AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu islam tariX, FƏLSƏFƏ VƏ HÜquq



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə18/49
tarix21.04.2017
ölçüsü5,04 Kb.
#15072
1   ...   14   15   16   17   18   19   20   21   ...   49

HƏCC

isə böyük sütunlar xırda daşlarla vurulur.
Mina vadisində bütün ayinlər başa çat-
dırıldıqdan sonra, kişi zəvvarlar saçlarını
kəsməlidirlər. Qadınlar isə saçlarını bir qədər
qısaldırlar.
Həccin sonuncu ayini Kəbənin yenidən
yeddi kərə təvaf edilməsidir. Buna “vəda tə-
vafı” deyirlər. Bunu hər bir zəvvar edir. Bun-
dan sonra həcc bitmiş hesab olunur.
Həccdən öncə və sonra Məhəmməd
peyğəmbərin  məzarının yerləşdiyi  Mədinə
şəhərinin ziyarət edilməsi də, Allah
qarşısında böyük savablardan hesab edilir.
Bu şəhəri müsəlmanlar “Münəvvərə”
(İşıqlanmış) adlandırırlar. Orada Məscidün-
Nəbəviyəyə qüsul alandan sonra girmək,
orada 2 rükətli namaz qılmaq lazımdır.
Namaz qıldıqdan sonra zəvvarlar Məhəm-
məd peyğəmbərin məzarına yaxınlaşaraq onu
salamlayırlar. Bundan sonra müsəlmanların
çoxu Raşidi xəlifələr olmuş  Əbu Bəkr 
Ömərin həmən yerdə olan məzarlarına yaxın-
laşaraq onları da salamlayırlar.
Məhəmməd peyğəmbərin məscidini zi-
yarət etdikdən sonra, Kuba və Qibləteyn
məscidlərini, eləcə də erkən dövr İslam tar-
ixinin görkəmli davamçıları olmuş bir-çox
səhabələrin və onun əhli-beytinin torpağa
tapşırıldıqları Baqi məzarlığının da ziyarət
edilməsinin ayrıca savabı vardır.
Beləliklə, həcc aşağıdakı ardıcıllıqla yer-
inə yetirilir: Miqatda ehrama girmək, iki
rükətlı namaz qılmaq, həccin edilməsinə
niyyət etmək, dualar edərək təlbiyyəni oxu-
maq; Qüsul alaraq Məkkəyə girib Məscidül-
Haramda Həcərül-Əsvədi salamlamaq,
Kəbəni təvaf etmək, Məqamül-İbrahimdə
namaz qılıb Zəmzəm quyusundan su içmək;
Səfa ilə Mərvə təpələri arasında qaçmaq, Zil-
hiccə ayının 8-də Minaya getmək, 9-da Ərə-
fatda olmaq, günəş batdıqdan sonra
Müzdəlifəyə gedib orada gecələyərək xırda
daşları toplamaq; Sonra Zülhiccənin 10-da
Müzdəlifədə sübh namazını qılıb Minaya
qayıdıb, daşları şeytanın rəmzi olan sütununa
atmaq və bundan sonra qurban kəsmək; Qur-
ban kəsildikdən sonra saçları qırxmaq,
Məkkəyə qayıdıb Kəbəni təvaf etmək; Zil-
hiccə ayının 11-dən 13-ə qədər Minaya gedib
şeytanı simvolizə edən sütunlara daş atmaq;
Bundan sonra Məkkəyə qayıdıb Məscidül-
Haramda Kəbəni son olaraq təvaf etmək, iki
rükətlı namaz qılmaq; Bundan sonra isə
Mədinəyə yollanmaq lazımdır.
HƏCƏR_–_İbrahim_peyğəmbərin__xanımı,_böyük_oğlu_İsmailin_isə_anası_ol-__muşdur.'>HƏCƏR
–  İbrahim peyğəmbərin
xanımı, böyük oğlu İsmailin isə anası ol-
muşdur. Rəvayətlərə görə İbrahim peyğəm-
bərlə onun birinci həyat yoldaşı Sara
Babildən Misirə gəldikdə Firon Həcəri on-
lara qulluqçu kimi hədiyə vermişdir. Bundan
sonra Həcər övladı olmayan Saranın qul-
luqçusu olmuşdur. Sonra Sara, İbrahim
peyğəmbərin
Həcərlə evlənməsini və
İbrahimi ata olmaqdan məhrum etmək
istəməmişdir. Bu evlilikdən də İsmail doğul-
muşdur. O doğulduqdan sonra Sara körpəyə
də, anası Həcərə də qısqanclıqla yanaşmağa
başlamışdır. Bu da İbrahim üçün çox üzücü
olmuşdur. Buna görə Allah ona, Həcərlə İs-
maili o zaman qızmar çöllük olan indiki
Məkkə ərazisinə aparmağı, orada məskun-
laşdırmağı buyurmuşdur. İbrahim peyğəmbər
də, bu buyruğa tabe olmuş, onları susuz
çöldə tərk edərək geri dönmüşdür. 
Sonra Həcər içməli suyun qurtardığına
görə Səfa ilə Mərva təpələri arasında su ax-
tarmışdır. Bu zaman möcüzə baş vermiş,
körpə İsmailin ayaqları altından Zəmzəm bu-
lağı axmağa başlamışdır. Bundan sonra
Həcər İsmaillə birlikdə bu su qaynağının
yanında məskunlaşmışdırlar. Sonra
Yəməndən gəlmiş Curhumlular qəbiləsi də
bu yerə gəlib burada məskunlaşmışdırlar.
Daha sonra yetkinlik yaşına çatmış İsmail
curhumlulardan olan bir qızla evlənmişdir.
Bu evlilikdən onun 12 oğlu olmuşdur. Həcər
öldükdə Kəbənin yaxınlığındakı Hicr adlı bir
yerdə torpağa tapşırılmışdır.
104
HƏCƏR

HƏCƏRÜL-ƏSVƏD –  Kəbə divar-
larının birində yerdən yarım metr hündür-
lükdə yerləşmiş, uzunluğu otuz santimetrə
yaxın olan yumurtaya bənzər bir qara
daşdır. Günümüzdə o, gümüş qutuda
saxlanılır. Rəvayətlərə görə, Nuh peyğəm-
bərin dövründə bu daşı mələklər cənnətdən
gətirmiş və o, Əbu Qubeys dağında hifz ol-
unmuşdur.  İbrahim peyğəmbər bu daşı
Məkkəyə gətirmiş və tikdiyi Kəbə divarları
arasında bu daşı yerləşdirərək ona təvaf et-
mişdir. 
Məhəmmədin peyğəmbərliyindən öncə
qüreyşlilər dağılmaqda olan Kəbəni söküb
yenidən inşa etmişdirlər. Tikinti işləri bit-
dikdən sonra Qara daş onun divarlarının
birində yerləşdirilməli idi. Bu işin görülməsi
çox şərəfli iş hesab olunurdu. Buna görə də,
Məkkə qəbilələri arasında onu Kəbənin di-
varına kimin qoyması uğrunda mübahisələr
olmuşdur. Bu narazılığı isə Məhəmməd
peyğəmbər aradan qaldırmış və daşı Kəbənin
divarlarının birində yerləşdirmişdir. 
Qara daş Kəbədə bir neçə əsr qalmışdır.
Sonra onu Məkkəyə hücum etmiş üsyançı is-
maillilərə yaxın olan qərmətilər çıxardıb
aparmışdırlar. Onlar daşı parçalamış, ancaq
sonra onlar o daşın parçalarını geri qaytar-
mışdılar. Bundan sonra müsəlmanlar daşı bir-
ləşdirib yenə də Kəbənin divarlarının birində
yerləşdirdilər. Günümüzə qədər o daş orada
qalmaqdadır.
HƏDD –  Quran və hədislərdə adları
çəkilmiş günahlara qarşı tətbiq edilən
cəzalardır. Quran və  hədislərdə bəzi  gü-
nahları törədənlərə qarşı tətbiq edilən cəzalar
haqqında  ayələr vardır (Quran, 4: 14). O
cinayətlərin törədilməsinə “həddi aşmaq”,
“cızıqdan çıxmaq” da deyilir. 
Hədd cəzası beş haram işin törədilməsinə
görə tətbiq edilir: 
1.  Zinaya görə:  İslam qanunvericiliyi
işləyən ölkələrdə bunu öz istəkləri ilə edən
kişi və qadın cəzalandırılır. Bu cəzanın da iki
növü vardır: Zina etmiş kişi və ya qadın evli
olmasalar, Quran ayəsində (24: 2) buyurul-
duğu kimi onların hərəsinə başqa adamların
qarşısında yüz dəfə şallaq vurulur. Bəzən
zina edən insanlar sürgün də edirdilər; Zina
edən kişi ilə qadın evli olsalar, onlar hamının
gözü önündə daşlarla vurularaq ölümlə cəza-
landırılırlar. Bu cəza Əhdi-Ətiqdə də vardır.
Bəzi hədislərə Məhəmməd peyğəmbər zina
edənlərin rəcm edilməsini buyurmuşdur. Kişi
ilə qadının zina edib etməməyi ölkə
məhkəmələrində sübuta yetirilməlidir.
Bunun üçün kişi və qadın zina etdiklərini eti-
raf etməli və ya onların cinsi orqanlarının bir-
ləşməsini öz gözləri ilə görmüş dörd şahid
olmalıdır. Qadın və kişinin bir yataqda ol-
maları, onların zina etməsinə dəlalət etmir;
2. Kimlərinsə şəriətlə müəyyən edilmiş
ölçüdən (nisabdan) çox olan miqdarda
malını aparanlara qarşı. Bu da oğurluqdur.
Burada nisab hədd cəzasının tətbiq
edilməsini vacib qılan bir ölçüdür. Bu ölçü
müsəlman  məzhəblərinə görə təxminən
qızılın 1/5 qramına bərabərdir.
Quranın 5-ci surəsinin 38-ci ayəsinə görə
oğurluğa görə ağır cəza tətbiq edilməlidir. Bu
da oğrunun sağ əlinin barmaqlarının kəsilmə-
sidir. Oğurluqda günahlandırılan adamın
cinayəti yalnız məhkəmədə sübuta yetirilmə-
lidir. Bunun üçün ən azı iki müsəlmanın
şahidliyi olmalıdır; 
3. Spirtli içkilərin içilməsinə görə. Spirtli
içkiləri qadağan edən Quran ayəsi vardır (5:
90). Müsəlman öz istəyi ilə spirtli içki içsə,
şəriət məhkəməsinin qərarı ilə ona hamının
gözü önündə 80 şallaq vurulmalıdır. Cinayəti
sübut etmək üçün iki insan şahidlik etməli və
ya içki içən bunu özü etiraf etməlidir;
4. İftiraya görə. Əgər hər hansı bir insan
digər bir insanın zina etdiyini iddia edirsə, o
zaman bunu sübut etməlidir. Etməzsə, o
zaman yalançı hesab edilərək cəzalandırıl-
malıdır (Quran 24: 4);
105
HƏDD

5. Quldurluq və soyğunçuluğa görə. Bu
cinayət pozğunluq (fitnə-fəsad) sayılaraq
(Quran 5: 33-34) çox ağır cəzalandırılır;
İslam qanunvericiliyinə görə soyğunçu-
luq məqsədi ilə kimlərisə öldürmüş quldur
məhkəmənin qərarı ilə öldürülməli, onun
cəsədi isə hamının gördüyü yerdə asılmalıdır.
Soyğunçu heç kəsi öldürməyibsə, onda onun
əlləri kəsilməlidir. İnsanları yollarda qorxu-
danlar isə sürgün edilməlidirlər. 
HƏDƏS –  insanlar və heyvanlardan
ayrılan təbii ifrazatlardır. Bunlar eyni za-
manda insandan ayrılan sidik, nəcis, məni
(sperma) (bəzi məzhəblərdə sperma murdar
hesab olunmur), qusuntu, qadından doğum-
dan sonra və ya aybaşı zamanı gələn qanlar,
axan qan, insan bədənindən ayrılmış
parçalardır.
HƏDİSLƏR – Məhəmməd peyğəmbərin
yazılı və ya şifahi rəvayət olunmuş sözləri
və əməlləridir. Bu baxımdan “hədis” sözü
“sünnə” (peyğəmbərin yolu) sözü ilə eyni
mənada işlədilir. Quranda (18: 6, 20: 9)
“hədis” sözü hekayə, xəbər anlamında da
işlədilmişdir. İslamda hədislərin önəmi çox
böyükdür, çünki Quran onların vasitəsi ilə
təfsir edilir və fiqhdə istifadə olunur. Bundan
başqa hədislər hər bir müsəlmanın həyat yol-
unu peyğəmbərin örnəyi ilə təyin edir. Belə-
liklə, müsəlmanların əksəriyyətinə görə
hədislər də geniş mənada Quran kimi Allahın
nazil olmuş vəhyinə yaxın olan mənbədir.
Quran Allahın Məhəmməd peyğəmbərə bir-
başa endirdiyi kitabdırsa, hədislər Allahın
bəyəndiyi Məhəmməd peyğəmbərin dediyi
sözlər və etdiyi əməllərdir. Hədislərdə
Qurandakı bilgilər şərh edilir. Bundan başqa
rəvayətlərin çoxu Quranda deyil, hədislərdə
verilmişdir. Mənaları birbaşa Allahdan
gəlmiş, ancaq Məhəmməd peyğəmbərin öz
sözləri ilə söylənmiş qüdsi hədislər də vardır.
Rəvayətlərə görə Məhəmməd peyğəm-
bərin həyatı haqqında məlumatlar onun
dedikləri və etdiyi əməllər hələ onun
sağlığında yazılmışdır. Ancaq, bu yazılar
günümüzə qədər gəlib çatmamışdır. Hicrətin
II əsrində Əməvi xəlifəsi Ömər ibn Əbdül-
Əziz hədislərin yığılıb yazılmasını əmr et-
mişdir. Bundan sonra hədislərin rəvayət
edilib yazılmaq işi daha da kütləvi xarakter
almışdır. Bu həm də onunla izah olunur ki,
inkişaf edən İslam ilahiyyatında çoxlu sayda
yeni fiqhi məsələlər ortaya çıxmışdır ki, on-
ların həlli üçün əsaslar tapılmalı idi. Bu prob-
lem hədislərin köməyi ilə həll edilirdi.
Beləliklə, hicrətin II – IV əsrində müsəlman
dünyasında ən tanınmış hədis məcmuələri or-
taya çıxmışdır. 
Müxtəlif hədislərin ortaya çıxmasına görə
müsəlman tədqiqatçıları onların mətni və
ravilər silsiləsini öyrənmək məqsədi ilə öz
metodlarını irəli sürmüşdürlər. Onlar İslam
ilahiyyatında mühəddis adlanırlar. Mühəddis-
lər hədislərin sistemləşdirilməsi işinə
başlamışdırlar. Çünki, o zamanlar çoxlu şüb-
həli rəvayətlərin sayı artmışdır. Buna görə də,
onlar hədislərin doğru olub-olmamasını təyin
etməyə çalışmışdılar. Beləliklə, “İlmül-
Hədis” adlanan hədislər haqqında elm yaran-
mışdır. Bu elmin irəli sürdüyü tələblərə görə
bütün hədislərin mətnləri və raviləri bilinməli
və onların hamısı etibarlı olmalıdır. Çoxlu
sayda ravisi olan mütəvatir hədislər ən etibar-
lıdırlar, ancaq onların sayı çox deyildir.
Hədislərin çoxu isə ədəddir, az sayda ravilər
tərəfindən rəvayət olunub. Etibarlılıq
dərəcəsinə görə bütün hədislər səhih, həsən
və zəiflərə bölünürlər. 
HƏDİYYƏ – fiqhdə hər hansı bir şeyin
başqa bir adama qarşılıqsız bağışlan-
masıdır.  Hədiyyənin  şərti onun təklif
edilməsi və alınmasıdır. Hədiyyə Quranda
birbaşa anılmamışdır. Onun hökmü əsasən
hədislərdən çıxarılır. Hədiyyəni rüşvətdən
106
HƏDƏS

fərqləndirmək lazımdır. Hədiyənin rüşvətdən
fərq ondan ibarətdir ki, hədiyyə təmənnasız
verilir, rüşvət verən isə müəyyən məqsədlər
güdür.  Fiqhdə hədiyyə  halal, rüşvət isə
haramdır.
HƏFSƏ BİNT ÖMƏR –  Məhəmməd
peyğəmbərin xanımlarından biri və Ömər
ibn Xəttabın qızı olmuşdur. Məhəmmədin
peyğəmbərliyindən təxminən beş il öncə
doğulmuşdur,  İslama atası ilə birlikdə
gəlmişdir. Onun birinci əri ilk müsəlmanlar-
dan olmuş Hüneys ibn Hüzeyfə olmuşdur.
Onlar qureyşlilərin təqiblərindən qorunmaq
üçün Həbəşistana hicrət etməli olmuşdurlar.
Daha sonra onlar, başqa müsəlmanlarla bir-
likdə Mədinəyə köçmüşdürlər. Hüneys Bədr
döyüşündə vuruşmuş, Uhud döyüşündə isə
həlak olmuşdur. Bu hadisədən sonra dul
qalan Həfsə hicrətin 3-cü ilində Məhəmməd
peyğəmbərlə izdivaca girmişdir. Həfsənin
Məhəmməd peyğəmbərin vəfatından sonra
rəvayət etdiyi 60-a yaxın hədisi günümüzə
gəlib çatmışdır. Bundan başqa o, xəlifə Əbu
Bəkrin dövründə yığılmış Quranın ilk yazılı
nüsxəsinin qoruyucusu olmuşdur. Xəlifə Os-
manın dövründə isə bu nüsxə yenidə
işlənilmiş və çoxaldılmışdır. Həfsə xəlifə
Müaviyənin dövründə təxminən hicrətin 45-
ci ilində Mədinədə vəfat etmişdir. 
HƏKİMİLƏR – Tanrının yaradılan
şeylərdə, xüsusən də imamlarda təcəlli et-
məsinə inanan İsmaili təriqətlərindən biri
olmuşlar. Bu təriqətin  yaradıcısı Fatimi
xəlifəsi 
Həkim Biamrillah (386/996-
411/1021) özünü Tanrının təcəllisi elan et-
mişdir. 
HƏMZƏ İBN ƏBDÜLMÜTTƏLİB
(3/625-ci ildə həlak olmuşdur) – Məhəmməd
peyğəmbərin kiçik əmisi, süd qardaşı və ən
yaxın səhabələrindən biri olmuşdur. O, iki
və ya dörd yaş peyğəmbərdən böyük idi.
Məkkədə doğulmuş, igidliyi, qorxmazlığı ilə
digərlərindən seçilmişdir. İgid döyüşçü ol-
ması ilə yanaşı o, həm də yaxşı ox atıcısı ol-
muşdur. Hər zaman gücsüzləri və yoxsulları
müdafiə etmişdir.
Həmzə İslama bir qədər gec gəlmişdir. O,
Səfa təpəsində Əbu Cəhlin Məhəmməd
peyğəmbər və onun səhabələrinə qarşı kobud
davranışının şahidi olduqdan sonra müsəl-
man olmuşdur. Orada Həmzə peyğəmbəri
müdafiə edərək Əbu Cəhlin adamları ilə
qarşı qarşıya gəlmişdir. Səhəri gün isə
peyğəmbərin yanına gəlib İslamı qəbul et-
diyini bəyan etmişdir. Bu hadisə Məhəm-
mədin  peyğəmbərliyinin ikinci ilində baş
vermişdir. Həmzənin müsəlman olması
müsəlman ictimaiyyətini daha da gü-
cləndirmişdir.
Hicrətdən sonra Həmzə müsəlman ic-
masının möhkəmlənməsi üçün böyük işlər
görmüşdür. Qureyşlilərin müsəlmanlara qarşı
ədalətsiz davranmalarına, Mədinədə
vəziyyəti gərginləşdirmək istədiklərinə,
müsəlmanların həccə gəlməsinə çətinliklər
törətdiklərinə görə Məhəmməd peyğəmbər
onlarla müharibə etmək məcburiyyətində
qalmışdır. O, döyüşçülərinə Məkkə ilə
Suriyanı birləşdirən karvan yollarını nəzarət
altına götürməyi əmr etdi. Beləliklə, müsəl-
manlar qarşı tərəfin karvanlarına hücum
edərək qureyşliləri iqtisadi cəhətdən zəi-
flədirdilər. Həmzə bu əməliyyatların işti-
rakçısı olmuşdur. Sonra Həmzə Bədr
döyüşündə igidcəsinə vuruşmuşdur. Müsəl-
manların o döyüşdə qalib gəlməsində onun
böyük rolu olmuşdur. Döyüşdən öncə o tək-
bətək Şeybə ilə üz-üzə gəlib onu, sonra isə
Ütbə və Tüeym ibn Adiyyəni də məğlub
edərək öldürmüşdür.
Bundan sonra Mədinədə müsəlmanlarla
yəhudi qəbiləsi olan Kaynuka arasında qarşı-
durma baş vermişdir. Məhəmməd peyğəmbər
döyüş bayrağını Həmzəyə verərək onun
başçılıq etdiyi orduya kaynukalılara qarşı
107
HƏMZƏ İBN ƏBDÜLMÜTTƏLİB

yürüş etmək əmrini verdi. Bu hadisələrin so-
nunda yəhudilər müsəlmanlara təslim olmuş-
durlar. 
Bədr döyüşündən bir il sonra məkkəlilər
güclərini yenidən toplayaraq müsəlmanlara
qarşı yürüşə başladılar. Bədr döyüşündə
Həmzə nüfuzlu məkkəli olan Cübeyr ibn
Mutinin əmisi Tüeym ibn Adiyəni öldür-
müşdü. Cübeyr də onun qisasını almaq üçün
nizə atıcılığı ilə ad qazanan Vəhşi adlı
qaradərili köləsinə məkkəlilərin ordusuna
qatılmağı, döyüş zamanı Həmzəni öldürmək
tapşırığını, əvəzində isə Vəhşıni azadlığa bu-
raxacağına söz vermişdir. Müsəlmanlarla
qureyşlilər ikinci dəfə Uhud döyüşündə
qarşılaşmışdır. Bu döyüşdə Vəhşi atdığı nizə
ilə Həmzəni arxadan vurmuşdur. Sonra
qureyşlilər onun cəsədinə hörmətsizlik et-
mişdirlər. Həlak olan zaman Həmzənin 60-a
yaxın yaşı olmuşdur.  
HƏNBƏLİ MƏZHƏBİ – 
fiqhi
məzhəblərdən biridir. Bu məzhəbin adı və
yaranması  Əhməd ibn Hənbəllə və onun
fəaliyyəti ilə bağlıdır. Daha sonra
davamçıları onun elmi irsini toplayıb sistem-
ləşdirmişlər. Əhməd ibn Hənbəl fiqhi hökm-
ləri  Quran və  səhih hədislərə, səhabələrin
hökm və rəylərinə, hədislərə, qiyas və istih-
sana, alimlərin icmasına istinad edərək
verirdi.
Hənbəli məzhəbinin əsaslarını Əhməd
ibn Hənbəlin davamçıları inkişaf etdirmiş,
günümüzə qədər gəlib çatdırmışdırlar. Onlar-
dan ən tanınmışları onun iki oğlu Saleh (hicri
266-cı ildə vəfat etmişdir) və Abdullah (hicri
290-cı ildə vəfat etmişdir) olmuşdur. Bundan
başqa Əhməd ibn Hənbəlin irsinin
ötürücüləri arasında onun tələbələri Əbu
Bəkr Əsrəm (hicri 261-ci ildə vəfat etmişdir),
Əbdül-Malik Məymuni (hicri 274-cü ildə
vəfat etmişdir), Əbu Bəkr Mərvədi (hicri
275-ci ildə vəfat etmişdir), Hərb ibn İsmail
(hicri 280-cı ildə vəfat etmişdir), İbrahim ibn
İshaq Hərbi (hicri 285-ci ildə vəfat etmişdir)
olmuşdurlar. Onlardan da sonra Əhməd ibn
Hənbəl irsinin ən yaxşı bilicisi və onları sis-
temləşdirən Əbu Bəkr Həllal (hicri 311-ci
ildə vəfat etmişdir) olmuşdur.
Hənbəli məzhəbi bir-neçə qola
ayrılmışdır. Bunun da bir çox səbəbləri
vardır. Birincisi, Əhməd ibn Hənbəl özünü
peyğəmbərin, eləcə də “saleh sələflərin”
irsinin davamçısı hesab etmişdir. Səhabələrin
və onların davamçılarının ayrı-ayrı məsələlər
barəsində 
ixtilafları
olmuşdur. Belə
məsələlər ortaya çıxdıqda Əhməd ibn Hənbəl
onlardan heç birinə üstünlük vermədən
hamısını qəbul edirdi.
İkincisi, Əhməd ibn Hənbəl ayrı-ayrı
məsələlərdə şübhəyə düşərək iki və daha çox
hökm vermiş və bunlardan heç birinə üstün-
lük verməmişdir. Bu obyektiv səbəblərə görə
olmuşdur. Onlardan başlıcası şərait və
vəziyyətin müxtəlifliyi idi. Üçüncüsü,
davamçıları onun irsini fərqli nəql et-
mişdirlər. 
Hənbəlilər  ictihad qapılarının bağlı ol-
masını qəbul etmirlər. Onlara görə dini və
hüquqi problemlərin araşdırılması hər zaman
aktualdır. Bununla yanaşı onlar müc-
təhidlərin olmasını da vacib hesab edirlər.
Çünki, zaman keçdikcə müxtəlif yeni
məsələlər və problemlər ortaya çıxır, bun-
ların həlli üçün isə alimlərə ehtiyac yaranır.
Bu məzhəbin müftilərinə qarşı yüksək
tələblər irəli sürülür. Onlar fətva vermək
üçün Quran və hədisləri, səhabələr və onlar-
dan sonra gələn tabiun nəslinin hökmlərini,
eyni zamanda, məzhəbin hüquqi metodlarını
yaxşı bilməlidirlər. 
Hənbəli məzhəbi ümumiyyətlə geniş
yayılmamışdır. Ərəbistanda yalnız Səud
sülaləsi hakimiyyətə gəldikdən sonra bu
məzhəb rəsmi ölkə statusunu almışdır. Buna
qədər hənbəlilər müsəlman dünyasında azlıq
təşkil edirdi. Hənbəli məzhəbinin belə az
yayılmasının səbəbi onun nisbətən gec
yaranması olmuşdur. Hənbəliliyin formalaş-
masına qədər digər məzhəblər müsəlman
dünyasının müxtəlif yerlərində yayılaraq
möhkəmlənmişdirlər. Bu məzhəbin az yayıl-
108
HƏNBƏLİ MƏZHƏBİ

masının digər bir səbəbi isə onun çox
mühafizəkar olmasıdır. Hənbəlilər digər
məzhəblərin ardıcıllarından daha çox dinin
xarici tərəflərinə önəm verir, öz ardıcılların-
dan hədislərdə əks olunan peyğəmbərin və
səhabələrinin həyatına tam uyğun olaraq
yaşamağın vacibliyini israrla tələb edirlər.
Bəzən bu tələblər dində ifrata da gətirib
çıxarır. Ancaq, hənbəlilərin arasında nisbətən
mötədil cərəyanlar da vardır. 
HƏNƏFİ MƏZHƏBİ
– 
fiqhi
məzhəblərdən biridir. Bu məktəbin adı və
yaranması  Əbu Hənifə ilə bağlıdır. Daha
sonra onun davamçıları onun elmi irsini
toplayaraq sistemləşdirmişdirlər. Əbu Hənifə
fiqhi hökmlər verdikdə Qurana, Məhəmməd
peyğəmbərin hədislərinə, səhabələrin rə-
vayətlərinə, qiyasa, istihsana, örfə, alimlərin
icmasına müraciət edirdi. Əbu Hənifəin
özündən bir neçə kiçik kitabdan başqa bir şey
qalmamışdır. Onların da müəllifliyi
mübahisəlidir. Demək olar ki, onun bütün
irsini tələbələri ortaya çıxartmışdırlar və on-
ların səyləri nəticəsində hənəfi məzhəbinin
əsasları qoyulmuşdur. Əbu Hənifənin təlim-
inin sistemləşdirilməsi və yayılmasında onun
tələbələrindən  Əbu Yusifin və Məhəmməd
ibn Həsən Şeybaninin (132 – 189) xüsusi
rolu olmuşdur. Əbu Yusif Əbu Hənifənin
irsini əhatə edən Kitabül-Əsar, İxtilafu Əbu
Hanifa və İbn Əbu Leyla (Əbu Hanifə ilə İbn
Əbu Leylanın çəlişməsi), Ər-Rəddu Əla
Siyərül-Əvzai (Əvzainin savaşın aparılma
qaydalarına qarşı), Kitabül-Xərac (Vergilər
kitabı) kitablarını yazmışdır. Bəzi məsələrdə
onun baxışları Əbu Hənifənin baxışları ilə
üst-üstə düşməmişdir.
Məhəmməd ibn Həsən Şeybani də fiqh
üzrə çoxlu kitablar yazmışdır, orada
müəllinin irsini də qələmə almışdır. Ümu-
miyyətlə, Hənəfi məzhəbinin kitabları üç
kateqoriyaya bölünür:
1. Zahir ər-Rəvayə (Açıq olan bilgi). Bu
kitablar məzhəbin ən əsas qaynağıdır. Bura
Əbu Hənifənin, Əbu Yusifin, Məhəmməd
Şeybaninin, Züfər ibn Hüzeylin, Həsən ibn
Ziyadın, eləcə də başqa alimlərin əsərləri
daxildir;
2. Qeyri-Zahir ər-Rəvayə (Açıq olmayan
bilgi). Zahir ər-Rəvayəyə nisbətən daha zəif
hesab edilir. Müxtəlif alimlərin Zahir ər-Rə-
vayə daxil edilməyən əsərlərindən ibarətdir;
3. Əl-Vaqiət (rəvayətlər) və fətvalar. Bu
kitabların müəllifləri Əbu Yusif və Məhəm-
məd Şeybaninin tələbələri, eləcə də onların
çox saylı davamçıları olmuşdurlar. Bu
kitablarda məzhəbin fiqhi hökmləri, eləcə də
müxtəlif rəvayətlər yer almışdır.  
Əbu Hənifənin tələbələrinin arasında bəzi
fiqhi məsələlər üzrə fikir ayrılığı olsa da,
onun adı ilə bağlı bu fiqh məzhəbinin Xi-
lafətdə yayılması üçün onlar böyük səylər
göstərmişdirlər. Bununla yanaşı onlar hənəfi
məzhəbinin əsaslarını daha da yetkin-
ləşdirməyə çalışmışdırlar. Onların
cəhdlərinin nəticəsində Hənəfi məzhəbi
bütün problemləri çözə bilən bir hüquqi sis-
temə çevrilmişdir. Buna görə də o, Abbasi xi-
lafətində ən geniş yayılmış məzhəb
olmuşdur. Abbasi xəlifəsi Harun ər-Rəşidin
dövründə Hənəfi məzhəbinin ən görkəmli
nümayəndələrindən biri olan Əbu Yusif,
Bağdadda baş qazi vəzifəsinə təyin olunmuş-
dur. Xilafətin bütün bölgə qazilərini vəz-
ifələrə o təyin edirdi. Bunu edərkən Əbu
Yusif hənəfi məzhəbinin ardıcıllarına üstün-
lük verirdi. Buna görə də, bu məzhəb ölkədə
daha da geniş yayılırdı. Sonra hənəfilik Os-
manlı imperiyasında da rəsmi hüquq
məzhəbi olmuşdur. Beləliklə, bu məzhəb
müsəlman dünyasının bir çox yerlərində
yayılaraq bu günə kimi ən geniş yayılmış
hüquq məktəblərindən biridir. Hənəfi
məzhəbinin ardıcıllarının inancla bağlı
yanaşmaları daha çox maturudiliyin üzərində
qurulmuşdur. 
Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin