Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə4/4
tarix16.02.2017
ölçüsü0,59 Mb.
#8861
1   2   3   4

III.

 

UŞAQLARIN

 

TƏHLÜKƏSİZLİYİNİN

 

QORUNMASI

 

SAHƏSİNDƏ

 

ÖLKƏLƏRİN

 

SİYASƏTİ 

Virtual  məkanda  uşaqların  müdafiəsi,  onların 

təhlükəsizliyinin qorunması üçün yalnız valideynlər, məktəb, 

müəyyən  qurumların  gördükləri  işlər  kifayət  etmir.  Bir  sıra 

dünya  ölkələrində  uşaqlara  qarşı  olan    zorakılıqların, 

kibercinayətlərin  və  s.  qarşısını  almaq  məqsədilə  müxtəlif 

qanunlar, kodekslər, normativ aktlar tətbiq edilir. 

Milli  Təhlükəsiz  İnternet  Mərkəzləri  tərəfindən 

uşaqların  İnternet  mühitində  təhlükəsiz  qalması  üçün 

müxtəlif tədbirlər həyata keçirilir, o cümlədən bu problemin 

geniş  təbliği  ilə  məşğul  olurlar.  Cəmiyyətdə  onlayn 

t

əhlükəsizlik  məsələlərinin  qabardılması,  problemin  həlli 



yollarının  axtarılması  və  maneələrin  aradan  qaldırılması 

məqsədilə fikir mübadiləsi aparmaq və təcrübələri paylaşmaq 

üçün konfranslar,  forumlar keçirilir. 

 

 

 



53 

 

3.1. 



İnternet mühitində uşaqların təhlükəsizliyinin 

qorun

masına aid normativ sənədlər və ölkələrin siyasəti 

Bəzi  ölkələrdə,  məsələn,  Finlandiyada  artıq 

qanunvericiliyə  müvafiq  olaraq  vətəndaşların  İnternetdən 

istifadə  hüquqlarını  tənzimləyən  normalar  mövcuddur  

Böyük Britaniyada da buna bənzər  qanuna  baxılır. 

Uşaqların  İnternet  mühitində  təhlükəsizliyi  ilə  bağlı 

qanunların  tətbiqi  müəyyən  dərəcədə  qarışıqlıq  yaradır.  Bu 

mənada  ki,  o  həm  cinayət  məcəlləsini,  həm  də  digər 

məcəllələri bir neçə prizmadan əhatə edir:  

Sekstinq  (seksual  kontentli  mesajlaşma)  və  kiber 

zorakılıq  dəyişik  xarakterli  və  dəyişik  səviyyədə  zərərverən 

mesajlaşmadır  ki,  bunu  bir  neçə  ayrı-ayrı  məcəllələrə  aid 

etmək  olar.  Beləliklə,  burada  hər  bir  insidentə  geniş 

miqyasda cinayət və qeyri-cinayət aktlarını  aid etmək olar.  

Bu  tip  aktlar  əksər  hallarda  azyaşlıların  digər  bir 

azyaşlıya tətbiq etdiyi aktlardır. Beləliklə, həm cinayətkarın, 

həm  də  qurbanın  azyaşlı  olması  azyaşlılar  üçün  cinayət 

məcəlləsini, uşaq mühafizə proqramını və məktəb proqramını 

da əhatə edir.  

Mobil  qurğular  (cib  telefonları  və  İnternet)  üzərindən 

həyata  keçirilir.  Bu  isə  hazırkı  qanunvericilikdə  sadəcə 


54 

 

fərdlər  tərəfindən  istək  olduqda  bu  tip  məlumatlardan 



qorunma  operatorlar  və  ya  İnternet  provayderləri  tərəfindən 

təklif edilə bilər.  

Məhz  yuxarıda  sadalananlara  görə  bu  tip  kontentlərlə 

mübarizənin  sadəcə  cinayət  qanunvericiliyi  üzərindən 

aparılması  gözlənilən  effektivliyi  verməyəcəkdir.  Uşaqların 

elektron  mühitdə  aldığı  ziyanların,  psixoloji  zərbələrin 

qarşısını  almaq  məqsədilə  müxtəlif  yanaşmalardan  istifadə 

etməklə və onun qanunlarla tənzimlənməsi daha doğru olardı. 

Müxtəlif ölkələr bu siyasəti fərqli şəkildə həyata keçirir. Biz 

aşağıda  bir  neçə  ölkənin  bu  məsələyə  yanaşması  ilə  bağlı 

normativ sənədləri nəzərdən keçirəcəyik. 

Avropada  şagirdlərin  və  məktəb  şəbəkələrinin 

müd

afiəsi  üçün  bir  sıra  inzibati  və  texnoloji  tədbirlər  tətbiq 



edilir  ki,  İngiltərə  parlamenti  hökumətin  təklif  etdiyi 

proqrama 

əsasən  2011-ci  ilin  sentyabr  ayından  başlayaraq 

ingilis məktəbliləri tədris proqramının çərçivəsində 5 yaşdan 

böyük  olan  uşaqlar  üçün  kibertəhlükəsizlik  üzrə  təlimlər 

aparılır. Eyni zamanda, uşaqların İnternet təhlükəsizliyi üzrə 

Britaniya Şurası yaradılmışdır. Bu cür təhlükəsizlik proqramı 

Avstraliyada da yaradılmışdır.  

2006-

cı ildə İtaliyada “Cinsi istismar və İnternetdə uşaq 



55 

 

pornoq



rafiyası ilə mübarizəyə dair Qanun”  qəbul edilmişdir.  

27 iyul 2006-

cı  ildə  ABŞ-da  "Uşaq  muhafizəsi  və 

təhlükəsizliyi  Qanunu"  (Adam Walsh Child Protection and 

Safety Act) qəbul olunmuşdur. Məqsədi uşaqları istismar və 

zorakı  cinayətlərdən  qorumaq,  uşaq  pornoqrafiyasının 

qarşısının  alınmasını  bütün  səviyyələrdə  həyata  keçirmək, 

cinsi  istismarçıların  uşaqlara  əlçatarlığının  qarşısını  almaq, 

uşaqların  İnternetdə  təhlükəsizliyini  təmin  etməkdir. 

Qanunvericiliyə  əsasən,  son  5  ildə  bu  tip  cinayətdə  iştirak 

etmiş  şəxslərin  barmaq  izləri  Cinayətlərin Milli məlumat 

bazasına daxil edilir [37]. 

2011-

ci  ildə    Ukraynada  “Auditoriyası  uşaqlar  olan 



veb-

resursların  sahibləri  üçün  tövsiyələr”  adlı  sənəd  qəbul 

olunmuşdur  [38].  Sənəddə  uşaqların  yaşını  və  digər  psixi-

fizioloji xüsusiyyətlərini nəzərə alaraq, uşaq veb-resurslarının 

yaradılması    zamanı  əməl  edilməsi  vacib  olan  tövsiyələr 

nəzərdə tutulur.   

2011-

ci  ildə  Rusiyada  “Uşaqların  sağlamlığına  və 



inkişafına  zərər  verən  informasiyadan  qorunması  Qanunu” 

qüvvəyə  minmişdir.  Qanuna  əsasən,  uşaqlarda  qorxu, 

vahimə, çaxnaşma yaradan informasiya qadağan olunmuşdur. 

30 noyabr 2013-

cü ildə “Uşaqların informasiya təhlükəsizliyi 


56 

 

konsepsiyası” forumu keçirilmişdir. 



2006-

cı  ildə  Fransada internet-provayderləri  ilə 

razılaşmaya görə həddi-buluğa çatmayanların İnternetə daxil 

olması yalnız valideyn nəzarəti altında mümkündür. İnternetə 

filtrasiya  tətbiq  edilmişdir,  belə  ki,  İnternetdən  istifadənin 

təhlükəli  tərəfləri  haqqında  məlumatlandırmaq  məqsədilə 

qaynar  xətt  rolunu  oynayan    xüsusi    saytlar    vasitəsilə  

hökümət  orqanlarına  məlumat  verilir. 

Dünyanın  müxtəlif  ölkələrində  bu  problemlə  bağlı 

rəsmi  sənədlər  qəbul  edildir.  Eyni zamanda İnternet 

mühitində uşaqların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı 

tədbirlər  həyata  keçirilir 

(

Əlavə  1.-də  dünyanın    bəzi 



ölkələrində  uşaqların  İnternetdə  təhlükəsizliyinin  təmin 

edilməsinə  dair rəsmi sənədlər haqqında məlumat verilir). 

 

 

3.2.



  

B

əzi ölkələrin Milli Təhlükəsiz İnternet 

M

ərkəzlərinin təhlükəsizlik siyasəti 

Milli  Təhlükəsiz  İnternet  Mərkəzinin  (MTİM) 

yaradılması  və  apardığı  siyasətlə  bağlı  dünya  ölkələrində 

müxtəlif  fəaliyyətlər  mövcuddur  və  bir  neçə  ölkə  misalında  

MTİM-lərinin təcrübəsini nəzərdən keçirək.  


57 

 

Avropada nümu



nəvi  MTİM-lərdən  biri  Birləşmiş 

Krallığın Təhlükəsiz İnternet Mərkəzidir, TİM funksiyalarını 

yerinə yetirir. Mərkəz 3 təşkilatla tərəfdaşlıq quraraq maraqlı 

layihələr həyata keçirir [39]: 

 

South West grid for learning – 



İnternetdən  istifadəni 

öyrədir və müəllimlərlə işləyir; 

 

Childnet  - 



İnternet  mühitində  təhlükəsizliyin  təmin 

edilməsini öz fəaliyyətində missiya kimi qəbul edir;  

 

İnternet  Watch  Foundation  (IWF)  -  Hotline kimi 



fəaliyyət göstərir və kriminal kontentlərlə mübarizə aparır. 

İnternetin  və  texnologiyaların  təhlükəsiz  istismarı  ilə 

bağlı  böyük  miqyaslı  təbliğat  həyata  keçirərək,  ölkədə 

uşaqlar  üçün  təhlükəsiz  elektron  mühitin  yaradılması  üçün 

peşəkarları  işə  cəlb  edir,  onlayn  kriminal  kontentlərə  qarşı 

ölkə  miqyasında  əməliyyatlar  aparır,  ölkə  miqyasında 

“Təhlükəsiz İnternet” gününün təşkilinə cavabdehlik daşıyır, 

uşaqlar, valideynlər, himayədarlar və müəllimlər üçün onlayn 

resurslar hazırlayır.  

Mərkəz maraqlı layihələr həyata keçirərək müxtəlif yaş 

qrupundan olan uşaqlara, valideynlərə və himayədarlara, eyni 

zamanda  müəllimlərə  təlimatlandırıcı  məlumatlar  verir. 

Ölkənin 4 İnternet provayderi ilə əldə edilmiş razılığa əsasən 


58 

 

təklif edilən “ailə nəzarəti” paketlərinin tətbiqetmə və onlara 



qoşulma  üsullarını  təbliğ  edərək,  qurğularda  təhlükəsizlik 

məsələlərini, tövsiyələri və resursları istifadəçilərə təklif edir. 

Peşəkarların    reputasiyasından  bəhrələnir.  Bu  resurslara 

dəyişən  İnternet  mühitində  cinsi  istismar  xarakterli 

yazışmalarla mübarizə, valideynlər üçün “Necə etmək olar?” 

təlimat videoları da daxil edilir.  

Avstriya  MTİM-i    Qeyri  Hökumət  Təşkilatı  (QHT) 

olan  Avstriya  Tətbiqi  İnternet  İnstitutu  tərəfindən  yaradılıb 

[40

].  Mərkəzdə  TİM-in  funksiyalarına  daxil  olan 



maarifləndirmə  mərkəzləri,  gənclik  panelləri,  yardım  xətləri 

və qaynar xətt xidmətləri mövcuddur. Təhlükələrin qarşısının 

alınmasına  dair  müxtəlif  fəaliyyətlər  həyata  keçirir.  Onun 

fəaliyyətlərindən  biri  kimi  2013-cü  ildə  3-6  yaşlı  uşaqlar 

arasında İnternetdən istifadəyə dair aparmış olduğu sorğunu 

qeyd  etmək  olar.  Müəyyən  olunmuşdur  ki,  sorğuda  iştirak 

edənlərin  52%-i  artıq  İnternet  istifadəçiləridir.  Mərkəz  eyni 

zamanda,  valideynlər,  müəllimlər  və  himayədarlar  üçün 

kitabçalar  hazırlayır  və  uğurlu  media  kampaniyaları  həyata 

keçirir.  Eyni  zamanda  sosial  mediadan  istifadəyə  dair 

müxtəlif  vəsaitlər  hazırlanıb  paylanmışdır.  Misal  olaraq, 

həmin il məktəblərdə təşkil edilmiş 850-dən artıq təlimlərdə 



59 

 

16000  nəfərdən  çox  uşaq,  5000  nəfərdən  artıq  müəllim, 



valideyn, himayədar öyrədilməsini göstərmək olar.    

Almaniyada  MTİM-i 2008-ci  ildə  yaradılmışdır  [41]. 

Həm  uşaqlar,  həm  də  valideynlər  üçün  nəzərdə  tutulmuş 

yardım xətti, iki qaynar xətt (Internet-Beschwerdestelle.de və 

jugendschutz.ne),  maarifləndirmə  mərkəzi  –  Klicksafe  və 

Gənclərlə iş mərkəzi fəaliyyət göstərir. Valideyn, himayədar 

və müəllimlərlə  və müxtəlif yaş qruplarında olan uşaqlarla iş 

aparır. Uşaqların hüquqlarını qoruyur.  Nümunəvi MTİM-dən 

biridir.   

Rusiyada 2008-

ci 

ildən 


MTİM-i 

İnternet 

Texnologiyaları  Regional  İctimai  Mərkəzi,  "Angel 

Koalisiyası"  və  “Soprotivlenie”  insan  hüquqları  hərəkatı 

konsorsiumu olan Rusiya QHT-

lərinin dəstəyi ilə fəaliyyətə 

başlamışdır.  Rusiya  Mülki  Palatası  və  Uşaq  Ombudsmanı 

idarəsinin rəhbərliyi tərəfindən dəstəklənir [42].   

Rusiya  MTİM-nin arxitekturasına  başqalarında  olduğu 

kimi: y


ardım xətləri, qaynar xətlər, maarifləndirmə mərkəzi, 

gənclərlə  iş  xidmətləri  daxildir.  Mərkəzin  veb  səhifəsində 

uşaq və yeniyetmələrlə iş apararaq, kibertəhdidlərin müxtəlif 

növləri  haqqında  Rusiyanın  aparıcı  ekspert  və  analitikləri 

tərəfindən  ətraflı  şərhini  verir  və  istifadəçilərə  konsaltinq 


60 

 

xidmət göstərir. 2012-ci ildən Rusiya itkin düşmüş uşaqların 



məlumat  bazasına  inteqrasiya  edilmişdir.  www.nedopusti.ru 

saytı vasitəsilə axtarışda olan uşaqların elanı verilir. 

Yuxarıda  qeyd  olunan  TİM-lərin  hər  biri  TİMŞ-ə 

qoşulmuş 30 Təhlükəsiz İnternet  Mərkəzi ilə əlaqəli işləyir. 

Onlar hər il fevral ayında “Təhlükəsiz İnternet günü”nü qeyd 

edir, Forumlarda iştirak edərək birgə informasiya və təcrübə 

mübadiləsi  həyata  keçirirlər.  Hesabatlar  hazırlayır  və  sosial 

sorğular keçirməklə daha yaxşı təhlükəsiz İnternet  mühitinə 

nail olmağa çalışırlar. 

Qeyd  etmək  lazımdır  ki,  bütün  TİM-lər  uşaqların 

onlayn  mühitdə  təhlükələrlə  qarşılaşmasının  qarşısını  almaq 

və  təhlükəni  vaxtında  zərərsizləşdirmək  missiyasını  daşıyır. 

Eyni zamanda,  

maarifləndirici tədbirlər həyata keçirir. 



 

3.3. 

Uşaqların təhlükəsizliyinə dair keçirilən 

konfranslar 

Uşaqların  İnternetdə  təhlükəsizliyi  məsələsi  çox  vaxt 

İnternet  Təhlükəsizliyi  konfranslarının  tərkibində  bir 

istiqamət  kimi  qoyulur.    Onlayn  mühitdən  qaynaqlanan  

təhlükələrin  yaratdığı  problemlər  və  onların  aradan 

qaldırılması yolları bütün konfranslarda öz əksini tapır.  



61 

 

 



“Təhlükəsiz 

İnternet 

Proqramı” 

çərçivəsində 

Təhlükəsiz  İnternet  Forumu  tərəfindən  2004-cü  ildən 

ba

şlayaraq  ənənəvi  olaraq  hər  il  təhlükəsizlik  üzrə  onlayn 



konfrans  təşkil  edilir.  Forumun  mövzuları  uşaq 

təhlükəsizliyindən mobil telefonlara, qanunazidd kontentlərlə 

mübarizəyə,  maarifləndirmənin  artırılması  mexanizmlərinə, 

yaş  fərqləndirilməsinə  və  sosial  şəbəkələrə,  uşaq  və  onlayn 

təhlükəsiz  təhsilə  kimi  genişlənir.  6-7 noyabr 2014-cü il 

tarixdə  Brüsseldə  ‘Growing  Up  Digitally”  (“Rəqəmsal 

şəkildə  böyümə”)  adlı    11-ci  Təhlükəsiz  İnternet  Forumu 

keçirilmişdir.  Dünyanın  təxminən  40  ölkəsindən  260 

nəfərdən  çox  uşaq  təhlükəsizliyi  sahəsində  maraqlı  olan 

gənclər,  alimlər,  sənaye  nümayəndələri,  müəllimlər,  QHT-

lər,  Avropa  Komissiyasının  nümayəndələri  Foruma 

qatılmışdır.  Konfransda  uşaq  onlayn  təhlükəsizliyi  ilə  bağlı 

so

n  tendensiyalar,  risklər  və  onların  həlli  yolları  müzakirə 



edilmişdir [43]. 

2010-


cü  ilin  fevralın  9-da,  Beynəlxalq  Təhlükəsiz 

İnternet günündə Moskvada "İnternetin inkişafı və Dostluq" 

Runet fondlarının dəstəyi ilə “Təhlükəsiz İnternet” adlı illik 

forum keçirilmişdir. 

2012-ci il 6-

9  noyabr  tarixlərində  Bakıda  keçirilən 



62 

 

İnternet  İdarəçilik  Forumunda  (İİF)  uşaqların  İnternetdə 



təhlükəsizliyi ilə bağlı problemə diqqət yetirilmişdir.  

23 sentyabr 2013-

cü ildə Mançestrdə "Child Protection 

in the Digital Environment Conference" (

Rəqəmsal mühitdə 

uşaqların müdafiəsi) konfransı keçirilmişdir. Konfransda cəlb 

olunma  problemləri  (uşaq,  valideyn  və  himayədarların 

mübarizəyə  cəlb  olunması),  tətbiqetmə,  yeni  proqramlar 

vasitəsilə  çağırışlar,  onlayn  və  oflayn  mühitdə 

kibercinayətkarlara  qarşı  mübarizədə  gənclərin  birliyi, 

gənclərə  tövsiyələrin  və  dəstəyin  təmin  olunması,  onlayn 

mühitdə  zərbə  almış  insanların  cəmiyyətə  qaytarılması 

problemlərini  əhatə  etmişdir.  Konfrans  CAPITA  (onlayn 

təhlükəsizliklə  bağlı  konfransların  təşkilatçısı)  tərəfindən 

təşkil edilmişdir [44]. 

12 noyabr 2013-

ci  il  tarixdə  Brüsseldə  Forum  Europe 

(www.forumeurope.com

)    təşkilatçılığı  ilə  (The  2013 

European Child Safety Online Conference ) “2013 Avropa 

Onlayn  mühitdə  Uşaqların  təhlükəsizliyi”  konfransı 

keçirilmişdir.  Bir  çox  ölkədən  iştirakçılar  qatılmışdır. 

Qanunvericili

k,  valideyn  və  uşaqların  rəqəmsal  ədəbiyyatla 

təmin  olunması,  beynəlxalq  strategiyaya  (uşaq  istismarı  və 

qeyri-


qanuni  kontentə  qarşı)  aid  problemlər  konfransın 

63 

 

mövzusunu əhatə etmişdir [45]. 



3-4 mart 2014-

cü  ildə  Avstraliyanın  Sidney  şəhərində 

"Child Online Safety and Protection Conference" (

Uşaq 


Onlayn 

Təhlükəsizlik və Müdafiəsi) konfransı keçirilmişdir. 

Onlayn  mühafizə  üçün  çərçivənin  hazırlanması,  İnternet 

təhlükələri  və  kibercinayətkarlıq,  təhsil,  onlayn  monitorinq 

və  data  mərkəzlərin  mühafizəsi  və  kibercinayətkarlığın 

psixoloji 

təsirləri  konfransın  mövzularına  daxil  olmuşdur  

[46]. 


 23 sentyabr 2014-

ci ildə Londonda (Child Protection in 

the Digital Envi

ronment)  “Rəqəmsal  mühitdə  uşaqların 

mühafizəsi”  konfransı  keçirilmişdir.  Konfransda  inkişafda 

olan  sosial  media  tətbiqləri  bazarının  riskləri,  kurikulum 

proqramına  İnternet  təhlükəsizliyin  daxil  edilməsi, 

İnternetdən  uyğunsuz  istifadə,  kiberxuliqanlıq  və  onlayn 

cinsi  istismarın  idarə  edilməsi  məsələlərinə  baxılmışdır. 

Konfransın təkilatçısı  CAPITA şirkəti olmuşdur [47]. 

Bütün  konfranslarda  qoyulan  məsələlər  və  problemlər 

gənc  nəslin  təhlükəsizliyinə  yönəlmiş  və  onların  həlli 

y

ollarını araşdırmaqdan ibarət olmuşdur. 



 

 

64 

 

3.4. Mövzu üzr



ə elmi araşdırmalar və nəşrlər 

Dünya alimləri tərəfindən İnternet mühitində uşaqların 

təhlükəsizliyi problemi ilə bağlı araşdırmalar, demək olar ki, 

son  20  ili  əhatə  edir.  Müxtəlif  elmlər  arasında  sinergetik 

münasibətlər bu sahədə də özünü göstərir. Bu problem tibb, 

pedaqog


ika,  hüquq,  psixologiya  və  s.  sahələr  üzrə  tədqiqat 

aparan  alim  və  mütəxəssislərin  elmi  araşdırma  obyektidir. 

İnternet  mühitinin  uşaqların  sağlamlığına,  psixologiyasına 

vurduqları  zərəri,  kompüterdən,  oyunlardan  asılılığı,  onlayn  

mühitdə  uşaqların  hüquqlarının  pozulmasını,  İnternet 

üzərindən uşaqlara qarşı olan cinsi istismarı, kibercinayətləri, 

zərərli məlumatların və s. yaratdığı problemlərin həlli yolları 

göstərilir.  Aşağıda  adları  çəkilən  alimlərin  tədqiqatlarında 

müxtəlif  yanaşmalara rast gəlmək olur.  

D.A.Boq


danovanın tədqiqatlarını məktəbyaşlı uşaqların 

İnternet  mühitində  qarşılaşdığı  təhlükələrdən    xəbərdar 

olması üçün məktəbin və ailənin birgə aparacağı işlər təşkil 

edir.  Eyni  zamanda  Rusiya  məktəblərində  uşaqların 

İnternetdə təhlükəsizliyinin və hərtərəfli kibertəhlükəsizliyin 

təmin  edilməsi  üçün  Təhlükəsiz  İnternet  Mərkəzinin  rolu 

qeyd olunur. 

 


65 

 

A.A Denisov



un    fikrincə  onlayn-oyunlara    aludəçilik 

təkcə    güclü  psixoloji  amil  deyil,  həm  də  gözəl  kompüter 

qrafikası və insanın ən müxtəlif tələbatlarının reallaşmasında 

geniş  imkanlar  nəzərdə  tutur.  Oyun  zamanı  tələbatın  

reallaşması  sosial  maneələr  törətmir,  yalnız    şəxsiyyət 

tərəfindən öz fikirlərinə görə tənzimlənir.  

ABŞ  Bredford Universitetinin psixoloqu,  dünyada 

İnternet asılılığı üzrə tanınmış mütəxəssis, “İnternet Asılılığı 

Mərkəzi”nin  yaradıcısı,  Kimberly  S.  Young  İnternetdən 

asılılığın  kliniki  və  psixoloji  problemləri,  kibercinayətlər, 

İnternetdən müxtəlif asılılıqlarla bağlı çox sayda məqalələrin 

və  kitabların  müəllifidir.    “3-6-9-12 Parenting Guidelines“ 

yaş  qruplarında  olan  uşaqların  İnternetdən  asılılığının 

qarşısının  alınması  məqsədilə  valideynlər  üçün  təlimatlar 

hazırlamışdır  [48].  Valideynlərə  kömək  məqsədilə  uşaqların 

kompüter  oyunlarından  asılılığın    qarşısının  alınması  və  

vaxtın düzgün seçilməsi, yaşa uyğun vaxt bölgüsü və bir sıra 

məsləhətlər öz əksini tapmışdır [48].  

Amerikalı müəlliflər, “Uşaq cinayətlərinə dair işlər üzrə 

araşdırma  mərkəzi”-nin    tədqiqatçıları  hüquqşünas  Janis 

Wolak, David Finkelhor, Kimberly J. Mitchell öz 

tədqiqatlarını uşaqların İnternet mühitində aldıqları zərbələr, 



66 

 

onlara  qar



şı    cinayətlər,  onlayn  "canavarlar"ın  azyaşlılara 

qarşı  təhdidləri,  İnternet  təhlükələri  ilə  rastlaşan  uşaqları 

cinayətə cəlb etmək istəyən insanlardan xilasetmə modelləri 

təşkil  edir.  Eyni  zamanda  onlayn  cinayətkarların  qurbanına 

çevrilmiş  yeniyetmələr  real  həyatda  görüşlərinin  və  şəxsi 

məlumatlarının  yayılmasının  qarşısının  alınması  üçün 

tövsiyələr  hazırlanmışdır.  Müəlliflər  tərəfindən  pedofillərin 

uşaqlara  olan  basqısı  ciddi  bir  problem  kimi  araşdırılmış, 

onlara  qarşı  ciddi  yanaşmalar  olarsa, qabaqlayıcı  tədbirlərin 

görülməsi,  yaranmış  təhlükə  ilə  bağlı  müvafiq  strategiyanın 

qa

rşısının  alınması    göstərilmişdir.  Hər  üç  müəllifin  ayrı-



ayrılıqda  və  birlikdə  onlayn  uşaq  istismarı  və  onun  həlli 

yolları ilə bağlı bir çox məqalələri vardır. 

Nottingham Trent Universitetinin psixoloqu Mark 

Griffits


in  tədqiqat  maraqlarını  kiberpsixologiya, azartlı 

oyunlardan, v

ideo oyunlardan asılılıq, ümumiyyətlə, İnternet 

asıllığının müxtəlif formaları təşkil edir. 

Türk

iyə  elmi  mətbuatında  uşaqların  İnternetin  zərərli 



təsirlərindən  aldığı  zərbələr,  İnternet  asılılığı,  yaranmış 

təhlükələr,  azyaşlı  məktəblilərin  kompüterin  və  İnternetin 

zərərli  təsirlərindən  qorunması,  Türkiyə  Cumhuriyyətinin  

Avropa EU-

Kids təşkilatının üzvü  olaraq layihə çərçivəsində 


67 

 

aparılan araşdırmalara Fatma Kubra Çelenin yazılarında rast 



gəlmək olur.   

Uşaqlara qarşı olan onlayn cinayətlər, şəkillər vasitəsilə 

İnternet  üzərindən  onların  cinsi  istismarı,  oyunlardan  və  ya 

ümumiyyətlə,  kompüterdən  asılılıq,  zərərli  informasiyanın 

qəbulu  və  s.  bu  tipli  problemlərlə  bağlı  məqalələr  müxtəlif 

elmi jurnallarda şərh olunur. “Journal of Adolescent Health”, 

"Journal of  Korean Academy of  Child Health Nursing", 

"Computers in Human Behavior"  (Elsevier),  "Journal of 

Applied Developmental Psychology" 

(Elsevier), 

"TechTrends"  (Springer),  "Cyberpsychology & Behavior", 

Rusiyada nəşr olunan müəllimlər, valideynlər və psixoloqlar 

auditoriyası 

üçün 


nəzərdə 

tutulmuş 

«Дети 

в 

информационном обществе» və s. jurnalların adını çəkmək 



olar.  

3.5. Az

ərbaycanda uşaqların İnternetdə 

t

əhlükəsizliyi probleminin həlli ilə bağlı  görülən işlər 

Son  illər  İnternetdə  uşaqların  təhlükəsizlik  problemi  

cəmiyyətin,  dövlətin  və  səlahiyyətli  şəxslərin  diqqətini  cəlb 

etməkdədir. İC-nin qurulması, İKT-nin bütün sferalara geniş 

tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət aparılır və bir 

sıra  qanunlar,  dövlət  proqramları  qəbul  edilmişdir. 



68 

 

Azərbaycan  Respublikası  Prezidentinin  2014-cü il 2 aprel 



tarixli  sərəncamı  ilə  təsdiq  edilmiş  "Azərbaycan 

Respublikasında  İC-nin  inkişafına  dair  2014-2020-ci  illər 

üçün  Milli  Strategiya"da  İC-nin  bərqərar  olması,  onun 

yaratdığı  imkanlardan  vətəndaşların,  cəmiyyətin,  dövlətin 

inkişafı üçün səmərəli istifadə edilməsi, ölkənin davamlı  və 

dayanıqlı  tərəqqisi  İKT-nin  dövlət  idarəçiliyində  hərtərəfli 

tətbiqi  üçün  bir  çox  istiqamətdə  işlərin  aparılması  nəzərdə 

tutulmuşdur.  Elektron  mühitdə  məlumatların  qorunması, 

ölkənin  informasiya  məkanında  təhlükəsizliyinin  təmin 

olunması,  İKT-yə inamın  artırılması, bu sahəni tənzimləyən 

normativ 

hüquqi 


bazanın 

inkişaf 


etdirilməsi, 

məlumatlandırma  və  maarifləndirmənin  həyata  keçirilməsi 

Mill

i  Strategiyanın  əsas  məqsədlərindəndir.  Milli 



Strategiyada  “uşaqların  qanunazidd  və  təhlükəli  kontentdən 

qorunması  üçün  “təhlükəsiz  İnternet”  mexanizminin 

işlənilməsi  və  tətbiqi”  informasiya  təhlükəsizliyinin  təmin 

edilməsində əsas hədəflərdən biridir [49]. 

Ölkəmiz  bütün  sahələrdə  olduğu  kimi,  uşaqların 

İnternetdə  təhlükəsizliyi  probleminin  həll  olunması 

məsələsində  də  dünyada  gedən  proseslərdən  geri  qalmır  və 

bu  məsələ  son  illər  ərzində  cəmiyyətin,  dövlətin  və 



69 

 

səlahiyyətli  şəxslərin  diqqətini  cəlb  etməkdədir.  Mətbuatda, 



İnternet səhifələrində bu mövzu ilə bağlı yazılara rast gəlmək 

olur. 


2008-

ci  ildə  Azərbaycan  İnternet  Forumu,  Təhsil 

Nazirliyi  və  Microsoft  şirkətinin  Azərbaycandakı 

nümayəndəliyi 

tərəfindən 

“Uşaqların 

İnternetdə 

Təhlükəsizliyi”  adlı  layihə  həyata  keçirilmişdir.  Layihənin 

məqsədi uşaqların İnternetdə təhlükəsizliyi və onların zərərli 

informasiya

dan  qorunması  ilə  bağlı  müəllimlər,  valideynlər 

və uşaqlar üçün metodiki-informasiya dəstəyi göstərməkdən, 

ictimaiyyətin  diqqətini  bu  problemə  cəlb  etməkdən  ibarət 

olmuşdur. 

Qeyd olunan qurumlar tərəfindən birgə həyata keçirilən 

layihə  çərçivəsində  “Uşaqların  İnternetdə  Təhlükəsizliyi” 

[50] 

adlanan kitab nəşr olunmuşdur. Kitabda müasir dövrdə 



tədris  vasitəsinə  çevrilən  İnternetdəki  təhlükələrin  olması 

haqqında  məlumatlarla  yanaşı,  valideynlər,  müəllimlər  və 

uşaqlar  tərəfindən  hansı  addımların  atılmasının  vacibliyi 

haqq


ında tövsiyələr verilmişdir . 

2012-


ci  ildən  İnternet-servis-provayderi “Sazz”, 

AzEduNet (Azerbaijan Educational Network) təhsil şəbəkəsi 

ilə  birgə  “Məktəblilər  üçün  təhlükəsiz  İnternet”  layihəsi 


70 

 

həyata keçirir. Layihənin məqsədi uşaqları elektron mühitdə 



arzuolunmaz  kontentdən  –  zorakılığı,  ekstremizmi,  ədəbsiz 

leksikanı özündə saxlayan resurslardan müdafiə etməkdir. 

Azərbaycan  Rabitə  və  Yüksək  Texnologiyalar 

Nazirliyinin  (RYTN)  dəstəyi  ilə  Azərbaycan  Respublikası 

Təhsil  Nazirliyi  tərəfindən  təhsil  müəssisələrində  filtrasiya 

sistemi tətbiq edilmiş, cəmiyyətdə informasiya təhlükəsizliyi 

ilə  bağlı  maarifləndirici  tədbirlər  və  bəzi  məktəblərdə 

treninqlər keçirilmişdir. 

Azərbaycan 

İnsan 


Hüquqları 

Müvəkkilliyinin 

tövsiyələrinə  uyğun  olaraq  BMT-nin  “Uşaq  hüquqları” 

Konvensiyasının qəbul olunmasının 25 illiyinə həsr olunmuş 

"Hər  bir  uşağın  qayğısına  qalaq!"  aylığına  qoşulmuşdur. 

2014-


cü ilin oktyabrın 20-dən noyabrın 20-dək davam edən 

bu  aylıq  çərçivəsində  ölkədə  uşaqların  hüquqlarının,  o 

cümlədən 

İnternetdə, 

kiberməkanda 

təhlükəsizliyin 

qorunmas

ı ilə bağlı bir sıra tədbirlər keçirilmişdir [51]. 

Müəyyən  qurumlar  tərəfindən  bu  tədbirlər davam 

etməkdədir,  məqsəd  Azərbaycanda  yaşayan  uşaqların 

İnternet  mühitində  olan  təhlükələrdən  xəbərdar  olması  və 

kiberməkanda  olan  cinayətkarlarla  qarşılaşmasına  mane 

olmaqdan ibarətdir.   


71 

 

NƏTİCƏ 

Gənclik  dövrü  şəxsiyyətin  formalaşdığı,  cəmiyyətdə 

düzgün mövqe tutub, ölkəsinə layiqli vətəndaş kimi yetişdiyi 

bir dövrdür. Müxtəlif təhdidlərin təsiri ilə bu proses düzgün 

olmayan şəkildə gedərsə, İC-nin formalaşmasına mənfi təsir 

edəcəkdir. 

İnternetdə  uşaqlar  real  həyatda  olduğundan  daha 

müdafiəsizdirlər,  valideynlərin  onları  necə  müdafiə  etməyi 

bilməsi çox vacibdir. Valideynlərin üzərinə düşən ilk vəzifə 

özlərinin  kompüter savadlılığını və İnternetin resurslarından 

istifadə  bacarığını  artırmaqdır.  Uşaqları  İnternetdəki 

təhlükələrdən  qorumaq  üçün  onların  istifadə  etdikləri 

kompüterlərə ailə “nəzarət sistemləri”, antivirus proqramları 

yazılmalı, 

uşaqların 

müəyyən 

kontentlərə 

çıxışı 

məhdudlaşdırılmalıdır.  İnternetdə  işləmək  üçün  vaxt 



məhdudiyyətləri  qoyulmalı,  onların  kompüter  qarşısında 

saatlarla  vaxt  keçirməsinin  qarşısı  alınmalıdır.  Valideynlər 

tərəfindən övladlarına kompüterin faydaları və onun təhlükəli 

və arzuolunmaz cəhətləri izah edilməlidir. 

İnternetdəki təhlükələrdən qorunmaq üçün ailə-məktəb-

dövlət  kompleks  şəkildə  fəaliyyət  göstərməli  və  bununla 

bağlı müxtəlif tədbirlər həyata keçirilməlidir. Məktəblərdə bu 


72 

 

problemi  uşaqlara  təbliğ  etmək  məqsədilə  şuralar 



yara

dılmalı, onlara İnternetdə özlərini necə aparmaları barədə 

tövsiyələr verilməlidir.  Bunlara  aşağıda sadalanan tədbirləri 

aid etmək olar: 

 

Milli Təhlükəsiz İnternet Mərkəzinin yaradılması; 



 

KİV  ilə  İnternetdəki  təhlükələrin  gənc  nəslin 



nümayəndələrinə  vurduğu  psixoloji  zərərlə  bağlı 

təbliğatın aparılması; 

 

Beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi; 



 

İNSAFE təşkilatı ilə əməkdaşlığın yaradılması; 



 

Uşaqların  İnternetdə  təhlükəsizliyinin  təmin 



olunmasına dair  saytın yaradılması; 

 



Bu 

sahədə ixtisaslaşan elmi kadrların hazırlanması; 

 

Uşaqlar  üçün  nəzərdə  tutulan  sosial  şəbəkələrin 



yara

dılması; 

 

Uşaqlar 



üçün 

maarifləndirici 

broşürlərin 

hazırlanması; 

 

Valideynlər, 



müəllimlər 

üçün 


İnternetin 

təhlükəsizlik  məsələlərinə  dair  vəsaitlərin, 

kitabç

aların,  bukletlərin  hazırlanması  və  kursların 



təşkili; 

 



Təhlükələrin  yaratdığı  zərərli  nəticələri  göstərən 

73 

 

video-



çarxların hazırlanması; 

 



Kurikulum  proqramına  İnternetin  təhlükələri 

barədə dərslərin salınması; 

 

“Təhlükəsiz  İnternet  Günü”nün  məktəblərdə  qeyd 



edilməsi, məktəblilər arasında bu problemlərə həsr 

olunmuş müxtəlif müsabiqələr, görüşlər, seminarlar 

keçirilməsi müsbət nəticələrə gətirib çıxara bilər. 

Valideyn


lər,  məktəblər  və  bu  işdə  səlahiyyətli  olan 

şəxslər  uşaqları  İnternetdə  olan  təhlükələrdən  mühafizə 

etmək  və  yaxud  yaranmış  təhlükələrin  qarşısını  almaq 

məqsədilə  müxtəlif  vasitələrlə  bu  problemin  düzgün  həllinə 

öz  töhfələrini  verə  bilərlər.  Gənc  nəsil  yüksək  kompüter 

biliklərinə malik, düzgün istiqamətlənmiş, İC-nin tələblərinə 

cavab 

verə 


biləcək 

elektron 

vətəndaş 

kimi 


formalaşdırılmalıdır. 

Uşaqların  virtual  məkanda  olan  təhlükələrdən 

qorunması vacib və aktual məsələlərdən biridir. Azərbaycan 

Respublikasında  İC-nin  inkişafına  dair  2014-2020-ci  illər 

üçün  Milli  Strategiyanın  əsas  istiqamətlərindən  biri kimi 

informasiya  təhlükəsizliyinin  təmin  edilməsi  və  xüsusilə  bu 

sahədə    “uşaqların  qanunazidd  və  təhlükəli  kontentdən 

qorunması  üçün  “təhlükəsiz  internet”  mexanizminin 



74 

 

işlənilməsi  və  tətbiqi”  bu  problemə  dövlətin  diqqətinin 



yönəldiyini  göstərir.  Cəmiyyətin  hərtərəfli  inkişafı  İC-nin 

yaratdığı  bütün  imkanlardan  bəhrələnməyə  əlverişli  şərait 

yaradır. 

 

 



 

 

75 

 

Əlavə 1.  Dünyanın bəzi ölkələrində uşaqların 



İnternetdə təhlükəsizliyinin təmin edilməsinə  dair rəsmi 

s

ənədlər 

 

№ 

Ölk

ə 

Q

əbul edilən sənəd  

İl 

1.

 



 

ABŞ 


Uşaq mühafizəsi və 

t

əhlükəsizliyi Qanunu 



2006 

2.

 



 

ABŞ 


İnternetin seksual 

yırtıcılardan islah 

edilm

əsi Qanunu 



2008 

3.

 



 

Argentina 

Uşaq və yeniyetmələrin 

haqqlarının tam şəkildə 

mühafiz

əsi qanunu 



2005 

4.

 



 

Avropa Birliyi 

İnternetdə uşaq 

pornoqrafiyası ilə 

mübariz

əyə dair şura 



q

ərarı 


2000 

 

5.



 

 

Avropa Birliyi 



Uşaq pornoqrafiyası və 

cinsi istismarla 

mübariz

əyə dair çərçivə 



q

ərarı 


2003 

6.

 



 

Avropa Şurası 

Uşaqların cinsi istismar 

v

ə isitifadədən 



mühafiz

əsi haqqda 

Konvensiya 

2007 


7.

 

 



Avstriya 

Kriminal hüququn 

d

əyişidirilməsi qanunu 



2004 

8.

 



  Birl

əşmiş Krallıq 

Cinsi istismara dair 

Qanun 


2003 

9.

 



  Birl

əşmiş Krallıq 

Uşaq pornoqrafiyasının 

qarşısının alınmasına dair 

Qanun 

1996 


76 

 

10.



 

 

Birl



əşmiş 

Mill


ətlər Təşkilatı 

Uşaq hüquqlarına dair 

konvensiya 

1990 


11.

 

 



Birl

əşmiş 


Mill

ətlər Təşkilatı 

Uşaqların silahlı 

konfliktl

ərə cəlb 

edilm


əsinə dair Uşaq 

Hüquqları 

Konvensiyasına əlavə 

protokolu 

2002 

12.


 

 

Braziliya 



İnternetdə uşaq 

pornoqrafiyası ilə bağlı 

Qanun 

2008 


13.

 

 



Koreya 

Respublikası 

G

ənclərin seksual 



istismarının qarşısının 

alınmasına dair qanun 

2000 

14.


 

 

Estoniya 



Uşaq mühafizəsi Qanunu  1993 

15.


 

 

İrlandiya 



Uşaq alveri və 

pornoqrafiyasına dair 

Qanun 

1998 


16.

 

 



İsveçrə 

Zorakı pornoqrafiyanı 

t

əmsil edən  obyektlərlə 



federal mübariz

ə qanunu 

2002 

17.


 

 

İtaliya 



Cinsi istismar v

ə 

İnternetdə uşaq 



pornoqrafiyası ilə 

mübariz


əyə dair Qanun 

2006 


18.

 

 



Kanada 

Uşaq mühafizəsi kriminal 

kodeksin

ə dəyişiklik 

2002 

19.


 

 

Kosta-Rika 



Azyaşlıların seksual 

istismarına dair qanun 

1999 

20.


 

 

Panama 



M

ərkəzi Amerika, 

Panama v

ə Dominikan 

Respublikasında, 

Azyaşlıların kommersiya 

m

əqsədi ilə istismarının 



qarşısının alınmasına dair 

2004 


77 

 

 



 

 

 

qanuna 


əlavə 

21.


 

 

Rumıniya 



Pornoqrafiya il

ə 

mübariz



ə və qarşısının 

alınması Qanunu 

2003 

22.


 

 

Tayvan 



Azyaşlıların və uşaqıarən 

seksual istismarı ilə 

mübariz

əyə dair Qanun 



1999 

23.


 

 

Venesuala 



İnternet video və digər 

multimedia vasit

ələrində 

uşaqların və yetkinlik 

yaşına çatmamışların 

mühafiz


əsi Qanunu 

2006 


24.

 

  Yeni Zellandiya 



Filml

ər, videolar və 

n

əşrlərin 



t

əsnifləşdirilməsi Qanunu 

1993 


78 

 

QLOSSARİ 

 

1.

 



Phishing”  texnologiya

  –  bədniyyətli  insanlar 

tərəfindən  istifadə  edilən  metoddur,  istifadəçi 

s

axtakarlıqla  düzəldilmiş  e-poçt  məktubunu  açmağa 



həvəsləndirilir, e-poçtda  olan  linkə  basmaqla 

aktivləşdirilən  zərərli  proqramlar  istifadəçinin  şəxsi 

məlumatlarını öyrənir.

 

2.



 

Awareness Centre (Maarifl

əndirmə  Mərkəzləri)  – 

s

əlahiyyətli  insanları,    valideyn,  himayədar və 



əllimləri gənc  insanların  İnternetdən  istifadəsi 

zamanı 

yaranacaq 



potensial 

risklərlə 

bağlı 

m

əlumatlandırır və onların təhlükəsizliyini təmin edir.



 

3.

 



Child abuse – 

uşaq istismarı. Psixoloji, emosional və 

cinsi cəhətdən uşağa zərər verə biləcək fəaliyyətlərdir. 

4.

 



Content Filtration (M

əzmun Filtrasiyası) – İnternetdə 

mübahis

əli hesab edilə  biləcək kontentlərin 



görünm

əsini və  onlara  çıxışı  məhdudlaşdırılmasıdır.  

M

əzmun 


filtrasiyası 

kütləvi istifadəçilərin 

t

əhlükəsizliyini təmin edən şirkətlər və həmçinin uşağın 



onlayn t

əhlükəsizliyini təmin edən valideynlər 

t

ərəfindən tətbiq edilən proqram təminatıdır. 



79 

 

5.



 

COP (Child Online Protection) – 

uşaqların İnternetin 

z

ərərli təsirlərindən  qorunması  məqsədilə  13 noyabr 



2008-ci ild

ə  Beynəlxalq  Telekommunikasiya  İttifaqı 

(BTİ)  bu  məsələ  ilə  bağlı  “Kiberməkanda  uşaqların 

müdafi


əsi”  adlı  təşəbbüs  irəli  sürmüşdür.    Əsas hədəf 

uşaqlara  təhlükəsiz və  güvənli bir elektron mühitin 

yaradılması  məqsədilə  beynəlxalq ictimaiyyətin 

diqq


ətini bu məsələyə  cəlb edərək tərəfdaşlar 

tapmaqdan ibar

ətdir.  

6.

 



Criminal behaviour – 

kriminal davranış.

 

7.

 



Cyber Bullying (kiber xuliqanliq v

ə ya kiber zorakılıq) 

– 

İnternet,  elektron  poçt,  mobil  telefon  və  digər 



elektron texnologiyalar vasit

əsilə 


insanların 

h

ədələnməsi, qorxudulması və narahat edilməsidir.  



8.

 

Cyber Crime (Kiber cinay

ət və  ya xakerlik)  – 

Kompüterl

ər, smartfon telefonlar və  digər yüksək 

texnologiya  qurğuları  vasitəsilə  edilən qeyri-qanuni 

f

əaliyyətlərdir. Kiber cinayətə  hər  hansı  bir  şəbəkədə 



xüsusil

ə  İnternet  şəbəkəsində  həyata keçirilən 

fırıldaqçılıq,  oğurluq,  kredit  kartı  hesablarının 

oğurlanması və s. aiddir. 

9.

 

eSafety Kit Online  – 



i

stifad


əçiləri  İnternetdəki 

t

əhlükələrdən, kiberzorakılıqlardan qorumaq məqsədini 



80 

 

daşıyır.  Layihə  maarifləndirmə  istiqamətli materiallar 



yayır.

 

10.



 

EU Kids Online –  Avropa Birliyin

ə  üzv olan 

ölk

ələrdə aparılmış tədqiqat layihəsidir.



 

11.


 

Grooming  –  g

əncləri  İnternet üzərindən seksual 

istismar ed

ən insanların davranışlarıdır. 

12.

 

Helpline  (



Yardım  xətləri)  –  İnternetdə  təhlükəsizliyin 

t

əmin olunması ilə bağlı  gənc insanlara, valideynlərə, 



əllimlərə  və  himayədarlara  fərdi  qaydada məlumat 

verir.

 

13.



 

Hotline  (Qaynar x

ətlər)  –  cəmiyyətdən  qanunazidd 

kontentl

ər (terrora cəlbetmə, vandalizm və  nifrət 

d

əstəkləyən materiallar, narkotik vasitələrin istifadəsi 



v

ə  s.) və  uşaqların  cinsi  istismarı  ilə  bağlı  konkret 

faktlar haqq

ında məlumatları qəbul edir. Qaynar xətlər 

bu  tip  faktları  araşdırır,  onlar  həqiqətə  uyğun  olduqda 

bu materialların əslini tapırlar.

 

14.


 

INHOPE  (International Association of Internet 

Hotlines)  –  Beyn

əlxalq  Qaynar Xətlər  Assosiasiyası 

dünyada İnternet qaynar xətlər şəbəkəsinin fəaliyyətini 

genişləndirir  və  dəstəkləyir. Qanunazidd məzmunlu 

kontentl


ərin qarşısını alır.

 


81 

 

15.



 

İnsafe  –  Avropada  əhalini  İnternetdə  olan təhlükələr 

bar


əsində  məlumatlandırmaq  məqsədilə    Təhlükəsiz 

İnternet Mərkəzləri Şəbəkəsi (TİMŞ) yaradılmışdır.

 

16.


 

İoT  (Internet  of  Things)  –  əşyaların  İnterneti  (Əİ) 

rəqəmsal  texnologiyaların  gündəlik  həyatımıza  nüfuz 

etməsinin 

təzahürüdür. 

Bir-biri 

ilə 


əlaqəli 

kompüterlərin  eyni  zamanda  əşyalar  ilə  bağlılığını 

göstərir.  

17.


 

Online (onlayn)  –  Real zaman müdd

ətində  qlobal 

şəbəkədə aktivlik.

 

18.



 

Parental Control – valideyn n

əzarəti proqramları.

 

19.


 

Pedofiliya  – 

yetkin  insanların  uşaqlar  üzərində 

psixoseksual hərəkətidir. 

20.


 

Physical abuse – 

uşağı  pis  vərdişlərə  yönləndirmə 

(spirtli içki, narkotik, dava-

dalaş, terrora təhrik və s.) 

21.

 

Safer Internet Centres (T



əhlükəsiz  İnternet 

M

ərkəzləri  –TİM)  –  proqram Avropa Birliyinə  daxil 



olan ölk

ələrdə  yaradılan  mərkəzlər vasitəsilə  həyata 

keçirilir. Bu m

ərkəzlər gənclərin  İnternetdən və  mobil 

qurğulardan  təhlükəsiz və  məsuliyyətli istifadəsini 

t

əmin etməklə səlahiyyətləndirilmişdir.



 

 


82 

 

22.



 

Safer İnternet Forum (Təhlükəsiz İnternet Forumu) –  

«T

əhlükəsiz  İnternet  Proqramı»  tərəfindən  ənənəvi 



olaraq h

ər il keçirilən konfransdır. 

23.

 

Safer  İnternet  Programme  –  “Təhlükəsiz  İnternet 



Proqramı”  1999-cu ildə Avropa Komissiyası tərəfindən 

hazırlanmışdır.  Proqramın  məqsədi artmaqda olan 

t

əşəbbüsləri dəstəkləmək, keyfiyyətli kontent istehsalını 



stimullaşdırmaq  və  uşaqların  cinsi  xarakterli  şəkillər 

vasit


əsilə istismarının qarşısını almaqdan ibarət idi.

 

24.



 

Sanitization – metodun mahiyy

əti həssas məlumatların 

geniş publikadan gizlədilməsidir.

 

25.



 

Sexual abuse  – 

uşağı  təhdid  etmə,  məcburi  cinsi 

davranışa  təhrik  etmək.  Fiziki  cəhətdən  zəif  uşaqlar 

hədəf ola bilər. 

26.

 

Seksting  – 



seksual  kontentli  və  dəyişik  səviyyədə 

zərərverən mesajlaşmadır.  

27.

 

SİD  (Safer  İnternet  Day) – Təhlükəsiz İnternet günü  



“İnsafe” tərəfindən təşkil  edilən, 2004-cü ildən 

başlayaraq  hər  il  fevral  ayının  ikinci  çərşənbə  axşamı 

günü keçiril

ən tədbirdir. 

28.

 

Uşaq  müdafiəsi  –



 

uşaqlarını  qorumaq  üçün  həyati 

fəaliyyət. 


83 

 

 



29.

 

Veb  gündəlik  –  məhsuldar  və  dinamik  bir  şəkildə 

paylaşmanı təmin edən onlayn gündəliklər.  

30.


 

Youth Panel (G

ənclik Panelləri)  –  Maarifləndirmə 

M

ərkəzlərinin tərkibində  fəaliyyət göstərir.  Nisbətən 



böyükyaşlı  və  İnternetdə  olan təhlükələr  haqqında 

m

əlumatlı  üzvləri  vasitəsilə  daha azyaşı  olanların 



İnternetin təhlükələrindən  qorunması  üçün  öyrədci 

xarakterli bir qrupdur.

 

 


84 

 

ƏDƏBİYYAT



 

 

1.

 



Çelen F.K., Çelik A., Seferoğlu S.S., Çocukların İnternet 

Kullanımları 

ve 

Onları 


Bekleyen 

Çevrim-İçi 

Riskler//Malatya  Akademik  Bilişim,  2011,  2-4  Şubat,  səh. 

645-652. 

2.

 

Dombrowski S.C., Gischlar K.L., Th. 



Durst. 

Safeguarding young people from cyber pornography and 

cyber sexual predation: a major dilemma of the internet// 

Child Abuse Revue, -27/16/-

Iss/№3/ pp.153-170. 

3.

 



www.times.freq.ru 

4.

 



www.towave.ru 

5.

 



Chou

 

C.,  Condron  L., Belland J.C.,  A Review of the 



Research on Internet Addiction//Educational Psychology 

Review,  2005, vol. 17, Iss. 4, pp. 363-388. 

6.

 

Əliquliyev  R.M.,  Mahmudov  R.Ş.,  İnformasiya  asılılığı 



probleml

əri və  onlarla mübarizə  yolları//Ekspress-

informasiya, 2009, s

əh. 8-43. 

7.

 

Young  K.,  “Internet addiction: the emergence of a new 



clinical disorder//Cyber Psychology & Behavior, 1998,      

vol. 1, pp. 237–244. 

8.

 

Voiskounsky A.E.,  Internet: Culture, Diversity and 



Unification. – Javnost – The Public. Journal of the European 

85 

 

Institute for Communication and Culture. 1999, vol. VI (4),     



pp. 53-65. 

9.

 



Богданова Д.А., Федосеев А.А. Внимание – Интернет 

// Открытое образование. – № 2, 2010. – С. 89-99. 

10.

 

Buckingham D., Whiteman N, Willett R., Burn A.,  The 



Impact of the Media on Children and Young People with 

aparticular focus on computer games and the internet //Centre 

for the Study of Children, Youth and Media, Institute of 

Education,University of  London, December 2007, pp. 1- 77.   

11.

 

http://us.norton.com/security_response/phishing.jsp 



12.

 

https://securelist.com/files/2015/03/Kaspersky_Lab_KS



N_report_Children 

13.


 

www.itu.in 

14.

 

www.saferinternet.org 



15.

 

www.insafe.org 



16.

 

www.inhope.org 



17.

 

www.saferinternet.org/safer-internet-day 



18.

 

www.saferinternet.org/news-events 



19.

 

www.eukidsonline.net 



20.

 

www.esafetykit.net 



21.

 

Review B. Children and New Technology: 



http://www.education.gov.uk/publications/eOrderingDownlo

ad/DCSF-00334-2008. 



86 

 

22.



 

Griffiths  M.,  Hunt N., Dependence on computer games 

by adolescents//Psychological Reports, 1998, vol.82, pp. 

475–480. 

23.

 

Bellis M.D., Keshavan M.S., Beers S.R., Hall J., Frustaci 



K., Masalehdan A., Noll J., Boring A.M., Sex differences in 

brain maturation during childhood and adolescence 

//Cerebral Cortex, 2001, vol.11, pp.552–557. 

24.


 

http://netaddiction.com/wp-

content/uploads/2014/06/Screen-Smart-Guidelines. 

25.


 

İmamverdiyev  Y.N.,  Sosial  şəbəkələrin analizi: 

anlayışlar,  modellər və  tədqiqat problemləri //İnformasiya 

c

əmiyyəti problemləri, №2, 2010, səh. 9-20. 



26.

 

http://fortune.com/2011/05/20/zuckerberg-kids-under-



13-should-be-allowed-on-facebook 

27.


 

Best-Social-Networks-Kids: 

http://www.popsugar.com/moms 

28.


 

Top-10-social-networks-for-kids: http://facebook-

parental-controls-review.toptenreviews.com/.html 

29.


 

www.fanlala.com/club/tv/pair-kings/news 

30.

 

www.kidzworld.com 



31.

 

www.gianthello.com 



32.

 

Əliquliyev  R.M.,  Mahmudov  R.Ş.,  Əşyaların interneti: 



mahiyy

əti,  imkanları  və  problemləri//İnformasiya  cəmiyyəti 



87 

 

probleml



əri, №2(4), 2011, səh. 29-40. 

33.


 

Pascual-Espada J.,  Design service-oriented collaborative 

virtual objects within Internet of things//Journal of Ambient 

Intelligence and Smart Environments, 2012, Vol. 4, 

№5, 

pp.483–484.  



34.

 

https://www.indiegogo.com/projects/hereo-the-first-gps-



watch-designed-for-young-kids#/story 

35.


 

Marches A., Duncan P., Plovman L., Sabeti S.,  Three 

questions about the Internet of things and 

children//TechTrends,  2015, Vol.59, 

№1  pp.76-77. 

36.


 

www.teddytheguardian.com 

37.

 

http://www.aphsa.org/content/dam/AAICPC/PDF%20D



OC/Home%20page/Summary-Adam_Walsh_Act 

38.


 

Mahmudova R., Tarverdiyev L., 

Uşaq və yeniyetmələrin 

İnternetin  zərərli təsirlərindən  qorunması  problemləri. 

"İnformasiya  təhlükəsizliyi problemləri üzrə"  I Respublika 

elmi-praktik

i konfransı,  2013, səh.46-49. 

39.


 

www.saferinternet.org/united-kingdom 

40.

 

www.saferinternet.org/austria 



41.

 

www.saferinternet.org/germany 



42.

 

www.saferunet.ru 



43.

 

www.scoop.it 



44.

 

www.safenetwork.org.uk 



88 

 

45.



 

www.eu-ems.com 

46.

 

www.10times.com 



47.

 

www.iwf.org.uk 



48.

 

netaddiction.com 



49.

 

Az



ərbaycan  Respublikasında  informasiya  cəmiyyətinin 

inkişafına  dair  2014-2020-ci  illər üçün Milli Strategiya, 02 

aprel 2014-cü il// www.president.az 

50.


 

Mahmud


ova  R.Ş.,  Allahverdiyeva  S.S.,  Elektron 

mühitd


ə  gənc nəslin təhlükəsizliyinin təmin edilməsi 

probleml


əri/  «Elektron dövlət  quruculuğu  problemləri» I 

Respublika elmi-

praktiki  konfransının  əsərləri, 2014, 

s

əh.185-188. 



51.

 

www.mincom.gov.az 



 

 


89 

 

Allahverdiyeva S.S. Providing child safety in the 



Intenet.   Express-information.  Information Society series. 

"Information Technologies"  Publishing House, 2016, 91 pp. 

Express information highlights the threats faced by children 

in the Internet, their classification, and protection of children 

from them. The publication comments on available 

international approaches and challenges in this field. Taking 

into account the age of the children in online environment, 

the Internet of Things, social networks designed for children 

and other issues are identified. New recommendations and 

suggestions are expressed. 

 

Аллахвердиева 

С.С. 

Проблемы 

обеспечения 

безопасности  детей  в  Интернете.  Экспресс-

информация.  Серия  «Информационное  общество». 

Издательство  «Информационные  технологии»,  2016,     

91 


с. 

В  экспресс-информации  рассмотрены  угрозы,  с 

которыми 

сталкиваются 

дети 

в 

интернете, 



классификация  угроз  и  пути  защиты  от  них. 

Комментируются 

подходы 

и 

инициативы, 



существующие  в  международном  сообществе  по  этой 

проблеме.  В      online  среде  внимание  детей  с  учетом  их 

возрастных  особенностей  обращается  к  проблемам 

идентификации интернет вещей, социальных сетей и пр., 

предназначенных  детям.  В  результате  предлагаются 

нoвые рекомендации и предложения. 

 


90 

 

 



 

 

 



 

Sabir

ə Səfəralı qızı 

Allahverdiyeva 

 

 

AMEA İnformasiya 

Texnologiyaları İnstitutunun 

sektor müdiri 



 

allahverdiyevasabira@gmail.com 

 


91 

 

 



 

Texniki redaktorlar: 

 

Anar  S


əmidov 

 

 



 

 

 



         Zülfiyy

ə Hənifəyeva  



Korrektor: 

 

                 Könül V

əliyeva 


  

 

 



 

 

 



Kompüter t

ərtibatı:  

 

Göz


əlova Rəna 

 

 



 

 

 



 

 

 



 

92 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Çapa imzalanmışdır: 10.02.2016. Çap vərəqi: 

60x84, Sifariş №75, sayı 100 nüsxə 

 


93 

 

 



 

Document Outline

  • GİRİŞ
  • I.  İNTERNET VƏ  ONUN YARATDIĞI TƏHLÜKƏLƏR
    • 1.1. Uşaqların İnternet mühitində qarşılaşdığı təhlükələrin təsnifatı
    • 1.2. Təhlükələrin texnoloji səviyyədə qabaqcadan qarşısının alınması üsulları
    • 1.3. Uşaqların İnternetdə təhlükəsizliyi probleminə dair beynəlxalq çağırışlar
    • 1.4. «Təhlükəsiz İnternet Proqramı»  üzrə fəaliyyətlər
  • II. RƏQƏMSAL ALƏMDƏ UŞAQLARIN DAVRANIŞLARI
    • 2.1. İnformasiya təhlükəsizliyinin yaşa uyğun xüsusiyyətləri
    • 2.2.  Uşaqlar və sosial şəbəkə mühiti
    • 2.3. Əşyaların İnterneti və uşaqlar
  • III. UŞAQLARIN TƏHLÜKƏSİZLİYİNİN QORUNMASI SAHƏSİNDƏ ÖLKƏLƏRİN SİYASƏTİ
    • 3.1. İnternet mühitində uşaqların təhlükəsizliyinin qorunmasına aid normativ sənədlər və ölkələrin siyasəti
  • 3.2.  Bəzi ölkələrin Milli Təhlükəsiz İnternet Mərkəzlərinin təhlükəsizlik siyasəti
  • 3.3. Uşaqların təhlükəsizliyinə dair keçirilən konfranslar
  • 3.4. Mövzu üzrə elmi araşdırmalar və nəşrlər
  • 3.5. Azərbaycanda uşaqların İnternetdə təhlükəsizliyi probleminin həlli ilə bağlı  görülən işlər
  • NƏTİCƏ
  • Əlavə 1.  Dünyanın bəzi ölkələrində uşaqların İnternetdə təhlükəsizliyinin təmin edilməsinə  dair rəsmi sənədlər
  • QLOSSARİ
  • ƏDƏBİYYAT

Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin