Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə27/30
tarix16.05.2022
ölçüsü0,49 Mb.
#58165
1   ...   22   23   24   25   26   27   28   29   30
QULİYEVA ZÜLFİYYƏ BORİS QIZI

Tula şəhri olub mənim vətənim™

2

.   



Pyesdə  İstəkanın  monoloqunda  o  zamankı  çar  Rusiyası  vilayətlərin-

dən daha çox cəza məkanı, sürgün yeri kimi məşhur olan Sibir toponiminin 

adı  çəkilir  ki,  bu  da  obrazın  ovqatının  təqdimi  üçün  üslubi  mahiyyət  daşı-

yır. 


“Kişmiş oyunu” pyesinin bədii mətnində Nurəlinin dilindən nağıl da-

nışılarkən  Şah  Abbas  dövründə  İranın  paytaxtı  olmuş  İsfahan  toponiminin 

adı çəkilir: “Amma raviyani-əxbar və naqilani-asar belə rəvayət ediblər ki, 

bir gün  İsfahanda Şah Abas öz barigahında əyləşib vəzirinə dedi”

3



 Burada Mirzə Cəlil xalq nağıllarının ənənəvi giriş formullarından is-



tifadə  edərək,  təqdim  etdiyi  obrazın  xarakterini  açmağa  nail  olmuş  və  bu 

məqsədlə  yarıreal,  yarıəfsanəvi  mahiyyət  daşıyan  İsfahan  toponimindən 

uğurla istifadə  etmişdir. Əsərin sonrakı  hissələrində  də gerçək toponimlər-

dən  üslubi  məqsədlə  istifadə  edilmişdir.  “Çox  bic,  hiyləgər  adama  da  el 

arasında “İsfahan lotusu”  deyilirdi. 

Əgər “Kişmiş oyunu”nda xronotop (yunan mənşəli xronotop sözünün  

mənası «zaman-məkan» deməkdir) bədii dəqiqliklə göstərilirsə, “Ölülər”də 

bu cür dəqiqliyi  görmürük  ki, bu da, heç şübhəsiz, bu əsərdəki  hadisələrin 

daha  geniş  bir  məkan  və  zaman  daxilində  baş  verdiyini  nəzərə  çatdırmaq 

üçün  C.Məmmədquluzadənin  istifadə  etdiyi  üslubi  vasitə  kimi  qiymət-

ləndirilə  bilər:  “Əhvalat  vaqe  olur  İrəvan  şəhərlərinin  birində,  iyirmi  il 

bundan irəli”

4

. “Ölülər”də ağlabatmaz bir xəbərin – ölünün dirilməsinin baş 



verdiyi  məkan  da  əsərdə  üslubi  məqamda  işlənmişdir  və  o  dövrdə  mistika 

                                                             

1

 

C.Məmmədquluzadə. Dörd  cilddə. I cild, Bakı, “Öndər nəşriyyat”,  2004, 664 səh. s. 357



 

2

 



Yenə orada, s.359 

 

3



 

Yenə orada,  s. 371

 

4

 



Yenə orada, səh. s. 382.  

 



 

 

 



 

 

 



 

20 


və  xurafatın,  cəhalətin  vətəni  kimi  ad  çıxarmış  İranın  vilayətlərindən  biri, 

daha doğrusu, Xorasan vilayətidir. Bu vilayətin mərkəzi Məşhəd şəhərinin, 

İsfahanın da adı çəkilir və əsərin mənfi qəhrəmanı Şeyx Nəsrullahın vətəni 

və  möcüzə  göstərdiyi  bir  məkan  kimi  təqdim  edilir.  Əslində,  Şeyxin  mar-

şrutunun bu cür əcayib şəkildə cızılması da toponimlərin üslubi özəlliyinin 

göstəricisidir və “İrəvan şəhərlərinin birinin” əhalisinin təkcə əqli cəhətdən 

deyil, coğrafi biliklər baxımından da tam cahil olduqlarını nəzərə çatdırmaq 

məqsədi daşıyır.  

Beləliklə, Mirzə Cəlilin uydurma toponimlərdən gen-bol istifadə etdi-

yi bədii nəsri ilə müqayisədə dramaturgiyasında daha çox gerçək toponim-

lərdən faydalandığını,  onların da zəngin üslubi özəlliklərini təqdim etdiyini 

söyləmək mümkündür. 

Dissertasiyanın məzmunu ilə əlaqədar aşağıdakı nəticələr alınmışdır: 

1.  Onomastik  vahidlərin  rəngarəng  üslubi  imkanları  və  çalarları 

Mirzə  Cəlilin  satirik  üslubunun  əldə  etdiyi  ideya-estetik  uğurun  əsas 

qaynaqlarından biridir. Yazıçı şəxs adlarını  öz poetik  üslubuna  daxil  edər-

kən  özündən  əvvəlki  klassik  Azərbaycan  ədəbiyyatının,  şifahi  xalq 

ədəbiyyatının  və  canlı  danışıq  dilinin  ənənələrindən  geniş  istifadə  etməklə 

həm  də  bədii-üslubi  məna  yükü  daşıyan  ad  yaradıcılığında  öz  ənənələrini 

gerçəkləşdirməyə nail olmuşdur. Başqa sözlə, onun yaradıcılığında istifadə 

olunmuş  onomastik  vahidlər  Mirzə  Cəlil  komizminin  ərsəyə  gəlməsində 

mühüm vasitələrdən biri kimi çıxış etmişdir. 

2.  Cəlil  Məmmədquluzadənin  bədii  yaradıcılığında,  xüsusən  bədii 

nəsrində şifahi xalq ədəbiyyatından,canlı xalq danışıq dilindən, islam tarixi 

və  mədəniyyətindən,  klassik  Azərbaycan  və  Şərq  ədəbiyyatından  gələn 

xeyli  miqdarda  antroponimvardır  ki,  onlar  yazıçının  satirik  üslubunun 

tələbləri ilə komik məzmun kəsb etmişlər. 

3.  Gerçək  məqamda  işlədilən  şəxs  adları  əsasən  yazıçının  hüsn-

rəğbət bəslədiyi, ciddi münasibət göstərdiyi, yaşadığı cəmiyyətdə işlək olan 

şəxs adlarıdır. 

4.Qadın  azadlığı  uğrunda  yorulmaz  mübarizlərdən  biri  olan  Mirzə 

Cəlilin  əsərlərində  işlətdiyi əksər qadın obrazları müsbət planda verilmiş, 

bu  səbəbdən  yazıçının  rəğbət  bəslədiyi  qadın  adlarının  əksəriyyəti  gerçək 

məqamda  işlədilmişdir.  Ara-sıra  ironik  çalar  kəsb  edən  qadın  adları  isə 

yumoristik üslubun sərgilənməsinə xidmət edir. 

5. 


Mirzə 

Cəlilin 


bədii  nəsrində  passiv  antroponimlər  və 

köməkçi  adlar  da  rəngarəng  üslubi  funksiyalar daşıyırlar. 

6. 

C.Məmmədquluzadənin  bədii  yaradıcılığında  toponimlərin 



çox böyük və zəngin kommunikativ,  informativ,  ekspressiv  və  üslubi 


 

 

 



 

 

 



 

21 


funksiyaları  və  poetik  imkanları  vardır.  C.Məmmədquluzadənin  bədii 

əsərlərində  işlənmiş  həqiqi,  yəni  bədii  fantaziyanın  məhsulu  olmayıb, 

tarixən olmuş və ya hazırda mövcud olan konkret coğrafi obyekti, inzibati-

ərazi  vahidini  ifadə  edən  toponimlər  də  geniş  yayılmışdır.  Yazıçının  bədii 

əsərlərində  istifadə  etdiyi  həqiqi,  yaxud  gerçək  toponimlər  əsas  etibarilə 

müəllifin  yaşayıb-yaratdığı  coğrafi  regionla  bağlı  olsalar  da,  Azərbaycan-

dan yaxın və uzaq xaricə aid coğrafi obyektləri ifadə edən toponimlər də az 

deyildir. 

7.  Cəlil  Məmmədquluzadənin  bədii  nəsrində  uydurma  toponimlər 

müxtəlif üslubi funksiyaları yerinə yetirməsi ilə diqqəti cəlb edir.Bu üslubi 

funksilayar  arasında  ən  birincisi  kimi,  uydurma  toponimin  satirik 

səslənməsi  ilə  ifadə  etdiyi  coğrafi  məkanın  əhalisini      tənqidi  yöndə 

xarakterizə  etməsidir.Adları  komik  səslənən,  xüsusilə  də    bəzi  zo-

onimlərdən düzəlmiş  uydurma  toponim adlandırdığımız yer adları  əslində 

həqiqi toponimlərdir. 

8. Avropa və rus mənşəli toponimlərin Cəlil Məmmədquluzadə yara-

dıcılığındakı  əsas  üslubi  xüsusiyyətləri  –  Qərbin  Şərqi  istismarını  eyham 

yolu ilə təsvir etmək və Şərqin Qərbdən mədəni geriliyinə işarə vurmaqdır. 

Dissertsiyanın  mövzusu  ilə  əlaqədar  müəllifin  aşağıdakı  əsərləri  çap 

olunmuşdur:  

1. 

Cəlil  Məmmədquluzadənin  bədii  nəsrində  antroponimlərin  bəzi  üslubi 



xüsusiyyətləri.    Filologiya  məsələlərı  (VI  buraxılış)  –  Bakı,  ”Örnək”  nəş., 

1996,  s.64-65  

2. 

Cəlil Məmmədquluzadənin bədii  yaradıcılığında toponimlərin bəzi  



üslubi xüsusiyyətləri. Filologiya məsələlərı (VII buraxılış) – Bakı, ”Örnək” 

nəş., 1996, s.38-41  

3. 

Cəlil Məmmədquluzadənin bədii əsərlərində mürəkkəb adların üslubi xü-



susiyyətləri.  Tədqiqlər  –  5.  Nəsimi  adına  Dilçilik  İnstitutu.  Bakı,  “Elm”, 

1999, s.153-156  

4. 

Cəlil Məmmədquluzadənin bədii əsərlərində adların fonetik, üslubi 



xüsusiyyətləri. Tədqiqlər – 5. Nəsimi adına Dilçilik İnstitutu. Bakı, “Elm”, 

1999, s.156-158 

5. 

Cəlil  Məmmədquluzadə  dramaturgiyasında  adların  üslubi  xüsusiy-



yətləri. Dissertantların elmi konfransı. Nəsimi adına adına Dilçilik İnstitutu. 

Tezislər (13-14 sentyabr). Bakı, 1999, s.22  

6. 

Cəlil 


Məmmədquluzadənin  bədii yaradıcılığında ləqəblərin işlənmə 

xüsusiyyətləri.  Tədqiqlər  –  2.  Bakı,  2004, s.270-272  

7. 

Cəlil 


Məmmədquluzadə  nəsrində 

metaforik 

toponimlər. 

Tədqiqlər  –  3,  Bakı,  2004,    s.268- 273 




 

 

 



 

 

 



 

22 


8. 

Cəlil Məmmədquluzadənin bədii əsərlərində  köməkçi  adların üslu-

bi xüsusiyyətləri. Tədqiqlər, 2007, №2, s.233-238 

9. 


Cəlil  Məmmədquluzadənin  nəsrində  leksik  yolla  düzələn  onomas-

tik vahidlərin üslubi xüsusiyyətləri. Elmi axtarışlar. AMEA-nın Nizami adı-

na Ədəbiyyat İnstitutu. Bakı, “Səda” nəş, 2007, s. 246-252  

10.  Cəlil Məmmədquluzadənin bədii yaradıcılığında qohumluq əlaqələ-

ri  bildirən  antroponimlər.  Tədqiqlər  –  2.  Nəsimi  adına  Dilçilik  İnstitutu. 

2009, s.122-129 

11.  Cəlil  Məmmədquluzadənin  dramlarında  toponimlərin  üslubi  xüsu-

siyyətləri. Terminologiya məsələləri. Bakı, “Elm”, 2011, №2, s.135-141  

12.  Cəlil Məmmədquluzadənin bədii yaradıcılığında passiv antroponim-

lər. Filologiya məsələləri. 2011, №8, Bakı,  “Elm və təhsil”, s.146-150 

13.  Cəlil  Məmmədquluzadənin    satirik  üslubunda  antroponim  və  topo-

nimlərin  məqsədyönlü  istifadəsi.  Filologiya  məsələləri,  X  buraxılış,  Bakı, 

2013, “Elm və təhsil”,  s. 301-308 

14.  Cəlil Məmmədquluzadənin dramlarında antroponimlərin üslubi xü-

susiyyətlər. Dilçilik İnstitutunun Əsərləri. 2013, II buraxılış, s.129-134 

15.  Use of personal names in actual and situations (on the basis of the 

artistic  works  by  Jalil  Mammadgulizadeh).  Europäische  Fachhochschule 

Europen Applied Sciences, # 6 – 2014, s.62 – 64 

16.  Uydurma  toponimlər  və  onların  üslubi  xüsusiyyətləri  (Cəlil  Məm-

mədquluzadənin bədii əsərləri əsasında). “I sələflər və xələflər “ mövzusun-

da konfrans materialları, 22-25 oktyabr, Bakı, “Elm və təhsil”, 2014, s.261-

264 


17.  Ədəbi dil onomastikasında klassik və dini onovahidlərin üslubi xü-

susiyyətləri  (Cəlil  Məmmədquluzadənin  bədii  əsərləri  əsasında).  Termino-

logiya məsələləri, № 2, Bakı, “Elm”, 2015, s. 119-126 

18.  Cəlil Məmmədquluzadənin bədii əsərlərində antroponimlərin işlən-

mə məqamları. I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq 

Konfrans: Türkoloji  elmi-mədəni  hərəkatda  ortaq dəyərlər və  yeni  çağırış-

lar. Bakı,  “Elm və təhsil”, 2016, s. 213-216. 

19.  Cəlil  Məmmədquluzadənin  bədii  əsərlərində  qadın  obrazları. 

Müasir  dilçiliyin  aktual  problemləri”  adlı  Beynəlxalq  Konfrans.  Bakı, 

2016, 24-25 noyabr 2016, s.238-239 

20.  Cəlil  Məmmədquluzadənin  bədii  əsərlərinin  dil  və  üslub 

xüsusiyyətləri.  Akademik  Ağamusa  Axundovun 85 illiyinə həsr olunmuş 

“Ağamusa  Axundov  və  Azərbaycan  filologiyası  Beynəlxalq  Konfrans” 

Bakı, 2017, səh. 484-486.   

 



 

 

 



 

 

 



 

23 



 

 

 



 

 

 



 

24 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin