Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə24/49
tarix26.12.2016
ölçüsü1,29 Mb.
#3505
1   ...   20   21   22   23   24   25   26   27   ...   49
Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən  
tərcümə etdi: Gülnar Aydəmirova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 49


 
 
 
 
TARİX VƏ MƏDƏNİYYƏT 
_____________________________________ 
 
 
AZƏRBAYCAN TARİXİNİ YAZARKƏN: 
HƏQİQƏT AXTARIŞINDA 
 
Mənbə: Azerbaijan International jurnalı - AI 9.3 (Payız 2001) © 2004. 
Azerbaijan International AZERI.org 
 
ndi Azərbaycan tarixçiləri Sovet erasının “tarixçiləri” tərə-
findən qəsdən yaradılmış düyümləri açmaq və məlumatları üzə 
çıxarmaq üçün çaşqınlıq içərisində çalışırlar.   
Azərbaycan tarixi həm 1991-ci ildə Azərbaycanın müstəqil-
lik qazanmasından əvvəl və  həm də sonra dəfələrlə  təhrif edilmiş-
dir. Hər dəfə keçmişin bərpa olunması prosesi siyasi ideologiyanın 
təsiri və ya hətta diktəsi altında həyata keçirilmişdir. 
 
İ
Kommunizm dövründə aparılan elmi araşdırmalara bırmə-
nalı yanaşmaq olmaz. 1920-ci ilin aprel ayında hakimiyyətə  gələn 
bolşeviklər Azərbaycanın həm Çar Rusiyası dövründə (XIX əsrin 
əvvəlindən 1918-ci ilə kimi), həm də 1918-ci ilin 28 may tarixindən 
1920-ci ilin 28 aprel tarixləri arasında 23 ay müddətində mövcud 
olan Azərbaycan Demokatik Respublikası dövründə elm və  təhs 
sahəsində  həyata keçirilməmiş  vəzifələri yerinə yetirməyə 
müvəffəq oldular. 
Bolşeviklər tarixin öyrənilməsini təbliğ edirdilər. Onlar ta-
rixi tədris edən çoxsaylı  məktəb və universitet və tarixi araşdırma 
ilə  məşğul olan müxtəlif akademik institutlar yaratdılar. Lakin bü-
tün kitablar və  məqalələr marksizm-leninizm nəzəriyyəsi  əsasında 
“fəhlə sinfi nöqteyi nəzəriyyəsinə”  əsaslanan ideoloji mövqedən 
yazılmalı idi. Ən yaxşı halda Sovet tarixi əsərləri yalnış şərh veril-
miş həqiqi faktların qarışığından ibarət olurdu. Ən pis halda isə hət-
 50


ta yaxşı  məlum olan tarixi faktlar dolaşdırılır, inkar və ya təhrif 
edilir. 
Sovet alimlərində varlıların mənfi cəhətlərini, kasıbların 
müsbət cəhətlərini təsvir etmək kimi meylləri var idi. Hörmdarlar 
zülmkar kimi, kasıb insanlar isə varlılar tərəfindən istismar edilən 
yazıqlar kimi təsvir edilirdi. 
1991-ci ildə Sovet Ittifaqının dağıldıqdan və Azərbaycan 
müstəqillik qazandıqdan sonra Azərbaycan tarixinin çox hissəsinə 
yenidən baxış keçirilmişdir. Tarixçilər saysız arxivlərdə saxlanılan 
sənədlər üzərində ciddi işləyirlər. Məsələn, mənim çalışdığım 
Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Institutu ölkədə ən 
zəngin tarix külliyatı toplanan mərkəzlərdən biridir. Burada 10-cu 
əsrdə yaşayan orta əsr tarixçilərinin əlyazmaları, 18-ci əsr Azərbay-
can xanları  tərəfindən imzalanan fərmanlar, 9-cu və 20-ci əsr 
Azərbaycan ziyalılarının məktub və qeydləri, 100 il bundən  əvvəl 
buraxılmış  qəzet və jurnallar, və yeni yaranmış Azərbaycan De-
mokratik Respublikasının fərmanları yerləşir. Bu mənbələrin analizi 
bugünkü tarixçilərə Azərbaycan tarixini daha obyektiv şəkildə yaz-
mağa kömək edir. 
AZƏRBAYCAN TARİXİ. Sovet dövrünün Azərbaycan ta-
rixi kitabları bugün istifadə üçün çox az yararlıdır. Bunlardan bizə 
tanış olan bir əsər “Azərbaycan tarixi” kitabı Azərbaycan tarixinin 
Sovet hakimiyyətinin icazəsi altında nəşr edilən nöqsanlı versiyası-
dır. Azərbaycan Elmlər Akademiyası tərəfindən hazırlanan bu cild 
ilk dəfə olaraq 1950-ci illərdə
 
sonra isə yenidən  nəşr edilmişdir 
(История Азербайджана. Под ред. И.А.Гусейнова, А.С.Сумбат-
заде  и  др.  Баку,  Изд-во  АН  Азербайджана, 1958). Hüseynov, 
Tokarjevski, Əliyev, Sumbatzadə kimi bir çox tarixçilər bu kitabın 
hazırlanmasında böyük səy göstərmişlər. Bu kitab Azərbaycan tari-
xi barədə olan ilk elmi və rəsmi əsərdir. 
“Azərbaycan Tarixi” kitabının ilk nəşri yalnız bir cilddən 
ibarət idi (əslində daha çox ümumiləşdirilmiş cild idi). Ikinci nəşr 
isə 3 cilddən ibarət idi. Bu cildlərdən birincisi qədim və orta əsrlər 
dövründən başlayaraq 19-cu əsrin  əvvəlində Azərbaycan Rusiya 
Imperiyası  tərəfindən işğal edilməsinə  qədər olan dövrdəki Azər-
baycan tarixini əhatə edir. Ikinci cild Rusiya müstəmləkəçiliyi döv-
ründən başlayaraq 20-ci əsrin  əvvələrinə  qədər olan dövrdən bəhs 
edir. Son cild isə Bolşevik Inqilabı, Ikinci Dünya Müharibəsi və 
 51


Azərbaycanda sosializmin qurulması da daxil olmaqla 20-ci əsrə 
həsr edilmişdir. 
Bu kitablar həm azərbaycanca, həm də rusca nəşr olun-
muşdu, yəni iki müxtəlif dildə olan iki eyni versiyası vardır. “Azər-
baycan tarixi” yalnız alimlər üçün deyil, çox geniş oxucu kütləsi 
üçün nəzərdə tutulmuşdu. Bu kitabdan orta məktəblərdə, univer-
sitetlərdə tarix fakültələrində və pedaqoji institutlarda dərslik istifa-
də olunurdu. 
Bu kitabın bir yararlı tərəfi odur ki, ilk dəfə olaraq azərbay-
canlılar ayrıca ölkəsi, dili və tarixi olan bir millət kimi təsvir edil-
mişdilər. Daha öncə yazılmış əsərlərdən fərqli olaraq, onlar nə fars-
ların, nə Osmanlı türklərinin bir hissəsi, nə də ki tatarlar kimi təsvir 
edilməmişdilər. Bu kitabda azərbaycanlılar eramızdan  əvvəl 9-cu 
əsrdə bu ərazidə öz dövlətləri olan xalq kimi qələmə verilmişdilər. 
İRAN VƏ TÜRKİYƏ.  Əlbəttə ki, “Azərbaycan tarixi” 
kitabının bir çox çatışmazlıqları var idi, çünki o kommunist ideo-
logiyası mövqeyindən yazılmışdı. Bütün tarixi proseslər marksist-
leninist nəzəriyyəsi  əsasında analiz edilirdi. Məsələn, Sovet 
dövründə Türkiyə  və Iran Azərbaycanın düşmən dövlətləri kimi 
qəbul edilirdilər. Bu səbəbdən də “Azərbaycan tarixi” kitabında 
təhminən bu ruhda fikirlərə rast gəlinir: “17-ci əsrdə türk qoşunları 
Təbriz və digər Azərbaycan şəhərlərini tamamilə dağıtmış və viran 
qoymuşdular… Bu dövrdə Azərbaycan Iran və Türkiyə arasında 
qanlı müharibələrin hərbi səhnəsinə çevrilmişdi… Minlərlə insan 
öldürülmuş  və  əsir götürülmüşdü… Azərbaycan xalıq çox əziyyət 
çəkmişdi.” 
Bütün müharibələr qanlı olur. Lakin görün Sovet ideo-
loqları hansı  nəticəyə  gəlirlər: “Beləliklə, Iran və Türkiyənin hər 
ikisi sizin düşmənlərinizdir.” Bir çox azərbaycanlı oxucular bu 
fikirlə razılaşmırdılar. Onlar bilirdilər ki, tarixin müxtəlif dövrlərin-
də dünyanın bir çox dövlətləri bir-biri ilə müharibə aparmışlar. 
Məsələn, keçən  əsrdə bir-biri ilə müharibə aparan Avropa dövlət-
lərini xatırlayın, ancaq bu gün onlar düşmən deyillər. 
Bundan  əlavə, orta əsrlərdə müharibələr millətlər arasında 
deyil, sülalələr,  şahlar və sultanlar arasında aparılırdı. Rusiya özü 
Azərbaycanı  hələ 18-ci əsrdə  qısamüddətli işğal etmiş  və general 
Zubkov Bakıda yüzlərlə sadə insanı öldürtmüşdü. “Onda niyə ruslar 
bizim düşmənimiz hesab olunmur?” deyə bir çox Azərbaycanlılar 
fikirləşirdilər. 
 52


Türkiyəni düşmən kimi qələmə verməmək Sovet dövrü 
tarixçiləri üçün təhlükəli idi, çünki o zaman onlar “pan-türküst” ki-
mi tanınacaqdılar. Sovet təbliğatçılarının 19-cu əsrin sonu və 20-ci 
əsrin  əvvəllərində yaşayan bir sıra  şair və ziyalıları “pan-türkçü” 
kimi qələmə verməsinin sərt nəticələri olmuşdur. Məsələn ADR 
dövründə yaşayan  şair  Əhməd Cavad (1892-1937) öz şerlərində 
Azərbaycanın müstəqilliyini tərənnüm etmişdi. Bundan əlavə o
Azərbaycan milli himninin sözlərinin müəllifi kimi tanınır. Cavad 
milliyətçi və pan-türkçü elan edilərək güllələnmişdi. Salman 
Mümtaz Azərbaycan  ədəbiyyatının Türk ədəbiyyatının bir hissəsi 
olduğunu bildirdiyi üçün pan-türkçü elan edilmişdi. O, 1938-ci ildə 
həbsxanada KGB tərəfindən öldürülmüşdü. Onun bütün Azərbay-
can  ərazisindən topladığı  qədim nadir əlyazmalar müsadirə 
olunmuşdu.   
Istedadlı dramaturq və  bəzən “Azərbaycanın  Şekspiri” 
adlandırılan digər Azərbaycan ziyalısı Hüseyn Cavid (1882-1944) 
pan-türkçü olduğuna görə günahlandırılırdı. O, 1937-ci ildə  həbs 
edilmişdi. Bundan sonra ailəsi bir daha onun üzünü görməmişdi. O, 
Sibirə  işçi düşərgəsinə göndərilmiş, orada vəfat etmiş  və  dəfn 
edilmişdi. Yenidənqurma dövründə, yəni 1980-ci illərdə onun 
cəsədinin qalıqları Azərbaycana gətirilmişdi. Indi onun şərəfinə 
nəhəng abidə ucaldılmışdır. Bu yaxınlarda Bakının mərkəz 
küçələrindən birinə onun adı verilmişdir (Hüseyn Cavid prospekti). 

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin