Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu


rində yer adlarinin üslubi  xüsusiyyətləri”



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix16.05.2022
ölçüsü0,49 Mb.
#58165
1   ...   18   19   20   21   22   23   24   25   ...   30
QULİYEVA ZÜLFİYYƏ BORİS QIZI

rində yer adlarinin üslubi  xüsusiyyətləri” adlanır. Bu fəsil  5 yarımfəsil-

dən ibarətdir. 

 “Toponimik  vahidlər  üslubi  araşdırma  üçün  də  çox  zəngin  material 

verə bilir. Adi,  neytral toponimlər bədii  mühitə düşəndə üslubiləşir, üslubi 

çalar  qazanır,  üslubi  rəngə  boyanır.  Bədii  mühitdən  kənarda  üslubi  topo-

nimlər yoxdur və olmağı da mümkün deyil... Sanki toponimik vahidlər üs-

lubi  baxımdan    “yüklənir”,    əlavə  estetik  funksiyanı  öz  üzərinə  götürmüş 

olur”


2

Toponimlərin  bədii  əsərdə  üslubi  keyfiyyət  və  çalar  qazanması  hər 



bir  sənətkarın  fərdi  üslubundan  asılı  olaraq  fərqli  özəlliklər  və  məna  ça-

larları  kəsb  edir.  Bu  baxımdan  C.Məmmədquluzadənin  yaradıcılığındakı 

toponimlərin  üslubi  funksiyaları    əksər  hallarda  orijinal  yazıçı  yanaşması 

ilə müəyyənləşərək, böyük sənətkarın yaradıcılıq üslubunu üzə çıxarır. Mir-

zə Cəlil kimi, satira və yumorun yaradıcılıq üslubunda aparıcı yer tutan sə-

nətkarların bədii əsərlərində də toponimlərin üslubi xüsusiyyətləri də, başlı-

ca  olaraq,  iki  yöndə  özünü  göstərir:  həqiqi,  real,  mövcud  olan  obyektləri 

ifadə edən toponimlər və uydurma, yazıçı təxəyyülünün məhsulu olan topo-

nimlər. 

II fəslin birinci yarımfəslində “Həqiqi toponimlər”dən bəhs olunur. 

                                                             

1

 



C.Məmmədquluzadə. Əsərləri.  Dörd cilddə. I cild, Bakı, “Öndər nəşriyyat”,  2004, 664 

səh. 517.

 

2

 



İ.Vəliyeva.  Bədii ədəbiyyatda üslubi toponimika. Fil. f.d. avt-tı. B, 2002, s.28.  

 



 

 

 



 

 

 



 

15 


A.Qurbanov  yazır: ”Real  həyat hadisələri  konkret bir  ərazidə təsvir edilər-

kən, həmin yerin adı olduğu kimi saxlanılır”

1



Bədii  əsərlərdə  toponimik  vahidlərin  üslubi  funksiya  daşıması,  hər 



şeydən öncə, yazıçının xalq dilindən necə istifadə etməsindən, üslubun xəl-

qi  keyfiyyətindən  və  dünyagörüşün  genişliyindən,  zənginliyindən  də  asılı-

dır

2

.  



C.Məmmədquluzadənin bədii əsərlərində istifadə etdiyi həqiqi, yaxud 

gerçək  toponimlər,  əsas  etibarilə,  müəllifin  yaşayıb-yaratdığı  coğrafi  regi-

onla bağlı olsa da, Azərbaycandan yaxın və uzaq xaricə aid coğrafi obyekt-

ləri  ifadə  edən  toponimlər  də  az  deyildir.  Ədib  əsərlərində  bəzən  bu  topo-

nimləri real toponimlərlə qarşılaşdırır, adlarını yanaşı çəkir və ya bir cərgə-

də ümumiləşdir. Onların üslubi imkanları da  məhz belə məqamlarda mey-

dana  çıxır.  Məsələn,  “Xorasan  –  İsfahan–Təbriz  –  Naxçıvan  –  Batum–


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin