AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu islam tariX, FƏLSƏFƏ VƏ HÜquq



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə14/49
tarix21.04.2017
ölçüsü5,04 Kb.
#15072
1   ...   10   11   12   13   14   15   16   17   ...   49

ƏNSARLAR –  Məhəmməd peyğəm-
bərin mədinəli səhabələri belə ad-
landırılmışdır.  Onlar  Məkkədən, eləcə də
başqa yerlərdən köçüb gəlmiş bütün mühacir
müsəlmanları öz şəhərlərində, evlərində
qəbul etmiş bütün mal varlıqlarını onlarla
paylaşaraq onlara qucaq açan insanlar olmuş-
durlar. 
79
ƏNSARLAR

Ənsarlar Mədinənin Evs və  Xəzrəc ad-
lanan iki başlıca qəbilələrini təşkil edirdi. Bu
iki bir-birinə qohum olan qəbilə öncə
Yəməndə yaşamış, sonra isə Yəsribə (Mədi-
nəyə) köçmüşdürlər. Ancaq burada onların
arasında uzun sürən bir qarşıdurma başlamış,
bu hadisə isə Buas döyüşü adlanan qanlı bir
toqquşmaya gətirib çıxarmışdır. Bu döyüşü
evslilər qazansalar da, onlar bundan fay-
dalana bilməmişdirlər. Hər iki qəbilə gücdən
düşmüşdür. Məğlub olan Xəzrəclilər
qüreyşlilərdən dəstək almaq üçün Məkkəyə
öz elçilərini göndərmişdirlər. Məhəmmədin
peyğəmbərliyinin 11-ci ilində onlar Məkkəyə
gəlib onunla görüşərək İslamı qəbul et-
mişdirlər. Onlar yalnız bu dinin vasitəsi ilə
Yəsribdəki ərəb qəbilələrinin arasındakı
müharibələrə son qoya biləcəklərini an-
lamışdırlar. 
Geri qayıtdıqdan sonra onlar evsiləri də
İslamı qəbul etməyə dəvət etmişdirlər. Sonra,
Evs və Xəzrəc qəbilələrinın təmsilçiləri
Məhəmməd peyğəmbərlə Əqəbədə birinci və
ikinci beyət zamanı görüşdülər. Onlar
peyğəmbəri qoruyacaqlarına, bütün məkkəli
müsəlmanları qəbul edəcəklərinə söz ver-
mişdirlər. 
Bundan sonra məkkəli müsəlmanların
Mədinəyə hicrəti başladı. Xəzrəclilər və
evslilər onları sevgi ilə qarşılayıb, sığınacaq
verdilər. Beləliklə də, onlar peyğəmbərin ən-
sarları (yardımçıları) adını almış oldular.
Peyğəmbərin buyurduğu kimi ənsarlar
mühacirlərlə qardaşlaşaraq evlərində onlara
yaşamaq üçün yer, eləcə də mallarından pay
verdilər.  Quranda (59: 9) da bu hadisə
anılmışdır.
Beləliklə, ənsarlar və mühacirlərin qar-
daşlığı Mədinədə müsəlman icmasının
yaranmasına gətirib çıxarmışdır. Bundan
sonra məkkəli bütpərəstlərlə
savaş
başlamışdır.  Bədr döyüşündən başlayaraq
peyğəmbərin vəfatına qədər, ənsarlar
mühacirlərlə çiyin-çiyinə düşmənlərə qarşı
həyatlarını qurban verməyə hazır olaraq
İslam uğrunda döyüşmüşdürlər. O dövrlərdə
Məhəmməd peyğəmbərin başçılıq etdiyi
müsəlman icmasının güclənməsində onların
böyük rolu olmuşdur. Peyğəmbər də ənsar-
ları çox sevmiş, hər zaman onlara öz
razılığını bildirirdi. Məkkə fəth olunduqdan
sonra peyğəmbər orada qalmayıb yenə də
Mədinəyə ənsarların yanına qayıtmışdır. 
Məhəmməd peyğəmbər vəfat etdikdən
sonra müsəlman cəmiyyətinin gələcəyini
düşünən ənsarlar tezliklə bir yerə toplaşaraq
Səd ibn Übədəni xəlifə seçmişdirlər. Ancaq
sonda, özlərini oraya yetirmiş mühacirlərin
dedikləri ilə razılaşaraq Əbu Bəkri xəlifə
kimi tanımışdırlar. Bundan sonra ənsarlar Xi-
lafətin siyasi-ictimai həyatında böyük rol oy-
nayırdılar. Onlar riddət (II) hadisələrində
vuruşmuş, Bizans və İran imperatorluqlarına
qarşı döyüşlərə qatılmışdırlar. 
Ənsarlar Məhəmməd peyğəmbərin
çoxsaylı hədislərinin də ötürücüləri olmuş-
durlar. Onların aralarından İslam elmləri və
metodologiyasının əsaslarını qurmuş bir-çox
alimlər yetişmişdir. Sonrakı illərdə ənsarlar
İslam ənənəsinin qoruyucuları kimi böyük
işlər görmüşdürlər. Quranın (9: 100, 9: 117)
ayələrində onların fəzilətləri qeyd edilmişdir.
Ənsarların İslam tarixindəki xidmətləri
haqqında müxtəlif hədis kitablarında rə-
vayətlər mövcuddur. 
ƏRAF –  cənnətlə cəhənnəm arasında
olan bir yerdir (Quran, 7: 46-47). O yer in-
sanların axirətdə öz aqibətlərinin necə ola-
cağını gözləyəcəyi bir məkandır. Onların
dünyadakı yaxşı işlərinin çəkisi, pis işlərinə
bərabər olacaqdır. Buna görə də onlar, cənnət
və cəhənnəm arasında Allahın onlara qarşı
rəhmli olmalarını gözləməli olacaqlar. Bu
kimsələr cənnətdə olanlara salam deyib, on-
ların sıralarında olmaq istəyəcəklər. Bundan
başqa onlar cəhənnəm əzablarını görərək Al-
80
ƏRAF

lahın onları bağışlamalarını diləyəcəklər.
Sonda Allah onları bağışlayıb cənnətə daxil
edəcəyi güman edilir.
ƏRƏFAT –  Məkkənin 25 kilometr-
liyində yerləşən zəvvarların Zülhiccə ayının
doqquzuncu günü qaldıqları yerin adıdır.
Burada qalmaq həccin başlıca şərtlərindən
biridir. Ərəfatda gecələmək və orada ibadətlə
məşğul olmaq həccdə olan zəvvarın mənəvi
durumunu daha da yüksəldir. 
ƏRƏFƏ – qurban bayramından öncəki
gündür. Xüsusən də, Zülhiccə ayının 9-cu
günü belə adlanır. Bu gün boyu həccə gəlmiş
zəvvarlar Ərəfat adlanan yerdə Allaha ibadət
edirlər. 
ƏRİM – Quranda (34: 15-16) haqqında
məlumat verilən selin adıdır. Allahın Səba
elini cəzalandırdığı sel belə adlanmışdır. Rə-
vayətlərə görə bu sel Mərib bəndini iki dəfə
dağıtmışdır. Mərib Səbanın mərkəzi idi.
Ətrafı su basandan sonra Səba xalqı, o cüm-
lədən Mərib şəhərinin əhalisi yurdlarını tərk
edərək Ərəbistanın ayrı-ayrı yerlərinə
köçmüşdürlər.
ƏRQƏM İBN ƏBU ƏRQƏM (53/673-
cü ildə vəfat etmişdir) – Məhəmməd
peyğəmbərin yaxın səhabəsi olmuşdur.
Məkkənin ən varlı və nüfuzlu qəbiləsindən
olan məhzumilərdən idi. Ərqəm bütün həyatı
boyu ədalət tərəfdarı olmuşdur. O, hər zaman
məzlumları və yoxsulları müdafiə etmişdir.
O, ədalətin bərqərar olması üçün toplaşan in-
sanların  Hilfül-Füdul adlanan yığıncağına
qatılmışdır. Ərqəm dərin imanı və tərki-
dünyalığı ilə seçilmişdir. Onun qohumları İs-
lama  qarşı olmuşdurlar. O isə 17-18
yaşlarında ikən İslamı ilk qəbul edənlərdən
olmuşdur. 
Onun Məkkədəki Səfa təpəsindən qərbə
doğru baxan evində müsəlmanların ilk yığın-
caqları keçirilirdi. Müsəlmanlar bu evə
gəlmiş, Quran oxumuş, birlikdə ibadətlər et-
mişdirlər. Məhəmməd peyğəmbər də bu evə
köçüb bir müddət burada yaşamışdır. 
Təqib olunan dövrlərdə müsəlmanların
toplantı yerləri Ərqəmin evi olmuşdur. Bu-
rada onlar problemlərini bölüşür, Məhəm-
məd  peyğəmbərlə görüşüb birlikdə Allaha
ibadət edirdilər. Bu evdə Ömər, Həmzə,
Əmmar və başqa görkəmli şəxslər İslamı
qəbul etmişdirlər. Məkkədə təqiblər
dözülməz hala gəldikdə isə Ərqəm Mədinəyə
hicrət etmiş ilk müsəlmanlardan biri olmuş-
dur. Mədinədə müsəlman icmasının güclən-
məsi üçün əlindən gələni edən Ərqəm Bədr,
Uhud, Xəndək və başqa döyüşlərdə igidcəs-
inə döyüşmüşdür. O, savadlı insan idi. Ona
görə də, Məhəmməd peyğəmbərin katibi ol-
muşdur. Allahın nazil etdiyi Quran ayələrini
yazırdı. Ərqəm Mədinədə təxminən 83
yaşında vəfat etmişdir.
ƏRŞ – ən uca, ən yüksək, ən ali və hər
şeyin üzərində olan yerdir. Ərş sözü kralın
oturduğu taxt mənasını da verir. Bu söz
Quranın 7:54, 9: 129, 10: 3, 23: 116, 43: 82
ayələrində qeyd edilir. Onun mahiyyətini
yalnız Allah bilir. Göyün yeddi qatı, cənnət,
sidrətül-müntəha ərşin altında yerləşir. 
Müsəlman  təfsirçilərinin çoxuna görə,
“Ərş” sözü və Allahın onun üzərində olması
məcazdır. Misal üçün Süyuti onu “bilik”,
Bəydavi “ucalıq”, Razi “hakimiyyət” kimi
təfsir etmişdirlər. Allahın dünyanı yaratdıq-
dan sonra onu idarə etməsi anlamını verir.
Bəzi təfsirçilərə görə Quranın 2: 255
ayəsində işlədilmiş “ərş” və “kürsi” sözləri
bu anlamdadır. Ancaq, ərşi məcazi deyil,
həqiqi mənada (taxt kimi) anlayan təfsirçilər
də olmuşdur.
81
ƏRŞ

ƏSƏD İBN ZÜRARƏ (1/623-cü ildə
vəfat etmişdir) – Məhəmməd peyğəmbərin
səhabələrindən biri olmuş, Mədinədə İs-
lamın yayılmasında böyük xidmətləri olmuş
insanlardan biridir. O, Xəzrəc qəbiləsindən
idi. Əsəd hələ Məhəmmədin peyğəmbər-
liyindən öncə bütlərə tapınmaqdan imtina
etmiş, İbrahim peyğəmbərin dininin (həni-
fliyin) davamçısı olmuşdur. Sonra o, Mə-
dinənin  ilk müsəlmanlarından olmuş,
Məhəmməd peyğəmbərlə Məkkədə
görüşmüş, Əqəbə beyətində isə ona sadiqlik
andını içmişdir. 
Əsəd Mədinədə ilk İslam dinini yayanlar-
dan biri kimi çətinliklərlə qarşılaşıb, Məhəm-
məd peyğəmbərdən bu şəhərə öz təmsilçisini
göndərməsini xahiş etmişdir. O da oraya
Müsab ibn Ümeyri göndərmişdir. Əsəd
onunla birlikdə Xəzrəc və Evs qəbilələrini İs-
lamı qəbul etməyə dəvət etmişdir. Əsədin evi
Mədinədə müsəlmanların qərargahına
çevrilmişdir. Məhəmməd peyğəmbərin Mə-
dinəyə hicrət etməsindən az sonra Bədr
döyüşündən öncə xəstələnən Əsəd vəfat et-
mişdir.
ƏSHABÜL-BƏDR –  Bədr savaşında
döyüşən müsəlmanlardır. Bu döyuş İslam
tarixində müsəlmanlar və bütpərəstlər
arasında baş vermiş ilk döyüş olmuşdur.
Onlar Məhəmməd peyğəmbərin ən nüfuzlu
səhabələrindən olmuş, müsəlmanlar arasında
çox nüfuz qazanmışdırlar. 
ƏSHABÜL-FİL –  Quranda (105-ci
surədə) adı keçən həbəşilərin Məkkəyə
yürüşü ilə bağlı hadisədir. Kəbəni dağıtmaq
istəmiş Həbəşistan kralı Əbrəhənin
qoşunudur. Rəvayətlərə görə bu hadisə
Məhəmməd
peyğəmbərin dünyaya
gəlməsindən bir qədər öncə baş vermişdir. VI
əsrin ortalarında Həbəşistanın xristian kralı
Əbrəhə Sənada (Yəmən) böyük “Qülleys”
kilsəsini tikərək ərəbləri Kəbəyə ehtiramdan
çəkindirmək istəmişdir. O, onların Kəbəni
deyil, bu kilsəni ziyarət etmələrini istəmişdir.
Ancaq, ərəblər “Qülleysi” ziyarət etmək
istəməmişdirlər. Buna görə Əbrəhə Kəbəni
dağıtmaq istəyinə düşmüşdür. Bu məqsədlə
o, qoşunu ilə Məkkəyə doğru irəliləmişdir.
Məkkəliləri qorxutmaq üçün Həbəşistan-
lıların qoşununda Afrikadan gətirilmiş fillər
də olmuşdur. Buna görə də, bu hadisə “Fil”
onun baş verdiyi il isə “Fil ili” ad-
landırılmışdır. 
Məkkəlilər onlara qarşı müqavimət
göstərə bilməmişdirlər. Şəhərə yaxınlaşan
qoşun  Əbdülmuttəlibin mal-qarasını ələ
keçirmişdirlər. Sonra onlar Məkkəyə
elçilərini göndərərək məkkəlilərin onlara təs-
lim olmasını tələb etmişdirlər. Əks təqdirdə
bütün şəhəri dağıdacaqlarını bildirmişdirlər. 
Əbdülmüttəlib Əbrəhənin yanına
danışıqlara getmiş, onun Kəbənin dağıdıl-
masına israrlı olduğunu görüb geri qayıt-
mışdır. Şəhərin qorunması üçün heç bir
imkanların olmadığından o, bu işi Allaha bu-
raxıb, şəhərdən əhali ilə birlikdə çıxaraq
Məkkə ətrafındakı təpəyə sığınmışdır. 
Bundan sonra Əbrəhə qoşunları şəhərə
girmiş, Kəbəni dağıtmaq göstərişini ver-
mişdir. Ancaq, bunu edən kimi möcüzə baş
vermiş, Məkkə səmalarında caynaqlarında
daşları daşıyan quşlar görünmüşdür. Onlar bu
daşları düşmən ordusunun üzərinə yağdır-
mağa başladılar. Bu daşlar onlara dəyərək
dərilərini zədələmiş, bilinməyən ağır xəstəlik
törətmişdirlər. Beləliklə, qoşun şəhərə girə
bilməmiş, Həbəşistanlı döyüşçülərin çoxu
şəhərin ətrafında həlak olmuşdurlar. Sağ
qalanlar isə qaçaraq, Yəmən yolunda
xəstəliyə yoluxaraq ölmüşdülər. Əbrəhə də
bu hadisələr zamanı həlak olmuşdur. Belə-
liklə də, Allah möcüzə göstərərək Məhəm-
məd peyğəmbərin doğulacağı Məkkə
şəhərini və Kəbəni qorumuşdur. 
82
ƏSƏD İBN ZÜRARƏ

ƏSHABÜL-HƏDİS – Quran və hədis-
lərin aydın mənalarından hüquqi hökmlər
çıxaran alimlər idilər. Onlar başqa hüquq
metodlarımdan yararlanmamışdırlar. Bu
hüquqi məktəb Mədinədə fəaliyyət göstərmiş
və “Hicaz məktəbi” olaraq adlandırılmışdır.
Zaman keçdikcə Hicaz məktəbi də başqa
hüquq metodlarını (qiyas və istihsanı) isti-
fadə edib, İraq hüquq məktəbinə (Əshabür-
Rəyə) yaxınlaşmışdır.
ƏSHABÜL-KƏHF –  inancları səbəbi
ilə təqiblərdən mağarada sığınacaq tapmış
bir qrup insanlar olmuşdurlar. Allahın istəyi
ilə onlar orada yuxuya getmişdirlər. Bu gən-
clərin yuxusu 300 ildən bir az çox sürmüşdür
(Quran, 18: 25). Onlarla birlikdə Katmir
adında bir it də olmuşdur. Bu gənclər
yaşadıqları yerin yanlış inanclarını tərk
edərək Allaha sığınmış, pis işlərdən çəkinib
düz yola yönəlmişdirlər. Buna görə də, onlar
təqiblərə uğrayaraq öz şəhərlərindən çıxmış,
mağaraların birində sığınacaq tapmışdılar.
Bəzi tarixçilər və təfsirçilərə görə bu hadisə
miladi III əsrin ikinci yarısında Anadolunun
Tarsus şəhərində baş vermişdir. Ehtimallara
görə Roma canişini Diqyanus (ola bilsin, o
Roma imperatoru Detsius da olmuşdur) bu
imanlı gənclərdən inanclarından dönmələrini
tələb etmişdir. İnanclarından dönməyən bu
gənclər isə şəhərdən Katmir adlanan bir itlə
çıxaraq təqiblərdən qorunmaq üçün
mağaraya sığınmış və orada yuxuya get-
mişdirlər.
Onlar yuxudan oyandıqda yalnız bir gün
yatdıqlarını sanmışdırlar. Onlar ac
olduqlarından aralarından birini şəhərə azuqə
arxasınca göndərmişdirlər. Yolda ikən o,
şəhərin gözə çarpacaq qədər dəyişdiyini gör-
müşdür. Dükana yaxınlaşaraq dükançıdan
çörək istəyərək ona pul uzatmışdır. Dükançı
bu gəncin görkəminin və verdiyi pulun qeyri-
adi olduğunu görüb bunu şəhər valisinə
bildirmişdir. Valinin yanına gətirilən bu gənc
isə olanları anlatmışdır. Bunu eşidənlər bu
hadisənin üç yüz il bundan öncə baş
verdiyini anlayıb, o gəncə zamanın dəy-
işdiyini, artıq şəhərlilərin vahid tanrıya iman
gətirdiklərini qeyd etdilər. Bu dövrdə artıq
Roma imperiyasında Xristianlıq hakim din
olmuşdur. Bundan sonra insanlar gəncin
göstərdiyi mağaraya getmiş, ancaq onlar ora
gəldikdə onları mağaraya gətirən gənc və
onun dostları qeybə çəkilmişdirlər.
Təfsirçilərə görə Əshabül-Kəhf möcüzəsi
həm də, bütün insanlara öldüklərindən sonra
dirilərək Allahın mühakiməsinə qatıla-
caqlarını xatırladır. O gənclərin dəqiq sayı
haqqında İslam qaynaqlarında məlumat yox-
dur. Bu hadisənin baş verdiyi yer də bilin-
məməkdədir. Başqa rəvayətlərə görə bu
hadisə Tarsusda deyil, Maraşda, Şimali
Afrikada, Azərbaycanda, Urumçidə (Şərqi
Türküstanda) və s. yerlərdə baş verə bilərdi.
ƏSHABÜL-KİRAM
–  Məhəmməd
peyğəmbərin ən yaxın və nüfuzlu səhabələri
olmuşdurlar.  Bu insanlar bütün həyatları
boyu Məhəmmədə sadiq olmuş, İslam dininin
yayılması üçün əllərindən gələnləri
əsirgəməmişdirlər. Müsəlman çoxluğu hesab
edir ki, bunlar Əbu Bəkr, Ömər, Osman, Əli,
Əbu Zər Ğəffari və s. kimi böyük səhabələr
olmuşdurlar.
ƏSHABÜL-QARYƏ – Allahın peyğəm-
bərlərini tanımayan, onlara hörmət bəs-
ləməyən müəyyən bir yerin sakinləri
olmuşdurlar. Rəvayətlərə görə bu yer An-
takyadır (Antioxiya). Oraya Allah öncə iki,
daha sonra bir peyğəmbər göndərmişdir. Bu
peyğəmbərlər Allahın göndərdiyi elçilər
olduqlarını bildirdikdə, Əshabül-Qaryə on-
ları rədd etmişdir (Quran, 36: 15). Bundan
sonra onlar peyğəmbərləri daşlayaraq qorx-
utmaq istəmişdirlər. Rəvayətlərə görə Həbib
Nəccar adlı bir şəxs onlara yaxınlaşmış və
Allaha iman etmələrini istəmişdir. Azğın-
83
ƏSHABÜL-QARYƏ

laşmış qövm isə onu daşqalaq edib öldür-
müşdürlər. Allah isə onu cənnətlə mükafat-
landırmışdır (36: 26-27). Bundan sonra
Allahın peyğəmbərləri onlardan üz döndər-
mişdir. Sonra isə Allah onları cəzalandıraraq
məhv etmişdir (Quran, 36: 29). Bu hadisə ilə
əlaqədar müxtəlif fikirlər vardır. Bəzi təf-
sirçilərə görə burada İsa peyğəmbərin həvar-
ilərindən söhbət gedir. Digərləri isə bunu
məcazi və ya nəsihət xarakterli bir hadisə
kimi dəyərləndirirlər. Onlara görə Əshabül-
Qaryə üç peyğəmbəri (Musanı, İsanı və
Məhəmmədi) tanımamışdır.
ƏSHABÜR-RƏSS – Quranda (25:38)
Ad və Səmud qövmləri ilə bərabər adı çək-
ilmiş qövm olmuşdur. Allah
onları
göndərdiyi peyğəmbərlər vasitəsi ilə doğru
yola dəvət edilmişdir. Ancaq onlar bunu et-
məkdən imtina etmiş, yer üzündə haqsızlıqlar
törətməyə davam etmişdirlər. Onlara gön-
dərilmiş peyğəmbərləri quyulara atmışdırlar.
Buna görə Allah onları məhv etmişdir. Müx-
təlif rəvayətlərə görə Əshabür-Rəss qövmü
ya Yəmmamədə, ya Azərbaycanda, ya da
Antakyada yaşamışdırlar.
ƏSHABÜR-RƏY – əqli dəlilərə əsasla-
naraq hüquqi hökm verən şəxslərdirQuran
və hədislərə istinad edən, ancaq hər hansı bir
problemin hüquqi həllini tapa bilməyən bir
çox alimlər əqli dəlillərlə hökm vermək
məcburiyyətində qalmışdırlar. Bu hökmlər
İslamın ümumi ruhuna uyğun olaraq qiyas
yolu ilə əldə edilirdi. Rəvayətlərə görə
qiyasın işlədilməsini Məhəmməd peyğəmbər
dəstəkləmişdir. Onun səhabələri bu metod-
dan faydalanmışdırlar. 
Peyğəmbər müsəlman icmasında bütün
fiqhi məsələləri özü həll edirdi. Buna görə də
o dövrlərdə başqa metodlardan geniş istifadə
edilmirdi. Buna baxmayaraq peyğəmbər,
ayrı-ayrı durumlarda ictihad edərkən öz
düşüncəsinin əsasında hökmlər verirdi.
Peyğəmbərin vəfatından sonra Xilafətin
sərhədləri genişlənmişdir. Bu proses isə bir
çox problemlərin yaranmasına gətirib çıxar-
mışdır. Çünki, ilk İslam qaynaqlarına əsasla-
naraq bir çox yeni məsələlərin həlli
istiqamətində hökmlər çıxarmaq mümkün ol-
murdu. Buna görə də, yeni metodlara ehtiyac
var idi. İslam alimlərinin bir çoxu yaranmış
problemləri öz məntiqi düşüncələri ilə
çözməyə çalışmışdırlar. Bu alimlərin ək-
səriyyəti əsasən İraqda yaşayıb yaradırdılar.
Çünki, İraq elə bir yer idi ki, orada çoxlu
xalqlar və millətlər yaşayırdı və bu səbəbdən
də, orada çoxlu yeni problemlər ortaya
çıxırdı. Bu baxımdan da orada çoxlu hüquqi
məktəblər ortaya çıxmışdır. Bu məktəbləri
“İraq məktəbi”, onun davamçılarını isə
“Əshabür-Rəy” adlandırmışlar. 
Bununla belə, Hicazda Məhəmməd
peyğəmbərin dövründən qalan siyasi-ictimai
mühit saxlanılmaqda idi. Buna görə, burada
rəy metodunun geniş istifadə olunmasına
ehtiyac olmamışdır. Bu səbəblə də, burada
problemlər birbaşa ilkin mənbələrə əsasla-
naraq həll olunurdu. Bu məktəbin mərkəzi
Mədinədə yerləşdiyindən, onu “Hicaz mək-
təbi” adlandırırdılar. Daha sonra Hicaz və
İraq hüquq məktəblərinin davamçıları
arasında sıx bağlantılar qurulmuş, onların
metodları bir-birinə qarışmışdır. 
ƏSHABÜS-SÜFFƏ –  Mədinə məsci-
dinin ətrafında Süffə adlanan yerdə, ox-
uyub-yazmağı və dinin əsasını öyrənmək
məqsədi ilə bir araya gələn səhabələrdir.
Rəvayətlərə görə onların sayı səksən və ya
bundan bir qədər çox olmuşdur. Onlar Süf-
fədə məskunlaşaraq peyğəmbər vasitəsi ilə
dini biliklərə sahiblənən yoxsul insanlar
idilər. Əshabüs-Süffə əsl abidlik nümunə-
sidir. Onlar bütün ömürlərini Allaha ibadət
etməklə keçirmiş, yalnız ehtiyac olanda məs-
ciddən kənara çıxmışdırlar. Bununla yanaşı,
Əshabüs-Süffə bacardıqları qədər tələbat-
84
ƏSHABÜR-RƏSS

larını ödəmək məqsədi ilə əməklə də məşğul
olmuşdurlar. Quranın “Bəqərə” (2) surəsinin
273-cü ayəsi məhz Əshabüs-Süffə haqqında
nazil olmuşdur. Məhəmməd peyğəmbər on-
lara qayğı göstərmiş, Beytül-Malın bir
hissəsini onlar üçün ayırmışdır. Bununla
belə, Əshabüs-Süffə təkcə yoxsul insanlar-
dan ibarət deyildilər. Onların arasında
Məhəmməd peyğəmbəri görmək üçün Mə-
dinəyə gələn və qalmağa yerləri olmayan zi-
yarətçilərdə olmuşdurlar. Bundan başqa
Əshabüs-Süffəni tərk edənlər də olurdu. On-
ların yerlərinə isə başqaları gəlirdi. 
Əshabüs-Süffə aramsız ibadət ediboruc
tutmaqla yanaşı dini elmləri də öyrənirdilər.
Məhəmməd peyğəmbərlə yanaşı bəzi tanın-
mış səhabələr də onlara dinin əsasını və digər
dini məsələləri öyrədirdilər. 
Əshabüs-Süffəni  İslamda ilk  elm ocağı
kimi dəyərləndirmək mümkündür. Əshabüs-
Süffə davamlı olaraq Məhəmməd peyğəm-
bəri izləmiş və onun söylədiyi ifadələri,
etdiyi davranışları nəql edərək hədis ra-
vilərindən olmuşdurlar. Məhəmməd peyğəm-
bər onlardan ən savadlılarını müxtəlif
qəbilələr arasında İslamı təbliğ etmək üçün
fəth olunmuş yeni ərazilərə göndərirdi. 
Mədinəyə İslam dini ilə tanış olmağa
gəlmiş çoxlu sayda insan Əshabüs-Süffədən
elm öyrənmişdir. İslamın ilk müəzzinləri –
Bilal Həbəşi və Abdullah ibn Ümm Məqtum,
eləcə də Əbu Zər Ğəffari, Hüzeyfə, Əmmar,
Həbbab, Səlman Farisi, Süheyb Rumi, Ukbə
ibn Əmir kimi görkəmli səhabələr də Əshabi-
Süffədən olmuşdurlar. Müxtəlif tədqiqatçılar
hesab edirdilər ki, “süffə” sözündən “sufi”
sözü yaranmışdır. Sufi kitablarında Əshabi-
Süffə ilk müsəlman abidləri kimi anılırlar.
ƏSHABÜŞ-ŞƏCƏRƏ –  Məhəmməd
peyğəmbərə Hüdeybiyədə beyət edən,
bununla da Allahın rizasını qazanmış
səhabələrdir. Onların ümumi sayı 1400-ə
yaxın olmuşdur. Hansı ki, bu müsəlmanlar
İslamın yayılması və güclənməsində
müstəsna rola sahib olmuşdurlar. Onlar o
dövrdə 
İslamın
himayədarlarına
çevrilmişdirlər. 
ƏSMAÜL-HÜSNƏ – Allahın gözəl ad-
larıdır. Müsəlmanlar ibadətlərdə onları zikr
edərlər. İslama görə Allahın sifətlərini əks et-
dirən Ər-Rəhman, Əs-Səməd, Əl-Baqi, Əl-
Qadir kimi çoxsaylı adları vardır. Bu adların
hər biri Onun xüsusiyyətlərini əks etdirir.
Quranda (7: 180) da “Əsmaül-Hüsnə”
ifadəsi istifadə edilməkdədir. İslam ənənəs-
inə görə Allahın 99 adı vardır. 
Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin