Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə20/30
tarix16.05.2022
ölçüsü0,49 Mb.
#58165
1   ...   16   17   18   19   20   21   22   23   ...   30
QULİYEVA ZÜLFİYYƏ BORİS QIZI

pov çayı və  Smirnov aragı antroponimdən düzəlmiş ktematonimdir). 

“Ölülər”də  hadisələrin  bilavasitə  iştirakçısı  olan,  səhnədə  hərəkət 

edən,  digərləri  ilə  dialoqa  girən,  yaxud  monoloq  söyləyən  obrazları  ifadə 

edən antroponimlərlə yanaşı, səhnədə gözə dəyməyən, yalnız haqqında da-

nışıq gedən obrazların ifadəçisi kimi passiv antroponimlərə də geniş yer ve-

rilmişdir. Bunların arasında mərkəzi yeri, şübhəsiz ki, Xorasanda ölmüş və 

dirilmə xəbəri  gəlmiş Kərbəlayı Fətullah tutur ki, əslində,  əsərin  fabulası 

da elə onun yalandan dirilmə hadisəsi üzərində qurulub.  

C.Məmmədquluzadənin  bədii  nəsrində  işlənmiş  antroponimlərin  üs-

lubi-poetik xüsusiyyətlərindən danışarkən göstərmişdik ki, burada uydurma 

adlara  geniş  yer  verilmişdir.  Dram  əsərlərində  bu  meyl  zəif  olsa  da  “Dəli 

yığıncağı”  pyesi  bu  baxımdan  istisna  təşkil  edir.  Elə  əsərin  girişindəki 

“Məclis  adamları”  remarkasından  bunu  aydınca  görmək  mümkündür.  Hə-

min  antroponimləri  sadalayıb  yalnız  qısaca  təhlilini  verməklə  kifayətlənə-

cəyik. Hacı Xudaverdi Şürəka və Hacı Cəfər Kompani  adlarını nəzərdən 

keçirək. Hər iki antroponim “hacı” tituluna malikdir. Bundan başqa, müəllif 

hər  iki  adın  qarşısında  “dövlətli  tacir,  50  yaşında”  izahını  vermişdir.  Bu-

nunla da onların bənzərlikləri bitmir; belə ki, “şürəka” (şəriklər) sözü – Av-

ropa dillərində işlənən “kompani” (kompanyon, şərik) sözünün kalkasından 

başqa bir şey deyildir.  

“Dəli  yığıncağı”  dramında  dəliləri sağaltmaq üçün  gələn əcnəbi  hə-

kimin adı  xüsusi maraq kəsb edir. 

Molla Abbas (həkimə, gülə-gülə).  Hə. Belə məəttəl qalarsan ha... Elə 

bilirsən dəlilərə həkimlik eləmək hasand işdi? Hə, bizi ələ salıbsan, ya özü-

nü  ələ  salıbsan?  Sən  ki  bu  camaatın  dilini  bilmirsən,  indi  tap  görüm  dəli 

kimdi,  ağıllı  kimdi?  Hə,  niyə  məəttəl  qalmısan?  Niyə  lal  olmusan,  cənab 

                                                             

1

 



C.Məmmədquluzadə. Əsərləri.  Dörd cilddə. I cild, Bakı, “Öndər nəşriyyat”,  2004, 664 

səh. (s. 361).

 

2

 



Yenə orada s. 443. 

 



 

 

 



 

 

 



 

14 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin