Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə25/49
tarix26.12.2016
ölçüsü1,29 Mb.
#3505
1   ...   21   22   23   24   25   26   27   28   ...   49
(AI 4.1, 1996 Yay nömrəsində  səh. 24-də Turan Cavidin “Atam 
həbs olunan gecə” adlı məqaləsinə baxın. Həmçinin “AI 4.4, 1996 
Qış nömrəsində  səh. 37-də  “Əliyev  Ədəbiyyat Dahisini 
Əbədilləşdirdi” məqaləsinə baxın). 
Bugün artıq Türkiyə Azərbaycanın düşməni hesab olunmur. 
1991-ci ildə Aydın Balayev, Nəsib Nəsibzadə  və digərləri 
Türkiyənin Azərbaycan xalqının erməni və bolşevik soyqırımından 
xilas edilməsində olan vacib rolundan danışmışdı. 1918-ci ildən 
1920-ci ilə qədər olan dövrdə General Nuru Paşa Azərbaycana daxil 
olaraq Azərbaycanlıların ermənilər tərəfindən öldürülməsinin qar-
şısını almağa çalışmışdır. Onlar Azərbaycan hökümətinə Bakı  və 
bütün Azərbaycan  ərazisi üzərində  nəzarəti  ələ keçirməyə kömək 
etmişlər. Bütün bu faktları  aşkarlamaq üçün Sovet dövründə gizli 
arxivlərdə saxlanılan ADR hökümətinin rəsmi sənədləri də daxil ol-
maqla bir sıra tarixi sənədlər analiz edilmişdir. 
 53


Türkiyənin ölkələrinə göstərdiyi bu yardım barəsində 
öyrəndikdən sonra azərbaycanlılar onları müdafiə edən türk əsgərlə-
rinə şərəf abidəsi ucaltdılar. Şəhidlər Xiyabanında yerləşən bu abidə 
1998-ci il oktyabrın 10-da açılmışdır.
 
İSLAMIN ROLU. Komunizm ateist ideologiyası oldu-
ğundan, Sovet tarixçiləri islamın Azərbaycanın həyatında mənfi rol 
oynadığını yazırdılar. “Azərbaycan Tarixi” yazır: “Islam digər 
dinlər kimi, kəndliləri və kasıb adamları qullar kimi itaətkar və 
sülhsevər olmağa çağırırdı. Bu din elan edir ki, kasıbların 
varlılardan asılılığı Allah tərəfindən təsbit edilmişdir… Müsəlman 
ruhaniləri insanları  səbrli və  təmkinli olmağa çağırır, özləri isə 
kasıbları  sərt  şəkildə istismar edərək geniş çoxlu sayda sərvət 
toplayırdılar. Müsəlman işğalçılar zərdüşt və xristian əlyazmalarını 
yandırır, kilsələri və digər dini abidələri dağıtmış və insanları qeyri-
müsəlmanlara nifrət etməyə  məcbur edirdi.” (Azərbaycan Tarixi, 
1958, cild 1, səh. 108.) 
Stalin Azərbaycan tarixçilərinə islam barədə obyektiv 
faktları yazmağı qadağan etmişdi. Buna etiraz edənlərdən bir çoxu 
edam edilmiş  və ya Sibirə sürgünə göndərilmişdi. Xruşşov və 
Brejnevin dövründə Sovet hakimləri və DTK islamı müdafiə edən 
tarixçiləri “pan-islamçı” və ya “anti-sovet elementi” adlandırırdılar. 
Stalin dövrünə nisbətə belə insanlara münasibət bir qədər mülayim-
ləşmiıdi. 
Həmin insan dərhal həbs olunmazdı. Ilkin mərhələdə həmin 
tarixçi “preventiv söhbət” adlanan görüşə dəvət olunardı. Bu söhbət 
zamanı DTK nümayəndəsi adətən deyərdi: “Siz öz tarixi 
araşdırmalarınızda səhv edirsiniz. Siz Sovet vətəndaşı olduğunuzu 
unutmus-unuzmu? Biz bugün sizi bağışlayırıq, amma siz dərrakəli 
olmalı və bu səhvi bir daha təkrar etməməlisiniz. Indi isə evə gedin, 
yoldaş! Bügündən başlayaraq biz sizi diqqətlə izləyəcəyik.” Mənim 
dostum olan bir tarixçi mənə 1984-cü ildə belə bir “söhbət”in 
iştirakçısı olduğunu söyləmişdi. 
Belə hədələyici söhbətlərdən sonra bir çox tarixçilər 1930-
cu illərin Stalin repressiları  nəticəsində bütün Sovet Ittifaqı daxi-
lində yüz minlərlə ziyalı  və sadə insanların həbs edilib Sibirə sür-
gün edilməsini və ya edam edilməsini xatırlayaraq daha çox səssiz 
olurdular. Lakin buna baxmayaraq, Nizami Gəncəvinin məşhur 
tədqiqatçısı, pan-islamçı adlandırırlmasına baxmayaraq öz araşdır-
 54


malarını davam etdirən professor Rüstəm  Əliyev kimi bir sıra 
cəsarətli Azərbaycanlı akademiklər də var idi. 
Azərbaycan müstəqillik qazandıqdan sonra vəziyyət dəyiş-
di. Azərbaycan alimləri artıq DTK rəsmiləri tərəfindən izlənilmir-
dilər. Bugün siz islamın belə acı  və haqsız tənqidinə rast gələ bil-
məzsiniz. Bir qayda olaraq, islam daha obyektiv qiymətləndirilir. 
Məsələn, professor S. Əliyarlı  və M.Ismayılov yazırlar ki, islam 
bütün azəbaycanlıları (şimaldakı xristianları  və  cənubdakı  zərdüşt-
ləri) vahid din çərçivəsində birləşdirmiş  və Azərbaycan xalqının 
təşəkkül tapmasına təkan vermişdir. Müasir tarixçilər də islamın 
Azərbaycana gətirdiyi mənəvi və əxlaqi dəyərlər barədə yazırlar. 
Məhəmməd Peyğəmbərin həyatı  və  fəaliyyəti haqqında 
kitablar, Quranın müxtəlif nəşrləri və tərcümələri və onun barəsində 
şərhlər meydana çıxmışdır. Islam Irşad Araşdırmaları  Mərkəzi 
yaradılmışdır. 
Müasir Azərbaycandakı bir sıra tarix araşdırmaları çoxlu 
sayda milli və eyni zamanda Iran, Küveyt, Səudiyyə Ərəbistandan 
olan xeyriyyəçi fondlar və xarici islam təşkilatları  tərəfindən 
maliyyələşir. Onların nəşr etdirdiyi bəzi kitablar elmdən çox siyasi 
xarakter daşıyır. Lakin bu müasir Azərbaycanda yaradılmış azad 
dini və siyasi ab-havanın nəticəsidir.
 
ORTA  ƏSR  İNQİLABÇILARI. Sovet Azərbaycanında hətta 
orta əsr tarixi belə kasıb və varlı sinif arasında mübarizənin işığında 
nəzərdən keçirilirdi. Tarixçilər “əzilmiş xalq kütlələrinin” inqilabi 
hərəkatlarını axtarır və onları Bolşevik inqilabı ilə müqayisə edir-
dilər. 
Məsələn, sovet dövrünün “Azərbaycan tarixi”ndə oxu-
yuruq: “Eramızın 5-ci əsrində Azərbaycanda insanların yaşayışı 
daha da ağırlaşırdı… Vergilər artmış, kəndlilər dövlət və torpaq 
sahibləri tərəfindən ağır  şəkildə istismar edilirdi… Nəticədə 
Məzdək Bamdadanın (eramızım 5-ci əsri) başçılığı altında geniş 
xalq üsyanı qalxmışdı... Məzdək Bamdadan deyirdi: “Varlılrın mal-
dövlətini onların  əlindən almaq və kasıblar arasında bölüşdürmək 
lazımdır… 80 min məzdəkin öldürülməsinə  və  hərəkatın 
yatırılmasına baxmayaraq, bu hərəkat Azərbaycan xalqının feodal 
zülmünə qarşı mübarizəsinə böyük təsir göstərdi. Eramızın 488-ci 
ilində o, üsyana başçılıq etmiş  və bütün insanların bərabərliyi 
ideyasını müdafiə etmişdi.” (AT, 1958, I Cild, səh. 90) 
 55


Ideoloji və emosional tərəflərini nəzərə almasaq, yuxarıdakı 
məlumat  əsasən doğrudur. Lakin eyni zamanda həqiqətin hamısı 
bundan ibarət deyil. Sovet tarixçiləri məqsədli şəkildə azərbaycanlı-
ların əksəriyyətinin “arvadların ümumiliyi” ideyası ilə çıxış edən və 
adət-ənənələri dağıtmağa cəhd edən Məzdəkə qarşı çıxması barədə 
danışmırdılar. Məzdək deyirdi ki, bərabərlik və haqq-ədalət naminə, 
bütün qadınlar bütün kişilərin mülkiyyətində olmalıdır və  hər kişi 
yalnız öz həyat yoldaşı ilə deyil, bütün digər kişilərin də  həyat 
yoldaşları ilə cinsi əlaqədə ola bilər. 
11-ci əsr yazıçısı Nizam əl-Mülk Məzdəki aşağıdakı sözlə-
rinə görə  kəskin tənqid edirdi. Məzdək deyirdi: “Mənim ardıcıl-
larım! Arvadlar da sizin ümumi mülkiyyətinizdir. Hər bir qadın si-
zin hər birinizə aiddir, çünki heç kəs dünyanın ləzzətlərindən məh-
rum edilə bilməz. ” Sovet sistemi dağıldıqdan sonra Azərbaycan 
tarixçiləri artıq Məzdəkçilik hərəkatını  və orta əsrlərin digər 
“inqilabi” təlimlərini ideallaşdırmaq məcburiyyətində qalmadılar. 
Bugün artıq onların tarixdəki obyektiv rolunu müəyyənləşdirmək 
mümkündür. 
Bügun Azərbaycan tələbələri öyrənirlər ki, hərbi sərkərdə 
olan Babək (795/798-837) varlılara qarşı sinfi mübarizə aparmayıb,  
Azərbaycana  İslamı  gətirməyə  cəhd edən  ərəblərə qarşı vuruşub. 
Babək aşağıdakı sözlərinə görə  məşhurdur: “40 il qul kimi yaşa-
maqdansa, 1 gün azad yaşamaq daha yaxşıdır.” Azərbaycanlıların 
çoxsu indiyə kimi Babəki cəsarət və azadlıq uğrunda mübarizə 
simvolu hesab edirlər. Lakin bolşeviklər onun məşhurluğundan 
istifadə etmək üçün onu tarixdə ilk dəfə qırmızı  bayraq qaldırmış 
“ilkin üsyankar sosialist” kimi qələmə verirdilər. 
Müstəqilliyimiz həm də bizə 20-ci əsrin əvvəllərində yaşa-
mış Azərbaycan qəhrəmanı Qaçaq Nəbinin (1854-1896) Sovetlərin 
onu Rusiya işğalına və Çar rejiminin Azərbaycandakı zülmünə qar-
şı mübarizə aparmasını alqışlamasına baxmayaraq, əlsində onun 
bolşeviklərə və marksizm-leninizm nəzərriyəsinə pərəstiş etmədiyi-
ni faktını söyləməyə imkan verir. 
ORTA ƏSR ŞAİRLƏRİ. Sovet tarixçiləri dahi Şərq şairlə-
rini “haqqı tapdalanmış  zəhmətkeş kütlələrin haqları  uğrunda mü-
barizə aparan insanlar” kimi qələmə verməyə çalışırdılar. “Azər-
baycan Tarixi” kitabında deyilir: “Xəqani  Şirvaninin misralarında 
şairin üsyankar ruhunun qüdrəti, hakim sinfin zülmkarlığına qarşı 
 56


kəskin hücum, ruhanilərin riyakarlığı  və sosial ədalətsizlik ifadə 
olunur.” (AT, 1958, I cild, səh. 165)  
Əslində  Xəqani Allaha inanan əsl müsəlman idi və 
Şirvanşahlar sarayında saray şairi kimi fəaliyyət göstərirdi. 
Xəqaninin “üsyankar ruhuna” gəlincə isə demək lazımdır ki, onun 
çox çətin xarakteri var idi və o, tez-tez qohumları  və dostları ilə 
mübahisə edirdi. O, şirvanşahlar tərəfindən incidildiyinə  və  həbs 
olunduğuna görə möhkəm qəzəblənmişdi və bunu şerlərində ifadə 
edirdi. Lakin Xaqani heç bir zaman sosial hərəkatda iştirak 
etməmişdi.  
Bugün buna inanmaq çətin olsa da, Sovet tarixçiləri orta əsr 
şairlərini onların marksist nəzəriyyəsi barəsindəki zəif anlayışlarına 
görə  tənqid etməkdən də çekinmirdilər (baxmayaraq ki, bu 
nəzəriyyə  hətta yüzillər sonra da təşəkkül tapmamışdı). Məsələn, 
biz “Azərbaycan Tarixi” (1958, I cild, səh. 216) əsərində oxuyuruq: 
“Nizami Gəncəvi (1141-1209) feodal dövlətinin sinfi təbiətini 
anlamırdı  və hakimlərə özünün etibarlı  və ruhlandırıcı sözləri ilə 
təsir etməyə çalışırdı; o ümid edirdi ki, onlarınn xalqa zülm 
verməklərinə bu yolla son qoya bilər. Nizami hətta düşünürdü ki, 
onun ölkəsini talan edən hakim ölümə  məhkum edilməlidir.” 
Beləliklə, sovet ideoloqları bu dahi şairi və mütəfəkkiri hakim sin-
fin qanını tökmək istəyən qəddar inqilabçı kimi qələmə verirdilər. 
Amma bu heç də inandırıcı deyildi: Nizami çox dahi və humanist 
bir filosof idi. 
Sovet tarixçilər 15-ci əsr şairi Imaməddin Nəsiminin (1417-
ci ildə öldürülmüşdür) misralarının “bədbinliyi və sadəlövhlüyü” 
barədə yazırdılar: “Nəsiminin irsi mürəkkəb və ziddiyyətlidir… Bə-
zən o, haqqın qələbə çalmasına şübhə ilə yanaşırdı… Feodal cəmiy-
yətində zülm və qantökmə hökm sürürdü; o, mübarizə üçün daxili 
güc tapa bilmirdi.” Əlbəttə ki, “Azərbaycan Tarixi” Nəsiminin 
misralarının dərin fəlsəfi və sehrli məzmununu araşdırmağa cəhd 
eymir,  əksinə onları “bədbin və mistik” adlandırırdı. Sovet döv-
ründə marksist-leninist nəzəriyyəsinə əsaslanmayan fəlsəfə ideoloji 
nöqteyi cəhətdən zamandan geridə qalmış, sadəlövh və ziyanlı he-
sab olunurdu. Bugün isə, nəhayət, otra əsr Azərbaycan  şairləri sa-
dəlövh inqilabçılar kimi deyil, sadəcə şairlər kimi qəbul olunur. 
PAN-TÜRKÇÜLÜK QORXUSU. Siz Sovet tarix kitabla-
rında Azərbaycan xalqının türk kökləri barədə heç bir məlumata 
rast gələ bilməzsiniz.  Əksinə, onlar deyirdilər ki, türklər Azərbay-
 57


canı 11-13-cü əsrlərdə  işğal etmiş  və Azərbaycanın yerli əhalisi 
tədricən özlərinin qafqaz və fars mənşəli əski dillərindən türk dilinə 
keçmişdir. Belə güman olunurdu ki, Azərbaycanlılar  türk dilini mə-
nimsələr də,  əslində kök etibarı ilə türk olmamışlar. Gəlin 
“Azərbaycan Tarixi” əsərini yenidən müraciət edək (1958, I| cild, 
səh. 172): “Eyni şeylər Orta Asiyada da baş verdi. Xarəzm, 
Soqdiyana, Baktriyana və Parfiyanın yerli dillər türk dili ilə  əvəz 
olundu… Eynilə Azərbaycanda da yerli dillərin yerini türk dili 
tutdu.” 
Bu tarixi konsepsiyanın bir neçə  səbəbi var. Stalin dü-
şünürdü ki, Türkiyə bütün türk xalqlarını öz hakimiyyəti altında bir-
ləşdirməyə  cəhd edir. Sibir də daxil olmaqla, SSRI-nin ərazisinin 
yarıdan çoxu müxtəlif türk xalqları  tərəfindən məskunlaşmışdı  və 
Sovet rəhbərləri pan-türkçülüyü əsas təhlükə hesab edirdi. Türk 
xalqlarının birləşməsinin qarşısını almaq üçün Stalin tarixçilərə əmr 
etmişdi ki, onlar türk xalqlarının bir-biri ilə  əlaqəsinin mövcud 
olmadığını, müxtəlif qan, dini və adət-ənənələrə malik olduğunu sü-
but etsinlər. Sovet alimlərinə görə, türk dilində danışan xalqlar 
(məsələn azərbaycanlılar, özbəklər, türkmənlər və türklər) türk di-
lində danışsalar da, əsl türk qanına malik deyildilər.
 
1937-ci ildən başlayaraq, tarixi kitablar, əsərlər, qəzetlər, 
radio, məktəblər, və universitetlər də daxil olmaqla nəhəng Sovet 
təbliğat maşını bu ideyaları yaymağa başladı. Millətin adı zorla 
deyişdirildi. Qədimdən 1930-ci illərin sonlarına qədər rəsmən 
“türk”, “Azəri türkü” adlandırılan millətin rəsmi adı deyişdirilərək 
“azərbaycanlı” oldu. 1940 illərdən başlayaraq Pan-türkçü kimi həbs 
olunmaq üçün bir nəfərin “Azərbaycan xalqı” sözü əvəzinə, “Türk 
xalqı” sözünü istifadə etməsi kifayət idi. Hətta yeddinci əsrə aid 
Azərbaycan dastanı olan “Dədə Qorqud” pan-türkçü ədəbiyyatın 
nümunəsi olduğu üçün qadağan edilmişdi. 
İndi Azərbaycan müstəqillik qazandıqdan sonra, Azərbay-
canlılar özlərinin türk kökləri barədə sərbəst surətdə danışa bilərlər. 
Hal-hazırda nəşr olunan Azərbaycan Demokratik Respublikasının 
sənədlərindən görünür ki, o dövrdə Azərbaycanlılar özlərini türk 
adlandırırdılar. Məsələn, Azərbaycan Parlamentinin sədri Həsən-
bəy Ağayev 1919-cu ildə müstəqilliyimizin bir illiyi münasibətilə 
keçirilən tədbirdə bunları demişdi: “Türk xalqları müstəqilliyini öz 
qanları hesabına qazanmışdır və bu müstəqilliyi heç vaxt əldən ver-
 58


məyəcəkdir… Azad Azərbaycan ziyalısından tutmuş  kəndlisinə 
qədər hər bir türkün qəlbində yaşayan idealdır.” 
Türk tayfalarının Azərbaycan tarixindəki rolu bu gün də 
müzakirələrə  səbəbdir. Hal-hazırda başqa bir tendensiya baş 
qaldırıb. Özlərini “tarixçi-vətənpərvər” adlandıran bəzi radikal 
tarixçilər türklərin rolunu həddən artıq  şişirdir və  ərəblər, farslar,  
müxtəlif qafqaz xalqlarının Azərbaycan tarixində  və xalqımızın  
etnogenezində olan rolunu tamamilə inkar edirlər. Çox güman ki, 
bu yalnız müvəqqəti bir tendesiyadır. Hər bir tarixçinin şəxsi fikrə 
malik olmaq haqqı vardır, lakin ideoloji gözlüklər bizi real faktları 
görməyimizin qarşısını almamalıdır. 
QAFQAZ QARDAŞLIĞI. Istənilən Sovet tarix kitabını aç-
sanız, onda görərsiniz ki, orada azərbaycanlılar, gürcülər və erməni-
lər həmişə farslar, ərəblər və türklərə qarşı birgə mübarizə aparan 
qardaş xalqlar kimi təsvir olunur. Sovet tarixçilərinə görə Qafqaz 
dəhşətli müsəlman dünyasının nəhəng okeanı ilə əhatə olunmuş bir 
kiçik adadır. Məsələn “Azərbaycan Tarixi” kitabında aşağıdakıları 
oxuyuruq: “Azərbaycan qəhrəmanı Babək üsyan qaldıran ermənilər 
ilə münasibətlər yaratdı. Babək ermənilərə kömək etdi və Sunik 
yaxınlığında ərəb qoşunlarına qalib gəldi….Azərbaycanlılar, gürcü-
lər və ermənilərin  ərəblərə qarşı mübarizəsi Babəkin ölümündən 
sonra da davam etdi… Bu ölkələrin xalqları düşmənə qarşı 
qəhrəmanlıqla mübarizə apardılar.” (AT, 1958, I cild, səh. 120) 
Bu yolla, tarix kitabları deyirdilər ki, Qafqaz xalqları (er-
mənilər, gürcülər və  ləzgilər) azərbaycanlılara  ərəblər, farslar və 
türklərdən daha yaxındırlar. Azərbaycan indi müstəqildir və tarixə 
yanaşma da daha obyektivdir. Qafqaz dostluğu inkar edilmir. 
Amma Azərbaycan nə coğrafi, nə etnik, nə  də dil baxımdan tipik 
Qafqaz dövləti deyil. Azərbaycan anlayışı  həmişə Qafqaz 
sərhədlərindən kənara çıxırdı, onun hüdudlarına sığmırdı. Cənubi 
Azərbaycan Iran ərazisində yerləşir. Azərbaycanlıların etnik 
qardaşları (türklər, türkmənlər, özbəklər) Qafqazdan kənarda, 
Avrasiyanın geniş ərazilərində yaşayırlar. 
Müasir tarix kitabları vurğulayırlar ki, Gürcüstan ənənəvi 
olaraq Azərbaycanın müttəfiqi qismində  çıxış etmişdir. Məsələn 
1991-ci ildə Aydın Balayev yazırdı ki, Gürcüstan 1918-1920-ci 
illərdə ADR-in hərbi müttəfiqi olmuşdur. Bu fakt Sovet dövründə 
heç bir zaman deyilmirdi. Bundan əlavə, tarixçilər bildirirlər ki, orta 
əsrlər dövründə Gürcüstan Şimali Azərbaycanda yerləşən 
 59


Şirvanşahlar dövlətinin müttəfiqi qismində çıxış etmişdir. Gürcü və 
Şirvan hakimləri bir-biri ilə ailə telləri ilə bağlı idilər və müxtəlif 
işğalçılara qarşı birgə mübarizə aparırdılar. 
Azərbaycan tarixçiləri həmçinin Azərbaycanın Gürcüstan 
ilə münasibətlərinə dair bəzi neqativ faktlar da aşkarlayırlar. Mə-
sələn, 12-ci əsrdə  Gəncədəki zəlzələdən sonra gürcülər  şəhərə hü-
cum etmiş  və onu tamamilə dağıtmışdılar. Zəlzələdən sağ qalan 
azərbaycanlılar ya gürcülər tərəfindən öldürülmüş, ya da ki, əsir 
götürülmüşdülər. Sovet dövründə yalnız Ziya Bünyadov bu faktları 
söyləməyə cəsarət etmişdi.   
MÜNAQİŞƏLƏR – ERMƏNİSTAN. Sovet 
ideologiyasının azərbaycanlılar və erməniləri dost və qardaş kimi 
qələmə verməsinə baxmayaraq, erməni tarixçilər yazırdılar ki, 
Azərbaycan dövləti heç bir zaman mövcud olmamış və demək olar 
ki, Azərbaycanın bütün ərazisi Ermənistanın tərkib hissəsi 
olmuşdur. Onlar Azərbaycanın bütün ərazisinin Ermənistana aid 
olduğunu göstərən Ermənistanın tarixi xəritəsini hazırlamışdılar. 
Sovet dövründə bir çox Azərbaycan tarixçiləri ermənilərin 
bu iddialarına qarşı çıxmaqdan qorxurdular, çünki ermənilər Sovet 
rejimi tərəfindən müdafiə olunurdu. Lakin Azərbaycan xalqı bizim 
tarixçilərin və professorların səssiz olmasından çox kədərlənirdi. 
Mən həmin qəzəbin hökm sürdüyü atmosferi çox yaxşı 
xatırlayıram. 
Ermənilərin fikirlərinə qarşı çıxan ən cəsarətli azərbaycanlı 
alim, Azərbaycan tarixinin öyrənilməsində  nəhəng bir şəxs Ziya 
Bünyadov (1923-1997) idi. Özünün “7-9-cu ərslərdə Azərbaycan” 
kitabında Bünyadov sübut edirdi ki, Azərbaycan ərazisinin heç bir 
hissəsi qədim dövrlərdə Ermənistanın ərazisi hesab olunmurdu. O, 
həmçinin Şimali Azərbaycan və digər əraziləri əhatə edən müstəqil 
Azərbaycan dövlətləri olan Şirvan və Aran (Qafqaz Albaniyası) 
barədə yazırdı. Bir sıra erməni tarixçiləri Bünyadovun kitabından 
qəzəblənmiş  və onu “şovinist” adlandıraraq Ermənistanın “1 nöm-
rəli düşməni” elan etmişdilər. 
Lakin Bünyadov şovinist deyildi. Onun anası rus idi, o özü 
rusca sərbəst danışır və bir çox ermənilər və gürcülər ilə tanış idi. 
O, gürcü xalqını çox sevir, və  bəzən gürcü milli papaqları taxırdı. 
Bünyadovun çoxlu rus, gürcü və hətta erməni dostları var idi və o 
heç vaxt nə erməniləri, nə  də digər xalqı etnik mənbəyinə görə 
 60


tənqid etmirdi. O, sadəcə Azərbaycan tarixini yazırdı və bunu doğru 
yazmağa çalışırdı. 
Bünyadovun bunu etməyə cəsarəti çatırdı, çünki o II Dünya 
Müharibəsinin qəhrəmanı idi, SSRI-nin bir sıra ən yüksək hərbi or-
denləri ilə təltif edilmişdi. Bundan əlavə, o, akademik dairədə çox 
yaxşı tanınırdı. Brejnev Stalin kimi qəddar deyildi. O istəmirdi ki, 
bütün dünya SSRI-də məşhur ziyalıların represiyaya məruz qaldıq-
ları barədə danışsın.  Əbülfəz  Əliyev (Elçibəy) kimi digər nisbətən 
az tanınmış tarixçilər həbs edilə bilərdi, lakin ümumilikdə 
akademiklərə  dəymirdilər. Təəcüblü olsa da, Bünyadov SSRI-nin 
dağılmasından sonra, müstəqil və demokratik Azərbayanda parla-
mentdən gələrək mənzili yerləşdiyi binaya daxil olarkən terroristlər 
tərəfindən öldürülmüşdü. Azərbaycan məhkəmələrinin elan etdiyinə 
görə onun qatilləri tapılıb və  cəzalandırılmış  və hazırda həbsxa-
nadadırlar. 
Ermənilərin fikirlərinə qarşı  çıxan digər tarixçi “Qafqaz 
Albaniyasının Siyasi və coğrafi tarixi” kitabının müəllifi Fəridə 
Məm-mədovadır. Hələ Sovet dövründə Məmmədova sübut etmişdir 
ki, eramızdan  əvvəl 4-cü əsrdən başlayaraq eramızın 7-ci əsrinə 
qədər Qafqaz Albaniyası (müasir Şimali Azərbaycan) müstəqil 
dövlət olmuş və heç də “Böyük Ermənistanın” tərkib hissəsinə aid 
edilmə-mişdi. Rus və erməni alimləri Məmmədovanın  əsərini 
tənqid etsələr də, onun bu kitabı Avropalı alimlər tərəfindən yüksək 
qiymətlən-dirilmişdir.   
Indi artıq Azərbaycan alimləri ziddiyyətli tarixi hadisələr 
haqqında yazmaqda azaddırlar və bu səbəbdən də azərbaycan və 
erməni tarixçiləri arasında qızğın mübarizə davam edir. Azərbaycan 
tarixçiləri ilk dəfə olaraq 1918-ci ildə Bakıda və Azərbaycanın di-
gər yerlərində ermənilər tərəfindən öldürülən minlərlə azərbaycanlı 
barədə yazırlar. Süleyman Əliyarov və  Bəxtiyar Vahabzadə 19-cu 
əsrdə Ermənistandakı azərbaycanlılarım genosidi və deportasiyası 
barədə yazmışlar. 
Indi artıq Azərbaycan arxivlərindəki köhnə sənədlər və xə-
ritələr nəşr olunduqdan sonra, biz onilliklər boyu bizdən gizli 
saxlanmış faktlar barədə öyrənməyə başlayırıq. Məsələn 1990-cı 
ildə ADR höküməti tərəfindən hazırlanan xəritə arxivdən 
çıxarılmışdır. Bu xəritə 1920-ci ildə  ADR-in  Xarici  Işlər Nazirliyi 
tərəfində hazırlanmışdır və həmin xəritə indi Ermənistanın tərkibinə 
daxil olan Zəngəzur da daxil olmaqla müasir Azərbaycan ərazisini 
 61


əhatə edir. Əsasən azərbaycanlılar və kürdlər tərəfindən 
məskunlaşan bu ərazi Ermənistana Azərbaycanda Sovet 
hakimiyyəti qurulduqdan sonra, 1920-ci illərdə verilmişdir. 
1919-cu ildə Ermənistan öz xəritəsini hazırladı, lakin bu 
xəritə həqiqəti yox, Ermənistan Daşnak dövlətinin ərazi iddialarını 
əks etdirirdi. Bu xəritə Azərbaycan  ərazilərindən Naxçıvan və 
Qarabağı  (əlbəttə ki, Zəngəzuru da), gürcü əyalətləri Axalkala və 
Borçalını  və  həmçinin Türkiyənin Qars vilayətini  əsassız olaraq 
əhatə edir. 
Həqiqətdə bu ərazilər heç vaxt Ermənistan Respublikasına 
aid olmamışdır. 1919-1920-ci illərdə Ermənistan Azərbaycan, 
Gürcüstan və Türkiyə ilə müharibə aparırdı. 1919-cu ildə ADR və 
Gürcüstan arasında hərbi pakt imzalandı və Azərbaycan Gürcüstana 
si-lahlarla yardım etdi. Bu pakt nəticəsində ermənilər Gürcüstanın 
Axalkala əyalətini işğal edə bilmədilər və onların Qarabağa hücumu 
da dayandırıldı. Buna cavab olaraq, türk orduları Ermənistana 
hücum etdilər və onu təslim olmağa məcbur etdilər. Yalnız 1920-ci 
ildə Bolşevik Qırmızı Ordunun işğalı erməniləri öz ərazisini və 
suverenliyini saxlamağa yardım etdi. 
RUSİYAYA BİRLƏŞMƏ. Sovet tarixçiləri Rusiyaya bir-
ləşmənin “böyük tarixi əhəmiyyəti” ni vurğulamağa məcbur edil-
mişdilər. Onlar bildirirdilər ki, 18-ci əsrdə Azərbaycan Iran ordusu 
tərəfindən dağıdılmışdı  və xanlar rus çarına xəbər göndərərək 
ondan Azərbaycanı Rusiyaya birləşdirməyi xahiş etmişdilər. 
Beləliklə, rus ordusu gəlmiş, Iranı  məğlub etmiş  və Azərbaycan 
xalqını xilas etmişdi. Gülüstan (1813) və Türkmənçay (1828) 
müqaviləsinə  əsa-sən Azərbaycan  Şimali Azərbaycan (Rusiya) və 
Cənubi Azər-baycana (Iran) bölünmüşdü. 
“Azərbaycan Tarixi” kitabının ikinci cildində (AT, c.II, 
1960, səh. 47) oxuyuruq: “Azərbaycanın Rusiyaya birləşdirilməsi 
Azərbaycan xalqını geridə qalmış Iran və Türkiyənin köləliyinə 
çevrilməkdən xilas etdi… Rusiyanın o dövrdə zülmkar çar və 
mülkədarlar tərəfindən idarə olunmasına baxmayaraq… Azərbay-
canın Rusiyanın tərkibinə qatılması onun siyasi, iqtisadi və mədəni 
inkişafına yardım etdi.” 
Nəriman Nərimanovun (1870-1925) “Azərbaycanın  əbədi 
xoşbəxtliyi Rusiya ilə bağlıdır!” sözləri o qədər tez-tez təkrar 
olunurdu ki, onlar şüara çevrilmişdi. Nərimanov 1925-ci ildə SSRI 
Kommunist Partiyasının Mərkəzi Icraiyyə Komitəsinin Sədri idi. 
 62


Azərbaycan tarixçiləri Mirzə  Fətəli Axundovdan (1812-
1878) da sitat gətirirdilər. O yazırdı: “Rus dövlətinin hakimiyyəti 
nəticəsində biz saysız-hesabsız işğallardan və  işğalçıların 
talanından xilas olduq və sonunda sülh əldə etdik.” Əlbəttə ki, bu 
heç də bütün Azərbaycan xalqının fikri deyildi. Nərimanov 
kommunist, Axundov isə rus hərbi zabiti idi. 
Sovet rəsmiləri “Azərbaycanın xoşbəxtliyi Rusiya ilə 
bağlıdır” fikri ilə razılaşmayanları təqib edirdilər. Məşhur akademik 
Heydər Hüseynov bu fikrə qarşı çıxırdı. O, Şimali Qafqazda Şeyx-
Şamilin anti-rusiya hərakatını araşdırmış  və bu müharibə zamanı 
rus ordusunun törətdiyi cinayətləri üzə  çıxarmışdı. Akademik son-
ralar özünü bağ evinin həyətindən asaraq faciəvi surətdə  həlak 
olmuşdur. Stalindən sonrakı dövrdə Sovet rəsmiləri məşhur 
insanları  həbs etməkdən çəkinirdilər, lakin onlardan azad olmanın 
başqa yolları var idi. Alimlərin hamısı Sovet sisteminin psixoloji 
təzyiqlərinə tab gətirən Ziya Bünyadov kimi dəyanətli deyildirlər. 
Indi Azərbaycan tarixçiləri Azərbaycanın Rusiyaya “könül-
lü birləşməsi” barədə olan həqiqətləri yaza bilərlər. Indi hətta mək-
təb uşaqları da bilir ki, Azərbaycan Rusiya tərəfindən işğal olunmuş 
və onun hakimiyyəti altında olmağı özü seçməmişdir. 
Indiki tarix kitabları Azərbaycan xalqının Rusiya təcavüz-
karlarına qarşı üsyanları barədə danışırlar. Məsələn, 1803-cü ildə 
Gəncə xanlığının hakimi Cavad xan general Sisiyanovun rəhbərliyi 
altında olan rus ordusunun şəhərə daxil olmasına qarşı  çıxmışdı. 
Generalın hədələrinə cavab olaraq o demişdi: “Sənin topların 
yaxşıdır, amma mənim toplarım səninkindən də yaxşıdır!” Xan və 
onun döyüşçüləri Gəncə divarlarında rus döyüşçülərinə qarşı 
döyüşdə ölldürülümüşdü. 
1804-cü ildə Bakı xanı Hüseyn Qulu xan Rus hərbi his-
səsinə hücum etmiş və general Sisiyanovu öldürmüşdü. 1806-cı ildə 
Şəki xanı  Səlim xan Ruslara qarşı üsyana qalxmışdı. Onun kiçik 
ordusu məğlub olsa da, Şəki camaatı müqaviməti davam etdirmişdi. 
Onlar  şəhərin qalalarının divarlarına yanacaq tökmüş  və rus 
əsgərləri divarlara boyu yuxarı qalxmağa başlayanda onları 
yandırmışdılar.  Şəki  ələ keçirilsə  də, Talış  və digər xanlıqlarda 
üsyanlar baş qaldırmışdı. Bu və digər faktlara əsaslanaraq, 
Azərbaycanlı tarixçilər sübut etmişlər ki, Azərbaycanın Rusiyaya 
birləşdirilməsi heç də könüllü olmamışdır. 
 63


Lakin hələ  də Rusiyanın Azərbaycan tarixindəki rolu 
birmə-nalı müəyyən olunmamışdır. Bəzi tarixçilər hələ də Rusiya-
nın Azərbaycanın tarixində müsbət rol oynadığına inanır. Onlar 
deyirlər: “18-19-cu əsrlərdə Azərbaycan xanlıqları çox zəif idilər. 
Əgər Rusiya bizi işğal etməsəydi, biz Iranın tərkibinə qatılacaqdıq. 
Iran tərəfindən idarə olunmaqdansa, Rusiya tərəfindən idarə 
olunmaq daha yaxşı idi. Rusiyanın təsiri ilə biz Avropa 
mədəniyyətini qəbul edə  və Axundov, Bakıxanov, Sabir və 
Məmməd  Əmin Rəsulzadə kimi ziyalılar yetişdirə bilmişik.  Əgər 
bütün Azərbaycan  ərazisi (Şimali və  Cənubi) Iranın tərkibinə 
qatılsaydı, onda biz tədricən assimilyasiya olunacaq idik.” 
Onların opponentləri isə deyirlər ki, Rusiya Azərbaycanı 
onun öz milli həyatından, dinindən ayırmış və Rus adətlərini qəbul 
etməyə  məcbur etmişdir. Onlar həm də qeyd edirlər ki, Rusiya 
Azərbaycanın təbii sərvətlərini müvafiq təzminat vermədən kəskin 
şəkildə istismar etmişdi. 
BOLŞEVİKLƏRİN GƏLİŞİ.  Sovet tarixçiləri həm də 19-
cu  əsrin sonu 20-ci əsrin  əvvəllərində Azərbaycanda inqilabi 
hərəkatı  təhrif edirdilər. “Azərbaycan Tarixi” kitabında deyilir: 

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin