Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix16.02.2017
ölçüsü0,59 Mb.
#8861
  1   2   3   4

 

Azərbaycan Milli Elmlər Akademiyası 



İNFORMASİYA TEXNOLOGİYALARI 

İNSTİTUTU 

 

 

Sabirə Allahverdiyeva 

 

 

UŞAQLARIN İNTERNETDƏ 

TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ 

PROBLEMLƏRİ 

 

 

EKSPRESS – 

İNFORMASİYA  

İNFORMASİYA CƏMİYYƏTİ SERİYASI 

 

 

Bakı – 2016   

 


 

Allahverdiyeva S.S. 



Uşaqların 

İnternetdə 

təhlükəsizliyinin  təmin  edilməsi  problemləri.  Ekspress–

informasiya. 

İnformasiya  cəmiyyəti  seriyası.  Bakı: 

"İnformasiya Texnologiyaları" nəşriyyatı, 2016, 91 s.  



 

 Ekspress–informasiyada u

şaqların 

İnternetdə 

qarşılaşdığı  təhlükələr,  onların  təsnifatı,  uşaqların  bu 

t

əhlükələrdən  qorunması  yolları  göstərilir.  Beynəlxalq 



al

əmdə  bu problemlə  bağlı  mövcud olan yanaşmalar  və 

çağırışlar  şərh edilir.  Onlayn mühitdə  uşaqların  yaş 

xüsusiyy


ətləri nəzərə alınmaqla, Əşyaların İnterneti, uşaqlar 

üçün n


əzərdə  tutulmuş  sosial  şəbəkələr  və  s.  problemlər 

identifikasiya olunur. N

əticə olaraq yeni tövsiyə və təkliflər 

ir

əli sürülür.  



AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi 

Şurasının qərarı ilə çapa tövsiyə olunmuşdur. 



 

Elmi redaktoru: tex.f.d. Yadigar 

İmamverdiyev  



 

 

 

İSBN:978-9952-434-75-0 

 

 



 

 

 



©

"İnformasiya Texnologiyaları" nəşriyyatı, 2016

 


 

MÜNDƏRİCAT 



G

İRİŞ ........................................................................................... 4

 

I.  İNTERNET VƏ  ONUN YARATDIĞI TƏHLÜKƏLƏR .. 6

 

1.1.  Uşaqların  İnternet  mühitində  qarşılaşdığı  təhlükələrin 



t

əsnifatı .......................................................................................... 8

 

1.2. T


əhlükələrin texnoloji səviyyədə  qabaqcadan  qarşısının 

alınması üsulları ............................................................................ 17

 

1.3.  Uşaqların  İnternetdə  təhlükəsizliyi probleminə  dair 



beyn

əlxalq çağırışlar ..................................................................... 21

 

1.4. «T


əhlükəsiz İnternet Proqramı»  üzrə fəaliyyətlər ................. 27

 

II. 



RƏQƏMSAL 

ALƏMDƏ 

UŞAQLARIN 

DAVRANIŞLARI ........................................................................ 35

 

2.1. İnformasiya təhlükəsizliyinin yaşa uyğun xüsusiyyətləri ...... 35



 

2.2.  Uşaqlar və sosial şəbəkə mühiti ............................................ 41

 

2.3. Əşyaların İnterneti və uşaqlar ................................................ 46



 

III.  UŞAQLARIN  TƏHLÜKƏSİZLİYİNİN  QORUNMASI 

SAHƏSİNDƏ ÖLKƏLƏRİN SİYASƏTİ ................................. 52

 

3.1. İnternet mühitində uşaqların təhlükəsizliyinin qorunmasına 



aid normativ s

ənədlər və ölkələrin siyasəti ................................... 53

 

3.2.  B


əzi ölkələrin Milli Təhlükəsiz  İnternet  Mərkəzlərinin 

t

əhlükəsizlik siyasəti ..................................................................... 56



 

3.3.  


Uşaqların təhlükəsizliyinə dair keçirilən konfranslar ........... 60

 

3.4.  Mövzu üzr



ə elmi araşdırmalar və nəşrlər .............................. 64

 

3.5.Az



ərbaycanda 

uşaqların 

İnternetdə 

t

əhlükəsizliyi 



probleminin h

əlli ilə bağlı  görülən işlər ....................................... 67

 

NƏTİCƏ ....................................................................................... 71

 

Əlavə  1.    Dünyanın  bəzi ölkələrində  uşaqların  İnternetdə 



t

əhlükəsizliyinin təmin edilməsinə  dair rəsmi sənədlər ............... 75

 

QLOSSARİ .................................................................................. 78

 

ƏDƏBİYYAT .............................................................................. 84

 


 

G



İRİŞ 

Ölk


əmizdə 

İnformasiya 

Cəmiyyətinin 

(İC) 


qurulmas

ında 


informasiya-kommunikasiya 

texnologi-

yalarının (İKT) rolu böyükdür. Müasir dünyanı kompüter və 

İnternetsiz  təsəvvür etmək mümkün  deyil.  İnternet  sonuncu 

informasiya  inqilabı  kimi  bütün  dünyanı  əhatə  edib və 

h

əyatımızın  bir  hissəsinə  çevrilərək cəmiyyətin  sosial-



psixoloji  v

əziyyətinin  formalaşmasında  yeni  bir  mərhələnin 

başlanmasına səbəb olmuşdur.  

İnformasiya  bolluğu,  tez-tez  yenilənmə  və  daxil olan 

müxt

əlif məzmunlu informasiya  təhlükələrin  mövcudluğuna 



şərait yaradaraq kibercinayətkarlara  geniş  meydan  açır. 

T

əhlükələrlə  qarşılaşmanın  çox  hissəsi bu mühitdə  daha az 



t

əcrübəsi olan uşaq və yeniyetmələrin payına düşür.  

İnformasiya mübadiləsi 

zamanı 


istifad

əçilərin 

t

əhlükələrlə  rastlaşma  ehtimalı  çoxalır.  Virtual mühitdə 



uşaqların  istifadəçi kimi fəal  olması,  müxtəlif məkanlarda 

yaşayan  insanlarla  əlaqə  saxlamaq,  ətraf aləmi daha çox 

öyr

ənmək həvəsi və  müasir texnologiyalara  olan  maraqları 



onları onlayn  “yırtıcı”ların  qurbanına çevirir.  

Araşdırmalar  göstərir  ki,  uşaqların  əksəriyyəti 

İnternetdə aldadılır, zorakılığa məruz qalır, texniki və sosial-


 

psixoloji t



əhdidlərlə  üzləşir.  Qlobal  şəbəkədə  ziyanlı 

m

əlumatlarla zəngin  səhifələrin  mövcud  olması  uşaqların 



bilm

əyərəkdən  burada  yaşa  uyğun  olmayan  şəkillərlə,  cinsi 

istismarı,  aqressiyanı  və  zorakılığı  təbliğ  edən  mətnlərlə 

rast


laşmasına gətirib çıxarır.  

Reallıq budur ki, İnternetdə yerləşdirilmiş informasiya 

heç bir 

senzura, qadağalar, qaydalar və reqlamentlər olmadan 

toplan

dığından,  hər dəfə  İnternet  resurslarından  istifadə 



ed

ərkən uşaqlar təhlükəli və zərərli informasiyalarla  zəngin 

bir dünya il

ə təkbətək qalır. Bu da onların mənəvi-psixoloji 

sağlamlığına  təsir edir.  Bütün bunlar isə  İC-nin 

formalaşmasının mənfi təzahürləri kimi özünü göstərir. 

 




I.

  

İNTERNET

 



  

ONUN

 

YARATDIĞI

 

TƏHLÜKƏLƏR 

İnternet  uşaqların  daha  çox  informasiya  qəbul  edəcəyi 

bir mənbə olduğundan, istənilən məlumatı asanlıqla əldə edə 

bilirlər.  Faydalı  məlumatlarla  yanaşı,  eyni  zamanda  onlara 

zərər verə biləcək məlumatlarla zəngin İnternet səhifələrinin 

mövcudluğu,  şəbəkələrdə  olan  təhlükələrin  ciddiliyindən 

xəbərsiz  olduqlarından,  İnternetdən  istifadə  zamanı  həm 

özlərinin,  həm  də  istifadə  etdikləri  kompüterin 

təhlükəsizliyinin pozulmasına səbəb olan bir çox təhlükələrlə 

qarşılaşırlar. 

Onlayn mühitdə uşaqların təhlükə ilə qarşılaşması üçün 

kifayət qədər geniş imkanlar var. İnternetdən istifadə zamanı 

onlar həm texniki, həm də sosial-psixoloji təhdidlərə  məruz 

qala  bilir.  Uşaqlar  sosial  şəbəkələrdə,  çat  və  forumlarda  

təhqirlə,  qeyri-etik  davranışla  qarşılaşır  və  bu  da  onların 

həyatında zaman keçdikcə öz mənfi təsirini göstərir.  

Qanunazidd  hərəkətlər,  zorakılıq,  uşaqları  cinayətə, 

terrora, pis yollara cəlb edən insanlar üçün elektron mühit bir 

meydandır  və  onlar  uşaqlardan  müxtəlif  məqsədlər  üçün 

istifadə  edirlər.  Bunun  nəticəsi  olaraq,  uşaqların  əksəriyyəti 



 

İnternetdə  aldadılır,  təhqirlərə  məruz  qalır  və  bütün  bunlar 



uşaq istismarına yol açır.  

İnternet  müasir dövrdə  uşaqların  əsas  məşğuliyyətinə 

çevril

ərək onları yaxınlarından uzaqlaşdırır, ailələrin tərbiyə 



etdiyi kimi deyil, 

virtual aləmin "diktə" etdiyi kimi  hərəkət 

etməyə  sövq  edir.  Onlar informasiya selinin  qarşısında 

dayana bilm

əyərək düşünüb düzgün qərar verməkdə çətinlik 

ç

əkirlər  və  getdikcə  dəyərləri  tərk  edir,  ətrafa  qlobal  aləm 



kimi  yanaşaraq  kosmopolit  düşüncələrlə  yaşayırlar.  Bu 

proses  getdikcə  dərinləşir,  gənclərin  dünyaya  baxışlarını 

dəyişərək onlarda vətənsizləşmə hissləri yaradır.   

Qlobal  şəbəkədən  aldığı  məlumatlar  birbaşa  azyaşlı 

istifad

əçinin şüuruna  təsir edir, müxtəlif cəmiyyətlərə, yaxud 



h

əyat tərzinə  rəğbət  oyadır.  Hardasa  ürəkaçan,  xoşbəxt bir 

mühiti, yaxud v

ərdişləri təbliğ edir. Bu isə bir növ uşaqlarda 

"beyin yuyulması"  (Brain wash) işini həyata keçirir.   

Valideynlər çıxış yolunu uşaqlara İnternetdən istifadəni 

qadağan  etməkdə  görürlər,  əksinə  bu  yanaşma  onların 

şəbəkəyə marağını daha da artırır. 



 

1.1. 



Uşaqların İnternet mühitində qarşılaşdığı 

t

əhlükələrin təsnifatı 

 

İnternet  istifadəsi  zamanı  uşaqların  həm  şəxsi 



təhlükəsizliyinə,  həm  də  istifadə  etdikləri  kompüterin 

təhlükəsizliyinə  yönəlmiş  müxtəlif  təhlükələrin  baş  verməsi 

mümkündür. Bu t

əhlükələri  aşağıdakı kimi təsnifatlaşdırmaq 

olar: 



 



Cinayətkarların hədəfinə çevrilmə 

 



Zərərli informasiya ilə məlumatlandırma 

 



İnternet-asılılıq 

 



Zərərli oyunlar 

 



“Phishing” 

texnologiyası 

 

Zərərli proqramlar. 



Cinayətkarların  hədəfinə  çevrilmə.  Çox  vaxt  uşaq və 

ya  yeniyetmə  psixoloji  problemlər  yaşayır,  ailəsində  ala 

bilmədiyi  mehribanlığı  İnternetdə  başqalarında  axtarır. 

Bədniyyətli  şəxslər  onların  bu  psixoloji  vəziyyətindən  

istifadə  edərək  uşaqlarla  mehriban  münasibət  qurmaqla 

təcrübəsi  az olan insanları  öz  torlarına  salırlar. Bu prosesin 

qurbanı  olan  uşaqlar  onlayn  mühitdə  təhlükə  ilə  üzləşə, 

cinayətkarların  potensial  hədəfinə  çevrilə  bilərlər.  Ünsiyyət 

virtual şəxslə baş verdiyindən iştirakçılar fiziki olaraq təqdim 


 

olunmurlar, y



əni virtual aləmdə müxtəlif virtual vəziyyətlərlə 

t

əqdim edilirlər. Cinayətkarlar uşaqlarla əsasən ani məlumat 



mübadiləsi  zamanı,  sosial  şəbəkələrdə,  çatlarda,  forumlarda 

və  elektron  poçtla  təmasda  olurlar.  İnternetdə 

ünsiyyətin  anonimliyi dostluq və inam münasibətlərinin tez 

yaranmasına  kömək  edir.  Bədniyyətli  insanlar  anonimliyin 

bu  üstünlüyündən  istifadə  edərək,  təcrübəsiz  gənclərlə 

münasibət  qurmaq  üçün  əlverişli  bir  vasitə  kimi  istifadə 

edirlər. Cinayətkarlar uşaq psixologiyasını, maraqlarını, yaşa 

uyğun  tələblərini öyrənir, gənc  insanlara  daha  artıq  diqqət, 

qayğı  və  mehribanlıqla  rəftar edərək, onlarla “dostluq” 

münasib


ətləri qurur və real həyatda onlarla görüşməyə cəhd 

edirl


ər. Statistikaya görə  İnternet  istifadəçisi olan 9-16  yaş 

arası  uşaqların  30%-i  əvvəlcədən  tanımadığı  insanlarla  real 

h

əyatda  görüşdüyünü  və  bunun riskli, amma əyləncəli 



olduğunu  söyləmişdir.  9-10  yaş  arası  uşaqlar  isə  virtual 

al

əmdə  nə  qədər  yaxın  münasibət qursalar  da, real aləmdə 



görüşməkdən ehtiyat edir və  hətta  belə  görüşə  gedənlərin 

31%  bundan narahat olduqlarını bildirmişdir  [1]. 

Yeniyetmələrin çoxu  veb-gündəliklərə və ya bloqlara, 

sosial şəbəkələrə  şəxsi  məlumatlarını (adı, ailəsi haqqında, 

yaşayış yeri, oxuduğu məktəb, telefonları və s.) tam şəkildə 


10 

 

yerləşdirirlər.  Bununla  da  özlərinə  qarşı  hər  hansı  cinayət 



planının  hazırlanmasına  şərait  yaratmış  olurlar.  Veb-

gündəliklər – məlumatların məhsuldar və dinamik bir şəkildə 

paylaşımını  təmin  edən  onlayn  gündəliklər  olduğundan, 

zamanında  yeniyetmə  haqqında  lazım  olan  informasiyanı 

təmin  edən  yaxşı  bir  vasitədir.  Bu  isə  uşaqlara  əlyetərliyə 

şərait  yaradır,  onların  istismarına  və    cinayətkar  planlarının 

qurbanı olmağa gətirib çıxarır. 

Zərərli  informasiya  ilə  məlumatlandırma.  İnternetdə 

informasiya 

bolluğu,  eyni  zamanda  sürətlə  yenilənmə 

onlardan han

sının  zərərli,  hansının  zərərsiz  olduğunu  analiz 

etməyi  çətinləşdirir.  İnformasiya  yerləşdirən  şəxslər  öz 

mədəniyyətini,  tərbiyəsini,  yaxud  pis  niyyətlərini  onlayn 

mühitdə təbliğ edir. İnternet üzərindən dini, irqi, milli, sosial 

nifrəti  qızışdıran  məlumatları,  cinsi istismar  (Grooming-lər 

tərəfindən) xarakterli informasiyaları yayırlar. Eyni zamanda 

buraya narkotikd

ən istifadə  və  onun  hazırlanması,  müxtəlif 

z

ərərli və  partlayıcı  maddələrin  ev  şəraitində  düzəldilməsi, 



terrora c

əlbetməni dəstəkləyən məlumatlar aid edilə  bilər. 

G

ənc istifadəçilər daxil olduğu saytlarda yaşa uyğun olmayan 



informasiya,  yaxud  uşaq  intiharına    gətirib  çıxaran 

m

əlumatlarla qarşılaşa  bilərlər [2]. 



11 

 

Cinay



ətkarlar  İnternetdən bir təbliğat  üsulu  kimi 

istifad


ə edərək, çirkin planlarını həyata keçirmək üçün uşaq 

v

ə  yeniyetmələrdən istifadə  edirlər. Buna misal olaraq, son 



günl

ərdə aktual olan bir mövzunu göstərmək olar. Məsələn, 

"İŞİD"  terror  qruplaşmasının  üzvləri  arasında  mübarizə 

ap

aran  10  yaşlı  uşağın  videosunu  sosial  şəbəkələrdə 



paylaşaraq,  onu  Suriya  və  İraq  ərazisi  uğrunda  gedən 

döyüşlərdə  həlak  olmuş  qəhrəman kimi təqdim edirlər [3]. 

Eyni zamanda www.youtube.com 

saytında çağırış xarakterli 

video-çarxlar, filml

ər yerləşdirərək yeniyetmələri bu terrorçu 

qrupa c

əlb etməyə  çalışırlar.  Uşaqların  hələ  formalaşmamış 



dünyagörüşünü  korlayaraq,  müxtəlif  məlumatların  yanlış 

t

əbliğatını aparırlar.  



Veb-

səhifələrdə  diqqət  çəkən  elə  bir  reklam  çarxı, 

çağırış, yaxud İnternetdə işlədilən qeyri-etik, jarqon ifadələr, 

pis  vərdişlər  ola  bilər  ki,  uşaq  maraqlarını  tamamilə  qeyri-

sağlam bir mühitə, hətta terrora belə cəmləşdirə bilər. Bəzən 

uşaqların evdən getməsi, cinayətkarlarla görüşməsi, onlardan 

istismar 

məqsədilə  istifadə  edilməsi  İnternet  mühitinin 

ailələrə bəxş etdiyi mənfi məlumatların nəticəsində baş verir.  

Dünyada  müxtəlif  qurumlar,  təşkilatlar  yeniyetmələri 

pis  vərdişlərə,  onlara  zərər  verə  biləcək  hər  bir  məlumata 


12 

 

qarşı mübarizə aparır. Uşaqların cinsi istismarı ilə mübarizə 



aparan  hollandiyalı  bir  yardım  dərnəyi  tərəfindən  təklif 

olunan  layihə  dünyanın  hər  yerindən  olan  pedofilləri  cəlb 

etmişdi.  İnternetdə  keçirilən  əməliyyat  zamanı  bir  İnternet 

hesabının  filippinli  bir  qıza  aid  olduğu  göstərilmişdir.  Bu 

hesaba  dünyanın  71  ölkəsindən  müraciət  edən  1000  nəfərə 

yaxın  insan  “Sweetie”  adıyla  açılan  hesabın  həmin  qıza  aid 

olduğunu zənn edərək onu cinsi istismara təşviq etmişdir. Bu 

insanlar arasında olan 110 nəfər İngiltərə vətəndaşının adları 

İngiltərənin  Milli  Cinayət  Təşkilatına  göndərilmiş  və  bir 

nəfər  Avstraliya  vətəndaşına  hökm  oxunmuşdur.  Avstraliya 

vətəndaşı  Scott  Robert  Hansen  özünə  qarşı  qoyulmuş  üç 

ittihamı  qəbul  etmiş  və    “Sweetie”yə  ədəbsiz  fotoşəkillər 

göndərdiyini,  şəxsi  kompüterində  uşaq  cinsi  istismarına  aid 

görüntülərinə  sahib  olduğunu  və  cinsi  istismarçılara  tətbiq 

olunan məhdudiyyətləri pozduğunu qəbul etmişdir və ona iki 

il həbs cəzası verilmişdir [4]. 



İnternet-asılılıq.  Şəbəkələrdə  oyunlarla, informasiya 

axtarışı  ilə  məşğul  olan,  yaxud bütün gününü sosial 

şəbəkələrdə  keçirən  uşaqlar var. Onlar  bəzən  lazım  olan  və 

olmayan  hər  şey  barəsində  İnternetdə  axtarışlar  edir,  yaxud 



13 

 

şəbəkə  oyunları  oynayır,  vaxtının  cox  hissəsini  kompüter 



arxasında keçirirlər, bu isə əksər valideynləri narahat edir [5]. 

Uşaq  və  yeniyetmələrin  kompüterdən  istifadəsi 

müxtəlif  zaman  intervallarında  olmalıdır.  Uşaqlar 

kompüterdən  müəyyən  biliklər  əldə  edir,  amma  onların 

kompüter qarşısında saatlarla əyləşməsi təhlükəlidir. Onların 

texnologiyaya  olan  marağı  özlərinin  sağlamlığının  və 

psixologiyasının  korlanmasına  səbəb  olar.  Saatlarla  vaxtını 

kompüter arxasında keçirən uşaq fiziki olaraq dəyişir, onların 

dayaq

hərəkət sistemi pozulur, sanki "pinqvinləşir". Çox vaxt 



onlar 

müəyyən maraqlarını ödəmək üçün kirpiyini qırpmadan 

uzun  müddət  kompüterin  arxasından  qalxmırlar.  Yaxın 

məsafədən kompüterin ekranına baxmaq göz fokusunu pozur. 

Nəticədə,  gözlərin  buynuz  qişası  quruyur,  göz  sağlamlığını 

itirir 


və kiçik yaşlardan gözlərin zəifləməsinə gətirib çıxarır. 

Digər  tərəfdən,  bu  maraqlar  daha  da  dərinləşərək  onları 

İnternetdən  asılı  vəziyyətə  salır.  İnternetdə  informasiya 

asılılığına  məruz  qalanlar  müxtəlif  kibercinayətlərin  həm 

obyekti, həm də subyekti kimi çıxış edə bilirlər [6]. 

İnsanlarda  kiçik  yaşlarından  başlayaraq  ətrafdakılarla 

ünsiyyət  vərdişləri  formalaşır.  Virtual  aləmdə  tanımadığı 

“tanışları”  və  “dostları”  ilə  hər  gün  ünsiyyət  qurması  və 



14 

 

interaktiv oyunlar 



uşaqları  zaman,  məkan,  reallıq  hissindən 

uzaqlaşdırır.  Vaxtını  İnternetdə  keçirən  uşaq  get-gedə 

reallıqdan  uzaqlaşır,  ətrafa  inamsızlıq  yaranır,  gündəlik 

rejimi 


pozulur  və  dərslərini  zəif  oxuma  halları  müşahidə 

olunur. 


Qida rejiminin pozulması, real həyatdan çox, virtual 

aləmdə olmağa üstünlük verirlər. Onların texnologiyaya olan 

maraqları belə risk qrupuna düşməsinə səbəb olur və nəticədə 

İnternet asılılığının qurbanına çevirir. Onlar bu aləmə o qədər 

aludə olurlar ki,  kompütersiz özlərini depressiyada hiss edir, 

sanki 


ondan asılı vəziyyətə düşürlər. İnternet asıllığı artıq bir 

çox ölkələrdə xəstəlik kimi qəbul olunmuşdur  [7].  

Valideyn öv

ladını  İnternetdən  asılı  vəziyyətdən 

qurtarmaq 

naminə mütləq digər əyləncə – idman, rəsm, başqa 

bir  maraqlı  mühitdə  bilik,  bacarıq  və  istedadını  inkişaf 

etdirərək  onu  bu  vəziyyətdən  qurtara  bilər.  İnformasiya 

mənbələrindən,  İnternetdən  asılı  vəziyyətə  düşməmək  üçün 

insanın  informasiya  mədəniyyətinin  olması,  informasiya  ilə 

davranış normalarını öyrənməsi vacibdir [8]. 

Zərərli oyunlar. İnternetdə yeniyetmələrin vaxt itkisinə 

səbəb  olan,  diqqət  çəkən  məqam  oyunlarla  bağlıdır.  İlk 

kompüter  oyunları  1970-ci  ildə  yaradılmış,  həmin  vaxtdan 

başlayaraq  əyləncə  aləminə  daxil  olmuşdur.  İnternetdə 



15 

 

öyrədici  xarakterli,  intellektual,  məntiqi,  şəkilli,  əyləncəli, 



uşaqların  beynini  inkişaf  etdirən  oyunlarla  yanaşı,  həm  də 

onlara  zərər  verə  biləcək  oyunların  olması  gənc  nəslin 

tərbiyəsinə və sağlamlığının pozulmasına təsir edir [9]. 

Zərərli  oyunlardan  danışarkən,  həqiqi pullarla 

oynanılan  qumar  oyunlarını  mütləq  qeyd  etmək  lazımdır. 

Əgər  uşaq  və  ya  yeniyetmələr  şəbəkədə  oyun  pulları  ilə 

oyunlar oynayırsa, bu oyunlar qanunidir, oyunçu pul, yaxud 

xal  qazanır,  udur,  uduzur,  priz  qazanır  və  s.  Burada  zərərli  

bir 

cəhətin  olmadığı  məlumdur. Amma,  həqiqi  pullarla 



oynanılan oyunlar yolverilməz vərdişlər aşılayır və daha pis 

nəticələrə  gətirib  çıxarır.  Elə  oyunlar  var  ki,  uşaq 

psixologiyasına  təsir  edərək  onları  mənfi  istiqamətə 

yönləndirir.  Buna  misal  olaraq,  qrup  şəklində  oynanılan 

populyar “Desert Storm” 

oyununu  göstərmək  olar.  Oyunun 

məzmunu  ABŞ-ın  İraq  sərhədlərində  apardığı  əməliyyatları, 

müqavimətçilərin  yox  edilməsini,  zorakılığı,  istismarı  təbliğ 

edir.   “Knights of Temple”  oyununun süjet x

ətti  isə  Orta 

əsrlərdə  Səlib  döyüşləri  zamanı    qarşısına  çıxan  bütün 

müs


əlmanları öldürmək üzərində qurulub . 

Müxt


əlif  oyunları  misal  göstərmək olar ki, orada qara 

irqin nümay

əndələrinə  qarşı  olan  ayrı-seçkilik  öz  əksini 


16 

 

tapmışdır. İdeologiya xarakterli bu oyunlar şiddəti, zorakılığı, 



dini,  irqi  ayrı-seçkiliyi  təbliğ  edir,  gənc  insanları  öz  təsiri 

altına  alaraq  onları  aqressiv  hərəkətlər  etməyə  yönəldir, 

gələcəkdə  cinayətkar  kimi  yetişməyi  və  s.  pis  vərdişləri 

aşılayır  [10].  

Uşaq-cinayətlərinin  oyunların  təsiri  altında  baş 

ver


məsinə aid xeyli misal göstərmək olar. Onlar oyun zamanı 

insanları  öldürür,  qisas  alır,  aqressiv  hərəkətlər  edərək 

alışqanlıq  hissi  ilə,  heç  bir  təəssüf  və  ya  peşmançılıq  hissi 

keçirm


ədən  reallıqda  bunu  asanlıqla  edə  bilirlər.  İntenetdə 

“əldə etdiyi” yad davranışlar uşaqların ətrafdakılarla ünsiyyət 

qurmasına  təsir  edir.  Özlərini  oyun  qəhrəmanları  kimi 

aparmağa  sövq  edir.  Oyunlar  bir  qədər  reklam  xarakteri 

daşıyır,  istifadəçiyə  mütləq  bir  mesaj  verir.  Yad 

mədəniyyətləri  təbliğ  edir,  gənc  nəsli  milli  dəyərlərdən,  öz 

xalqının adət-ənənələrindən uzaqlaşdırır. 

 

“Phishing”  texnologiyası.  Başqa  bir  təhlükə  İnternet 

dələduzları  tərəfindən  istifadə  edilən  metod  –  “phishing” 

(fishinq  – 

balıq  ovu)  texnologiyasıdır  [11].  Hakerlər 

t

ərəfindən  yaradılmış  bu  metod  saxtakarlıqla  düzəldilmiş  e-



poçt  məktubunu  açmağa  istifadəçini  həvəsləndirir,  e-poçtda 

olan link

i  seçməklə  aktivləşdirilən  zərərli  proqramlar 


17 

 

istifadəçinin  şəxsi  məlumatlarını  öyrənir.  Virtual  dələduzlar 



kompüter istifadəçilərini aldadaraq, kredit kartı nömrələrini, 

parol  və  şifrələri,  hesab  nömrələrini,  İnternet  bankçılığında 

girişdə istifadə olunan istifadəçi kodu və şifrələri əldə edərək 

onlara ziyan vururlar. 



Zərərli  proqramlar.  Veb-səhifələri  açarkən  avtomatik 

yüklənən  proqramlar,  təklif  olunan  pulsuz  proqram 

təminatlarının yüklənməsi zamanı avtomatik qurulan reklam 

proqramları,  parolları  oğurlayan  proqramlar,  back-door 

(arxa-

qapı)  proqramları, klaviatura casus-proqramları,  troya 



atlarını  qeyd  etmək  olar.  Kompüter  virusları  da  bu cür 

təhlükələrdəndir.  Word və  Excel üçün makroviruslar, 

yükl

əmə  virusları,  skript  viruslar,  skript  troyanları  və  s. hər 



gün yüzl

ərcə  zərərli proqram təminatı  yaradılır.  Bu 

proqramlar 

istifadəçinin  kompüterinə  ziyan  vura, 

informasiyanı korlaya, yaxud tamamilə məhv edə bilər.  


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin