Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix16.05.2022
ölçüsü0,49 Mb.
#58165
1   ...   22   23   24   25   26   27   28   29   30
QULİYEVA ZÜLFİYYƏ BORİS QIZI

onların  üslubi  xüsusiyyətləri”  adlanır.  C.Məmmədquluzadə  yaradı-

cılığında  üslubi  baxımdan  maraq  doğuran  linqvistik  vahidlərdən  biri  də 

metaforik  toponimlərdir.  Məlum  olduğu  kimi,  metafora  –  bir  əşya  və  ya 

hadisənin bənzər əlamətlərini başqa əşya, obyekt və hadisəyə köçürməkdir. 

Metaforik toponimlər də məhz müəyyən əlamətlərə görə adlandırılmış coğ-

rafi obyektləri əhatə edir. Bu cür toponimlərə istər Azərbaycanın toponimi-

kasında,  istər  ümumilikdə  bədii  ədəbiyyatımızda,  istərsə  də  C.Məmməd-

quluzadə  yaradıcılığında  sıx-sıx  təsadüf  etmək  mümkündür.  Elə  ədibin  ən 

geniş  işlətdiyi  Danabaş  toponimi  metafora  yolu  ilə  düzələrək,  heyvan  adı 

ilə  (“dana”)  bədən  üzvünün  (“baş”)  kombinasiyasından  əmələ  gəlmişdir. 

“Poct qutusu”  hekayəsində  Novruzəlinin yaşadığı İtqapan kəndinin adı da 

“it”  zoonimi  ilə  onun  atributu  olan  “qapmaq”  feilinin  kombinasiyasından 

düzəlmiş  toponimdir. 

 “Ucuzluq”  hekayəsindəki  metaforik  toponim  də  maraqlı  üslubi  mə-

qamda  işlənmişdir.  Belə  ki,  yazıçı  burada  rus  dilində  işlənən  toponimin 

Azərbaycan  dilində  kalkasını  verməklə  üslubi  məqsədini  gerçəkləşdirmiş, 

metaforik  toponimin  daşıdığı  məzmun  yükünü  azərbaycanlı  oxucu  üçün 

açıqlamağa  nail  olmuşdur:  “Müdir  mənə  bu  barədə  bir  cavab  verməyib 

spiçkanı  alışdırdı  və  papirosunu  tüstüləyib  soruşdu  ki,  mən  bu  yayı  hansı 

yaylaqda idim. Mən cavab verdim ki, Barjom yaylağında idim. Müdir də öz 

tərəfindən  mənə  söylədi  ki,  o  da  mədən  sularının  “Dəmir  su”  yaylağında 

idi ki, rusca “Jeleznovodsk” deyirlər”

1

.  


 II  fəslin  beşinci  yarımfəsli  “Cəlil  Məmmədquluzadənin  dram 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin