Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə3/5
tarix02.01.2022
ölçüsü1,27 Mb.
#41188
1   2   3   4   5
Risale № 14 (1) 2018

 

 

 

 

 

 

 © АМЕА Низами Эянъяви адына 

  Милли Азярбайъан Ядябиййаты Музейи 

© 2018 

 

 




Рисаля. Арашдырмалар топлусу. 14. 2018- ISSN 2522-4808 (print) 

 

 38



 

Gülnar ƏQİQ  

 

FƏTƏLİ ŞAH QACAR – ŞAİR-HÖKMDAR 

 

Açar sözlər:  Qacarlar, XIX əsrdə  ədəbi mühit, Fətəli  şah Qacarın poetik 

irsi 


Keywords:  Gajars, literary environment in XIX century, the poetic 

heritage of Fataly shah Gajar 



Ключевые  слова:  Каджары,  литературное  среда  в XIX веке, 

поэтическое наследие Фатали шаха Каджара 

 

Farsdilli poeziya adlandırdığımız nəhəng söz xəzinəsi dünya 



ədəbiyyatının qiymətli incilərini, böyük ədəbi simalarını özündə birləşdirən 

ədəbi körpüdür. Elə bir körpü ki, onun vasitəsilə dünyanın bir çox millətləri 

bir-birilə qarşılıqlı  mədəni  əlaqələr yaratmış, xalqlar, etnik azlıqlar  əsrlər 

boyunca qırılmaz tellərlə bir-birlərinə bağlanmışlar. Məşhur ərəb tarixçisi İbn 

Xəldun hələ XIV əsrdə yazırdı: “İslam mədəniyyəti yalnız ərəblərin yaratdığı 

bir abidə deyil, islam dinini qəbul etmiş xalqların birlikdə tikdikləri binadır”. 

Beləcə, bir çox xalqların birgə yaratdıqları və əsrlərin yadigarı olan bu ecazkar 

poeziya inciləri Qərb ölkələrini  əsrarəngiz  Şərqə daim maraq göstərməyə  və 

Şərq dünyasının sirlərini öyrənməyə sövq etmişdir. Yüzilliklər ötmüş, lakin 

qərbli  ədəbiyyatsevərlərin Mövlana, Xaqani, Nizami, Sədi, Hafiz və yüzlərlə 

digər klassik Şərq  şairlərinin yaradıcılığına marağı sönməmişdir. Uzun əsrlər 

boyu Azərbaycanın böyük söz ustadlarının da yaradıcılığını özündə əks etdirən 

farsdilli poeziya Şərqin hikmət xəzinəsidir. Ölkəmizdə yüz ildən artıq inkişaf 

yolu keçmiş  şərqşünaslıq elmi uzun illərdir bu hikmət xəzinəsinin araşdırılıb 

öyrənilməsi ilə  məşğuldur. Fars ədəbiyyatına öz töhfəsini vermiş Azərbaycan 

şairləri çoxdur və onların, demək olar ki, əksəriyyətinin yaradıcılığı ötən əsrin 

əvvəllərindən başlayaraq həm respublikamızda, həm də onun hüdudlarından 

kənarda müntəzəm şəkildə tədqiq edilmişdir.  

Xalqımızın fars ədəbiyyatına dəyərli  ədəbi töhfə vermiş söz 

ustadlarından biri də qüdrətli Qacarlar sülaləsinin ikinci hökmdarı  Fətəli  şah 

Qacar olmuşdur. Təəssüf ki, Qacarlar sülaləsinin hakimiyyət illəri tarixi 

aspektdən araşdırılsa da, bu nəslin istedadlı nümayəndələrinin yaradıcılığı 

bugünədək dünya və Azərbaycan  ədəbiyyatşünaslığının diqqətindən kənarda 

qalmışdır.  

Qacarlar tayfasının tarixinə nəzər salsaq, onların Azərbaycanın tarixində 

silinməz iz buraxan qədim və köklü tayfalardan biri olduğunu görərik. Bu 

soydan çıxmış bir çox görkəmli  şəxslər dövlətçilik, hərb və  mədəniyyət 

tariximizin parlaq səhifələrini yazmışlar. Tanınmış tarixçilərimizdən  İsgəndər 

bəy Münşi “Tarixi-aləmarayi-Abbasi”, A.Bakıxanov “Gülüstani-İrəm”, Mirzə 

Adıgözəl bəy “Qarabağnamə” əsərində bu qədim türksoylu və türkdilli tayfanın 

əsasən Gəncə,  İrəvan və Qarabağ torpaqlarında məskunlaşdıqlarını yazırlar. 

Tarixi araşdırmalar göstərir ki, döyüşkən Qacar tayfaları Ön Asiyaya XIII 

əsrdə Çingiz xanın nəvəsi Hülaku xanın qoşunlarının tərkibində  gəlmiş, 

İrandan Qarabağ, İrəvan və Gəncə ərazilərinə köçmüşlər [1, 67]. 




Рисаля. Арашдырмалар топлусу. 14. 2018- ISSN 2522-4808 (print) 

 

 39



Əbdürrəzzaq bəy “Məasiri-sultaniyyə” adlı  əsərində deyir: “Abaqa 

xanın əmrilə bu tayfanın rəislərindən Sərtaq adlı bir nəfər Arqun xana atabəy 

təyin edilib, Xorasan və  Təbəristanda  əmir oldu. Onun Qacar adlı bir oğlu 

vardı, bu tayfanın çoxu onun nəslindəndir. Onlardan bir çoxu zaman keçdikcə 

Rum və  Şam vilayətlərinə getmişlər.  Əmir Teymur onlardan 50.000 ailəni 

gətirib İrəvan, Gəncə və Qarabağ nahiyələrində yerləşdirdi. Onlar gündən-günə 

artıb cah-calal sahibi oldular” [2, 203]. 

Qacarların Azərbaycanda siyasi nüfuzu Səfəvilər sülaləsinin 

hakimiyyətə  gəlişi ilə güclənmişdir. Səfəvi  şahlarının öz hakimiyyətini 

möhkəmləndirməkdə arxalandıqları etibarlı  Qızılbaş tayfalarından biri məhz 

Qacarlar idi. Sah İsmayıl və digər Səfəvi sultanları Qacarların döyüş əzmini və 

şücaətini yüksək qiymətləndirərək yaşadıqları  ərazilərdə onlara “bəylik” 

verməklə malikiyyət hüququnu rəsmi  şəkildə  təsdiq etmişlər. Gündən-günə 

nüfuzu və qüdrəti artan Qacar tayfaları  Səfəvilər dövlətində  əsas vəzifələri 

tuturdular.  

Tarix boyu ölkədə baş verən ictimai-siyasi dəyişikliklər ədəbiyyatın da 

inkişafına öz təsirini göstərmişdir. Qacarlar sülaləsinin 134 ilədək davam edən 

səltənəti həm  İran, həm də Azərbaycanda böyük siyasi və  ədəbi-mədəni 

hadisələrin baş verdiyi bir dövrə  təsadüf edir. Bu dövrü, əslində, vətənimiz 

üşün həssas tarixi mərhələ hesab etmək olar. “Parçala və hökm sür!” siyasəti 

ilə  hərəkət edən imperialist dövlətləri Azərbaycanın sərhədlərinə  təcavüz 

edərək ölkəmizi ikiyə parçaladılar. Xalqımızın tarixinə qara səhifə kimi 

yazılmış, Çar Rusiyası ilə İran Qacarlar hökuməti arasında bağlanmış Gülüstan 

və Türkmənçay sülh müqavilələri məhz Fətəli şah Qacarın hakimiyyət illərində 

imzalanmışdır. Qacar şahlarının ictimai-siyasi fəaliyyəti daim diqqət 

mərkəzində olsa da, əfsuslar olsun, bu nəslin nümayəndələrinin, xüsusilə Fətəli 

şahın poetik irsi, demək olar ki, araşdırılmamışdır.  

Bu sülalənin  əsasını qoyan və Qovanlı Qacar tayfasından olan Ağa 

Məhəmməd xan Qacar da fitri istedada və iti zəkaya malik olmasına 

baxmayaraq, heç zaman şeirə-sənətə diqqət ayırmağa fürsət tapmadı. O, bütün 

var-gücünü atası  Məhəmmədhəsən xanın başlayıb bitirə bilmədiyi missiyanı 

yerinə yetirməyə – ölkənin sərhədlərini bərpa etməyə yönəltdi və nisbətən 

əmin-amanlığın bərqərar olduğu məmləkəti ölümündən sonra onun vəsiyyətinə 

əsasən taxta əyləşən Fətəli  şahın (Baba xan) ixtiyarına buraxdı. Baba xan 

Cahanbanu (hakimiyyət illəri –1797-1834) Ağa Məhəmməd  şah Qacarın 

qardaşı Hüseynqulu xan Cahansuz Qovanlı-Qacarın və  Aşağı Qovanlı-Qacar 

tayfasından olan Ağabacı xanımın oğlu idi. Baba xan hələ  Ağa Məhəmməd 

şahın sağlığında vəliəhd seçilmişdi.  İngilis  şərqşünası Eduard Braun onu 

“övladpərəst  şah” adlandırmışdır [3, 461]. Təzkirələrdə verilən məlumatlara 

görə, Fətəli şahın böyük hərəmxanası, 189 rəsmi, 800-dək qeyri-rəsmi zövcəsi, 

260-ı oğlan, 144-ü qız olmaqla, 500-dək övladı olmuşdur. 

Ölkədə yaranmış nisbi siyasi sabitlik, təbii ki, ədəbiyyatın da inkişafına 

öz təsirini göstərirdi. Fətəli şah Qacar 37 illik səltənəti dövründə şeir sənətinə 

və  şairlərə göstərdikləri xüsusi qayğıya görə tarixdə adları  əbədiləşən böyük 

türk sultanları Sultan Mahmud Qəznəvi və Sultan Səncər Səlcuqinin dəbdəbəli 

saray  ədəbiyyatı  ənənələrini yenidən dirçəltməyə çalışdı. Bir şox 

tədqiqatçıların söylədiyi kimi, türk nəslindən olan Səfəvi  şahları  dərviş – 

təriqət yolçuları kimi tərbiyə olunduğundan onların hakimiyyət illərində fars 




Рисаля. Арашдырмалар топлусу. 14. 2018- ISSN 2522-4808 (print) 

 

 40



şeiri tənəzzülə uğradı və poeziyada “hind üslubu” adlanan yeni üslub meydana 

gəldi. Üç yüz ilədək davam edən “hind üslubu” Fətəli  şahın hakimiyyət 

illərində  tədricən  şeirdən uzaqlaşdırıldı  və öz yerini kassik ədəbi üslublara 

verdi [4, 82]. 

“Xaqan” təxəllüsü ilə  şeirlər yazan Fətəli  şah çox keçmədən saraya 

böyük ədiblər və şairlər ordusu topladı. Onun sarayda təşkil etdiyi “Əncüməni-

Xaqan” şeir məclisi XIX yüzilliyin ən mühüm ədəbi hadisəsi idi. Bu məclisdə 

tez-tez dövrün görkəmli alimləri və şairləri toplaşır, şeirlər oxunur, klassik şeir 

ənənələri müzakirə edilirdi. XIX yüzilliyin tanınmış  şairlərindən 

Mötəmüddövlə Nişat, Fətəli xan Səba, Seyid Məhəmməd Səhab, Mücəmmər 

İsfəhani, Vüsal Şirazi və digər böyük söz xiridarlarının iştirak etdiyi şeir 

məclislərində Qacar şah öz qəzəl, qəsidə  və rübailərini də oxuyar və onların 

fikrini öyrənərdi. Fətəli  şahın yaradıcılığına nəzər saldıqda onun Şərq 

poeziyasının sirlərinə  dərindən yiyələndiyinin, incə zövqə  və yüksək  şairlik 

təbinə malik olduğunun şahidi oluruq. Qacar şahın zəngin irsi çoxsaylı nəvələri 

və övladları  tərəfindən toplanaraq dəfələrlə gözəl xətlə  qələmə alınmış  və ilk 

dəfə  nəvəsi Nasirəddin  şahın dövründə 1859-cu ildə daşbasma üsulu ilə çap 

olunmuşdur. Fətəli  şahın “Divani-Xaqan” adı ilə  məşhur olan külliyyatının 

nəfis əlyazmaları bu gün İranın milli kitabxanasında, saray kitabxanasında və 

başqa bu kimi mötəbər kitabxanalarda qorunub saxlanılır. Müasir dövrdə isə 

şairin külliyyatı iranlı  ədəbiyyatşünas Həsən Gülməhəmmədi tərəfindən 

“Divani-Xaqan” adı altında geniş müqəddimə  və  şərhlərlə 1992-ci (h/ş. tarixi 

ilə 1370-ci) ildə Tehranda “Atlas” nəşriyyatında çap olunmuşdur. Fətəli şahın 

divanına onun qəsidələri, qəzəlləri, rübailəri, tərkibbənd və qitələri, həmçinin 

məsnəviləri daxildir. Lirik şeirin  ən geniş yayılmış növü olan qəzəl onun 

yaradıcılığında mühüm yer tutur. Şərq klassik şeirində qəzəlın şahı sayılan və 

söz sahibləri tərəfindən “Lisanolğeyb” adlandırılan Hafiz Şirazinin yaradıcılıq 

üslubu Fətəli  şahın seirlərində açıq-aşkar duyulmaqdadır. O, Hafizin ondan 

artıq qəzəlinə gözəl nəzirələr yazmışdır. Bunlardan birinə nəzər salaq: 

 

 



 ارارﺎﺨﺑ و ﺪﻨﻗﺮﻤﺳ ﻢﺸﺨﺑ ﺶﻳوﺪﻨه لﺎﺨﺑ ارﺎﻣ لد درﺁ ﺖﺳﺪﺑ ﯼزاﺮﻴﺷ ﮎﺮﺗ نﺁ ﺮﮔا 

 Əgər o şirazlı türk (gözəl) bizim ürəyimizi ələ alsa,  



Onun qara xalına Səmərqəndlə Buxaranı bağışlaram. 

  

Hafizin bu beytlə başlayan məşhur qəzəlinin təsiri altında Xaqan aşagı-



dakı qəzəli yazmışdır: 

 

ار ﺎــﻣ لد ﯼﺮـــﮑﻴﭘ ﯼﺮــﭘ ﻪـﻤﺷﺮﮐ ﮏﻳ ﻪﺑ



 

 ﻪـﮐ دﻮــﺑر نﺎـﻨﭼ

ار ﺎـﻤﻐﻳ عﺎﺘﻣ نﺎــﮐﺮــﺗ

 

رود زا شﺪــــــﻨـﻴـﺒـﺑ دراﺪــﻧ بﺎــﺗ ﻪــﮑﻴﺴﮐ



 

ار ارﻻد نﺁ ﯼور ﺪــﻧز ﻪـﺳﻮـﺑ ﻪﻧﻮـــﮕﭼ

 

زور ﮏـﻳ دﻮـﺷ ﺖﻳﺮـﻴﮕﻟد رﻮـﺸﮐ مﺰـﻋ ﻮﭼ



 

ار ﺎــــــﻴﻧد مﺎـــﻤﺗ ﯼﺮـــﻴﮕﺑ بﺎﺘﻓﺁ ﻮـــﭼ

 

رﺎﺑ ﮏﻳ ﯼور ﺮﮔا ﯼﺮﺼﻣ ﻒﺳﻮﻳ باﻮﺧ ﻪﺑ



 

ﺎــــــﺨﻴﻟز ﻢــﻏ ز ﯽــﻧﺎﺸﻨﺑ لد نﻮــﺨﺑ

ار 

 

ﻒﻄﻟ ﺮـﺳ زا ﯽـﻳﺁ ﺮـﺑ ﯽـﻠﻴﻟ ﻞﻤﺤﻣ ﻪـﺑ ﺮــﮔا



 

ار ﯽــــﻠﻴﻟ ﺶﻳﻮﺧ نﻮﻨﺠﻣ ﻮﺗ ﻩرﺎﺑود ﯽﻨﮐ

 

ﯼرادﺮـــﺑ ﻩﺎـــﻣ ﻮـــﭼ ﯼور ز بﺎـــﻘﻧ ﺮــﮔا



 

ار ارﺬـــﻋ ﮏﺷر ز ﯼزﻮﺴﺑ رﺎﺑ راﺰه

 

دﻮــﻤﻧ ﻪﻨﺧر ﮓﻨﺴﺑ نﺎـﻗﺎﺧ ﯼ ﻪﻟﺎﻧ ﻪﮐ نﺎـﻐﻓ



 

 اﺮﺗ ﺮﮕﻣ لد دﻮﺑ ﺮﺗ ﺖﺨﺳ ﮓﻨﺳ زا

ارﺎﻳ

[5,123]


 

 O pəri bədənli bir naz ilə bizim ürəyimizi  



 qənimət aparan türklər kimi oğurladı. 


Рисаля. Арашдырмалар топлусу. 14. 2018- ISSN 2522-4808 (print) 

 

 41



 Onu uzaqdan görməyə taqəti olmayan kəs 

 o dilarənin üzündən necə busə alar? 

 Bir gün ürək ölkəsini tutmaq arzusunda olsan, 

 günəş kimi bütün aləmi tutarsan. 

 Birdən misirli Yusifin yuxusuna girsən, 

 Züleyxanın qəlbini qəmdən qana qərq edərsən. 

 Əgər lütf edib Leylinin kəcavəsinə qalxsan, 

 Leylini yenidən öz Məcnunun edərsən. 

 Əgər niqabı o aytək üzündən götürsən

 Əzra paxıllıqdan min dəfə yanıb-yaxılar. 

 Ah ki, Xaqanın naləsi daşı da deşər, 

 məgər sənin ürəyin daşdan da möhkəm imiş. 

 

Göründüyü kimi, Xaqan, öz sələfi kimi, məşuqunun vəsfini bu qəzəlin 



əsas mövzusu seçmişdir. Aşiq və məşuqun, nakam eşqin vəsfi qəzəl janrının ən 

geniş yayılmış elementlərindəndir. Burada söhbət hətta cansız əşyalara ruh və 

hərəkət bəxş etməkdən gedir. Bu qəzəldə  məşuqunu vəsf edən  şair onu aya, 

günəşə  bənzədir. O, bu qəzəldə öz zəngin təxəyyülünə söykənərək qüvvətli 

bədii təsvir vasitələrindən istifadə etmişdir. Qəzəlin ilk beytində  şair 

məşuqunun nazını qarətçi türk əsgərlərinə, sonuncu beytdə isə  məşuqunun 

ürəyini daşa bənzədərək mübaliğə  və  iğraq kimi bəlağət sənətindən 

yararlanmışdır. Klassik Şərq poeziyasına yaxından bələd olan şair tək bir 

qəzəldə  Şərqin üç məşhur eşq  əfsanəsinə  də  işarə edir, bunlar: “Yusif və 

Züleyxa”, “Leyli və  Məcnun”, “Vamiq və  Əzra” dastanlarıdır.  Əlbəttə ki, bu 

onun yüksək yaradıcılıq fantaziyasından və göylərdə qanad çalan şairlik 

təbindən xəbər verir. Aristotelin təbirincə desək,  şair “həqiqətən baş verən 

hadisə haqqında deyil, baş verə biləcək, deməli, mümkünlüyü ehtimal olunan 

hadisə haqqında danışır” [6, 125]. Bir beytdə lirik qəhrəmanının ürək 

çırpıntılarını, qəm-kədəri, sevinc və şadlığı təbii boyalarla əks etdirmək şairdən 

yüksək sənətkarlıq tələb edir. Fətəli  şahın klassik poeziya üslubu ənənələrinə 

sadiq qalaraq qələmə aldığı qəzəllərində daha çox eşqin tərifinə, aşiqin şərhi-

halına, məşuqun vəsfinə rast gəlinsə də, bəzən ictimai-fəlsəfi məzmun daşıyan 

şeirlərlə də qarşılaşırıq. 

Uzun müddət davam edən  İran–Rusiya müharibələri və onun acı 

nəticələri,  İran və Rusiya arasında imzalanmış Gülüstan və Türkmənçay 

müqavilələri Qacar şahın da dərin kədərinə  səbəb olmuşdur. Bu kədəri o, 

aşağıdakı misralarda belə ifadə edir: 

ﺖﺳا ﻢﻟﺎﻋ ﯼاﺮﺑ زا ﺎﻣ ﻢﻏ ﻦﻳا ﺖﺳا ﻢﻏ ار ﺎﻣ و ﯼدﺎﺷ رد ﯽﻤﻟﺎﻋ 

 Bütün aləm şadlıq edir, biz qəmdəyik, 

 bizim qəmimizə səbəb bu aləmdir. 

 

Fətəli şah həm bir hökmdar, həm də şair kimi XIX əsrin ədəbi mühitinin 



inkişafında böyük rol oynamışdır. O, klassik fars poeziyasını daim yüksək 

qiymətləndirmiş, bu zəngin söz xəzinəsinin  ən dəyərli ideyalarını öz dövrünə 

gətirmişdir. Fərruxi, Xaqani, Sədi, Hafiz kimi söz ustadlarının sonrakı nəsillərə 

yadigar qoyub getdiyi poeziya ənənələrindən bəhrələnən Qacar şahın 

yaradıcılığında klassik şeirə  məxsus məzmun və forma vəhdəti özünü büruzə 

verir.  



Рисаля. Арашдырмалар топлусу. 14. 2018- ISSN 2522-4808 (print) 

 

 42



Qacar şahın yaradıcılığında dini-məzhəbi mövzulara həsr olunmuş qəzəl 

və  qəsidələr mühüm yer tutur. Əslində,  şairin duyğularını  qələmə aldığı 

mərsiyələr lirik şeirin bir növüdür. Bədii sənətkarlıq baxımından Fətəli  şahın 

məzhəbi şeirlərini lirik şeirin digər növlərinə nisbətən daha mükəmməl hesab 

etmək olar. Mərsiyə janrında Möhtəşəm Kaşanini öz böyük ustadı hesab edən 

Fətəli  şah onun səbkində on iki bəndlik mərsiyələr qələmə almışdır. Həzrət 

Əlinin şəninə yazdığı aşağıdakı qəsidə Xaqanın güclü şeir təbindən xəbər verir.  

ﺪهد نﺎﺸﻧ ﻞﺑﺎﺑ ﯼود ﺎﺟ ﺮﺤﺳ ز ﺖﻤﺸﭼ

 

 

ﺪــهد نﺎـﻨﺟ غﺎـﺑ ﻞــﺒﻨﺳ ز نﺎـﺸﻧ ﺖــﻔﻟز



  

 

ﺪﻨﮐ لد ﻪﺑ نﻮﺧ مد ﻪﻤه تا ﻪﻤﺷﺮﮐ ﺮﻴﺗ



 

 

ﺪــهد ناﻮــﺗﺎـﻧ ﻦــﺗ ﻪﺑ ناﻮــﺗ ﺖــﺒﻟ ﻞـــﻌﻟ



 

ﺪﻨﮐ ﻪﻠﻤﺣ رﺎﻘﻔﻟاوذ ﺎﺑ

 

ﻢﺼﺧ ﯼﻮﺴﺑ ﺮﮔ



 

 

ﺪهد نﺎﺟ ﻢﻴﺑ زا ﯼو ﻢﺼﺧ ﻢﺧز ﻩدرﻮﺧﺎﻧ



 

ﺮــﭘ ﻒﻴﻌﺿ لﺪﻋ

وا زاﻮـــﻧ ﺰـــﺟﺎﻋ رو

 

 



ﺪـهد نﺎـﻴﺷﺁ بﺎـﻘﻋ ﮓﻨﭼ ﻪﺑ ار رﻮـﻔﺼﻋ

[7, 78]


 

 

 



Gözün Babil cadusunun sehridir, 

zülfün cənnət bağının sünbülüdür sanki. 

İşvə oxun hər an qəlbi qana boyayır, 

dodağının ləli cansıza can verər. 

Düşmənə tərəf zülfüqarı ilə həmlə etsə,  

zərbə dəyməmiş qorxudan canını tapşırar. 

Onun zəif və acizləri əziz tutan ədaləti ilə 

quşcığaz qartalın caynağında yuva qurar. 

 

Şeirlərində  əsasən dünyanın vəfasızlığına, həyatın  əbədi olmadığna və 



hər anın qənimət sayılmasına işarə edən  şair zəmanəsinin təfəkkür tərzindən 

uzaqlaşmağa səy göstərir, onun düşüncə tərzi daha çox orta əsr sxolastik fəlsəfi 

fikrinə söykənir.  

Nəticə olaraq qeyd etmək olar ki, Fətəli şah Qacarın hakimiyyətə gəlişi 

ilə fars ədəbiyyatında uzun müddət hökm sürən durğunluq dövrü sona çatdı və 

poeziyanın inkişafında yeni bir mərhələ başlandı. Onun şeirləri şeiriyyətə güclü 

təkan verdi. Hökmdar şair böyük zövq və yüksək təb sahiblərini  ətrafına 

toplayaraq fars şeirinin sönmüş  çırağını yenidən alışdırdı. Klassik şeir 

ənənələrinin yenidən dirçəlişi və Ünsüri, Fərruxi, Xaqani, Nizami, Hafiz və 

Sədi kimi söz sərraflarının bədii irsinə qayıdış bu dövrün poeziyasının  əsas 

atributu idi. 

 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin