrdə  Şərq  bütün 

parametrlərə görə Qərbdən üstün idi və təbii olaraq, “proqressiv” olan nə 

varsa ilkin olaraq Şərqdən başlanmalı idi. 

Şərqin  gerçəkliyini  şərtləndirən  amillərə  yanaşmada  müxtəlif 

baxışlar yer almaqdadır: 

1.  Şərq  ölkələrinin  köçəri  tayfaların  aramsız  hücumlarına  məruz 

qalması;  Həqiqətən  də,  kiçik  fasilələrlə  aparılan  müharibələr 

iqtisadiyyatın  inkişafına  dağıdıcı  təsir  göstərmiş,  demoqrafik 

situasiyanı kəskin şəkildə pisləşdirmişdir və s. 

Bəzi tədqiqatçılar bunu önəmli amil hesab etmirlər. Qeyd 

edirlər  ki,  əvvəla,  dağıdıcı  müharibələr  heç  vaxt  Şərqin 

xüsusiyyəti  keyfiyyətində  çıxış  etməmişlər.  kincisi, 

Avropada da belə müharibələr baş vermişdir (1618-1648 – 

30  illik  müharibə)  ki,  nəticədə  də  təkcə  Almaniyanın 



Dünya iqtisadiyyatının tarixi 

 

 



228

                                                            

əhalisi 20 mln. nəfərdən 7 mln. nəfərə qədər azalmışdır və 

s. 


2.  Şərq  ölkələrinin  sistematik  şəkildə  talan  edilməsi  (müstəmləkə 

sistemi).  Sözügedən  proses  bir  tərəfdən,  Şərq  ölkələrində 

iqtisadiyyatın  dağılmasına,  kütləvi  yoxsullaşmaya,  digər  tərəfdən 

isə  əldə  olunan  böyük  həcmli  sərvətə  söykənməklə  Avropa 

ölkələrinin  sürətli  inkişafına  səbəb  olmuşdur.  lkin  kapital  yığımı 

prosesinin  əsasən  Şərq  ölkələrinin  talan  edilməsi  hesabına  baş 

verməsi  bütövlükdə  Şərq  regionunda  feodalizmin  və  müstəmləkə 

köləliliyinin uzunmüddətli mövcudluğuna səbəb olmuşdur.  

Probelmin bu səpgidə qoyuluşunu qəbul etməyən tədqiqatçılar qeyd 

edirlər ki: 

1.Çoxsaylı  cəhdlərə  baxmayaraq  “görünməmiş  talan”ın  miqyasını 

və “ilkin kapital yığımı”nın məbləğini müəyyənləşdirmək mümkün 

olmamışdır.  Əksinə,  Şərqlə  Qərb  arasındaki  “tədiyyə  balansı” 

birincinin xeyrinə formalaşırdı. 

Qərbin  Şərqlə  ticarət  əlaqələrində  olan  xroniki  defisit 

qiymətli  metalların  Şərqə  axınına  gətirib  çıxarmışdır. 

XVII-XVIII əsrlərdə Amerikada hasil edilən gümüşün 1/3 

məhz  həmin  defisiti  qapamaq  üçün  Şərq  ölkəsinə 

göndərilmişdir. 

Avropanın 

ümumidxalatının 

90%-i 


Asiyadan  gətirilirdi.  Yəni  vurğulayırlar  ki,  qızıl  axınları 

Qərbdən  Şərqə  yönəlmişdir,  əksinə  deyil!  Əslində  isə, 

Şərqin  maddi,  təbii  və  insan  resurslarının  Qərb  dövlətləri 

tərəfindən  talan  edilməsi  (müstəmləkə  sistemi)  Şərqin 

iqtisadiyyatına  öldürücü  zərbə  vurmuşdur.  Məsələn, 

Maysorun  paytaxtının  işğalı  nəticəsində  (1799-cu  il) 

ingilislər 12 mln qızıl pul, Benqalın işğalından sonrakı 15 

il ərzində (XVIII əsr) 1 mlrd. funt sterlinq dəyərində vəsait 

əldə  etmişlər.  100  il  ərzində  (1757-1857)  ngiltərənin 

Hindistandan  əldə  etdikləri  sərvətin  məbləği  1  mlrd.  funt 

sterlinq təşkil etmişdir və s. Bütün bunlara 100 illər boyu 

davam  edən  müstəmləkə  sistemini  və  onun  səbəb  olduğu 

nəticələri  də  əlavə  etsək,  onda  gerçək  vəziyyətin  heç  də 

deyildiyi kimi olmadığını görə bilərik 

Bir  sıra  müəlliflər  qeyd  edirlər  ki,  bəzi  ölkələr  istisna  olmaqla, 

bütövlükdə Şərq regionunda mütləq iqtisadi tənəzzül olmamışdır. Hətta, 

o dərəcədə ki, iqtisadi inkişaf templəri Avropanın analoji göstəricisindən 

elə 


də 

fərqlənmirdi. 

Məsələn, 

Mak-Eyvedi 

və 

Consun 


Dünya iqtisadiyyatının tarixi 

 

 



229

                                                            

qiymətləndirmələrinə  görə  demoqrafik  artımın  dinamikası  (iqtisadi 

inkşafın məcmu ifadəsi kimi) yuxarıda gəlinən qənaətin doğru olduğuna 

dəlalət edir.  

Cədvəl 9.3 

Şə

rq-Qərb: əhalinin artım dinamikası 



 

llər 


Avropa 

Asiya 


 

Ə

halinin sayı 



mln. nəfə

Ə

vvəlki dövrə 



nisbətən artım 

(%) 

Ə

halinin sayı 



mln. nəfə

Ə

vvəlki dövrə 



nisbətən artım 

(%) 

1500 


1600 

1650 


1700 

1800 


81 

100 


105 

120 


180 

 



25 

14 



50 

 

280 



375 

370 


415 

625 


 

35 



-1 

12 


50 

 

 



1800-cü  ilə  olan  məlumata  görə  Avropanın  əhalisi  71%,  Çinin  – 

146%,  Hindistanın  əhalisi  isə  27%  artmışdır.  XVIII  əsrin  əvvəllərində 

Çin,  sonralar  isə  Avropa  iqtisadi  inkişaf  templərinə  görə  Hindistana 

çatmışdı,  iqtisadi  və  demoqrafik  artımın  dinamikası  Yaponiya  üçün  də 

analoji xarakter daşımışdır. 

2.“ lkin kapital yığımı” prosesinin tarixi fenomen kimi mövcudluğu 

şübhə altına alınır. Prosesin təfərrüatına varmayan bəzi tədqiqatçılar 

göstərirlər  ki,  bu  fenomenin  gerçəkliyinin  belə,  Şərqə  heç  bir 

aidiyyəti  olmamışdır.  Başqa  sözlə,  XVII-XVIII  əsr  Avropasının 

elmi-texniki  və  iqtisadi  inkişafında  müstəmləkə  sistemi,  ələlxüsus 

Şərq heç bir rol oynamamışdır. Sənaye çevrilişinin erkən dövründə 

(1760-1815) ticarət və bank kapitalının iştirakını sübut edə biləcək 

heç  bir  fakt  mövcud  deyildir.  Ayrı-ayrı  şəxslər  tərəfindən  əldə 

edilən  sərvət  (müstəmləkələrin  istismarı  ilə  bağlı)  Qərbin 

sənayeləşməsi prosesində iştirak etməmişdir. 

3.Şərqə  münasibətdə  Qərbin  “xeyirxahlığını”  önə  çəkənlərin  ən 

maraqlı  qənaətlərindən  biri  də  “konkret  qanunauyğunluq”  aşkara 

çıxarmalarıdır.  Heç  demə  müstəmləkələr  metropoliyalara  nisbətən 

daha sürətli inkişaf yolunda olmuşlar. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



230

                                                            

Bununla  belə,  əksər  nəzəri  yanaşmalar  (marksizm,  dünya-sistem 

nəzəriyyəsi,  asılılığın  meta  nəzəriyyəsi  və  s.)  Şərqin  dünya  liderliyini 

əldən  verməsini  Qərbin  “talan”  siyasəti  ilə  bağlayırlar.  Məsələn, 

.Vallerstayn “müasir dünya sisteminin” formalaşması prosesini iki dövrə 

bölür – 1450-1640 və 1640-1815; eyni zamanda, göstərilir ki, sözügedən 

prosesdə  mənimsəmənin  yeni  formaları  meydana  çıxmışdır.  Kənd 

təsərrüfatı, sonralar isə sənaye istehsalında artım dünya bazarı vasitəsi ilə 

(qeyri-ekvivalent ticarət) Qərb ölkələri tərəfindən mənimsənilirdi. Qeyri-

ekvivalent ticarət regional qiymət səviyyələri arasındakı fərqə və gümüş 

və qızılın fərqli alıcılıq qabiliyyətinə əsaslanırdı. Həyata keçirilən valyuta 

–  qiymət  siyasətinin  əksər  müsbət  məqamları  isə  “nədənsə”  Qərbdə 

toplanırdı  və  onun  sürətli  inkişafına  güclü  təkan  verirdi.  Bu  da,  yekun 

olaraq  sənayeləşmə  və  cəmiyyətin  modernləşməsi  ilə  nəticələndi.  1500-

1700-cü  illər  ərzində  Avropanın  xarici  ticarət  dövriyyəsi  15  dəfə  artdı. 

Və  beləliklə,  beynəlxalq  ticarətdə  hegemon  mövqeyə  sahiblənən  Qərb 

dünyanın iqtisadi inkişaf mərkəzinə çevrildi. 

Müvafiq  olaraq,  Şərq  “mərkəzin”  tələbatları  və  mənafeləri 

çərçivəsində “inkşaf” yoluna qədəm qoydu – dünya sisteminin əyalətinə 

çevrildi. Beynəlxalq əmək bölgüsü sistemi genişləndikcə Şərq ölkələrinin 

“mərkəzdən” asılılığı da güclənməyə başladı. Formalaşmaqda olan dünya 

bazarının  “oyun  qayda”larına  (daha  doğrusu  –  Avropa  kapitalının  diktə 

etdiklərinə)  tabe  olmaq  məcburiyyəti  iqtisadi  geriliyin  sistemli  xarakter 

almasına  gətirib  çıxardı.  Daxili,  endogen  amillərin  təsir  dairəsi  və 

əhəmiyyəti  xeyli  dərəcədə  aşağı  düşdü.  Həmin  dövrdə  Şərq  ölkələri 

xammal və yarımfabrikat ixracatçılarına çevrildilər. 

Beləliklə, inkişafa münasibətdə Şərqlə Qərb arsında əks-tənasüblük 

formalaşdı.  Qərb  –  nə  qədər  çox  inkişaf  edirdisə,  Şərq  o  qədər  geri 

qalırdı. 

Bütün  orta  əsrlər  dövründə,  eləcə  də  yeni  dövrün  başlanğıcında 

Şərq  özünəməxsusluğunu  qorumuş  və  Qərblə  bağlı  olanları  (mənəvi 

dəyərlərdən tutmuş iqtisadiyyatın təşkilinə qədər) birmənalı şəkildə rədd 

etmişdi. Yalnız XIX əsrin ikinci yarısından başlayaraq Şərq sivilizasiyası 

tədricən  daha  tolerant  olmağa,  Qərbə  aid  olanları  qəbul  etməyə 

başlamışdı. Şərqin “qərbləşməsi” prosesi bu gün də davam etməkdədir. 

 

 

 



 

 


Dünya iqtisadiyyatının tarixi 

 

 



231

                                                            



§ 9.4. Qərb və Şərq ölkələri orta əsrlərdə: “istehsal iqtisadiyyatı”nın 

inkişaf xüsusiyyətləri 

 

§ 9.4.1. Fransa iqtisadiyyatı 

 

XI-XV əsrlərdə Fransa tipik feodal dövləti kimi mövcud olmuşdu. 



Fransanın  feodalizmə  keçidi  icma  cəmiyyətinin  və  Roma  imperiyasının 

protofeodal  elementlərinin  uyğunlaşdırılması  əsasında  baş  vermişdir. 

Artıq  V  əsrdə  Fransa  feodal  dövlətinə  çevrilmişdir.  Milli  dövlət 

quruculuğu  prosesi  IX  əsrin  ortalarından  başlamış,  XI  əsrdə 

yekunlaşmışdır.  IX-XI  əsr  Fransa  iqtisadiyyatında  hakim  mövqedə  olan 

natural  təsərrüfatçılıq  tipi  ayrı-ayrı  iri  feodalların  daha  da  güclənməsinə 

şərait  yaradırdı.  Hətta  o  dərəcədə  ki,  onların  sahib  olduqları  ərazilər 

ayrıca dövlət kimi fəaliyyət göstərir, kral hakimiyyətindən asılılıq demək 

olar ki, tam şəkildə aradan qalxırdı. 

XI-XIII  əsrlərdə  mərkəzəqaçma  təmayülləri  tədricən  güclənməyə 

başlayır, ayrı-ayrı əyalətlərin dağınıq halda mövcudluğuna son verilir. 

Feodalların  torpaq  üzərindəki  inhisar  mülkiyyəti  tam  şəkildə 

qərarlaşır.  Azad  kəndli  torpaq  sahibliyi  ləğv  edilir.  Yalnız  şəxsi  feodal 

asılılığı  əsasında  kəndlilərə  pay  torpaqları  verilir.  Asılılığın  ən  geniş 

yayılmış  forması  təhkimçilik  (servaj)  idi.  Təhkimli  kəndlilər  tam 

hüquqsuz vəziyyətə salınmışdı. 

XIII-XIV  əsrlərdə  təhkimçiliyin  böhranı  başlayır.  Natural 

təsərrüfatçılıq tipi inkişafın əngəlinə çevrilir. 

Böyük  Coğrafi  kəşflərin  digər  ölkələrlə  müqayisədə  Fransa 

iqtisadiyyatına  təsiri  hissediləcək  dərəcədə  olmamışdır.  Feodal 

münasibətləri  sistemi  XVIII  əsrin  sonuna  qədər  davam  etmişdir.  Bütün 

bu dövr ərzində ölkə iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edirdi. 

Aqrotexnki  təchizatın  səviyyəsinə  görə  XIV  əsrlə  müqayisədə, 

əhəmiyyətli  irəliləyişlər  olmamışdır.  Bununla  yanaşı,  əsas  kənd 

təsərrüfatı rayonlarının ərazicə ixtisaslaşması prosesi start götürmüşdür. 

Fransada  ilkin  kapital  yığımı  prosesi,  ngiltərədən  fərqli  olaraq 

(“çəpərləmə”) vergi yükünün artırılması yolu ilə həyata keçirilirdi. 

lkin  kapital  yığımının  fransız  metodu  iki  əsas  xüsusiyyəti  ilə 

fərqlənirdi: 

1.

 



Dövlət  borcları  sisteminin  xüsusi  çəkisinin  qeyri-adi 

böyüklüyü. 

2.

 

Daxili bazarın nisbi zəifliyi. 



Dünya iqtisadiyyatının tarixi 

 

 



232

                                                            

Bu proses çərçivəsində sənayenin ən yüksək inkişaf səviyyəsi XVII 

əsrin  ortalarına  təsadüf  etmişdir.  Qeyd  edilən  səviyyənin  əldə 

olunmasında  dövlətin  proteksionist  siyasəti  həlledici  rol  oynamışdır. 

Ümumiyyətlə,  dövlətin  həyata  keçirdiyi  iqtisadi  siyasət  ticarətin 

inkişafında da mühüm yer tutur. Ticarət donanması yaradılmışdır, daxili 

bazar  yüksək  gömrük  tarifləri  ilə  qorunurdu  və  dövlət  ixracat 

əməliyyatlarını  əhəmiyyətli  dərəcədə  dəstəkləyirdi.  Avropanın  digər 

ölkələri və müstəmləkələrlə ticarətdə inhisarçı birliklər meydana çıxmağa 

başlamışdır.  Feodal  münasibətləri  məhz  Fransada  daha  yetkin  forma 

almışdı. Bu baxımdan aşağıdakı fərqli xüsusiyyətləri göstərmək olar: 

1.

  Feodalların kənd təsərrüfatından “ayrılığı”. 



2.

  Kənd  yerlərində  xırda  torpaq  sahibliyinin  hökmranlığı; 

Təsərrüfatın natural xarakterinə uyğun olaraq daxili bazarın və 

əmtəə-pul münasibətlərinin zəif inkişafı; daxili bazarın “darlığı” 

əsasən  kəndlilərin  çoxsaylı  və  ağır  vergi  yükü  altında  olmaları 

ilə izah edilə bilər. 

3.

  Dövlət strukturlarında feodalların güclü mövqelərə sahib olması 



feodal  münasibətlərinin  dağılmasına  və  yeni  kapitalist 

münasibətlərinin intişarına mənfi təsir göstərirdi. 

4.

  Dövlət vergilərinin mərkəzləşdirilmiş feodal rentası kimi xüsusi 



rolu; 

5.

  Yüksək  faizlərlə  dövlət  istiqrazlarının  buraxılması;  Nəticədə, 



manufakturaya kapital qoyuluşu ilə müqayisədə sələmçilik daha 

sərfəli  olmuşdur.  Vergilərlə  birlikdə  sələmçilik  Fransada  ilkin 

kapital yığımının spesifik mənbəyi kimi çıxış edirdi. 

6.

  Zadəganlara  aid  olmayan  əsas  əhali  kütləsi  tam  hüquqsuz  idi. 



Bu  da  yeni  yaranan  münasibətlər  (kapitalist)  sistemində 

əngəlləyici amil rolunu oynayırdı. 

7.

  Sənayedə  xüsusi  kapital  qoyuluşlarının  zəif  artımı  sənətkarlıq 



və  manufakturalar  üzərində  kral  hökumətinin  qəyyumçuluğuna 

səbəb olmuşdu. 

XVII  əsrin  ikinci  yarısından  etibarən  Fransada  manufakturaların  4 

tipi formalaşmışdı: 

1.

  Dövlət vəsaitləri hesabına yaradılan və dövlət tərəfindən 



idarəedilən kral manufakturaları.  

2.

  Müxtəlif imtiyazları olan xüsusi kral manufakturaları. 



3.

  Vergiqoyma  sferasında  və  ssuda  alınmasında  müxtəlif 

güzəştlərdən  istifadə  edən,  bu  anlamda  müəyyən 

üstünlüklərə malik olan xüsusi imtiyazlı manufakturalar. 



Dünya iqtisadiyyatının tarixi 

 

 



233

                                                            

4.

  Heç  bir  imtiyazı  olmayan,  dövlət  dəstəyindən  istifadə 



etməyən adi manufakturalar. 

Fransa  dövləti  gəmiçiliyin  inkişafına  xüsusi  diqqət  yetirməyə 

başlamışdır  ki,  bu  da  nəticədə  ingilis  və  hollandlarla  rəqabət  aparmaq 

imkanı  yaratmışdır.  Digər  tərəfdən,  Kanadanın,  Luiziananın,  Qəraib 

dənizi hövzəsindəki bir sıra adaların, Hindistanın Pandişer vilayətinin və 

s. ələ keçirilməsinə təkan vermişdir. 

XVII  əsrin  sonu  XVIII  əsrin  əvvələrində  başlayan  siyasi-iqtisadi 

tənəzzül  müstəmləkələrin  bir  hissəsinin  itirilməsi  ilə  nəticələndi.  Dövlət 

borcunun  həcmi  görünməmiş  dərəcədə  artdı  (kralın  vergilərdən  əldə 

etdiyi  məcmu  gəlirindən  32  dəfə  çox).  Məcburi  məzənnə  ilə  buraxılan 

kağız pullar bütövlükdə pul sisteminin dağılmasına səbəb oldu. 

 

§ 9.4.2.  ngiltərənin iqtisadiyyatı 

 

ngiltərədə  feodal  münasibətləri  icma  təsərrüfatının  inkişaf 



xüsusiyyətlərindən  qaynaqlanmaqla  formalaşmışdı.  Roma  imperiyasının 

təsiri  Fransadakı  qədər  əhəmiyyətli  rol  oynamamışdır.  VII  əsrdə  əmlak 

bərabərsizliyinin  konkret  səviyyələri  formalaşmışdır:  erli  (zadəganlar), 

kerli  (azad  icma  üzvləri),  leti  (yarımazad  icma  üzvləri)  və  qullar.  IX 

əsrdə  ngilis krallığı yaranır. XII əsrdə votçina qəti olaraq qərarlaşır. 

1235-ci 


ildən 

etibarən 

“çəpərləmə” 

prosesi 


başlanır. 

Manufakturaların  yaranışı  (şəhərlərdən  kənar)  start  götürür.  XV-XVI 

əsrlərdə cəngavərlərin “burjualaşması” prosesi gedir. 

XVI-XVII  əsrlər  ngiltərəsi  yeni,  kapitalist  münasibətlərinin 

formalaşması  prosesində  daha  fəal  şəkildə  çıxış  edirdi.  Kapitalist 

münasibətləri  sisteminin  ngiltərədə  daha  sürətli  qərarlaşması  əsasən 

aşağıdakı amillərlə izah oluna bilər: 

1.

  Təhkimçilik hüququnun daha erkən ləğvi; 



2.

  Sənaye burjuaziyasının əhəmiyyətli bir təbəqəyə çevrilməsi; 

3.

  Zadəgan təbəqəsinin parçalanması: Zadəganların bir qismi yeni 



münasibətlər sistemini dəstəkləyirdi. 

4.

  Sənayenin  inkişafını  dəstəkləyən  güclü  mütləqiyyətin 



mövcudluğu.  ngiltərənin  (XVI-XVII  əsrlərdə)  iqtisadi  inkişafı 

iki əsas amillə xarakterizə olunur: 

1.  ngilis  sənayesinin  əsasını  kətançılıq  təşkil  edirdi. 

Yunçuluq  sənayesi  –  ilkin  başlanğıcdan  yeni  münasibətlər 

əsasında formalaşmışdır.  


Dünya iqtisadiyyatının tarixi 

 

 



234

                                                            

Kətançılıq  manufakturaları  əvvəlcə  kənd  yerlərində 

yaranmışdır. Harada ki, sex rejimi yox idi və sərbəst işçi 

qüvvəsi  kifayətedici  səviyyədə  idi.  XVII  əsrin 

əvvəllərində  kətan  və  yun  ingilis  ixracatının  90%-ni 

təşkil  edirdi.  pək  və  metal  emalı  sənayesi  müqayisədə 

ikinci  planda  dayanırdı.  XVII  əsrdə  Şərq  ölkələrindən 

pambıq idxalına başlandı. Tədricən dağ-mədən sənayesi, 

gəmiqayırma,  barıt,  şüşə  və  sabun  istehsalı  inkişaf 

yoluna  qədəm  qoyurdu.  Yüz  il  (1551-1651)  ərzində 

ngiltərədə kömür hasilatı 14 dəfə, dəmir filizi – 3 dəfə, 

əlvan  metallar  (mis  qurğuşun  və  s.)  6-8  dəfə  artmışdır. 

Bütün  Avropada  istehsal  edilən  kömürün  4/5-ü 

ngiltərənin payına düşürdü. 

2. XVI əsrdə  ngiltərədə “aqrar inqilab” baş verir. Kəndli sinfi bir 

sinif kimi “yox” olur. “Çəpərləmə” əməliyyatı kəndliləri torpaqdan 

uzaqlaşdırmaqla  sərbəst  işçi  qüvvəsinin  sayının  artımına  səbəb 

olmuşdur  ki,  bu  da  sənaye  üçün  işçi  qüvvəsi  problemini  aradan 

qaldırmışdır. 

“Çəpərləmə”  əməliyyatına  təkan  verən  əsas  amil  XVI  əsrin 

əvvəllərində yuna olan tələbin artması idi. Artan tələbi ödəmək məqsədi 

ilə  mülkədarlar  özlərinə  məxsus  olan  torpaq  sahələrini  otlaq  yerlərinə 

çevirirdilər.  ri fermer təsərrüfatları yaranırdı. 

Yeni münasibətlərin qərarlaşması prosesinə paralel olaraq zadəgan 

təbəqəsinin  parçalanması  da  sürətlənirdi.  Keçmiş  feodalların  bir  hissəsi 

yeni, kapitalist münasibətlərinin tərəfdarlarına çevrilirdilər. 

Eyni  zamanda,  dövlət  də  öz  tərəfindən  kapitalist  münasibətləri 

sisteminin  formalaşmasını  güclü  şəkildə  dəstəkləyirdi.  Bu  məqsədlə  bir 

sıra  qanunlar  qəbul  edilmişdir:  avaralara  qarşı  tətbiq  olunan  “qanlı 

qanunlar”,  maksimal  əməkhaqqı  haqqında  qanun  və  s.  Həmçinin 

yeniliyin  sürətli  tətbiqində  kilsənin  islahatları  da  az  əhəmiyyətli  rol 

oynamamışdır. Nəticədə geniş torpaq sahələri kilsədən alınaraq təsərrüfat 

dövriyyəsinə daxil edilmişdir. 

ngiltərədə  feodal  torpaq  sahibliyinin  yenidən  təşkili  burjua-kəndli 

deyil, burjua-zadəgan yolu ilə həyata keçirilirdi. Öz feodal hüquqlarından 

istifadə  edən  torpaq  sahibləri  kəndliləri  kütləvi  şəkildə  qovurdular. 

Sənayenin  inkişafı  ticarətin,  ələlxüsus  xarici  ticarətin  tərəqqisinə  güclü 

təkan verdi. Ölkədə iri ticarət şirkətləri yaranmağa başladı. 1600-cü ildə 

yaradılmış  Ost-Hind  şirkəti  Hindistanın  müstəmləkə  əsarətinə  alınması 

prosesinin  başlanğıcını  qoydu.  XVI  əsrdə  Londonda  iri  banklar  və 


Dünya iqtisadiyyatının tarixi 

 

 



235

                                                            

birjalar  meydana  çıxdı.  XVI  əsrin  ikinci  yarısından  etibarən  ngiltərə 

müstəmləkə sistemi yaratmağa başlamışdır. 



 

 § 9.4.3. Almaniya  iqtisadiyyatı 

 

Almaniyada feodalizmə keçid kənd yerlərində yaranmış protofeodal 

elementləri  əsasında  baş  vermişdir.  Almaniya  IV-IX  əsrlərdə  Frank 

dövlətinin  tərkibində  olmuş,  yalnız  911-ci  ildə  müstəqillik  əldə  etmişdi. 

Feodalizmin  qərarlaşması  prosesinin  əsas  xarakterik  xüsusiyyətlərinə 

aşağıdakıları aid etmək olar: 

1.

 

Prosesin ifrat ləngliyi. 



2.

 

Prosesin  asimmetrikliyi:  feodal  münasibətləri  ölkənin 



cənubu və cənub-qərbində daha sürətlə yayılırdı. 

3.

 



XIV  əsrə  qədər  mərkəzləşdirilmiş  kral  hakimiyyətinin 

saxlanması. 

XIII-XIV əsrlərdə ölkənin iqtisadi məkanı 3 yerə parçalanmışdı: 

1. Şimal-qərb regionu: kiçik zadəganlar, icarəçi kəndlilər; 

2. Şərq regionu: işğal edilmiş ərazilər, kiçik zadəganlar, təhkimçilik 

hüququ, ticarət; 

3.

 

Cənub  və  Cənub-qərb  regionu:  iri  votçinalar.  XVI  əsrdə 



Almaniyanın  ərazisində  30  mln.  insan  297  müstəqil 

dövlətdə yaşayırdı. 

Ümumiyyətlə, Almaniyanın iqtisadi inkişafı  ngiltərə və Fransadan 

tamamilə  fərqli  xüsusiyyətlər  daşıyırdı.  XVI  əsr  Almaniyasında  feodal 

münasibətləri nəinki zəifləmiş, hətta daha da möhkəmlənmiş və XIX əsrə 

qədər davam etmişdi. 

XIV-XV  əsrlərdə  əhalinin  artımı,  ticarətin,  sex  sənətkarlığının, 

əkinçiliyin  inkişafı  dövrü  kimi  xarakteizə  oluna  bilər.  Alman  malları  – 

yüksək  keyfiyyətlə  istehsal  olunurdu  ki,  bu  da  rəqabət  mübarizəsində 

müəyyən üstünlüklər əldə etməyə imkan verirdi. Zərgərlik, silah istehsalı, 

dağ-mədən sənayesi güclü inkişaf etmişdi. Almaniya – Avropada ilk dəfə 

olaraq kitab çapını həyata keçirirdi. 

Kənd  təsərrüfatı  məhsullarına  olan  tələbin  artırılması  kənd 

yerlərində  əmtəə-pul  münasibətlərinin  inkişafı  prizmasından  Qanza 

önəmli rol oynayırdı.  

Böyük  Coğrafi  kəşflər  Almaniya  iqtisadiyyatına  mənfi  təsir 

göstərmişdir. Belə ki, ticarət yollarının dəyişməsi şimali və cənubi alman 

şəhərlərinin tənəzzülünə, ticarətin və sex sənətkarlığının böhranına səbəb 

oldu. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



236

                                                            

Bununla  yanaşı,  gümüş  mədənlərinin  sənaye  əhəmiyyəti  aşağı 

düşdü.  Qiymət  inqilabı  və  tələbin  həcminin  artması  ilə  kənd  təsərrüfatı 

məhsullarının  qiymətində  yüksəliş  baş  verdi  ki,  bu  da  sözügedən 

istiqamətdə  əlverişli  konyunkturanın  formalaşmasına  gətirib  çıxardı. 

Alman  mülkədarları  kənd  təsərrüfatı  məhsullarının  ixracatını  artırmaq 

məqsədi ilə klassik feodal elementlərinə (biyar və s.) geniş yer verirdilər. 

Bu  dövrdə  baş  verən  kəndli  üsyanları  (1525-ci  il)  yatırıldıqdan  sonra 

feodal  münasibətləri  daha  da  möhkəmləndi.  Yeni  şəraitə  uyğunlaşa 

bilməyən Qanza dağıldı (1699-cu il). Alman taxıl mərkəzi kimi Hamburq 

ön plana çıxdı. 

XVI  əsr  Almaniyasının  iqtisadi  tənəzzülündə  siyasi  dağınıqlıq  da 

əhəmiyyətli  rol  oynamışdı.  Siyasi  dağınıqlılıq  -  əslində  ölkə 

iqtisadiyyatının  zəif  inkişafından  qaynaqlanırdı,  eyni  zamanda,  öz 

növbəsində  iqtisadi  geriliyi  daha  da  dərinləşdirirdi.  Ayrı-ayrı  iqtisadi 

regionlar  arasında,  demək  olar  ki,  əlaqə  yox  idi.  Məsələn,  Şimali 

Almaniya Baltik dənizi hövzəsinə, Cənubi Alman şəhərləri Şimali  taliya 

və  Dunay  çayı  hövzəsinə  yönəlmiş,  qərb  rayonları  Niderlanddan  asılı 

vəziyyətə düşmüş, Şərqi Almaniyanın isə heç bir inkişaf etmiş ərazilərlə 

münasibətləri olmamışdır. Ölkədaxili regionların iqtisadi əlahiddələşməsi 

siyasi separatizm doğururdu.  

XVII  əsrin  sonunda  Almaniyada  6  min  müxtəlif  pul  vahidi 

dövriyyədə  olmuş,  gömrük  sistemi  əlavə  məhdudiyyətlər  hesabına  daha 

da mürəkkəb sistem keyfiyyətinə yiyələnmişdi.  

Bütün bunlar, təbii olaraq ölkənin iqtisadi inkişafında mənfi işarəli 

rol oynayırdı. Feodal çəkişmələri 30 illik müharibəyə (1618-1648) gətirib 

çıxardı. Antihamburq koalisiyasının qələbə çalması Alman torpaqlarının 

bir hissəsinin bölüşdürülməsinə səbəb oldu. 

Nəticədə, iqtisadi təcridliyə çoğrafi təcridlik də əlavə olundu. Bütün 

Baltikyanı  ərazilər  sveçin,  Şimal  dənizi  isə  Hollandiyanın  nəzarətinə 

keçdi. 


XVIII  əsrdə  Prussiya  güclü  hərbi-siyasi  monarxiyaya  çevrildi. 

qtisadi proseslərdə “hərbi” elementlər üstünlük təşkil etməyə başladı. 

Feodal  münasibətlərinin  daha  da  möhkəmləndirilməsi  prosesi  start 

götürdü. 



 


Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin