AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 476,5 Kb.
səhifə4/4
tarix31.01.2017
ölçüsü476,5 Kb.
#7238
1   2   3   4

Mərasimlərin bərpası. Məlumdur ki, bizim müstə­qil­liyimizi itirdiyimiz dövrdə mərasim mədəniyyətimiz ağır itki­lərə məruz qalmışdır. Müstəqil dövlət olmayanda rəsmi təsi­sat­lar və rəsmi mədəni institutlar da olmur. Çünki bu ida­rə olunan bir mexanizmdir. Adətlər şəklində icra olunan mə­rasimlər isə öz miqyasına və təntənəsinə görə məhdud çevrəni əhatə edir. Başqa deyilişlə, el bayramları ev bay­ramları şək­lində qeyd olu­nur. Bunları biz yaxın keçmişimizdə görmüşük. Heydər Əliye­vin mərasim mədəniyyətimizə verdiyi töhfələr­dən biri milli mərasimlərimizin bərpasıdır. Əlbəttə, bu bərpa məsələsi kifayət qədər mürəkkəbdir və uzun bir prosesi əhatə edir. Amma dövlət rəhbərinin təqvimi və rəqəmləri rəsmiləş­dirməsi bu prosesin başlanması üçün vacib olan yaşıl işığı yandırmış olur.

Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrlərdə milli mərasim və bayramlar maneəsiz olaraq keçirilib. 1970-1980-ci illərdə toylar aşıqsız, yaslar mollasız olmayıb. Milli (məsələn, Novruz bayramı) və dini bayyramlar (məsələn, Ramazan, Qurban) dünyəvi bayramlarla (məsələn, Yeni il, 8 Mart qadınlar bayramı, 1 May zəhməkeşlərin həmrəylik günü və s.) eyni mütəşəkkillikdə qeyd olunub. Amma Sovet bay­ramları (7 Noyabr İnqilab günü, 23 Fevral ordu günü, Kons­titusiya günü və s.) xüsusi olaraq rəsmi səviyyədə geniş təşkil olunmurdu və bir növ simvolik xarakter daşıyırdı. Moskvaya həmin günün Azərbaycanda da qeyd olunduğu haqqında mə­lumat göndərmək üçün bu da kifayət edirdi.

2. Mərasim yaradıcılığı. Heydər Əliyev mərasim mə­də­niyyətinin bərpası ilə yanaşı bu mədəniyyəti daha da inkişaf etdirmiş, onu yeni-yeni mərasim formaları ilə zənginləş­dir­mişdir. Sovet dönəmində tarla düşərgələrində keçirilən “Məh­sul bayramları” insanları yeni-yeni əmək qələbələrinə ruhlan­dırırdı. Belə mərasimlər yüksək təntənə ilə qeyd olundu­ğun­dan insanların həyatına nikbin ovqat gətirir və onların ruhi-mənəvi durumuna pozitiv təsir göstərmiş olurdu.

Heydər Əliyevin xüsusi diqqət verdiyi sahələrdən biri peşə bayramları idi. O istəyirdi ki, hər bir peşə zümrəsinin öz bayramı olsun və onlar bu günü həmrəylik nümayiş etdirərək birgə keçirsinlər. Belə bayramların artıq bir hissəsi (məsələn, müəllim günü, həkim günü və s.) cəmiyyətdə oturuşub və müntəzəm xarakter alıb.



3. Mərasimlərin təşkili. Heydər Əliyev həm Respub­li­ka rəhbəri kimi, həm də dövlət başçısı kimi mərasimləri yük­sək səviyyədə təşkil edirdi. Ümumxalq bayramları və peşə bayramlarının əksəriyyətində Heydər Əliyev şəxsən iştirak edirdi və bununla da bayramın təşkilini daha mütəşəkkil və möhtəşəm olmasını təmin etmiş olurdu. Çünki dövlət başçı­sının bayram mərasimində iştirakı onun ən yüksək səviyyədə hazırlanması üçün kifayət edirdi.

Ümummilli lider Heydər Əliyev bədnam qonşuların iş­ğa­lı nəticəsində yurd-yuvasını itirmiş qaçqın və didərgin və­təndaşla­rı­mı­zın yaşadığı çadır şəhərciklərində keçirilən toy mərasimlə­rində iştirak edirdi. Və bu iştirakı ilə həmin insan­lara sonsuz se­vinc bəxş edirdi. Onun diqqətindən heç nə ya­yın­mır, heç kim unu­dulmurdu. Ayrı-ayrı el sənətkarlarını bir­başa qəbul edir, on­ların ad günlərini təbrik edir, xidməti olan­ları müntəzəm olaraq orden və medallarla təltif edirdi. Belə həssas diqqəti və qayğını görən hər kəs indi onun haq­qında həyəcansız danışa bilmir.



4. Mərasim davranışı. Heydər Əliyevin mərasim mə­dəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən biri də onun göstərdiyi şəxsi davranış nümunəsidir. Onun mərasim hərəkətləri, yerişi, duruşu, mimikası, jestləri, çıxışı, nitqi, söy­lədiyi hər kəlmə nümunəvidir, böyük və zəngin bir məktəbdir. Bu bizim mərasim mədəniyyəti tariximizdə ən parlaq səhifəni təşkil edir. Müstəqil dövlətçilik mədəniyyətinin mərasimi əsas­­larının formalaşmasında Heydər Əliyevin misilsiz xid­mət­ləri vardır. Rəsmi dövlət mərasimlərinin təşkili ilə yanaşı bu mərasimdə iştirakın ən mükəmməl rəsmi nümunəsini gös­tərən Heydər Əliyev əslində yeni dövr dövlət mərasim mədə­niyyətimizin əsaslarını müəyyənləşdirdi.

Ümummilli liderin müxtəlif mərasimlərdə, görüşlərdə və başqa tədbirlərdə etdiyi çıxışları, söylədiyi nitqləri, verdiyi fərmanlar və göstərişlər üzərində müşahidələrdən aydın olur ki, bu böyük şəxsiyyətin milli-mənəvi quruculuq siyasəti mükəm­məl konseptual əsaslara malikdir; onun strategiyası və taktikası mövcuddur. Onun milli-mənəvi quruculuq siyasəti azərbaycan­çı­lıq ideologiyasına əsaslanır. Azərbaycan vətəndir və bizi bir­ləşdirən müqəddəs dəyərdir. Heydər Əliyev milli ideologi­ya­mızın təməl pinsiplərinə milli-mənəvi dəyərləri­mizi, o sıradan adət və ənənələrimizi də aid edirdi. Milli adət­lərə, mərasimlərə və dini bayramlara da çox diqqətlə yanaşan Ulu Öndər Qurban bayramı haqqındakı mülahi­zələrini belə aydınlaşdırırdı:

“Qurban bayramı İslam aləminin bizə yadigar qoyduğu müqəddəs bayramdır. Bu bayramı dünyada bütün müsəlman­lar qeyd edirlər. İndi biz milli ənənələrimizi, adətlərimizi, di­ni­mi­zi, mədəniyyətimizi bərpa etmişik. Azərbaycan xalqı mil­li azad­lığa nail olub, özü öz taleyinin sahibidir. Ulu baba­lardan, Həzrəti Məhəmməd Peyğəmbərdən qalmış müqəddəs kitabı­mız Qurani-Kərim tərəfindən tövsiyə olunmuş Qurban bayra­mı­nı azad və sərbəst şəraitdə qeyd edirik və beləliklə, Azərbay­can xalqının həm müstəqilliyini, həm milli azadlığını, həm də öz tarixi ənənələrinə sadiq olduğunu bütün dünyaya bir daha nümayiş etdiririk”. Bu nümunədə Heydər Əliyevin mili-mənə­vi dəyərlərimizə, adət və ənənələrimizə, bayramla­rımıza və bü­tün mərasimlərimizə verdiyi önəm aydın şəkildə ifadə olun­muşdur. Burada bizim mərasim mədəniyyətinin perspektivləri üçün zəruri müddəalar da öz əksini tapmışdır. Bu sahədəki mə­dəniyyətimizin strateji inkişaf istiqamətləri həmin müddəaların fəlsəfi əsaslarını müəyyənləşdirən yuxa­rıdakı fikirlərdə ifadə olunmuşdur. Çünki bu nümunələrdə məsələyə Heydər Əliyev baxışı, Ulu Öndər yanaşması vardır və bu bizim milli-mənəvi inkişaf konsepsiyamızın strategeji əsaslarını təşkil edir.

Ulu öndər Heydər Əliyevin Azərbaycan mərasim mədə­niyyəti tarixindəki xidmətləri misilsizdir. Onun bərpa etdiyi, inkişaf etdirdiyi, təşkil etdiyi və yaratdığı mərasimlər xalqı­mızın həyatında ənənə şəklində yaşamaqdadır. Heydər Əliyev siyasi kursunun davamçısı möhtərəm prezidentimiz İlham Əliyev ulu öndərin bu istiqamətdəki quruculuq fəaliyyətini davam və inkişaf etdirməkdədir. Milli bayram mərasimlərinin təşkili, təntənənin miqyasının və bayram tətillərinin genişlən­dirilməsi bu sahədə aparılan mədəni quruculuq işinin uğurlu davamı kimi böyük mədəni və mənəvi dəyər daşımaqdadır.



NƏTİCƏ
Xalqımız milli müstəqil, hüquqi, demokratik dövlət qu­ruculuğu prosesini yaşayır. Dövlətimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi üçün milli dövlətçilik ənənəmizin tarixi­nə və onun folklorda gerçəkləşən mənəvi məsələlərinin təsvi­rinə və təhlilinə də diqqət artırılmalıdır. Bizim araşdırmaya cəlb etdiyimiz qaynaqların hər biri məhz bu problem üzrə müs­təqil bir tədqiqatın mövzusu ola bilər və olmalıdır. Gə­ləcək tədqiqatlarda bu problemlərin daha geniş araşdırmalara cəlb edilməsi də nəzərdən qaçırılmamalıdır.

Tarixdən türklərin qurduğu böyük Hun imperatorluğu, Xəzər xaqanlığı, Göytürk imperatorluğu, Oğuz-Səlcuq impe­ra­torluğu, Osmanlı imperatorluğu, Qaraxanlı dövləti, Bulqar dövləti, Uyğur dövləti və b. məlumdur. Türk xalqlarından biri kimi, biz bu dövlətlərin, onların yaratdığı zəngin dövlətçilik mədəniyyətinin varisləriyik. Bununla yanaşı Şirvanşahlar döv­ləti, Ağqoyunlu dövləti, Qaraqoyunlu dövləti, Səfəvi döv­ləti kimi Azərbaycan dövlətləri mövcud olub. Bunların hər bi­rinin milli dövlətçilik tariximizdə xüsusi xidmətləri olub.

Dövlətçilik tarixi-ictimai mədəniyyətin ən yüksək for­ma­sıdır. Bu mədəniyyətə sahib olmayan xalqlar milli var­lıq­larını qoruya bilməmişlər. Bu mədəniyyətin və ənənənin qo­runmasını isə folklor, yaddaş, xalqın mənəvi bütövlüyünü təş­kil edən ehtiyatlar təmin edir. Bu mənada folklor və dövlət­çilik bir-birinə sıx surətdə bağlı, üzvi vəhdət təşkil edən mə­sə­lələrdir. Əgər məsələyə geniş prizmadan baxılsa dövlətçilik də xalq yaradıcılığının bir forması götürülə bilər. Cəmiyyət dün­yəvi qanunlara zaman-zaman uyğunlaşır, amma milli əx­laqa, milli ənənəyə və milli davranışa zidd olmayan qanunlar ictimai münasibətlərdə dərhal öz təsdiqini tapır. Cəmiyyət həmişə sosial rifah və ədalətli idarəçilik haqqında düşünmüş­dür. Xalqın düşüncə və arzuları ədalətli hökmdar ideyasını doğurmuşdur. Hər şeyi rəhbərindən gözləyən xalq bir çox hal­larda onu müqəddəsləşdirmiş və mütləqləşdirmişdir. Bu dü­şüncələr də folklorda ifadə olunmuş, xalq içində də, saray­lar­da da dövlətçiliyin mənəvi məlumat dəstəyi, onu kamilləş­dirən əsas faktor kimi çıxış etmişdir.

QAYNAQLAR
1. İsmayılov İ. Azərbaycanda dövlətçilik fikri oçerk­ləri.B., Maarif, 1996,148 s.

2. Sümər F. Oğuzlar. B., Yazıçı,1992, 432 s.

3. Rəcəbov Ə. Məmmədov Y. Orxon-Yenisey abidə­ləri. B., Yazıçı, 1993, 400 s.

4. Bayat F. Oğuz epik ənənəsi və “Oğuz Kağan” das­tanı. B., Sabah, 1993,194 s.

5. Xəlil A. Mahmud Kaşqarlının “Türk dillərinin divanı kitabı”nda ədəbi mətnlər. B., Səda, 2001, 181 s.

6. Qarayev Y. Türkün təməl və əməl kitabı/ Xəlil A. Mah­mud Kaşqarlının “Türk dillərinin divanı kitabı”nda ədəbi mətnlər. B., Səda, 2001, s.3-8.

7. Äèâàíè 냋ò-èò-òƒðê (чevirən B. Atalay), Àíêàðà, 1992.

8. Xəlil A. Mahmud Kaşqarlının “Divani lüğət-it türk ki­tabı”nda paremioloji vahidlərin struktur-semantik təhlili. Nami­zədlik dissertasiyası.Bakı, 2000.

9. Xəlil A. Мащмуд Кашгарлы: шяхсиййяти вя ирси. «Ин­тернет вя Интеллект» журналы, №1, Бакы, Сяда, 2001,

10. Xəlil A. Паремиоложи мятнин структуруна даир («Ди­вани лцьяти тцрк»дя паремиоложи мятнляр цзря) Струк­тур-семиотик арашдыр­ма­лар, №2, Бакы, Сяда, 2002.

11. Xəlil A. Мащмуд Кашгарлынын елми фяалиййятиндя фолк­лоршцнаслыьын йери. «Дядя Горгуд» журналы, №4, Бакы, Сяда, 2002.

12. Xəlil A. Мащмуд Кашгарлынын фолклоршц­наслыг фяа­лиййяти. Азярбайъан шифащи халг ядябиййатына даир тяд­гигляр, №11, Бакы, Сяда, 2002.

13. Xəlil A. ДЛТ-дя паремиоложи мятнлярин тядгигиня даир. Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр, №13, Бакы, Сяда, 2002.

14. Xəlil A. ДЛТ-дя паремиоложи ващидлярин семиотик-структуруна даир. Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр, №14, Бакы, Сяда, 2003.

15. Xəlil A. «Дивани лцьят ит-тцрк»дя тцркчцлцк идейасы. “Ортаг Тцрк Кечмишиндян Ор­таг Тцрк Эяляъяйиня” II Улус­ларарасы фолклор конфрансынын материаллары, Бакы, 2004.

16. Xəlil A. “Дивани лцьят ит-тцрк”цн паремио­ложи фонду вя тяркиб елементляри. Азяр­байъан шифащи халг ядябиййатына даир тядгигляр, №16, Бакы, Сяда, 2005.

17. Cahangir Ə. Qədim türk ədəbiyyatının linqivistik poetikası. B., Elm, 2001, 166 s.

18. Hüseynoğlu K. Azərbaycan şeir mədəniyyəti. B., Ozan, 1996, 88 s.

19. Səfərli Ə. Yusifov X. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. B.,Maarif, 1982, 387 s.

20. Həbiboğlu V. Türk dünyasının qüdrətli hökm­darları, xaqanları, sərkərdələri. B., Örnək, 1995, 324 s.

21. Hacib Has Йусиф . Кутадгу Билиэ. Анкара, 1959, с. 31.

22. Balasaqunlu Yusif. Qutadqu bilik-xoşbəxtliyə aparan elm. B., Azərnəşr, 1994, 492 s.

23. Hüseynoğlu K. Qədim Turan: mifdən tarixə doğru/ Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər (on yeddinci kitab), B., Səda, 2005, s. 21-69.

24. Bayat F. Türk dini-mifoloji sistemində tanrı (semantik funksiyası və etimologiyası) / Azərbaycan şifahi xalq ədəbiy­ya­tına dair tədqiqlər (on yeddinci kitab), B., Səda, 2005, s.70-106.

25. Cəfərov Н. Епосдан китаба. Б., 1999. с.

26. İsmayılov H. Göyçə aşıq mühiti: təşəkkülü və inkişaf yolları. B., Elm, 2002, 404 s,

27. Gəncəvi Nizami. İsgəndərnamə (Şərəfnamə) (tərcümə edəni Abdulla Şaiq). B., Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1964, 427 s.

28. Nizamülmülk Əbu Əli Həsən ibn Əli Xacə. Siya­sət­namə (farscadan tərcümə, əsər və müəllif haqqında qeydlər R. Sultanovundur). B., Elm, 1989, 212 s.

29. Məmmədzadə H. Bir neçə söz / Nizamülmülk Əbu Əli Həsən ibn Əli Xacə. Siyasətnamə (farscadan tərcümə, əsər və müəllif haqqında qeydlər R. Sultanovundur). B., Elm, 1989, s.26- 28.

30. Sultanov R. Nizamülmülkün həyat və fəaliyyəti haq­qın­da /. Nizamülmülk Əbu Əli Həsən ibn Əli Xacə. Siyasətnamə (farscadan tərcümə, əsər və müəllif haqqında qeydlər R. Sulta­novundur). B., Elm, 1989, s. 3-25.

31. Kərimli T. Nizami və tarix. B., Elm, 2002, 244 s.

32. Rzasoy S. Nizami poeziyası: mif və tarix konteksti. B., Ağrıdağ, 2003, 212 s.

33. Qarayev Y. Tarix: yaxından və uzaqdan. B., Sabah, 1995, 712 s.

34. Azərbaycan tarixi. B., 1994.

35. İsmayılov H. Tarixdə və folklorda Diyarbəkir. I Ulus­lararası Oğuzlardan Osmanlılara Diyarbəkir Sempozyumu. Di­yar­bəkir, 2004, s. 799-802.

36.Tusi Xacə Nəsirəddin. Əxlaqi-nasiri. (Azərbaycan dili­nə tərcümə, müqəddimə və şərhi R. Sultanovundur) B., Elm, 1989, 256 s.

37. Sultanov R. Nəsirəddin Tusi və onun “Əxlaqi-nasiri” əsəri/. Tusi Xacə Nəsirəddin. Əxlaqi-nasiri. (Azərbaycan dilinə tərcümə, müqəddimə və şərhi R. Sultanovundur) B., Elm, 1989, s. 3- 31.

38. Fərzəliyev T. “Nəsrəddin” adı ilə bağlı lətifələrin nəşri və tədqiqi/ Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. İkinci kitab, B., AEA nəşriyyatı, 1966, s.77-123.

39. Sultanov M. Molla Nəsrəddinin prototipi kimdir? / “Azərbaycan” jurnalı, sayı 10, 1961, s.217-220.

40. Anekdotı Mollı Nasreddina. İzdatelstvo AN Azerb. SSR, B., 1958,

41. Fərzəliyev T. Şərq xalqları folklorunun komik qəh­rəmanları/ Şərq xalqlarının lətifələri. B., Yazıçı,1982, s.3-6.

42. Şərq xalqlarının lətifələri. B., Yazıçı,1982, 199 s.

43. Osmanlı İ. Ön söz / Rəşidəddin. Oğuznamə. B., Azər­baycan Milli Ensiklopediyası, 2003, s.5-11.

44. Rəşidəddin. Oğuznamə. B., Azərbaycan Milli Ensik­lopediyası, 2003, 108 s.

45. Koroğlu X. Oğuz qəhrəmanlıq eposu. B., Yurd, 1999, 243 s.

46. Abdulla B. Salur Qazan (tarix, yoxsa mif...). B., Ozan, 2005, 224 s.

47. Ərcilasun Ə. Salur Qazan kimdir? / Dədə Qorqud, toplu, 2003, sayı 2.

48. Ögəl B. Türk mitolojisi. Ankara, 1989.

49. Şerbak A. M. Oquz-name. Muxabbet-name. Pam­yat­­niki drevnouyqurskoy starouzbekskoy pismennosti. M., 1959.

50. Ögəl B. Böyük hun imperiyası. I kitab, B., Gənclik, 1992.

51. Kononov A.N. Rodoslavnaya turkmen. Soçinenie Abul Qazi Xivinskoqo. M.-L., 1958.

52. Hacıyev T. Dədə Qorqud: dilimiz, düşüncəmiz. B., Elm, 1999, 216 s.

53. Kəngərli A. Azərbaycan romantiklərinin yaradıcılı­ğın­da türkçülük. B., Elm, 2002, 332 s.

54. Tehrani Əbubəkr. Kitabi-Diyarbəkriyyə. (Fars dilindən tərcümə edən, ön söz və şərhlərin müəllifi Rahilə Şükürova). B., Elm, 1998, 336 s.

55. Şükürova R. Əbubəkr Tehrani və onun Kitabi-Diyar­bəkriyyə əsəri/ Tehrani Əbubəkr. Kitabi-Diyarbəkriyyə. (Fars di­lindən tərcümə edən, ön söz və şərhlərin müəllifi Rahilə Şü­kürova). B., Elm, 1998, s.3-31.

56. Oğuznamələr. İşləyib çapa hazırlayanlar: K. V. Nərimanoğlu və F. Uğurlu. B., 1993

57. Raşid-ad – Din F. Djami at-Tavarix. B.,1957.

58. Rəşidəddin F. Oğuznamə.Fars dilindən tərcümə, ön söz və şərhlərin müəllifi R. M. Şükürovanındır. B., 1992.

59. Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. B., Azər­nəşr, 1993, 301 s.

60. Attar A. Şah İsmayılın kültür mirası/ Birinci Ulusla­ra­rası Şah İsmayıl Xətai simpoziumunun materalları. Ankara, 2004, s.1-11.

61. Rzasoy S. Xətai şeirinin folklor qaynaqları / Birinci Uluslararası Şah İsmayıl Xətai simpoziumunun materalları. Ankara, 2004, s.260-263.

62. Xəlil A. Xətai şeirinin arxetipləri/ Birinci Uluslararası Şah İsmayıl Xətai simpoziumunun materalları. Ankara, 2004, s.147-150.

63. Hüseynova N. Şah İsmayıl Xətai yaradıcılığında xalq ədəbiyyatı növlərindəki şeirlərin sənət özəllikləri/. Birinci Uluslararası Şah İsmayıl Xətai simpoziumunun materalları. Ankara, 2004, s.155-161.

64. Qızılbaşlar tarixi (Tarixi Qızılbaşan). Fars dilindən tərcümə və şərhlər M. Ə. Məhəmmədinindir. B., 1993.

65. Kitabi Dədə Qorqud (nəşrə hazırlayanlar F.Zeynalov, S.Əlizadə). B., 1988.

66. Nəbiyev B. Əxlaqi və estetik məziyyətlər xəzinəsi/ Kitabi Dədə Qorqud (Məqalələr toplusu). B., Elm, 1999, s. 5-15.

67. Cəfərov N. “Kitabi-Dədə Qorqud” və türk epik tə­fəkkürü: qaynaqlar və köklər/ Kitabi Dədə Qorqud (Məqalələr toplusu). B., Elm, 1999, s. 16-20.

68. Nəbiyev A. “Kitabi – Dədə Qorqud” həqiqətlərinin izi ilə/ Kitabi Dədə Qorqud (Məqalələr toplusu). B., Elm, 1999, s. 67-74.

69. Kazımoğlu M. Folklorda obrazın ikiləşməsi. Bakı, 2011.

70. İslamzadə A. Qazan xan epik düşüncə və tarixi gerçəklikdə (Məlum oğuznamələr əsasında mülahizələr) / Dədə Qorqud jurnalı, 2005, sayı 2, s. 20- 27.

71. Rzasoy S. Oğuz mifinin paradiqmaları, B., Nurlan, 2004.

72. Məmmədov S. XIII əsrdə Azərbaycanda türk adət hüququnun bəzi hərbi-hüquqi müddəaları haqqında/ Dədə Qorqud jurnalı, 2005, sayı 2, s. 78-84.

73. Kərimov M. Müasir dünya və ortaq türk dəyərləri/ Dədə Qorqud jurnalı, 2004,

74. Məmmədov S. Qədim hunlarda dövlət və hüquq/ Tarix və onun problemləri, B., 2004, sayı 2.

75. Özdək R. Türkün qızıl kitabı (üç cilddə). B., Yazıçı, 1996, 1997, 1998.

76. Biçurin N. Sobranie svedeniy o narodax, obitavşix v Sredney Azii v drevnie vremena. t. I, M., -L., 1950.

77. Bartold V. V. Rabotı po istorii i filoloqii tyrkskix i monqolskix narodov. t. V, M., Nauka, 1968.

78. Əsgər Ə. Qıpçaq M. Türk savaş sənəti. B., Yazıçı, 1996.

79. Vernadski G. V. Çingiz xanın Ulu yasasının quruluşu haqqında (tərcüməçi və ön sözün müəllifi Əsgər Ə.) B., Ağrı­dağ, 2001.

80. Kitabi-Dədə Qorqud Ensiklopediyası. I-II kitab, B., Yeni Nəşrlər Evi, 2000.

81. Alptekin C. Selcuklarda insani değerler ve hükuk. Ta­rih boyunca türklerde insani değerler ve insan hakları. Baş­lan­ğıçtan Osmanlı dönemine kadar. I kitap, İstanbul, Türk kültü­rüne hizmet vakfı, 1992.

82. К‰прцлц F. Тцрк едебиjjатында илк мцтасаввифлар. Диjанет ишлери башканлы‹ы jаjынлары. Анкара, 1991, с. 20-21.

83. †аферо‹lу A.. АзЃрбаj‡ан едебиjаты. s. 140-217, Тцрк дцнjасы едебиjаты I, Тцрк дцнjасы араштырмалары вакфы, 1991, с. 140.

84. Əliyev H. Xalqların dostluğu – ədəbiyyatların dostlu­ğudur (Yazıçıların Ümumittifaq yaradıcılıq konfransında məru­zə) / “Kommunist” qəz., 29 oktyabr,1980.

85. Əliyev H. Tarixi köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir // H.Əliyev. Ədə­biy­yatın yüksək borcu və amalı. B.,Ozan, 1999, s.337-345.

86. Mehdiyev A. Heydər Əliyev Azərbaycan alimlərinin ilhamvericisidir // Milli Elmlər Akademiyası bizim milli sərvə­timizdir – onu qoruyub saxlamalıyıq. “Elm” qəzetinin xüsusi buraxılışı, 2003, s.53-59.

87. Kərimov M. Heydər Əliyev fenomeni // Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir – onu qoruyub saxla­ma­lıyıq. “Elm” qəzetinin xüsusi buraxılışı, 2003, s.8-46.

88. Əliyev Q. Heydər Əliyev və milli mentalitet fəlsəfəsi. B., Qismət, 2003, 248 s.

89. Əliyev R. Heydər Əliyev, din və mənəvi dəyərlər. B., İrşad, 1998, 76 s.

90. Cəfərli M. Heydər Əliyev: xalqın güvənc yeri və milli iftixarı // Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz. B., Səda, 2003, s.20-24.

91. Cəfərov N.Azərbaycanşünaslığa giriş. B., AzAtaM, 2002, 600 s.

92. Hacıyev T. “DQK- 1300” – tarixi dövlət tədbiri // Hey­dər Əliyev və milli- mənəvi dəyərlərimiz. B., Səda, 2003, s.8-11.

93. Qafarlı R. Heydər Əliyev və qədim türk mifoloji-folklor irsi // Heydər Əliyev və milli mənəvi dəyərlərimiz. B., Səda, 2003, s.52-70.

94. Əkbərov R. Heydər Əliyev və Nizami Gəncəvi irsi// Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz. B., Səda, 2003, s.12-19.

95. Quliyev E. H. Əliyev və Cənubi Azərbaycan milli- mənəvi dəyərləri // Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz. B., Səda, 2003, s.40-51.

96. Xavəri S. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu. “Elm” qəzeti, 25 may 2005-ci il, sayı 13-14 (738-739).



BAŞLIQLAR
Orta çağ türk yazılı abidələrində folklor və dövlətçilik 3

Orxon-Yenisey abidələrində dövlətçilik 7

“Divani lüğət-it türk”də dövlətçilik 12

“Kutadqu bilik”də dövlətçilik 27

“Siyasətnamə”də dövlətçilik 31

“Xəmsə”də dövlətçilik 35

“Əxlaqi-nasiri”də dövlətçilik 40

“Oğuznamə”lərdə dövlətçilk 44

“Kitabi-Diyarbəkriyyə”də dövlətçilik 50

Xətai və dövlətçilik....... 54

Azərbaycanlılıq və azərbaycançılıq 59

Dövlətçilik və mərasim folkloru 66



Nəticə........................... 74

Qaynaqlar...................... 76


Ağaverdi Xəlil.

Folklor və dövlətçilik.

Bakı, Elm və təhsil, 2014.

Nəşriyyat direktoru:

Prof. Nadir Məmmədli

Kompyuterdə yığdı:



Ruhəngiz Əlihüseynova
Korrektoru:

Vüsal Abıyev
Kompyuter tərtibçisi və

texniki redaktoru:



Aygün Balayeva

Kağız formatı: 60/84 16/1

Mətbəə kağızı: №1

Həcmi: 84 səh.

Tirajı: 300

Kitab AMEA Folklor İnstitutunun

Redaksiya-nəşr bölməsinin Kompyuter

Mərkəzində yığılıb səhifələnmiş, «Elm və təhsil»

NPM-də hazır depozitivlərdən ofset üsulu ilə

çar olunmuşdur.




AĞAVERDİ SƏRXAN OĞLU XƏLİL – filologiya üzrə fəlsəfə doktoru, dosent.

1962-ci il avqustun 30-da Kürdəmir rayonunun Həmzəli kən­din­də anadan olmuşdur. 1979-cu ildə Bakıda orta məktəbi, 1986-cı il­də Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.

“Mahmud Kaşqarlının “Türk dillərinin divanı kitabı”nda pare­mioloji vahidlərin struktur-semantik təhlili” mövzusunda namizəd­lik dissertasiyası müdafiə etmiş, “Oğuz eposunda ritual və janrın struktur tipologiyası” mövzusunda doktorluq dissertasiyası yazmışdır.

2001-2002-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitu­tunda “İntellekt-nəzəri eksperimental laboratoriyası”nın, 2003-2006-cı illərdə AMEA Folklor İnstitutunda “Folklor laboratoriyası”nın, 2007-2011-ci illərdə “Folklor nəzəriyyəsi” şöbəsinin müdiri olmuşdur. 2012-ci ildən “Mərasim folkloru” şöbəsinə rəhbərlik edir.

“Mahmud Kaşqarlının “Türk dillərinin divanı kitabı”nda ədəbi mətnlər” (2001), “Əski türk savlarının semiotikası” (2006), “Folklor terminləri” (2010), “Türk xalqlarının yaz bay­ram­ları və Novruz” (2012) kitablarının, bir sıra tərcümə, top­lama və tərtib işlərinin, dərs proqramlarının, 100-dən çox elmi məqalənin müəllifidir. Əksəriyyəti xarici ölkələrdə olmaqla, 80-dən çox Beynəlxalq elmi konfrnsda türk xalqlarının dili, folkloru və ədəbiyyatının müxtəlif problemlərinə həsr olunmuş məru­zələr etmişdir. Əsərləri Azərbaycan və bir sıra türk dilləri ilə yanaşı, rus, fars və ingilis dillərində nəşr olunmuşdur. “İnter­net-İntellekt” toplusunu (2001) və “Struktur-semiotik araşdırmalar” (2002) dərgisini nəşrə hazırlamışdır. Türkiyədə çıxan “Motif Akade­mi” folklor jurnalının Azərbaycan üzrə təmsilçisi və Azər­baycana həsr olunmuş xüsusi saylarının (2011/1;2) redak­torudur. “Azərbaycanın Qa­rabağ bölgəsinin folklor nümunələri­nin toplanması, sistemləş­dirilməsi və dəyərləndirilməsi layihə­si”nin müəllifi və koordinatoru olmuşdur (2012-2013).

Kazan Dövlət Universitetinin (1986) və Azərbaycan Milli Elmlər Akademiyasının (2012) Fəxri fərmanları ilə təltif olunmuşdur.




Yüklə 476,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin