ƏMLĠK – südəmər quzuya verilən addır (düz deyil).
Düzgün tərif belə olmalıdır.
ƏMLĠK – südəmər quzu.
Ensiklopediya məqalələrində müraciət sistemi. Ensiklope-
diyalarda bir məqalədən baĢqasına müraciət sisteminə rast gəlirik.
Bir məqalədən baĢqasına müraciət etməyi oxucuya məsləhət gör-
məkdə iki məqsəd vardır:
1.
Oxucunun, onu maraqlandıran məqaləni axtarıb tapmasını
asanlaĢdırmaq;
2.
Eyni bir materialın müxtəlif məqalələrdə dəfələrlə təkrar
olunmasına yol verməmək
143
.
Məqalələrdə baĢlıca olaraq, bu və ya baĢqa anlayıĢın mahiy-
yətini açıb göstərən əsas terminlərə müraciət etməsi oxucuya məs-
ləhət görülməlidir. Müraciətlər iki hissəyə bölünür:
a) müraciət məqalələri;
b) mətn daxilindəki müraciətlər.
Müraciət məqalələri özləri də iki cür olur: izahlı və izahsız.
143
Azərbaycan Sovet Ensiklopediyası redaktorları üçün metodik göstəriĢlər. –
Bakı: ASE BaĢ redaksiya, 1967, s. 10.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
143
İzahsız müraciət məqaləsi bu və ya baĢqa terminin yalnız
adından ibarət olaraq, oxucunun hansı məqaləyə müraciət etməsi
lazım gəldiyini ona göstərir. Bu cür müraciət məqalələri ancaq
aĢağıdakı hallarda verilə bilər:
a)
Hər iki terminin mənası bir-birinin eyni olanda və yaxud ter-
min ixtisar edilmiĢ Ģəkildə veriləndə.
HƏBƏġĠSTAN – bax Efiopiya
b)
Oxucuya, geniĢ izahat tələb etməyən xüsusi anlayıĢdan daha
ümumi anlayıĢa müraciət etdirmək lazım gələndə.
METAN QICQIRMASI – bax Qıcqırma
c)
Təxəllüsü ilə məĢhur olan bir yazıçı haqqında yazılan əsas mə-
qalənin adı onun təxəllüsünü göstərirsə, yazıçının əsl adı və soya-
dın müraciət məqaləsində vermək lazım gələndə.
Məsələn:
MĠRZƏ ƏLƏKBƏR TAHĠRZADƏ - bax Sabir.
İzahlı müraciət məqaləsi elə məqalədir ki, burada termin
haqqında qısaca izahat veriləndən sonra bu xüsusda daha geniĢ
məlumat verilən əsas məqaləyə müraciət edilməsi tövsiyə olunur.
Bir məqalənin mətnində oxucunun bir çox məqaləyə müra-
ciət etməsi tövsiyə edilməməlidir. Çünki çoxlu müraciət tövsiyəsi
oxucunun diqqətini yayındıra bilər. Tərcümeyi-hal məqalələrinə
müraciət edilməsi zəruri hallarda məsləhət görülə bilər. Məsələn,
müxtəlif elm sahələrində bütün dünyada qəbul edilmiĢ qanunları
kəĢf edən Arximed, Nyuton kimi alimlərin tərcümeyi-hal məqalə-
lərinə müraciət etməsi, bu qanunlardan bəhs edilən məqalələrdə
oxucuya məsləhət görülə bilər.
Həm müraciət məqalələrində, həm də məqalələrin mətni da-
xilində oxucuya edilən müraciət tövsiyəsi kursivlə yığılır. Müra-
ciət tövsiyəsini göstərən “bax” sözü yalnız aĢağıdakı hallarda ya-
zılır:
a)
müraciət məqalələrində;
Məsələn:
BMT – bax Birləşmiş Millətlər Təşkilatı
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
144
b)
sıra məqaləyə müraciət edilməsi tövsiyə olunduqda məqa-
lənin sonunda (bax həmçinin ….; daha ətraflı məlumat üçün
bax… və s.).
Sitatlardan istifadə edilməsi. Ensiklopediyalarda verilən
məqalələr orijinal olmalı və məqalələrdə sitat verilməməlidir. Sitat
ancaq o halda verilə bilər ki, müəyyən məsələnin izah edilməsində
onun elmi və siyasi cəhətdən prinsipial əhəmiyyəti olsun və mə-
qalənin soraq məlumatı vermək cəhətdən dəyərini artırsın. Çoxlu
və uzun sitatların verilməsinə, həmçinin baĢqa müəlliflərin
fikirlərinin tez-tez dırnaqsız təkrar edilməsinə yol verilməmə-
lidir
144
.
Elm və bədii ədəbiyyat klassiklərinin əsərlərindən, konstitu-
siyadan və qanun məcəlləsindən sitat gətirilməsinə icazə verilir.
Gətirilən sitatın mətni ilə məqalənin mətni arasında tam uyğunluq
olmalıdır ki, sitatın mənasını düzgün Ģərh etmək mümkün olsun.
Gətirilən sitat, bir qayda olaraq, yığcam Ģəkildə tam bir fikir ifadə
etməlidir. YaxĢı olar ki, sitat tam bir cümlədən və ya bir-birinin
ardınca gəlib məntiqi cəhətdən bir-biri ilə əlaqəli bir neçə cümlə-
dən ibarət olsun.
Sitatın mətnində olan dırnaqlar da saxlanılmalıdır, lakin dır-
naqlar daxili dırnaq olmalıdır. Bu halda, sitatın mətnini məqalənin
mətnindən ayıran xarici dırnaqlar «künclü» («----»), daxili dır-
naqlar isə «vergüllü» (“----”) dırnaq olmalıdır.
Ensiklopediya məqalələri üçün qəbul edilmiĢ ixtisar qay-
daları sitatların mətninə aid deyildir. Belə ki, sitatların mətni
tamamilə mənbədə olduğu kimi qalmalıdır.
Ensiklopediyalarda yer alan sitatın mətni dırnaq içərisinə alı-
nır; mənbəyin adı biblioqrafik cəhətdən düzgün tərtib edilib, sitat-
dan sonra dairəvi mötərizədə göstərilir.
144
Azərbaycan Sovet Ensiklopediyası redaktorları üçün metodik göstəriĢlər. –
Bakı: ASE BaĢ redaksiya, 1967, s. 23.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
145
Məsələn:
«sitat» (Salman Mümtaz. Azərbaycan ədəbiyyatının qaynaqları. 1981, s.
4)
Sitatın əvvəlində və axırında üç nöqtə yalnız o halda qoyulur
ki, sitat gətirilən mətn cümlənin bir hissəsi olsun və sitatın mətni
ilə məqalənin mətni arasında məntiqi əlaqə prinsipi pozulmasın.
Sitatda mənbənin mətni ixtisarla verilirsə, bu ixtisarların yeri
mütləq üç nöqtə ilə göstərilməlidir.
Ensiklopediyalarda eyni tipli məqalələrin sxemləri. Ensik-
lopediyalarda dövlətlər haqqında məlumatlar aĢağıdakı Ģəkildə ve-
rilir:
Ümumi məlumat
Dövlət quruluĢu
Fiziki coğrafiyası
Ġqtisadiyyatı
Əhali
Tarixi oçerk
Partiyalar, həmkarlar ittifaqı
Silahlı qüvvələr
Səhiyyə
Maarif
Mətbuat, radio, televiziya
Elm və elmi idarələr
Ədəbiyyat
Təsviri sənət və memarlıq
Musiqi
Teatr
Kino
Biblioqrafiya
145
.
ġəhərlər haqqında yazılan məqalələr, onların böyüklüyündən
və əhəmiyyətindən asılı olaraq, müxtəlf sxemlər əsasında yazılır.
Məqalədə Ģəhərin adı, hansı ölkədə olması, əgər adı dəyiĢdiril-
miĢsə, keçmiĢ adı göstərilməli, nə zaman, kimin Ģərəfinə və ya nə
145
Azərbaycan Sovet Ensiklopediyası redaktorları üçün metodik göstəriĢlər. –
Bakı: ASE BaĢ redaksiya, 1967, s. 27.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
146
münasibətlə dəyiĢdirildiyi qeyd olunmalıdır. Məqalədə Ģəhərin in-
zibati əhəmiyyəti, coğrafi mövqeyi, ən mühüm memarlıq və hey-
kəltəraĢlıq abidələri haqqında məlumat verilir.
Dövri mətbuat haqqında yazılan məqalələrdə orqanın adı,
nəĢrin xarakteri (qəzet, jurnal, bülleten və s.), hansı ölkədə və Ģə-
hərdə, hansı dildə nəĢr olunması, hansı təĢkilatın orqanı olması, si-
yasi və ya elmi istiqaməti, hansı ildən iĢıq üzü görməsi qısa tarixi
yer alır.
Elmlər və ya fənlər haqqında yazılan məqalələrdə elmin
mövzusu və elmlər sistemində tutduğu yer, baĢqa elmlərlə əlaqə-
dar olan cəhətləri, elmin əsas bölmələri, tarixi, inkiĢaf mərhələləri,
ən görkəmli nümayəndələri, istiqamət və cərəyanları, böyük elmi
kəĢf və nailiyyətlər, müasir dövrdə elmdə tətbiq olunan əsas me-
todlar və elmin gələcək inkiĢafının əsas təmayülü qeyd olunmalı
və ədəbiyyat öz əksini tapmalıdır.
Ensiklopediyalarda verilən tərcümeyi-hal məqalələrində əsas
soraq məlumatı aĢağıdakı cəhətləri əhatə etməlidir:
xadimin tərcümeyi-halına aid mühüm məlumat:
onun ictimai-siyasi və ya elmi görüĢünü göstərən baĢlıca
cəhətlər;
onun yaradıcılıq yolunun əsas cəhətləri.
Kiçik məqalələrdə material aĢağıdakı sxem əsasında verilir:
tərif, tərcümeyi-halın əsas faktları, xadimin baĢlıca əsərləri, onun
haqqında yazılan əsərlər.
Ensiklopediyalarda tərcümeyi-hal məqaləsinin adı xadimin
soyadı ilə baĢlamalıdır.
Biblioqrafiya. Ensiklopediyalarda verilən məqalələrdə oxu-
cuya geniĢ soraq məlumatı verməkdə biblioqrafiyanın oynadığı rol
böyükdür. Məqalənin mövzusunu təĢkil edən məsələyə dair bib-
lioqrafiya, adətən, mətndən sonra verilir. Tərcümeyi-hal və icmal
məqalələrində, kompleks və bəzi baĢqa məqalələrdə biblioqrafiya
mətnin daxilində də verilə bilər.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
147
Biblioqrafiyasız gedən bir sıra məqalələrdə biblioqrafiya ilə
verilən ümumiləĢdirici məqalələrə müraciət etməsi oxucuya tövsi-
yə olunmalıdır. Məsələn:
bax: Səfəvilər məqaləsinə və onun sonundakı ədəbiyyata.
Bu və ya baĢqa məqalədə verilən biblioqrafiyanın xarakterini
və həcmini sahə redaksiyası müəyyən edir. Məqalənin mövzusun-
dan, əhəmiyyətindən və həcmindən asılı olaraq, mətndən sonra ve-
rilən biblioqrafiyada təqribən 1-5 əsərin, kompleks, icmal və prob-
lem məqalələrində 3-10 əsərin, ayrı-ayrı hallarda isə daha çox
əsərin adı çəkilə bilər.
Mətndən sonra verilən biblioqrafiya. Ensiklopediyalardakı
məqalələrin biblioqrafiyasında, bir qayda olaraq, az əsər adı veril-
diyi üçün ədəbiyyatı düzgün seçməyin böyük əhəmiyyəti var. Belə
ki, müəyyən məsələyə dair ən qiymətli ədəbiyyat göstərilməlidir.
Tərcümeyi-hal məqalələrindən sonra ən zəruri hallarda mə-
qalənin həsr olunduğu xadimin əsərləri külliyyatının və ya seçil-
miĢ əsərləri məcmuəsinin adı həm əslində olduğu kimi, həm də
Azərbaycan dilində göstərilir. Bundan baĢqa həmin xadim haq-
qında yazılmıĢ ən yaxĢı əsərlər də mətndən sonra verilir.
ġərq dillərində nəĢr edilən əsərlərdən yalnız latın və ərəb
hərfləri ilə çap olunmuĢ əsərlərin adı məqalə mətnindən sonra
biblioqrafiyada əslində olduğu kimi və Azərbaycan dilində trans-
kripsiyası ilə yazılır.
Biblioqrafiya məqalənin quruluĢu və məzmununa uyğun ol-
malıdır. Məqalədə bəhs edilən ümumi məsələlərə aid kitab əvvəlcə
göstərilir, sonra isə xüsusi məsələlərə aid kitabların adı çəkilir.
Mətn daxilində verilən biblioqrafiya. Tərcümeyi-hal məqalə-
lərində mətn daxilində verilən biblioqrafiyada müəllifin baĢlıca
əsərləri mütləq göstərilməlidir.
Məqalədən sonra verilən biblioqrafiya oxucunun, onu ma-
raqlandıran əsəri asanlıqla və tez tapmasını təmin etməlidir.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
148
Şəkillər. Ensiklopediyalarda verilən Ģəkillər aĢağıdakı əsas
növlərə bölünür:
FotoĢəkillər, incəsənət əsərlərinin reproduksiyaları, çertyoj
və sxemlər, qrafik və diaqramlar
146
.
Bütün portretlər üçün müəyyən edilmiĢ standart ölçü 2,8x3,7
sm-dir.
Hər bir Ģəklin altında yazısı olmalıdır. ġəkilaltı yazı müm-
kün qədər qısa olmalı, Ģəklin əsas məzmununu oxucuya çatdırma-
lıdır. Məqalələrdə elmi və ya texniki xarakterli bir neçə Ģəkil veri-
lərsə, bunlar əsasən nömrələnməlidir. Məqalənin məzmunu tələb
etdiyi halda Ģəkillərə müraciət edilməsi oxuculara məsləhət
görülməlidir. Məsələn: Ģək. 1.
ġəkillərə baxılması oxuculara aĢağıdakı hallarda tövsiyə
edilir:
Oxucunu Ģtrix Ģəkillərə, çertyojlara və ayrı-ayrı texniki
obyektlərin fotolarına baxdırmaq lazım gəldikdə (Ģək. 1,
Ģək 2).
ġəhərlərin, mənzərələrin, incəsənət əsərlərinin və sənəd-
lərin fotoĢəkillərinin aid olduğu məqalə ilə bir yerə düĢ-
mədiyi hallarda (Ģək. 1, s. 4).
BaĢqa məqalə və ya cildlərdə gedən Ģəkillərə baxılması oxu-
cuya tövsiyə ediləndə, ancaq məqalənin adı verilir, cild və səhifə
göstərilmir. Məsələn: “Bax Memarlıq məqaləsinin Ģəkillərinə”.
Ensiklopediyalarda bir qayda olaraq bütün Ģəkillərin altından
yazı verilir. Tərcümeyi-hal məqalələri istisna təĢkil edir. Kiçik
məqalələrdə məqalənin adı Ģəklin nəyi təsvir etdiyini göstərirsə,
Ģəkilaltı yazı verilmir. Məsələn, Qırqovul.
Məqaləyə bir neçə Ģəkil verildikdə və Ģəkillər mətndə Ģərh
edildikdə hər bir Ģəklin altında nömrəsi yazılır.
146
Azərbaycan Sovet Ensiklopediyası redaktorları üçün metodik göstəriĢlər. –
Bakı: ASE BaĢ redaksiya, 1967, s. 45.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
149
ġəkilaltı yazılar məzmun baxımından bir neçə yerə ayrılır:
fiziki coğrafiyaya; iqtisadi coğrafiyaya; incəsənət əsərlərinə; tarixi
hadisələrə; təbiətĢünaslığa; texniki xarakterli Ģəkillərə və portretlə-
rə dair.
Fiziki coğrafiyaya aid bir mənzərə təsvir edilərkən mütləq
onun tərifi verilir və harada yerləĢdiyi göstərilir.
Məsələn:
Sabirabad ərazisində Kür və Araz çaylarının bir-birinə qovuĢduğu yer.
Meydan, bağça və ya küçə Ģəkli verilərkən, bunların adı və
hansı Ģəhərdə olduğu göstərilir. Mövzular bir yerə toplanıb tablo
Ģəklində verilərsə, onun altında mövzunun adı yazılır, sonra isə
ayrı-ayrı Ģəkillər izah edilir.
Məsələn:
Sumqayıt kombinatı. 1. Kombinatın ümumi görünüĢü. 2. Hazır məhsulun
yoxlanılması.
Ġncəsənət əsərlərinin altındakı yazıda, bir qayda olaraq,
müəllifin adı, soyadı, mövzunun adı, əsərin hansı ildə yarandığı və
harada saxlandığı göstəilir.
Məsələn:
Salahov T. Təmirçilər. Yağlı boya. 1960. Azərbaycan Dövlət Ġncəsənət
Muzeyi. Bakı.
Məqalənin mətnində gedən Ģəkillərin altındakı yazı Ģəklin
ayrı-ayrı hissələrini izah etməli və bu Ģəkildə olmalıdır:
Armud: 1. çiçəkli budaq; 2. çiçək (kəsiyi); 3. meyvə (kəsiyi).
Məqaləyə ayrıca vərəqdə bir qrup Ģəkil verilərkən ümumiləĢ-
dirici Ģəkilaltı yazı qara, nömrələr isə adi açıq Ģriftlə yazılmalıdır.
Armud sortları: 1. gülabı armud; 2. daĢ armud.
Mikroskopla böyüdülmüĢ təsvirlərin altında bunların əslinə
nisbətən neçə dəfə böyüdüldüyü mütləq göstərilməlidir.
BaĢqa dillərdən gəlmə bütün ad və soyadlar, coğrafi adlar,
qəzet adları və s. Azərbaycanca transkripsiya ilə verilməlidir.
Transkripsiyadan sonra bunların əslinin necə yazıldığı göstərilmə-
lidir.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
150
Xəritələr. Ensiklopediyalarda verilən xəritə və sxemlər oxu-
cuya soraq məlumatı vermək tələbini ödəməli və aid olduğu məqa-
lənin mətnini tamamlamalıdır. Hər bir xəritə aid olduğu məqalənin
mətni ilə, eyni tipli xəritələr isə bir-biri ilə əlaqələndirilmə-lidir.
Hər xəritə, bir qayda olaraq, müəyyən məqalə mətninin təs-virini
verməli, yəni müəyyən coğrafi obyekti və ya müəyyən ic-timai və
təbii hadisəni əks etdirməlidir. Bütün ümumcoğrafi xəritələrdə
Ģərti iĢarələr və izahedici yazılar xüsusi cədvəllərdə çap edilərək,
hər cildə əlavə olunur.
Xəritələr nəĢriyyatda müvafiq sahə redaksiyaları, həmçinin
“Ġllüstrasiya və kartoqrafiya” redaksiyası tərəfindən redaktə edilir.
Azərbaycanda ensiklopediya nəĢri vəziyyətini nəzərdən ke-
çirdikdə məlum olur ki, XX əsrin 30-cu illərində H.Hüseynovun
rəhbərliyi ilə ensiklopediya yaradılması iĢinə baĢlanıb. Lakin II
Dünya Müharibəsinin baĢlaması bu iĢi yarımçıq qoyub. 1934-cü
ilin iyunun 19-da Azərbaycan Xalq Komissarları Soveti 15 cildlik
Azərbaycan Sovet Ensiklopediyasının nəĢri barədə qərar qəbul et-
miĢ və bu məqsədlə xüsusi komitə təĢkil olunmuĢdur. Bundan
sonra 1938 və 1958-ci illərdə də universal ensiklopediyanın ya-
radılmasına cəhdlər olmuĢdur. Azərbaycanda ilk universal ensik-
lopediya – Azərbaycan Sovet Ensiklopediyası 1976-1987-ci il-
lərdə nəĢr olunmuĢdur. 1987-1999-cu illərdə isə “UĢaq ensiklope-
diyası”iĢıq üzü görmüĢdür
147
15 avqust 2000-ci ildə “NəĢriyyat iĢi haqqında” Azərbaycan
Respublikasınını qanununun tətbiqi ilə əlaqədar “Azərbaycan En-
siklopediyası” NəĢriyyat-Poliqrafiya birliyi “Azərbaycan Milli En-
siklopediyası” adlandırılmıĢdır. Hal-hazırda isə bu qurum “Azər-
baycan Milli Ensiklopediyası” Elmi Mərkəzi adlanır.
Azərbaycan Milli Ensiklopediyasının xüsusi cildi - “Azər-
baycan” cildi bütövlükdə Azərbaycan Respublikasına həsr olun-
muĢdur. Burada Azərbaycan haqqında ümumi məlumat, təbiəti,
147
Bax: Öməroğlu Ġ. Ġnsan həyatda və sənətdə. – Bakı: 1998, s. 195-205.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
151
təbii ehtiyatları, ekologiyası, əhalisi, dili, dini, tarixi, Azərbaycan
Dövlətinin Konstitusiyasının əsasları və b. məlumatlar yer almıĢ-
dır. Bu ensiklopediya 2007-ci ildə “Azərbaycan Milli Ensiklo-
pediyası” Elmi Mərkəzi tərəfindən nəfis Ģəkildə çap olunmuĢdur.
Lüğətlərin tərtibi və redaktəsi
Müəyyən üsulla düzülüb, mənası, başqa dilə tərcüməsi, düz-
gün imlası, tələffüzü və s. verilən sözlər toplusu lüğət adlanır. Lü-
ğət hər Ģeydən əvvəl dil faktları üzərində müĢahidə aparmaq və əl-
də edilmiĢ təcrübəni ümumiləĢdirməkdir. Lüğətlər sözlərin sada-
lanması ilə məhdudlaĢmır, sözlərin mənasını izah və müəyyən
edir; ya izah olunan sözün arxasında hansı əĢya və hadisənin dur-
masından danıĢır, ya da əmələ gəlməsi, tələffüzü və yazılıĢı haq-
qında ümumi məlumatlar verir və s.
Leksikoqrafiya dilçilikdə lüğətlərin tərtibi məsələləri və öy-
rənilməsi, bu və ya digər dilə məxsus sözlərin toplanması, onların
sistemləĢdirilməsi və lüğət Ģəklində nəĢri, ümumi və xüsusi tipli
lüğətlərin toplusu ilə məĢğul olan sahədir.
148
Lüğətlərin sözlüyü müxtəlif olur. Sözlərin seçilməsində
ümumi tələbat həmiĢə əsas götürülə bilməz.
Lüğətlərdə əlifba sırası ilə düzülərək izah edilən sözlərə baş
sözlər deyilir. BaĢ sözlər izahedici, cədvəl, siyahı və formal Ģəkil-
də olur.
Qəbul olunmuĢ ümumi leksikoqrafik ənənəyə əsasən hər bir
baĢ söz iri yağlı Ģriftlə ayrılır. Hər bir baĢ söz eyni zamanda voka-
buladır. Vokabula, ümumiyyətlə əzbər öyrənmək üçün ana dilinə
tərcümə olunan xarici söz, lüğətçilikdə baĢ söz mənasında iĢlədilsə
də, ondan bir qədər fərqlənir. Vokabula yalnız baĢ söz deyil, həm
148
Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. –Bakı: 1988, s. 238.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
152
də ayrıca lüğət məqaləsi kimi ayrılmamıĢ, leksikoqrafik təhlili
olan, tərkibinə görə törəmə sözlərdir
149
.
BaĢ sözə aid verilən izahat lüğət məqaləsi adlanır. Lüğət mə-
qaləsində baĢ sözlər əlifba sırası ilə izah olunur. Lüğət mə-qa-ləsi
lüğətdə kompozisiya və kommunikativlik vahidi hesab olu-nur.
BaĢ söz, onun formal səciyyəsi (qrammatik, orfoqrafik, orfoepik),
onun mənalandırılması sözün formal və ya semantik xüsu-
siyyətlərini aydınlaĢdırmaq üçün mətndən misallar götürmək, baĢ
sözə yaxın olan sözlərə iĢarə etmək, müxtəlif səciyyəli arayıĢlar –
bunların hamısı lüğət məqaləsinin komponentləridir. BaĢ sözlər
lüğət məqaləsində aĢağıdakı Ģəkildə izah edilir: əvvəlcə dayaq
sözün əsas mənası, sonra onun baĢqa mənaları sitat gətirmə yolu
ilə verilir. Demək əsas sözə verilən bütün izah və illüstrativ mate-
rial lüğət məqaləsinə daxildir.
Lüğət sözlükdən, vokabulaların ardıcıl olaraq verilməsindən,
sözə və onun mənalarına fonetik, qrammatik, üslubi cəhətdən re-
markalar və iĢarələr verməkdən, illüstrativ materialdan, sözlərin
frazeologizmliyindən, onların tərcüməsindən və ya izahatından
ibarətdir.
Lüğət üçün əsas məsələ sözlükdür. Lüğətin məzmunu söz-
lüklə bağlıdır. Lüğətlərin məqsəd və növünə görə sözlüyün tərkibi
və həcmi müəyyən edilir. Lüğətin sözlüyü lüğətdə ətraflı izah edi-
ləcək bütün vokabulaların siyahısı deməkdir. Lüğətdəki baĢ sözlə-
rin bütün məcmusu sözlük adlanır
150
.
Hər bir lüğətin sözlüyü Ģüurlu olaraq hüdudlandırılır: lüğət
tərkibinin müəyyən hissəsini təĢkil edən jarqonizm, xüsusi termin-
lər, az iĢlədilən və daha az sabit olan neologizmlər, arxaizmlər və
s. daxil edilmir.
Adətən, lüğətə aktiv iĢlədilən, hamının baĢa düĢdüyü, ədəbi
dil və etik normalara uyğun gələn sözlər daxil edilir. Lüğətdə izah
149
Yenə orada. s. 239.
150
Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. –Bakı: 1988, s. 240.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
153
olunmayan sözlər bunlardır: ölkə, Ģəhər, çay və s. adları; müasir
dilimizdə iĢlənməyən qəliz alınma sözlər; ədəbsiz sözlər; xüsusi
terminlər və s.
Lüğət sözlüyündə dilin leksikasının zəruri mənzərəsini əks
etdirən, insan həyatının bütün sahələrini əhatə edən sözlər veril-
məlidir.
Lüğət üçün sözlər iki Ģəkildə seçilə bilər:
heç bir istisna olmadan dildəki sözlərin hamısı əhatə edilir;
məqsəd heç bir hüdud qoymadan ədəbi dildəki bütün
sözləri daxil etməkdir;
ancaq müasir dildə iĢlədilən sözlər seçilir.
Sözlüyün tərtibində iki cəhəti nəzərə almaq lazımdır:
Sözlərin seçmə prinsipini yaratmaq:
Seçilən sözün tələbatın profilinə uyğunluğunu təmin
etmək
151
.
Lüğət məqaləsində sözün müxtəlif mənalarını ayırmaq üçün
xü-susi iĢarələrdən, durğu iĢarələrindən və rəqəmlərdən istifadə
olunur. ĠĢarələr ixtisar sözlər və ya xüsusi Ģərti ifadələr Ģəklində də
özünü göstərir. Sözü tələffüzcə düzgün müəyyənləĢdirmək üçün
onun xüsusi transkripsiyası və vurğusu qeyd edilir.
Tərcümə lüğətlərində baĢ sözlər iki Ģəkildə verilir:
tərcümə etmə;
sinonimi ilə.
Lüğətlərdə sözlər izahetmə – təsvir, sinonimika, baxdırma,
leksik izah, genetik və s. üsullarla verilir.
Leksikoqrafiyada lüğətləri tərtib etməyin üç üsulu möv-
cudur:
1.
sözyaratma və ya etimoloji üsul
2.
«yuva» üsulu
3.
sözlərin əlifba sırası üsulu.
151
Yenə orada, s. 241.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
154
Lüğətlərdə baĢ sözlər iki üsulla verilir: «yuva» (eyni kökdən
olan sözlərin bir qrupda yerləĢdirilməsi) və əlifba (sözlərin əlifba
sırası ilə düzülüĢü). Müasir lüğətlər əsasən, əlifba üsulu ilə tərtib
olunur. Lüğətlərin iki növü var: ensiklopedik və filoloji (izahlı,
ikidilli, dialektologiya, orfoqrafiya, frazeologiya, terminologiya,
orfoepiya, etimologiya, xarici sözlər və s.). Lüğətin əsas funksiya-
ları sırasına informativ, kommunikativ və normativ funksiyaları
aid etmək olar.
Lüğət məqaləsi lüğətin struktur vahidi hesab olunur. Məqalə
tam, əsas və əlavə informasiya zonalarına ayrılır.
Dil lüğətlərinin sistemləĢdirilməsi təcrübəsi, onların tərtibi
və təsviri haqqında geniĢ məlumatlar leksikoqrafiyada toplanmıĢ-
dır. Nəzəri leksikoqrafiya (lüğətçilik) lüğətlərin ümumi tipologi-
yasının və yeni lüğətlərin iĢlənməsini, lüğətin makrostrukturunun
iĢlənməsini (sözlərin seçilməsi, sözlərin və lüğət məqalələrinin
yerləĢdirilməsi, omonimlərin seçilməsi), lüğətin mikrostrukturu-
nun iĢlənməsi, yəni ayrıca lüğət məqaləsinin (mənaların seçilməsi,
təsnifləĢdirilməsi) hazırlanmasını əhatə edir.
Lüğətçilik praktikasının inkiĢafı lüğətlərin redaktor hazırlığı
ilə sıx bağlıdır və real redaktor qərarlarında öz əksini tapır.
Lüğətləri məzmun və xarakterinə – sözü və ya məfhumu ne-
cə izah etməsinə görə beĢ qrupa bölmək olar: filoloji, ideoqrafik,
ensiklopedik, tədris, tezlik lüğətləri
152
.
Lüğətlər ya sözlərin etimologiyası və tarixən mənaca inkiĢafı
haqqında məlumat verir (etimoloji və tarixi lüğətlər), ya sözün
mənasını, iĢlədilməsini, yazılıĢını, düzgün tələffüz olunmasını
qeyd edir (orfoqrafik, fonetik, orfoepiya lüğətləri), ya sözün məna-
larını açır (omonim, sinonim və s. lüğətləri), ya məfhumları sim-
volik Ģəkildə izah edir (ideoqrafik lüğətlər), ya da əĢya və hadi-
sələri, məfhumları Ģərh edir (ensiklopedik).
152
Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. –Bakı: 1988, s. 248.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
155
Linqvistik lüğətlər dilin leksik-semantik strukturunu təsvir
edir. Linqvistik lüğətlərin təsvir obyekti dil vahidləri hesab olunur.
Məsələn: Omonimlər lüğəti.
Terminoloji lüğətlər bir və ya bir neçə sahənin terminologi-
yasını əks etdirir. Terminləri izah edən lüğətlər terminoloji lüğət-
lər adlanır. Terminoloji lüğətlər tərtib olunarkən semantik, morfo-
loji, kalka və sintaktik üsullardan istifadə edilir. Terminoloji lüğət-
lər məqsəd və xarakterinə görə birdilli və ikidilli olur. Birdilli ter-
minoloji lüğətlərdə elmin müxtəlif sahələrinə aid terminlər əlif-ba
sırası ilə göstərilir. Bu lüğətlər əlifba xarakterli terminoloji lüğə-
tdir. Ġkidilli terminoloji lüğətlər daha çox tərcümə xarakterli olur.
Ensiklopedik lüğətlər hər hansı bir sahənin müasir vəziyyə-
tini, vacib hadisələri və s. əhatə edir. Bu lüğətlərdə sözlərin özü
deyil, onların ifadə etdikləri elmi, siyasi, istehsalat, ədəbi və baĢqa
məfhumların predmet və hadisələri izah olunur. Ensiklopedik lü-
ğətlər universal (ümumi) və xüsusi olmaqla iki yerə bölünür. Bu
lüğətlərdə məqalələr əlifba sırası ilə düzülür. Böyük məqalələr bir
neçə hissədən ibarət olur. Hər hissə ayrıca baĢlıqlarla verilir. Veri-
lən sözlərin əsasını isimlər təĢkil edir. Məqalənin adından sonra
vergül və ya mötərizənin qoyulması həmin sözün əsas mənası ilə
yanaĢı onun baĢqa mənalarının olduğunu göstərir. Ensiklopedik
lüğətlərdə də ixtisarlar, illüstrativ material verilir.
NəĢrdə yerləĢmə yerinə görə lüğətlər birtərəfli – yəni sadəcə
mətnin sol hissəsini əhatə edənlər və iki tərəfli olurlar. Ġki tərəfli
lüğətlər tərcümə və tərcümə olmayan lüğətlərə ayrılır.
Lüğət blokunun sərlövhələrinin yerləĢmə yerinə görə lüğət-
lər əlifba və qeyri-əlifba lüğətlərinə ayrılır. Əlifba lüğətləri isə cid-
di əlifba (birbaĢa və əksinə) və qruplaĢdırılmıĢ (bir kökdən olan
sözlərin bir bənddə verilməsi) olurlar. Qeyri əlifba luğətlərinin
tematik və sistematik növləri vardır. Əksinə lüğətlərdə sözlər bi-
rinci hərfə görə deyil, sonuncu hərfə görə düzülür.
Ġ.Umudlu 2004-cü ildə lüğət nəĢri üzrə apardığı araĢdırmala-
rın yekunu olaraq yazır: “Müstəqillikdən sonra, xüsusən də son il-
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
156
lərdə müxtəlif səpkilərdə çoxlu lüğətlər nəĢr edilmiĢdir. Say eti-
barı ilə terminoloji lüğətlər üstünlük təĢkil edir. Akademik lüğətlər
azlıq təĢkil edir, nəĢriyyatlar daha çox kiçik həcmli, praktik lüğət-
lərə üstünlük verirlər. AMEA Dilçilik Ġnstitutunun elmi Ģurası və
Terminologiya Komitəsi mütəxəssislərin rəyi olmadan nəĢr edil-
miĢ lüğətlər məzmun və keyfiyyət baxımından qüsurlu sayılır”
153
.
Son illərdə nəĢr olunan lüğətlərin arasında bunları sadalamaq
mümkündür: Azərbaycan dilinin izahlı lüğəti (IV-cilddə. ABCÇD
I cild /red. Ə.Orucov; tərtibçilər: Ə.Orucov, B.Abdul-layev,
N.Rəhimzadə); B.: ġərq-Qərb, 2006; Azərbaycan dilinin orfo-
qrafiya lüğəti (red. A.Axundov; Azərb. Respublikası Dövlət Dil
Komissiyası, AMEA, Nəsimi adına Dilçilik Ġnstitutu). B.: Lider,
2004; Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (2 cild-
də /BaĢ red. Y.Mahmudov; Red. heyəti. Ġ.Ağayev, T.Babayev) B.:
Lider, 2004; Azərbaycanca-rusca lüğət (4 cilddə müəl. M.Tağı-
yev, Ġ.Aydınov, Ġ.Kərimov və b.; red. M.T.Tağıyev və b.) Ba-
kı Slavyan Universiteti.- B.: ġərq-Qərb, 2006; Ġngiliscə-Azərbay-
canca lüğət (Tərt. O.Türksevər (Musayev), T.Əliyev, Q.Məmmə-
dov və b.). B.: ġərq-Qərb, 2004; Klassik Azərbaycan ədəbiyyatın-
da iĢlənən ərəb və fars sözləri lüğəti (2 cilddə. /tərt. ed. B.Abdul-
layev, M.Əsgərli, H.Zərinəzadə; elmi red. M.Adilov) B.: ġərq-
Qərb, 2005; Rusca-Azərbaycanca lüğət (Üç cilddə /Red. Ə.Oru-
cov; AMEA Nəsimi adına Dilçilik Ġnstitutu). B.: ġərq-Qərb, 2005.
Soraq kitabçası
Soraq kitabçası sistemli quruluĢu olan, informasiya vahidləri
əlifba sırası ilə düzülmüĢ, tətbiqi, praktiki xarakter daĢıyan mə-
lumat nəĢrləridir. Soraq kitabçaları hər hansı sahə haqqında kom-
pleks məlumatları əhatə edir. Soraq kitabçalarının struktur vahidi
153
Umudlu Ġ.Kitab nəĢri bu gün. Bakı, 2004, s. 191.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
157
soraq məqaləsi hesab olunur. Bu kitablarda cədvəllərdən geniĢ
istifadə olunur. Cədvəl vasitəsi ilə informasiya əyaniləĢir. Bəzi
soraq kitabçaları bütünlükdə cədvəldən ibarət olur.
Məqsəd təyinatına görə soraq kitabçaları aĢağıdakı növlərə
ayrılır:
1.
Elmi;
2.
Ġstehsalat-təcrübi;
3.
Siyasi-kütləvi;
4.
Tədris;
5.
Kütləvi;
6.
MəiĢət.
Ġnformasiyanın xarakterinə görə isə soraq kitabçalarının aĢa-
ğıdakı növləri vardır:
Mütəxəssislər üçün;
Həvəskarlar üçün;
Statistik;
Kataloq;
Soraq cədvəli;
Soraq kitabı (təyin edici);
Bioqrafik lüğət;
Bələdçi;
Təqvim;
Əlamətdar tarixlərin təqvimi
154
.
Bunlardan əlavə, mətnli, rəqəmli, formullu, qarıĢıq mətnli və
təsvirli (illüstrasiyalı) soraq kitabçaları nəĢr olunur.
Soraq kitabçalarının aparatına müĢayiətedici məqalə (ön
söz), ixtisar, qısaltmalar və Ģərti iĢarələrin siyahısı, istinad sistemi,
köməkçi göstərici, biblioqrafik siyahı, mündəricat daxildir.
Dostları ilə paylaş: |