Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR


partiyası olan Müsavat Partiyasının öyrənilməsinə doğru



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə27/49
tarix26.12.2016
ölçüsü1,29 Mb.
#3505
1   ...   23   24   25   26   27   28   29   30   ...   49

partiyası olan Müsavat Partiyasının öyrənilməsinə doğru 
 64


yönəldilmişdir. Sovet rəhbərləri Müsavat Partiyası və onun liderləri 
barədə olan məlumatları gizlətməyə çalışırdılar və buna görə  də 
partiyanın rəh-bəri olan Məmməd Əmin Rəsulzadənin (1884-1955) 
kitabları qadağan edilmişdi. Azərbaycan müstəqillik  əldə etdikdən 
sonra Rəsulza-dənin kitabları  və  məqalələri ictimaiyyətə  təqdim 
olunmuş və siyasi firkin həqiqi xəzinəsini aşkarlamışdır. 70 illik bir 
müddətdə Azər-baycan oxucuları müstəqil Azərbaycan dövlətinin 
yaradıcısı olan insanın kitablarını oxumaq hüququndan məhrum 
edilmişdilər. 
Indi biz artıq Bakıda bolşeviklər və erməni millətçiləri 
arasında olan əməkdaşlıqdan xəbərdarıq. Məsələn, o dövrün rəsmi 
sənədləri və qəzetləri məlumat verir ki, 1918-ci ildə bolşeviklər və 
daşnaklar qoca, qadın və uşaqlar da daxil olmaqla Bakıda minlərlə 
vətəndaş qətlə yetirmişlər. Bu faktlar Sovet dövründə gizlədilirdi. 
Sovet tarixçiləri 26 Bakı Komissarını “beynəlmiləlçi” kimi 
qələmə verir, Azərbaycan Demokratik Respublikasının qanuni 
hökümət liderlərini isə  “şovinistlər” elan edirdilər. Müasir əsərlər 
göstərir ki, Müsavat Partiyası və Azərbaycan höküməti heç bir vaxt 
şovinist olmamışdır. Bunun üçün sadəcə olaraq 1918-ci ildə 
Azərbaycan Parlamentinin tərkibinə baxmaq kifayətdir. Üzvlərin 
təxminən 30 %-i milli azlıqlar idi: 7 erməni daşnak, daha 7 erməni, 
7 rus, 13 bolşevik. Burada həmçinin yəhudi, alman, polyak, ləzgi, 
tat və gürcülər də var idi. Azərbaycanlıların vətən xaini kimi 
tanıdığı 26 Bakı kommissarına gəlincə isə onlardan yalnız ikisi—
Əzizbəyov və Vəzirov azərbaycanlı idilər. 
Sovet kitabları  həmçinin 1920-ci ildə  Qırmızı Ordunun 
Azərbaycanı  işğal etdiyi zaman Azərbaycan Demokratik 
Respublikasının süqutu barədə  də yalan məlumatlar verir. Onlar 
yazırlar ki, Bakı fəhlələri üsyan qaldıraraq, ruslardan onlara yardım 
etməyi xahiş etmişlər. Bunun nəticəsində Müsavat höküməti onların 
qardaşı olan Böyük Rus Xalqının yardımı ilə Azərbaycan 
bolşevikləri tərəfindən süquta uğradılmışdır.  Əslində Azərbaycan 
Bolşevikləri Moskvaya hərbi yardım üçün məktub göndərməyə 
hazırlaşanda rus qoşunlərı artıq Bakıda idilər. 
Bu məktubla onlar yalnız onu göstərmək istəyirdilər ki
Azərbaycan hökuməti əcnəbilər tərəfindən deyil, Azərbaycan xalqı 
tərəfindən süquta uğradılmışdır. Azərbaycan Parlamenti bolşeviklər 
tərəfindən artıq aprel ayının 27-də  işğal olunmuşdu. Məktub isə 
 65


Moskvaya aprel ayının 29-da göndərilmişdi. Sovet tarixçiləri bu 
faktı gizlətməyə çalışırdılar. 
Bu faktı da nəzərə almaq lazımdır ki, Azərbaycan ordusu 
yalnız 40 min əsgərə malik idi və silah cəhətdən çatışmazlıq möv-
cud idi. Rusiyanın isə Azərbaycana yüz minlərlə əsgər göndərmək 
imkanı var idi. Buna baxmayaraq, Mehmandarov (1856-1931) və 
Şıxlinski (1863-1943) kimi azərbaycanlı generallar Rusiyadan 
qorxmurdular. Onlar Rusiyaya qarşı vuruşmağa hazır idilər. Lakin 
Azərbaycan Parlamenti Türkiyənin xahişini yerinə yetirərək mü-
qavimət göstərməməyi qərara aldı  və Azərbaycan ordusu hö-
kümətin qərarını yerinə yetirmək məcburiyyətində qaldı. 
Indiki müstəqillik şəraitində, Azərbaycan ordusunun bolşe-
viklərə müqavimət göstərməməsinin səbəblərini analiz etmək olar. 
Əlsində, Azərbaycan höküməti bilirdi ki, onların kiçik ordusu nə-
həng Qırmızı Ordunun işğalının qarşısını ala bilməyəcək. Həm də, 
Azərbaycanın  ən yaxın müttəfiqi olan Türkiyə Qafqazı Rusiyanın 
təsir dairəsinə daxil etmişdi. Türk dövlətinin lideri Atatürk Avropa 
ölkələri ilə mübarizədə Rusiyanın yardımına ehtiyac duyurdu. Öz 
növbəsində Rusiya Türkiyəyə silahalarla yardım etməyə söz 
vermişdi. Bunun nəticəsi olaraq Türkiyə Azərbaycan 
Respublikasına Rusiyaya qarşı mübarizədə yardım etməkdən imtina 
etdi. Bundan əlavə türklər Azərbaycandan xahiş etmişdilər ki, 
Qırmızı Orduya müqavimət göstərməsinlər, çünki bu ordu türk 
xalqına yardıma gəlirdi. Məhz bu şərtlər daxilində Müsavat 
höküməti Azərbaycanda qırğının qarşısını almaq üçün öz 
hakimiyyətini təslim verməyə razı oldu. 
Sovet tarixçiləri Müsavat Parlamentinin hakimiyyəti bolşe-
viklərə verəcəyi təqdirdə irəli sürdüyü tələblər haqqında da heç vaxt 
danışmırdılar. Parlamentin irəli sürdüyü şərtlər isə aşağıdakılar idi: 
(1) Rus ordusu Bakıya daxil olmadan birbaşa Türkiyəyə, Atatürkə 
yardım etməyə gedəcəkdir, (2) Azərbaycanın müstəqilliyi və  ərazi 
bütövlüyü qorunub saxlanılacaq, (3)Azərbaycan ordusu 
buraxılmayacaq, (4) bütün siyasi partiyaların azad siyasi 
fəaliyyətinə imkan veriləcək, (5) əvvəlki dövlət rəsmilər 
günahlandırılmayacaq və işçilər işlərindən azad olunmayacaq və (6) 
Azərbaycanın siyasi sisteminin quruluşu demokratik yolla yenidən 
seçiləcək Ali Qanunverici Orqan tərəfindən müəyyən olunacaq. 
Təbii olaraq, bolşe-viklər verdikləri sözlərin heç birisinin üstündə 
durmadılar. 
 66


KOMMUNİST RƏHBƏRLƏRİ. Sovet dövründə tarixçilər 
Kirov, Şaumyan və Əzizbəyov kimi kommunist rəhbərlərini tərən-
nüm edirdilər. 1953-cü ildə Stalinin ölümündən sonra şəxsiyyətə 
pərəstiş  ləğv olundu. Stalin dövründə Azərbaycan Kommunist 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin